BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

AĞ­A­MU­SA AXUNDOV: «DİL VƏ ƏDƏBİYYAT»

İKİ CİLDDƏ. Bakı, 2003

 

Bu günlər­də dil­çi­liy­i­mi­zin na­i­liyy­ət­lə­ri sı­ra­sı­na Azər­bayc­an Res­­pub­li­ka­sı MEA-nın müxbir üzvü, fi­lo­lo­giya elm­lə­ri dok­to­ru, pro­fes­sor Ağ­a­mu­sa Axun­do­vun «Dil və ədə­biyy­at» adı ilə çap et­dir­diyi (Ba­kı, 2003) iki cild­li­yi da­xil ol­du. Cild­lər­də Ağ­a­mu­sa Axundovun heç bir ki­ta­bın­da çap olun­ma­mış, la­kin ək­sə­riyy­ət eti­ba­ri­lə ay­rı-ay­rı mət­bu­at or­qan­la­rın­da ya tam şə­kil­də, ya­xud da mü­əyy­ən ix­ti­sar­la dərc et­dir­diyi, bir qi­s­mi ümu­mən ilk də­fə işıq üzü gö­rən mə­qa­lə­lə­ri to­plan­mış­dır.

Ke­ç­miş­də bir ne­çə qə­zet var­dı, bir ne­çə də jur­nal və on­la­rı bar­maq­la gö­s­tər­mək olur­du. Özünün bir sı­ra mə­qa­lə­lə­rin­də xa­tır­lat­dığı ki­mi, in­di təkcə qə­zet­lə­rin sa­yı 500-dən ar­tıq­dır. Qə­zet­lə­rin bir ço­xu mər­kə­zi ki­tab­xa­na­lar­da da ta­pıl­mır. Bun­la­rı fi­kir­ləş­dik­də və cild­lər­də top­la­n­mış qiy­mət­li mə­qa­lə­lə­ri nə­zər­dən ke­çir­dik­də dey­i­rəm, Ağa­­mu­sa müəl­lim çox yax­şı iş görüb. 50 il­dən ar­tıq bir müd­dət­də böyük ya­ra­dıc­ı­lıq yo­lu ke­çib, bu qə­dər zəh­mət çə­kib, bu qə­dər əsər ya­zıb. Dil­çi­liy­i­mi­zin elə bir sa­hə­si yox­dur ki, o sa­hə­də söz de­mə­miş, qə­lə­mi­ni iş­lət­mə­miş ol­sun. Bun­la­rı in­san­la­ra çat­dır­maq la­zım idi. Həm də müba­liğə et­mə­dən de­mək olar ki, Ağ­a­mu­sa müəl­li­min həy­at yolu, xüsu­si­lə son onil­lik­lər Azər­bayc­an dil­çi­liy­i­nin in­ki­şaf yo­lu­dur. Yə­ni Ağ­a­mu­sa müəl­li­min fəa­liyy­ət yo­lu elə­dir ki, onun işı­ğın­da Azər­bayc­an dil­çi­liy­i­nin bütün əsas na­il­iyy­ət­lə­ri görünür. Bu­ra­da, heç şübhə­siz, onun Nə­si­mi adı­na Dil­çi­lik İn­sti­tu­tu­na rəh­bər­liy­i­nin də ro­lu böyükdür.

Mə­qa­lə­lər «Dil və cə­miyy­ət», «Nə­zə­ri və müqay­i­sə­li dil­çi­lik», «Türk dil­lə­ri», «Lek­si­ka və qram­ma­ti­ka», «Dil ta­ri­xi, di­a­lek­to­lo­giya və eti­mo­lo­g­iya», «Di­li­mi­zi öy­rə­nən­lər və öy­rə­dən­lər», «Ədə­biyy­at və ya­zı­çı di­li», «Bə­dii tərcümə mə­sə­lə­lə­ri» və «Mü­sa­hi­bə­lər»dən iba­rət 9 böl­mə­də to­plan­mış­dır. Ki­ta­bın əv­və­lin­də müəl­li­fin bir ne­çə kəl­mə­lik ürək söz­lə­ri, so­nun­da mə­qa­lə­lə­rin mey­da­na çıx­ma ta­ri­xi haq­qın­da qeyd­lər ve­ril­miş­dir.

Ağ­a­mu­sa müəl­li­min dil qayğ­ı­la­rı­nın əha­tə da­i­rə­si di­lin fə­a­liyy­ət gö­s­tər­diyi bütün əsas sa­hə­lə­ri əha­tə edir. «Ana di­li və döv­lət di­li», «iki­dil­li­lik və çox­dil­li­lik», «ana di­li» və təh­sil ki­mi çox mühüm dil və cə­miyy­ət prob­lem­lə­ri­nin ha­zır­kı və­ziyy­ə­ti­nə bir ne­çə mə­qa­lə həsr et­miş­dir. «So­si­o­linq­vi­s­tik düşüncə­lər» mə­qa­lə­si bu cür mühüm pro­blem­lər ət­ra­fın­da düşüncə­lər­dən iba­rət olub, qeyd edi­lən mə­sə­lə­lə­rə da­ir qar­şıya çı­xan su­al­la­ra ət­raf­lı ca­vab ve­rir. Ana di­li­mi­zin dövlət di­li ki­mi hü­qu­qi (de-yu­re) və əmə­li (de-fak­to) fə­a­liyy­ət imkan­la­rı və bu sa­hə­də müstə­qil­lik il­lə­rin­də qa­za­nıl­mış na­i­liyy­ət­lər, ey­ni za­man­da, Azər­bayc­an di­li­nin döv­lət di­li ki­mi tam vüs­ət­lə işlədil­mə­si­ni əng­əl­ləy­ən fak­tor­lar mə­qa­lə­də ət­raf­lı araş­dı­rıl­mış­dır. Son dövr­lər­də ya­ran­mış şə­hər rek­lam örtüyü xüsu­si nə­zər­dən keçiril­miş­dir. La­kin müəl­lif xa­rici rek­lam­la­rın ha­mı­sı­na bir­mə­na­lı ya­naş­ma­mış, bə­şə­ri iq­ti­sa­di mühit ya­ra­dan ter­mi­no­lo­ji lek­si­ka­nın fay­da­sı­nı da nə­zə­rə al­mış­dır. Bu­na gö­rə də Sab­ko, Kent, Ra­m­storq, Qa­mel ki­mi fir­ma və ya məh­sul, Femida kimi qə­­zet ad­la­rı­nı is­tis­na say­mağ­ın mümkünlüyünü də nə­zə­rə al­mış­dır. Bu gün üçün çox aktu­al olan ra­dio və te­le­vi­ziya nit­qi­nə xüsu­si diq­qət ye­tir­miş, lo­ru­luğa, şivə­çi­liyə meyil hal­la­rı­nı kon­kret nümu­nə­lər­lə tən­qid et­miş­dir. Bun­lar sa­dəcə tən­qid xa­ti­ri­nə tən­qid ol­may­ıb, ra­dio və te­le­vi­ziya iş­çi­lə­ri­nə əmə­li kö­mək məq­sə­di da­şıy­ır. Ağ­la gəl­məy­ən möv­zu­lar Ağamu­sa müəl­li­min ağ­lı­na gə­lir. «Azad­lıq ra­dio­su­nun Azər­bayc­an dik­tor­la­rı­nın nitq xüsu­siyy­ət­lə­ri­nə həsr et­diyi mə­qa­lə ra­dio­nun ay­rı-ay­rı dik­tor­la­rı­nın nitqin­də­ki spe­si­fik key­fiyy­ət­lə­ri də­qiq fak­tlar­la sistem­li şə­kil­də üzə çı­xar­maq ba­xı­mın­dan ma­raq doğ­u­rur».

İki­dil­li­lik (bi­linq­vizm) mə­sə­lə­lə­­ri­ni ta­ri­xi as­pekt­də nə­zər­dən keçi­rən müəl­lif ke­ç­miş SSRİ mə­ka­nın­da rus di­li­nin, da­ha əv­vəl­ki dövr­lər­də ərəb və fars dil­lə­ri­nin mil­li di­li­mi­zə ta­ri­xi təzy­i­qi­ni ət­ra­f­lı araş­dı­r­mış­dır. Bu nümu­nə əsa­sın­da döv­lət di­li ilə öl­kə da­xi­lin­də­ki az­say­lı xal­q­la­rın dil əla­qə­lə­ri­ni də öy­rən­mək olar­dı. Mə­qa­lə­lər­də ana di­li­nin təh­sil di­li ki­mi mühüm ro­lu ön pla­na çə­kil­miş, dər­slik­lə­rin mək­tə­bi, müəl­lim, şa­g­ird və va­li­deyn­lə­ri çə­tin və­ziyy­ət­də qoy­an qüsur­la­rı­nın mühüm bir qi­s­mi dər­slik müəl­li­f­lə­ri­nin diq­qə­ti­nə çat­dı­rıl­mış­dır. Son za­man­lar tüğyan edən mət­buat or­qan­la­rın­da Azər­baycan di­li­nin tə­h­ri­fi hal­la­rı müəl­li­fin diq­qə­ti­ni da­ha çox çək­miş, bir sı­ra mə­qa­lə­ləri­ni bi­la­va­si­tə mət­bu­at di­li pro­blem­lə­ri­nə həsr et­miş­dir.

Ağ­a­mu­sa müəl­lim ötən il­lər­də di­li­mi­zin adı ilə bağ­lı müza­ki­rə­lər­də da­im mər­kə­zi möv­qe tut­duğu üçün ya­zı­la­rın­da bu mə­sə­ləyə da­ha çox qay­ıt­ma­lı ol­muş, «Azər­bayc­an di­li» ter­min-ifa­də­si­nin işlən­mə ta­ri­xi, di­g­ər ifa­də­lər­­dən fər­q­li hüqu­qi im­kan­la­rı ba­rə­də də­fə­lər­lə mət­bu­at­da çı­xış et­mə­li ol­muş­dur («Azər­bayc­an Respub­li­ka­sı­nın döv­lət di­li», «Azər­bayc­an di­li: dünən, bu gün və sa­bah», «Bir da­ha di­li­mi­zin adı haq­qın­da» və s.) Müsa­hi­bə­lə­rin­də isə bu mə­sə­lə­dən da­ha çox da­nış­ma­lı ol­muş­dur.

Bir dil­çi ki­mi, Dil­çi­lik İn­sti­tu­tu­nun rəh­bə­ri ki­mi, A.Axun­dov müstə­qil­lik il­lə­rin­də əlif­ba, or­fo­qra­fiya, ədə­­bi tə­ləffüz mə­sə­lə­lə­ri­nin müza­ki­rə­lə­rin­də həll­edi­ci rol oy­na­mış, «Ye­ni lay­i­hə haq­qın­da», «Ye­ni əlif­ba­mız və onun pro­blem­lə­ri», «Mütə­xəs­sis sözü», «Bir daha apos­trof haq­qın­da», «Nə qa­za­nı­rıq, nə iti­ri­rik», «Bir da­ha əlif­ba haq­qın­da» ki­mi mə­qa­lə­lə­ri ilə günün ak­tu­al mə­sə­lə­lə­ri­nə ca­vab­lar yaz­mış, cə­miyy­ə­ti düşündürən mə­sə­lə­lə­rə ay­dın­lıq gə­tir­miş­dir; müsa­hi­bə­lə­rin­də ye­ni əlif­baya ke­çi­din çə­tin­lik­lə­ri, ya­ra­dac­ağı əngəl­lər, əlif­ba­nın qüsur­lu tə­rə­f­lə­ri, ye­ni əlif­ba­nın nə­sil­­lə­rə tə­si­ri, or­fo­qra­fiya mə­sə­lə­lə­ri, apo­st­rof və onun ta­ri­xi ta­leyi və s. haq­qın­da say­sız su­al­la­ra ca­vab ver­mə­li ol­muşdur. «Müza­ki­rə­lə­rin ye­ku­nu: tək­li­f­lər və müla­hi­zə­lər» ad­lı böyük ya­zı­sın­da (iyun 1999) «Azər­baycan di­li­nin or­fo­qra­fiya qay­da­la­rı» lay­i­hə­si­nin mət­bu­at müza­ki­rə­lə­ri, gön­də­ri­lən mək­tub­lar­da söy­lən­miş bütün tək­lif və müla­hi­zə­lər yekun­laş­dı­rıl­mış, Azər­bayc­an Döv­lət Di­li­nin Tət­bi­qi üzrə Hö­ku­mət Komis­siy­a­sı­nın ge­niş ic­la­sın­da re­s­pub­li­ka ziy­a­lı­la­rı­na mə­ru­zə edil­miş­dir. Tə­əs­süf ki, o vaxt­dan 4 ilə ya­xın bir müddət ke­ç­mə­si­nə bax­ma­ya­raq, or­fo­qra­fiya qay­da­la­rı hə­lə də kütlə­vi şə­kil­də çap olu­na­raq əha­liyə çat­dı­rıl­ma­mış­dır.

Döv­lət di­li­nin adı və apo­st­rof mə­sə­lə­lə­rin­də Ağa­mu­sa müəl­li­min möv­qeyi bir­mə­na­lı­dır - baş­dan-bi­na­dan «Azər­­bay­can di­li» ter­mi­ni­nin hüqu­qi sta­tu­su­nun üstün­lüyünü mü­da­fiə et­miş, apo­st­rof işa­rə­si­nin fo­ne­tik və or­fo­qra­fik əsa­sı ol­may­an bir ele­ment ol­duğu­nu göstərməyə çalışmışdır.

Bi­rinci cil­din «Nə­zə­ri və müqay­i­sə­li dil­çi­lik» böl­mə­sin­də həm nə­zə­ri, həm də prak­tik-əmə­li əhə­miyy­ə­ti olan mə­qa­lə­lər var­dır. Mə­qa­lə­lə­rin­dən bi­rin­də sa­mit səs­lər əsa­sın­da qo­hum dil­lər­də səs uyğ­un­luq­la­rı­nın fo­no­lo­ji mo­del­lə­ri­nin qu­rul­ma­sı prin­sip­lə­ri­ni müəyy­ən­ləş­dir­məyə ça­lış­mış­dır. Bu çox ma­raq­lı mə­qa­lə­də səs tel­lə­ri­nin iş­ti­ra­kı­na gö­rə p - b, t - d, s - z, x - ğ və s. sa­mit op­po­zi­siy­a­sın­dan da­nı­şar­kən müəl­lif bu qə­na­ə­tə gə­lir ki, «...qə­di­mə get­dikcə, sa­mit uyğ­un­luq­la­rı­nın türk dil­lə­rin­də gö­s­tə­ri­lən ti­pi öz əhə­miyy­ə­ti­ni iti­rir. Bu mə­na­da pratürk dövründə kar sa­mit­lə­rin mövc­ud ol­duğ­u­nu gö­s­tə­rən amil­lər­lə ra­zı­laş­maq çə­tin­dir, çünki bu, müəyy­ən də­rə­cə­də fi­zi­o­lo­ji fo­ne­ti­ka­nın qa­nun­la­rı ilə də tə­zad təş­kil edir». (1,194 -195) Fi­k­ri­mizcə, ək­si­nə, da­ha qə­dim­lə­rə get­dikcə kar sa­mit­lər üstünlük qa­zan­mış ol­ma­lı­dır. Çün­ki in­san­laş­ma pro­se­sin­də ib­ti­dai in­sa­nın qırt­lağı kar səs­lə­rin tə­ləffüzünü da­ha asan ic­ra edə bi­lər­di. Əg­ər mü­əl­li­fin müşa­hi­də­lə­ri doğ­ru­dur­sa, on­da bu, türk dil­lə­ri­nin tə­səvvür edildiy­in­dən da­ha qə­dim ol­duğ­u­nu və sa­mit­lə­rin kar­la­şıb-ci­ng­il­ti­ləş­mə­si pro­se­si­nin bir ne­çə də­fə tək­­rar olun­duğ­u­nu sübut edir. Bu hal mümkün və ger­çək­dir: «Də­də Qor­qudun di­lin­də bi­zim t ilə de­diy­i­miz söz­lə­rin d ilə ya­zıl­dığı və ək­si­nə ha­lın rə­ng­a­rə­ng nümu­nə­lə­ri var­dır: tur­mış­dı, tan (dan ye­ri), tağ (dağ), tar (dar), tat­lu (dad­lı), taş (daş, dış), toy­ır­maq (do­yur­maq), to­nat­maq (do­nat­maq, pal­tar gey­dir­mək), toğ­ur­dı (doğ­du) və s. Ək­si­nə hal: dök­mək (tök­mək), də­pə (tə­pə), də­pə­ləsün (tə­pə­lə­sin, to­pla­sın) və s».

Fəl­sə­fi və qram­ma­tik za­man ka­te­qo­riy­a­la­rı­nın müqa­yi­sə­li təd­qi­qi ilə bi­zim di­lçi­lik­də ilk də­fə A.Axun­dov mə­şğ­ul ol­muş­dur. Bu­ra­da­kı mə­qa­lə­si­ni də hə­min təd­qi­qa­tın da­va­mı say­maq olar. «Kon­tra­s­­tiv fo­ne­ti­ka və onun nə­zəri dil­çi­lik üçün əhə­miyy­ə­ti» mə­qa­lə­si qohum ol­may­an dil­lə­rin müqay­i­sə­li (tu­tuş­dur­ma yo­lu ilə) öy­rə­nil­mə­si­nin el­mi-nə­zə­ri və me­to­di­ki əsas­la­rı­nı müəyy­ən­ləş­dir­mək­lə bu sahə­də vüsət al­mış ya­ra­dıc­ı­lıq iş­lə­ri­nə kö­mək ola­c­aq­dır. Ay­dın olur ki, bu cür təd­qi­qat yal­nız müqay­i­sə-tu­tuş­dur­ma xa­rak­te­ri da­şı­mır, Şarl Bal­li­nin de­diyi ki­mi, ana di­li­ni göz­lə­nil­məz bir nur­la işıq­lan­dı­rır, onun təd­qiq olun­ma­mış, nə­zə­ri cəlb et­mə­miş də­rin­lik­lə­ri­nə də işıq sa­çır. İng­i­lis və Azər­bayc­an dil­lə­rin­də kə­miyy­ət ka­te­qo­riy­a­sı­nın təd­qi­qi, bə­dii di­lin es­te­tik xüsu­siyy­ət­lə­ri­nin üzə çı­xa­rıl­ma­sı sa­hə­sin­də ya­zı­çı is­te­da­dı­nın ro­lu, bu sa­hə­nin xüsu­si ya­ra­dıc­ı­lıq işi ol­ma­sı ba­rə­də müəl­lif fi­kir­lə­ri ma­raq­lı­dır. «Fo­no­lo­ji qeyd­lər» mə­qa­lə­sin­də bi­zim dil­çi­lik­də az diq­qət ye­ti­ri­lən, özünün da­ha çox mə­şğ­ul ol­duğu fo­no­lo­gi­ya ilə bağ­lı sırf el­mi-nə­zə­ri mə­sə­lə­lə­rə üz tut­muş, Mosk­va və Le­nin­qrad fo­no­lo­ji mək­təb­lə­ri­nin təh­li­li əsa­sın­da Bo­du­en-de-Kur­te­ne mək­tə­bi­nin Le­nin­qrad da­vam­çı­­la­rın­dan L.V.Şer­ba, L.R.Zin­­der, M.İ.Ma­­tu­se­viç, Y.D.Po­li­va­nov, Mosk­va mək­tə­binin əsas nümay­ən­də­lə­rin­dən A.A.Re­­for­mat­ski, P.S.Kuz­net­sov, S.K.Şa­umy­an, S.İ.Bernş­teyn və baş­qa­la­rı­nın gə­tir­dik­lə­ri ye­ni­lik­lə­ri və onla­rın əsas idey­a­la­rı ara­sın­da­kı fər­q­li cə­hət­lə­ri ay­dın­laş­dır­mış­dır.

Ki­ta­bın «Türk dil­lə­ri» böl­mə­sin­də or­taq türkcə prob­le­mi, şə­kil­çi mor­fem­lə­rin fo­ne­ma­tik tər­ki­bi, za­man və sı­ra ka­te­qo­riy­a­la­rı­nın qar­şı­lıq­lı əla­qə­si, za­man şə­kil­çi­lə­ri­nin mən­şəyi, türk xal­q­la­rı­nın təşəkkülündə bö­yük ro­lu olan qıp­çaq­la­rın dünə­ni və bu günü, türk xalq­la­rı dil­lə­ri­nin, ədə­biyy­at və ta­ri­xi­nin təd­qi­qi və­ziyy­ə­ti və s. kimi çox mühüm türko­lo­ji mə­sə­lə­lər ba­rə­də mə­lu­mat al­maq olur.

Ha­zır­kı dövr­də ta­ri­xi şə­ra­it or­taq dil­lə­rin ol­ma­sı­nı da­im bir zə­ru­rət ki­mi or­taya qoy­muş­dur. Mə­lum­dur ki, or­taq dil an­lay­ı­şı qlo­bal və re­g­i­o­nal ol­maq­la fərq­lə­nir. Ta­ri­xi zə­ru­rət müstə­qil­lik yo­lu­na qə­dəm qoy­muş və müstə­qil­lik uğ­run­da müba­ri­zə apa­ran türk xal­q­la­rı üçün re­g­i­o­nal or­taq di­lin zə­ru­ri­liy­i­ni or­taya çı­xar­mış­dır. La­kin bu mə­sə­lə­də alim­lər ara­sın­da yek­dil fi­kir yox­dur. Üç əsas is­ti­qa­mət nə­zə­rə çarpır. Bə­zi­lə­ri or­taq türk di­li de­dik­də, türk dil­lə­ri əsa­sın­da ya­ra­dı­lac­aq es­pe­ran­to tip­li ye­ni bir dil nə­zər­də tu­tur­lar; bir qi­s­mi əlif­ba, orfo­qra­fiya və ter­mi­no­lo­g­iy­a­nı ya­xın­laş­dır­maq­la be­lə bir is­təyə çatmağ­ın mümkün ol­duğ­u­nu söy­lə­mi­ş­lər. La­kin bi­zim fi­k­ri­mizcə, Ağ­a­mu­sa müəl­lim düz düşünür: or­taq türk di­li ki­mi türk xal­q­la­rın­dan bi­ri­nin di­li­ni se­ç­mək olar və bu­nu za­man özü ye­tiş­dir­mə­li­dir. Müstə­qil­liy­in ye­nicə əl­də edil­diyi in­di­ki dövr­də heç bir türk xal­qın­da qısqanc­lıq ya­rat­maq ol­maz. Am­ma əlif­ba, or­fo­qra­fiya, ter­mi­no­lo­g­iya mə­sə­lə­lə­ri­ni ya­xın­laş­dı­rmağ­ın heç bir zə­rə­ri ol­maz­dı.

«Türk dil­lə­rin­də za­man və sı­ra ka­te­qo­riy­a­la­rı­nın qar­şı­lıq­lı əla­qə­si» mə­qa­lə­si idi, imiş kö­mək­çi söz­lə­ri ilə ya­ra­nan za­man for­ma­la­rı ilə fe­lin xə­bər şək­li əsa­sın­da for­ma­la­şan za­ma­nın qar­şı­lıq­lı əla­qə­si ki­mi da­im müba­hi­sə doğ­u­ran mühüm bir mə­sə­ləyə həsr olun­muş­dur. Müəl­lif S.N.İva­no­vun «Türk qram­ma­ti­ka­sı kur­su» (2-ci his­sə, Le­nin­qrad, 1977) əsə­ri­nə əsas­la­na­raq bu qə­na­ə­tə gəl­miş­dir ki, sa­də xə­bər şək­lin­də işin ic­ra za­ma­nı da­nı­şıq vax­tı ilə müəyy­ən­lə­şir, indiyə, ke­ç­mi­şə və gə­lə­cəyə aid olur, idi, imiş kö­mək­çi söz­lə­ri ilə for­ma­la­şan za­man isə sa­də xə­bər şək­li ilə ifa­də olu­nan bütün hə­rə­kə­ti ke­ç­miş za­man müstə­vi­si­nə ke­çi­rir.

Türk dil­lə­rin­də za­man şə­kil­çi­lə­ri­nin mən­şəyi ilə bağ­lı fi­kir­lər çox­dur. Müəl­lif öz araş­dır­ma və müşa­hi­də­lə­ri­nə əsa­sən şühu­di ke­ç­mi­şin şə­kil­çi­si­ni ( -dı ) qə­dim fe­li isim şə­kil­çi­si -it ilə, - mış, -ac, -­aq şə­kil­çi­lə­ri­ni fe­li si­fət­lə, in­di­ki za­ma­nın -ır və qey­ri-qə­ti gə­lə­cəy­in -ar şə­kil­çi­lə­ri­ni M.Ş.Şi­rə­liy­e­və əsas­la­na­raq fe­li bağ­la­ma və tu­rur sözü ilə ( -a tu­rur ) əla­qə­lən­dir­miş­dir. Bu­ra­da şübhə doğ­u­ran cə­hət for­ma­laş­ma­dan əv­vəl tu­rur sözündə ar­tıq -ır şə­kil­çi­si­nin ol­ma­sı­dır. Nəq­li ke­ç­mi­şin - ıb şə­kil­çi­sin­də isə müəl­lif ək­si­nə pro­ses - za­man şəkil­çi­si­nin fe­li bağ­la­ma ki­mi məh­sul­dar möv­qeyə ke­ç­mə­si­ni müşahi­də et­diy­i­ni söy­lə­miş­dir.

«Lek­si­ka və qram­ma­ti­ka mə­sə­lə­lə­ri» böl­mə­si di­li­mi­zin lek­sik və qram­ma­tik xüsu­siyy­ət­lə­ri­nə həsr olun­muş el­mi və el­mi-me­to­di­ki mə­qa­lə­lər­dən iba­rət­dir. İlk iki mə­qa­lə in­san bə­dən üzvlə­ri ad­la­rı­nın eti­mo­lo­ji təh­li­li­nə həsr olun­muş­dur. 100-ə qə­dər sözü əha­tə edən in­san bə­dən üzv­lə­ri­nin ad­la­rı­nı müəl­lif: 1) eti­mo­lo­ji cə­hə­ti xüsu­si təd­qi­qat tə­ləb edən; 2) eti­mo­lo­ji cə­hə­ti üzdə olan və 3) ərəb, fars, rus və Av­ro­pa dil­lə­rin­dən alın­ma­lar­dan iba­rət olan söz­lər ki­mi üç qru­pa ay­ır­mış, bun­la­rın içə­ri­sin­də da­ha ma­raq­lı olan bi­rinci qru­pun eti­mo­lo­ji təd­qi­qi ilə mə­şğ­ul ol­muş­dur. Bi­rinci qrup söz­lə­ri mü­əl­lif ma­raq­lı qrup­laş­dır­ma apar­maq­la so­nu ş ( baş, qaş. ..), z ( göz, ağ­ız. ..), l (bel, qol ...), n ( alın, bu­run ...), q/k ( da­maq, do­daq ...), r ( bağ­ır, da­mar ...), ğa/xa ( qa­bı­rğa, onu­rğa ...) səs­lə­ri ilə bi­tən söz­lər ki­mi 7 qru­pa ay­ır­mış­dır; is­tis­na təş­kil edən və bu qrup­la­rın heç bi­ri­nə da­xil ol­may­an söz­lər də ( bud, də­ri, çə­nə, ovuc, om­ba ...) var­dır. Şübhə­siz, mü­əl­lif düz düşünür - so­nu ey­ni sa­mit­lə bi­tən söz­lə­rin də ha­mı­sı ey­ni yol­la ya­ran­ma­mış­dır və bu cə­hət­dən, mə­sə­lən, so­nu q/k ilə bi­tən­lə­rin özlə­ri­ni də bir ne­çə qru­pa ay­ır­ma­sı hər bir sözün ta­ri­xi in­ki­şaf yo­lu­na re­al ya­naş­dı­ğı­nı gö­s­tə­rir. Bu mə­qa­lə­lər­də müəl­lif hə­lə­lik bütün bə­dən üzvlə­ri ad­la­rı­nın dey­il, baş, qaş, diş, döş; diz, göz, üz, ağ­ız, boğ­az, köks ki­mi ço­xi­ş­lə­nən bə­dən üzvlə­ri ad­la­rı­nın eti­mo­lo­ji təh­li­li ilə mə­şğ­ul ol­muş­dur. Müəl­li­fin fi­kir­lə­ri­ni ge­niş şərh et­məyə im­kan ol­ma­sa da, eti­mo­lo­ji iza­hın ağ­la­ba­tan nə­tic­ə­lə­ri ol­du­ğu­nu de­mək­lə bu­nu da qeyd et­mək is­tər­dik ki, ay­dın olur ki, bu cür qə­dim söz­lə­rin təh­li­li za­ma­nı sözün da­xil ol­duğu dil ilə, hət­ta hə­min di­lin aid ol­duğu dil ai­lə­si ilə də ki­fa­yət­lən­mək qey­ri-mümkündür - no­st­ra­tik nə­zə­riyyə əsa­sın­da ək­sər dil ai­lə­lə­ri­nə nə­zər sal­maq la­zım gə­lir. Mə­sə­lən, in­san bə­dən üzvlə­ri­nin ad­la­rın­dan pe­nis an­lay­ı­şı şu­mer di­lin­də kis şək­lin­də­dir və bi­zim bu gün xalq di­lin­də iş­lə­nən söz­dən yal­nız me­ta­te­za ilə fər­q­lə­nir. Ya­xud göz sözündə­ki z rus di­lin­də­ki qlaz sözündə də var­dır. Və qlaz sözündə rus tə­ləffüzünə əsa­sən bi­zim dil­lə q~g uyğ­un­luğu var­dır; söz kökünə di­lin in­ki­şa­fı pro­se­sin­də so­nor səs ar­tı­mı tə­bii say­ı­lır. Qlaz - göz uyğ­un­luğu nə­dən­dir? Bəl­kə, kon­takt nə­tic­ə­si­dir? İng­i­lis di­lin­də­ki ey­e s (ayz) sözündə isə z sə­si şə­kil­çi ki­mi ay­rı­lır: eye-(e)s. Bu cür hal­lar təd­qi­qat də­rin­ləş­dikcə dil ailə­lə­ri­nin bir ulu dil­dən təc­rid olun­duğ­u­nu fakt­laş­dı­rır və ax­ta­rı­ş­la­rın da­i­rə­si­ni ge­ni­ş­lən­dir­məyi tə­ləb edir.

Müəl­li­fin ey­ni böl­məyə da­xil et­diyi müxtə­lif mə­qa­lə­lər dilçiliyimi­zin pil­lə-pil­lə necə in­ki­şaf et­diy­i­ni də gö­s­tə­rir. Mə­sə­lən, «Fe­li sifət­lər haq­qın­da» mə­qa­lə­sin­dən ay­dın olur ki, dil­çi­liy­i­miz o mər­hə­lə­də olub ki, müəl­lim­lər el­mi-nə­zə­ri ma­te­ri­al məh­dud­lu­ğundan fe­li si­fət­lə fel­dən düzə­lən si­fə­t­lə­ri və fe­li si­fət­lər­də substantiv­ləş­mə pro­se­si­ni fər­q­lən­dir­mək­də çə­tin­lik çək­mi­ş­lər. Ona gö­rə də müəl­lif hələ 70-ci il­lər­də mək­tə­bə kö­mək məq­sə­di­lə bir sıra el­mi-me­to­di­ki məqa­lə­lər yaz­mış­dır. «Va­si­tə­li nitq haq­qın­da qeydlər», ya­xud «Azər­bayc­an di­lin­də su­al cümlə­lə­ri» də bu cür məqa­lələr­dən­dir.

İkic­ild­lik­də böyük bir böl­mə dil ta­ri­xi, di­a­lek­to­lo­g­iya və eti­mo­lo­g­iya mə­sə­lə­lə­ri­nə həsr olun­muş­dur. Müəl­lif «Ki­ta­bi-Də­də Qorqud»un di­li­nə dörd mə­qa­lə həsr et­miş­dir. Ağ­a­mu­sa Axundov da da­s­tan­la­rın di­li­ni di­li­mi­zin ən qə­dim abi­də­si say­an­la­rın möv­qeyindədir: «...das­tan­da tə­s­vir olu­nan ha­di­sə­lə­rin 1300 il və on­dan da­ha əvvəl­lə­rə aid ol­ma­sı ba­rə­sin­də mövc­ud olan müla­hi­zə­lər də ümu­mi va­hid rəy ki­mi, de­mək olar ki, bütün gör­kəm­li alim­lər tə­rə­fin­dən qə­bul edi­lir». (1,334) Müəl­lif bir sı­ra fo­ne­tik, lek­sik və qram­ma­tik xüsu­siyy­ət­lə­ri nə­zər­dən ke­çir­mək­lə da­s­tan­la­rın VI-VIII əsrlər­də for­ma­laş­mış ol­duğ­u­nu qə­bul edir. Bu, di­li­mi­zin ta­ri­xi üçün mühüm qə­na­ət­dir. Mə­qa­lə­lər­də pro­blem­lə­rin da­i­rə­si ge­niş­dir: dastan­la­rın dili­nə məx­sus üslub özəl­lik­lə­ri, di­g­ər da­s­tan­la­rı­mız­dan fər­q­li ola­raq bu da­s­tan­la­rın da­ha qə­dim ta­rix­lə səs­ləş­mə­si, di­li­nin dia­lekt və şi­və­lə­ri­miz­lə əla­qə­si, tə­k­rar­la­rın, həmc­in­sli­yin, cümlə­lə­rin rə­nga­rə­ng in­to­na­siya xüsu­siyy­ət­lə­ri­nin, xüsu­sən su­al cümlə­lə­ri­nin, al­qış və qa­r­ğ­ı­ş­la­rın da­s­tan­la­rın di­lin­də ro­lu, an­t­ro­po­nim­lə­rin, peri­fra­s­tik fel­lə­rin po­etik im­kan­la­rı və s. müəl­lif təd­qi­qa­tı­nın əsa­sın­da du­rur. Ədə­bi di­li­mi­zin tə­şəkkül və in­ki­şaf yo­lu­na xüsu­si mə­qa­lə həsr edən mü­əl­lif bu in­ki­şa­fı di­li­mi­zin ümum­xalq di­li əsa­sın­da inkişa­fı (XIII-XVII əsrlər) və XVIII əsrdən baş­lay­a­raq bu gü­nə qədər­ki dövr ki­mi (mil­li mər­hə­lə) iki mər­hə­ləyə ay­ır­mış, bu mər­hələ­lə­rin səc­iyy­ə­vi əla­mət­lə­ri­ni və təd­­­qi­qi ta­ri­xi­ni nə­zər­dən keçirmiş­dir. Ə.Də­mir­çi­za­də­dən ba­ş­lay­a­raq bu sa­hə xey­li təd­qiq olun­muş ol­sa da, dövr­ləş­dir­mə ba­rə­də hə­lə də yek­dil fi­kir yox­dur və Azər­bayc­an ədə­bi di­li­nin ta­rix eti­ba­ri­lə türk di­lin­dən fər­q­li tə­şək­kül yo­lu, Ya­xın Şərq alə­min­də rolu, dövr­ləş­di­ril­mə­si mə­sə­lə­lə­ri­nə yenidən ba­xıl­ma­lı olac­aq­dır. Mü­əl­lif özü də bu­nu eti­raf edə­rək, bir tə­rəf­dən Hə­sə­noğ­luya əsas­la­nır, o bi­ri tə­rəf­dən, «Də­də Qor­qud»un di­lin­dən da­nı­şar­kən: «Ki­ta­bi-Də­də Qor­qud» da­s­tan­la­rı­nın di­li ədə­bi dil, da­ha doğ­ru­su, şi­fa­hi ədəbi dil ki­mi qə­bul edi­lər­sə, bu gün xal­qı­mı­zın ünsiyy­ət va­si­tə­si olan ədə­bi di­lin min il­dən yu­xa­rı ya­şı olar» (1,365) dey­ir.

Bu böl­mə­də­ki ən mühüm əsər­lər­dən bi­ri «Azər­bayc­an xalq cümhu­riyy­ə­tin­də dil mə­sə­lə­lə­ri»dir. Azər­bayc­an Xalq Cümhu­riyy­ə­ti fə­a­liyy­ə­ti­nin ilk günlə­rin­də - 27 iy­un 1918-ci il­də Döv­lət di­­li haqqın­da qə­rar qə­bul et­miş­dir:

«Döv­lət di­li haq­qın­da.

28.Döv­lə­ti li­san türkcə qə­bul edi­lə­rək, müvəq­qə­tən hö­ku­mət müəs­si­sə­lə­rin­də rus li­sa­nı is­te­ma­lı­na müsa­i­də edil­mə­si haq­qın­da höku­mət 27 iy­un 1918-də qə­rar ver­di.

Döv­lə­ti li­san türk di­li qə­bul edi­lə­rək irə­li­də bütün məh­kə­mə, ida­reyi-da­xi­liyyə və sa­ir də­va­ir və­zi­fə­lə­ri ba­şın­da du­ran­lar bu li­sa­nı bi­lən­lər ola­na qə­dər hö­ku­mə­ti müəs­si­sə­lər­də rus di­li is­te­ma­lı­na da müsa­i­də edil­sin». Qeyd et­mə­liy­ik ki, dil­çi­liy­i­miz­də ilk də­fə ola­raq A.Axun­dov xey­li araş­dır­ma­lar apar­mış, bu qə­rar­dan baş­lay­a­raq, parla­ment üzvlə­ri­nin nitq xüsu­siyy­ət­lə­ri və rə­s­mi-dəf­tər­xa­na sənədlə­ri əsa­sın­da par­la­ment di­li­nin ge­niş el­mi təh­li­li­ni ver­miş, zəng­in dil fakt­la­rı və nümu­nə­lər əsa­sın­da bir sı­ra ümu­mi­ləş­dir­mə­lər apar­mışdır. Xalq di­li­nə, A.Şa­iq, A.Səh­hət ki­mi ya­zı­çı və şa­ir­lə­rin lirik üslu­bu­na ya­xın çı­xı­ş­lar­la ya­na­şı, par­la­ment üzvlə­ri­nin nit­qin­də türk di­li­nə güclü meyil ol­duğ­u­nu mü­əy­yən et­miş­dir. Bu sa­hə ye­ni təd­qi­qat­lar üçün zə­ng­in ma­te­ri­al ve­rir. Mə­lum ol­duğu ki­mi, Azərbayc­an par­la­men­ti­nin ömrü çox da uzun ol­may­ıb. O öz fəa­liyyəti­ni 1918-in 7 de­ka­b­rın­dan baş­la­mış, 1920-ci ilin 27 ap­re­lin­də ba­şa çat­dır­mış­dır. Par­la­ment bu müddət ər­zin­də 140-a ya­xın ic­las ke­çir­miş və 300-dən çox qa­nun qə­bul et­miş­dir. Bir ne­çə tən­tə­nə­li və növ­bə­dən­kə­nar ic­las nə­zə­rə alın­maz­sa, bütün yı­ğın­caq­lar işgü­zar şəra­it­də ke­ç­miş­dir. A.Axun­dov ya­zır: «İlk Azər­bayc­an par­la­mentinin ic­las pro­to­kol­la­rı­nın di­li üzə­rin­də apar­dığ­ı­mız müşa­hi­də­lər onun haq­qın­da ay­dın təsəvvür ya­ra­dır. Bu tə­səvvür tam əsas ve­rir dey­ək ki, Azər­bayc­an ədə­bi di­li­nin rə­s­mi par­la­ment üslu­bu ilk də­fə məhz Azər­bayc­an De­mo­kra­tik Re­s­pub­li­ka­sı­nın fə­a­liyy­ət gö­s­tər­diyi dövr­də ya­ran­mış­dır». (1,377) Və ye­nə: «Par­la­men­tin is­ti­fa­də et­diyi dil döv­lət di­li sta­tu­su­na ma­lik Azər­bayc­an türkcə­si idi». Par­la­men­tə gə­lən mək­tub­lar baş­qa dil­də ol­duq­da par­la­ment sə­d­ri­nin müa­vi­ni Hə­sən bəy üzə­rin­də ma­raq­lı bir dər­kə­nar qo­yur­muş: «Əri­zə türkcə li­san­da ol­ma­dığı üçün ənc­am­sız qa­lır».

 

Mə­qa­lə­də par­la­ment nit­qi­nin səc­iyy­ə­vi fo­ne­tik, lek­sik, qrammatik xüsu­siyy­ət­lə­ri də nə­zər­dən ke­çi­ril­miş­dir. Na­tiq­lə­rin nit­qin­də maraq­lı xüsu­siyy­ət­lər müşa­hi­də olu­nur. Par­la­men­tin ilk iclasın­da mil­li şu­ra­nın sə­d­ri Məm­məd Əmin Rə­sul­za­də­nin gi­riş nitqin­də yum sözü iş­lən­miş­dir: «Möh­tə­rəm mə­bus­lar! Azər­bayc­an Cümhu­riy­yə­ti­nin ilk məc­li­si-mə­bu­sa­nı­nı aç­maq yum sə­a­də­ti, siz möh­tə­rəm məbus­la­rı tə­b­rik et­mək şə­rə­fi­nin öh­də­mə düş­mə­si ilə müftə­xə­rəm (al­qı­ş­lar), əfən­di­lər».(1,379) Görün­düyü ki­mi, «yum sə­a­də­ti» xey­ir-dua ver­mək mə­na­sın­da­dır və Də­də Qor­qu­dun di­lin­də­ki yum ve­rəyim ifa­də­si­ni xa­tır­la­dır.

Ağ­a­mu­sa Axundovun mə­qa­lə­lə­ri içə­ri­sin­də ənə­nə­vi tədqi­qatlardan fər­q­li, ori­ji­nal üslub­da ya­zıl­mış əsər­lər var­dır. Be­lə əsərlər­dən bi­ri «Azər­bayc­an di­li di­a­lekt si­s­tem­lə­ri­nin for­ma­laş­ma­sı­nın struk­tur təh­li­li təcrübə­sin­dən» ad­la­nır. Mə­qa­lə­də iki bir-bi­ri ilə əla­­qə­li mühüm mə­sə­lə­dən da­nı­şı­lır; 1)Azər­bayc­an di­a­lekt­lə­ri­nin xalq di­li­nə və bir-bi­ri­nə müna­si­bə­ti; 2)Azər­bayc­an di­a­lekt­lə­ri­nin qədim abo­ri­gen əha­li­nin di­li­nə müna­si­bə­ti. Bi­rinci mə­sə­lə ilə bağ­lı müəl­li­fin gəldiyi nə­ticə be­lə­dir: «De­mə­li, ümum­xalq di­li ol­ma­dan Azər­baycan di­li­nin di­a­lekt­lə­ri və di­a­lekt sis­tem­lə­ri də ol­maz­dı. Beləlik­lə, Azər­bayc­an di­li di­a­lekt si­s­tem­lə­ri ümum­xalq di­li­nin dağılma­sı nə­tic­ə­sin­də yox, va­hid ümum­xalq di­li­nin tə­şəkkülündən so­nra müstə­qil dil sis­tem­lə­ri­nin di­a­lekt si­s­tem­lə­ri­nə ke­ç­mə­si nəticəsin­də for­ma­laş­mış­dır. Müxtə­lif di­a­lekt si­s­tem­lə­rin­də və Azərbayc­an ümum­xalq di­li sis­te­min­də mövc­ud olan ay­rı-ay­rı fakt­ların təh­li­li də, de­diy­i­miz ki­mi, hə­min fi­k­rə gə­ti­rib çı­xa­rır. Bu fakt­la­rın məhz izo­morf ol­ma­sın­dan ay­dın­dır ki, di­a­lekt si­s­tem­lə­ri üçün ümu­mi olan cə­hət­lə­ri ümum­xalq di­lin­də yox, o uzaq qo­hum dil sistem­lə­rin­də ax­tar­maq la­zım­dır ki, ora­da müxtə­lif di­a­lekt si­s­temləri­nin hə­min fakt­la­rı­nın ho­mo­morf kök­lə­ri var­dır». (1,416) Bu fi­kir tam mə­na­sı ilə doğ­ru­dur. Yal­nız bu­ra­da ümum­xalq di­li da­xi­lin­də­ki «dil si­s­tem­lə­rini» (ki son­ra­lar di­a­lekt ki­mi çı­xış edir) tay­fa dilləri ki­mi nə­zər­də tut­maq la­zım­dır və şübhə­siz, müəl­lif də be­lə düşünür. Bu si­s­te­min Azər­bayc­an di­li ta­ri­xi­nə tət­bi­qi çox yax­şı nətic­ə­lər ve­rə bi­lər.

İkinci mə­sə­ləyə - di­a­lekt si­s­tem­lə­ri fakt­la­rı­nın abo­ri­g­en əha­li­nin di­li­nə müna­si­bə­ti mə­sə­lə­si­nə gəl­dik­də müəl­lif abo­ri­g­en əha­li­nin dili­ni «ar­tıq ya yox ol­muş», ya da «var­lığ­ı­nı hə­min kom­mu­ni­ka­tiv sfe­ra­da sax­la­maq­da da­vam et­məy­ən» dil­lə­ri, baş­qa söz­lə de­sək, şimal­da qaf­qaz­dil­li, cə­nub­da iran­dil­li əha­li­nin di­li­ni nə­zər­də tu­tur və bu­nun üçün 1958-ci il­də çap olun­muş «Azər­baycan ta­ri­xi»nin bi­rinci cildin­də­ki aşağ­ı­da­kı fi­k­rə əsas­la­nır: «Azər­bay­can­da da bir çox xalqla­rın ta­ri­xin­də ol­du­ğu ki­mi, yer­li əha­li­nin di­li­nin gəl­mə­lə­rin di­li ilə əvəz­lən­mə­si baş ver­miş­dir». (İs­to­riə Azer­­­bay­d­ja­na, t.I, Ba­ku, 1958, s.172) Bu fi­kir mə­lum kon­sep­siy­aya aid fi­­kir­dir və MEA-nın bu­rax­dığı son «Azər­bayc­an ta­ri­xi» ki­ta­bın­da (I c.,1998) bir qə­dər də qa­tı­laş­dı­rıl­mış­dır. Bu kon­sep­si­yaya gö­rə, Azər­bayc­a­nın cənub his­sə­si­nin əha­li­si Mi­diya dövrün­də iran­lı­laş­mış əha­li­dən ibarət ol­muş­dur, şi­ma­li Azər­bayc­an əra­zi­sin­də isə qaf­qaz­dil­li (lə­zgi­dil­li) əha­li ya­şa­mış­dır. 1-ci mi­nil­liy­in or­ta­la­rın­dan türk tay­fa­la­rı Azər­bayc­an­da görünsə də, əsas axın səl­c­uq­lar­la ba­ş­la­mış və XI əsrdə səlc­uq­la­rın, XIII əsrdə mon­qol­la­rın gə­li­şi ilə qaf­qazdilli və iran­dil­li əha­li öz dili­ni itir­miş, türk di­­li qa­lib gəl­miş­dir. Bu kon­sep­siya rus, İran, bə­zi Hind-Av­ro­pa təd­­qi­qat­çı­la­rı­nın fi­k­ri­nə əsas­la­nır və bir sı­ra Azər­bay­can ta­rix­çi­lə­ri də bu­nu öz­lə­ri­nə bay­raq et­mi­ş­lər. Ağa­mu­sa müəl­lim də hə­min kon­sep­siy­aya əsas­la­na­raq cə­nub ərazilərin­də - İran­la sər­həd Lən­kə­ran zo­na­sın­da İran dil sub­st­ra­tı, Za­qa­ta­la-Qax əra­zi­lə­rin­də iber-qaf­qaz dil sub­st­ra­tı ax­tar­mış­dır. Bu meyil nə­ticə ver­məz, çünki heç vaxt Şi­ma­li Azər­bayc­an əra­zi­sin­də qaf­qaz­dil­li əha­li, az da ol­sa, üstünlüyə ma­lik ol­ma­mış­dır, Cə­nu­bi Azər­bayc­an əra­zi­lə­rin­də isə son təd­qi­qat­lar gö­s­tə­rir ki, türklər çox-çox qə­dim­dən mövc­ud ol­muş, gəl­mə tay­fa­lar on­la­ra yal­nız qol-qanad ver­miş­lər, heç vaxt bu əra­zi­də nə iran­laş­ma, nə də yer­li əhalinin türkləş­mə­si baş ver­miş­dir. Türklər bu əra­zi­nin əzə­li sakinlə­ri ol­mu­ş­lar. Ona gö­rə də biz bi­rinci üsu­lun - di­a­lekt si­s­te­mi­nin ümum­xalq Azər­bayc­an di­li­ni for­ma­laş­dı­ran türk tay­fa dil­lə­ri­nə müna­si­bə­ti mə­sə­lə­si­nin fay­da­lı is­ti­qa­mət olduğ­u­nu yə­qin edi­rik. Bu bi­zim əra­ziyə və bi­zim di­lə müna­si­bət­də be­lə ol­ma­lı­dır. İkinci üsulun tət­biq olun­duğu öl­kə­lər də var­dır.

A.Axun­dov bu böl­mə­də 30 il­dən bə­ri iş­lə­diyi, beş cild­­də nə­zər­də tut­duğu Azər­bayc­an di­li­nin ta­ri­xi-eti­mo­lo­ji lüğə­tin­dən nümu­nə­lər ver­miş­dir. Mə­lu­mat lüğə­tin qu­ru­lu­şu, tər­ti­bi prin­sip­lə­ri, nümu­nə­lə­rin se­çil­diyi əsas mən­bə­lər və ix­ti­sar­lar­dan, nümu­nə ki­mi ve­ril­miş A hər­fi­lə ba­ş­lay­an 50 sözün iza­hın­dan iba­rət­dir. Lüğət bütöv­lükdə çap olu­nar­sa, dil­çi­liy­i­miz­də böyük ha­di­sə ola­caq­dır. Çünki bu lüğət­də sözün eti­mo­lo­ji cə­hə­tin­dən, se­man­tik im­kan­la­rın­dan ba­ş­la­mış bütün qram­ma­tik xüsu­siy­yət­lə­ri­nin əha­tə edil­mə­si nə­zər­də tu­tul­muş­dur.

Bi­rinci ki­ta­bın mühüm bir böl­mə­si «Di­li­mi­zi öy­rə­nən­lər və öyrə­dən­lər» ad­la­nır. Bu­ra­da­kı öy­rə­nən­lər sözü, tə­bii ki, prak­tik cə­­hə­ti dey­il, el­mi araş­dır­ma­la­rı, di­li­mi­­zin təd­qi­qi­ni nə­zər­də tu­tur. Bu his­sə­də Ağ­a­mu­sa müəl­lim M.Hüseyn­za­də, M.Şi­rə­liy­ev, Ay­dın Ələk­bə­rov, Əlöv­sət Ab­dul­lay­ev, Ab­dul­la Və­liy­ev, Müsey­ib Məm­­mə­dov, Mu­sa Adi­lov, Zə­ri­fə Bu­da­qo­va, Ha­dı Mir­zə­za­də, Təh­­mi­nə Rüs­tə­mo­va, Məm­məd Tağ­ıy­ev, Va­sim Məm­mə­də­liy­ev və baş­qa gör­kəm­li alim­lə­ri­miz haq­qın­da ürək söz­lə­ri­ni de­miş, on­la­rın el­mi xid­mət­lə­ri­ni ümu­mi­ləş­dir­miş, bir sı­ra hal­lar­da on­la­rın ay­rı-ay­rı əsər­lə­ri­ni təhlil et­miş­dir. Alim­lə­rin bir qi­s­mi - M.Hü­seyn­za­də, M.Şi­rə­liy­ev, Ə.Ab­dul­la­yev, M. Adi­lov və b. haq­qın­da iki, bə­zən üç mə­qa­lə yaz­mış­dır. Mə­lum­dur ki, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin ta­ri­xi böyük­dür və onun fi­lo­lo­g­iya fakültə­si­nin au­di­to­riy­a­la­rın­da çox gör­kəm­li alim­lər dərs de­mi­ş­lər. «Fi­lo­lo­g­iya fa­kültə­si­nin ta­ri­xi» mə­qa­lə­sin­də el­min və tə­d­ri­sin yük­sə­li­şin­dən da­nı­şar­kən alim­lə­ri­mi­zin xid­mə­ti­ni bir da­ha nə­zər­dən ke­çir­mə­li ol­muş­dur.

Ki­ta­bın ikinci cil­di ədə­biyy­atşünas­lıq, ya­zı­çı di­li, tərcümə prob­lem­lə­rin­dən və müsa­hi­bə­lər­dən iba­rət­dir. 35-ə qə­dər müsa­hi­bə­nin ək­sə­riyy­ə­ti ke­çən əs­rin 90-cı il­lə­ri­nə və son bir-iki ilə aid­dir. Müsa­hi­bə­lər «Azər­bayc­an gənc­lə­ri», «Xalq qə­ze­ti», «Nov­ruz», «Ye­ni Turan», «Ma­arif­çi», «Ye­ni sə­da», «Müstə­qil qə­zet», «Ba­kı Uni­ver­si­­t­e­ti», «Re­s­pub­li­ka», «Pa­li­t­ra», «İki sa­hil», «Elm», «Fak­tor», «Azər­­bayc­an», «Mər­kəz», «Za­man», «Təh­sil» qə­zet­lə­rin­də, «Ana sözü», «Azər­bayc­an» jur­nal­la­rın­da çap olun­muş­dur. Müsa­hi­bə­lər Azər­bayc­an di­li haq­qın­da 88-ci il­dən so­nra irə­li sürülən döv­­lət qa­nun­la­rı ilə bağ­lı əsas müddə­a­la­rı, di­li­mi­zin döv­lət ida­rə­lə­rin­də möv­qeyi, bu­gün­kü və­ziyy­ə­ti, əlif­ba, or­fo­qra­fiya, ter­mi­no­lo­g­iya, di­li­mi­zə döv­lət qayğ­ı­sı, Azər­bayc­an dil­çi­liy­i­nin in­ki­şaf və­­ziyy­ə­ti və s. ki­mi çox­say­lı mə­sə­lə­lə­ri əha­tə edir. Ey­ni za­man­da, bu mə­qa­lə­lər­dən A.Axun­do­vun özünün çox­sa­hə­li ya­ra­dı­cı­lıq fə­a­liyy­ə­ti, di­li­mi­zin fone­tik si­s­te­mi­nin təd­qi­qi sa­hə­sin­də xid­mət­lə­ri, ya­ra­dıc­ı­lıq plan­la­rı ba­rə­də mə­lu­mat alı­rıq. Mə­qa­lə­lər­də mət­bu­at di­li, ra­dio və te­le­vi­zi­ya nit­qi­nin in­ki­şaf meyil­lə­ri, ziya­lı­la­rın və dik­tor­la­rın nitq xüsu­siyy­ət­lə­ri, Azər­bayc­an di­li­nin mən­şəyi, dil­çi­lik­də ye­ni sa­hə­lər və hə­min sa­hə­lər üçün kadr ha­zır­lığı prob­lem­lə­ri, Azər­bayc­an di­li en­sik­lo­pe­dik lüğə­ti­nin ha­zır­lan­ma­sı və­ziyy­ə­ti, di­li­mi­zin adı və bu adın ta­ri­xi, Azər­bayc­an di­li­nin türk dil­lə­ri ai­lə­sin­də ye­ri, or­taq türk di­li pro­ble­mi, ana di­li­nin ali və or­ta mək­təb­lər­də tə­d­ri­si və­ziyy­ə­ti, mək­təb dərslik­lə­ri və on­la­rın əsas qüsur­la­rı, əlif­ba­nın dəy­i­şil­mə­si ilə bağ­lı çə­tin­lik­lər, ke­ç­miş nəşr­lə­rin gə­ləc­əyi ki­mi son də­rəcə cid­di möv­zular­dan adi mə­i­şət qayğılarına qə­dər say­sız mə­sə­lə­lər əha­tə olun­muş­dur. Ma­raq­lı­dır ki, bir çox su­al­lar tə­k­rar-tə­k­rar səs­lən­sə də, Ağa­musa müəl­lim da­im öz möv­qe­yin­də sa­bit­dir və tə­rəddüdlər müşa­hi­də olun­mur. Bütün bun­lar onun, xüsu­sən müstə­qil­lik il­lə­rin­də nə qə­dər ic­ti­mai bir adam ol­duğ­u­nu ay­dın gö­s­tə­rir. Bu müsa­hi­bə­lə­ri oxu­maq­la 90-cı il­lə­rin dil və dil­çi­lik pro­blem­lə­ri, bir çox so­si­al-ic­ti­mai hadi­sə­lər­lə ət­ra­f­lı ta­nış ol­maq olar və bun­lar gə­ləc­ək nəsil üçün da­ha fay­da­lı olac­aq­dır.

60-cı­lar nəs­li­nin gör­kəm­li nümay­ən­də­lə­ri, xüsu­sən də Ağ­a­mu­sa Axun­dov bir fi­lo­loq ki­mi, yal­nız dil­çi­lik mə­sə­lə­lə­ri ilə de­yil, bi­la­va­si­tə ədə­biyy­at və ədə­biyy­atşü­nas­lıq, ədə­bi tən­qid mə­sə­lə­lə­ri ilə də ar­dıc­ıl ma­raq­lan­mış, həm ədə­biyy­at ta­ri­xi­mi­zin klas­sik­lə­ri, həm də ədə­biyy­a­tı­mı­zın bu­günkü ya­ra­dıc­ı­la­rı ba­rə­də ar­dıc­ıl fi­kir söy­lə­miş­dir. 30-dan ar­tıq mə­qa­lə­sin­də M.Füzu­li, M.F.­Axun­dov, C.Cab­bar­lı, M.Müş­fiq, Ə.Ca­vad, M.İb­ra­hi­mov, B.Va­­hab­za­də, İ.Əfən­di­yev, N.Xəz­­ri, C.No­v­ruz, Anar, M.Araz, İ. Coş­qun, G.Hü­sey­noğ­lu, T.Bay­­­ram, H.Oruc­ov, Ş.Xan­la­rov, N.Mir­zə­xan­lı, B. Nə­biy­ev, Mir Cə­lal, M. Cə­fər, A.İman­qu­liy­e­va, Ur­qiyyə xa­nım, S.Əli­za­də və baş­qa alim və sə­nət­kar­la­rı­mı­zın haq­qın­da araş­dır­ma­lar apar­mış, bir sı­ra ye­ni pyes­lə­rin ilk səh­nə təc­əssümü, bir sı­ra ki­tab­la­rın ilk də­fə işıq üzü gör­mə­si, bir sı­ra ya­zı­çı və alim­lə­ri­mi­zin yu­bi­ley tən­tə­nə­lə­ri, bir sı­ra do­st­la­rın vi­da mə­ra­sim­lə­ri və s. ilə bağ­lı ürək söz­lə­ri­ni söy­lə­miş­dir. Söz us­ta­la­rı­nın bir qi­s­mi­nin ya­ra­dıc­ı­lı­ğı­na dö­nə-dö­nə qay­ıt­mış, mə­sə­lən, N.Xəz­ri haq­qın­da dörd, Ca­bir No­v­ruz haq­qın­da üç, Şükür Xan­la­rov haq­qın­da iki də­fə mət­bu­at­da çı­xış et­miş­dir.

Ağ­a­mu­sa Axundovu bir dil­çi ki­mi, tərcümə di­li prob­lem­lə­ri xüsu­si ma­raq­landır­mış, bu ba­rə­də bir sil­si­lə mə­qa­lə yaz­mış, ori­ji­nal­dan - fars, ing­i­lis, rus dil­lə­rin­dən bir­ba­şa tərcümə­lə­ri yüksək qiy­mət­­lən­dir­mək­lə ya­na­şı, on­la­rın cid­di qüsur­la­rı­nı da gö­s­tər­miş­dir. Bu cə­hət­dən R.Həm­zə­to­vun «Mə­nim Dağ­ı­s­ta­nım» əsə­ri­nin tər­cümə­si ba­rə­də müəl­li­fin fi­k­ri diq­qə­ti da­ha çox cəlb edir. Biz mü­əl­­li­fin o fikir­lə­ri ilə tam ra­zıy­ıq ki, tərcümə­çi tər­cümə üçün seç­diyi əsə­rin dili­ni - xa­rici di­li yax­şı bil­mək­lə ya­na­şı, ana di­li­nin in­c­ə­lik­lə­ri­nə dərin­dən bə­ləd ol­ma­lı­dır.

 

 

Ağ­a­mu­sa müəl­li­min üslu­bu­nu səc­iyy­ə­lən­di­rən əsas cə­hət­lər nədir? Nə­zə­rə çar­pan ilk ən mühüm cə­hət bun­dan iba­rət­dir ki, ye­ni və ori­ji­nal möv­zu­lar tap­maq­da us­tad­dır. Müqay­i­sə­li (qar­şı­laş­dı­rıcı) dilçi­liy­in mühüm xüsu­siyy­ət­lə­rin­dən bi­ri odur ki, ana di­li­ni yad bir dil ilə müqay­i­sə­li öy­rən­dik­də ana di­li­nin görünməy­ən tərəflə­ri­ni gör­mək olur. Rus, ing­i­lis, fars dil­lə­ri­nə bə­ləd ol­duğu üçün Ağ­a­mu­sa müəl­lim təd­qi­qat pro­se­sin­də dil­də ye­ni key­fiyy­ət­lər gör­mə im­ka­nına ma­lik­dir. Üslu­bu­nun baş­qa bir səc­iyy­ə­vi key­fiyy­ə­ti araşdır­ma üçün seç­diyi möv­zu­dan kə­na­ra çıx­ma­dan, hə­min mövzunun kon­kret həllini ba­şa çat­dır­maq­la mə­sə­lə­ni us­ta­lıq­la yekun­laş­dır­maq­dan ibarət­­dir. Ona gö­rə də mə­qa­lə­lə­ri həcm eti­ba­ri­lə ək­sə­rən yığc­am və oxu­naq­lı­dır. Ək­sə­rən ar­qu­ment­lə­ri kon­kret dəlil­lə­rə əsasla­nır. Günün tə­ləb­lə­ri­nə ca­vab ve­rən, re­al hə­yat­­la səslə­şən, nəzə­ri və prak­­­tik cə­hət­dən ak­tu­al möv­zu­la­ra da­ha çox mürac­i­ət edir. Məsələlə­rin həl­lin­də soy­uq mən­tiq emo­si­o­nal-his­si key­fiyy­ət­lər­dən üstün­dür. Möv­zu da­i­rə­si son də­rəcə ge­niş­dir - fo­ne­ti­ka, lek­si­ka, fraze­o­lo­g­iya, mor­fo­lo­g­iya, sin­tak­sis, eti­mo­lo­giya, ümu­mi dil­çi­lik, dil ta­ri­xi, di­a­lek­to­lo­g­iya, müqay­i­sə­li dil­çi­lik, əlif­ba, or­fo­qra­fiya, dil mədə­niyy­ə­ti, ədə­bi tə­ləffüz, ter­mi­no­lo­giya, ana di­li­nin sa­f­lığı, ədəbi dil, bə­dii dil, üslub mə­sə­lə­lə­ri və s. Bu sa­hə­lərin hamısına dair bu və ya di­g­ər şə­kil­də bu iki ki­tab­da ye­ni fi­kir­lər, orijinal mülahizələr vardır. Gəz­mə­diyi öl­kə (Al­ma­niya, Fran­sa, Çexiya, Mac­a­rı­s­tan, Yapo­niya, Əlc­ə­za­ir, Türkiyə, İran...), Azər­bayc­an di­li və dil­çi­liy­i­ni təb­liğ et­mə­diyi şə­hər (Ba­kı, Mosk­va, Sankt-Pe­ter­burq, Tbi­li­si, Daşkənd, Al­ma­tı, Düşən­bə, Aş­qa­bad, Bişkək...) az­dır.

 

Biz bu ki­tab­la­rı nə­zər­dən ke­çir­dik və bir da­ha be­lə bir qə­na­ə­tə gəl­dik ki, Azər­bayc­an MEA-nın müxbir üzvü, Döv­lət müka­fa­tı laure­a­tı, Əmək­dar elm xa­di­mi, pro­fes­sor Ağ­a­mu­sa Axun­dov hə­qi­­qi məna­da böyük və sə­mə­rə­li ya­ra­dı­cı­lıq yo­lu ke­ç­miş­dir. Tək­cə bu kitab­la­rı fi­lo­lo­ji fi­kir ta­ri­xi­miz­də şö­h­rət­li ye­ri üçün ki­fa­yət edər­di...

 

10.08.2003

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az