BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

TA­Rİ­Xİ­Mİ­ZƏ, DİLİMİZƏ

MƏ­HƏB­BƏT­LƏ

 

Mi­na­xa­nım Nu­riy­e­va prof. Ə.Də­mir­çi­za­də mək­tə­bi­nin ye­tir­mə­lə­rin­dən­dir. Ya­ra­dıc­ı­lığa 80-ci il­lər­dən baş­la­mış­dır və o vaxt­dan bəri re­s­pub­li­ka mət­bu­a­tın­da ar­dı­cıl çı­xış edir, ədə­biyy­a­tın, in­c­ə­­sə­nə­tin, dil­çi­liy­in müxtə­lif sa­hə­lə­ri­nə da­ir ya­zı­lar dərc et­di­rir.

Bir və­tən­pər­vər alim ki­mi, Mi­na­xa­nım Nu­riy­e­va­nı da­ha çox düşündürən, na­ra­hat edən öl­kə­mi­zin və qon­şu res­pub­li­ka­la­rın əra­zi­sin­də­ki türk mən­şə­li qə­dim yer ad­la­rı­nın in­saf­sızc­a­sı­na dəyiş­di­ril­mə­si­dir. Qə­dim to­po­nim­lər özündə müxtə­lif et­nos­la­rın ta­ri­xi­ni ya­şa­dır, xal­qın di­li­ni müha­fi­zə edir. Fakt­lar gö­s­tə­rir ki, biz içə­ri­sin­də ol­duğu­muz yüzil­lik­də türk mən­şə­li qə­dim to­po­nim­lə­rin «ye­ni­ləş­di­ril­mə­sin­də» er­mə­ni­lər­dən az iş gör­mə­mi­şik. Bu hal ke­ç­miş ta­ri­xi iz­lə­rin üzəri­nə ağ­ır bir daş qoy­maq ki­mi­dir.

Təkcə iri şə­hər­lə­rin, qə­sə­bə və kəndlə­rin, müxtə­lif ya­şay­ış mən­tə­qə­lə­ri­nin ad­la­rı­nın dəy­iş­di­ril­mə­si dey­il, qə­dim şə­hər­lə­ri­mi­zə məxsus mə­həl­lə, mey­dan, küçə ad­la­rı­nın dəyiş­di­ril­mə­si də ta­ri­xi izlə­rin itib-bat­ma­sı­na, ke­ç­mi­şin unu­dul­ma­sı­na, ba­ba­la­rı­mı­zın ha­lal zəh­mət­lə ya­rat­dıq­la­rı­nın on­la­rın əl­lə­rin­dən alın­ma­sı­na sə­bəb ol­muş­dur. Bu cür ta­ri­xi ad­la­rın çox za­man mil­lət fə­da­ilə­ri əvə­zi­nə, bu ölkəyə düşmən olan­la­rın adı­na ya­zıl­ma­sı təd­qi­qat­çı­nın qəlb üsya­nı­na sə­bəb olur. Bu cə­hət­dən M.Nu­riy­e­va­nın Ba­kı küçə və mey­dan ad­la­rı­nın dəy­iş­di­ril­mə­si, həm də çox za­man haq­sız ola­raq dəy­iş­di­ril­mə­si ba­rə­də eti­raz do­lu ya­zı­sı oxuc­u­nu ay­ıq ol­mağa, da­ş­lar üzə­rin­də­ki ya­zı­la­rı, daş ki­ta­bə­lə­ri öy­rən­məyə, on­la­ra hör­mət­lə ya­naş­mağa səs­ləy­ir: «Qar­şım­da Ba­kı daş ki­tab sə­hi­fə­lə­ri ki­mi açıq qa­lıb. O, bizi si­nə­sin­də­ki ya­zı­la­rı oxu­mağa, düşünməyə, bir də yad­dan çı­xar­dığ­ı­mız se­vg­iyə ça­­ğı­rır». Müəl­lif ey­ni hə­ra­rət­lə xa­ra­ba­zar­lığa çev­ril­miş bə­zi Ba­kı mə­scid­lə­ri haq­qın­da da da­nı­şır, Hacı Ca­vad mə­sci­di­nin taley­i­ni düşünür, və­tən­pər­vər in­san­la­rı kö­məyə çağ­ı­rır.

İn­di Ba­kı­da ka­fe­lə­rə, re­s­to­ran və dükan­la­ra qə­ri­bə ad­lar ve­ri­lir, şə­hə­rə qə­ri­bə şə­kil­lər vu­ru­lur - Ame­ri­ka sa­van­na­la­rı­na ya­ra­şan vəh­şi at və mu­s­ta­ng­er şə­kil­lə­ri. Bu, əs­lin­də, so­vet dövründə çox yüksək in­ki­şaf sə­viyy­ə­si­nə qalx­mış, hər cə­hət­dən müa­sir dünya­nın qa­baqcıl öl­kə­lə­ri ilə ya­rı­şa bi­lən re­s­pub­li­ka­mız üçün təh­qir­dir - bu­nu gə­ti­rən­lər və şə­hə­rin «bə­zən­mə­si­nə» im­kan ve­rən­lər is­tə­sə­lər də, is­tə­mə­sə­lər də re­s­pub­li­kaya ən ge­ri­də qal­mış bir əy­a­lət nə­zə­ri ilə ba­xır­lar. Müəl­lif düz dey­ir, za­hi­ri və­tən­pər­vər­lik duyğ­u­la­rı ilə ve­ri­lən bir çox ad­lar da ye­rin­də dey­il­dir: «Ba­kı və çe­v­rə­sin­də­ki yer ad­la­rı ta­rix­lə bağ­lı­dır. Bu­ra­da Göy­çə, Kəl­bəc­ər, Ve­di söz­lə­ri süni səs­lə­nir, çünki Göy­çə Göy­çə­gülü ha­va­sıy­la, aşığı ilə Göy­çə­dir. Ba­kı və ət­ra­fı­nın da öz ta­ri­xi yer ad­la­rı var: Sal­xım tə­pə­lə­ri, Də­rə­qı­lınc bağ­la­rı, Çən­bə­rə­kənd, Güldər də­rə­si, Qan­lı göl, Qan­lı tə­pə mə­həl­lə­lə­ri, Pir­vən­zə­ri, Tə­mən­nis düzə­ng­a­hı, Dər­nə­gül, Hacı Hə­sən gölü, Ba­dam­dar, Şağ­an­bağ (Bay­ıl bur­nu­na ya­xın), Od dağı, Bi­bi Hey­bət, Qırx qız­lar, Şu­ba­nı, Ya­sa­mal və s».

Mi­na­xa­nım Nu­riy­e­va­nın araş­dır­ma­la­rı gö­s­tə­rir ki, onu ümu­mən mil­lə­tin var­lığ­ı­nı şərt­lən­di­rən amil­lər - onun di­li, di­ni, əra­zi­si, qədim soy ad­la­rı, to­po­nim və et­no­nim­lə­ri, an­t­ro­po­nim­lə­ri­miz, mil­li və gö­zəl gey­im və bə­zək nümu­nə­lə­ri, on­la­rın qo­run­ma­sı, müha­fi­zəsi mə­sə­lə­lə­ri ma­raq­lan­dı­rır.

Müəl­lif azğ­ın qon­şu­muz er­mə­ni­lə­rin xəy­a­nət­kar niy­yət­lə­ri­ni qə­dim­­lər­lə - ta­ri­xin məkr­li günlə­ri ilə bağ­lay­ır, rus im­pe­ra­to­ru I Pyo­t­­run on­la­rın hə­rə­kət­lə­ri­nə ne­cə rə­vac ver­diy­i­ni, xri­s­ti­an siy­a­sə­ti­nin Qaf­qaz­da necə mən­hus və mur­dar şə­kil al­dığ­ı­nı ta­ri­xi fakt­lar­la izah edir, rus mə­də­niyy­ə­ti­nin gör­kəm­li nümay­ən­də­lə­ri­nin - A.S.Puş­kin, A.S.Qri­boy­e­dov ki­mi şəx­slə­rin be­lə bu si­ya­sət­dən kə­nar­da qal­ma­dıq­la­rı­nı açıb gö­s­tə­rir. Bu ya­zı­lar bir da­ha gö­s­tə­rir ki, rus im­pe­riy­a­sı­nın bir gözü da­im Qaf­qaz­da - Azər­bayc­an­da olub. Mi­naxa­nı­mın bu ya­zı­la­rı təkcə ta­ri­xin ver­diyi fakt­la­rın və­tən se­vg­i­si ilə şər­hin­dən iba­rət dey­il­dir; bu ya­zı­lar­da ke­ç­miş ədə­biy­ya­tı­mı­zın, ke­ç­miş böyük sə­nət­kar­la­rı­mı­zın, ic­ti­mai xa­dim­lə­ri­mi­zin al­da­nı­ş­la­rı, ge­niş plan­lı düş­mə­nin dəh­şət­li qu­rğ­u­la­rı qar­şı­sın­da tə­bii bey­nəl­mi­ləl-in­sa­ni hiss­lər­­lə döyü­nən saf Azər­bayc­an qəl­bi və bu dəh­şət­li müba­ri­zə­də son­suz çı­xıl­maz­lıq­lar ifa­də olun­muş­dur. Azər­bayc­an tor­paq­la­rı bir çox hal­lar­da güclü qüvvə­nin əli ilə «er­mə­ni tor­paq­la­rı» ki­mi bölüş­dü­rü­l­müş­dür.

Ya­dım­dadır ki, 64-cü il­də rus ali­mi N.A.Ba­s­ka­ko­vun iş­­ti­rak et­diyi bir məc­li­s­də mi­sil­siz fi­lo­loq ali­mi­miz Ək­rəm Cə­fər dey­ir­di: «Biz hə­mi­şə dey­i­rik ki, Azər­bayc­an di­li­nə rus di­lin­dən «pa­pal», am­ma bir də­fə de­mi­rik ki, bəs rus di­li­nə har­dan «pa­pal»? Çox yax­şı cə­hət­dir ki, son on­il­­lik­lər­də həm rus dil­çi­lə­ri, həm də bi­zim öz dil­çi­lə­ri­miz tə­rə­fin­dən türk mən­şə­li xüsu­si və apely­a­tiv söz­lə­rin rus di­lin­də ro­lu da ət­ra­f­lı araş­dı­rıl­maq­da­dır. Bu ba­xım­dan M.Nu­riy­e­va­nın «Türk mən­şə­li rus tə­xəl­lüs­lə­ri» mə­qa­lə­si ma­raq doğ­u­rur. Mi­naxa­nım rus mən­bə­lə­ri­nin kö­məyi ilə bir çox gör­kəm­li rus ziy­a­lı­la­rı­nın, rus sə­nət adam­la­rı­nın ad­la­rı­nın və on­la­rın et­nik mən­şə­yi­nin türklər­lə, türk di­li ilə bağ­lı ol­duğ­u­nu və türk­lə­rin dünya si­vi­li­za­siy­a­sın­da böyük ta­ri­xi xid­mə­ti­ni qiy­mət­li fakt­lar­la qeyd edir.

Əg­ər rus di­lin­də­ki türk mən­şə­li tə­xəllüslər, ümu­mi-apely­a­tiv lek­si­ka ümumtürk xa­rak­te­ri da­şıy­ır­sa, bu­ra­da Bal­kan­dan Al­taya qədər böyük bir əra­zi­də yer­ləş­miş bütün türk xal­q­la­rı­nın payı var­sa, nan­kor qon­şu­mu­zun - er­mə­ni­lə­rin lüğət tər­ki­bin­də iş­lə­nən, həm də bol-bol iş­lə­nən söz­lə­rin ək­sə­riyy­ə­ti bi­la­va­si­tə Azər­bay­can türk di­lin­dən ke­ç­miş­dir, azər­bayc­an­lı­la­rın ta­rix boyu öz qa­pı­la­rın­da iş­lə­dib çörək ver­dik­lə­ri er­mə­ni­lə­rin öy­rən­dik­lə­ri söz­lər­dir. Müəl­lif qon­şu­luq əla­qə­lə­ri­nin bu cə­hə­ti­ni xü­su­si nə­zə­rə çarp­dırır.

Mi­na­xa­nım Nu­riy­e­va ix­ti­sas eti­ba­rı ilə dil­çi­dir, la­kin ya­zı­la­rı gös­tə­rir ki, o, hər­tə­rə­f­li bir alim ki­mi, xal­qı­mı­zın və di­li­mi­zin ta­ri­xi, xal­qı­mı­zın tə­şək­kü­lün­də iş­ti­rak edən et­nos­la­rın in­ki­şaf yo­lu, adət-ənə­nə­lə­ri­miz, ki­no sə­nə­ti, inc­ə­sə­nə­tin di­g­ər sa­hə­lə­ri, xüsu­si­lə bə­dii söz us­ta­la­rı­mız, gör­kəm­li alim­lə­ri­miz, sə­nət adam­la­rı­mız ba­rə­də ori­ji­nal düşüncə­lə­rə ma­lik­dir. Bu cə­hət­dən onun Fat­ma xa­nım Kə­mi­nə, Aşıq İman haq­qın­da ya­zı­la­rı, se­vim­li şa­i­ri­miz Nə­ri­man Hə­sən­za­də­nin ya­ra­dıc­ı­lıq yo­lu ba­rə­də qeyd­lə­ri zəh­mət­li ax­ta­rı­ş­la­rın nə­ti­cə­si­dir. Fat­ma xa­nım Kə­mi­nə haq­qın­da qə­lə­mə al­dığı can­lı xa­tirə­lər şa­i­rə­nin tərcümeyi-ha­lı üçün ma­raq­lı ma­te­rial ve­rir. Müəl­lif bə­dii ədə­biyy­a­tın bir çox prob­le­ma­tik mə­sə­lə­lə­ri ilə ma­raq­la­nır. Bə­dii və elmi tər­cü­mə prin­sip­lə­ri, xüsu­si ad­la­rın düzgün tərcümə­sii, ko­mizm nə­zə­riyy­ə­si, sa­ti­ra və yu­mor di­li - müəl­li­fin fi­kir qay­naq­la­rı­na da­xil olan mühüm mə­sə­lə­lər­dir.

Üslub - müəl­lif qə­lə­mi­nin key­fiyy­ə­ti­dir. Bu ya­zı­lar­da fi­lo­lo­gi­ya elm­lə­ri na­mi­zə­di, do­sent Mi­na­xa­nım Nu­riye­va­nın özünə­məx­sus səmi­mi, se­vgi do­lu üslu­bu se­çil­mək­də­dir. Ona gö­rə də top­luya da­xil olan mə­qa­lə­lə­rin oxu­cu­­la­ra xoş tə­sir bağ­ı­ş­lay­ac­ağ­ı­na şübhə et­mi­rik.

 

16.06.98

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az