BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

XAL­QIN ET­NO-LİNQ­Vİ­S­TİK YAD­DA­ŞI -

ƏRA­Zİ TO­PO­NİM­LƏ­Rİ

 

To­po­nim­lə­rin to­plan­ma­sı, eti­mo­lo­ji təh­li­li və mü­rək­kəb nə­zə­ri pro­blem­lə­ri­nin həl­li, bu mühüm sa­hə­lər üzrə xey­li iş görülmə­si­nə bax­may­a­raq, bi­zim dövr­də ye­nə də ta­rix, coğ­ra­fiya, dil­çi­lik və et­no­qra­fiya elm­lə­ri­nin or­taq­lı vac­ib təd­qiq oby­ek­ti ki­mi qal­maq­da­dır. Hər bir böyük və ki­çik əra­zi öz əl­ve­ri­ş­li tə­bii şə­ra­i­ti - çay­la­rı, göl­lə­ri, bu­laq­la­rı, arx­la­rı, ot­laq və əkin sa­hə­lə­ri, tə­pə­lə­ri, dağ­la­rı, me­şə­lə­ri, də­rə­lə­ri, ya­şay­ış yer­lə­ri, ye­ral­tı və yerüstü sər­vət­lə­ri, əkin­çi­lik və mal­dar­lıq üçün ya­rar­lı düzlə­ri, ov hey­van­la­rı, ev qu­ş­la­rı, ba­lığı, me­şə­si, mey­və­lə­ri, tə­bii bit­ki­lə­ri, əl­ve­ri­ş­li ha­va və iq­lim şə­ra­i­ti ilə çox qə­dim za­man­lar­dan in­sa­nı özünə çə­kib. İn­san da­im ya­şa­dığı ərazi­nin bu­laq­la­rı, çay­la­rı, də­rə­lə­ri, dağ­la­rı, əkin-bi­çin sa­hə­lə­ri, ovlaq­la­rı, me­şə­lə­ri ilə tə­ma­s­da olub, on­la­rı bir-bi­rin­dən fər­q­lən­dir­mək, öz həmc­in­si­ni da­ha tez ba­şa sal­maq üçün hə­min oby­ekt­lə­rə ad ve­rib. Bu­ra­sı da mə­lum­dur ki, hər han­sı bir əra­zi­də əha­li­nin et­nik tər­ki­bi heç vaxt sa­bit ol­may­ıb, nə­sil-nə­sil in­san­lar - qə­bi­lə­lər, tay­fa­lar, xal­q­lar müx­tə­lif is­ti­qa­mət­lər­də, kö­nüllü-könülsüz - öz mey­li, istəyi və ya zo­ra­kı müha­ri­bə­lər­lə öz ye­­ri­ni dəy­i­şib, mi­q­ra­siya nə­ticə­sin­də in­san­la­rın mə­s­kun ol­duğu əra­zi­lər­də et­nos­lar ya ta­mam­i­lə, ya da qi­s­mən tə­zə­lə­nib.

Doğ­ru­dur, bə­şər di­li va­hid dil kökü əsa­sın­da in­ki­şaf edib, la­kin ke­çən 50 min il ər­zin­də şi­və, di­a­lekt fərq­­lə­ri əsa­sın­da müxtə­lif dil ailə­lə­ri­nin ya­ran­ma­sı yo­lu ilə və hə­min dil ai­lə­lə­ri da­xi­lin­də mi­nil­lik­lər ər­zin­də fər­q­lən­mə əsa­sın­da qo­hum dil­lə­rin tə­şəkkülü ilə irə­li­ləy­ib. Bir-bi­ri­ni əvəz edən et­nos­la­rın dəy­iş­mə nis­bə­ti dil­lə­rə tə­sir etmiş, yer­li əha­li­nin di­li əha­li­nin özü ki­mi, ya ta­ma­mi­lə yox ol­muş, ya­xud da qo­hum et­nos­la­rın di­li he­sa­bı­na zə­n­gin­­ləş­miş, müxtə­lif dillə­rin çar­paz­laş­ma­sı­na sə­bəb ol­muş­dur. Bütün bun­lar bi­zim tə­səvvür edə bil­məy­əc­əy­i­miz də­rəc­ə­də nə­sil və tay­fa dəy­iş­mə­lə­ri­nə, dil dəy­iş­mə­lə­ri­nə mə­ruz qal­mış əra­zi­lər­də qeyd et­diy­i­miz obyektlə­rin ad­la­rı­nın da hər ye­ni gə­li­ş­lə tə­zə­lən­mə­si­nə, tam və ya qi­s­mən dəy­i­şik­liyə uğ­ra­ma­sı­na sə­bəb ol­muş­dur. Ona gö­rə «qi­s­mən» dey­i­rik ki, bu və ya di­gər ob­yek­tin da­ha qə­dim dövr­lər­dən ya­ran­mış uğ­ur­lu adı­nı də­yiş­məyə hər za­man eh­tiy­ac duy­ul­maz­dı. Mə­sə­lən, «Araz» çay adı­nın, «Di­ri» dağ adı­nın, «Xu­da­fə­rin» körpü adı­nın ke­çən minil­lik­lər ər­zin­də cüzi fo­ne­tik əvəz­lən­mə­lər nə­zə­rə alın­maz­sa, dəy­iş­di­ril­mə­si­nə eh­tiy­ac ol­ma­mış­dır.

Hər bir ki­çik əra­zi böyük bir əra­zi­nin kə­siy­i­dir, bir par­ça­sı­dır. Ona gö­rə də hə­min əra­zi­ni baş­qa əra­zi­lər­lə bir­ləş­di­rən ma­k­ro­ob­yekt­­lə­rin ad­la­rı­nı dəy­iş­mək­də hə­min ki­çik əra­zi sa­kin­lə­ri af­to­nom dey­il­lər, da­ha doğ­ru­su, bu­na mə­nə­vi güc çat­mır. Əg­ər Araz çayı öz mən­bəy­i­ni Türkiy­ə­dən alıb, Er­mə­ni­s­tan, İran və Azər­bayc­an sərhəd­­lə­ri ilə axır­sa, bir ray­on­da onun adı­nı dəy­iş­mək tə­şəb­büsü gərək­siz olar­dı, la­kin hə­min ki­çik əra­zi­də çay­ın qə­dim və ar­xa­ik adı var­sa, et­nik mən­su­biyy­ə­ti əra­zi əha­li­si­nin qə­dim nə­sil­lə­ri ilə bağ­lı­dır­sa, si­no­nim ad­lar ki­mi sax­la­na bi­lərdi.

Müəyy­ən əra­ziyə məx­sus to­po­nim­lə­rin to­plan­ma­sı və eti­mo­lo­ji təh­li­li yal­nız son bir ne­çə mi­nil­lik­də hə­min əra­zi­də ya­şay­an­la­rın etnik və dil mən­su­biyy­ə­ti­ni üzə çı­xar­mağa im­kan ve­rə bi­lər. Ça­par Ka­zı­mo­vun «Cə­b­ray­ıl to­po­nim­lə­ri» əsə­ri bu cə­hət­dən xü­su­si ma­raq doğ­u­rur. Şüb­hə­siz, Cə­b­ray­ıl ay­rıca bir öl­kə və ya bö­yük bir əra­zi olmay­ıb, ümu­mi sa­hə­si 1050 kv.km olan bir ray­on­dur. La­kin bu­ra­da­kı bütün to­po­nim qrup­la­rı - dağ, tə­pə, qaya, çöl, düz, də­rə, ya­taq, çay, arx, bu­laq, ka­nal, kə­h­riz, göl və s. ad­la­rı 99 fa­iz türk mən­şə­li­dir və bu hal qu­lağ­ı­nın di­bin­də «Qa­ra­bağ pro­ble­mi»nin ya­ra­dıl­dığı və bu pro­ble­min bə­la­la­rı­na qa­tıl­dığı - ya­şay­ış mə­s­kən­lə­ri­nin dağı­dıl­dığı, sər­və­ti­nin, mal-qa­ra­sı­nın qa­rət edil­diyi, gənc­lə­ri­nin, qo­ca­la­rı­nın, qız-gə­lin­lə­ri­nin, kör­pə­lə­ri­nin şə­hid edil­diyi Cə­b­ray­ıl əha­li­si­nin et­nik tər­kib eti­ba­ri­lə çox qə­dim­lər­dən - Man­na, Ma­day dövr­lə­rin­dən öz türk mən­şə­yi­ni qo­ruy­ub sax­la­dığ­ı­nı, hər bir oby­ek­tin adın­da mü­ha­fi­zə et­diy­i­ni ay­dın gö­s­tə­rir.

Ça­par Ka­zı­mov ray­on əra­zi­sin­də­ki to­po­nim­lə­ri ək­sə­riyy­ət etibari­lə toplaya bil­miş­dir. To­po­nim­lər ta­ri­xi lek­si­ka ki­mi çox qiy­mət­li­dir. Bu işi da­vam et­dir­mək və da­ha da zə­ng­in­ləş­dir­mək müm­kündür. Müəl­lif to­po­nim­lə­rin il­kin eti­mo­lo­ji təh­li­li­ni ver­miş­­dir. Bun­la­rın ək­sə­riyy­ə­ti el­mi-nə­zə­ri və et­nik-ta­ri­xi-lin­qvis­tik ba­xım­­dan ağla­ba­tan­dır. La­kin müba­hi­sə­li fi­kir­lər də var­dır. Biz mü­ba­hi­sə­li mə­sə­lə­lə­ri to­po­nim təd­qi­qat­çı­la­rı­nın üzünə qa­pa­ma­maq üçün ol­duğu ki­mi sax­la­mağı la­zım bil­dik.

 

Ça­par Ka­zı­mov top­la­dığı to­po­nim­lə­rin ək­sə­riyy­ə­ti ba­rə­də mət­bu­at­da mə­qa­lə­lər­lə çı­xış et­miş, hə­min çı­xış­lar ona Cə­b­ray­ıl to­­po­nim­lə­ri­ni bu əsər­də top­la­maq üçün əsas ver­miş­dir.

Şübhə et­mi­rik ki, «Cə­b­ray­ıl to­po­ni­mlə­ri» gənc müəl­li­fin il­kin araş­dır­ma­la­rı ki­mi, oxucu və təd­qi­qat­çı­la­rın ma­rağ­ı­na sə­bəb ola­caqdır.

1994

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az