BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

BAĞ­LAY­IC­I­SIZ TA­BE­Lİ MÜRƏK­KƏB

CÜMLƏ­LƏ­RİN STRUK­TUR-SE­MAN­TİK

XÜSU­SİYY­ƏT­LƏ­Rİ

 

Azər­bayc­an dil­çi­liy­in­də mürək­kəb cümlə­lə­rin struk­tur-se­man­tik və qram­ma­tik xüsu­siyy­ət­lə­ri xey­li öy­rə­nil­miş, son 20 -30 il­də bu sahəyə da­ir qiy­mət­li təd­qi­qaqt əsər­lə­ri, mo­no­qra­fiya və dərs və­sa­it­lə­ri mey­da­na çıx­mış­dır. Bu iş­də M.Şi­rə­liy­ev və Ə.Ab­dul­lay­e­vin xüsu­si xid­mə­ti var­dır. Ə.Ab­dul­lay­e­vin «Müa­sir Azər­bayc­an di­lin­də ta­be­li mürək­kəb cümlə­lər» əsə­ri yal­nız Azər­bay­can dil­çi­li­yin­də deyil, ümu­mən türko­lo­g­iy­a­da mürək­kəb cümlə sin­tak­si­si­nin təd­qi­qi ba­xı­mın­dan yüksək qiy­mət­lən­di­ri­lir.

La­kin bu­nu da qeyd et­mə­liy­ik ki, mürək­kəb cümlə ilə bağ­lı təd­qiq və araş­dır­ma­lar­da da­ha çox bağ­lay­ıc­ı­lı mürək­kəb cümlə­lə­rə diq­qət ve­ril­miş, bağ­lay­ıc­ı­sız mürək­kəb cümlə­lər haq­qın­da mə­lu­mat əksə­rən bə­sit və ötə­ri xa­rak­ter da­şı­mış­dır. Əs­lin­də isə bağ­lay­ıc­ı­sız for­ma da­ha qə­dim ol­maq­la ya­na­şı, ünsiyy­ə­tin mühüm va­si­tə­si ki­mi, can­lı dil­də da­ha çox iş­lə­nir və rə­ng­a­rə­ng xüsu­siyy­ət­lə­ri ilə diq­qə­ti da­ha çox cəlb edir. Bağ­lay­ıc­ı­sız for­ma­nın təd­qi­qi bağ­lay­ıc­ı­lı for­maya nis­bə­tən çə­tin və mürək­kəb­dir. Elə bu­na gö­rə də rus dil­çi­liy­in­də (ali və or­ta mək­təb qram­ma­ti­ka­la­rın­da, bir sı­ra təd­qi­qat əsər­lə­rin­də) mürək­kəb cümlə­lər: 1) ta­be­siz mürək­kəb cümlə­lər, 2) ta­be­li mü­rək­kəb cümlə­lər və 3) bağ­lay­ıc­ı­sız mü­rək­kəb cümlə­lər adı al­tın­da üç nö­və ay­rı­lır və bun­la­rın əv­vəl­ki iki­­sin­də yal­nız bağ­lay­ıc­ı­lı for­ma­dan da­nı­şı­lır. Bi­zim dil­çi­lik­də bağ­lay­ıc­ı­sız mürək­kəb cümlə­lə­rin ta­be­siz və ta­be­li ol­maq­la iki nö­və ay­rıl­ma­sı və bun­lar­dan müva­fiq böl­mə­lər­də (bi­rinc­i­dən ta­be­siz, ikinc­i­dən ta­be­li mürək­kəb cüm­lə böl­mə­sin­də) da­nı­şıl­ma­sı fi­lo­lo­ji fi­k­rin uğ­ur­la­rın­dan­dır. La­kin bağ­lay­ıc­ı­sız for­ma­nın az öy­rə­nil­mə­si və adə­tən, bağ­lay­ıc­ı­lı for­ma­nın so­nun­da bir-iki cüm­lə ilə xa­tır­lan­ma­sı tə­d­ris işin­də çə­tin­lik­lə­rə sə­bəb olur. Di­lin müa­sir qu­ru­lu­şu­nun öy­rə­nil­mə­si, ali mək­təb­lə­rin fi­lo­lo­g­iya fakültə­lə­rin­də «Müa­sir Azər­bayc­an di­li» fən­ni­nin el­mi əsa­s­da hər­tə­rə­f­li təd­ri­si, or­ta mək­təb şa­g­ird­lə­ri­nə sin­tak­si­sin mək­təb­lə bağ­lı mə­sə­lə­lə­ri­nin düzgün mə­nim­sə­dil­mə­si ba­xı­mın­dan bu sa­hə­nin el­mi-nə­zə­ri as­pekt­də təd­qi­qi dil­çi­liy­i­mi­zin qar­şı­sın­da du­ran mühüm və zə­ru­ri pro­blem­lər­dən idi. Bütün bun­la­rı nə­zə­rə al­dıq­da ay­dın olur ki, S.M.Ki­rov adı­na Azər­bayc­an Döv­lət Uni­ver­si­te­ti­nin do­sen­ti Fi­ru­din Cə­li­lov bağ­la­yıc­ı­sız ta­be­li mürək­kəb cümlə­lər üzə­rin­də araş­dır­ma­lar apar­maq­la həm nə­zə­ri, həm də prak­tik cə­hət­dən fay­da­lı bir iş­lə məş­ğ­ul ol­muş­dur.

Möv­zu ilə əla­qə­dar ya­ra­nan bu xoş tə­əssüra­tı müəl­li­fin iş üsu­lu və nə­tic­ə­lə­ri də ta­mam­lay­ır. F.Cə­li­lov el­mi-nə­zə­ri ədə­biyy­a­tı diq­qət­lə öy­rən­miş, ümum­xalq di­li­nin müxtə­lif qol­la­rın­dan, xüsu­sən ədə­bi dil­dən möv­zu ilə əla­qə­dar zə­ng­in ma­te­ri­al top­la­mış və hə­min ma­te­ri­a­lı el­mi əsa­s­da ümu­mi­ləş­dir­miş­dir.

Yığc­am gi­riş­dən və iki fə­sil­dən iba­rət olan bu əsər­də, ilk də­fə ola­raq, bağ­lay­ıc­ı­sız ta­be­li mürək­kəb cümlə­lə­rin si­s­tem­li və hər­tə­rəf­­li təd­qi­qi­nə rast gə­li­rik. Mü­əl­li­fin təd­qi­qat pla­nı la­zım və zə­ru­ri olan bütün əsas is­ti­qa­mət­lə­rə şa­xə­lə­nə bil­miş­dir; ona gö­rə də əsər­dən bağ­lay­ıc­ı­sız ta­be­li mürək­kəb cümlə­lə­rin növ­lə­ri, struk­tur və into­na­siya xüsu­siyy­ət­lə­ri, ya­ran­ma və trans­for­ma­si­yaya uğ­ra­ma yolla­rı ba­rə­də la­zı­mi mə­lu­mat al­maq müm­kündür. Əsər­də ta­be­li mürək­kəb cümlə­lə­rin kom­po­nent­­lə­ri­ni əla­qə­lən­di­rən fo­ne­tik, lek­sik-qram­ma­tik və struk­tur-se­man­tik va­si­tə­lə­rin ro­lun­dan ət­ra­f­lı bəhs edil­miş­dir. Müəl­lif bağ­lay­ıcı va­si­tə­lə­rin qram­ma­tik və funk­si­o­nal xüsu­siyy­ət­lə­ri­ni diq­qət­lə öy­rən­miş və fakt­lar­dan oby­ek­tiv nə­tic­ə­lər çı­xar­mağa ça­lış­mış­dır. Bu sa­hə­də ek­s­pe­ri­ment ma­te­ri­a­lı da xey­li kömək et­miş­dir. Mə­sə­lən, müəl­lif ek­s­pe­ri­ment əsa­sın­da müəyy­ən­ləş­di­rə bil­miş­dir ki, baş­qa bağ­lay­ıcı va­si­tə­lər ol­ma­dıq­da, ta­be­li mürək­kəb cümlə­nin kom­po­nent­lə­ri yal­nız in­to­na­siya ilə əla­qə­lən­dik­də in­to­na­siy­a­nın me­lo­diya, pa­u­za ki­mi tər­kib ele­ment­lə­ri­nə nisbə­tən, tem­pin ro­lu da­ha böyük olur və əsas işi temp ic­ra edir: birinci kom­po­nent­də son hec­a­nın tem­pi azal­maq­la hə­min hec­a­nın tələffüzünə sərf olu­nun za­man ço­xa­lır və bu hal bi­rinci kom­po­nen­tin ikinc­iyə bağ­lan­ma­sın­da mühüm rol oy­nay­ır.

Əsər­də in­to­na­siya ilə ya­na­şı, mo­dal söz­lə­rin, ədat­la­rın, əvəz­lik­lə­rin, zər­f­lə­rin, kom­po­nent­lə­rin sı­ra­sı­nın, sin­tak­tik qu­ru­lu­şun və infor­ma­siya özəy­i­nin bağ­la­yıc­ı­sız ta­be­li mürək­kəb cümlə­lə­rin tər­kib his­sə­lə­ri­ni əla­qə­lən­dir­mək­də ro­lu­na xüsu­si yer ve­ril­miş­dir. Bun­lar bağ­lay­ıcı va­si­tə­lə­rin ümu­mi mən­zə­rə­si­ni tə­səvvür et­mək­də xüsu­si əhə­miyy­ə­tə ma­lik­dir. Baş və bu­daq cümlə­lə­rin xə­bər­lə­ri­nin for­ma xüsu­siyy­ət­lə­ri ba­rə­də də­qiq he­sab­la­ma­lar və sxem­lər də bağ­lay­ıc­ı­sız ta­be­li mürək­kəb cümlə­lə­rin bə­zi xüsu­siyy­ət­lə­ri ba­rə­də an­lay­ı­şın ge­niş­lən­mə­si­nə kö­mək edir.

Əsər­də­ki «bağ­lay­ıc­ı­sız» sözünü şər­ti mə­na­da ba­şa düşmək la­zım gə­lir. Ay­dın­dır ki, bağ­lay­ıc­ı­sız ta­be­li mürək­kəb cümlə­lər bağ­la­yı­cı­sız (bağ­lay­ıcı va­si­tə­siz) dey­il­dir. Bu­ra­da «bağ­lay­ıc­ı­sız» sözü kom­­po­nent­lə­ri əla­qə­lən­dir­mək üçün «bağ­lay­ıcı» ad­la­nan kö­mək­çi nitq hissə­si­nin iş­lən­mə­mə­si mə­na­sın­da­dır. Bağ­lay­ıcı ol­ma­dığı üçün be­lə cüm­lə­lər­də baş­qa bağ­lay­ıcı va­si­tə­lər - in­to­na­siya, ədat­lar, mo­dal söz­lər, əvəz­lik­lər, şə­kil­çi­lər və s. üstünlük qa­zan­mış olur.

Əsər­də müba­hi­sə doğ­u­ra bi­lən mə­sə­lə­lər də var­dır. Ha­zır­kı dövr­də el­mi fi­k­rin in­ki­şa­fı üçün fay­da­lı ol­du­ğun­dan biz on­la­rı ol­duğu ki­mi sax­la­mağı la­zım bil­dik.

Mə­lum­dur ki, «bu­daq cümlə+baş cümlə» qu­ru­lu­ş­lu ta­be­li mü­rək­kəb cümlə­lə­rin bir qi­s­min­də bu­daq cümlə­nin növü baş cümlə­də iş­lə­nən (və ya tə­səvvür edi­lən) qar­şı­lıq bil­di­rən söz­lər­lə (kor­rely­at­la) müəyy­ən­lə­şir; məs.:

o, qa­lib­dir.

Kim bi­rinci ye­ri tut­du, qa­lib odur.

onu qa­lib he­sab edəc­ək­lə r.

 

Qar­şı­lıq bil­di­rən « o » sözü bi­rinci mi­sal­da mübtə­da, ikinc­i­də xə­bər, üçüncüdə ta­mam­lıq­dır; ona gö­rə də bi­rin­ci cümlə mübtə­da, ikinc­i­si xə­bər, üçüncüsü ta­mam­lıq bu­daq cümlə­li ta­be­li mü­rək­kəb cümlə­dir.

Bə­zən qar­şı­lıq bil­di­rən söz yiy­ə­lik hal­da olur. Yi­yə­lik hal­da­kı söz isə tək­lik­də yal­nız xə­bər ola bi­lir və xə­bər bu­daq cümlə­li ta­be­li mürək­kəb cümlə əmə­lə gə­ti­rir: Kim bi­rinci ye­ri tut­du, qə­lə­bə onun­dur . Qa­lan hal­lar­da yi­yə­lik hal­da­kı söz baş­qa bir söz­lə bir­lik­də III növ is­mi bir­ləş­mə əmə­lə gə­ti­rir və be­lə bir­ləş­mə­lə­rin tə­rəf­lə­ri bir­lik­də cümlə­nin bir üzvü olur: 1.Kim bi­rinci ye­ri tut­du, onun adı şə­rəf löv­hə­si­nə ya­zı­lac­aq. 2.Kim bi­rinci ye­ri tut­du, onun adı­nı şə­rəf löv­hə­si­nə ya­zac­aq­lar.

 

Bi­rinci mi­sa­lın baş cümlə­sin­də onun adı mübtə­da, ikinc­i­də onun adı­nı ta­mam­lıq­dır; ona gö­rə də ənə­nə­vi qay­da üzrə bi­rinci mi­sal mübtə­da, ikin­ci­si ta­mam­lıq bu­daq cümlə­li ta­be­li mürək­kəb cümlə he­sab olu­nur.

Prof. Ə.Ab­dul­lay­e­vin son dövr­də gəl­diyi fi­k­rə əsa­sən (bax: Ə.Ab­dul­lay­ev.Azər­bayc­an di­lin­də yiy­ə­lik ha­lın sin­tak­tik və­zi­fə­si. ADU-nun «El­mi əsər­ləri», 1978, ¹ 4), yiy­ə­lik hal­da olan sözü cüm­lə­də müstə­qil təy­in ki­mi götürmək mümkündür; be­lə ol­duq­da so­nra­kı mi­sal­lar­da qar­şı­lıq bil­di­rən onun sözü təy­in və­zi­fə­sin­də çı­xış etmiş olur və hər iki cümlə təy­in bu­daq cümlə­li ta­be­li mü­rək­kəb cümlə ki­mi izah edil­mə­li­dir. Bun­la­rı ona gö­rə qeyd edi­rik ki, F.Cə­li­lov da bu əsə­rin­də hə­min möv­qe­dən çı­xış edir və bu cür cümlə­lə­ri təy­in bu­daq cümlə­li ta­be­li mürək­kəb cümlə­lər ki­mi izah edir. La­kin bu mə­sə­lə ba­rə­də Azər­bayc­an dil­çi­liy­in­də hə­lə­lik va­hid rəy yox­dur. Ona gö­rə də müəl­li­fin qeyd­lə­ri­ni sax­la­maq­la, mə­sə­lə­ni mütə­xəs­sis­lə­rin ix­tiy­a­rı­na bu­ra­xı­rıq.

F.Cə­li­lo­vun fi­k­rincə, bağ­lay­ıc­ı­sız ta­be­li mürək­kəb cümlə­lər yed­di mər­hə­lə­dən iba­rət in­ki­şaf yo­lu ke­ç­miş­dir. Müəl­lif bu in­ki­şaf yolu­nu əks et­di­rən sxem tər­tib et­­miş­dir. Bağ­lay­ıcı­sız ta­be­li mü­rək­kəb cümlə­lə­rin in­ki­şaf mər­hə­lə­lə­ri ba­rə­də hə­min sxem və müla­hi­zə­lər, müba­hi­sə doğ­u­ra bi­lən cə­hət­lə­rə ma­lik ol­sa da, el­mi fik­rin in­ki­şa­fı xey­ri­nə­dir.

F.Cə­li­lov Azər­bayc­an dil­çi­liy­i­nin müxtə­lif sa­hə­lə­ri­nə aid 20-dən ar­tıq el­mi mə­qa­lə­nin və «Azər­bayc­an di­lin­dən ça­lış­ma­lar» (1977), «Azər­bayc­an di­li­nin səs qu­ru­lu­şu» (1983) ad­lı ki­tab­la­rın mü­əl­li­fi­dir. Onun «Mürək­kəb cümlə sin­tak­si­si» ad­lı bu əsə­ri fi­lo­lo­g­iy­a­mız üçün da­ha fay­da­lı olac­aq­dır.

1983

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az