BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

Dİ­Lİ­Mİ­ZİN BU GÜNÜ

 

- Qə­zən­fər müəl­lim, son vaxt­lar dil mə­sə­lə­lə­ri cə­miyy­ə­ti da­ha çox düşündürür. Ke­çən il di­li­mi­zin təd­qi­qi, öy­rə­nil­mə­si, xüsu­si­lə döv­lət ida­rə­lə­rin­də tət­bi­qi, müha­fi­zə­si ilə bağ­lı pre­zi­dent fər­ma­nı da ol­du. İn­di­ki və­ziyy­ət­lə əla­qə­dar nə deyə bi­lər­si­niz?

- Di­li­mi­zin ha­zır­kı və­ziyy­ə­ti ilə əla­qə­dar tə­laş ke­çir­məyə heç bir əsas yox­dur. Bütün xalq bu dil­də da­nı­şır, ki­tab­la­rı­mız bu dil­də nəşr olu­nur, kon­fran­slar, müşa­vi­rə­lər bu dil­də apa­rı­lır, ali mək­təb au­di­to­ri­ya­la­rın­da bu dil­də müha­zi­rə oxuy­ur­lar. So­vet dövründə ədə­bi di­li­miz o qə­dər ci­la­la­nıb ki, bir çox baş­qa dil da­şı­yıc­ı­la­rı onun gö­zəl­liyi­nə, sə­lis­liy­i­nə köks ötürə bi­lər­lər. La­kin, əl­bət­tə, dövrün özünün pro­blem­lə­ri var. Ədə­bi di­lin döv­lət ida­rə­lə­rin­də tət­bi­qi mə­sə­lə­si, mət­bu­at di­li, ra­dio və te­le­vi­ziya di­li, rek­lam­lar, xa­rici dil­də olan mək­təb­lər, ziy­a­lı­la­rın ana di­li­nə müna­si­bə­ti və s. dü­şün­dürücü de­tal­la­ra ma­lik­dir. Üstə­lik, ye­ni əlif­baya ke­çil­mə­si, or­fo­qra­fiya qay­da­la­rı­nın ol­ma­ma­sı, apos­tro­f­la bağ­lı anar­xiya... Bun­la­rın hər bi­ri­nə ay­rı­lıq­da nə­zər sal­maq­la di­li­mi­zin ha­zır­kı və­ziyy­ə­ti ba­rə­də tə­səv­vürü kon­kret­ləş­dir­mək olar.

XX əs­rin əv­vəl­lə­rin­də ana di­li üç müxtə­lif tə­mayü­lə - ərəb-fars dil­lə­ri­nə, rus və türk dil­lə­ri­nə meyil edən­lə­rə qar­şı müba­ri­zə şə­ra­i­tin­də in­ki­şaf edir­di. Mir­zə Cə­lil «Ana­mın ki­ta­bı» əsə­rin­də bu üç tə­mayülün if­şa­sı­nı ver­miş­dir. Prof.T.İ.Hac­ıy­ev XX əs­rin əv­vəl­lə­rin­də ziy­a­lı­la­rın bir qi­s­mi­nin türk di­li­nə məx­sus hər cür söz və ifa­­də­lə­ri yer­li-yer­siz di­li­mi­zə gə­tir­mə­lə­ri ba­rə­də da­nı­şar­kən 60-70-ci il­lər təd­qi­qa­tın­da ob­raz­lı şə­kil­də qeyd edir­di ki, bir sı­ra ziya­lı­lar ta­ri­xi dife­ren­si­a­siya pro­se­sin­də qon­şu türk di­li­nin pay­ı­na düşən­lə­ri zor­la bi­zim di­lə gə­tir­mək is­təy­ir­di­lər. Qeyd edək ki, əs­rin so­nun­da bu pro­ses ye­nə bir ne­çə il tə­k­rar olun­du - 90-cı il­lə­rin əv­vəl­lə­rin­də bu məna­da türkçülük mey­li xey­li güc­lən­miş­di. Yax­şı ki, uzun sürmə­di və hər şey qay­da­sı­na düşdü. Ke­çici hal­lar ye­nə də var­dır. Hər bir dil baş­qa­sın­dan, xüsu­si­lə qo­hum dil­lər bir-bi­rin­dən öy­rə­nə bi­lər, la­kin zə­ru­rət nə­zə­rə alın­ma­lı­dır. Mə­sə­lən, bir çox­la­rı­nın bəy­ən­diyi çağ­daş sözü mə­nə o qə­dər də xoş gəl­mir. Müa­sir sözündə­ki san­ba­lı, əzə­mə­ti o söz­də gö­rə bil­mi­rəm. « Müa­sir­lik ru­hu güclüdür » əvə­zi­nə, « Çağ­da­ş­lıq ru­hu güclüdür » de­mi­rik, yə­ni sözün tö­rə­mə­lə­ri də ey­ni sə­viyy­ə­də fi­k­rin ifa­də­si­nə xid­mət edə bil­mir. Və ya mühüm­dür, fay­da­lı­dır, əhə­miyy­ət­li­dir ki­mi söz­lə­rin əvə­zin­də bu xal­qa təzə­dən önəm­li sözünü nə tə­hər öy­rət­mək mümkün olac­aq­dır? Heç tə­səvvür et­mi­rəm ki, Azər­bayc­an kənd­li­si da­nı­şar­kən « Xey­ri var, əhə­miyy­ə­ti var, əhə­miy­yət­­­li­dir » və s. əvə­zi­nə de­sin ki, « Qoy­un sax­la­maq çox önəm­li­dir ». Di­li xalq yox, az sa­vad­lı kütlə yox, hə­mi­şə ziy­a­lı­lar kor­lay­ıb­lar. Doğ­ru­dur, onun ke­şiy­in­də du­ran­lar, onu elmi-nə­zə­ri ba­xım­dan qo­ru­yan­lar da ziy­a­lı­lar­dır, la­kin kor­lan­dığı mə­qam­da kor­lay­an­lar da on­lar­dır. Odur ki qə­ləm sa­hib­lə­ri öz kökü üzə­rin­də yüksəl­mə­li, tə­sadüfi və la­zım­sız meyil­lə­rə uy­ma­ma­lı­dır. Yal­nız fay­da­lı söz­lə­ri di­lə gə­tir­mək fay­da­lı­dır. Mə­sə­lən, nöq­teyi-nə­zər əvə­zi­nə, ba­xım sözü uğ­ur­lu ta­pın­tı ol­du.

90-cı il­lə­rin əv­vəl­lə­rin­də türk di­li­nə meyil edən­lər­də bir can­lan­ma əmə­lə gəl­miş­di. Bu pro­ses mət­bu­at or­qan­la­rı­na, te­le­vi­zi­yaya güclü yol tap­mış­dı. Hə­min il­lər­də «Bəs mə­nim öl­kə­min var­lığı hanı?» ba­ş­lıq­lı bir ya­zı­da dey­i­lir­di: «...bi­zim mil­li te­le­vi­ziy­a­mız dik­tor və apa­rı­cı­la­rı­na Azər­bayc­an di­lin­də da­nış­mağı öy­rət­mək əvə­zi­nə, os­man­lı di­li­nin təb­liğ­i­nə ge­niş mey­dan ve­rir». Hət­ta bir vaxt­lar la­tın qra­fi­ka­lı ye­ni əlif­ba tər­tib edi­lər­kən bir sı­ra yol­da­ş­lar mil­li səs­lə­ri­mi­zi də türkləş­dir­məyə ça­lış­mı­ş­lar. Di­li­miz­də­ki «ə» sə­si­ni «e» ilə əvəz et­mək is­təy­ən­lər var­dı. Yu­xa­rı­da­kı mə­qa­lə­də bu müna­si­bət­lə oxuy­u­ruq: «Hör­mət­li şa­i­ri­miz (S.Rüstəm­xan­lı nə­zər­də tu­tu­lur - Q.K .) dey­ir­di ki, «ə» sə­si­ni «e» hər­fi ilə işa­rə et­mək­lə heç bir azərbayc­an­lı «ə» əvə­zi­nə «e» tə­ləffüz et­məy­ə­cək. ...heç əlif­ba­nın qə­bul edil­mə­sin­dən bir il keç­məy­ib ki! Hə­lə heç bir nə­sil yox, bir dərs ili də dəy­iş­məy­ib! Bəs nə ol­du? Nə tez «ax­ma» - «ak­ma», «çax­maz» - «çak­maz», «ul­duz» - «yıl­dız», «mə­nə» - «ba­na» ol­du, gö­rə­sən?.. Əg­ər o za­man «ə» əvə­zi­nə «e» qə­bul edil­səy­di, mən ina­nı­ram ki, belə ziy­a­lı­la­rı­mı­zın, müğən­ni­lə­ri­mi­zin kə­ra­mə­tin­dən «ə» ilə deyi­lən bütün söz­lə­ri­miz tez­lik­lə «e»lə­şəc­ək­di. Yax­şı ki, Siz on­da az­lıq­da qal­dı­nız». Adı­nı bil­mə­diy­im bu müəl­lif ya­na-ya­na ya­zır: «Əg­ər biz türküksə, on­da niyə ax­ta­rış yol­la­rın­day­ıq? İn­di öz doğ­ma türk dilimiz­də, Azər­bayc­an türkcə­sin­də da­nış­mı­rıq? Niyə kəl­mə­lə­ri­mi­zi, tə­ləffüz xüsu­siyy­ət­lə­ri­mi­zi Ana­do­lu türklə­ri­nin­ki­nə ox­şat­maq­la süni su­rət­də «türkləş­mək» is­təy­i­rik? Axı kim sübut edib ki, türk adı­nı qəbul et­mək Ana­do­lu türklə­ri­nə da­ha çox türk ol­maq hüqu­qu ve­rir?»

Döv­lət ida­rə­lə­rin­də ana di­li­nin tət­bi­qi və­ziyy­ə­ti hə­lə də qə­naət­bəxş dey­il­dir. Bu mə­sə­lə dil­çi işi dey­il, döv­lət işi­dir: döv­lət öz məmur­la­rı­nı bu işə məc­bur et­mə­li­dir. Şə­hər rek­lam­la­rı da qay­da­sın­da dey­il­dir. Bu sa­hə­də xüsu­si bir əmə­liyy­a­ta böyük eh­tiy­ac var. Müəs­si­sə­nin, şir­kə­tin adı bi­rinci növ­bə­də ana di­lin­də ya­zıl­ma­lı­dır. Əlif­ba­lar bir-bi­ri­nə o qə­dər qa­rı­şıb ki, hər­dən düşünürsən ki, in­san beş-al­tı min il əv­vəl­ki mi­xi ya­zı­la­rı oxuya bil­di, am­ma gə­ləc­ək­də bu ya­zı­la­rı düzgün oxu­maq mümkün ol­may­ac­aq­dır. Tə­səvvür edin ki, mə­sə­lən, AP­TEK sözündə bir p hər­fi ki­ril­dən fərq­­li oxu­nur, ona gö­rə də bu sözü hər də­fə AR­TEK (ki­ril­də­ki ki­mi - AeR­TeK) ki­mi oxu­­maq la­zım gə­lir. Gə­ləc­ək­də yer al­tın­dan daş üzə­rin­də be­lə bir ya­zı ta­pıl­sa, mütə­xəs­sis­lər dey­əc­ək­lər ki, Azər­bayc­a­nın Ar­tek­lə (Ar­tek ad­la­nan yer­lə) əla­qə­lə­ri möh­kəm imiş. Ya­dım­da­dır ki, 60-cı il­lər­də bir dis­ser­ta­siya müza­ki­rə­sin­də prof. Y.Sey­i­dov dey­ir­di ki, ida­rə ad­la­rı çox mürək­kəb­lə­şib, gə­rək ida­rə­nin qar­şı­sın­da xey­li müddət daya­nıb bir ne­çə də­fə oxuy­a­san ki, onun adı­nın mə­na­sı­nı ba­şa düşə­sən. Prof.Ə.Də­mir­çiz­adə de­di ki, hə­lə o da ki­fay­ət dey­il. Gə­rək ida­rə­nin içi­nə gi­rib gə­zə­sən.

O dövrün bə­la­la­rı ay­rı idi, in­di­ki ay­rı. O dövr­də rek­lam­lar Azər­­bayc­an və rus dil­lə­rin­də ya­zı­lır­dı - cə­mi iki dil­də. İn­di han­sı dil­də ol­duğ­u­nu və nə ya­zıl­dığ­ı­nı yal­nız bir­tə­hər şə­kil­lər­dən fəhm et­mək olur. Görünür, get­dikcə şək­li ya­zı fo­no­qra­fik ya­zı­nı üstə­lə­mək­də­dir.

Qə­zet di­li­nə ca­vab­deh­lik­də mə­su­liyy­ət­siz­lik əmə­lə gə­lib. Keç­­miş­də mər­kə­zi qə­zet­lər­dən bi­rin­də bir im­la səh­vi­nə rast gəl­mək çox böyük tə­əccübə sə­bəb olar­dı. Am­ma in­di qə­zet sütun­la­rın­da tə­lə­sik çap olun­muş, üslub və im­la xə­ta­la­rı ilə do­lu mə­qa­lə­lər, elə bil, heç kə­s­də tə­əccüb doğ­ur­mur. Ke­çən il­lər­də qə­zet­lər­dən bi­ri mə­nim bir ya­zı­mı o qə­dər tə­h­ri­f­lər­lə vermişdi ki, ya­zı­nı çap et­dir­məy­i­mə peş­man ol­dum. Hər bir qə­ləm sa­hi­bi qə­lə­mi­nə hör­mət et­mə­li­dir. Qə­zet­lə­rin bir ço­xu mütə­xəs­sis əlin­də dey­il. Qə­zet çı­xar­maq olar, am­ma oxucu zövqünü kor­la­ma­maq, di­lin es­te­tik tə­ləb­lə­ri­nə əməl et­mək şər­ti­lə.

Te­le­vi­ziya di­li­nə nə­zər sa­laq. Mə­su­liyy­ət his­si ilə çı­xış edən ziya­lı­la­rı­mız çox­dur. La­kin iki kəl­mə­ni de­yincə di­lin in­to­na­siy­a­sı­nı on də­fə po­zan və­zi­fə sa­hib­lə­ri­nin bu dil­də təh­sil al­ma­dığ­ı­nı və bəlkə də, heç təh­sil al­ma­dığ­ı­nı, bu di­lin ru­hu­nu duy­ma­dığ­ı­nı dü­şünmə­li olur­san. İc­mal­çı­lar, ve­ri­li­ş­lə­rin apa­rıc­ı­la­rı xey­li ka­mil­ləş­miş, nit­qlə­ri­ni sə­lis­ləş­dir­mi­ş­lər. Tə­əc­cüblüsü də odur ki, ək­sər dik­tor və apa­rıc­ı­lar son söz­lə­ri­ni xal­qa qa­rğ­ı­ş­la ta­mam­lay­ır­lar:

 

Sa­ba­ha qə­dər sa­la­mat qa­lın!

Gə­lən görü­şlə­rə­dək sa­la­mat qa­lın!

Gə­lən şən­bəy­ə­dək sa­la­mat qa­lın!

Sa­la­mat qa­lın sa­ba­ha qə­dər! Və s.

 

Ba­şa düşmürlər ki, bu­ra­da bir yox, iki müstə­qil ifa­də var: bi­ri «Sa­ba­ha qə­dər» ifa­də­si­dir, gə­rək müstə­qil in­to­na­siya ilə tə­ləffüz edə­sən, fi­kir bi­tə, so­nra «Sa­la­mat qa­lın!» cümlə­si iş­lə­nə. Ya­zı­da bun­lar azı ve­rgüllə ay­rıl­ma­lı­dır. Am­ma bi­zim te­le­vi­ziya apa­rıc­ı­la­rı­nın bir qi­s­mi bu iki cümlə­ni nöq­tə­siz-ve­rgülsüz bir­ba­şa - «Sa­ba­ha qə­dər sa­la­mat qa­lın!» şək­lin­də iş­lət­mək­lə düşünmürlər ki, din­ləy­ici­lə­rə nə qə­dər qı­sa ömür ar­zu­lay­ır­lar. Bun­ların ha­mı­sı jur­na­li­s­tin dil duy­u­mu, sa­va­dı, di­li­mi­zin in­to­na­siy­a­sı­na bə­ləd ol­ma sə­viyy­ə­si ilə bağ­lı­dır. İrad da tu­tul­mur, çünki, görünür, re­dak­siya və rəh­bər­lik də be­lə düşünür. Ya­xud fa­si­lə la­zım gəl­mə­diyi yer­də fa­si­lə edir­lər: «İn­di də, sözsüz, mah­nı­nı din­ləy­in». De­mək is­təy­ir ki, «İn­di də sözsüz mah­nıya qu­laq asın».

- Bəs bə­dii əsər­lə­rin di­li ba­rə­də nə deyə bi­lər­si­niz?

- Son vaxt­lar əməl­li bə­dii əsər ya az ya­zı­lır, ya­xud da ya­za bi­lən­lər çap et­di­rə bil­mir­lər. 90-cı il­lər­də yad­da qa­lac­aq bir ədə­bi ha­di­sə müşa­hi­də olun­mur. Am­ma ümu­mən ya­zı­çı­la­rı­mız­da mil­li ruh güclüdür. Az-çox ya­zı­lan poe­ziya və nəsr nümu­nə­lə­ri mil­li­liyə, mil­li di­lə mə­həb­bət­lə yüklüdür.

- De­di­niz ki, əlif­ba, or­fo­qra­fiya mə­sə­lə­lə­ri xüsu­si ba­xıl­ma­lı mə­sə­lə­lər­dir.

- Bə­li, in­di bun­lar cə­miyy­ə­ti ən çox na­ra­hat edən mə­sə­lə­lər­dir. Bir əsrdə dörd də­fə əlif­ba dəy­iş­mi­şik, heç bir gü­na­hı ol­mayan zəh­mət­keş in­sa­nı dörd də­fə əlif­ba öy­rən­məyə məc­bur et­mi­şik. Bu qə­dər qə­dim ta­ri­xi­miz, mə­də­niy­yə­ti­miz ola-ola, be­lə çı­xır ki, biz hər şeyi hə­lə tə­zə öy­rə­ni­rik, ona gö­rə də hər şeyi tə­zə­dən ba­ş­layı­rıq və başla­yan­da da yüz ölçüb bir bi­ç­mə­diy­i­miz üçün azı dörd də­fə tək­rar edi­rik. Əziyy­ə­ti çə­kən isə xalq olur.

Əlif­ba­nı dəy­iş­dik. Nə­tic­ə­lə­ri nə olac­aq, bu­nu gə­lə­cək gö­s­tə­rər. Bu­nun­la guya ası­lı­lıq­dan qur­ta­rı­rıq. Am­­ma bir ası­lı­lıq­dan qur­tar­ma­mış, özünü baş­qa ası­lı­lığa dürtmək is­təy­ən­lər var. Ye­ni əlif­ba­nın tərti­bi o qə­dər qü­sur­lu­dur ki, az qa­la, düşünürsən ki... Fo­ne­tik əlif­baya keç­di­yi­miz gündən biz da­im kar sa­mit­lə­ri yaz­mış, dia­k­ra­tik işarə­lə­ri ci­ng­il­ti­li sa­mit­lər­də qoy­mu­şuq. İn­di­ki əlif­ba bu cə­hət­dən xal­qın 70 il­lik vər­di­şi­nin əley­hi­nə­dir. Çox yön­dəm­siz bir düzülüşü var­dır. Ko­pi­rov­ka­dır. Ge -dən so­nra ğe -nin tə­ləf­fü­zü­nə heç da­nı­şıq üzvlə­ri də döz­mür.

Xey­li vaxt­dır, ye­ni əlif­baya ke­çi­lib, am­ma hə­lə də or­fo­qra­fiya qay­da­la­rı yox­dur. Əlif­ba və or­fo­qra­fiya bir-bi­ri ilə sıx bağ­lı­dır. Əlif­ba dəy­i­şi­lən ki­mi ye­ni or­fo­qra­fiya qay­da­la­rı ya­ra­dıl­ma­lı­dır. La­kin bu sa­hə­də hə­lə də Re­s­pub­li­ka Dil ko­mis­siy­a­sı­nın fə­a­liyy­ə­ti görünmür. Əs­lin­də, ye­ni əlif­baya ke­çi­lər­kən uzağı bir ay­ın müd­də­tin­də or­fo­qra­fiya qay­da­la­rı ha­zır­la­nıb xal­qın müza­ki­rə­si­nə ve­ril­mə­li idi və müzaki­rə­ni dər­hal ye­kun­laş­dı­rıb «Qay­da­lar»ı böyük ti­raj­la xal­qa çatdır­maq la­zım idi. Hə­lə də heç bir səs-so­raq yox­dur. 1958-ci ilin orfo­qra­fiya qay­da­la­rı çox ka­mil idi. La­kin ke­çən müd­dət ər­zin­də onun da bir sı­ra müddəa­la­rı köh­nəl­miş­dir. Mə­sə­lən, «Qay­dalar»da dey­i­lir ki, idi, imiş kö­mək­çi söz­lə­ri sa­it səs­lə qur­ta­ran söz­dən so­nra ay­rı ya­zıl­ma­lı­dır: gə­rək oxu­ya idi, gəl­mə­li idi, gə­rək oxuya imiş, gəl­mə­li imiş və s. La­kin bu qay­daya bə­dii dil­də və mət­bu­at di­lin­də əməl olun­mur, y bi­tiş­di­ric­i­si ilə bu kö­mək­çi söz­lər ək­sə­rən bi­ti­şik ya­zı­lır:

 

Bir gə­zəy­dim dağ-də­rə­lər uzu­nu,

Oxuy­ay­dım: «Ço­ban, qay­tar qu­zu­nu» .(Şə­h­riy­ar)

 

- mi­s­ra­la­rın­da ol­duğu ki­mi. Bu cür qay­dalarda is­la­hat apar­maq, da­ha ka­mil qay­da­lar ha­zır­la­maq la­zım idi. La­kin in­di əli­nə qə­ləm alan şəxs bir çox mə­sə­lə­lər­də su­al qar­şı­sın­da qa­lır. Nə­tic­ə­si də budur ki, biz So­vet döv­ründə qa­zan­dığ­ı­mız möh­kəm or­fo­qra­fik vərdi­ş­lə­ri itir­məyə ba­ş­lay­ı­rıq, bir sı­ra öl­kə­lər ki­mi, mək­tə­bi, ali təh­­si­li ola-ola, sa­vad­sız­lığa doğ­ru ge­di­rik. Həm də bil­mək ol­mur ki, bunu şüur­lu edir­lər, yox­sa hər şey­dən vac­ib olan bu iş­lər­dən da­ha vac­ib iş­lə­ri var.

- Apo­st­rof haq­qın­da fi­k­ri­niz nec­ə­dir? Siz onun sax­lan­mağ­ı­nın tə­rəf­da­rı­sı­nız?

- Bi­zim mək­təb dər­slik­lə­ri­miz onun əsa­sın­da qu­ru­lub. Apo­s­trof sözün düzgün və mə­na­lı tə­ləffüzü üçündür. Bir işa­rə­nin sax­lan­ma­sı xal­qın mi­nil­lik vər­di­şi­ni qo­ru­maq­la ya­na­şı, el­mi-me­to­di­ki ba­xım­dan da fay­da­lı­dır. Ək­sər dünya əlif­ba­la­rın­da bi­zim iş­lət­diyi­miz apo­st­rof işa­­rə­sin­dən müxtə­lif məq­səd­lər­lə is­ti­fa­də edi­lir və heç bir ar­tıq­lıq, ağ­ır­­lıq tö­rət­mir. Bu vax­ta qə­dər fe'l yaz­mı­şıq, şe'r yaz­mı­şıq. Apo­st­ro­fu at­dıq. Ey­bəc­ər söz­lər qa­lır: fel, şer . Apo­st­ro­fun iş­lən­mə­diyi dövr­lər olub və hə­min dövr­lər­də bu cür söz­lər fe­il, şe­ir şək­lin­də yazı­lıb. Han­sı asan­dır?

Biz işi­mi­zi asan­laş­dı­rı­rıq, yox­sa çə­tin­ləş­di­ri­rik?

Bir sı­ra gör­kəm­li alim­lər də apo­st­ro­fun ya­zı­mız­da qal­ma­sı­nı vac­ib bi­lir­lər. A.Qu­liy­ev «Bir da­ha apo­st­rof haq­qın­da» («Azər­bay­c­an müəl­li­mi», 3-8 may 2002) mə­qa­lə­sin­də prof.T.İ.Hac­ıye­və is­ti­nad edə­rək apost­ro­fun vac­ib­liy­i­ni ət­ra­f­lı əsas­lan­dır­mış­dır. Müəl­lif T.Hac­ıy­e­vin dedik­­lə­ri­ni be­lə ümu­mi­ləş­dir­miş­dir: «Mən nə üçün israr edi­rəm ki, söz­lər­­də apo­st­rof ol­ma­lı­dır? Bi­rinci ona gö­rə ki, apo­st­rof söz­lə­rə mə­na fərqi ve­rir. Mə­sə­lən, «bə'­zən» sözü, bir də «bə­zən» sözü var. «Nə­rə» baş­qa­dır, «nə'rə» baş­qa. «Səy» və «sə'y» söz­­lə­ri ta­ma­mi­lə baş­qa-baş­qa mə­­na­­lar­da iş­lə­nir. Apo­st­ro­f­la ya­zıl­may­an­da bu tip­li söz­lər qa­rı­şıq düşür.

İkinc­i­si, apo­st­rof­suz ya­zı­lan­da söz­lə­rin tə­ləffüzü po­zu­lur. Apo­s­trof ol­may­an­da, mə­sə­lən, «ə'la» sözü «əla» ki­mi tə­ləffüz edi­lir. «Sür'ət» «sürət» oxu­nur, «mə'bəd»ə «mə­bəd» dey­ir­lər...

Üçüncüsü, klas­sik ədə­biyy­a­tı­mı­zın dərk olun­ma­sı, ba­şa dü­şül­məsi çə­tin­lə­şir... Füzu­li dey­ir ki, «Fə­lək­lər yan­dı ahim­dən, mu­ra­dım şəm'i yan­maz­mı?», «mu­ra­dım şə­mi» dey­il­sə, ahə­ng po­zu­lar.» T.İ.Hac­ıy­ev apo­st­ro­fun cid­di siya­si əhə­miyy­ə­tə də ma­lik ol­duğ­u­nu qeyd et­miş­dir. Apo­st­rof ərəb mən­şə­li söz­lər­də iş­lə­nir və Cə­nu­bi Azər­bayc­an əha­li­si bu mə­qam­da ərəb əlif­ba­sın­da eyn və ya həm­zə­dən is­ti­fa­də edir. Biz­də bun­la­rı apo­st­rof əvəz edir. Apost­rof atıl­dıq­da cə­nub­la əla­qə da­ha çox qı­rıl­mış olur. İng­i­lis­lər, türklər bi­zim işlət­di­yi­miz apo­st­rof işa­rə­sin­dən müxtə­lif məq­səd­lər­lə (söz kök­lə­ri­ni, xüsu­si ad­la­rın sər­hə­di­ni ay­ır­maq üçün) is­ti­fa­də edir­lər, kompyuter üçün heç bir çə­tin­liyi yox­dur və «işi asan­laş­dır­maq» nami­nə apo­st­ro­fu at­maq çox cə­hət­dən zə­rər­li­dir. Vaxt gəl­dikcə özü tə­d­ric­ən si­li­nə bi­lər.

Qeyd et­mə­liy­ik ki, Fi­k­rət Qoca, Qa­bil, Qıl­man İl­kin, Əzi­zə Cəfər­za­də və baş­qa­la­rı da mət­bu­at­da çı­xış edə­rək apo­st­ro­fun ləğv olun­ma­sı­nı zə­rər­li he­sab et­mi­ş­lər.

- Ke­çən ilin iy­ul-av­qust ay­la­rın­da di­li­mi­zin mən­şəyi ilə əla­qə­dar «Tə­zad­lar» qə­ze­tin­də 8 nö­m­rə dal­ba­dal Si­zin mə­qa­lə­lə­ri­ni­zi oxu­duq. Pre­zi­dent fər­ma­nı di­li­mi­zin mən­şəy­i­ni öy­rən­məyə im­kan ve­rir­mi?

- Müstə­qil­lik dövründə di­li­mi­zin prak­tik mə­sə­lə­lə­ri­nin ka­mil­ləş­mə­si­nə, onun ta­ri­xi­nin, mən­şəy­i­nin öyrə­nil­mə­si­nə da­ha çox diq­qət ye­ti­ril­mə­li­dir. Bu­na pre­zi­den­tin dil haq­qın­da mə­lum fər­ma­nı da im­kan ve­rir. Və son za­man­lar­da - 80-ci il­lər­dən ba­ş­lay­a­raq bu sa­hə­də iş xey­li can­lan­mış, bir sı­ra alim­lə­ri­miz (prof.Y.B.Yu­si­fov, prof.­T.İ.Ha­cıy­ev, ta­rix elm­lə­ri dok­to­ru Q.Qey­bul­lay­ev, prof. Q.Ş.Ka­zı­mov və b.) di­li­mi­zin mən­şəy­i­nin da­ha uzaq keç­mi­ş­lə bağ­lı ol­duğ­u­nu böyük zəh­mət­lə üzə çı­xar­mı­ş­lar. La­kin ic­ti­mai mühit kə­s­kin müqa­vi­mət gö­s­tər­mək­də­dir. Hər bir xalq, hər bir döv­lət öz mən­şəy­i­ni, o cümlə­dən dili­nin mən­şəy­i­ni öy­rən­mə­li­dir. La­kin bi­zim öl­kə­miz­də bu­na qar­şı çox böyük müqa­vi­mət var­dır. Əlin­də ix­tiy­ar olan­lar hə­qi­qi ta­ri­xi üzə çı­xa­rıb xal­qın ta­ri­xi­ni, di­li­ni öy­rən­mək is­təy­ən­lə­ri min cür təzy­iq­lə qar­şı­lay­ır­lar. Di­li­mi­zin mən­şəy­i­ni uzaq ke­ç­miş­də gö­rən­lər heç də türk he­ge­mon­luğu id­di­­a­­sın­da dey­il­dir. Müha­fi­zə­kar qüvvə­nin gü­ma­nı­na gö­rə, Azər­bayc­an əra­zi­si­nə və ümu­mən ek­va­tor boy­unca Yer kürə­si­nə türklər bir­dən-bi­rə bi­zim era­nın əv­vəl­lərin­dən tökülməyə ba­ş­la­yıb­lar. Qə­s­dən ba­şa düşmək is­tə­mir­lər ki, İn­san Ön Asiya hüdud­la­rın­da tə­şəkkül ta­pıb, İn­sa­nın müxtə­lif dil ai­lə­lə­ri­nə par­ça­lan­ma­sı da bu­ra­da baş ve­rib və İn­san şər­qə, qər­bə, şi­ma­la və cə­nu­ba bu­ra­dan yay­ı­lıb. Hin­da­v­ro­pa­lı­lar da, se­mi­tlər də, türklər də öz dil in­ki­şa­fı­nı bu­ra­da ta­pıb, flek­tiv, ana­li­tik, aq­qlü­tina­tiv in­ki­şaf yo­lu­na bu­ra­da düşüb, ey­ni vaxt­da bu­ra­dan mi­q­ra­siy­a­lar ba­ş­lay­ıb və bu dil ai­lə­lə­ri­nə məx­sus pro­to­dil­lər (bir çox baş­qa dil ai­lə­lə­ri­nin proto­dil­lə­ri də) əsa­sən ya­şıd­dır­lar. Əg­ər hin­da­v­ro­pa­lı­lar Ön Asiy­a­dan müx­tə­lif əra­zi­lə­rə yay­ı­lıb, yal­nız e.ə. IX-VIII əsrlər­də İran yay­la­sı­na dönü­blər­sə, se­mit­lər İki­çay­a­ra­sı­nın qər­bin­dən uzaq­laş­may­ıb­lar. Türklər isə da­im Ur­miya gölü hən­də­və­rin­də, in­di­ki Cə­nu­bi Azər­bayc­an əra­zi­lə­rin­də məs­kən sa­lıb­lar, köklü su­rət­də bu­ra­nı tərk et­məy­ib­lər, la­kin bir qi­s­mi şərq­də Al­taya, qərb­də İta­liya hü­dud­la­rı­na qə­dər yay­ı­lıb­lar. Sa­bir demiş­kən, biz bu ta­ri­xi hə­qi­qə­ti söy­lə­dik­də çox­la­rı təb­dən çı­xır. Ona gö­rə də gə­rək döv­lət sə­viy­yə­sin­də alimlər­dən tə­ləb olu­na ki, xal­qın ta­ri­xi­ni, di­li­nin mən­şə­yi­ni düzgün öy­rən­sin­lər. Ne­cə ki bu tə­ləb yox­dur, bu iş çar­pış­ma­lar­la gün ke­çi­rən tək-tək alim­lə­rin işi ola­raq qa­lacaq­dır. Çar­pış­ma­lı ol­sa da, bu iş fay­da­lı­dır: la­zım olan­la­rı oy­a­dır və gə­ləc­ək hə­qi­qi ta­rix­çi və dil­çi­lərin ye­tiş­mə­si üçün zə­min ha­zır­lay­ır.

- Müsa­hi­bə üçün sağ olun.

03.07.02

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az