BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

MÜRAC­İ­ƏT BİLDİRƏN SÖZ­LƏR

 

Ədə­bi di­li­mi­zin ya­zı­lı və şi­fa­hi qol­la­rı­nın hər­tə­rə­f­li in­ki­şaf etdiyi, çox mürək­kəb və rə­ng­a­rə­ng fi­kir­lə­rin hər cür ifa­də­si­nə im­kan ver­diyi bir dövr­də di­li­miz­də ən zə­ru­ri, həy­a­ti məf­hum­la­rın - hör­mət və ti­tul bil­di­rən söz­lə­rin ol­ma­ma­sı ha­mı­nı na­ra­hat edir. Ay­rı-ay­rı məh­dud kol­lek­tiv­lər­də ye­ri düşdükcə bu ba­rə­də söh­bət­lər apa­rıl­sa da, mə­sə­lə­nin ümum­xalq müza­ki­rə­si­nə ve­ril­mə­si aka­de­mik M.Qaş­qa­yın xid­mə­ti­dir. Hör­mət və ti­tul bil­di­rən söz­lər prak­ti­ka ilə çox bağ­lı ol­duğ­un­dan bu sa­hə­də­ki müza­ki­rə­lə­ri ge­niş­lən­dir­mək və güc­lən­dir­mək, tək­lif və müla­hi­zə­lə­ri ço­xalt­maq, ümu­mi­ləş­dir­mək, ümu­mi rəyə gəl­mək vax­tı­dır.

La­kin hör­mət, mürac­i­ət bil­di­rən müna­sib söz­lə­rin se­çil­mə­si, təcrübə­dən ke­çi­ril­mə­si, be­lə söz­lə­rin və­tən­daş­lıq hüqu­qu qa­zan­ma­sı, ümum­xalq tə­rə­fin­dən an­la­şı­lan iş­lək dil va­hid­lə­ri­nə çe­v­ril­mə­si tez və asan ba­şa gəl­məz. Bu mə­sə­lə­lər­də yüz ölçüb, bir biç­mək lazım­dır.

Çə­tin­lik nə­də­dir?

İlk növ­bə­də ora­da­dır ki, di­li­miz­də mürac­i­ət bil­di­rən be­lə söz­lər yox­dur, ona gö­rə də bu müna­si­bət­lə han­sı sözü iş­lət­mək is­tə­sək, əvvəlcə müəyy­ən cə­hə­ti­nə - ya for­ma­sı­na, səs tər­ki­bi­nə, ya­xud da in­diyə qə­dər özündə sax­la­mış ol­duğu mə­na­sı­na gö­rə və ya hər iki cə­hət­dən qə­ri­bə tə­əssürat ya­ra­dac­aq­dır. Çünki qu­laq­lar hə­min sö­zə müra­ci­ət va­si­tə­si ki­mi iş­lət­diy­i­miz mə­na­da alış­mayıb­dır. Di­g­ər çətin­lik isə on­dan iba­rət­dir ki, in­san­lar cins və yaş eti­ba­ri­lə fər­q­li­dir. Be­lə söz­lər se­çi­lər­kən nə­zə­rə al­maq la­zım­dır ki, hə­min söz­lər mək­təb­li qız­lar və oğ­lan­lar, gənc qız­lar və gənc oğ­lan­lar, or­ta ya­ş­lı qadın­lar və ki­şi­lər, nə­hay­ət, ya­ş­lı­lar-qoc­a­lar üçün müna­sib ol­sun, həm də bu qrup­lar­dan bi­ri təkcə öz ya­şıd­la­rı­na dey­il, bu nə­sil­lə­rin ha­mı­sı­na hə­min söz­lə mürac­i­ət edə bil­sin.

Bəl­kə, hər nəs­lə müna­sib söz se­ç­mək la­zım­dır? Mə­sə­lən, qəzetlər­dən bi­ri­nin 2 noy­abr 1968-ci il ta­rix­li nö­m­rə­sin­də ki­şi­lər üçün hör­mət əla­mə­ti ola­raq tək­lif edi­lən «qar­da­şım» sözünü mək­təb­li­lər və ya gənc­lər qoc­a­la­ra mürac­i­ət­lə işlədə bi­lər­mi? Ya­xud, gənc­lər qoc­a­la­ra «cə­nab» - deyə mürac­i­ət et­sə­lər, qoc­a­lar necə ba­xar?

Bu­nu da nə­zə­rə al­maq la­zım­dır ki, be­lə söz­lə­ri se­çər­kən ori­ji­nal ol­maq la­zım­dır, baş­qa xal­q­la­rı təq­lid et­mək ol­maz. SSRİ xalq ar­ti­s­ti Niy­a­zi qeyd edir ki, be­lə söz­lər xal­qın mil­li si­ma­sı­nı da müəyy­ən də­rəcə tə­zahür et­dir­mə­li­dir.

Müza­ki­rə­lər­də iş­ti­rak edən baş­qa yol­da­ş­lar ki­mi, biz də qa­dın­la­ra mürac­i­ət­lə «xa­nım» sözünün iş­lə­dil­mə­si tə­rəf­da­rıy­ıq. Həm də sa­dəcə «xa­nım» yox, qa­dın­la­ra «xa­nım», qız­la­ra «xa­nım qız» deyə mürac­i­ət et­sək, bu söz­lər ədə­bi dil­də da­ha tez sa­bit­lə­şər.

Ki­şi­lər üçün tək­lif olun­muş «bəy», «ağa», «qar­daş», «cə­nab» söz­lə­ri, bizcə, di­li­miz­də çə­tin sa­bit­lə­şə bi­lər. Bu söz­lə­rin hər bi­ri müəyy­ən cə­hət­dən qüsur­lu­dur. Mə­sə­lən, «bəy» çox­mə­na­lı­dır, bu mə­na­lar içə­ri­sin­də ic­ti­mai tə­bə­qə an­lay­ı­şı güclü ol­duğ­un­dan bu sözü so­vet dövrünü ke­ç­miş adam­lar ara­sın­da sə­mi­mi mürac­i­ət şək­lin­də iş­lət­mək çə­tin­dir. Bi­zə elə gə­lir ki, bu söz səs tər­ki­bi eti­ba­rı ilə də tə­lə­bə uyğ­un dey­il­dir. Mürac­i­ət for­ma­la­rı­nı təcrübə­dən ke­çir­dik­də hiss olu­nur ki, be­lə söz­lər ən azı iki hec­a­lı ol­sa, da­ha yax­şı olar. Bu, xüsu­si­lə müqa­bil­də­ki­nin diq­qə­ti­ni cəlb et­mək üçün vac­ib­dir. «Bəy» sözünü iş­lət­dik­də (süni su­rət­də) «ə» sə­si­ni uzun tə­ləffüz et­mək lazım gə­lər­di. Bu cə­hət­dən «ağa» sözü «bəy» sö­zündən müna­sib­dir. La­kin bu sözün də ic­ti­mai məz­mu­nu bi­zi ra­zı sal­mır. «Cə­nab» sözünü isə heç iş­lət­mək ol­maz. Bu söz bi­zim xal­qın ru­hu­na uyğ­un gəl­mir. «Cə­nab» ka­pi­ta­list alə­mi­nə da­ha çox ya­ra­şır və biz də hə­min sözü yal­nız ka­pi­ta­list öl­kə­lə­ri­nin nümay­ən­də­lə­ri­nə mürac­i­ət­lə rə­s­mi ifa­də for­ma­sı ki­mi iş­lə­di­rik. Tək­lif olu­nan «qar­daş» sözü sə­mi­mi sözdür. La­kin bu sözün ha­mı tə­rə­fin­dən an­la­şı­lan və zə­ru­ri bir məf­hu­mu ifa­də edən sa­bit mə­na­sı var­dır. Bu­na gö­rə də onu ye­ni, ta­ma­mi­lə fər­q­li mə­na­da iş­lət­mək çə­tin ba­şa gə­lər.

Ki­şi­lə­rə mürac­i­ət­lə «də­də» sözünü iş­lət­mək olar­dı. Bu söz də təəccüb doğ­u­rac­aq­dır. Çünki bu sözün də ça­tış­may­an cə­hət­lə­ri vardır. La­kin bu­nun fər­qi yox­dur, heç bir söz bu sa­hə­də­ki tə­lə­ba­tı ha­mı­nın ra­zı qa­lac­ağı şə­kil­də ödəyə bil­məy­əc­ək­dir.

Əg­ər mə­na­nı ifa­də edə bi­lən tam ye­ni söz ya­ra­dıl­sa, hə­min sözün for­ma­sı qə­ri­bə səs­lə­nəc­ək­dir. «Də­də» sözünün kə­sir cə­hə­ti nə­də­dir? Bu söz ədə­bi dil­də çox az iş­lə­nir, sa­də da­nı­şıq di­lin­də, di­a­lekt və şi­və­lə­ri­miz­də da­ha can­lı­dır. Əg­ər «bəy», «ağa», «cə­nab» söz­lə­ri da­ha rə­s­mi, qey­ri-sə­mi­mi­lik ifa­də edən söz­lər­dir­sə, «də­də» sözündə, ək­si­nə, sə­mi­mi­lik, ya­xın­lıq çox üstündür. Ta­nı­ma­dı­ğı­mız ada­ma bir­dən-bi­rə bu qə­dər sə­mi­mi mürac­i­ət çə­tin­dir. Müxtə­lif nə­sil­lər bir-bi­ri­nə mürac­i­ət­lə bu söz­dən is­ti­fa­də edə bi­lər­lər­mi? Qeyd et­mə­liy­ik ki, bu söz ta­rixən ata, ba­ba, böyük, dər­vi­ş­lə­rin baş­çı­sı, rə­i­si, böyük də­də şək­lin­də «ulu ba­ba», də­də­lər, ozan­lar şək­lin­də «el bi­li­ci­lə­ri, el ağ­saq­qal­la­rı», nə­hay­ət, Sə­fə­vi­lər dövründə sə­fə­vi şah­za­də­lə­ri­nin tər­biy­ə­çi­si, tər­biy­ə­çi ki­mi müxtə­lif mə­na­lar­da iş­lə­nil­miş­dir. Can­lı danı­şıq di­lin­də «ata» sözünün si­no­ni­mi ki­mi iş­lə­nir. «Ata» sözü bu sözü ədə­bi dil­dən sı­xış­dı­rıb çı­xar­mış­dır. La­kin xalq bu sözü qo­ruy­ur. Kənd yer­lə­rin­də «ata» əvə­zi­nə «də­də» sözü da­ha fə­al­dır. Bun­dan əla­və, ya­ş­lı­lar da (is­tər qa­dın, is­tər ki­şi) azya­ş­lı uşaq­la­ra, hət­ta gənc­lə­rə də (is­tər ya­xın ol­sun, is­tər ol­ma­sın) çox za­man bu söz­lə müraciət edir­lər. Mə­sə­lən: Də­də, bir az su gə­tir: Or­ta nəsil də: Dədə, kö­mək elə bu­nu gö­türək və s. La­kin gənc qız oğ­la­na bu söz­lə mürac­i­ət et­məz. Be­lə­lik­lə, bu sözün də ça­tış­maz­lıq­la­rı var­dır.

Çə­tin­lik­lə­ri­mi­zin bir sə­bə­bi də bu­dur ki, biz mürac­i­ət va­si­tə­si ki­mi «yol­daş» sözünü çox iş­lət­mi­şik. Bu söz so­vet dövrünə müva­fiq idi. Am­ma in­di ar­xa­ik ça­la­ra ma­lik olsa da, pis söz deyil.

Da­ha yax­şı­sı hər kə­si öz adı ilə çağ­ır­maq­dır: pro­fes­so­ru «pro­fes­sor», müəl­li­mi «müəl­lim», hə­ki­mi «hə­kim», ço­ba­nı «ço­ban»... adı ilə. Qar­daş, əmi, dayı söz­lə­rin­dən də is­ti­fa­də et­mək olar. Am­ma gənc­lə­rin di­lin­də ya­ş­lı adam­la­ra «ağ­saq­qal» sözü ilə mürac­i­ət in­di­ki dövr­də bə­zən ki­nayə ça­la­rı ilə xo­şa­g­əl­məz tə­sir bağ­ı­ş­lay­ır.

Şübhə­siz, bun­lar da bir tək­lif­dir. Da­ha uğ­ur­lu tək­­li­f­lər də söy­lə­ni­lə bi­lər

Onu da qeyd edək ki, müna­sib söz­lər se­ç­mək­lə ki­fa­yət­lən­mək olmaz. Hə­min söz­lə­ri mət­bu­at, ra­dio, te­le­vi­ziya va­si­tə­si­lə təb­liğ etmək la­zım­dır. «Hə­ş­tad» əvə­zi­nə «sək­sən», «nöq­teyi-nə­zər» əvə­­zi­nə «ba­xım» söz­lə­ri­nin üs­tün­ləş­mə­sin­də yax­şı mə­na­da olan nə­za­­rə­ti mürac­i­ət və hör­mət bil­di­rən söz­lə­rə də aid et­mək la­zım­dır.

 

1992

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az