BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

XALQ POEZİYASINDA DAŞLAŞAN

TA­Rİ­Xİ­MİZ

 

Pro­fes­sor Hə­sən Mir­zəy­ev fi­lo­lo­g­iy­a­mız­da müa­sir ədə­bi di­li­mi­zin mor­fo­lo­g­iy­a­sı­nı, di­lin qu­ru­luş xüsu­siy­yət­lə­ri­ni həm sin­xron, həm də di­a­xron as­pekt­lər­də araş­dır­maq­da, o cümlə­dən xal­qın qə­dim ta­ri­xi­ni, di­li­ni, mil­li ori­ji­nal xüsu­siyy­ət­lə­ri­ni da­ha yax­şı müha­fi­zə edib sax­lay­an fel­lə­rin təd­qi­qat­çı­sı ki­mi məş­hur­dur. La­kin pro­fes­sor, bir fi­lo­loq ki­mi, el sə­nə­ti­nə - aşıq ədə­biy­ya­tı­na da də­rin­dən bə­ləd­dir və bu sa­hə­nin vu­rğ­u­nu­dur. Si­nə­sin­də Qur­ba­ni­nin, Xə­s­tə Qa­sı­mın, Tufar­qan­lı Ab­ba­sın, Va­le­hin, Al­ının, Ələs­­gə­rin, Şəm­şi­rin, Bo­zal­qan­lı Hüsey­nin, Dil­qə­min ya­rat­dığı ne­çə-ne­çə qoş­ma­lar, qı­fıl­bəndlər, mə­həb­bət və qə­h­rə­man­lıq da­s­tan­la­rı ya­tır. Saz-söz məc­lis­lə­rin­də aşıq­la­rı, fol­k­lorşü­na­sla­rı hey­rət­də qoya bi­lir. Saz ha­va­la­rı­nı onun qə­dər duy­an az-az ada­ma rast gəl­mək olar.

H.Mir­zəy­e­vin çox sev­diyi el ədə­biyy­a­tı ilk ba­xış­da dil baxımından bir qə­dər sa­də və bə­sit görünür. La­kin əs­lin­də sa­də­lik­lə da­hi­liy­in bir­ləş­mə­sin­dən iba­rət olan el ədə­biy­ya­tın­da - xalq da­s­tan­la­rın­da, aşıq po­eziy­a­sın­da zə­rif və tu­tar­lı sə­nət sir­lə­ri içə­ri­sin­də xal­qı­mı­zın ta­ri­xi­ni, soy-kö­künü, öl­kə­mi­zin əra­zi­sin­də və bu əra­zi­nin hüdud­la­rın­dan çox-çox uzaq­lar­da ya­şa­mış qə­dim abo­ri­gen et­nos­la­rın qo­ru­nub sax­lan­mış nə­fə­si­ni, mi­f­lə­ri­ni, adət-ənə­nə­lə­ri­ni, gey­im və ya­şay­ış tər­zi­ni, ya­del­li­lə­rə qar­şı müba­ri­zə və mə­də­ni in­ki­şaf sə­viy­yə­si­ni üzə çı­xar­maq olur. Heç şübhə­siz, hər bir da­s­tan, hər bir deyiş­mə, qoş­ma, bay­a­tı ya­ra­dıcı in­sa­nın bir düşüncə­si­ni, bir ni­sg­in­li­ni, bir dər­di­ni, bir qəlb çır­pın­tı­sı­nı müha­fi­zə edir, da­şı­dı­ğı mə­nə­vi yükü son­ra­kı əsrlə­rə, son­ra­kı nə­sil­lə­rə apa­rır. Şübhə­siz, el ədə­biyy­a­tın­da fol­k­lor ya­ra­dıcı­sı­nın duyğu və düşüncə­lə­ri aşın­ma­lar­la ya­şay­ır. Lakin xalq da­s­tan­la­rı, aşıq poe­ziy­a­sı aşığ­ın is­te­dad və sa­vad də­rəc­ə­sin­dən ası­lı ol­may­a­raq, sə­nət­ka­rın içə­ri­sin­dən çıx­dığı və ya ünsiy­yət­­də ol­duğu et­nos­la­rın, ad­dım-ad­dım gəz­diyi yer­lə­rin, döyüşdüyü, dey­iş­diyi in­san­la­rın ad­la­rı­nı dəy­iş­məyə o qədər də eh­tiy­ac duy­mur. Xüsu­si ad­lar ya­şa­yır, sə­nət di­li ilə ta­ri­xi də ya­şa­dır və əbə­di­ləş­di­rir.

«Aşıq po­eziy­a­sın­da ya­şay­an ad­la­rı­mız və ta­ri­xi­miz» ki­ta­bı H.Mir­zəy­e­vin el ədə­biyy­a­tı ilə bağ­lı dü­şüncə­lə­ri­nin bir qi­s­mi­ni əha­tə edir. Müəl­lif əsa­sən ono­ma­s­tik lek­si­ka­nın təd­qi­qi ilə məş­ğul olmuş və xüsu­si ad­la­rı bir küll ha­lın­da bütün sa­hə­lər üzrə nə­zər­dən ke­çir­miş­dir.

Beş fə­sil­dən iba­rət olan bu əsər­də hər bi­ri bir fəs­li təş­kil edən topo­nim və an­t­ro­po­nim­lə­rin kə­miyy­ət və key­fiyy­ət gö­s­tə­ric­i­lə­ri, struk­tur-se­man­tik im­kan­la­rı folk­lor janrla­rı­nın po­etik, ta­ri­xi, mi­fo­lo­ji araş­dır­ma­lar üçün ge­niş im­kan­la­ra ma­lik ol­duğ­u­nu gö­s­tə­rir. Di­ni və mi­fo­lo­ji ta­ri­xə bə­ləd olan müəl­lif xalq po­eziy­a­sın­da cəm­ləş­miş xüsu­si ad­la­rın - to­po­nim və an­t­ro­po­nim­lə­rin ət­ra­f­lı təh­li­li­ni ver­miş, qa­la, kənd, şə­hər, ma­hal, öl­kə, vi­lay­ət ad­la­rı­nın ta­ri­xi-eti­mo­lo­ji təd­qi­qi əsa­sın­da xal­qı­mı­zın tə­şəkkülündə mühüm ro­lu olan et­nos­la­rın el sə­nə­tin­də da­ş­laş­mış iz­lə­ri­ni üzə çı­xar­mış­dır. Di­ni və mi­fo­lo­ji ad­la­rın, di­ni ti­tul və lə­qəb­lə­rin el­mi şər­hi əsə­rin dəy­ə­ri­ni ar­tı­rır. Et­no­nim­lə­ri müəl­lif da­ha çox yay­laq, dağ, çay, göl, bu­laq, qa­la, şə­hər, kənd ad­la­rı­nın il­kin struk­tu­ru­nu bər­pa et­mək, ta­ri­xi aşı­nma­la­rı aradan qal­dır­maq yo­lu ilə müəyy­ən­ləş­dir­miş, çox za­man diq­qə­ti o qə­dər də cəlb et­məy­ən xüsu­si ad­lar­da min il­lər­lə ömür sür­müş et­nos­la­rın iz­lə­ri­ni gö­rə bil­miş­dir.

İn­san ad­la­rı­nın tö­rə­mə mən­bə­lə­ri çox və rə­nga­rə­ng­dir: quş, hey­van, bit­ki, daş-qaş, sə­ma ci­sim­lə­ri ad­la­rı əsa­­sın­da tə­şəkkül tap­­mış an­t­ro­po­nim­lə­rin aşıq poe­zi­ya­sın­da zən­gin qa­le­rey­a­sı­na rast gə­li­rik. Ko­s­mo­nim, hid­ro­nim, zo­o­nim, kte­ma­to­nim­lər aşıq poe­ziy­a­sın­da xüsusi ad si­s­te­mi­nin da­i­rə­si­ni qa­pay­ır, müəl­lif bu gü­nə qə­dər çap olun­muş aşıq ədə­biyy­a­tın­dan top­la­dığı zə­ng­in ma­te­ri­alı hər­tə­rə­f­li qrup­laş­dır­maq və el­mi şə­kil­də təh­lil et­mək­lə oxuc­u­da ay­dın təəssürat və ma­raq ya­ra­da bi­lir.

Aşığ­ın sözü elin sözüdür. Ona gö­rə də aşıq po­eziya­sın­da ya­şay­an ad­lar xa­lqın tə­bii tə­ləffüz şək­li­ni hifz et­miş olur. On­la­rın ya­zı­lı mən­bə­lər­lə müqay­i­sə və tu­tuş­du­rul­ma­sı el­mi araş­dır­ma­lar və ta­ri­xin düzgün dər­ki yo­lun­da böyük per­spek­tiv­lər açır. Qə­dim türk da­s­tan­la­rı­nın, xalq nağ­ıl­la­rı­nın, mi­f­lə­rin, əf­sa­nə və lə­ti­fə­lə­rin bu şə­kil­də öyrə­nil­mə­si xal­qın tə­d­rici in­ki­şaf və ka­mil­ləş­mə yo­lu onun mil­li key­fiyy­ət­lə­ri, və­tən və yurd mən­su­biyy­ə­ti, adət-ənə­nə­lə­ri, ar­zu və is­tək­lə­ri ba­rə­də mi­sil­siz ma­te­ri­al ve­rir.

Ki­ta­bın adın­da­kı «ad­la­rı­mız və ta­ri­xi­miz» söz­lə­ri gö­s­tə­rir ki, müəl­lif aşıq po­eziy­a­sın­da ad­la­rı­mı­zın təd­qi­qi fo­nun­da mə­də­ni, siy­a­si, iq­ti­sa­di, di­ni və ic­ti­mai ta­ri­xi­mi­zin, xüsusilə qə­dim oğ­uz yur­du olan in­di­ki Er­mə­nis­tan­ torpaqları ta­ri­xi­nin təd­qi­qi­nə da­ha çox is­ti­qa­mət al­mış­dır.

Müəl­lif ki­ta­bın II fəs­lin­də Də­rə­ləy­ə­zə həsr olun­muş qoş­ma­la­ra, bu qoş­ma­lar­da sa­da­la­nan ono­ma­s­tik va­hid­lə­rin iza­hı­na xüsu­si diq­qət ye­tir­miş­dir. Də­rə­ləy­əz­də olan bütün kənd (Hors, Ar­pa, Sal­­lı, Cul, Çi­və, Her­her, Cığ­a­tay, Ko­tan­­lı, Şor­ca, Ça­naq­çı, Ax­ta, Zey­­tə, Quş­çu, Də­mir­çi­lər, Yay­­çı, Gülüstan, Al­ma­lı, Əmağu, Qurd­­qu­laq, Ələy­əz, Ərg­əz, Qoy­tul, Gen­də­rə, Or­ta­kənd, Baş­kənd, Ağ­­kənd, Hə­sən­kənd, Qo­zulca, Ar­da­raz, Qa­bax­lı, Qo­vu­şuq, Ay­sə­si...), dağ, yay­laq, yurd (Xa­lac­lar, Əy­ricə, Vers, Mu­rad­tə­pə, So­ğan­­lı, Qır­x bu­laq, Tə­pə­si­də­lik, Də­mir­tə­pə), çay (Ar­pa­çay), bu­laq (Bol­bu­laq, Yas­tı­bu­laq), körpü (Də­də­li körpüsü), pir (Ər­kəz­pi­ri), Və­ng (Qa­ra­və­ng, Gü­ney­və­ng, Qoşa­və­ng, Şa­dı­və­ng...) ad­la­rı bu yer­lə­rin Azər­bayc­an xal­qı­na məxsus ol­du­ğu­nu, yu­xa­rı­da sa­da­la­nan ono­ma­s­tik va­hid­lə­rin ək­sə­riyy­ə­ti­nin türk-oğ­uz tay­fa ad­la­rın­dan götürüldüyünü gö­s­tə­rir. Qə­dim türk-oğ­uz yur­du Er­mə­ni­s­tan­da yer ad­la­rı­nı dəy­i­şən, ta­ri­xi sax­ta­laş­dı­ran er­mə­ni mil­lət­çi­lə­ri­nə el­mi də­lil­lər əsa­sın­da tu­tar­lı ca­vab ve­rir.

Ki­tab­da Də­rə­ləy­əz ma­ha­lın­da Qa­çaq Nə­bi­nin iki dö­yü­şü haq­qın­da ve­ri­lən mə­lu­mat da, Göy­çə, Də­rə­ləy­əz, Bor­ça­lı aşıq­la­rı ilə bağ­lı ye­ni he­kay­ət­lər də, Aşıq Va­leh ilə Zər­ni­g­a­rın in­diy­ə­dək mət­bu­at üzü gör­məy­ən 10 bənd­lik qı­fıl­bən­d də xüsu­si ma­raq do­ğu­­rur. Bu cür tədqiq­at əsər­lə­ri ke­ç­mi­şi öy­rən­mək­lə ya­na­şı, gə­lə­cək təd­qi­qat­lar üçün də ge­niş yol açır.

 

20.04.97

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az