BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

MƏT­NİN QURULMA TEXNİKASI

VƏ SEMANTİK STRUK­TU­RU

 

Mət­nin ta­ri­xi «ağ­ıl­lı adam»ın - ho­mo sa­pi­en­sin ya­şı qə­dər­dir. O za­man ki in­san iki və ya dörd mi­s­ra­lı bir əmək nəğ­mə­si ya­ra­dıb, o gündən də mətn ya­ra­nıb. Qə­dim müəl­lif­lər da­ha çox cümləyə diq­qət ye­tir­miş, ke­çən 2500 ilin müd­də­tin­də alim­lər da­ha çox cümlə­nin tə­ri­fi üzə­rin­də ça­lış­mış, cümlə­ni in­san nit­qi­nin ka­mil və bit­kin va­hi­di say­mı­ş­lar. La­kin bu heç də o de­mək dey­il­dir ki, qul­dar­lıq qu­ru­lu­şun­dan bu ya­na, yə­ni el­min ya­ran­dığı və in­ki­şaf et­diyi si­vil pil­lə­lər­də mətn heç kə­si düşündürməy­ib. Aris­to­tel­dən ba­ş­lay­a­raq çox­la­rı mətn üzə­rin­də düşüncə­lə­rə da­lıb. La­kin mət­nin struk­tu­ru, se­man­ti­ka­sı elm alə­mi­ni XX əsrdə da­ha cid­di və da­ha si­s­tem­li ma­raq­lan­dı­rıb. Dün­­­ya dil­çi­lik el­min­də çox gör­kəm­li alim­lə­rin ad­la­rı mətn təd­qi­qat­çı­la­rı sıra­sın­da­dır. Bun­la­rın içə­ri­sin­də çex ali­mi V.Ma­te­zi­us mət­nin mühüm bir ka­te­qo­riy­a­sı olan ak­tu­al üzvlən­mə prob­le­mi­nin köklü qoy­u­lu­şu və is­ti­qa­mət­ve­ric­i­si ki­mi zir­və say­ı­lır. Azər­bayc­an dil­çi­liyin­də mətn sin­tak­si­si­nin təd­qi­qat­çı­la­rı­nı bar­maq­la say­maq olar. Ə.Ə.Xə­li­lov və Ə.M.Ca­va­dov ke­çən əs­rin 60-cı il­lə­ri­nin son­la­rın­dan ba­ş­lay­a­raq pro­ble­min təd­qi­qi zə­ru­ri­liy­i­ni or­taya çı­xar­mış, bir sı­ra ak­tu­al cə­hət­lə­ri ba­rə­də il­kin fi­kir­lər söy­lə­mi­ş­lər. 70-ci il­lər­də K.M.Ab­dul­lay­ev Azər­­bay­­can di­li ma­te­ri­al­la­rı əsa­sın­da mət­nin qu­rul­ma­sın­da ak­tu­al üzvlən­mə­nin ro­lu­nu xüsu­si təd­qi­qat oby­ek­ti­nə çe­vir­miş, mət­nin sərhəd­lə­ri­ni müəyy­ən­ləş­dir­mək üçün öz me­to­du­nu tək­lif et­miş­dir. 80-ci il­lər­də K.N.Və­liy­ev, F.F.Əli­za­də, 90-cı il­lər­də Ə.Ə.Ab­dul­layev, N.S.Nov­ru­zo­va, Q.M.Bəy­za­də və b. mətn sin­tak­si­si­nin təd­qi­qi sa­hə­sin­də xey­li iş görmüşlər. Nu­ri­də Sə­məd qı­zı Nov­ru­zo­va­nın «Mətn sin­tak­si­si» ad­lı əsə­ri də 90-cı il­lə­rin məh­su­lu olub, ki­tab şək­lin­də işıq üzü gör­mək­lə ye­ni əs­rin ba­ş­lan­ğıc­ın­da dil­çi­liy­i­mi­zə qiy­mət­li hə­diyyə­dir.

Əs­lin­də, mət­nin ümu­mi se­man­ti­ka­sı və qu­rul­ma tex­ni­ka­sı ya­zı­lı nitq üzə­rin­də düşünən hər bir kə­si da­im özünə cəlb et­mək­də­dir. Hər bir ya­zı­çı, hər bir jur­na­list, hər bir elm xa­di­mi əv­vəlc­ə­dən qu­rac­ağı mət­nin struk­tu­ru, tex­ni­ka­sı üzə­rin­də söv­qi-tə­bii dü­şünür. On­la­rın qur­duğu hər bir mətn qə­ləm iş­lət­məz­dən əv­vəl­ki düşün­cə­lə­ri­nin prak­tik məh­su­lu­dur. Se­man­tik, mən­ti­qi və psi­xo­lo­ji cə­hət­lə­ri əsas tu­tan hər bir qə­ləm sa­hi­bi cümlə­lə­ri sin­tak­tik bütöv da­xi­lin­də bac­a­rıq­la əla­qə­lən­dir­diyi ki­mi, sin­tak­tik bütöv­lə­ri də us­ta­lıq­la bir-bi­ri­nə ca­laya bi­lir. N.No­v­ru­zo­va­nın bu əsə­ri mətnda­xi­li zə­rif əla­qə­lə­rin ana­to­miy­a­sı­nın tə­ş­ri­hi­nə həsr olun­muş­dur.

Ya­zı­çı düşüncə­si, ya­zı­çı is­təyi ilə onun ifa­də tər­zi ara­sın­da­kı əla­­qə­ni müşa­hi­də et­mək üçün bir nümu­nəyə diq­qət ye­ti­rək:

Qu­raq­lıq ol­duğu üçün hə­lə əkin işi­nə ba­ş­lan­ma­mış­dı. Ne­çə gün idi ki, göy üzünü bu­lud alır və çə­ki­lir­di. Kənd­li­lər pey­in­liy­in ba­şı­na to­pla­nır, hə­rə­si bir fi­kir söy­ləy­ir­di. Bə­zi­si dey­ir­di ki, in­şal­lah, yağ­ac­aq­dır, bə­zi­si də dey­ir­di ki, heç yağ­an ru­zi­g­a­ra ox­şa­mır. De­mi çə­kən ağ saq­qal­lı Al­lah­ver­di dayı qa­baq­da­kı ba­şı­du­man­lı dağı gö­s­tə­rir və ümid­lə dey­ir­di ki, bu ya­xın­lar­da na­rın bir çi­s­kin ba­ş­lay­ac­aq­dır. Çi­s­kin na­rın-na­rın tor­pağ­ın ca­nı­na iş­ləy­ir.

Bu mətn xalq ya­zı­çı­sı S.Rə­hi­mo­vun «Maly­e­məz» he­ka­yə­si­nin ilk ab­za­sı­dır. İn­di­ki hal­da mətn say­sız su­al­lar do­ğu­rur: İlin han­sı fəs­li­dir, «qu­raq­lıq» han­sı dö­v­rə aid­dir? Han­sı əkin­dən söh­bət ge­dir - yaz əki­nin­dən, yox­sa pa­yız əki­nin­dən? Kənd­li­lər niyə iş­lə­mir, nə üçün boş-boş gə­­zir, lağ­lağı ilə mə­şğ­ul olur­lar? Ha­va niyə tu­tu­lub-açılır, yaz ay­la­rı­dır, yox­sa pay­ız? Nə üçün kənd­li­lər yağı­şın, çi­s­ki­nin ba­ş­lay­ac­ağ­ı­nı be­lə əmin­lik­lə qeyd edir­lər?

Biz bu mət­nin bi­rinci cümlə­si­ni qə­s­dən ix­ti­sar et­mi­şik. Əg­ər hə­min cümlə­ni ye­ri­nə qoy­saq, bu su­al­la­rın heç bi­ri­nə eh­tiy­ac qal­maz. Qeyd et­diy­i­miz mətn üçün açar-cümlə olan hə­min söy­ləm be­lə­dir: « Pay­ız düşmüşdü, bi­çin ta­ma­mi­lə qur­tar­mış­dı» . De­mə­li, elə bir dövrdür ki, kəndl­i­lər yay iş­lə­ri­ni qur­tar­sa­lar da, pay­ız iş­lə­ri­nə hə­lə ba­ş­­la­ma­mı­ş­lar. Heç pay­ız da özünü hə­lə əməl­li gö­s­tə­rə bil­mir - il­kin pay­ız­dır, ha­va tu­tu­lub-açı­lır, am­ma yağa bil­mir. La­kin get­dikcə yağ­ı­ş­lı günlə­rə ya­xın­la­şır. Bütün bun­lar gö­s­tə­rir ki, so­nra­kı cümlə­lə­rin se­man­tik cə­hət­dən düzgün an­la­şıl­ma­sı bu cümlə­dən ası­lı­dır, bu cümlə­nin da­xi­li ge­ni­ş­liyi isə so­nra­kı cümlə­lər­dən ası­lı­dır və hə­min cümlə­lər ilk cümlə­nin iza­hı­na, ay­dın­laş­dı­rıl­ma­sı­na xid­mət edir. Diq­qət edil­sə, ilk cümlə­nin mə­na­sı ümu­mi şə­kil­də ay­dın­dır və hə­min cümlə tək­lik­də də nis­bi müstə­qil­liyə ma­lik­dir. So­nra­kı cümlə­lər­də isə bu cür müstə­qil­lik yox­dur. Müxtə­lif su­al­lar doğ­ur­ma­la­rı da bu­nun­la əla­qə­dar­dır. İlk cümlə nə qə­dər müstə­qil­dir­sə, so­nra­kı cümlə­lər o qə­dər ası­lı­dır, qey­ri-müstə­qil­dir. Ası­lı cümlə­lər müstə­qil cümlə­nin da­xi­li tə­fər­rüa­tı­na, ay­dın­laş­dı­rıl­ma­sı­na xid­mət edir. Ona gö­rə də bi­rinci cümlə­dən son­ra qo­şa nöq­tə də qoy­maq olar.

Bütövlükdə mət­nin məz­mu­nu­nu bir cümlə ilə ver­mək olar­dı: Pay­ız ye­nicə ba­ş­la­mış­dı . Ya­zı­çı da be­lə edib: Pa­yız düşmüşdü... La­kin bi­zim de­diy­i­miz bə­dii cə­hət­dən o qə­dər də rəngli ol­ma­dığı ki­mi, ya­zı­çı­nın de­diyi də çox sə­lis dey­il. Xalq di­lin­də Pay­ız tə­zəcə gir­miş­di dey­i­lir, Payı­zın əvvə­li idi dey­i­lir.

Qeyd et­diy­i­miz bu par­ça ümu­mi­lik bil­di­rən bir cüm­lə­nin açı­lı­şı­na xid­mət edir. Mətn içə­ri­sin­də baş­qa bir məz­mu­na ke­çil­mə­miş­dir. Ona gö­rə də bu par­ça «pay­ı­zın əv­və­li» te­ma­sı əsa­sın­da qu­rul­muş bit­kin bir sin­tak­tik bütöv­dən iba­rət­dir. So­nra­kı cümlə­lər ümu­­mi­lik bildi­rə­nin əsas xüsu­siyy­ət­lə­ri­ni əha­tə et­mək­lə tə­d­ric­ən mik­ro­mət­nin qa­pan­ma­sı­na sə­bəb ol­muş­dur. Sin­tak­tik bütöv­lə­rin qey­ri-müəyy­ən­lik­dən, ümu­mi­lik­dən müəyy­ən­liyə doğ­ru bu cür in­ki­şa­fı­nı ək­sər görkəm­li alim­lər müşa­hi­də et­mi­ş­lər. Al­man ali­mi Karl Bo­ost «Cüm­ləyə nit­qin tam müstə­qil va­hi­di ki­mi bax­maq ol­maz, çünki o da­ha böyük bir­liyə - «cümlə­lər bir­liy­i­nə» da­xil­dir» de­dik­də bu cə­hə­ti nə­zər­də tu­tur­du. N.S.Po­spe­lov rus di­li ma­te­ri­al­la­rı əsa­sın­da «Kon­tekst­də cümlə­lər se­riy­a­sı nis­bə­tən qey­ri-müs­tə­qil ola­raq fi­k­rin qa­pan­ma­sı­na xid­mət edir» de­dik­də ey­ni key­fiyy­ət­lə­ri düşünmüşdür və s.

Yu­xa­rı­da­kı mətndə bir sin­tak­tik bütöv bir ab­za­s­da ve­ril­miş­dir. İkinci sin­tak­tik bütövü müəl­lif ye­ni ab­zas­dan ba­ş­la­mış­dır:

Yağ­ış və çi­s­kin ba­rə­sin­də açı­lan söh­bət gə­lib ət üstü­nə çıx­dı. Bir ay­dan da yu­xa­rı idi ki, kənd­də bir hey­va­nın da bur­nu qa­na­mır­dı, kənd isə uşaq­dan böyüyə ət­siz­lə­miş­di. Pa­­yız məh­su­lun­dan sonra ka­bab ye­mək bu kən­din qə­dim adə­ti idi.

Bu­ra­da da bi­rinci cümlə­dən so­nra qo­şa nöq­tə qoy­maq olar. Payı­zın ba­ş­la­ma­sı ilə, ağ­ır və üzüntülü yay iş­lə­rin­dən so­nra sə­rin­lik ba­ş­lay­ar­kən kənd­li­lə­rin könlünə ka­bab düşmə­si ikinci te­ma­dır və ikinci sin­tak­tik bü­tövün tə­şəkkülünə sə­bəb ol­muş­dur. La­kin müəl­li­fin ifadə­lə­rin­də sə­lis ol­may­an cə­hət­lər var­dır. « Bir ay­dan da yu­xa­rı idi ki, kənd­də bir hey­va­nın da bur­nu qa­na­mır­dı» cüm­lə­si müəl­lif fi­k­ri­ni də­qiq ifa­də et­mir, be­lə çı­xır ki, mal-hey­va­nın və­ziyy­ə­ti yax­şı idi və ölüm-itim yox idi. Müəl­lif isə bu­nu de­mək is­tə­mir, de­mək is­təyir ki, heç kəs öz hey­va­nı­nın bur­nu­nu qa­nat­mır­dı, yə­ni hey­van kə­sən yox idi. Di­g­ər tə­rəf­dən, müəl­lif bi­rinci sin­tak­tik bütöv­də «pa­yı­zın düşdüyünü», yə­ni tə­zəcə ba­ş­la­dığ­ı­nı qeyd edir, bu sin­tak­tik bütöv­də isə «pay­ız məh­su­lun­dan so­nra» ifa­də­si­ni iş­lə­dir. Fi­k­ri­mizcə, bi­rinci sin­tak­tik bütöv doğ­ru­dur, çün­ki bi­çi­ni pay­ı­za sax­la­maz­lar - bi­çin yay­da qur­ta­rar.

Bu iki sin­tak­tik bütöv­dən so­nra­kı söh­bət be­lə­dir:

- Siz ölə­si­niz, ay uşaq, bu­lut­lu gününkü bir yağ­lı ka­bab­dır.

- Hə, si­zin ca­nı­nız üçün, yey­ib kəl­lə­ni ata­san ye­rə, yay­ın is­ti­si ca­nın­dan çı­xa, -deyə Al­lah­ve­rən dayı tə­s­diq et­di.

Bu sin­tak­tik bütövün möv­zu­su «yey­ib-içib dinc­əl­mək, is­ti­ra­hət et­mək»dir. Qı­zğ­ın yay iş­lə­rin­dən so­nra yax­şı ye­mək və dinc­əl­mək. Möv­zu­la­rı lap kon­kret­ləş­di­rə bi­lə­rik: «pay­ız», «ka­bab» və «is­ti­ra­hət». Bun­la­rın hər bi­ri bir sin­tak­tik bütövdür. Üçü bir­lik­də mürək­kəb sin­tak­tik bütövdür. Göründüyü ki­mi, pro­blem çoxc­ə­hət­li və mürək­kəb­dir. Fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di N.S.No­v­ru­zo­va bu çə­tin­lik­dən çə­kin­mə­miş, o qə­dər də asan ol­may­an bir mə­sə­lə­nin həl­li­nə gi­riş­miş, sin­tak­tik bütöv­lə­rin sər­hə­di­ni müəyy­ən­ləş­dir­məyə ça­lı­şa­raq onla­rı mürək­kəb sin­tak­tik bütöv­lər­dən fər­q­lən­dir­miş, bu­nun üçün çox­say­lı müqay­i­sə­lər apar­mış­dır. Təd­qi­qat oby­ek­ti ki­mi sin­tak­tik bütöv­lə­ri əsas götürən müəl­lif ya­zır: «Sin­tak­tik bütöv» və «mürək­kəb sin­tak­tik bütöv» an­lay­ı­ş­la­rı fər­q­li­dir. Sin­tak­tik bütöv­lər bölünməz­dir, mürək­kəb sin­tak­tik bütöv­lər isə özündə bir ne­çə sin­tak­tik bütövü (iki və da­ha ar­tıq SB-ni) bir­ləş­di­rir. Biz təd­qiq və araş­dır­ma ob­yek­ti ki­mi SB-ni əsas götürürük».

 

Be­lə­lik­lə, müəl­li­fin əsas təd­qiq oby­e­k­ti çox za­man son də­rəcə yayğ­ın bir ter­min ki­mi iş­lə­di­lən «mətn» dey­il, xüsu­si sər­həd­lə­ri olan, cümlə­dən böyük sin­tak­tik va­hid sa­yı­lan sin­tak­tik bütöv­lər­dir. Sin­tak­tik bütöv­lər mi­k­ro­mətnlər­dir. Bun­lar bir-bi­ri ilə ca­laq­la­na­raq ma­k­ro­mətn­lə­ri ya­ra­dır. Hər han­sı bir bə­dii əsə­rin struk­­tur və mən­ti­qi-se­man­tik key­fiyy­ət­lə­ri­ni yox­la­maq, sə­nət­ka­rın us­ta­lığ­ı­nı üzə çıxar­maq üçün sin­tak­tik bütöv­lər, on­la­rın mə­na və qu­ru­luş xüsu­siyyət­lə­ri­nin öy­rə­nil­mə­si son də­rəcə ge­niş im­kan­lar ya­ra­dır. La­kin in­di­ki hal­da mo­no­qra­fiy­a­nın məq­sə­di bu və ya di­g­ər kon­kret sə­nət­ka­rın üslu­bu­nun ana­li­zi dey­il, müxtə­lif üslub­lar­dan se­çil­miş dil mate­ri­alı əsa­sın­da mət­nin qu­rul­ma tex­ni­ka­sı, mətn kom­po­nent­lə­ri­ni əlaqə­lən­di­rən va­si­tə­lər ba­rə­də tə­səvvür­lə­ri də­rin­ləş­dir­mək və ge­ni­ş­­lən­dir­mək­dir. Çünki mətn sin­tak­si­si prob­lem­lə­ri hə­lə də dil­çi­liy­i­miz­də öz lay­iq­li ye­ri­ni tu­ta bil­mə­miş­dir. Ali və or­ta mək­təb dər­slik­lə­rin­də in­di-in­di özünə yer tap­maq­da­dır. Bu sa­hə­də apa­rı­lan iş­lər hə­lə də qay­da­sın­da dey­il­dir. Mət­nin qu­rul­ma tex­ni­ka­sı ba­rə­də filoloq və jur­na­li­st­lə­rə bi­lik ve­ril­mə­si işi­nə hə­lə la­zı­mi şə­kil­də ba­ş­lan­ma­mış­dır. Hal­bu­ki ka­mil üslu­bun tə­şəkkülü üçün söv­qi-tə­bii imkan­lar­la ya­na­şı, el­mi bi­lik­lər əsa­sın­da ya­ra­nan sə­lis vər­diş­lə­rin mi­sil­siz ro­lu ola bi­lər.

Bit­kin fi­kir sin­tak­tik bütöv­lər­də ifa­də olu­na bi­lir. Mətn ümu­mi sin­tak­tik me­xa­nizmdə xüsu­si av­to­nom qu­ru­luş təş­kil edir, nitq va­hid­lə­ri­nin aşağ­ı­dan yu­xa­rıya düzü­lüşündə bit­kin fi­kir ifa­də­si­nin əsas vahi­di say­ı­lır. La­kin tam bit­kin fi­kir ma­k­ro­mətnlər­də ifa­də olu­nur. Mi­k­ro­mətnlər ma­k­ro­mətnlə­rin əsas hücey­rə­si­ni təş­kil edir. Mi­k­ro­mətnlə­rin hücey­rə­lə­ri cümlə­lər­dən, cümlə­lə­rin hücey­rə­lə­ri söz­lər­dən və bir­ləş­mə­lər­dən, söz­lə­rin hücey­rə­lə­ri mor­fem və fo­nem­lər­dən iba­rət­dir. Bu cür dü­zü­lüş sin­tak­tik bütöv­lə­ri, on­la­rı bir-bi­ri­lə əla­qə­lən­di­rən va­si­tə­lə­ri, mət­nin qu­rul­ma tex­ni­ka­sı­nı sin­tak­si­sin təd­qiq oby­ekt­lə­ri sı­ra­sı­na da­xil edir.

Ək­sər dil­çi­lər sin­tak­tik bütöv­lə­rin da­ha müstə­qil olan baş­la­n­ğıc, iza­he­dici və fi­k­ri qa­pay­an cümlə­lər­dən iba­rət ol­duğ­u­nu söy­lə­sə də, ümu­mən sin­tak­tik bütöv­lə­rin sər­həd­lə­ri­ni müəyy­ən­ləş­dir­mək o qədər də asan dey­il­dir. Həm də bir çox hal­lar­da bir sin­tak­tik bütöv o bi­ri­nin içə­ri­sin­də doğ­u­lur, ça­laq­lı in­ki­şaf yo­lu keçir. Ona gö­rə də N.No­v­ru­zo­va təd­qi­qat pro­se­sin­də kon­kret nümu­nə­lər əsa­sın­da sintak­tik bütöv­lə­rin sər­həd­lə­ri­ni müəyy­ən­ləş­dir­mək üçün alim­lə­ri­mi­zin tək­lif et­diyi prin­sip­lər əsa­sın­da xey­li mət­nin ana­li­zi­ni vermişdir. Özlüyündə də ay­dın­dır ki, sin­tak­tik bütöv­lə­rin mürək­kəb cümlə­dən böyük sin­tak­tik va­hid ki­mi müəyy­ən­ləş­di­ril­mə­si bu vax­ta qə­dər hər han­sı bir mətn kə­siy­i­ni «mətn» ad­lan­dır­ma prin­si­pi ilə uyğ­un gəl­mir və ar­tıq mətn an­lay­ı­şı - ma­k­ro və mik­­ro ol­maq­la spe­si­fik qu­ru­luş xüsu­siyy­ət və sər­həd­lə­ri olan sin­tak­tik va­hid­lər ki­mi səc­iyy­ə­lə­nir.

Sin­tak­tik bütöv­lə­ri cümlə ilə, ab­za­s, pe­ri­od, dis­kurs və s.-lə müqay­i­sə et­mək, fər­q­ləndir­mək mümkündür və müəl­lif ma­raq­lı nümu­nə­lər əsa­sın­da bu cür müqay­i­sə­lər apar­mış­dır. Fra­za­föv­qi vahid­lə də müqay­i­sə­lər apa­rıl­mış­dır. La­kin dil­çi­lik­də fra­za­föv­qi vahid­lər haq­qın­da müx­tə­lif fi­kir­lər var­dır və bun­lar ək­sə­rən bir-bi­ri ilə zid­diyy­ət təş­kil edir. Müəl­lif əla­qə­dar təd­qi­qat­la­rı araş­dı­ra­raq yazır: «Fra­za­föv­qi va­hid bə­zən mət­nə si­no­nim ki­mi, bə­zən ab­za­sa bə­ra­bər, bə­zən ab­za­sın his­sə­si, bə­zən sin­tak­tik bütöv­lər, bə­zən də mürək­kəb sin­tak­tik bütöv­lə­rə bə­ra­bər nitq ak­tı ki­mi təq­dim edil­miş­dir». Bun­la­rın heç bi­ri fra­za­föv­qi va­hid an­lay­ı­şı­na uy­ğun dey­il­dir. Bu əsər­də də kon­kret bir qə­na­ə­tə gəl­mək müm­kün ol­ma­mış­dır. Bu onun­la əla­qə­dar­dır ki, el­min bu sa­hə­si gənc ol­duğ­un­dan, hər bir tədqi­qat­çı ye­ni bir ter­min iş­lət­diy­in­dən ter­min müva­zi­liyi, ter­min sino­nim­liyi baş alıb ge­dir; çox za­man ey­ni məf­hum müxtə­lif və müva­zi ter­mi­no­lo­ji va­si­tə­lər­lə ifa­də edi­lir.

N.No­v­ru­zo­va sin­tak­tik bütöv­lə­rin da­xi­li qu­rul­uşun­dan da­nı­şar­kən cümlə­lər ara­sın­da se­man­tik əla­qə­nin zənc­ir­va­rı, pa­ra­lel və qarı­şıq şə­kil­də qu­ru­lan üç ti­pi­ni qə­bul et­mişdir. Bun­lar ümu­­mən mətn tər­ti­bin­də müşa­hi­də olu­nan ən mühüm əla­qə tip­lə­ri­dir.

Əsər­də mət­nin bir sı­ra ka­te­qo­riy­a­la­rı ba­rə­də ilk də­fə si­s­tem­li mə­lu­mat ve­ril­miş­dir.

Mət­nin bağ­lı­lığı - ko­he­ziya mətn da­xi­lin­də cümlə­lər ara­sın­da for­mal-qram­ma­tik bağ­lı­lığı, məz­mun-se­man­tik əla­qə­ni və mən­ti­qi ar­dıc­ıl­lığı əha­tə edir. Pro­spek­siya da əla­qə­li­lik­dir, la­kin mətn­də­ki in­for­ma­siy­a­nın gə­lə­cək­də ve­ri­ləc­ək in­for­ma­siya ilə əla­qə­si­ni nə­zər­də tu­tan bağ­lı­lıq­dır. Re­t­ro­spek­siya (xa­tır­la­ma) pro­spek­si­ya­nın ək­si­nə­dir: ve­ri­lən mə­lu­mat ke­ç­miş bi­lik və tə­səv­vürlər üzə­rin­də qu­ru­lur. İn­te­q­ra­siya sin­tak­tik bütöv­lə­rin struk­tur-se­man­tik əla­qə­si­dir. Ma­k­ro­mətnlər mi­k­ro­mətnlər­dən bu əsa­s­da ya­ra­nır. Ak­tu­al üzvlən­mə isə mət­nin se­man­tik in­ki­şa­fı­nı tə­min edir. Bun­lar mət­nin ka­te­qo­riy­a­la­rı say­ı­lır. N.No­v­ru­zo­va ilk də­fə ola­raq bu ka­te­qo­riy­a­la­rın dil fakt­la­rı əsa­sın­da şər­hi­ni ver­miş­dir. Bun­la­rı an­la­ma­dan mət­nin qu­rul­ma tex­ni­ka­sın­dan baş aç­maq çə­tin olar­dı.

Söz­lər və söz bir­ləş­mə­lə­ri cümlə­nin əsas ti­kin­ti ma­te­ri­a­lı­dır. Bağ­lay­ıc­ı­lar, qoş­ma­lar, şə­kil­çi­lər cümlə­da­xi­li əla­qə va­si­tə­lə­ri­dir. Mo­dal söz­lər, ədat­lar cüm­lə­nin rə­ng ça­la­rı­nı ya­ra­dır. Sin­tak­tik bütöv­lə­rin ya­ran­ma­sın­da və bir-bi­ri ilə əla­qə­sin­də bu cür nitq va­si­tə­lə­ri da­ha ge­niş fə­a­liyy­ət da­i­rə­si­nə ma­lik­dir. Sin­tak­tik bütöv­lər­də bun­lar­la ya­na­şı, kom­po­nent­lər ara­sın­da se­man­tik əla­qə­lər, ümu­mi­lik bil­di­rən müstə­qil cümlə­nin tər­ki­bin­də­ki söz­lə­rin iza­h­edici­ cümlə­lər­də se­man­tik cə­hət­dən açı­lı­şı həl­le­dic­i­dir. Mürək­kəb cümlə­də ikin­ci kom­po­nent­də iş­lə­nən bir əvəz­lik yal­nız əv­vəl­ki kom­po­nen­ti əvəz edə bil­diyi hal­da, sin­tak­tik bütöv­lə­rin təş­ki­lin­də əvəz­lik yal­nız mi­k­ro­mətnlə­ri dey­il, böyük mak­ro­ mət­n­lə­ri də eh­ti­va edə bi­lir. Bir kəl­mə ilə, ki­çik bir əda­tın kö­məyi əsa­sın­da iki böyük ab­zas ara­sın­da se­man­tik əla­qə ya­rat­maq mümkün olur. Be­lə­lik­lə, bütövlükdə mətn struk­tu­run­da əsas və kö­mək­çi nitq his­sə­lə­ri­nin funk­si­ya­sı son də­rəcə ge­ni­ş­lə­nir. Bağ­lay­ıc­ı­lar, ədat­lar, mo­dal söz­lər cümlə da­xi­lin­də ay­rı-ay­rı üzvlə­rin, mürək­kəb cümlə və qa­rı­şıq tip­li mürək­kəb cümlə kom­po­nent­lə­ri­nin əla­qə­si­nə xid­mət et­diyi hal­da, mətn da­xi­lin­də söy­ləm­lə­rin, sin­tak­tik bütöv­lə­rin, ab­zas­la­rın, mürək­kəb sin­tak­tik qu­ru­lu­ş­la­rın, ma­k­ro­mətnlə­rin əla­qə­si­nə xid­mət edir. Ey­ni za­man­da, qeyd edi­lən mor­fo­lo­ji va­si­tə­lər pre­sup­po­zi­si­o­nal əla­qə əsa­sın­da mət­nin iki­qat zən­g­in­­­ləş­mə­si­nə sə­bəb olur. Mət­nin bu im­kan­la­rı­nın az təd­qiq edil­diy­i­ni nə­zə­rə al­dığı üçün N.Novru­zo­va əsər­də mət­nin təş­ki­li me­xa­niz­mi­nin şər­hi­nə - sin­tak­tik bütöv­lə­rin kom­po­nent­lə­ri­ni əla­qə­lən­di­rən lek­sik va­si­tə­lə­rin, xü­su­si­lə əvəz­lik­lə­rin, omo­nim söz­lə­rin, kö­mək­çi nitq his­sə­lə­ri və mor­fo­lo­ji əla­mət­lə­rin, bağ­lay­ıc­ı­lar və bağ­lay­ıcı söz­lə­rin, ədat və mo­dal söz­lə­rin, sin­tak­tik və pro­so­dik va­si­tə­lə­rin ro­lu­na xüsu­si diq­qət ye­tir­miş, ana­fo­rik və ka­ta­fo­rik müna­si­bət­lər, söz sı­ra­sı və onun ak­tu­al üzvlən­mə­də ro­lu, si­no­nim­lik və pa­ra­lel­lik ba­­rə­də ge­niş mə­lu­mat ver­miş­dir. Mət­nin qu­rul­ma­sı üçün la­zım olan bütün va­si­tə­lər fik­rin se­man­tik açı­lı­şı­nın la­zı­mi səviyy­ə­də tə­min edil­mə­si üçündür.

Mətnda­xi­li se­man­tik pro­ses­lər ma­raq­lı xüsu­siyy­ət­lə­ri ilə diq­qə­ti cəlb edir. Sin­tak­tik bütöv­lə­rin möv­zu­su­nun mü­əyy­ən edil­mə­sin­də te­ma-re­ma ar­dıc­ıl­lığı həl­le­dici amil ki­mi çı­xış edir. Sin­tak­tik bütöv­lə­rin se­man­tik sər­həd­lə­ri­­nin müəyy­ən olun­ma­sı da te­ma-re­ma əla­qə­si əsa­sın­da mümkün olur. Te­ma-re­ma əvəz­lən­mə­si mət­nin sin­tak­tik bağ­lı­lığ­ı­nı üzə çı­xa­rır. Re­ma va­si­tə­si­lə hər də­fə ye­ni mə­lu­mat ve­ril­mək­lə möv­zu get­dikcə də­rin­ləş­di­ri­lir, te­ma­tik pro­qres­siya ya­zı­çı istəy­i­nin dil va­si­tə­lə­ri ilə re­al­laş­ma­sı­nı, prak­tik şüu­ra çe­v­ril­mə­si­ni tə­min edir. Bu­na gö­rə də N.No­v­ru­zo­va mo­no­qra­­fiy­a­da mət­nin seman­ti­ka­sı pro­ble­mi üzə­rin­də xüsu­si da­yan­mış, te­ma-re­ma əvəz­lən­mə­si ilə fi­k­rin qey­ri-müəyy­ən­lik­dən müəy­yən­­liyə doğ­ru in­ki­şa­fı imkan­la­rı­nı ət­ra­f­lı şərh et­miş­dir. Sin­tak­tik bütöv­lər­də ümu­mi­ləş­di­rici, izah­edici və mət­nin qa­pan­ma­sı­na sə­bəb olan cümlə tip­lə­ri ba­rə­də fi­kir və müla­hi­zə­lər, ak­tu­al üzvlən­mə ba­rə­də araş­dır­ma­lar bu əsər­də bə­dii və el­mi ədə­biyy­at­dan təq­dim edil­miş zə­ng­in nümu­nə­lər əsa­sın­da da­ha da ge­niş­lən­di­ril­miş­dir. Nəq­li, tə­s­vi­ri və psi­xo­lo­ji mətnlər , sin­tak­tik bütöv da­xi­lin­də cümlə­lər ara­sın­da zənc­ir­va­rı, para­lel və qa­rı­şıq əla­qə tip­lə­ri , mət­nin mo­dal qu­ru­lu­şu və in­to­na­siya­sı ba­rə­də ge­niş mə­lu­mat ve­ril­miş bu əsər mət­nin qu­rul­ma tex­ni­ka­sı­nı, zə­ng­in se­man­tik alə­mi­ni öy­rən­mək üçün fay­da­lı və gə­rək­li olac­aq­dır.

Nu­ri­də xa­nım No­v­ru­zo­va uğ­ur­lu yol­da­dır. Bu yol­da ona ye­ni ya­ra­dıc­ı­lıq və işıq­lı günlər ar­zu­lay­ı­rıq.

 

13.04.02

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az