BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

MƏTN DİL­Çİ­LİYİ PRO­BLEM­LƏ­Rİ

 

Ak­tu­al üzvlən­mə və mətn mə­sə­lə­si sin­tak­si­sin ən mühüm prob­lem­lə­rin­dən­dir. La­kin çox tə­əssüf ki, bu mə­sə­lə hə­lə bi­­zim dər­slik­lə­rə da­xil ola bil­məy­ib. Pro­blem bütün sin­tak­tik qu­ru­lu­şu əha­tə edir və əg­ər kom­mu­ni­ka­tiv­lik im­kan­­la­rı, dil və nitq ara­sın­da mövc­ud olan sin­taq­ma­tik və pa­ra­diq­ma­tik müna­si­bət­lər təd­qiq olu­nar­sa, müa­sir Azər­bayc­an ədə­bi di­li­nin sin­tak­si­si ta­ma­mi­lə ye­ni­dən iş­lən­miş olar.

Bəl­kə də, dil haq­qın­da el­min ən qə­dim və ilk ya­ra­dı­cı­la­rı hər bir nitq fak­tı­nın, hər bir söy­lə­min kom­mu­ni­ka­tiv­lik im­kan­la­rı­nı nə­­zə­rə al­mış və bu cə­hə­tə xüsusi fi­kir ver­mi­ş­lər. Ona gö­rə də e.ə. II yüzil­lik­də fra­kiy­a­lı Di­o­ni­si «Söz­lə­rin bit­miş fi­kir ifa­də edən bir­ləş­mə­si nitqdir» de­miş­dir. La­kin so­nra­kı təd­qi­qat­lar pro­se­sin­də «nitq» əvə­zi­nə «dil» üstünləş­diyi ki­mi, nit­qin kom­mu­ni­ka­tiv cə­hə­ti də ikinci, üçüncü pla­na ke­çi­ril­miş, söy­ləm əvə­zi­nə cümlə öy­rə­nil­miş, ona görə də Di­o­ni­si­nin nit­qə aid et­diyi cümləyə aid edil­miş­dir.

Da­im be­lə bir pa­ra­doks mey­da­na çı­xır: cümlə­ni bu qə­dər mübtə­da və xə­bə­rə ay­ır­mağ­ın, heç bir prak­tik əhə­miyy­ə­ti ol­ma­yan, in­sanın mad­di-mə­nə­vi in­ki­şa­fın­da heç bir əmə­li ro­lu ol­mayan baş və ikinci də­rəc­ə­li üzvlər bö­lgüsünün ya­ra­dıl­ma­sı və ikinci si­nif­dən ba­ş­lay­a­raq şa­g­ird­lə­rə öy­rə­dil­mə­si han­sı mən­ti­qi zə­min­lə bağ­lı­dır? İn­san bu­nun fay­da­sı­nı ha­ra­da, nə za­man gör­mə­li­dir?

La­kin nit­qin kom­mu­ni­ka­tiv ma­hiyy­ə­ti nəzə­rə alın­dıq­da di­lin bütün ele­ment­lə­ri hə­rə­kə­tə gə­lir və öz əhə­miyy­ə­ti­ni gö­s­tə­rir. Bi­zim fi­k­ri­mizcə, Azər­bayc­an di­li­nin sin­tak­si­si­nə aid təd­qiq və araş­dır­ma­la­rı, xüsu­sən sin­tak­sis dərs­lik­lə­ri­ni bu is­ti­qa­mə­tə yö­nəlt­məy­in vax­tı çat­mış­dır. Bə­zi dil­çi­lə­rin dil si­s­te­mi­ni po­ten­si­al (sin­tak­tik) və ak­tu­al (su­pra­sin­tak­tik) ya­rus­la­ra ay­ır­ma­sı, ak­tu­al sin­tak­si­si ay­rıca bir səciyyə ki­mi nə­zər­də tut­ma­la­rı tə­sa­düfi dey­il­dir. Bu cə­hə­ti əsas götürdükdə, biz bu vax­ta qə­dər yal­nız po­ten­si­al sin­tak­sis­lə mə­şğ­ul ol­mu­şuq. K.Ab­dul­lay­ev, K.Və­liy­ev, F.Əli­za­də, Q.Bəy­­za­də, N.Ab­ba­so­va, N.Nov­ru­zo­va və baş­qa­la­rı­nın bə­zi ya­zı­la­rı is­tis­na ol­maq­la, bu sa­həyə si­s­tem şək­lin­də diq­qət ye­ti­ril­mə­miş, sin­tak­sis ki­tab­la­rı­mız ba­ş­lıca ola­raq di­li­mi­zin po­ten­si­al im­kan­la­rı­nın təd­qi­qin­dən iba­rət ol­muş­dur. Su­pra­sin­tak­tik sə­viyy­ə­nin, ak­tu­al sə­viyy­ə­nin öy­rə­nil­mə­si çox va­cib­dir və yal­nız bu yol­la di­lin kom­mu­ni­ka­tiv­lik im­kan­la­rı, dialo­ji və mo­no­lo­ji nit­qin nə üçün bu və ya di­g­ər şə­kil­də qu­rul­duğu açı­la, ay­dın­laş­dı­rı­la bi­lər.

Təd­qiq və araş­dır­ma­lar­dan ay­dın olur ki, bu mə­sə­lə ye­ni dövr­də si­s­tem­li şə­kil­də fran­sız ali­mi A.Vey­li dü­şün­dürmüş, o, 1844-cü il­də ha­zır­la­dığı «Qə­dim dil­lər­də söz sı­ra­sı (müa­sir dil­lər­lə müqa­yi­­sə­də)» ad­lı dok­tor­luq dis­ser­ta­siy­a­sın­da bu sa­hə­də özünə qə­dər mey­da­na çıxan fi­kir­lə­ri ümu­mi­ləş­di­rmiş və bir sı­ra ma­raq­lı nə­ti­cə­lə­rə gəl­miş­dir. A.Veyl da­nı­şan və din­ləy­ən üçün da­ha ma­raq­lı fi­kir­lə­rin cümlə­nin əv­və­lin­də, ikinci də­rəc­ə­li fi­k­rin cümlə­nin so­nun­da gəl­mə­si barədə id­di­a­la­ra eti­raz edə­rək, nor­mal nitqdə əv­vəlcə söy­lə­min çı­xış nöq­tə­si­nin, so­nra əsas məq­sə­din ve­ril­diy­i­ni is­bat et­miş­dir.

Çex dil­çi­si V.Ma­te­zi­us ak­tu­al üzvlən­mə pro­ble­mi­ni lin­qvi­s­tik zəmi­nə en­dir­miş­dir. O, söy­lə­min kom­mu­ni­ka­tiv funk­siy­a­sı­nı ön plana çək­mək­lə ak­tu­al üzvlən­mə ba­rə­də mü­a­sir tə­li­min ya­ra­dıc­ı­sı ki­mi şöh­rət tap­mış­dır. V.Ma­te­zi­us ak­tu­al üzvlən­mə­nin dil ha­di­sə­si oldu­ğu­­nu sübut et­mək­lə, cümlə­nin qram­ma­tik üzvlən­mə­si ilə söy­lə­min ak­tu­al üzvlən­mə­si­nin ox­şar və fər­q­li cə­hət­lə­ri­ni, bir çox hal­lar­da qar­şı-qar­şıya dur­duğ­u­nu izah et­di.

Hər bir söy­ləm az-çox bit­miş fi­kir ifa­də et­sə də, onun ifa­də et­diyi fi­kir bit­kin­liyi nis­bi xa­rak­ter da­şıy­ır. Cüm­lə yal­nız mətn da­xi­lin­də bütün struk­tur-se­man­tik xü­su­siyy­ət­lə­ri­ni üzə çı­xa­ra bi­lir. Müəyy­ən fi­kir ət­ra­fın­da cümlə­lə­rin əla­qə­li bir­liyi mət­nin ya­ran­ma­sı­na sə­bəb olur. Mət­nin təş­ki­li, qu­rul­ma­sı isə ay­rı-ay­rı əla­qə­li cüm­lə­lər­də aktual üzvlən­mə­nin ge­di­şi ilə bağ­lı­dır.

Mətn da­xi­lin­də söy­ləm­lər ara­sın­da sin­taq­ma­tik və pa­ra­diq­ma­tik bağ­lı­lıq olur. Sin­taq­ma­tik bağ­lı­lıq söy­ləm­lə­rin ar­dıc­ıl düzülüşü ilə ya­ra­nır. Pa­ra­diq­ma­tik əla­qə se­man­tik bağ­lı­lıq­dır və in­to­na­siya ilə for­ma­la­şır. Söyləm­lər ara­sın­da fərq mətndə re­al­la­şan ümu­mi fi­k­rin hər bir söy­ləm­də­ki se­man­tik həc­mi ilə bağ­lı olur. Bu isə hər bir söy­ləm­də te­ma və re­ma­nın ge­di­şin­dən - nəyi nə nis­bət­də əha­tə et­mə­sin­dən ası­lı­dır.

Te­ma və re­ma­nın hər bir söy­ləm­də for­mal əla­mə­ti söz sı­ra­sı və in­to­na­siy­a­dan iba­rət­dir. Ədə­bi dil nor­ma­la­rı­na müva­fiq qu­rul­muş sa­də nəq­li cümlə­lər­də adə­tən te­ma əv­vəl, re­ma so­nra gə­lir; te­ma­da ton nis­bə­tən yüksək olur, re­ma isə mən­ti­qi vu­rğu ilə tə­ləffüz edi­lir.

La­kin mətn da­xi­lin­də­ki söy­ləm­lə­rin də ha­mı­sı mətn­dən ey­ni də­rəc­ə­də ası­lı ol­mur. Bə­zi söy­ləm­lər­də müs­tə­qil­lik, bə­zi­lə­rin­də isə ası­lı­lıq çox olur. Dil­çi­lər müs­tə­qil­liyi çox olan söy­ləm­lə­ri pa­ra­diq­ma­tik cə­hət­dən güclü, sin­taq­ma­tik cə­hət­dən zə­if söy­ləm he­sab edir­lər. Söy­lə­min mətndən ası­lı­lığı çox ol­duq­da və­ziyyət ək­si­nə olur - söy­ləm pa­ra­diq­ma­tik cə­hət­dən zə­if, sin­taq­ma­tik cə­hət­dən güclü hesab edi­lir.

Ədə­bi dil nor­ma­la­rı­na uyğ­un qu­rul­muş cümlə­lər­də mübtə­da və ya mübtə­da zo­na­sı te­ma­dan, xə­bər, xə­bər zo­na­sı re­ma­dan iba­rət olur. Yə­ni mübtə­da zo­na­sı «mə­lum olanı», xə­bər zo­na­sı «ye­nini» bil­di­rir. Te­ma da­nı­şa­na və din­ləy­ə­nə mə­lum ola­nı, söh­bə­tin pred­me­ti­ni ifa­də edir.

Mət­nin qu­rul­ma tex­ni­ka­sı be­lə­dir ki, hər bir nitq ak­tı te­ma­dan remaya doğ­ru irə­li­ləy­ir, çünki da­nı­şıq­da, ya­zı­da məq­səd te­ma de­y­il və qeyd et­diy­i­miz ki­mi, te­ma da­nı­şa­na da, din­ləy­ə­nə də mə­lum­­dur. Əsl məq­səd te­ma­nı nə­zə­rə çarp­dır­maq­la hə­min te­ma haq­qın­da ye­ni mə­lu­mat ver­mək­dir. Bu ye­ni mə­lu­mat cümlə­nin kom­­mu­ni­ka­tiv əsası­dır, nüvə­si­dir, məq­səd onu çat­dır­maq­dır. Re­­ma («pre­di­kat» demək­dir) ad­la­nan bu his­sə fi­k­rin inki­şa­fı­na, irə­li­lə­mə­­si­nə, də­rin­ləş­mə­si­nə, din­ləy­ic­i­nin, oxuc­u­nun ye­ni mə­lumat­la tə­min edil­mə­si­nə sə­bəb olur və nə­tic­ə­də si­tu­asi­ya­dan, da­nı­şa­nın, ya­za­nın məq­sə­din­dən ası­lı ola­raq, te­ma­­nın ye­ni əla­mət­lə­ri açıl­mış olur. Te­ma ət­ra­fın­da top­la­nan söy­ləm­lər bu cə­hət­dən bir-bi­ri­lə bağ­lı olub mət­nin yaran­ma­sı­nı şərt­lən­di­rir. Aşağ­ı­da­kı mi­sa­la diq­qət ye­ti­rək:

« Meh­ba­lı ki­şi­nin Mə­şə­di Möhsünlə haqq-sa­la­mı var­dı. Onu zə­ma­nə­nin tə­miz və doğ­ru adam­la­rın­dan say­ır­dı. Meh­ba­lı ki­şi bir inəy­i­nin məh­su­lu­nu anc­aq ona sa­tar­dı.

Qış gec­ə­si­nin ay­a­zın­da don­muş və qa­lın­laş­mış qay­mağı mis ka­saya tö­kər, ka­sa­nın ağ­zı­nı də­s­mal­la ör­tər, ovc­u­na alıb vağ­za­la, Mə­şə­di Möhsünun düka­nı­na yol­la­nar­dı.

Hər sə­hər Meh­ba­lı ki­şi­nin vac­ib işi bu idi.»

(Mir Cə­lal. «Qay­maq»)

Mir Cə­lal «Qay­maq» he­kay­ə­si­ni be­lə ba­ş­lay­ır. İlk cüm­lə­də söh­bə­tin pred­me­ti - mə­lum olan, yə­ni te­ma «Meh­ba­lı ki­şi­nin Mə­şə­di Möhsünlə haqq-sa­la­mı»dır. Bir ada­mın baş­qa bir adam­la haqq-sa­la­mı ola da bi­lər, ol­maya da bi­lər. Bu, ha­mıya mə­lum­dur. Ya­zı­çı­nın bu cümlə­də ver­diyi ye­ni mə­lu­mat odur ki, on­la­rın haqq-sa­la­mı «var». Bu cümlə pa­ra­diq­ma­tik cə­hət­dən güc­lü cümlə­dir, mətndən o qə­dər də ası­lı dey­il. İlk day­aq cümlə ol­duğ­un­dan biz bu­ra­da, ey­ni za­man­da, iki şəx­slə də ta­nış olu­ruq: Meh­ba­lı ki­şi ilə və Mə­şə­di Möhsünlə. Həm də ya­zı­çı bun­la­rı bi­zim ta­nı­dığ­ı­mız adam­lar ki­mi tə­s­vir edir. Əs­lin­də də hər bi­ri­miz on­la­rı ta­nıy­ı­rıq. Çünki nə fər­qi var: Meh­ba­lı ol­ma­sın, Möh­sun ol­ma­sın, baş­qa­la­rı ol­sun, - bun­lar müstəs­na adam­lar dey­il, ti­pik ob­raz­lar­dır.

Oxucu düşünə bi­lər ki, axı bu haqq-sa­la­mın sə­bə­bi nə­dir? Bu cəhə­ti ya­zı­çı so­ruş­mur, so­ruş­sa idi, o, ye­ni te­ma olar­dı və əs­lin­də, ye­ni te­ma ki­mi ikinci cümlə­ni o do­ğu­rur, la­kin müəl­lif bu te­ma­nı presup­po­zi­si­o­nal şə­kil­də (yə­ni ix­ti­sar edə­rək) oxuc­u­nun öh­də­si­nə bu­ra­xır, onun re­ma­sı­nı ve­rir: «Onu zə­ma­nə­si­nin tə­miz və doğ­ru adam­la­rın­dan say­ır­dı». Ye­nə oxuc­u­nun gözündə su­al görün­mə­li­dir: «Bu haqq-sa­lam nə­də özünü gö­s­tə­rir?» Ya­zı­çı bu su­a­lı da oxuc­u­nun ix­tiy­a­rı­na bu­ra­xır və su­a­lın re­ma­sı­nı ve­rir: «Meh­ba­lı ki­şi bir inəy­i­nin məh­su­lu­nu anc­aq ona sa­tar­dı».

Şübhə­siz, bun­lar­la iş qur­tar­maz. Ya­zı­çı he­kayə ya­zır və onun nə isə dey­il­mə­li sözü, söy­lən­mə­li fi­k­ri var. Gö­rək ha­dis­ələ­ri necə düzəc­ək, nə cür də­rin­ləş­di­rəc­ək. Biz Meh­ba­lı ki­şi ilə Mə­şə­di Möh­­sünün haqq-sa­la­mı ol­duğ­u­nu, Meh­ba­lı ki­şi­nin öz məh­sul­la­rı­nı yal­nız Mə­­şə­di Möhsüna sat­dığ­ı­nı bil­dik. Bəs son­ra?

So­nra­sı da bu­dur ki, oxucu «məh­sul» an­lay­ı­şı­nı, «bir inəy­in məh­su­lu» an­lay­ı­şı­nı düşünmə­li­dir: inəy­in südü, qa­tığı, ay­ra­nı, pen­di­ri, yağı, şo­ru ola bi­lər, - Meh­ba­lı ki­şi Mə­şə­di Möhsünə nə apa­rır, nə sa­tır? Ya­zı­çı bu sua­lı da oxuc­u­nun da­xi­li düşüncə­si­nə bu­ra­xır, inəy­in məh­sul­la­rı içə­ri­sin­də ən lə­zi­zi­ni, ən dad­lı və qiy­mət­li­si­ni se­çir: «qış gec­ə­si­nin ay­a­zın­da don­muş və qa­lın­laş­mış qay­maq». «Məh­sul» sözü so­nra­kı pa­ra­diq­ma­da «qay­maq» şək­lin­də kon­kret­lə­şir. Be­lə­lik­lə, «qay­maq» te­ma­dır, yox­sa re­ma? «İnəy­in məh­su­lu» ol­maq­la te­ma­dır, la­kin «inə­yin məh­sul­la­rı»ndan ən lə­zi­zi ki­mi se­çil­miş ol­duğ­un­dan, həm də re­ma­lıq xüsu­siyy­ə­ti­nə ma­lik­dir. Ona gö­rə də in­for­ma­siya axı­nı­nın bir ne­çə tə­rə­fə ge­ni­ş­lən­diyi - qay­mağ­ın necə, han­sı sə­li­qə ilə apa­rıl­dığı və ha­ra apa­rıl­dığı ba­rə­də ye­ni mə­lu­mat ve­ri­lən bu cümlə pa­ra­diq­ma­nın ye­nə müs­tə­qil­liyi çox olan cümlə­lə­rin­dən­dir.

Meh­ba­lı ki­şi­nin işi çox ola bi­lər və bun­la­rın va­ci­bi də ola bi­lər, qey­ri-vac­i­bi də - bu­nu bi­li­rik, bu­nun özü də bi­zim üçün te­ma­dır. Ən vac­ib işi qay­mağ­ın Mə­şə­di Möh­­sünə çat­dı­rıl­ma­sı ba­rə­də mən­ti­qi vurğu al­tın­da söy­lə­nən «bu idi» söz­lə­ri ilə ifa­də olu­nur ki, biz bu söz­lər­lə ye­nə ye­ni mə­lu­mat alı­rıq.

Ay­dın şə­kil­də görünür ki, ver­diy­i­miz bu ki­çik mətndə ya­zı­çı söyləm­lə­ri çox us­ta­lıq­la əla­qə­lən­di­rə bil­miş­dir. Söy­ləm­lər­də mən­­ti­qi-se­man­tik bağ­lı­lıq, mət­nin ümu­mi in­to­na­siy­a­sı ilə ya­ra­nan əla­qə ay­dın və güclüdür. Lap ilk cümlə ilə son cümlə ara­sın­da əla­qəyə diqqət ye­tir­mək ki­fay­ət­dir: ara­da olan haqq-sa­lam bir şəx­sin ən əziz azu­qə­si­ni haqq-sa­lam sa­hi­bi­nə çat­dır­ma­sı­nı ən va­cib iş et­miş­dir.

Bu mətndə pa­ra­diq­ma­tik əla­qə da­ha güclüdür. Zən­cir­va­rı sin­taq­ma­tik əla­qə bir növ hər bir ab­za­s­da kə­si­lir. Hət­ta ilk ab­za­s­da­kı əla­qə də pa­ra­diq­ma­tik, mən­ti­qi-se­man­tik əla­qə­dir.

Söy­ləm­lə­rin te­ma və re­ma axı­nı bu cür da­vam edir, təd­ric­ən bir cümlə­nin re­ma­sın­dan so­nra gə­lən rema sonrakı cümlənin teması kimi çıxış edir.

Ver­diy­i­miz mət­nin bütün cümlə­lə­ri sa­də qu­ru­lu­ş­lu­dur. Po­ten­si­al sin­tak­si­s­də cümlə mürək­kəb qu­ru­lu­­ş­lu da ola bi­lər.

Müəl­lif hə­min mət­ni be­lə da­vam et­di­rir:

« Yol­da bi­ri­si, şə­hər­dən gəl­miş bir qay­maq ta­mar­zı­sı çı­xıb de­səy­di ki:

- Ay Meh­ba­lı dayı, ne­çə is­təy­ir­sən al, o qay­mağı mən­dən elə­mə, - Meh­ba­lı ki­şi qu­laq ver­məz­di. Ka­sa do­lu­su qı­zıl da ver­sən, sözündən dön­məz­di və:

- Qay­mağ Mə­şə­di Möhsünündür! - dey­ər­di».

 

Bəl­kə, Meh­ba­lı ki­şi do­st­luq­da sə­bat­sız adam­dır? Bəl­kə sö­zünün üstündə du­ran dey­il? Bəl­kə, onu Mə­şə­di Möh­sünlə al­ver­dən yay­ın­dır­maq olar? - oxuc­u­nun bu cür dü­şün­cə­lə­ri­nə im­kan ver­mə­mək üçün ya­zı­çı ye­ni mə­lu­mat­la Meh­ba­lı ki­şi­nin haqq-sa­lam­da möh­kəm­liy­i­ni xüsu­si qeyd edir, ay­dın olur ki, Meh­ba­lı ki­şi, haqq-sa­lam xa­ti­ri­nə ka­sa do­lu­su qay­mağı ka­sa do­lu­su qı­zı­la da də­y­iş­məz və o, heç cür tə­səv­vür et­mir ki, Mə­şə­di Möhsündən baş­qa, bu qay­mağı ay­rı ada­ma ver­mək olar. Bu fikir­lə­ri ifa­də edən ab­­zas yu­xa­rı­da ver­diy­i­miz mət­nin da­va­mı olub, iki mürək­kəb cüm­lə­dən iba­rət­dir. Bi­rinci cümlə qa­rı­şıq tip­li şərt bu­daq cüm­lə­li ta­be­li mürək­kəb cümlə­dən ibarət­dir və bu cüm­lə­də «Meh­ba­lı ki­şi qu­laq ver­məz­di» ikinci kom­po­nent, bu­ra qə­dər­ki his­sə bi­rinci kom­po­nen­tdir. Bi­rinci kom­po­nent te­ma, ikinc­i­si re­ma­dır - hə­min kom­po­nent­də Meh­ba­lı ki­şi­nin haqq­sa­lam­da sa­bit­liyi, möh­kəm­liyi ifa­də olu­nur və haq­qın­da da­nı­şı­lan şəx­sin dəy­a­nə­ti ba­rə­də oxuc­uya ye­ni mə­lu­mat ve­ri­lir. Bi­rinci tər­ki­bin özü də mü­rək­kəb cümlə şək­lin­də­dir, həm də qa­rı­şıq tip­li ta­be­li mürək­kəb cümlə şək­lin­də­dir - əv­vəl baş cümlə, so­nra ta­mam­lıq budaq cüm­lə­si iş­lən­miş­dir; ta­mam­lıq bu­daq cüm­lə­si­nin özü də («ne­çə is­təy­ir­sən al, o qay­mağı mən­dən elə­mə») qar­şı­laş­dır­ma əla­qə­li tabe­siz mürək­kəb cümlə şək­lin­də­dir və onun da ikinci tə­rə­fi sa­də quru­lu­ş­lu, bi­rinci tə­rə­fi mürək­kəb qu­ru­lu­ş­lu­dur - kə­miyy­ət bu­daq cüm­lə­li ta­be­li mürək­kəb cümlə­dən iba­rət­dir («ne­çə is­tə­yir­sən, o qə­dər al»).

Bi­rinci cümlə ye­nə pre­sup­po­z­i­si­o­nal xa­rak­ter­də­dir: Meh­ba­lı ki­şi bir gün get­mir, beş gün get­mir, hər gün qay­maq ka­sa­sı əlin­də vağ­za­la yol­la­nır və bu­nu kənd­li­lər də görür, şə­hər­dən gə­lən­lər də. Bir gün, iki gün... Ha­mı bil­mə­li­dir ki, Meh­ba­lı ki­şi hər sə­hər kə­h­­rə­ba ki­mi qay­maq da­şıy­ır Mə­şə­di Möhsünə. Bir Mə­şə­di Möh­sün dey­il ki! Ha­mı qay­maq ye­mək is­təy­ər. Ona gö­rə də bu qay­mağı baş­qa is­təyən­lər də mey­da­na çı­xa bi­lər və bu, çox tə­bi­i­dir. Ya­zı­çı bu ba­rə­də uzun-uza­dı mə­lu­mat ver­mir, - bi­rinci cüm­lə­nin bi­rinci kom­po­nen­tin­də ta­mam­lıq bu­daq cümlə­si­nin baş cümlə­si te­ma­dır, ye­ni fi­kir ifa­də et­mir. Ta­mam­lıq bu­daq cümlə­si­nin özü də tə­zə fi­kir ifa­də et­mir, bütöv­lükdə fi­kir bu­dur ki, «bir adam çı­xıb qay­mağı is­tə­səy­di». Am­ma bu­nun­la ya­na­şı, bu­daq cümlə­nin bi­­rinci kom­po­nen­tin­də­ki «ne­çə is­təy­ir­sən, o qə­dər al» söz­lə­ri, hər hal­da, re­ma­tik xüsu­siyy­ə­tə ma­lik­dir və bu söz­lər də mən­ti­qi-se­man­tik cə­hət­dən əv­vəl­dən gə­lən te­ma­tik pro­ses­lə bağ­lı­dır: ki­şi­nin sə­da­qə­ti­ni ən ba­ha qiy­mət­lə də sar­sıt­maq, poz­maq mümkün deyil.

İkinci cümlə Meh­ba­lı ki­şi­nin möh­kəm­liy­i­ni, sə­da­qə­ti­ni ye­ni misal­la irə­li­lə­dir və bu cümlə sa­da­la­ma in­to­na­siy­a­sı ilə əv­vəl­ki cümlə ilə bağ­la­nır. Bu­nun da qu­ru­lu­şu mürək­kəb­dir: bu­daq cümlə sa­də, baş cümlə mürək­kəb qu­ru­lu­ş­lu­dur. Əv­vəl­ki mürək­kəb cümlə Meh­ba­lı ki­şi­nin sə­da­qə­ti­ni gö­s­tə­rir­sə, bu cümlə Meh­ba­lı ki­şi­ni­n haqq-sa­lam­da bir mis­qal tə­rəddüdə ma­lik ol­ma­dığ­ı­nı hökm ki­mi səs­lən­di­rir: «Qay­maq Mə­şə­di Möhsünündür!» Ma­dam be­lə­dir, nə tək­lif edir­sən et (bax­may­a­raq ki, bir ka­sa qı­zıl­la bir ka­sa qay­mağı müqay­i­sə et­mək ol­maz - dəy­ə­ri­nə gö­rə,), ki­şi­ni əy­mək, dön­dər­mək ol­maz; odur ki bu­daq cümlə te­ma­nın, baş cümlə əv­vəl­ki cümlə­də­ki re­ma­nın da­ha da də­rin­­ləş­di­ril­mə­si­nə, möh­kəm­lən­di­ril­mə­si­nə sə­bəb olur.

Be­lə­lik­lə, bu he­kay­ə­də te­ma Meh­ba­lı ki­şi­nin Mə­şə­di Möhsünə müna­si­bə­tin­dən ba­ş­lay­ır, öz inəy­i­nin məh­su­lu­nu yal­nız Mə­şə­di Möhsünə çat­dır­ma­sı­na ke­çi­lir, so­nra qay­maq üzə­rin­də bu sə­da­qə­tin möh­kəm­liyi yox­la­nı­lır. Ha­di­sə­lər bu şə­kil­də da­vam edir və qə­f­lə­tən he­kay­ə­nin so­nun­da Meh­ba­lı ki­şi ay­ı­lır ki, na­haq ye­rə o, ai­lə­si­ni, uşağ­ı­nı qoy­ub, əli­nin zəh­mə­ti­ni bir möh­tə­ki­rə ye­dir­dir. Bu isə bü­tövlükdə kənd­li­nin şüu­run­da tə­bəddülat­dır. Bütün bu fi­kir­lər ya sin­taq­ma­tik, ya da pa­ra­diq­ma­tik əla­qə­lər­lə, ya zən­cir həl­qəc­ik­lə­ri ki­mi dal­ba­dal düzülmüş, ya da mə­sa­fə­li, mən­ti­qi-se­man­tik bağ­lı­lıq­la üzə çı­xan cümlə­lər­lə ifa­də olun­muş­dur. Mət­nin qu­rul­ma­sı­nın əsas sə­bə­bi hər bir söy­lə­min te­ma və re­maya ay­rıl­ma­sı­dır, hər bir söy­lə­min ak­tu­al üzvlən­mə­si­dir. Mət­ni is­ti­qa­mət­lən­di­rən əsas va­si­tə te­ma­dır. Mət­ni irə­li­lə­dən, ye­ni fi­kir ifa­də edə­rək möv­zu­nu ge­niş­lən­di­rən, dərin­ləş­di­rən va­si­tə isə re­ma­dır.

Ak­tu­al üzvlən­məyə məz­mun və for­ma ba­xı­mın­dan ya­na­şan­lar var. Məz­munca ya­naş­ma o de­mək­dir ki, mət­nin hər bir cümlə­sin­də ak­tu­al üzvlən­mə nə­zə­rə alı­nır. Əg­ər cüm­lə bir fi­kir ifa­də edir­sə, ora­da ye­ni fi­kir ol­duğu, ak­tu­al üzv­lən­mə­nin mövc­ud­luğu nə­zə­rə alı­nır. For­mal ya­naş­ma­nın ma­hiyy­ə­ti on­dan iba­rət­dir ki, ak­tu­al üzvlən­­mə te­ma və re­ma­nın ay­dın müşa­hi­də olun­duğu cümlə­lər­də ax­ta­rı­lır. Bizcə, əv­vəl­ki möv­qe doğ­ru­dur. Ola bi­lər ki, in­to­na­siy­a­dan ası­lı olaraq, cümlə te­ma və re­maya ay­rıl­ma­sın, üzvlən­mə­sin. Bun­lar para­diq­ma və ya sin­taq­ma­ti­ka üçün özül, baş­la­nğ­ıc cümlə­lər ola bilər, mət­nə gi­riş üçün la­zım olar, la­kin onun özünün də ye­ni mə­lu­mat bil­dir­mə im­kan­la­rın­dan mə­h­rum ol­duğ­u­nu id­dia et­mək ol­maz. Bu cür cümlə­lər ən ümu­mi cümlə­lər ol­sa be­lə, ye­nə mo­dal müna­si­bə­tə malik ol­maq­la ye­ni bir şey ifa­də et­mə­li­dir.

Te­ma və re­ma­nın hər iki­si­nin ifa­də­si və ya bun­lar­dan bi­ri­nin ifadə­si mümkündür. Bu cür hal­lar­da, yə­qin ki, re­ma­nın ifa­də­si va­cib­dir. Te­ma isə nə­zər­də tu­tu­la bi­lər, tə­k­ra­ra yol ver­mə­mək üçün ix­tisar edi­lə bi­lər. Bu hal ya­rım­çıq cümlə­lə­rin ya­ran­ma­sı­na sə­bəb olur və nit­qin sürət­li­liy­i­ni, axıc­ı­lığ­ı­nı, fi­k­rin da­ha asan an­la­şıl­ma­sı­nı, ra­si­o­nal fi­k­rin da­ha tez çat­dı­rıl­ma­sı­nı tə­min edir. Di­gər tə­rəf­dən, te­ma­nın hər də­fə tə­k­ra­rı ya­zı­lı və ya şi­fa­hi nit­qi ağ­ır­laş­dır­maq­la ya­na­şı, əta­lə­tə, oxu­cu­nun kütləş­mə­si­nə sə­bəb olur. Hal­bu­ki pre­sup­po­zi­si­o­nal cə­hət­lər - bir çox mə­sə­lə­lə­rin bir­ba­şa de­yil­mə­mə­si, hə­min ha­di­sə­lə­rin mən­ti­qi tə­fəkkürlə bər­pa­sı­na im­kan ya­ra­dıl­ma­sı təkcə mət­nin yox, oxuc­u­nun özünün də ak­tu­al­laş­ma­sı­na sə­bəb olur.

 

 

Ver­diy­i­miz mət­nin təh­li­lin­dən gördük ki, mət­ni təş­kil edən söy­ləm­lər ara­sın­da əla­qə, bağ­lı­lıq əsas şərt­dir. Bu əla­qə çox müx­tə­lif va­si­tə­lər­lə ya­ra­dı­lır.

Mətnda­xi­li əla­qə­lər xət­ti şə­kil­də və ya qlo­bal ola bi­lər, yə­ni bağ­lı­lıq həm ar­dıc­ıl gə­lən cümlə­lər­də, həm də mə­sa­fə­li cümlə­lər ara­sın­da mövc­ud olur. Bağ­lı­lıq özü də iki cür olur: se­man­tik və qram­ma­tik bağ­lı­lıq. Se­man­tik bağ­lı­lıq əsas və həl­le­dic­i­dir. Se­man­­tik bağlı­lıq te­ma­tik in­ki­şa­fa sə­bəb olur. Bu ol­ma­sa, mət­nin kom­mu­ni­ka­tiv funk­siy­a­sı tə­min edi­lə bil­məz və se­man­tik əla­qə ol­ma­dan mət­nin mümkünlüyü də ir­re­al­dır. Qram­ma­tik əla­qə isə əsas və kö­mək­çi nitq his­sə­lə­ri, söz sı­ra­sı və pro­so­dik va­si­tə­lər­lə - vu­rğu, fa­si­lə, in­to­na­siya ilə tə­min edi­lir. Bu sa­hə­də əvəz­lik­lə­rin, bağ­lay­ıc­ı­la­rın, in­to­na­siy­a­nın ro­lu da­ha böyükdür. Po­ten­si­al sin­tak­si­sin təd­qi­qi və tə­d­ri­si pro­se­sin­də bu vax­ta qə­dər mət­nin qu­rul­ma­sı­na xid­mət edən qram­ma­tik və eləcə də se­man­tik va­si­tə­lə­rə bi­zim dil­çi­lik­də əsas­lı diq­qət ye­ti­ril­mə­miş, ali və or­ta mək­təb sin­tak­si­si bu cə­hət­dən da­im boş bu­ra­xıl­mış­dır.

Fakt­lar gö­s­tə­rir ki, te­ma və re­ma­nın tə­zahürü hə­mi­şə ey­ni xa­rak­ter­də dey­il­dir. Pa­ra­diq­ma­nın da­ha müstə­qil cümlə­lə­rin­də te­ma və rema ay­rıl­ma­sı sı­fır və­ziyy­ət­də olur. Ək­sə­rən nor­mal sı­ra ilə əv­vəl te­ma, so­nra re­ma dərk olu­nur. Bir çox hal­lar­da isə re­ma cüm­lə­nin hər han­sı bir nöq­tə­sin­də mən­ti­qi vu­rğu ilə fər­q­lən­di­ri­lir. Mə­sə­lən, Sa­bi­rin:

 

Bu söz­lə­ri in­san ya­zıb in­sa­nə, a Mol­la!

Nox­ta ya­ra­şır fir­qeyi-hey­va­nə, a Mol­la! -

 

mi­s­ra­la­rın­da mən­ti­qi vu­rğu fər­q­lən­di­ril­miş sözün və bir­ləş­mə­ni­n üzə­ri­nə düşür. Hə­min his­sə­lər re­ma­tik his­sə­lər­dir. Şa­ir de­mək istəyir ki, bu söz­lə­ri in­san qa­nan adam üçün, in­san üçün ya­zıb və nox­ta hey­van üçün ya­ra­nıb, onu in­san ba­şı­na vur­maq ol­maz (bu son fi­kir pre­sup­po­zi­si­o­nal­dır - mən­ti­qi şə­kil­də düşünülür).

Mən­ti­qi vu­rğu və in­to­na­siya te­ma və re­ma­nın ye­ri­ni də­yi­şə bi­lər. Mə­sə­lən: Atam gəl­di! - Gəl­di atam! - cüm­lə­lə­rin­də ol­duğu ki­mi.

Qə­dim dövr­lər­də - hə­lə di­lin sin­tak­tik qu­ru­lu­şu (po­ten­si­al sintak­sis) də­qiq öy­rə­nil­mə­diyi, tə­d­ris və təb­liğ edil­mə­diyi za­man fik­­rin ifa­də­si fi­k­rin tə­fəkkürdə for­ma­laş­ma ge­di­şi ilə da­ha çox uyğun gə­lə bi­lər­di. Mə­sə­lən:

« Xa­nım, hey!

Qa­mğ­an oğ­lu xan Bay­ın­dır ye­rin­dən dur­muş­du. Qa­ra ye­rin üstünə ağ ban evin tik­dir­miş­di». ( «Ki­ta­bi-Də­də Qor­qud»)

Bu­ra­da hər şey tə­bi­i­dir. Də­də Qor­qud boy boy­lay­ır, «Xa­nım hey» deyə mürac­i­ət­lə ba­ş­lay­ır. Mə­lum olan - «Qa­mğ­an oğ­lu xan Bay­ı­ndır»dır; ye­ni isə onun tər­pən­mə­si, hə­rə­kət et­mə­si, ye­rin­dən dur­ma­sı­dır. İkinci cümlə­də «Qa­mğ­an oğ­lu xan Bay­ın­dır» tə­səvvür olu­nur - pre­sup­po­zi­si­o­nal­dır, te­ma­dır, ye­ni - onun yer üzündə ev tik­dir­mə­si­dir. Bu söy­ləm­də idey­a­la­rın sı­ra­sı da tə­bi­i­dir: müşa­hi­də­çi­nin - Də­də Qor­qu­dun gözü əv­vəlcə qa­ra tor­pağa, so­nra ağ ban evə is­ti­qa­mət­lən­miş­dir. İdey­a­la­rın ifa­də­si sin­tak­tik qu­ru­lu­şa, söz sı­ra­sı­nın ge­di­şi­nə müva­fiq­dir. La­kin bu gün tə­fəkkür də mürək­kəb­ləş­miş, bu ba­rə­də bi­liy­i­miz də müx­tə­lif ifa­də üsul­la­rı­na yol aç­mış­dır. Mə­sə­lən:

«Əl­bət­tə, Gic­bə­sər o yar­paq xı­şıl­tı­sı­nı eşi­dir­di, am­ma ağ­ac­la­ra tə­rə­f bax­mır­dı; qa­ro­vul­çu Əf­la­tu­nun köş­künün da­mın­da dal ay­aq­la­rı­nı al­tı­na yığ­ıb, qa­baq ay­aq­la­rı­nı irə­li uza­dıb, o yüngül yaz mehi­nin əs­diyi səm­tə - ax­şam­üstü uzaq­da qa­ral­mağa ba­ş­la­yan də­ni­zə tə­rəf ba­xır­dı.. (El­çin. «Ölüm hökmü»).

Bu cümlə­də oby­ek­tiv müşa­hi­də ilə fi­kir­lə­rin, müşa­hi­də­lə­rin tə­s­vi­rin­də­ki sı­ra uyğ­un dey­il. Müşa­hi­də oby­ek­ti­nin sı­ra­sı­na gö­rə Əf­la­tu­nun köşkü, köşkün üzə­rin­də it və onun al­dığı və­ziyy­ət və so­nra onun bax­dığı sa­hə (qa­ral­mağa ba­ş­lay­an də­niz) və bax­ma­dığı sa­hə (yar­paq­la­rı xı­şıl­day­an ağ­ac) tə­s­vir edil­mə­li idi. La­kin po­ten­si­al sintak­si­sin müa­sir zə­ng­in im­kan­la­rı, idey­a­lar­la on­la­rın ifa­də­sin­də­ki sı­ra ara­sın­da fər­q­li cə­hət­lə­rə bax­may­a­raq, te­ma­nın ye­ni mə­lu­mat isti­qa­mə­tin­də bir ne­çə cə­hə­tə şa­xə­lən­mə­si­nə im­kan ve­rir: «Gic­bə­sər» ad­lan­dı­rıl­mış bu itin yar­paq­la­rın xı­şıl­tı­sı­nı eşit­mə­si, la­kin on­la­ra mə­həl qoy­ma­ma­sı, ha­ra­da yat­ma­sı, necə və­ziyy­ət­də yat­ma­sı, hansı tə­rə­fə bax­ma­sı ye­ni mə­lu­ma­tı ço­xal­dır və bütün bun­la­rın ümu­mi­ləş­di­ril­mə­si əsa­sın­da tə­d­ric­ən itin kə­dər­li və­ziy­yə­ti ba­rə­də ye­ni bi­lik ve­ri­lir.

Re­ma va­si­tə­si­lə te­ma - tə­bi­ət ha­di­sə­lə­ri, müxtə­lif pro­­ses­lər, şəxs və əşy­a­lar, ay­rı-ay­rı fakt­lar, şə­ra­it, za­man və s. haq­qın­da ye­ni mə­lu­mat ve­ri­lir, müxtə­lif mə­sə­lə­lər ay­dın­laş­dı­rı­lır, də­qiq­ləş­di­ri­lir.

 

Po­ten­si­al sin­tak­sis ilə ak­tu­al sin­tak­sis üzvi şə­kil­də bağ­lı­dır. Bu­na gö­rə də qram­ma­tik üzvlən­mə ilə ak­tu­al üzv­lən­mə ara­sın­da əla­qə və ya­xın­lıq güclüdür. Qram­ma­tik üzv­lən­mə­nin va­hi­di olan mübtə­da ilə xə­bər ara­sın­da mövc­ud olan əla­qə və müna­si­bət­lə söy­ləm va­hi­di olan te­ma və re­ma ara­sın­da­kı əla­qə və müna­si­bət­lər ya­xın­dır. Müxtə­sər cüttər­kib­li cümlə­lər­də mübtə­da te­maya, xə­bər re­maya uyğ­un gə­lə bi­lər; mə­sə­lən, Əh­məd da­nı­şır ! Əgər bu cür cüm­lə­lər­də te­ma ilə re­ma ye­ri­ni dəy­i­şər­sə (mə­sə­lən, Da­­nı­şır Əh­məd !) , qram­ma­tik və ak­tu­al üzvlən­mə uyğ­un gəl­məz. Ge­niş cümlə­lər­də qram­ma­tik və ak­tu­al üzvlən­mə­nin müna­si­bə­ti da­ha mürək­kəb olur. Cümlə­nin beş üzvü var­dır və ge­niş cüm­lə­lər­də qram­ma­tik üzvlən­mə cümlə­də hə­min üzv­lə­rin mü­əyy­ən­ləş­di­ril­mə­si­nə im­kan ve­rir. Ak­tu­al üzv­lən­mə­də isə söy­ləm hökmün üzvlə­ri­nə - suby­ekt və pre­di­ka­ta müva­fiq ola­raq iki üzvə - te­ma və re­maya ay­rı­lır. La­kin bu cür fər­q­li müna­si­bət­lə­rin mü­əyy­ən­ləş­di­ril­mə­sin­də hə­lə də də­qiq­ləş­di­ril­mə­li mə­sə­lə­lər çox­dur.

Hər bir cümlə, mən­ti­qi vu­rğ­u­nun han­sı sözün üzə­ri­nə düş­mə­sin­dən ası­lı ol­may­a­raq, qram­ma­tik cə­hət­dən ey­ni cür üzvlə­nir; mə­sə­lən: Mən bu gün ya­taq­xa­na­da növ­bət­çi idim - cümlə­sin­də mən­ti­qi vu­rğu məq­səd­dən ası­lı ola­raq ay­rı-ay­rı­lıq­da bütün söz­lə­rin üzə­ri­nə düşə bi­lər : M ə n bü gün ya­taq­xa­na­da növ­bət­çi idim. Mən b u g ü n ya­taq­xa­na­da növ­bət­çi idim. Mən bu gün y a t a q x a n a d a növ­bət­çi idim. Mən bu gün ya­taq­xa­na­da n ö v b ə t çi i d i m . La­kin bu cümlə bütün bu dəy­iş­mə­lə­rə bax­may­a­raq, qram­ma­tik sin­tak­si­s­də mübtə­da, za­man zər­f­liyi, yer zər­f­liyi və xə­bər­dən iba­rət ola­caq­dır. Ak­tu­al üzvlən­məyə gəl­dik­də, və­ziyy­ət ta­ma­mi­lə baş­qa­dır: mən­ti­qi vu­rğ­u­nun han­sı sözün üzə­ri­nə düşmə­sin­dən ası­lı ola­raq hökm dəy­i­şir, müxtə­lif hökmlər ifa­də olu­nur və nə­tic­ə­də te­ma ilə re­ma­nın da ye­ri dəyi­şir, qram­ma­tik və ak­tu­al üzvlən­mə­də kə­s­kin fərq əmə­lə gə­lir. Bu hal­da ak­tu­al üzvlən­mə qram­ma­tik üzvlən­məyə ma­ne ol­mur, ək­si­nə, onun dil ma­te­ri­a­lı­na əsas­la­nır. Ak­tu­al üzv­lən­mə söy­lən­miş fi­k­rin bit­kin­liy­i­ni tə­min et­mək­lə qram­ma­tik üzvlən­mə­nin ta­mam­lan­ma­sı­na sə­bəb olur. Dil­çi­lə­rin fi­k­rincə, ak­tu­al üzvlən­mə cümlə­nin dil se­man­ti­ka­sın­dan fər­q­li ola­raq, nitq se­man­ti­ka­sı­na məx­su­s­dur.

Hər bir cümlə mətn da­xi­lin­də tam düzgün dərk olu­na bi­lər. Biz ümu­mi bi­liy­i­miz əsa­sın­da ay­rı-ay­rı cümlə­lə­ri ət­ra­f­lı təh­lil edə bilərik. Mətn da­xi­lin­də cümlə­lər özün­­dən əv­vəl­ki cümlə­lər­lə mən­ti­qi-se­man­tik və qram­ma­tik əla­qə­də ol­maq­la ya­na­şı, so­nra­kı cümlə­lər üçün də zə­min ya­ra­dır. Bütün bun­lar mət­nin əla­qə­li­liy­i­ni, bağlılığ­ı­nı tə­min edir, onu bütöv bir va­hi­də çe­vi­rir.

Mətn və onun hüdu­du mə­sə­lə­si dil­çi­lik­də müba­hi­sə­li­dir. Bə­zən bit­miş fi­kir ifa­də edən iki söy­ləm də mətn say­ı­lır, bütöv bir bə­dii əsər də. Biz hər han­sı bir əsər­dən ay­ı­rıb götürdüyümüz bir par­ça­nı da mətn ad­lan­dı­rı­rıq. Mətn müəyy­ən se­man­tik bağ­lı­lığa ma­lik olan cümlə­lə­rin qay­daya düşmüş ar­dıc­ıl­lığı olub mor­fo­lo­ji, sin­tak­tik və pro­so­dik va­si­tə­lə­rin kö­məyi ilə qu­ru­lur. Ana­fo­rik və ka­ta­fo­rik əla­qə və müna­si­bət­lər mət­nin təş­ki­lin­də həll­e­dici əhə­miyy­ə­tə ma­lik­dir. Hər bir bit­kin mətn gi­riş, əsas his­sə və nə­tic­ə­dən iba­rət olur. Mətn adə­tən sə­bəb-nə­ticə is­ti­qa­mə­tin­də qu­ru­lur, bə­zi söy­ləm­lə­rin pre­sup­po­zi­si­o­nal və­ziyy­ə­ti - bu­ra­xıl­ma­sı və tə­fəkkürdə bər­pa­sı hal­la­rı da mət­nin bağ­lı­lığ­ı­nı tə­min edən va­si­tə­lər­dən­dir. Mət­nin özünə­məx­sus ümu­mi in­to­na­siy­a­sı olur.

Ya­zı­lı mət­nin ay­rı-ay­rı cümlə­lə­ri­nin su­pra­sin­tak­sis ba­xı­mın­dan (ak­tu­al üzvlən­mə) necə üzvlən­diy­i­ni mət­nin ümu­mi in­to­na­siy­a­sı ilə müəyy­ən­ləş­dir­mək olar. Şi­fa­hi nitqdə isə ak­tu­al üzvlən­mə hər bir cümlə­nin öz in­to­na­si­ya­sı ilə müəyy­ən­lə­şir. La­kin qram­­ma­tik üzvlən­mə­nin in­to­na­siya ilə bu cür əla­qə­si yox­dur.

S in­tak­tik va­hid­lə­rin sa­də­dən mürək­kə­bə in­ki­şaf düzü­lüşü aşağ­ı­da­kı ki­mi­dir: söz bir­ləş­mə­lə­ri - müxtə­sər cüm­lə - ge­niş cüm­lə - poli­pre­dak­tiv (həmc­ins üzvlü) cümlə - mürək­kəb cümlə - qa­rı­­şıq tip­li mürək­kəb cümlə - mətn . Bu sı­ra­da «cümlə» mər­kə­zi möv­­qe tu­tur, lakin öz həcm və qu­ru­luş xüsu­siyy­ət­lə­ri ilə söz bir­ləş­mə­si ilə mətn ara­sın­da bir ne­çə şə­kil­də özünü gö­s­tə­rir. Ak­tu­al üzvlən­mə məq­səd­li nit­qin ana­li­zi üçün nə qə­dər böyük ro­la ma­lik ol­sa da, onun ro­lu­nu həd­din­dən ar­tıq şi­şirt­mək, cümlə­ni nis­bi bit­miş fi­kir ifa­də edən dil va­si­tə­si ki­mi he­çə en­dir­mək ol­maz. Cümlə - cümlə­dir, mət­nin əsas hücey­rə­si­dir.

Mətn sin­tak­si­si­nin ro­lu­nu şi­şirt­mək­lə ta­be­siz mü­rək­kəb cüm­lə­lə­ri də in­kar et­mək ol­maz: «...mətn sin­tak­si­si mürək­kəb cüm­lə­nin ənə­nə­vi təs­ni­fa­tı­nı in­kar edə­rək «ta­be­siz mürək­kəb cümlə»ni şübhə altı­na al­mış ol­du. Bu is­ti­qa­mət­də apa­rı­lan təd­qi­qat, ümu­miyy­ət­lə, belə bir ter­mi­nin - bölümün əsas­sız­lığ­ı­nı sübut edə­rək «ta­be­siz mü­rək­kəb cümlə» ilə sin­tak­tik bütöv və ya «pe­ri­od» ara­sın­da müəyy­ən bir oxşar­lığ­ın ol­ma­sı ki­mi nə­tic­əyə gə­ti­rib çı­xart­dı. Və cə­sa­rət­lə deyə bi­lə­rik ki, bu tip­li mürək­kəb cümlə­ni təd­qiq edən­lər əs­lin­də sin­tak­tik bütövü və ya pe­ri­o­du ya­zı­çı­nın öz üslu­bu­na, dey­im tər­zi­nə uyğ­un bir ne­çə cümlə­nin şər­ti işa­rə ilə qa­pan­ma­sı­nı əsas götürüb təd­qi­qat oby­ek­ti­nə çe­vir­mi­ş­lər. Bu sa­də cümlə­lər­sə, heç vaxt (ta­be­siz mürək­kəb cümlə adı al­tın­da ve­ril­miş) mürək­kəb fi­kir ifa­də edə bil­məz. Hal­bu­ki ya­zı­çı­nın şər­ti işa­rə­si­nin qa­pan­ma­sı­nı yox, fi­k­rin mən­ti­qi qa­pan­ma­sı­nı əsas gö­türmək la­zım­dır» (Q.M.Bəy­za­də. Mətn dil­çi­liyi. Ba­kı, «Qor­qud», 1997, s.40).

Bu si­tat­da müəl­lif möv­qeyi bir ne­çə is­ti­qa­mət­də fərq­lən­di­rici xüsu­siyy­ə­tə ma­lik­dir. Ay­dın olur ki, müəl­lif mürək­kəb sin­tak­tik bütöv­lə pe­ri­o­du uyğ­un sin­tak­tik struk­tur­lar­dan say­ır və mət­nin his­sə­lə­ri he­sab edir. Dil­çi­lik­də bu sa­hə­də fi­kir ay­rı­lığı var­dır və bir çoxla­rı «mətn» ter­mi­ni ilə «mürək­kəb sin­tak­tik bütöv» ter­mi­ni­ni si­no­nim ki­mi iş­lə­dir­lər. Si­tat ver­diy­i­miz müəl­lif isə in­diyə qə­dər öy­rən­diy­i­miz ta­be­siz mürək­kəb cümlə­lə­ri də mürək­kəb cümlə növü dey­il, «müəl­li­fin du­rğu işa­rə­lə­ri­nin şər­ti qa­pan­ma­sı ilə» mey­da­na çı­xan mürək­kəb sin­tak­tik bütöv və ya pe­ri­od he­sab edir. Qeyd edə bi­lə­rik ki, ya­zı­çı üslu­bun­da elə ta­be­siz mürək­kəb cümlələr olur ki, hə­qi­qə­tən, du­rğu işa­rə­si - nöq­tə ilə cümlə­nin sər­həd qa­pan­ma­sı baş­qa cür də ola bi­lər və bu hal­da ta­be­siz mürək­kəb cümlə ləğv edil­miş olar, la­kin bu hal­da in­to­na­siy­a­da key­fiyy­ət də­y­i­şik­liyi olac­aq­dır. Əla­qə­li mətndə fi­k­rin müəl­lif is­təy­i­nə müva­fiq qu­rul­ma­sı bu cür hal­lar­da da mümkündür. La­kin bütün bun­lar ta­be­siz mürək­kəb cüm­lə­lə­ri bütövlükdə in­kar et­məyə əsas ver­mir. Bu, bir ne­çə cə­hət­lə bağ­lı­dır:

Əv­və­lən, di­lin qu­ru­lu­şu cə­miyy­ə­tin qu­ru­lu­şu­na müva­fiq şə­kil­də­dir. Cə­miyy­ət ib­ti­dai ic­ma qu­ru­lu­şun­dan qul­dar­lıq qu­ru­lu­şu­na keçmiş­dir. Dil­də də «bə­ra­bərhüquq­lu qu­ru­luş»­la «ta­be­li qu­ru­luş» hökm sürmək­də­dir.

İkinc­i­si, bütün dil­çi­lik­də sübut olun­muş­dur ki, ta­be­li mürək­kəb cümlə­lə­rin bir qi­s­mi ta­be­siz mürək­kəb cüm­lə­lər­dən əmə­lə gə­lir.

Üçüncüsü, ta­be­siz mürək­kəb cümlə­nin qa­rı­şıq ti­pi də var və qa­rı­şıq tip­li ta­be­siz mürək­kəb cümlə­lə­ri in­kar et­mək ol­maz. « De­y­ir­di­lər fı­rıl­daq­çı­san, inan­mır­dım » - cüm­lə­si qar­şı­laş­dır­ma əla­qə­li ta­be­siz mürək­kəb cüm­lə­dir; ikinci tər­kib his­sə­si sa­də qu­ru­lu­ş­lu, bi­rinci tər­kib his­sə­si mürək­kəb qu­ru­lu­ş­lu­dur - ta­mam­lıq bu­daq cüm­lə­li ta­be­li mürək­kəb cümlə­dən iba­rət­dir. Bi­rinci tər­kib­dən son­ra «müəl­li­fin du­rğu qa­pan­ma­sı» necə ola bi­lər? Ola bi­lər, am­ma əv­vəl­ki ef­fek­ti ver­məz.

Və, nə­hay­ət, ta­be­siz mürək­kəb cümlə­lə­rin tər­kib his­sə­lə­­ri­ni əla­qə­lən­di­rən va­si­tə­lər var­dır - in­to­na­siya, bağ­­la­yıc­ı­lar, za­man uy­uş­ma­la­rı, tər­kib his­sə­lə­rin pa­ra­lel­liyi, ell­ip­sis, or­taq söz­lər, or­taq üzvlər və s . « La­lə çi­çək­lə­rin ət­ri­ni si­nə­si­nə çək­dikcə ya­ra­sı sağ­a­lır, ay­rı­lığ­ın ac­ı­la­rı ca­nın­dan çı­xır­dı» (Ə.Və­liy­ev) - cümlə­sin­də axı­rıncı tər­kib­dən əv­vəl nöq­tə ilə du­rğu qa­pan­ma­sı mü­əl­lif is­təy­i­ni in­di­ki şə­kil­də ifa­də edə bil­məz.

Bütün bun­lar gö­s­tə­rir ki, ta­be­siz mürək­kəb cümlə­ni mü­rək­kəb sin­tak­tik bütöv­lə­rə qur­ban ver­mək, in­kar et­mək ol­maz. «Ta­be­siz mü­rək­kəb cümlə» ter­mi­ni şər­ti ter­min­dir, ta­be­siz­lik - əla­qə­siz­lik deyildir. Ta­be­siz mürək­kəb cümlə­lə­rin tər­kib his­sə­lə­ri ara­sın­da da ası­lı­lıq var­dır, la­kin bu ası­lı­lıq ta­be­li mürək­kəb cümlə­də ol­duğu ki­mi bir­tə­rə­f­li dey­il­dir. Ta­be­siz mürək­kəb cümlə­lə­rin tər­kib his­sə­lə­ri bir-bi­rin­dən ey­ni də­rəc­ə­də, bə­ra­bər şə­kil­də ası­lı olur.

Hə­min si­tat­da müəl­li­fin bir qey­di ilə də ra­zı­laş­maq ol­maz: «Bu sa­də cümlə­lər­sə heç vaxt mürək­kəb fi­kir ifa­də edə bil­məz». Mü­əl­lif «bu sa­də cümlə­lər» de­dik­də bi­zim öy­rən­diy­i­miz ta­be­siz mü­rək­kəb cümlə­lə­rin ay­rı-ay­rı kom­po­nent­lə­ri­ni nə­zər­də tu­tur. Ta­be­siz mürək­kəb cümlə­lərin hər bir kom­po­nen­tin­də fi­kir bir­ba­şa, müstə­qim şə­kil­də or­taya çı­xır, ta­be­lilikdə isə bir kom­po­nent o bi­ri­ni ay­dın­­laş­dır­maq­la fi­k­rin ifa­də­sin­də iş­ti­rak edir. Elə ta­be­siz­lik və ta­be­li­lik də budur. «Mürək­kəb fi­kir» mə­sə­lə­si­nə gəl­dik­də, mü­rək­kəb fi­kir sa­də cümlə ilə də ifa­də olu­na bi­lir: da­xi­lin­də fe­li si­fət, fe­li bağ­la­ma, məsdər tər­ki­bi olan sa­də cümlə­lər mürək­kəb fi­kir ifa­də edir.

Ak­tu­al üzvlən­mə və mətn sin­tak­si­si­nin öy­rə­nil­mə­si həm mət­nin kon­kret kə­siy­in­də, həm də onun bütün təş­ki­li ər­zin­də «mə­lum»un və «ye­ni»nin və­ziyy­ə­ti­ni, mət­nin di­g­ər linq­vi­s­tik əla­mət­lə­ri­ni araş­dır­mağa, xüsu­si­ləş­mə, par­sely­a­siya, re­fe­ren­siya, el­lip­sis və ya­rım­çıq cümlə ki­mi mü­hüm sin­tak­tik ha­di­­sə­lə­rin, bə­dii əsər­lə­rin müəl­lif və janr xüsu­siyyət­lə­ri­ni, funk­si­o­nal üslub­la­rın ən səc­iy­yə­vi əla­mət­lə­ri­ni öy­rən­məyə im­kan ve­rir.

Ak­tu­al sin­tak­si­sin təd­qi­qi sa­hə­sin­də çox iş görül­mə­li­dir. Hə­lə də bu sa­hə ilə bağ­lı bir çox ter­min­lər si­no­nim şə­kil­də iş­lə­dil­mək­də­dir. «Ak­tu­al üzvlən­mə» ilə ya­na­şı, «kon­tek­s­tu­al üzvlən­mə», «kom­mu­ni­ka­tiv üzvlən­mə», «te­ma və re­ma üzrə üzvlən­mə», «cümlə­nin ak­tu­al pers­pek­ti­vi», «cümlə­nin funk­si­o­nal per­spek­ti­vi» və s., «te­ma» və «re­ma» əvə­zi­nə, «mət­nin suby­ekt və psi­xo­lo­ji pre­di­ka­tı», «an­lam suby­ek­ti və an­lam pre­di­ka­tı», «əsas (çı­xış nöq­tə­si) və nüvə», «te­ma­tik his­sə və ye­ni» və s. ter­min­lər­dən də is­ti­fa­də edi­lir. Təd­qi­qat art­dıqca si­no­nim müva­zi­lik­lər­dən bi­ri üs­tünlə­şir. Şüb­hə­siz, bu sa­hə­də Əf­qan Ab­dul­lay­e­vin «Ak­tu­al üzv­lən­mə və mətn» ad­lı bu əsə­ri­nin xüsu­si ro­lu olac­aq­dır.

 

* * *

 

Əf­qan Əli oğ­lu Ab­dul­lay­ev 1956-cı il­də ana­dan olub. İng­i­lis di­­li fakültə­si­ni bi­ti­rib. On ilə ya­xın bir müddət­də Azər­bayc­an Döv­­lət Dil­lər İn­sti­tu­tu­nun ing­i­lis di­li­nin qram­ma­ti­ka­sı ka­fe­d­ra­sın­da iş­ləy­ib. 1995/1996-cı tə­d­ris ilin­də ABŞ-da ma­g­i­s­t­ra­tu­ra təh­si­li alıb, ma­g­istr el­mi də­rəc­ə­si­nə lay­iq görülüb. 1997-ci il­də dis­ser­ta­siya mü­da­fiə edə­rək dil­çi­lik nə­zə­riyy­ə­si üzrə fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di alim­lik də­rəcə­si alıb. 30-dan çox el­mi mə­qa­lə­nin müəl­li­fi­dir. ABŞ-da, İranda, Ru­siy­a­da, İng­il­tə­rə­də müxtə­lif bey­nəl­xalq kon­fran­slar­da iştirak və çı­xış edib. Ha­zır­da Xə­zər Uni­ver­si­te­tin­də Hu­ma­ni­tar elm­lər fakültə­si­nin de­ka­nı­dır.

Oxuc­u­la­ra təq­dim et­diy­i­miz bu əsər Əf­qan Ab­dul­lay­e­vin ilk ki­ta­bı­dır. Göründüyü ki­mi, əsər dil­çi­liy­in ye­ni, çə­tin və mürək­kəb bir sahə­si­nə həsr olun­muş­dur. Ba­ş­lıca ola­raq, Azər­bayc­an di­li ma­te­ri­al­la­rı­na əsas­la­nan müəl­lif, ye­ri gəl­dikcə, Azər­bayc­an və ing­i­lis di­li fakt­la­rı­nı qar­şı­laş­dır­mış, dil­lə­rin spe­si­fik xüsu­siyy­ət­lə­ri­ni üzə çıxarmağa ça­lış­mış­dır.

Ümid edi­rik ki, hör­mət­li oxucu bu əsər­dən ak­tu­al üzv­lən­mə­nin mətny­a­rat­ma im­kan­la­rı ba­rə­də ki­fay­ət qə­dər mə­lu­mat alac­aq, ak­tu­al sin­tak­si­sə da­ir bi­lik və tə­səvvür­lə­ri­ni ge­ni­ş­lən­di­rəc­ək­dir.

01.03.1998

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az