BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

«ƏSAS»IN İŞ­LƏN­MƏ­Sİ­NƏ

ƏSAS VAR­DIR

 

Do­s. A.Hüsey­nov «Gənc müəl­lim» qə­ze­ti­nin 10 yan­var 1974-cü il ta­rix­li nö­m­rə­sin­də dərc olun­muş «Kök və əsas nə­dir?» mə­qa­lə­sin­də ma­raq­lı və müza­ki­rəyə eh­tiy­acı olan bir mə­sə­ləyə to­xun­muş­dur. Ona gö­rə biz də bu ba­rə­də fi­kir söy­lə­məyi la­zım bi­li­rik.

Əs­lin­də, söz kökü an­lay­ı­şı müba­hi­sə doğ­ur­mur. Mə­sə­lə əsa­sın nə­dən iba­rət ol­duğ­u­nu və Azər­bayc­an di­li üçün be­lə bir ter­mi­nə eh­tiy­ac olub-ol­ma­dığ­ı­nı müəyy­ən et­mək­dir.

Mək­təb qramma­ti­ka­sın­da sözün kök və sözdüzəl­dici şə­kil­çi­dən iba­rət olan his­sə­si əsas ad­lan­dı­rı­lır. Müəyy­ən mə­na­da bu­ra­da­kı fi­kir doğ­ru­dur. La­kin əsas haq­qın­da söh­bət­lə­rin nis­bə­tən ço­xal­dığı bu günlər­də bir da­ha diq­qət­lə nə­zər sal­dıq­da müəyy­ən et­mək olur ki, bu fi­kir bir qə­dər məh­dud­dur. Bu­ra­da əsas an­lay­ı­şı «düzəlt­mə söz» anla­yı­şı­na uyğ­un gə­lir, la­kin düzəlt­mə söz­dən kök məf­hu­mu­nu da özündə cəm­ləş­dir­mək­lə fərq­lə­nir.

Bir hal­da ki bu söz­dən bir ter­min ki­mi is­ti­fa­də edi­rik, fi­k­ri­mizcə, onu bir qə­dər ge­niş mə­na­da iş­lət­mək fay­da­lı olar­dı. Əsa­sa «sözün kök və sözdüzəl­dici şə­kil­çi­dən iba­rət olan his­sə­si» ki­mi dey­il, «sözün söz­dəy­iş­di­rici (və ya bə­zən dey­il­diyi ki­mi, for­ma­düzəl­dici ) şə­kil­çi­lər atıl­dıq­dan so­nra yer­də qa­lan və mad­di-əşy­a­vi mə­na ifa­də edən his­sə­si» ki­mi bax­maq da­ha düzgün olar­dı.

Şübhə­siz, hər bir ter­min zə­ru­ri eh­tiy­ac nə­tic­ə­sin­də iş­lə­di­lir. Tə­lə­bat ol­ma­sa, hər han­sı bir ter­mi­ni iş­lət­mək də la­zım gəl­məz. Həm ta­ri­xi-eti­m­o­lo­ji, həm də mü­asir dil ba­xı­mın­dan əsas sözü təd­qi­qat­da və tə­d­ri­s­də la­zım olur. Mə­sə­lən, yüksəl sözü eti­mo­lo­ji ba­xım­dan bi­zə mə­lum olan bir kök və üç şə­kil­çi­dən iba­rət­dir. Sözün kö­kü «yüksəl­mək, yu­xa­rı qalx­maq» mə­na­sın­da bir fel ( yu//yü ) ol­muş, bu söz­dən -k şə­kil­çi­si ilə isim düzəl­miş­dir (di­li­miz­də yük sözü in­di də iş­lə­nir); kök ar­xa­ik­ləş­diyi üçün yük sözündən «yu­xar qalx­maq» mə­na­sın­da yüksə(mək) fe­li ( su­sa­maq, qə­rib­sə­mək söz­lə­rin­də ol­duğu ki­mi) for­ma­laş­mış, nə­hay­ət, qay­ı­dış növ mə­na­sı ya­ra­dan -l şə­kil­çi­si də bu sö­zə da­ş­laş­mış­dır. Üst-üstə üç şə­kil­çi­si olan bu sözü ye­nə kök ad­lan­dır­ma­lıy­ıq? Sözün so­nun­da­kı -l şə­kil­çi­si tam mütə­hər­rik ol­duğu, -sə şə­kil­çi­si müstə­qil iş­lən­diyi dövr­də bu söz­dən -k şə­kil­çi­si ilə yüksək si­fə­ti də dü­zəl­miş­dir. Əsas an­lay­ı­şı­nı nə­zə­rə al­ma­dıq­da be­lə çı­xır ki, yüksəl yüksək ay­rı-ay­rı müstə­qil kök­lər imiş. Hal­bu­ki hər iki söz yük­sə(mək) əsa­sın­dan düzə­lib.

El­mi və tə­d­ris-me­to­di­ki əhə­miyy­ə­ti ol­duğu üçün Azər­bayc­an dili­nə aid ilk el­mi qram­ma­ti­ka­da əsas sözü ge­niş şə­­kil­də izah olun­muş (bax: «Azər­bayc­an di­li­nin qram­ma­ti­ka­sı»,1951,s.78 -79), bu ter­min son vaxt­lar hət­ta mək­təb dər­slik­lə­ri­nə də da­xil edil­miş­dir (S.Cə­fə­rov, Ə.Fə­rə­cov, «Azər­bayc­an di­li», 1972, s. 3).

Rus dil­çi­lik ədə­biyy­a­tın­da və adi lüğət­lər­də də əsas sö­zü qeyd et­diy­i­miz ki­mi şərh olu­nur. Mə­sə­lən: « Əsas - sözün söz­dəy­iş­di­ri­­­ci və for­madüzəl­dici şə­kil­çi­lər atıl­dıq­dan son­ra qa­lan his­sə­si » (O.S.Ax­­ma­no­va, «Slo­varğ linq­vi­s­ti­çe­s­kix ter­mi­nov», Moskva, 1966, s.296); « Kök - sözün il­kin, düzəlt­mə ol­may­an əsa­­­sı » (B.N.Qo­lo­vin . «Vve­de­nie...», 1973, s. 126) və s.

Türko­lo­ji ədə­biyy­at­da da əsa­sa bu cür ba­xı­lır. E.V. Se­vorty­a­nın Azər­bayc­an di­li ma­te­ri­al­la­rı əsa­sın­da yazdığı mə­lum əsər­lə­ri­nin, de­mək olar ki, hər sə­hi­fə­sin­də: « Nel­ğzə za­bı­vatğ, çto kor­­­ni pod­ra­ja­telğ­nıx slov s is­xo­dom na qlas­nıe ne mo­qut ob­ra­zo­vatğ vto­riç­nıx os­nov na - ıl, ili -ır .» («Af­­fik­sı qla­qo­lo­ob­ra­zo­va­niə v azer­bay­djan­­­skom əzı­ke», M., 1962, s.197) ki­mi cümlə­lə­rə rast gə­li­rik. Şer­bak da bu ter­min­dən məh­du­diyy­ət bil­mə­dən is­ti­fa­də edir: « Ot­qla­qolğ­noe slo­vo - ob­­ra­zo­va­nie qla­qo­la xarak­­te­ri­zu­öt­sə ob­ra­zo­va­ni­em vto­­­riç­nıx o s n o v» («Qram­ma­ti­ka sta­ro­uz­bek­s­ko­qo əzı­ka», s.177). N.A.Ba­s­ka­kov ya­zır: « Qla­­­qo­lı, kak i dru­qie ça­s­ti re­çi ime­öt ne­pro­iz­vod­nıe i pro­iz­vod­nıe os­no­vı» («Di­a­lekt çer­ne­vıx ta­tar», s.41). V.M.Ha­si­­lo­­vun «Drev­ne­uy­qur­skiy əzık» əsə­rin­də «imen­nıe os­no­vı», «qla­qolğ­nıe os­no­vı», «ob­ra­­zo­va­nie imen­nıx os­nov» və s. baş­­­lıq­lar var­dır (Ma­raq­lı­dır ki, bu ki­tab­da qə­dim uy­ğur di­lin­də­ki tünker sözünün «tün» his­sə­si «ko­renğ (os­no­va)» şək­lin­də izah edil­miş­dir). L.N.Xa­ri­to­no­vun «Ti­pı qla­qolğ­noy os­no­vı v əkut­skom əzı­ke» ad­lı əsə­ri var­dır və s.

Məq­sə­di­miz əsa­sı təd­qiq et­mək dey­il, bu ba­rə­də müna­si­bə­ti­mi­zi bil­dir­mək­dir. Ona gö­rə də qə­zet sütun­la­rı­nı bu cür fakt­lar­la dol­dur­mağı la­zım bil­mi­rik. Ba­şa düş­mək üçün bun­lar da ki­fay­ət edir ki, çox qiy­mət­li təd­qi­qat əsər­lə­ri­nin müəl­li­f­lə­ri olan gör­kəm­li türko­loq­la­rın fi­kir­lə­ri­ni he­sa­ba al­ma­dan «dil­çi­liyə (?) mə­lum­dur», «sü­bu­ta eh­tiyacı yox­dur», «da­ha gec­dir» ki­mi ifa­də­lər­lə asan­lıq­la əsa­sın «axı­rı­na çıx­maq», ona «ye­kun vur­maq» ol­maz. Bu, mark­sist di­a­lek­tik meto­dun qa­nun­la­rı ba­xı­mın­dan da düzgün ol­maz­dı.

Həm də yu­xa­rı­da­kı fakt­lar­dan ay­dın olur ki, bə­zi dil ha­di­sə­lə­ri­ni (və ya di­lin mad­di-ma­te­ri­al his­sə­si­ni təş­kil edən ele­ment­lə­ri) hər də­fə ye­ni­dən «kəşf et­mək» la­zım gəl­mir; be­lə­lə­ri­ni hər də­fə «kəşf» he­sab et­mək dil­çi­lik ədə­biyy­a­tı­na yu­xa­rı­dan bax­mağ­ın və ya, ən azı, bu ədə­biyy­a­tı ar­dıc­ıl iz­lə­mə­məy­in nə­tic­ə­si­dir. Hal­­bu­ki «el­min na­i­liyy­ət­lə­ri­nə hör­mət» yal­nız hə­min el­mə da­ir ədə­biyy­a­tı öy­rən­mək və hər kə­sin xid­mə­ti­ni düzgün qiy­mət­lən­dir­­mək yo­lu ilə ola bi­lər.

Əg­ər bi­zim di­li­miz­də əsas flek­tiv dil­lər­də­ki əsa­s­dan fər­q­li xüsu­siyy­ət­lə­rə ma­lik­dir­sə, bu heç də o de­mək dey­i­ldir ki, biz əsas­­dan danı­şa bil­mə­rik. Be­lə düşünülsə, yu­xa­rı­da­kı fi­kir­lər bir ya­na, biz mək­təb­li­lə­rin də bil­diyi və iş­lət­diyi bir çox ter­min­lər­dən əl çək­mə­li olar­dıq. Söz sı­ra­sı çin di­lin­də bi­zim dil­də­kin­dən ta­ma­mi­lə fər­q­li səciyy­əyə ma­lik­dir. Ya­pon di­lin­də in­to­na­siya sözün, ifa­də­nin mə­na­sı­nı kə­s­kin su­rət­də dəy­i­şir. Mə­sə­lən, hə­min dil­də in­to­na­siy­a­dan asılı ola­raq, hi sözü «gün» və «od», ku sözü «qüssə» və «doq­quz» mə­na­la­rı­nı ifa­də edir. Bi­zim dil­də in­to­na­siy­a­nın bu cür xüsu­siyy­ə­tə ma­lik ol­ma­dığı mə­lum­dur. La­kin hər iki dil­dən da­nı­şı­lar­kən in­to­na­siya­dan da bəhs olu­nur. Elə götürək «kök» sözünü. Flek­tiv və il­ti­sa­qi dil­lər­də söz kökünün necə fər­q­lən­diyi in­di ümu­mi dil­çi­lik mə­sə­lə­lə­ri­nə da­ir hər bir ki­tab­da qeyd edi­lir. Be­lə mi­sal­lar, şübhə­siz, çox­dur.

De­mə­li, ey­ni bir ter­min di­lin ti­pin­dən və qu­ru­lu­şun­dan ası­lı ola­raq, az-çox fər­q­li mə­na­da ba­şa düşülə bi­lər. «Dil­çi­liyə gi­riş» fən­­ni tə­d­ris edi­lər­kən tə­lə­bə­lə­rə bu ba­rə­də mə­lu­mat ve­ril­mə­li­dir.

 

29.03.74

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az