BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

ƏDƏ­Bİ DİLİMİZİN

SİNTAKSİSİNƏ YENİ BA­XIŞ

 

«Ma­a­rif» nə­ş­riyy­a­tı bu günlər­də fi­lo­lo­g­iya elm­lə­ri dok­to­ru, profes­­sor Ka­mal Ab­dul­lay­e­vin «Azər­bayc­an di­li sin­tak­si­si­nin nə­zə­ri pro­b­lem­lə­ri» (Ba­kı, «Ma­a­rif»,1998) adlı ki­ta­bı­nı çap­dan bu­rax­mışdır.

Sa­də və mürək­kəb cümlə­nin, mətn sin­tak­si­si­nin təd­qi­qin­dən ibarət olan bu ki­tab­da müəl­li­fin irə­li sürdüyü prob­­lem­lər çox­dur. Kitab Azər­bayc­an di­li sin­­tak­si­si­nin təd­qi­qi sa­hə­sin­də ye­ni mər­hə­lə say­ı­la bi­lər.

Müəl­lif bir çox mə­sə­lə­lə­rə müa­sir dil və ya di­li­mi­zin ta­ri­xi ba­xı­mın­dan dey­il, ümu­mən di­lin (dünya dil­lə­ri­nə məx­sus ilk ana di­li də düşünmək olar) tə­şəkkül və in­ki­şa­fı ba­xı­mın­dan ya­naş­dığ­ın­dan biz əsərdə bir sı­ra ye­ni pro­blem­lər­lə qar­şı­la­şı­rıq.

Ki­tab­da cümlə üçün ən mühüm əla­mət he­sab olu­nan pre­di­ka­tiv­liy­in in­ki­şaf yo­lu üç mər­hə­ləyə ay­rıl­mış­dır. Ən qə­dim bi­rinci mər­hə­­lə­də, müəl­li­fin fi­k­rincə, hər bir nitq ele­men­ti pre­di­ka­tiv­lik imkanla­rı­na ma­lik ol­muş, cümlə ey­ni­güclü pre­di­ka­tiv nöq­tə­lər­lə səciy­yə­lən­miş­dir. Bu dövrü müəl­lif «tam pre­di­ka­tiv struk­tur» dövrü ad­lan­dır­mış­dır. İkinci dövr­də cümlə tə­d­ric­ən tam pre­di­ka­tiv qu­ru­luş­dan azad ol­mağa, kva­zi­pre­di­ka­tiv (zə­if pre­di­ka­tiv) qu­ru­lu­şa ke­ç­məyə ba­ş­la­mış­dır. Di­li­miz­də­ki «var», «yox», «hə» tip­li söz­lər tam pre­di­ka­tiv qu­ru­lu­şun, fe­li si­fət, fe­li bağ­la­ma tər­kib­lə­ri kva­zi­pre­di­ka­tiv quru­lu­şun ya­di­g­ar­la­rı he­sab olu­nur. Mə­sə­lən, vax­ti­lə öz sub­yek­ti ilə pre­di­ka­tiv əla­qə­də ol­muş -mış şə­kil­çi­si təd­ric­ən pre­di­ka­tiv­lik im­kan­la­rı­nı iti­rə­rək tər­kib­lə­rin ya­ran­ma­sı­na sə­bəb ol­muş­dur. Bu­nu «Ki­ta­bi-Də­də Qor­qud»un ilk cümlə­si də sübüt edir: «Peyğ­əm­bər əleyhüs­sə­lam dövrünə ya­xın Bay­at bo­yun­dan Qor­qud Ata der­lər bir ər qopdu» cüm­lə­sin­də­ki «der­lər» sözünü biz müa­sir dil­də «dey­i­lən» şəkl­in­də tə­səvvür edi­rik.

Be­lə­lik­lə, ikinci mər­hə­lə­də zə­if pre­di­ka­tiv qu­ru­lu­şa ke­çən cümlə üçüncü mər­hə­lə­də pre­di­ka­tiv­lik əla­mə­ti­ni yal­nız cümlə­nin so­nun­da sax­lay­a­raq mo­no­pre­di­ka­tiv qu­ru­lu­şa ke­ç­miş, pre­di­ka­tiv­lik əla­mə­ti yal­nız bir nöq­tə­də qal­mış­dır. Suby­ekt-mübtə­da hə­rə­kət əla­mət­lə­rin­dən tam tə­mizl­ən­miş ol­sa da, xə­bər suby­ekt da­m­ğa­sı­nı - şəxs son­luq­la­rı­nı sax­la­ma­lı ol­muş­dur.

Bir sı­ra dil­çi­lə­ri­miz, o cümlə­dən K.Ab­dul­lay­ev də ta­mam­lığı baş üzv he­sab edir, ikinci də­rəc­ə­li üzvlə­rə yal­nız təy­in və zər­f­liyi da­xil edir, zər­f­liyi təy­i­nin bir növü ki­mi götür­məyi məs­lə­hət görür. Müəl­lif baş üzv­lər­dən han­sı­nın do­mi­nant ol­ma­sı ba­rə­də fi­kir yürüdə­rək mübtə­da­nın üzə­rin­də day­a­nır: «… mübtə­da cümlə­nin həm lek­sik baş­lan­ğı­cı, həm də mor­fo­lo­ji so­nu­dur». Cümlə struk­tu­run­da xə­bər - ferz, mübtə­da isə şah­dır». «Əmə­lə­gəl­mə və mövc­ud ol­ma sə­bə­bi­nə gö­rə, heç şübhə­siz, cümlə mübtə­daya borc­lu­dur».

Müəl­lif ta­mam­lığı ona gö­rə baş üzv he­sab edir ki, o, yə­ni ta­mam­lıq «po­ten­si­al mübtə­da­dır».

Ta­be­siz mürək­kəb cümlə­lə­rin kom­po­nent­lə­ri, par­sel­lər və de­ter­mi­nant­lar ba­rə­də də müəl­li­fin ma­raq­lı fi­kir­lə­ri var­dır. Mətn dil­çi­liyi­nin bir sı­ra baş­qa nüma­yən­də­lə­ri ki­mi, K.Ab­dul­lay­ev də ta­be­siz mürək­kəb cümlə­nin kom­po­nent­lə­ri­ni müstə­qil cümlə­lər he­sab edir və «ta­be­siz mürək­kəb cümlə» ad­lan­dı­rı­lan dil va­hid­lə­ri­nin mətn sintak­si­sin­də öy­rə­nil­mə­si­ni düzgün he­sab edir. Hət­ta «O ac­ıq­lı, qara­din­məz adam ha­ra, bu qə­dər incə his­slə­rin sa­hi­bi ha­ra» tip­li pa­ra­lel tər­kib­li ta­be­siz mürək­kəb cüm­lə­lə­ri də ta­be­siz mürək­kəb cümlə saymağı la­zım bil­məy­ən müəl­lif həmc­ins xə­bər­li cümlə­lə­rin də varlığ­ı­nı qə­bul et­mir: «Əg­ər hər han­sı cümlə­də iki tam hüquq­lu müstə­qil xə­bər olar­sa, biz, de­mə­li, bir cümlə ilə de­yil, iki cümlə ilə ras­tlaş­mış olu­ruq». Ənə­nə­vi dil­çi­liy­i­miz­də həmc­ins xə­bər­li cümlə­lə­rin nə za­man ta­be­siz mürək­kəb cümlə həd­di­nə ça­ta bil­diyi ba­rə­də müba­hi­sə var­dır, müəl­lif isə bu pil­lə­dən ke­çə­rək be­lə­lə­ri­ni tam müstə­­qil cümlə­lər he­sab edir. Bi­zim fi­k­ri­mizcə, bun­lar öy­rə­nil­mə­li­dir. Xüsu­si­lə ta­be­siz mürək­kəb cümlə­lə­rin kom­po­nent­lə­ri­ni bir çox hal­lar­da du­rğu işa­rə­si ilə fərq­lə­nən sa­də cümlə­lər ki­mi götür­mək olmur və bu cür cümlə­lər va­hid bir tam ki­mi özünü gös­tə­rir.

Əsər­də ellip­sis ha­di­sə­si­nə və onun mət­nin, si­tua­si­ya­nın kö­məyi ilə bər­pa­sı mə­sə­lə­lə­ri­nə, ak­tu­al­laş­dır­ma ba­­xı­mın­dan dil­də ro­lu­na geniş yer ve­ril­miş­dir.

Ənə­nə­vi sin­tak­sis ki­tab­la­rın­dan fər­q­li ola­raq, K.Ab­dul­lay­e­vin bu əsə­rin­də po­ten­si­al və ak­tu­al sin­tak­sis bir­lik­də öy­rə­nil­miş­dir. Ak­tu­al üzvlən­mə nə­zə­riyy­ə­si­nin G.Pa­ul, A.Po­tebnya, S.Veyl, V.Ma­te­zi­us və baş­qa gör­kəm­li nümay­ən­də­lə­ri haq­qında yığc­am mə­lu­mat ve­rən müəl­lif cümlə­də in­for­ma­tiv­liy­in əhə­miyy­ə­ti­ni xüsu­si qeyd edə­rək, te­ma­tik pro­qres­siy­a­nın, te­ma və re­ma əvəz­lən­mə­si­nin bir pro­ses kimi özünü necə gö­s­tər­diy­i­ni dil fakt­la­rı ilə ət­ra­f­lı şərh et­miş­dir.

Ak­tu­al­laş­ma­nın xə­bər­dən ön və son möv­qeyi, post­po­zi­tiv mövqey­in da­ha güclü səc­iyy­ə­si ba­rə­də fi­kir­lər kon­kret və də­qiq nümu­nə­lər­lə izah edil­miş­dir. Bi­zim dil­çi­lik üçün ək­sə­riyy­ət eti­ba­ri­lə ye­ni olan bu mə­sə­lə­lər gənc təd­qi­qat­çı­lar və tə­lə­bə­lə­ri­miz üçün fay­da­lı ola­caq­dır. Mübtə­da, ta­mam­lıq, təy­in, yer zər­f­liyi və xə­bə­rin ak­tu­al­laş­ma im­kan­la­rı­nı nə­zər­dən ke­çi­rən müəl­lif, nə­dən­sə, zər­f­liyin di­g­ər növ­lə­ri­nə müna­si­bət bil­dir­mə­miş­dir.

«Sa­də cümlə - tər­ki­bin­də həmc­ins üzvlər olan sa­də cümlə - ta­be­siz mürək­kəb cümlə» in­ki­şaf xət­ti­ni düzgün he­sab et­məy­ən müəl­lif: «…mürək­kəb cümlə ter­mi­ni yal­nız o za­man ye­rin­də sayı­la bi­lər ki, o məhz ta­be­li mürək­kəb cüm­lə an­lay­ı­şı­na işa­rə et­sin» qə­na­ə­ti­nə gəlir və bu­na gö­rə də «ta­be­li mürək­kəb cümlə» ter­mi­ni­nə də eti­raz edir: ta­be­siz mürək­kəb cümlə yox­dur­sa, ta­be­li mü­rək­kəb cümləyə də eh­tiy­ac yox­dur. Əsas məq­səd in­for­ma­siya yü­künün pay­lan­ma nis­bə­­ti­nin, mürək­kəb cümlə­nin ak­tu­al­laş­ma im­kan­la­rı­nın öy­rə­nil­mə­si ol­duğ­un­dan müəl­lif ilk növ­bə­də baş və bu­daq cümlə­nin se­man­tik tutu­mu­nu araş­dır­ma­lı ol­muş və be­lə bir nə­tic­əyə gəl­miş­dir ki, əsas in­for­ma­siya bu­daq cümlə va­si­tə­si­lə ve­ri­lir. Bu cəhət «baş cümlə + bu­daq cüm­lə» qu­ru­lu­şlu ta­be­li mü­rək­kəb cümlə­lə­rə aid­dir. Əks quru­lu­ş­lu ta­be­li mürək­kəb cümlə­lə­rə müna­si­bət ət­ra­f­lı şərh edil­məmiş­dir.

Mürək­kəb cümlə­nin in­ki­şaf yo­lu ba­rə­də də müəl­li­fin fi­k­ri maraq­­lı­dır. Müəl­li­fin fi­k­rincə, di­lin il­kin tə­şəkkülü dövründə hər bir cümlə­də mürək­kəb­lik ol­muş, so­nra­lar mürək­kəb cümlə­lər trans­fo­r­ma­siy­aya uğ­ra­mış, sa­də­ləş­mi­şdir. Ha­zır­kı mürək­kəb cümlə­lər so­nra­kı ha­di­sə­dir: «Hər bir sa­də qu­ru­luş mürək­kəb qu­ru­lu­şun için­dən sıyrı­lıb çıx­mış­dır».

Əsər­də mürək­kəb­ləş­mə­nin iki yo­lu - sa­də cümlə­lə­rin bir­ləş­mə­si, sa­də cümlə­dən tər­ki­bin kə­na­ra çı­xıb müstə­qil­ləş­mə­si yol­la­rı qəbul edi­lir. Müəl­lif tər­kib və bu­daq cümlə mə­sə­lə­si­ni ət­ra­f­lı araş­dı­ra­raq, da­xi­lin­də tər­kib olan cümlə­lə­rin qu­ru­luşca sa­də, se­man­tik cə­hət­dən mürək­kəb ol­duğ­u­nu qə­bul edir. Bağ­lay­ıc­ı­sız mürək­kəb cüm­lə­lə­rin il­kin­liyi qeyd edi­lir və tə­d­ris pro­se­sin­də bağ­lay­ıc­ı­sız mürək­kəb cümlə­lə­rin mürəkkəb cümlənin bir növü ki­mi ay­rıca öy­rə­nil­mə­si düzgün he­sab olu­nur.

Ki­ta­bın III his­sə­si «Mətn sin­tak­si­si» ad­la­nır. Mü­əl­lif ilk növ­bə­də dil­çi­liy­in təd­qiq oby­ek­ti olan mətn­lə mətn dil­çi­liy­i­nin oby­ek­ti olan mət­ni fər­q­lən­dir­miş, sin­tak­tik bütövü «ümu­mi se­man­tik və for­mal əla­qə­lər­lə bir­lə­şən iki və da­ha ar­tıq cümlə­nin bir­liyi» ki­mi qəbul et­miş, mətn və ab­zas mə­sə­lə­lə­ri­ni ət­ra­f­lı izah et­miş­dir. Mü­əl­li­fin fi­k­rincə, düzgün qu­rul­muş nitqdə sin­tak­tik bütöv bir ab­zas­da yer­ləş­di­ril­mə­li­dir. Çox za­man sa­də cümlə­də suby­ekt və pre­di­kat hissə­lə­ri­nin ifa­də­sin­də­ki ey­ni­lik sa­də cümlə­nin müstə­qil in­for­ma­tiv yükə ma­lik ol­ma­dığ­ı­nı gö­s­tə­rir. Bu­na gö­rə də sa­də cüm­lə­nin mətn sfe­ra­sın­da öy­rə­nil­mə­si zə­ru­ri say­ı­lır.

Dil­çi­lik­də sin­tak­tik bütöv­lə­rin sər­hə­di müxtə­lif alim­lər tə­rə­fin­dən müxtə­lif mey­ar­la müəyy­ən edi­lir. Mət­nin son cümlə­si­nin uzun­luğu, pa­u­za­nın həc­mi, mər­kə­zi cümlə əsa­sın­da mət­nin sər­hə­di­ni müəyy­ən­ləş­dir­mək və s. ki­mi prin­sip­lər mövc­ud­dur. K.Ab­dul­lay­ev baş­qa bir me­yar­dan is­ti­fa­də et­miş­dir. Cümlə ilə sin­tak­tik bütöv ara­sın­da pa­ra­lel­lik, uyğ­un­luq gö­rən müəl­lif cümlə­nin ba­ş­lan­ğ­ıc, or­ta his­sə və son­luq­dan iba­rət ol­duğ­u­nu əsas tu­ta­raq, mət­ni də ey­ni şə­kil­də təh­lil edir. Cümlə mübtə­da ilə ba­ş­lay­ıb şəxs son­luq­la­rı ilə, yə­ni mübtə­da­nın xə­bər­də­ki gö­s­tə­ric­i­lə­ri ilə bit­diyi ki­mi, mət­nin də ümumi gi­riş cümlə­si olur, hə­min gi­riş cümlə­nin iza­hın­dan so­nra impli­sit və ya ek­spli­sit şə­kil­də ümu­mi gi­riş cümlə tə­s­diq edi­lir və bu hal mət­nin bütövlüyünə də­la­lət edir.

Müəl­li­fin fi­k­rincə, hər bir sin­tak­tik bütöv emik, yə­ni di­lə aid və etik - nit­qə aid sə­viyy­ə­lər­də fər­q­lə­nir; dil fak­tı ki­mi özünü gös­­tə­rən mətndə in­va­ri­ant ma­hiyy­ə­ti giz­lən­miş olur; nitq fak­tı ki­mi özünü gös­tə­rən mətndə isə va­ri­ant ma­hiyy­ə­ti özünü gö­s­tə­rir. Va­ri­ant­la inva­ri­an­tın qar­şı­lıq­lı müna­si­bə­ti al­la­fon­la fo­ne­min müna­si­bə­ti ki­mi­dir. Sin­tak­tik bütöv­lər bə­zən ab­st­rakt baş­l­anğ­ıc­dan kon­kret son­luğa, bə­zən də ək­si­nə qu­ru­lur.

K.Ab­dul­lay­e­vin bu əsə­ri sa­də cümlə, mürək­kəb cümlə və mətn sin­tak­si­si mə­sə­lə­lə­ri­ni bütövlükdə əha­tə edən ilk əsər­dir. Ki­tab po­ten­si­al sin­tak­si­s­dən ak­tu­al sin­tak­si­sə iri bir ad­dım­dır və mətn dil­çi­liy­i­nin in­ki­şa­fı­na tə­kan olac­aq­dır.

 

18.12.1998

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az