BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

Nİ­ZA­Mİ CƏFƏROV.

«AZƏRBAYCANŞÜNASLIĞA GİRİŞ»

Bakı, AzAtaM, 2002

 

Re­s­pub­li­ka Atatürk mər­kə­zi­nin çap et­diyi bu ki­tab mər­kə­zin ha­zır­la­dığı ilk ki­tab ol­maq­la ya­na­şı, həm də uğ­ur­lu ki­tab­dır. Ki­ta­bın böyük, xüsu­si­lə ha­zır­kı dövr üçün ak­tu­al bir mündə­rəc­ə­si var­dır. Azər­bay­canşünas­lıq çox ge­niş an­lay­ış­dır. Azər­bayc­anşü­nas­lıq dedik­də Azər­bay­ca­nın el­mi, inc­ə­sə­nə­ti, tə­sər­rüfa­tı, coğ­ra­fiy­a­sı, arxe­olo­g­iy­a­sı və s. küll ha­lın­da nə­zər­də tu­tu­la bi­lər. Azər­bay­ca­­na aid nə var­sa, ha­mı­sı azər­bayc­an­şü­na­slığa aid­dir. Ni­za­mi Cə­fə­rov bu qiy­mət­li əsər­də köklü mə­sə­lə­lə­ri or­taya qoy­ub, azər­bay­c­an­şü­naslığın ge­ne­tik pro­blem­lə­ri­nə - et­no­g­e­nez, di­li­mi­zin mən­­şəyi, döv­lət­çi­lik və mə­də­niy­yət ta­ri­xi mə­sə­lə­lə­ri­nə üz tu­tub.

Yüksək tə­fəkkürün məh­su­lu ki­mi or­taya qoy­ul­muş bu əsər­­də dil və ədə­biyy­at ta­ri­xi­mi­zə, xal­qı­mı­zın soy-kökünün müəyy­ən­ləş­di­ril­mə­si­nə baş­dan-ba­şa ye­ni ba­xış möv­cud­dur. Odur ki haq­qın­da danışıl­ma­lı, müna­si­bət bil­di­ril­mə­li mə­sə­lə­lər çox­dur. Əsər en­sik­lo­pe­dik xa­rak­ter­də­dir. Hər bir ab­za­sı düşündürücü mə­sə­lə­lər­lə yük­lən­miş­dir və ye­ni fi­kir­lər oy­a­dır.

Bun­la­rın ha­mı­sı­nın haq­qın­da fi­kir söy­lə­mək im­ka­nı­mız ol­ma­dığı üçün da­ha vac­ib bil­diy­i­miz bir ne­çə mə­sə­lə­ni qeyd et­mək­lə ki­fay­ət­lə­nəc­əy­ik.

Et­no­g­e­nez və di­li­mi­zin mən­şəyi mə­sə­lə­si ha­zır­kı dövr­də mürtəce kon­sep­siy­a­nın üstün ha­kim möv­qeyi, hə­qi­qi el­mi kon­sep­siya­nın küncə qı­sıl­mış və­ziyy­ə­ti ilə son də­rəcə mürək­kəb­ləş­di­ril­miş­­dir. Xal­qın et­nik ta­ri­xi yan­lış və zə­rər­li bir «kon­sep­siya» əsa­sın­­da izah edi­lir. Ona gö­rə də di­li­mi­zin mən­şəyi haq­qın­da fi­kir­lər köklü şə­kil­də yan­lış ola­raq qa­lır. Ni­za­mi Cə­fə­rov kon­kret bir nü­mu­nə ilə bu «kon­sep­siya»nı us­ta­lıq­la if­şa edə bil­miş­dir. Aka­de­mik «Azər­­bayc­an ta­ri­xi»nin I cil­din­də (Ba­kı, «Elm», 1998) Azər­bay­can xal­­qının et­nik tər­ki­bi, di­li­nin mən­şəyi və in­ki­şaf yo­lu ba­rə­də deyi­lir:

«Azər­bayc­an xal­qı­nın tə­şəkkülündə Man­na, At­ro­pa­te­na və Qaf­qaz Al­ba­niy­a­sın­da mə­s­kun­laş­mış müxtə­lif, o cüm­lə­dən Qaf­qaz və İran dil­lə­rin­də da­nı­şan qə­dim dövr və or­ta əsrlə­rin tay­fa və xal­q­la­rı - man­na­lı­lar, ka­s­pi­lər, At­ro­pa­te­na ma­da­lı­la­rı, al­ban­lar, azə­ri­lər və bir sı­ra di­gər­lə­ri əsas rol oy­na­mı­ş­lar.

Azər­bayc­an xal­qı­nın, di­li­nin for­ma­laş­ma­sı et­no­ge­ne­zin son mər­hə­lə­sin­də - or­ta əsrlər­də davam et­miş­dir». (33 - 34)

Fi­kir ve­rin, çox ay­dın dey­ir: «Qaf­qaz və İran dil­lə­rin­də da­nı­şan». De­mə­li, cə­nub­lu-şi­mal­lı Azər­bayc­an əra­zi­si­nin əsas əha­li­si Qaf­qaz (lə­zg­i­dil­li) və iran­dil­li tay­fa­lar­dan iba­rət ol­muş­dur. De­mə­li, bun­lar öz et­nik si­ma­sı­nı iti­rə­rək so­nra­lar türkləş­mi­ş­lər. Xal­qın və onun dili­nin tə­şəkkül ta­ri­xi Nə­si­mi­ni, Füzu­li­ni də nə­zə­rə al­mır. Or­ta əsrlər era­mı­zın III əs­rin­dən ba­ş­lay­ır və ka­pi­ta­liz­mə qə­dər­ki dövrü əha­tə edir. Or­ta əsrlər il­kin-ba­ş­la­nğ­ıc, in­ki­şaf və tə­nəzzül mər­hə­lə­lə­ri­nə ay­rı­lır. Ver­diy­i­miz si­tat­da isə, heç ol­ma­sa, «il­kin or­ta əsr­lər» də deyil­mir. Hət­ta «or­ta əsrlər­də ba­şa çat­mış­dır» da dey­il­mir, «davam et­miş­dir» dey­i­lir. De­mə­li, ka­pi­ta­liz­mə qə­dər nə Azər­bayc­an xal­qı, nə də onun di­li tə­şəkkül tap­mış­dır.

Ke­ç­miş­də döv­lət apa­ra­tın­da ide­o­lo­ji iş­lə­rə ba­xan olur­du və mütləq xal­qın ta­leyüklü mə­sə­lə­ləri nə­za­rət al­tın­da sax­la­nı­lır­dı. Am­ma in­di ne­çə cild­lik rə­s­mi aka­de­mik ta­ri­xin müəl­li­fi bu cür ya­zır, heç kim də di­nib-da­nış­mır. Azər­bayc­an ta­ri­xi­nə, Azər­baycan­şü­nas­­lığ­ın əsas­la­rı­na bun­dan güclü bal­ta çal­maq ol­maz. İn­di N.Cə­­fə­ro­vun əsəri­nin yüzlər­lə dəy­ər­li şərh­lə­rin­dən bi­ri ki­mi, onun bu söz­lə­rə müna­si­bə­ti­ni qeyd edi­rik. N.Cə­fə­rov hə­min si­ta­tı ve­rə­rək ya­zır: «Göründüyü ki­mi, bu «kon­sep­siya» Azər­bayc­an xal­qı­nın mən­şəyi ba­rə­də hər cür voly­un­ta­rist nə­zə­riyy­ə­nin or­taya çıx­ma­sı üçün münbit me­to­do­lo­ji şə­ra­it ya­ra­dır. Və bu «kon­sep­siya» yal­nız səhv dey­il, həm də mürtəc­e­dir, xal­qa öz ke­ç­mi­şi­ni, et­nik mən­şəy­i­ni unut­­dur­maq «eh­tiy­ac»ın­dan irə­li gəl­miş­dir».

«Xal­qa öz ta­ri­xi­ni unut­dur­maq eh­tiy­acı», yum­şaq şə­kil­də de­yil­miş ol­sa, əs­lin­də, düşmən­çi­lik­dir.

N.Cə­fə­rov bütün kon­sep­tual mə­sə­lə­lər­də öz fi­k­ri olan bir alim­­dir, bu cür mə­sə­lə­lər­də gü­zəşt­siz və cə­sa­rət­li­dir.

Söh­bət et­no­g­e­nez­dən ge­dir. Ta­rix­çi ad­la­na­nın ək­si­nə ola­raq, xal­qın di­li­ni, mə­də­niyy­ət və so­si­al ta­ri­xi­ni heç bir mə­na­fe güdmə­dən düzgün düşünən dil­çi ya­zır:

«III-V əsrlər­də Azər­bayc­an di­li for­ma­la­şır, - bu pro­ses türk tayfa dil­lə­ri­nin (bi­rinci növ­bə­də fol­k­lor di­li­nin) mər­kəz­ləş­mə­si he­sa­bı­na ge­dir; VII, XI əsrlər­də Azər­bayc­a­na gə­lən türk tay­fa­la­rı ar­tıq müxtə­lif tay­fa­lar­la (ya­xud tay­fa bir­lik­lə­ri ilə) dey­il, müəy­yən­­ləş­miş xalq mövc­ud­luğu (və onun di­li) ilə qar­şı­la­şır - gəl­mə mə­də­niyy­ə­tin qo­hum yer­li mə­də­niyy­ət­lə eh­ti­va­sı tə­d­ric­ən ge­dir». (s.16-17)

Bu fi­kir tə­zə dey­il. 60-cı­lar hə­rə­ka­tı­nın nümay­ən­də­lə­ri - biz də da­xil ol­maq­la, da­im bu fi­k­ri söy­lə­mi­şik. Q.A.Qey­bul­lay­e­vin, Y.B.Yu­si­fo­vun ar­dınca biz də bu ta­ri­xi Azər­bayc­an xal­qı­nın və onun di­li­nin hə­qi­qi tə­şəkkül ta­ri­xi say­mı­şıq (ikinci mə­qa­ləyə bax). La­kin gənc və is­te­dad­lı həm­ka­rı­mı­zın da öz ana­li­tik təh­li­lin­dən be­lə bir nə­tic­əyə gəl­mə­si son də­rəcə qiy­mət­li­dir və be­lə bir ki­tab­da bu fi­k­rin bir da­ha tə­s­bit olun­ma­sı həm Azər­bayc­an et­no­ge­­ne­zi­nin, hə­m də Azər­bayc­an di­li­nin mən­şəy­i­nin müəyy­ən­ləş­di­ril­mə­si üçün əsas­lı kömək­dir.

Çox ay­dın söy­lən­miş­dir: III-V əsrlər­də Azər­bayc­an xal­qı və ümum­xalq Azər­bayc­an di­li for­ma­la­şır. Və ye­nə çox ay­dın dey­il­miş­dir: bu dövr­dən, yə­ni V əsrdən so­nra gə­lən türklər Azər­bay­can ərazi­sin­də tay­fa­lar­la və ya tay­fa dil­lə­ri ilə dey­il, ha­zır xal­q­la və onun artıq tə­şəkkül tap­mış di­li ilə qar­şı­la­şır­lar. Və bu­ra­dan o da ha­sil olur ki, XI əsrdə gə­lən səlc­uq oğ­uz­la­rı Azər­bayc­an­da Azər­bayc­an di­li for­ma­laş­dır­may­ıb. On­lar gə­lən­də ar­tıq bu xalq və onun di­li var­dı (Vax­ti­lə Q.A.Qey­bul­lay­ev də be­lə dey­ib, biz də da­­im bu cür düşünmüş və yaz­mı­şıq). On­lar yal­nız bu ha­zı­ra ha­va­dar ola bi­lər­di­lər. Və, bəl­kə, bu­na heç eh­tiy­ac da yox idi. Be­lə­lik­lə, bu fi­kir XI əsrdə gə­lən səlcuq­lar tə­rə­fin­dən Azər­bayc­an di­li­nin for­ma­laş­dı­rıl­ma­sı ba­rə­də kökündən yan­lış olan kon­sep­siy­a­nın put ağ­ac­ı­nı dar­tıb qo­par­maq­da bi­zə kö­mək edir.

La­kin bu nöq­tə­də çox mühüm bir mə­sə­lə var­dır və bu mühüm mə­sə­lə gə­ləc­ək təd­qi­qat­la­rın işi­dir.

Mə­sə­lə bur­da­dır ki, N.Cə­fə­rov Azər­bayc­an­da türklə­rin gö­rünmə­si­ni hun­lar­la bağ­lay­ır (və ya hun­lar­dan qa­baq nə­zə­ri cəlb et­məy­ən türk tay­fa­la­rın­dan iba­rət bi­lir) və era­mı­zın I-V əsrlə­rin­də hun­la­rın öl­kə­mi­zə gə­li­şi ilə əla­qə­lən­di­rir. III-V əsrlər ara­sın­da türk mən­şə­li ümum­xalq Azər­bayc­an di­li­nin tə­şəkkülünü qeyd edir. Təşəkkül dövrü doğ­ru­dur və bu da bi­zim fi­k­ri­mi­zə ta­ma­mi­lə müva­fiq­dir. Am­ma tə­bii ola­raq onu da bi­li­rik ki, iki-üç əs­rin müd­də­tin­də gəl­mə türklər abo­ri­gen­lə­ri bu qə­dər türkləş­di­rib ye­ni dil ya­ra­da bilməz­di­lər. Əg­ər hun-qıp­çaq­la­rın gə­li­şi­ni I əsrdən de­y­il, lap e.ə. III-II əsr­lər­dən də götürsək, bu, mümkün dey­il­di. Bu, bir də onun­la ağ­la bat­mır ki, di­li­miz­də heç bir sub­strat elementi yox­­­dur.

Am­ma ümum­xalq di­li­nin tə­şəkkül vax­tı düzgün müəyy­ən edil­miş­dir. Bütün bun­lar mən­ti­qi şə­kil­də söy­lə­məyə əsas ve­rir ki, türk mən­şə­li ümum­xalq Azər­bayc­an di­li gəl­mə hun-qıp­çaq­la­rın məh­su­lu dey­il, çox qə­dim­dən bu əra­zi­də sa­kin olan yer­li türk tay­fa­la­rı­nın hesa­bı­na­dır və hun-qıp­çaq­lar on­la­ra yal­nız qüvvə ver­mi­ş­lər. (Bu­nun iza­hı üçün bi­zim «Azər­bayc­an di­li­nin ta­ri­xi» ki­ta­bı­na bax­maq olar).

Əsə­rin ümu­mi­ləş­dir­mə gücü böyükdür. N. Cə­fə­rov ay­rı-ay­rı xırda fakt­la­rın ana­li­zi yo­lu ilə get­mə­miş, hər bir ya­zı­sın­da böyük ümu­mi­ləş­dir­mə­lər apar­mış­dır. Bu, dil ta­ri­xi­nə, et­no­g­e­nez və mə­də­niyy­ət mə­sə­lə­lə­ri­nə yüksək ha­zır­lıq tə­ləb edən bir pro­se­s­dir. «Azər­bayc­an di­li ta­ri­xi­nin me­to­do­lo­ji pro­blem­lə­ri» ad­lı 4 - 5 sə­hi­fə­lik yazı mə­nə Ə.Də­mir­çi­za­də­nin «Azər­bayc­an ədə­bi di­li­nin in­ki­şaf yol­la­rı» əsə­rin­də­ki böyük ümu­mi­ləş­dir­mə­lə­ri xa­tır­lat­dı.

Əsər yüksək el­mi sə­viyy­ə­si ilə se­çi­lir və yüksək bir üslub­da ya­­zıl­mış­dır. Müəl­lif müha­ki­mə­lə­ri inan­dı­rı­cı də­lil­lə­rə söy­kə­nir.

Pro­blem­lər bütövlükdə ümumtürk kon­tek­s­tin­də izah edil­miş­dir. Ona gö­rə baş­qa türk xal­q­la­rı­nın et­nik-mə­də­ni in­ki­şaf yo­lu­nun araş­dı­rıl­ma­sı üçün də nümu­nə­dir.

Əsər­də dil, et­no­g­e­nez, ta­rix və kul­tu­ro­lo­ji mə­sə­lə­lər küll ha­lın­da götürülmüş və kom­pleks şə­kil­də nə­zər­dən ke­çi­ril­miş­dir. Ona gö­rə də ilk də­fə mey­da­na çı­xan be­lə bir əsər Azər­bay­can­şünas­lığ­ın kom­pleks şə­kil­də öy­rə­nil­mə­si və tə­d­ri­si üçün ge­niş üfüqlər açır.

II mi­nil­liy­in ba­ş­la­nğ­ıcı türk alə­min­də M.Ka­şğa­ri­nin «Di­va­n»ı ilə şö­h­rət tap­mış­dır. Müəl­li­fi tə­b­rik edi­rik və ar­zu edər­dik ki, III mi­nil­liy­in ba­ş­la­nğ­ıcı da bu cür əsər­lər­lə şö­h­rət tap­sın.

 

12.11.2002

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az