BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

«OR­FO­QRA­FİYA QAY­DA­LA­RI»NIN

YE­Nİ LAY­İ­HƏ­Sİ HAQ­QIN­DA

 

Azər­bayc­an di­li­nin is­ti­fa­də­də olan or­fo­qra­fiya qay­da­la­rı Azər­bayc­an SSR Na­zir­lər So­ve­ti­nin 1958-ci il 24 iy­un ta­rix­li 497 nöm­rə­li və 1959-cu ilin 6 ap­rel ta­rix­li 268 nö­m­rə­li qə­rar­la­rı ilə tə­s­diq olun­muş­dur. İc­ti­mai-siy­a­si qu­ru­lu­şun dəy­iş­mə­si, o za­man­dan bə­ri xey­li il­lər keç­­mə­si, bə­zi qay­da­la­rın köh­nəl­mə­si, əlif­ba­nın dəy­iş­mə­si və s. ye­ni qay­da­la­rın ya­ra­dıl­ma­sı zə­ru­rə­ti­ni or­taya qoy­muş­dur. Bu zə­ru­rət nə­­zə­rə alı­na­raq, ye­ni or­fo­qra­fiya qay­da­la­rı ya­ra­dıl­mış, bir sı­ra mət­bu­at or­qan­la­rın­da, o cüm­lə­dən «Azər­bayc­an müəl­li­mi» qə­ze­ti­nin 4 fe­v­­ral 1999-cu il ta­rix­li nö­m­rə­sin­də dərc olu­na­raq bir ay müddə­tin­də ye­kun­laş­dır­maq məq­sə­di­lə müza­ki­rəyə ve­ril­miş­dir. Ye­ni «Qay­da­lar»ın ya­ran­ma­sı ye­ni əlif­baya ke­çil­mə­si ilə bağ­lı ol­muş­dur: «Azər­­bayc­an Re­s­pub­li­ka­sı­nın döv­lət di­li haq­qın­da» Azər­bayc­an Res­pub­li­ka­sı­nın 1992-ci il 22 de­kabr ta­rix­li qa­nu­nu­na müva­fiq ola­raq ye­ni Azər­bayc­an əlif­ba­sı­nın tət­bi­qi­nə ke­çil­miş­dir. Bu­nun­la əla­qə­dar Na­zir­lər Ka­bi­ne­tin­də Azər­bayc­an Re­s­pub­li­ka­sı Baş na­zi­ri­nin müa­vi­ni El­çin Əfən­diy­e­vin sədr­liyi ilə Azər­bay­can Döv­lət Di­li­nin Tət­bi­qi üzrə Hö­ku­mət Ko­mis­siy­a­sı ya­ra­dıl­mış və ko­mis­siya tə­rə­fin­dən ye­ni or­fo­qra­fiya qay­da­la­rı layi­hə­si iş­lə­nib ha­zır­lan­mış­dır. «Hö­ku­mət Ko­mis­­siy­a­sı la­yi­hə­nin ic­ti­mai əhə­miyy­ə­ti­ni nə­zə­rə ala­raq, onu ge­niş mü­za­ki­rəyə çı­xar­mağı la­zım bil­miş, bu­na gö­rə də lay­i­hə mət­bu­at­da çap olun­muş­dur». («Azər­bayc­an müəl­li­mi», 4 fev­ral 1999, ¹ 5).

1958-ci ilin or­fo­qra­fiya qay­da­la­rı ilə müqay­i­sə­də çox yığc­am olan bu lay­i­hə «Sa­it­lə­rin ya­zı­lı­şı», «Sa­mit­lə­rin ya­zı­lı­şı», «Sözün müxtə­lif yer­lə­rin­də­ki qo­şa sa­it və sa­mit­lə­rin ya­zı­lı­şı», «Şə­kil­çi­lə­rin ya­zı­lı­şı», «Mürə­k­kəb söz­lə­rin ya­zı­lı­şı», «Bi­rinci hər­fi böyük ya­zı­lan söz­lər», «İx­ti­sar­lar (abb­re­vi­a­tur­lar)», «Sözün sə­tir­dən sət­rə ke­çi­ril­mə­si» böl­mə­lə­rin­dən iba­rət­dir. Lay­i­hə­nin ki­tab­ça şək­lin­­də ha­zır­lan­mış əly­az­ma­sın­dan ay­dın olur ki, onu­ Nə­si­mi adı­na Dil­çi­lik İn­sti­tu­tu ilə Re­s­pub­li­ka Təh­­sil Na­zir­liyi el­mi-­me­to­dik Şu­ra­­sı­nın «Azər­bayc­an di­li» böl­mə­si bi­rgə mü­za­ki­rə et­miş və bə­yən­­­mi­ş­lər. Bu­ra­­da ye­ni layi­hə­də­ki əsas dəy­i­şik­lik­lər be­lə ve­ril­miş­dir:

«1.Apo­st­rof işa­rə­si es­te­tik, qra­fik və tə­ləffüz cə­hət­­dən özünü doğ­rult­ma­dığ­ın­dan əlif­ba­dan çı­xa­rıl­mış­dır;

2.Müa­sir tə­ləffüzə uyğ­un gəl­məy­ən bə­zi pa­ra­qraf və bənd­­lər ixti­sar olun­muş­dur;

3.Ke­ç­miş ənə­nə­lər qo­run­maq­la or­fo­qra­fiya prin­sip­lə­ri­nə əsas­lan­may­an bir sı­ra söz­lə­rin ya­zı­lı­şın­da dəyi­şik­lik­lər edil­miş­dir».

Əv­vəl­ki qay­da­lar 117 bənd­də ve­ril­miş­di, lay­i­hə cə­mi 35 bənd­dən iba­rət­dir.

Sa­it­lə­rin ya­zı­lı­şı qay­da­la­rı dörd pa­ra­qraf­da ümu­mi­ləş­di­ril­miş­dir. Tər­ki­bin­də o sa­i­ti olan alın­ma söz­lər o ilə də ya­zı­lır: oby­ekt, po­eziya və s.; ü sa­it­li alın­ma­lar ü ilə də ya­zı­lır: jüri, büro; da­nı­şıq di­lin­də olduğu ki­mi, iki he­ca ilə ya­zı­lan­lar: sə­tir, qə­dir, qə­bir; bir sı­ra alın­ma­la­rın so­nun­da­kı a ix­ti­sar olu­nur: ap­tek, kay­ut, pyes və s.

Bi­rinci hec­a­sın­da­kı sa­i­ti həm e, həm də ə ilə dey­i­lən söz­lər necə ya­zı­lac­aq? Pənc­ə­rə, pənc­ək, yox­sa penc­ə­rə, pen­cək? Layi­­­hə­ni tərtib edən­lər deyə bi­lər ki, bun­lar - bu cür söz­lər lüğət­də ve­ri­ləc­ək və lüğə­tə bax­maq la­zım­dır. La­kin bi­zim fi­k­ri­mizcə, bu cür müla­hi­zə sa­vad­sız­lığa apa­rır. Qay­da­lar əha­tə­li ol­duq­da or­ta və ali mək­təb­də gənc­lik onu şüur­lu şə­kil­də mə­nim­səy­ir və bir da­ha hər də­qi­qə lüğə­tə bax­mağa eh­tiy­ac qal­mır. Bu cür bə­sit qay­da­lar tə­d­ri­si də bə­sit­ləş­di­rir və tə­d­ric­ən sa­vad­sız­lığa sə­bəb olur. Hər kəl­mə­ni yaz­dıqca lüğə­tə bax­maq ol­maz. Bun­dan əla­və, şi­və­lər də ara­dan çıx­may­ıb. Hər bir əra­zi öz şi­və­si­ni sax­la­maq­da­dır. Go­hər də dey­ir­lər, göv­hər də; no­bə də dey­ir­lər, növ­bə də. Öv­lad da de­yən var, əv­lad da; pəh­li­van da deyir­lər, pəh­lə­van da; ya­zı­da büllur ya­zıl­ma­lı­dır (köh­nə qay­da­lar), am­ma ək­sə­riyy­ət bil­lur de­yir, Fi­zu­li dey­ir; təş­bih, tə­s­beh söz­lə­ri necə fərqlən­di­ri­ləc­ək? Mü­qəd­di­mə ya­zı­lac­aq, yox­sa müqəd­də­mə? So­nu a ilə bi­tən alın­ma söz­lər köh­nə qay­da­lar­da iki cür ya­zı­lır­dı: bir qi­s­mi a -sız: idi­om, kay­ut; . bir qi­s­mi a ilə: po­eti­ka, for­ma . Bu ikinci qrup­da ona gö­rə a sax­lan­mış­dı ki, onu ix­ti­sar edən­də məna ya dəy­i­şir, ya da an­la­şıl­mır. Bu cə­hət­dən me­ta­fo­ra, me­to­ni­miya kimi söz­lər­də a, -iya his­sə­lə­ri­nin qal­ma­sı­nın nə mə­na­sı var? Me­ta­for, me­to­nim da­ha yax­şı səs­lə­nir və qı­sa­lığı ilə se­çi­lir. Şə­kil­çi ar­tı­ran­da da me­to­ni­miya­laş­ma ki­mi ağ­ır­laş­mır, me­to­nim­ləş­mə da­ha asan tə­ləf­füz olu­nur. Mahud, sa­bun, ma­zut ya­zı­lac­aq, yox­sa ma­hıt, sa­bın, ma­zıt? Qay­da la­zım­dır ki, öy­rə­nil­sin - hər də­qi­qə lüğə­tə bax­maq olmaz. Lay­i­hə­nin əly­az­ma­sın­da pro­fi­lak­to­ri, sa­na­to­ri ya­zıl­ma­sı məs­lə­hət görülür. Qə­zet­də sa­na­to­riya sözünün is­tis­na ki­mi qal­ma­sı la­zım bi­li­nir, pro­fi­lak­to­ri sax­la­nı­lır. Biz­də heç kim bu sözü be­lə işlət­mir, türklər iş­lə­dir.

Ye­ni lay­i­hə­də 10,11,12-ci bənd­lər rus di­lin­dən və rus di­li va­si­tə­si­lə Av­ro­pa dil­lə­rin­dən alın­mış söz­lə­rin ya­zı­lı­şı­na aid­dir. Qeyd edilir ki, «Tər­ki­bin­də h sa­mi­­ti olan Av­ro­pa mən­şə­li söz­lər h ilə də ya­zı­lır: Hey­ne, hek­tar və s.» Bu söz­lər rus di­li va­si­tə­si­lə alın­mış­dır, rus dilin­də q ilə tə­ləffüz edi­lir - alın­ma­nın keç­diyi yo­lu xa­tır­lat­maq lazım­dır və bun­dan əla­və, dal­ba­dal tə­k­rar olu­nan «Av­ro­pa mən­şə­li söz­lər» ifa­də­si də səhvdir - Av­ro­pa ad­lı dil yox­dur. 40 il əv­vəl da­ha düzgün ifa­də olu­nub: «Müxtə­lif hec­a­la­rın­da əs­lin­də h səs­si­zi olan bey­nəl­mi­ləl söz­lər h ilə də ya­zı­lır...» «Bey­nəl­mi­ləl söz­lər» bil­di­rir ki, ve­ri­lən söz­lər alın­ma­dır; «əs­lin­də» sö­zü isə sözün va­si­tə­çi dil­də dey­il, mən­şə dil­də h ilə dey­il­diy­i­ni bil­di­rir. Bu böl­mə­də lit­sey sözündən t sa­mi­ti­nin, an­te­na sözündən son a sa­i­ti­nin atıl­ma­sı­na di­li­miz alış­ma­mış­dır. Azər­bayc­an­lı nit­qin­də ay­dın şə­kil­də lit­sey dey­i­lir, an­te­na sözündə zə­i­f­lə­miş ol­sa da, son a tə­ləffüz edi­lir. Qay­da ol­ma­dığ­ın­dan gənc nə­sil bı­çaq və ya pı­çaq, bus­qu və ya pus­qu yaz­ma­lı ol­duğ­u­nu lüğə­tə bax­ma­lı olac­aq­dır. Dükan və ya tükan , (göz) dik­mək və ya tik­mək söz­lə­ri üçün də. Me­ta­te­za da nə­zə­rə alın­may­ıb - əs­kik və ya ək­sik, kir­pik, yox­sa ki­prik, gö­s­tər­mək, yox­sa gör­sət­mək, çıl­paq, yox­sa çıp­laq? Bu­lud, pa­lıd, ya­şıd tip­li söz­lər də əli­nə qə­ləm ala­nı t ilə d ara­sın­da qoy­ac­aq. Ta­ri­xi-ənə­nə­vi prin­sip­lə ya­zı­lan ba­lıq, pa­paq, otaq, ya­taq tip­li söz­lər­də son səs tə­ləffüzdə x -dır. Ya­zı qay­da­sı üçün bütün bu cür söz­lər­də lüğət gəz­mə­li olac­aq­lar. Qo­şa­sa­it­li, qo­şa­sa­mit­li söz­lər, qo­şa­sa­mit­li söz­lə­rə sa­mit­lə baş­la­yan şə­kil­çi ar­tır­dıq­da ya­ra­nan və­ziyy­ət və is­tis­na hal­lar - görünür, açıb köh­nə «Qay­da­lar»ı ox­u­maq la­zım gə­lə­cək­dir. Heç bi­ri açıl­mır, örtülü qa­lır. Mə­na­fe, mən­bə, mən­şə tip­li alın­ma­la­ra sa­it­lə ba­ş­lay­an şə­kil­çi ar­tır­dıq­da necə yaz­ma­lı? İr­tica, sə­naye tip­li söz­lər­də necə?

Şə­kil­çi­lə­rin ya­zı­lı­şı qay­da­la­rı da çox məh­dud­dur. Ke­ç­miş «Qay­da­lar»da xey­li şə­kil­çi ve­ri­lib (biz də bu­nu vac­ib say­mı­rıq) və on­la­rın ya­zı­lı­şı ilə bağ­lı spe­si­fik cə­hət­lər ay­dın­laş­dı­rı­lıb. İn­di­ki lay­i­hə­də mə­lum bir cə­hət - şə­kilçi­lə­rin bir, iki və dörd cür ya­zıl­dığı ötə­ri qeyd edi­lib.- stan, -ı,-i,-u,-ü şə­kil­çi­lə­ri necə ya­zıl­ma­lı­dır: Dağ­stan, yox­sa Dağ­ı­s­tan? Bir cür ya­zı­lan - stan şə­kil­çi­si­nin əv­və­li­nə qa­pa­lı sa­it­lə­ri ar­tı­rıb dörd cür ya­zı­lan şə­kil­çiyə çe­vir­mək də düz dey­il, çünki -stan şə­kil­çi­si­nin kö­kün­də­­ki sa­it də­yiş­mir - - istən, -üstən şək­li­nə düşmür. Cümlə­lər də bə­­zən na­ham­var­dır: « -qan,-kən kar sa­mit­lə bi­tən­lər­də, - ğan, -gən şə­kil­çi­lə­ri ci­ng­il­ti­li sa­mit­lə bi­tən­lər­də: ya­pış­qan, ça­lış­qan, döyü­şkən, bu­ru­lğ­an, de­yin­g­ən». Bun­lar «şə­kil­çi­lər» dey­il, bir şə­kil­çi­nin va­ri­ant­la­rı­dır. Ha bi­tiş­di­ric­i­li mürək­kəb söz­lə­rin ya­zı­lı­şı unu­dul­ma­ma­lı­dır. Kəs fe­li ilə de fe­li tə­k­rar olun­duq­da ey­ni cür ya­zıl­mır: kə­sə­kəs, de­ha­de. Rütbə, lə­qəb, ti­tul bil­di­rən söz­lə­rin, əla­və­li söz­lə­rin, tər­ki­bin­də don, sen olan alın­ma xüsu­si ad­la­rın ya­zı­lı­şı, əc­nə­bi fa­mi­liy­a­lar tər­ki­bin­də ar­tikl və ədat­lar ( Lo­pe de Ve­qa, fon Bi­s­mark ), m, p, s, r ünsürü ilə ço­xa­lt­ma də­rəc­ə­li si­fət­lər, idi imiş kö­mək­çi söz­lə­ri­nin ya­zı­lı­şı və s. mühüm or­fo­qra­fik pro­blem­lər­dən­dir.

Əv­vəl­ki «Qay­da­lar»ın 77-ci pa­ra­qra­fın­da be­lə bir qay­da ve­ri­lir: « Mir­zə, hacı, şeyx, sey­id, şah, sul­tan, ağa, bəy, bəy­im, xan, xa­nım söz­lə­ri rütbə, lə­qəb və ti­tul bil­dir­dik­də söz­lər­dən ay­rı (əv­vəl gəl­dik­də baş hər­fi böyük, so­nra gəl­dik­də isə ki­çik) ya­zı­lır; məs.: Mir­zə Fə­tə­li, Hacı Qa­ra, Şeyx Nə­s­rul­lah, Sey­id Əzim, Şah İs­may­ıl, Sul­tan Mah­mud, Ab­bas mir­zə, Cə­la­ləd­din mir­zə, Na­dir şah, Ab­bas­qu­lu ağa, Fə­tə­li xan, Hey­ran xa­nım» . (Azərbaycan di­­li­nin or­fo­qra­fiya qay­da­la­rı.-Ba­kı, EA nə­ş­riyy­a­tı,1958, s.25) Bu, çox mühüm qay­da­dır və bu­ra­da öy­rə­nil­mə­si vac­ib olan fak­tor­lar var­dır. De­mək, bu söz­lər xüsu­si ad­la­ra bi­ti­şik ya­zıl­dıq­da rütbə, ti­tul, lə­qəb bil­dir­məz; de­mə­li, həm xüsu­si ad­dan əv­vəl, həm də son­ra iş­lən­dik­də və ay­rı ya­zıl­dıq­da rütbə, lə­qəb, ti­tul bil­di­rər; de­mə­li, əv­vəl iş­lən­dik­də böyük, so­nra iş­lən­dik­də baş hərfi ki­çik ya­zı­lar; de­mə­li, bu prin­sip əsa­sın­da biz Nə­cəf­bəy Və­zi­rov, Əbdür­rə­him­bəy Haq­ver­diy­ev ad­la­rın­da bəy sö­zünü bi­ti­şik yaz­maq­da səhv edi­rik və s. Hə­lə onu de­mi­rik ki, bu cür söz­lər xüsu­si ad­dan əv­vəl və so­nra iş­lən­dik­də han­sı qram­ma­tik vəzi­fə­ni ye­ri­nə ye­ti­rir. Bi­zim fi­k­ri­mizcə, bu cür söz­lər xüsu­si ad­lar­dan əv­vəl təy­in və­zi­fə­sin­də iş­lən­miş olur, xüsu­si ad­lar­dan so­nra isə adın xüsu­si­ləş­mə­yən əla­və­si ki­mi çı­xış edir və ad­la bir­lik­də götürülür - la­kin adı mürək­kəb­ləş­dir­mir. Bir qay­da­nın içə­ri­sin­də bu qə­dər məsə­lə ol­duğu halda, onu nə üçün ix­ti­sar et­mək la­zım gəl­miş­dir?

İn­qi­la­bi bay­ram­la­rın və ta­ri­xi günlə­rin ad­la­rın­da say bil­di­rən ilk söz rə­qəm­lə ya­zıl­dıq­da so­nra­kı sözün baş hər­fi böyük, hər­f­lər­lə yazıl­dıq­da ikinci sözün baş hər­fi ki­çik ya­zı­lır­dı (s.29, pa­ra­qraf 89): 1 May - Bir may, 9 Yan­var - Doqquz yan­var və s. İn­di­ki layi­hə­də ikinci sözün hər iki hal­da böyük hər­f­lə ba­ş­lan­ma­sı nə­zər­də tu­tu­lur: 9 Yan­var - Doq­quz Yan­var, Ye­ni İl və s. ki­mi. Bəl­kə də, bu ye­­ni­lik si­s­te­min göz­lə­nil­mə­si ba­xı­mın­dan fay­da­lı­dır.

 

 

Əv­vəl­ki «Qay­da­lar»da rə­qəm­lə ya­zı­lan say­lar­dan so­nra iş­lə­nən, de­f­is­lə ay­rı­lan şə­kil­çi­lə­rin (- cı,-ci,-cu,-cü; -a,-ə,-da,-də və s.) rəqəm­dən ay­rı­lıb ye­ni sə­t­rə ke­çi­ril­mə­si qa­dağ­an olu­nur­du, in­di be­lə bir qay­da yox­dur. De­mə­li, fər­qi yox­dur, ke­çir­mək də olar, ke­­çir­mə­mək də. Rə­qəm­lə­rin ya­nın­da­kı ix­ti­sar­la­rı da ( km, sm, ha və s.) ye­ni sə­t­rə ke­çir­mək qa­dağ­an idi. Bəl­kə də, çap üçün əl­ve­riş­­li­dir, am­ma məf­hu­mun par­ça­lan­ma­sı ba­xı­mın­dan ey­bəc­ər­dir. Zəh­mət­dən qaçırıq. Yayğ­ın­lıq ço­xa­lır. Bir sı­ra söz­lə­rin ( Dağ­ı­s­tan, Hin­di­s­tan, qa­pa­qap, qa­ça­qaç, di­a­qram, proqram, dil­ucu, Gül­ağa, Sa­bi­ra­bad, əvə­zo­lun­maz və s.) sə­tir­dən sət­rə ke­çi­ril­mə qay­da­sı bi­lin­mir. Ad­lar­da­kı qı­salt­ma­la­rı sə­t­rin so­nun­da sax­la­maq mə­sə­lə­si. Qay­da yox­dur­sa, de­mək, olar. Mürək­kəb ix­ti­sar­la­rı he­ca­­la­ra ay­ı­­rıb ye­ni sə­t­rə keçir­mək olar­mı? Və s., və bu k., d.y. və s. qı­salt­ma­lar­da son səs­lə­ri ye­ni sə­t­rə ke­çir­mək olar­mı? Açı­lan dır­naq və ya mö­tə­ri­zə­ni sə­t­rin so­nun­da sax­la­maq, du­rğu işa­rə­lə­ri­ni ye­ni sə­t­rə ke­çir­mək olar­mı? Böyü­klər bi­lir ki, ol­maz. Ki­çik­lər də öy­rən­mə­li­dir.

Bütün bun­lar say­sız-he­sab­sız su­al­lar doğ­u­rac­aq­dır. Ya­zı­da anar­­xiya ba­ş­lay­ac­aq. So­vet döv­lə­ti­nin vax­tın­da öy­rən­diy­i­miz möh­kəm qay­da­la­rı qay­da-qa­nun is­təy­ən­lər həs­rət­lə xa­tır­lay­ac­aq, sa­vad tə­li­mi­ni nə­zə­rə al­may­an­lar bi­zi gülüş hə­də­fi­nə çe­vi­rəc­ək. Qa­nun ka­mil ol­ma­lı­dır. Biz get­dikcə da­ha ka­mil və sə­lis qa­nun­lar for­ma­laş­dır­ma­lıy­ıq. Hər şeyi at­maq, ək­sər qa­nun­la­rın üzə­rin­dən qə­ləm çək­mək sadə­­ləş­dir­mək dey­il, sa­vad­sız­lığa apar­maq­dır. Xal­qın qa­zan­dığı orfo­q­ra­fik vər­di­ş­lə­rin üstündən qə­ləm çək­mək, gənc nəs­lin or­fo­qra­fiya göz­lə­mə­dən necə gəl­di fi­kir ifa­də­si­nə im­kan ya­rat­maq­dır. Es­te­tik prin­sip­lər­dən əl çək­mək­dir. Ba­şa düşmək ol­mur ki, bu cür qay­da­lar ki­min xey­ri­nə­dir, əha­li­ni sa­vad­sız­lığa apar­maq­da məq­səd nə­dir.

Lay­i­hə­də fa­mi­liya bil­di­rən şə­kil­çi­lə­rin nə­dən iba­rət ol­duğu və necə ya­zıl­dığı da bi­lin­mir.

3 ap­rel 1999-cu il­də çap olu­nan və müza­ki­rə­si üçün cə­mi bir ay vaxt ve­ri­lən bu qay­da­lar, yax­şı ki, tə­s­diq olun­may­ıb və o vaxt­dan alt-alt, üst-üst qa­lıb.

Be­lə­lik­lə, 90-cı il­lər böyük dəy­i­şik­lik­lə­rə, ye­ni­ləş­mə­lə­rə meyil il­lə­ri­dir. La­kin ke­ç­miş dövr­lər­də­kin­dən fərq­li ola­raq, ziy­a­lı­la­rın işə cəlb edil­mə­sin­də suby­ek­tiv müna­si­bət­lər mə­sə­lə­lə­rin oby­ek­tiv həl­li­nə o qə­dər də im­kan ver­mir.

2002, okty­abr

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az