BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

-SA, -SƏ ŞƏKİLÇİSİ, ONUN PRAFORMA VƏ DERİVATLARININ, QRAMMATİK VƏ ÜSLUBİ XÜSUSİYYƏTLƏRİNİN TƏD­Qİ­Qİ

 

İn­san ic­ti­mai həy­a­ta göz aç­dığı ilk gündən onu əha­tə edən ha­di­sə­lə­rin bir-bi­ri ilə bağ­lı ol­duğ­u­nu, bi­ri­nin di­gə­ri üçün şərt ol­du­ğu­nu, bir hadi­sə­nin di­g­ə­ri­nə sə­bəb ol­du­ğu­nu an­lamağa ba­ş­la­mış, ta­ri­xi təcrü­bə­də dərk et­miş­dir ki, şərt, şər­ti­lik, şərt­li­lik tə­bii və ic­ti­mai hə­ya­­tın ən zə­ru­ri qa­nu­na­uyğ­un­luq­la­rın­dan­dır. Bu cür tə­bii əla­qə­lə­rin ifa­də­si dil­də bir sı­ra spe­si­fik lek­sik və qram­ma­tik va­si­tə­lə­rin ya­ran­ma­sı­na sə­bəb ol­muş­dur. Hə­min va­si­tə­lə­rin ümu­mi­ləş­miş qram­ma­tik mə­na­sı­nı həya­tın şərt­lə bağ­lı hər bir sa­hə­si­nə yö­nəlt­mək mümkün ol­muş­dur. 1300 il­liy­i­ni qeyd et­diy­im­i­iz, la­kin kök­lə­ri çox-çox də­rin­lə­rə ge­dən «Ki­ta­bi-Də­də Qor­qud» qə­h­rə­man­la­rı ic­ti­mai həy­a­tın, ağ gün, xoş­bəxt­lik və sə­a­də­tin hə­qi­qi şərt­lə­ri­ni öv­lad böyüt­mək­də, vətə­nə xid­mət­də görmüşlər: «Qa­zan ay­dır: «Məq­su­dın bu­mı­dır, Bay­bö­rə bəg?» Ay­dır: «Bə­li, bu­dır. Mə­nim də­xi oğ­lım ol­sa, xan Bay­ın­­dı­rın qar­şu­sın al­sa-dur­sa, qul­luq ey­lə­sə, mən də­xi baq­sam, sevin­­səm, qı­van­say­um, gü­vən­sə­yim...» - de­di». Bu­ra­da şərt əla­mə­ti - sa,-sə- dir. Bu şə­kil­çi «Ki­ta­bi-Də­də Qor­qud»un di­lin­də bu­günkü ədə­bi di­li­miz­dən da­ha məh­sul­dar, da­ha in­ten­siv iş­lən­miş­dir. Ona gö­rə də das­ta­nın boy­la­rın­da ək­sə­rən bütöv po­etik təh­kiy­ə­də apa­rıcı mo­tiv di­ri­liy­in şərt­li tə­za­hürüdür, ic­ti­mai həy­a­tın şər­ti­liyi, şərt­li­liyidir.

-sa,-sə türk dil­lə­ri­nin ha­mı­sı­na məx­sus olan, ümum­tür­ko­lo­ji səciyyə da­şıy­an bir şə­kil­çi­dir. Şə­kil­çi­nin funk­­siya da­irə­si çox ge­niş­dir - lek­sik, mor­fo­lo­ji, sin­tak­tik və üslu­bi yük da­şıy­ır, nit­qin ən zəru­ri mən­ti­qi ka­te­qo­ri­ya­sı­nın ifa­də­si­nə xid­mət edir. Ta­rix eti­ba­ri­lə çox qə­dim­dir, - ilk iz­lə­ri mi­nil­lik­lər ar­xa­sın­dan boy­la­nır. Bütün bun­lar gö­s­tə­rir ki, -sa,-sə so­nra­lar ya­ran­mış, bu və ya di­g­ər türk di­li­nə məx­sus olan spe­si­fik şə­kil­çi­lər­dən ol­may­ıb, türk pra­for­ma­sın­dan, türk dil­lə­ri­nin ha­mı­sı­na məx­sus ilk ulu dil­dən və bəl­kə də türk pra­for­ma­sı­nın ay­rıl­dığı ilk ana dil­dən gə­lən bir qram­ma­tik va­si­tə­dir.

Əl­də olan ən qə­dim ya­zı­lı mən­bə­lər­də bu funk­siy­a­nı - şərt məna­sı­nı -sa,-sə - nin əc­da­dı say­ı­lan - sar,-sər şə­kil­çi­si ye­ri­nə ye­tir­miş­dir. Mil­li abi­də­lə­ri­mi­zin - «Ki­ta­bi-Də­də Qor­qud»un, klas­sik­lə­ri­mi­zin di­lin­də -sar,-sər müşa­hi­də olun­mur. La­kin XIV-XVI əsr mən­bə­lə­rin­də ara-sı­ra tə­sa­­düflər­lə görü­nən, gə­ləc­ək za­ma­nın -ac ­-aq, -əc­ək şə­kil­çi­si ilə si­no­nim ki­mi iş­lən­miş -isər şə­kil­çi­si­nin hə­min şə­kil­çi ilə bağ­lı ol­duğ­u­nu gü­man edən­lər var­dır. Bir qə­dər o tə­rə­fə üz tut­duq­da - Or­xon-Ye­ni­sey ki­ta­bə­lə­rin­də bol-bol iş­lən­miş­dir: Türk kağ­an Ötükən yış olur­sar, il­tə bun yok - Türk xa­qa­nı Ötükən me­şə­sin­də otur­sa, el­də qəm (kə­dər) yox­dur . ( «Gül ti­gin» abi­də­si) Sünüs bol­sar, çə­rik itər er­ti - Döyüş ol­sa, qo­şun gön­də­rər­di . («Gü­li çor» abi­də­si) və s. Şə­kil­çi­nin bu for­ma­sı uyğ­ur mətnlə­ri­nin, X- XIII əsrlə­rə aid cə­nu­bi Türküstan abi­də­lə­ri­nin, hət­­ta XII-XIII əsrlə­rə aid mon­qol ya­zı­lı mən­bə­lə­ri­nin di­lin­də də iş­lən­miş­dir. Mon­qol abi­də­lə­ri­nin di­lin­də gö­rünmə­si bir da­ha tə­s­diq edir ki, şə­kil­çi­nin kökü uzaq­la­ra ge­dir - türk da­i­rə­sin­dən kə­na­ra çı­xır, azı türk-mon­qol pra­for­ma­sı ilə bağ­la­nır.

Türko­loq­lar - sar,-sər şə­kil­çi­si­nin ta­ri­xi funk­siya­sı­na diq­qət ye­tir­mi­ş­lər. Çu­vaş di­li­nin ta­ri­xi ma­te­ri­al­la­rı əsa­sın­da L.S.Le­vit­ska­ya­nın araş­dır­ma­la­rı gö­s­tə­rir ki, bu şə­kil­çi fe­li si­fət xa­rak­ter­li ol­muş, bir vaxt­lar cüm­lə­nin müstə­qil xə­bə­ri və­zi­fə­sin­də iş­lən­miş­dir. Bu­nun­la ya­na­şı, fe­li bağ­la­ma ki­mi iş­lən­diyi də müşa­hi­də edil­miş və hət­ta bu mə­qam­da müa­sir fe­li bağ­la­ma­lar­dan fər­q­li ola­raq, şəxs şə­kil­çi­lə­ri qə­bul et­diyi hal­lar da ol­muş­dur : oqu­sar­min - mən oxuy­an­da, gör­sər­min - mən gö­rən­də və s. Be­lə­lik­lə, bu şə­kil­çi ta­ri­xən fe­li si­fət, fe­li bağ­la­ma, za­man şə­kil­çi­si funk­siy­a­la­rı­nı ye­ri­nə ye­tir­miş, bütün bu hal­lar­da şərt ça­la­rı­nı sax­la­mış və nə­hay­ət­də şərt ka­te­qo­ri­ya­sı­nın əsas ifa­də va­si­tə­si ki­mi sa­bit­ləş­miş­dir.

Gü­man et­mək olur ki, -sar bir za­man­lar həm müstə­qil söz, həm də şə­kil­çi ki­mi iş­lən­miş­dir. Şübhə­siz, şə­kil­çi va­ri­an­tı sözün son möv­qe­də tə­d­ric­ən müstə­qil­liy­i­ni itir­mə­si və va­ri­ant­laş­ma­sı əsa­sın­da ya­ran­mış­dır. Hiss olu­nur ki, -sar,-sər hə­qi­qə­tən çox qə­dim dövr­lə­rin ya­di­ga­rı­dır. Elə bir dövrün ya­di­g­a­rı­dır ki, müstə­qil söz ki­mi öz iz­lə­ri­ni qo­hum ol­may­an dil­lər­də də sax­la­mış­dır. Bi­zim fi­k­ri­mizcə, rus di­lin­də­ki us­lo­vie sözünün kökündə­ki « sar sözünün ilk ele­men­ti­dir. Şə­kil­çi for­ma­sı bütün türk dil­lə­rin­də də­rin kök sal­dığı hal­da, ka­te­qo­riy­a­nın adı­nı bil­di­rən «şərt» sözünü ərəb di­lin­dən al­mı­şıq: ş s əvəz­lən­mə­si ilə özünü ərəb di­lin­də şərt və bu sözün cəm va­ri­an­tı ki­mi şürut söz­lə­rin­də sax­la­mış­dır.

 

La­kin bu da ay­dın­dır ki, türk dil­lə­rin­də il­kin söz kök­lə­ri­nin bir sa­mit və bir sa­it­dən iba­rət qu­ru­lu­şu əsa­sın­da sar kökünün CVC qu­ru­lu­şu onun düzəlt­mə ol­du­ğu­nu, sa kökünə şə­kil­çi əla­və olun­du­ğ­u­nu gö­s­tə­rir. Bir sı­ra alim­lər sar kökünün so­nun­da­kı r ün­sü­rünü in­di­ki-gə­ləc­ək za­ma­nı bil­di­rən -ır şə­kil­çi­si­nin da­ş­laş­mış for­ma­­sı he­sab et­miş­lər. Ümu­mən sürüşkən bir sa­mit olan r sə­si­nin so­n­ra­lar düş­düyü ba­rə­də fi­kir­lə ra­zı­laş­ma­mağa o qə­dər də əsas yox­dur.

Dil­çi­lər - sar,-sər şə­kil­çi­si­ni pra­for­ma say­mı­ş­lar. La­kin qeyd et­­diy­i­miz ki­mi, fakt­lar gö­s­tə­rir ki, -sar sö­zünün özü də düzəlt­mə­dir. Ma­raq­lı cəhət bir də bu­dur ki, -sar sözü­nün şə­kil­çi ki­mi iş­lən­diyi dövr­də - qə­dim abi­də­lər mər­hə­lə­sin­də həm - sa,-sə şə­kil­çi­si, həm də say­maq, he­sab­la­maq, he­sab et­mək, ar­zu­la­maq mə­na­sın­da sa fe­li ol­muş­dur. M.Ka­şğ­a­ri­nin fi­k­rincə, - sa şə­kil­çi­si hə­min bu sa fe­­lin­dən tö­rə­miş­dir. De­mə­li, ey­ni vaxt­da həm sa fe­li, həm - sa şə­kil­çi­si, həm də -sar şə­kil­çi­si iş­lən­miş­dir. Hər iki şə­kil­çi sa kökü ilə izah edi­lir. Be­lə nə­ticə çı­xar­maq olur ki, çox qə­dim sa kö­kündən hə­lə Or­xon-Ye­ni­sey mər­hə­lə­sin­dən çox-çox qa­baq «şərt» mə­na­sın­da sar sözü ya­ran­mış, so­nra­lar bu söz şə­kil­çi­ləş­mək­lə ( - sar,-sər şək­lin­də) ya­na­şı, təd­ric­ən - Or­xon-Ye­ni­sey mər­hə­lə­si­nə ya­xın bir dövr­də ye­ni­dən son sa­mi­ti­ni itir­məyə ba­ş­la­mış, - sar, -sər -sa,-sə pa­ra­lel­lə­ri ya­ran­­mış­dır. Bir müddət - min il­dən ar­tıq bir dövr ər­zin­də söz kökü və onun tö­rə­mə­lə­ri pa­ra­lel fə­a­liyyət gö­s­tər­miş, so­nra­lar söz kökünün sa for­ma­sı ar­xa­ik­lə­şə­rək öz iz­lə­ri­ni baş­qa for­ma­lar­da sax­la­mış, -sar şəkil­çi­si isə son ünsürünü itir­mək­­lə ye­ni­dən öz ye­ri­ni əv­vəl­ki qı­sa for­ma­sı­na ver­mə­li ol­muş, -sa for­ma­sı bir­də­fə­lik üstünlük qa­zan­mış­dır. La­kin sar for­ma­sı iz­siz yox ol­ma­mış, qə­dim i fe­li ilə bir­lə­şə­rək isər şək­lin­də xey­li iş­lən­miş və gö­rünür, - sar,-sər son ünsürünü itir­diyi mər­hə­lə­də isər isə şək­lin­də sa­bit­ləş­miş­dir. Bu sa­bit­ləş­mə də nis­bi ol­muş­dur, çünki - sa,-sə şə­kil­çi­si isə his­səc­iy­in­də də da­im müs­təqilliyə can atır və ön­də­ki i ele­men­tin­dən ya­xa qur­tar­mağa ça­lı­şır. Bütün bun­lar gös­tə­rir ki, qə­dim - sa,-sə şə­kil­çi­si müba­ri­zə­lər­lə do­lu bir yol ke­ç­­miş, ön və son möv­qe­lər­dən ar­tım­la­rı özündən uzaq­laş­dır­mağa, da­im müs­tə­qil­liy­i­ni qo­ru­mağa ça­lış­mış, bir müddət baş­qa ka­te­qo­ri­ya­la­ra (feli bağ­la­ma, fe­li si­fət, za­man və s.) xid­mət et­sə də, çox mühüm tə­bii, ic­ti­mai-siy­asi ka­te­qo­riya olan şərt re­al­­­lığ­ı­nın ifa­də va­si­tə­si ol­maq qüdrə­ti­ni - özünün il­kin və əsas mə­na­sı­nı ar­dıc­ıl ola­raq qo­ruy­ub sax­laya bil­miş­dir.

Bun­lar həm də onu gö­s­tə­rir ki, -sa,-sə şə­kil­çi­si di­li­mi­zin (və eləcə də di­g­ər qo­hum dil­lə­rin) ta­ri­xi in­ki­şaf yo­lun­da və müa­sir hə­­ya­tın­da zə­if və föv­qə­la­də gücsüz bir ele­ment ol­ma­mış, da­im fə­al və apa­rıcı möv­qe­də dur­muş­dur.

-sar şə­kil­çi­si­nin qa­pa­lı sa­it­li - sır , -sa , -sə şə­kil­çi­si­nin qa­pa­lı sait­­li -sı,-si,-su,-sü for­ma­sı da var­dır. - sar şə­kil­çi­si də, -sır,-sir də, -sa, -sə şə­kil­çi­si də , -sı,-si,-su,-sü də qram­ma­tik şə­kil­çi­lər­dir, ey­ni mən­şə­dən­dir, La­kin bun­la­rın qram­ma­tik funk­siy­a­la­rın­da fərq də var­dır: - sar,-sər şə­kil­çi­si­nin pra­for­ma­sı və ya ix­ti­sa­rı şək­lin­də for­ma­laş­mış - sa,-sə kon­kret iş­lən­mə mə­ka­nı­na ma­lik­dir - fel kökü və əsa­sı­na artı­rı­lır, fe­lin şərt şək­li­nin ya­ran­ma­sı­na xid­mət edir. Bu şə­kil­çi­dən əv­vəl yal­nız təsir­lik, növ və in­kar­lıq şə­kil­çi­lə­ri iş­lə­nə bi­lir: qaç-sa - qaç-ır-sa - qaç-ır-ıl-sa - qaç-ır-ıl-ma-sa, köç-sə - köç-ür-sə - köç-ür-ül-sə - köç-ür-ül-mə-sə və s. İmək kökünün tö­rə­mə­si olan isə və onun ix­­ti­sa­rı ( -sa,-sə ) felin kökünə və ya əsa­sı­na dey­il, bir sı­ra fel şə­kil­lə­ri­­nin (xə­bər, vac­ib, la­zım, da­vam və s.) üzə­ri­nə ar­tı­rı­lır: yaz-ır-am-sa, yaz-ma­lı-yam-sa, yaz-ası-yam-sa və s. La­kin bu cür və­zi­fə bölgüsünə bax­may­a­raq, mühüm bir sin­tak­tik funk­siy­a­nın ye­ri­nə yeti­ril­mə­sin­də - bu­daq cümlə­lə­rin baş cümləyə bağ­lan­ma­sın­da il­kin -sa,-sə ilə isə his­səc­iy­i­nin ix­ti­sar for­ma­sı əl­bir iş­ləy­ir, hər iki­si «budaq cümlə + baş cümlə» qu­ru­lu­ş­lu ta­be­li mürək­kəb cümlə­lə­rə xid­mət edir.

Böyük bir in­ki­şaf yo­lu ke­ç­miş bu şə­kil­çi­nin türk dil­lə­ri­nin tarixin­­də və müa­sir dil­lər­də möv­qeyi bu və ya di­gər türk di­lin­dən da­nı­şan bütün türko­loq­ alimləri ma­raq­lan­dır­mış­dır. S.Y.Ma­lov, V.M.Na­­­­si­lov, N.Z.Hac­ıy­e­va, B.A.Se­­reb­ren­ni­kov, İ.Bat­ma­nov, A.N.Ko­­­­nonov, İ.P.Pav­lov, L.S.Le­vit­skaya, N.A.Ba­s­ka­kov, H.Mir­zə­za­də, V.M.Na­del­ya­yev, H.K.­Qu­liy­ev, J.De­ni, Q.İ.Ra­m­stedt, Ə.Də­mir­­­çi­za­də, Fon Qa­ben, B.Ata­lay, Z.Bu­da­qo­va, R.Rüstə­mov, E.V.Se­vorty­an, Ə.Şükürlü, B.Oruz­bay­e­va, O.N.Böt­linq, M.Ş.Rə­hi­mov, Y.M. Sey­i­dov, N.P.­Dı­ren­ko­va, A.Qu­la­mov, H.İ.Mir­zəy­ev, P.İ.Kuz­net­sov, A.Q.­Əzi­zo­va, A.M.Şer­bak, Q.Ş.Ka­zı­mov və b. iki is­ti­­qa­­mət­də - ta­ri­xi və müa­sir as­pekt­lər­də araş­dır­ma­lar apar­mış, -sa, -sə şə­kil­çi­si­nin in­ki­şaf yo­lu, lek­sik-se­man­tik və qram­ma­tik funk­siya­la­rı ba­rə­də fi­kir söy­lə­mi­ş­lər. Hə­lə bun­lar­dan min il əv­vəl bu şə­kil­çi böyük tür­ko­loq M.Kaş­ğa­ri­ni ma­raq­lan­dır­mış, o bu şə­kil­çi­nin lek­sik-se­man­tik xüsu­siyy­ət­lə­rin­dən bəhs et­miş, - sa,-sə şə­kil­çi­si va­si­tə­si­lə türk dil­lə­rin­də «is­tə­mək» mə­na­lı fel­lər ya­ran­dığ­ı­nı bil­dir­miş­dir. Hə­lə 700 il əv­vəl Əsi­rəd­din əbu Həyy­an əl-Ən­də­lu­si «Ki­tab əl-id­rak li-li­san əl-ət­rak» əsə­rin­də «Şərt» baş­lığı al­tın­da şərt əda­tı -sa haq­qın­da xey­li mə­lu­mat ver­miş, ərəb di­lin­dən fər­q­li ola­raq, türk dil­lə­rin­də şərt mə­na­sı­nın xüsu­si şərt əda­tı ilə ya­ran­dığ­ı­nı qeyd et­miş, ma­raq­lı şərh­lər ver­miş­dir: «Ərəb­lər­də şərt əda­tı mə­na­sı is­min özündən ay­dın ol­duğu hal­da, türklər şərt mə­na­sı­nı bil­dir­mək üçün şərt əda­tı ilə ismi bi­rgə iş­lə­dir­lər, çünki türkcə­də isim mücər­rəd şə­kil­də iş­lə­di­lir, şərt mə­na­sı isə şərt əda­tı ilə ay­dın­laş­dı­rı­lır.» Müəl­lif şər­hi­nə da­vam edərək ya­zır: «Bu­ra­da şərt­dən və şərt əda­tı­nın eh­ka­mın­dan söh­bət ge­dəc­ək­dir. Şərt əda­tı sa -dır. Bu ədat əsl və­s­fin­də şərt üçün düzəl­dil­miş­dir. La­kin sa iki cür iş­lə­nir. Bi­ri gə­ləc­ək­də, ikinc­i­si də keç­miş­də şərt mə­na­sı­nı ifa­də et­mək üçün. Əg­ər sa ərəbc­ə­də­ki in əda­tı məna­sın­da olur­sa, gə­ləc­ək­də şərt mə­na­sı­nı ifa­də edər. Əg­ər baş­qa bir şey­in ha­lın­dan do­layı va­qe olac­aq ola­nı ifa­də üçündürsə, ərəb­cə­də­ki lav əda­tı­na müra­dif olub ke­ç­miş­də şərt mə­na­sı­nı ifa­də edir. Gə­ləc­ək­də şərt olan sa - nın mi­sa­lı: « Sən­cər du­rar­sa, Sun­qur du­rar» əvə­zin­də söy­lə­nən Sənc­ər tur­sa Son­qur tur­qay ki­mi­dir. Şər­ti ca­va­bı şər­ti qa­baq­lay­a­raq Son­qur tu­rğ­ay Sənc­ər tur­sa de­mək də olar». Mü­əl­lif «ke­ç­miş­də şərt mə­na­sı­nın ifa­də­si üçün» « Sənc­ər qalx­mış ol­sa idi, Sun­qur qalx­mış idi» mə­na­sın­da Sənc­ər tur­mış­mıs­sa, Son­qur tur­mış­dı - cüm­lə­si­ni ver­miş­dir. Mi­sal­dan və iza­hat­dan ay­dın olur ki, işin ke­ç­miş­də ic­ra­sı­nın şərt­lə bağ­lı­lığı idi kö­mək­çi söz­ü­nün iş­ti­ra­kı ilə ya­ra­nır. Hə­lə o vaxt əbu Həyy­an fel­lə­rə ar­tı­rı­lan -sa ilə is­mi xə­bər­li cümlə­lər­də iş­lə­nən -sa -nı fərq­lən­di­r­miş, son­ra­kı hal üçün isə kö­mək­çi sözündən is­ti­fa­də edil­diy­i­ni, isə sözünün «ol­maq» mə­na­sın­da keç­miş za­man fe­li i - - nin bir­ləş­mə­sin­dən əmə­lə gəl­diy­i­ni gö­s­tər­miş­dir. Müəl­lif il­kin -sa əda­tı ilə fel kökü ara­sı­na baş­qa şə­kil­çi­lə­rin gi­rə bil­mə­diy­i­ni, yal­nız ca­vab in­kar ol­duq­da -sa- dan əv­vəl inkar əda­tın­dan is­ti­fa­də edil­diy­i­ni də müşa­hi­də et­miş­dir: «Şərt əda­tı və bu əda­tı qə­bul edən fel ara­sı­nı heç bir şey­lə böl­mək ol­maz... Əgər şər­ti fel in­kar­da­dır­sa, in­kar əda­tı­nı şərt əda­tı­na qa­baq qoy­a­raq tur­ma­sa Son­qur dey­i­lir.» Müəl­lif şərt əda­tın­dan so­nra iş­lə­nən şəxs şə­kil­çi­lə­ri­ni də nə­zər­dən ke­çir­miş­dir: «Əg­ər şərt bi­rinci şəx­sə aid­dir­sə, tursam urğ­ay­mən , ikin­ci şəx­sə aid isə tur­san urğ­ay­sən dey­i­lir». Şərt haq­qın­da bu ba­laca, la­kin çox dəy­ər­li mə­qa­lə­də şəxs şə­kil­çi­lə­ri­nin fel­də «xi­tab üçün» iş­lən­diyi qeyd edil­miş­dir. Bu o mə­na­da­dır ki, fel­də şəxs şə­kil­çi­lə­ri dəy­iş­dikcə kim­dən söh­bət get­diyi, ki­mə üz tu­tul­duğu da bili­nir: «Be­lə­lik­lə, « Hər gəl­dikcə sə­nə ik­ram edə­rəm» mə­na­sın­da Təy­mə gəl­dügüncə ağ­ır­lağ­a­mən sə­ni dey­i­lir. Təy­mə « hər» mə­na­sın­da, gəl­dü - ke­ç­miş za­man fe­li, axı­rın­da­kı k isə əla­və­dir. K hər­fin­dən so­nra­kı n xi­tab üçündür. Bi­rinci şəx­sin tə­kin­də bu n hər­fi­nin ye­ri­nə m gə­lir. Bu­na əsa­sən təy­mə gəl­dü­gümcə, gəld­ügünüzcə, gəldüklə­rincə, gəldükcə gəldü­gümüzcə deyi­lir. İkinci və bi­rinci şəxs üçün olan məz­kur əla­mət­lər k ilə çə ara­sın­da va­qe olur və fe­lin so­nun­da­kı -dükcə ərəb­cə­də­ki məh­ma mə­na­sı­nı ifa­də edir.» Müəl­lif gəld­ügüncə sözünün təh­li­li əsa­sın­da bir sı­ra dil fakt­la­rı­na müna­si­bə­ti­ni bil­dir­miş­dir: - di - ke­ç­miş za­man şə­kil­çi­si, k - əla­və (bi­tiş­di­rici sa­mit), in - xi­tab üçün (şəxs şə­kil­çi­si). - çə şə­kil­çi­si isə çağ sözünün ix­ti­sar şək­li­dir və türk­cə­də «za­man» mə­na­sı­nı ifa­də edir».

***

Qeyd et­diy­i­miz alim­lə­rin bu sa­həyə da­ir ta­ri­xi araş­dır­­ma­la­rı ol­sa da, on­la­rın heç bi­ri şərt əla­mə­ti­nin mo­no­­qra­fik təd­qi­qi ilə mə­şğ­ul ol­ma­mış, -sa,-sə şə­kil­çi­si, onun pra­for­ma və de­ri­vat­la­rı, ta­ri­xi in­ki­şaf yo­lu, müa­sir Azər­bayc­an di­li­nin qram­ma­tik qu­ru­lu­şun­da möv­qeyi ilk də­fə G.A.Ab­dul­lay­e­vanın «Azər­bayc­an di­lin­də -sa,-sə şə­kil­çi­si, onun qram­ma­tik və üslu­bi xüsu­siyy­ət­lə­ri» əsərində si­s­tem­li şə­kil­də təd­qiq edil­miş­dir.

Əsər gi­riş, üç fə­sil, nə­ticə və ədə­biyy­at­dan iba­rət­dir. Əsə­rin qu­ru­lu­şu, ye­ni­lik­lə­ri, nə­zə­ri və prak­tik əhə­miy­yə­ti, möv­zu­nun ak­tu­al­lığı, müəl­li­fin qar­şı­sın­da du­ran məq­səd və və­zi­fə­lər ba­rə­də qeyd­lər müəl­li­fin möv­zuya tam ay­dın nə­zər­lə ya­naş­dığ­ı­nı, təd­qi­qa­tı ha­ra­dan ba­ş­la­yıb ha­ra­da bi­ti­rəc­əy­i­ni ay­dın dərk et­diy­i­ni gö­s­tə­rir.

Şübhə­siz, -sa,-sə şə­kil­çi­si­nin ta­ri­xi in­ki­şaf yo­lu­nu, ge­ne­zi­si­ni, ke­çən iki min il ər­zin­də uğ­ra­dığı dəy­i­şik­lik­lə­ri, pra­for­ma və de­ri­vat­la­rı­nı, di­li­mi­zin (və qo­hum türk dil­lə­ri­nin) in­ki­şa­fı pro­se­sin­də daşıdığı əla­və və­zi­fə­lə­ri də­qiq­ləş­dir­mə­dən onun müa­sir dil­də lek­sik-mor­fo­lo­ji və sin­tak­tik xüsu­siyy­ət­lə­ri­ni araş­dır­maq bu şə­kil­çi­nin tarixi in­ki­şaf yo­lu ba­rə­də bit­kin və dürüst tə­səvvür əl­də et­məyə im­kan ver­məz­di. Ona gö­rə də müəl­lif düz­gün ola­raq əsə­rin ilk fəs­li­ni « -sa,-sə şə­kil­çi­si, onun pra­­for­ma və de­ri­vat­la­rı » ad­lan­dır­mış, əl­də olan ən qə­dim mən­bə­lər əsa­sın­da şə­kil­çi­nin in­ki­şaf yo­lu­nu ar­dı­cıl şə­kil­də iz­lə­miş­dir. Bu­nun üçün müəl­lif yal­nız dil ma­te­ri­a­lı­na - «Ki­ta­bi-Də­də Qor­qud»un, Or­xon-Ye­ni­sey abi­də­­lə­ri­nin, uyğ­ur ya­zı­la­rı­nın, Mah­mud Ka­şğ­a­ri­nin «Di­va­nü-lüğatit türk» ki­ta­bı­nın, Hə­sə­noğ­lu­dan bu tə­rə­fə bi­zim zən­gin klas­sik ədə­biyya­tın ver­diyi dil fakt­la­rı­na de­yil, həm də bir sı­ra qo­hum dil­lə­rin ma­te­ri­al­la­rı­na, şi­və­lə­ri­mi­zin lek­sik-mor­fo­lo­ji xüsu­siyy­ət­lə­ri­nə və ey­ni za­man­da, yu­xa­rı­da ad­la­rı­nı qeyd et­diy­i­miz say­sız türko­loq alim­lə­rin əsər­lə­ri­nə əsas­lan­mış­dır. «Tür­ko­lo­ji ədə­biy­yat­da mə­sə­lə­nin qoy­u­lu­şu», « -sa,-sə şə­kil­çi­si­nin pra­for­ma­sı haq­qın­da», «Şə­kil­çi­nin ge­ne­zi­si, de­ri­vat­la­rı və Azər­baycan di­lin­də in­ki­şaf yo­lu» böl­mə­lə­ri müəl­li­fin təd­qi­qat is­ti­qa­mə­ti­nin düzgün ol­duğ­u­nu gös­tə­rir, bu böl­mə­lər şə­kil­çi­nin in­ki­şaf yo­lu ba­rə­də ay­dın tə­əssürat ya­ra­dır. Müəl­lif mövc­ud müla­hi­zə­lə­ri və şəxsi müşa­hi­də­lə­ri­ni ümu­mi­ləş­di­rə­rək ya­zır: «Bu şə­kil­çi ( - sa,-sə şəkil­çi­si - Q.K .) omo­nim şə­kil­çi­lər­dən­dir: di­li­miz­də (və eləcə də dig­ər türk dil­lə­rin­də) həm lek­sik-sözdüzəl­dici şə­kil­çi ki­mi, həm də ümu­mi­ləş­miş şərt mə­na­sı ya­ra­dan qram­ma­tik şə­kil­çi ki­mi iş­lən­mək­də­dir. Ta­ri­xən də hər iki funk­siy­a­nı ye­ri­nə ye­ti­rib. Onu da qeyd etmə­liy­ik ki, -sa,-sə söz­dü­zəl­dic­i­lik va­si­tə­si ki­mi ta­ri­xən o qə­dər məh­sul­dar ol­ma­mış, məh­dud söz qru­pun­dan fel düzəlt­məyə xid­mət et­miş­dir. La­kin qram­ma­tik şə­kil­çi ki­mi da­im fə­al ol­muş və bu gün də öz in­ten­siv iş­lən­mə im­kan­la­rı ilə se­çi­lir.»

G.Ab­dul­lay­e­va qeyd edi­lən omo­nim şə­kil­çi­lə­rin mən­şəyi ba­rə­də fi­kir­lə­ri ümu­mi­ləşdi­rə­rək on­la­rın ara­sın­da tə­sa­düfi-ta­ri­xi uyğ­un­luq ya­ran­mış ol­duğu, lek­sik və qram­ma­tik şə­kil­çi­lə­rin baş­qa-baş­qa mən­şə­dən tö­rə­diyi qə­na­ə­tin­də­dir: «Lek­sik və qram­ma­tik - sa,-sə şə­kil­çi­lə­ri­nin mən­şəyi də fər­q­li­dir. Qram­ma­tik (şərt mə­na­lı) -sa,-sə şə­kil­çi­si ta­ri­xən - sar,-sər şə­kil­çi­sin­dən -r ünsü­rünün düş­mə­si ilə əmə­lə gəl­miş­dir. Lek­sik (sözdüzəl­dici) -sa,-sə şə­kil­çi­si­nin isə türko­loq­lar tə­rə­fin­dən is­tə­mək, ar­zu­la­maq mə­na­lı «sa» fe­lin­dən ya­ran­dığı gö­s­tə­ri­lir». Biz­cə, müəl­li­fin bu qə­na­ti də doğ­ru­dur ki, «lek­sik - sı,-si,-su, -sü şə­kil­çi­si lek­sik - sa,-sə şə­kil­çi­si­nin qa­­pa­lı sa­it­li va­ri­an­tı­dır». «Lek­sik - sa,-sə şə­kil­çi­si­nin pra­for­ma­sı «sa» fe­li, si­no­ni­mi -sı,-si,-su, -sü şə­kil­çi­si, de­ri­vat­la­rı -saq, -ım­sa, -sın, -sı­ra və s.-dir».

Hə­lə ilk fə­sil­də müəyy­ən edil­miş­dir ki, fe­lin şərt şək­li­ni əmə­lə gə­ti­rən -sa,-sə ilə fel şə­kil­lə­ri­nin şər­ti­ni ya­ra­dan -sa,-sə (isə) mahiyy­ətcə bir kök­dən ol­sa da, fərq­li in­ki­şaf yo­lu ke­ç­miş­dir və bun­lar­dan bi­rinc­i­si da­ha qə­dim­dir - fel əsa­sı ilə bağ­lı­dır; isə mo­dal his­sə­ciy­i­nin ix­ti­sa­rı - sa, -sə s an­ki bu şə­kil­çi­ni ge­niş are­naya çı­xar­maq, onu fel for­ma­la­rın­dan əla­və, həm də ad­lar­la bağ­la­maq üçün ya­ran­mış­dır. Ad­lar­la əla­qə pro­se­sin­də isə həm də təd­ric­ən bağ­lay­ıcı­laş­mış­dır- bə­zən da, də bağ­la­yıc­ı­sı­nın, bə­zən am­ma bağ­­lay­ıc­ı­sı­nın sino­ni­mi ki­mi ta­be­siz mürək­kəb cümlə­lə­rin tə­rə­f­lə­ri­ni əla­qə­lən­di­rir.

Bu vax­ta qə­dər di­li­mi­zin mor­fo­lo­ji qu­ru­lu­şun­dan bəhs edən əsər­lər­də də fe­lin şərt şək­li ilə fel şə­kil­lə­ri­nin şər­ti az-çox fər­q­lən­di­ril­miş­dir. La­kin ilk də­fə ola­raq bu əsər­də fe­lin şərt şək­li ilə fel şə­kil­lə­ri­nin şər­ti­nin ox­şar və fər­q­li cə­hət­lə­ri si­s­tem­li şə­kil­də öy­rə­nil­miş­dir. Bun­la­rın hər iki­si­nin ar­tı­rıl­dığı söz­lər bu­daq cümlə­nin ası­lı xə­bə­ri olur, hər iki­si müx­tə­lif bu­daq cümlə növ­lə­ri­nin baş cümləyə bağ­lan­ma­sı­na xid­mət edir, hər iki­si ə g­ər, hə­rg­ah bağ­la­yıcı söz­lə­ri ilə bi­rgə iş­lə­nə bi­lir, hər iki­sin­də şərt mə­na­sı üstünlük təş­kil edir. La­kin bun­la­rın əsas­lı fər­q­lə­ri də var­dır və hə­min fər­q­lər on­la­rı ey­ni­ləş­dir­məyə im­kan ver­mir. Əbu Həyy­a­nın vax­ti­lə müəyy­ən­ləş­dir­diyi cə­hət - şərt şək­li­nin əla­mə­tin­dən əv­vəl fel əsa­sı­na di­g­ər şə­kil­çi­lə­rin əla­və olu­na bil­mə­mə­si (tə­sir­lik, növ, in­kar­lıq şə­kil­çi­lə­rin­dən baş­qa) müa­sir dil­də də öz hökmünü sax­la­maq­da­dır. La­kin fel şə­kil­lə­ri­nin şər­ti­ni bil­di­rən -sa,-sə şə­kil­çi­sin­dən ( isə his­səc­iy­in­dən) əv­vəl za­man, şəxs şə­kil­çi­lə­ri, hət­ta idi, imiş kö­mək­çi söz­lə­ri­nin ix­ti­sa­rı da iş­lə­nə bi­lir: yaz-ır-am-sa, yaz-ır-dı-m-sa, yaz-ır-mış-am-sa və s. Bun­la­rın in­ka­rı da fərq­li qu­ru­lur: bi­rinci hal­da (şərt şək­lin­də) - ma,-mə şə­kil­çi­sin­dən ( gəl-sə-m - gəl-mə-sə-m ), ikinci hal­da (şə­kil­lə­rin şər­tin­də) həm -ma,-mə- dən, həm də dey­il kö­mək­çi sözündən ( yaz­ma­ma­lıyamsa , yaz­ma­lı dey­i­ləm­sə ) is­ti­fa­də edi­lir. Bi­rinci hal­da sırf şərt məz­mu­nu ifa­də edi­lir, ikinci hal­da vac­ib­lik, la­zım­lı­lıq, za­man key­fiyy­ət­lə­ri də şərt məz­mu­nu­na qa­rı­şır. Qeyd et­di­yi­miz ki­mi, bi­rinci hal­da -sa,-sə fel­lər­lə məh­dud­la­şır, isə və onun ix­ti­sa­rı fel­lər­lə ya­na­şı, ad­lar­la da iş­lə­nir.

Hər iki hal­da -sa,-sə şə­kil­çi­si fel­lə­rə ar­tı­rıl­dıq­da adə­tən şərt qarı­şıq gə­ləc­ək za­man mə­na­sı ifa­də edir, la­kin mətn da­xi­lin­də baş­qa vasi­tə­lə­rin iş­ti­ra­kı ilə ha­di­sə­lə­ri in­di­ki və ke­ç­miş za­man­la da bağ­laya bi­lir.

Şə­kil­çi­nin lek­sik omo­ni­mi - ad­lar­dan fel düzəl­dən -sa,-sə şə­kil­çi­si müa­sir di­lim­iz­də cə­mi bir ne­çə söz­də özünü gös­tərir. Müəl­lif şəkil­­çi­nin qa­pa­lı sa­it­li va­ri­an­tı əsa­sın­da di­li­miz­də ta­ri­xən um­su(n)maq, ağ­lam-sı(n)maq, yam-sı(la)maq, qax-sı­maq, tam-sı(n)­maq, qar-sı­maq, qu­raq-sı­maq, çiy-si­mək,əf-si­mək, diysi(n)mək ki­mi xey­li sözün ya­ran­mış ol­duğ­u­nu müəyy­ən­ləş­dir­mişdir. -sa,-sə va­r­i­an­tı əsa­sın­da da şi­və ça­lar­lı bir sı­ra söz­lər ya­ran­mış­dır: ov-sa­maq, qay-sa­maq, yem-sə­mək, ax-sa­maq, ye­lin-sə­mək, küp-sə­mək və s.- mü­asir dil­də bun­la­rın bir ço­xu­nu kök və şə­kil­çiyə ay­ır­maq ol­mur. Kim­sə, heç kim­sə, nə­sə, yox­sa tip­li əvəz­lik və bağ­lay­ıc­ı­la­rın ya­ran­ma­sı da bu şə­kil­çi­nin ümu­mi və qey­ri-müəyy­ən şərt ça­la­rı­nın sax­lan­ma­sı ilə mümkün ol­muş­dur.

Əsər­də şə­kil­çi­nin mi­nil­lik­lər boyu in­ki­şaf pro­se­sin­də baş­qa ka­te­qo­riy­a­la­ra xid­mə­ti­nə də diq­qət ye­ti­ril­miş­dir. Ta­rix boyu bə­zən - sa, -sə bir sı­ra şə­kil­lə­rin yükü­nü öz üzə­ri­nə götürmüş, bə­zən də onun yükünü baş­qa şə­kil­lər da­şı­mış­dır, - bun­la­rın qa­lıq­la­rı ha­zır­da üslu­bi mə­qam ki­mi öy­rə­ni­lir. Müəl­lif mor­fo­lo­ji xüsu­siyy­ət­lər­dən da­nı­şar­kən şərt şə­kil­çi­si­nin üslu­bi-si­no­nim­lik im­kan­la­rı­nı da unut­ma­mış­dır.

Fe­lin şərt şək­li­ni və fel şə­kil­lə­ri­nin şər­ti­ni əmə­­­lə gə­ti­rən -sa, -sə şə­kil­çi­si zə­ng­in və rə­ng­a­rə­ng sin­tak­tik funk­siy­a­lar ye­ri­nə ye­ti­rir. Mürək­kəb cümlə sin­tak­si­si­nin for­ma­laş­ma­sın­da - «bu­daq cüm­­lə + baş cümlə» qu­ru­lu­ş­lu ta­be­li mürək­kəb cüm­lə­lə­rin tə­şək­kü­lündə bu şə­kil­çi­lə­rin mi­sil­siz ro­lu var­dır.

Ha­zır­kı dövr­də sa­də qu­ru­lu­ş­lu mürək­kəb cümlə­lər iki qu­ru­luş ti­pi - «baş cümlə + bu­daq cümlə» və ək­si­nə, «bu­daq cümlə + baş cümlə» qu­ru­lu­şu ilə səc­iyy­ə­lə­nir. İkinci tip bu­daq cümlə­lər türk dil­lə­ri­nin tə­bi­ə­ti­nə da­ha uyğ­un, mil­li və qə­dim he­sab olu­nur. Hə­min ti­pi for­ma­laş­dı­ran əsas va­si­tə­lər bağ­lay­ıcı söz­lər, ki, da, be­lə ədat­la­rı, in­to­na­siya və - sa, -sə şə­kil­çi­si­dir. Bağ­lay­ıcı söz bu tip­də əsas va­si­tə­dir. Ədat­lar­la -sa,-sə şə­kil­çi­si növ­bə­li iş­lə­nir. Ey­ni cüm­lə­də bağ­layıcı sözün, əda­tın və -sa,-sə şə­kil­çi­si­nin iş­lən­mə­si nit­qi ağ­ır­laş­dı­rır, ona gö­rə də adə­tən ya ədat, ya da - sa, -sə ix­ti­sar edi­lir. Mə­sə­lən:

Hər kim bir buğ­da boyu ad­dım at­dı, o, azad olac­aq.

(bağ­lay­ıcı söz və in­to­na­siya)

Hər kim ki bir buğ­da boyu ad­dım at­dı, o, azad olac­aq.

(bağ­lay­ıcı söz, ədat və in­to­na­siya)

Hər kim bir buğ­da boyu ad­dım at­ sa , o, azad olac­aq.

(bağ­lay­ıcı söz , -sa, in­to­na­siya)

Bağ­lay­ıcı va­si­tə­lə­rin ha­mı­sı­nın iş­ti­rak et­diyi aşağ­ı­da­kı for­ma da mümkündür:

Hər kim ki bir buğ­da boyu ad­dım at­ sa , o, azad olac­aq.

(bağ­lay­ıcı söz, ədat , - sa , in­to­na­siya)

Nümu­nə­lər­dən göründüyü ki­mi, va­si­tə­lə­rin sayı art­dıq­ca cüm­lə­nin tə­ləffüzü ağ­ır­la­şır, ona gö­rə də şi­fa­hi nitq­də bağ­lay­ıcı söz qalmaq­­la, di­g­ər va­si­tə­lər növ­bə­lə­şir. Bu struk­tur­da -sa şə­kil­çi­si­nin hə­də­fi bağ­lay­ıcı söz dey­il , ki əda­tı­dır.

Baş­qa va­ri­ant­da da -sa,-sə şə­kil­çi­si ədat­lar­la növ­bə­lə­şə bi­lir:

Ko­roğ­lu nə qə­dər ça­lış­dı, Də­mir­çi­oğ­lu­nu ba­şın­dan aşı­ra bil­mə­di.

Ko­roğ­lu nə qə­dər ça­lış­dı­ sa, Də­mir­çi­oğ­lu­nu ba­şın­dan aşı­ra bil­mə­di.

Ko­roğ­lu nə qə­d ər ça­lış­dı­ sa da , Də­mir­çi­oğ­lu­nu ba­şın­dan aşı­ra bil­mə­di.

Ko­roğ­lu nə qə­dər ça­lış­dı­ sa da be­lə , Də­mir­çi­oğ­lu­nu ba­şın­dan aşı­ra bil­mə­di.

Bi­rinci mi­sal­da bu­daq cümlə baş cümləyə bağ­lay­ıcı söz və in­to­na­siya ilə, ikinci cümlə­də bağ­lay­ıcı söz, -sa şə­kil­çi­si və in­to­na­siya ilə, üçüncü mi­sal­da bağ­lay­ıcı söz, -sa şə­kil­çi­si, da əda­tı və in­to­na­siya ilə bağ­lan­mış, dör­düncü cümlə­də bun­la­ra be­lə əda­tı da əla­və olun­muş­dur. Bu qə­dər bağ­lay­ıcı va­si­tə­nin bir ye­rə to­plan­ma­sı son cümlə­ni ağ­ır­laş­dır­mış­dır. La­kin nə yu­xa­rı­da­kı cümlə­də, nə də bu son cümlə­də bağ­lay­ıcı va­si­tə­lə­rin ar­tıb-azal­ma­sı bu­daq cümlə­nin növünə tə­sir edə bil­mə­miş­dir. Çünki bu­daq cümlə­nin növü baş cümləyə əsasən müəyy­ən­lə­şir. Bi­rinci mi­sa­lın baş cümlə­sin­də qar­şı­lıq bil­di­rən «o» sö­zü hə­min cüm­lə­lə­rin mübtə­da bu­daq cümlə­li ta­be­li mürək­kəb cümlə ki­mi for­ma­laş­ma­sı­na sə­bəb ol­muş­dur. İkinci mi­sal­da isə bu­daq cümlə­lər bütün hal­lar­da baş cüm­lə ilə qar­şı­laş­dır­ma mü­na­si­bə­tin­də­dir.

Ta­be­li mürək­kəb cümlə struk­tu­ru­nun bütöv bir layı qeyd et­diy­i­miz qu­ru­luş əsa­sın­da for­ma­la­şır. -sa,-sə şə­kil­çi­si bu struk­tur­da bütün bu­daq cümlə­lə­rin baş cümləyə bağ­lan­ma­sı­na xid­mət edir. -sa,-sə şə­kil­çi­si­nin bu sa­hə­də fun­k­siy­a­sı­nı öy­rən­mək­lə biz bu­daq cümlə növlə­ri­nin for­ma­laş­dığı iki struk­tur­dan bi­ri­ni tam şə­kil­də öy­rən­miş olu­ruq. Elə bu­na gö­rə də G.Ab­dul­lay­e­va əsə­ri­nin son fəs­li­ni şə­kil­çi­nin sin­tak­tik funk­siy­a­sı­na - «bu­daq cümlə + baş cümlə» qu­ru­lu­ş­lu ta­be­li mürək­kəb cümlə­lə­rin təd­qi­qi­nə həsr et­miş­dir. Fi­k­ri­ni ay­dın mo­del­lər­lə əsas­lan­dı­ran müəl­lif qa­rı­şıq tip­li mürək­kəb cümlə kompo­nent­lə­ri­nin əla­qə­lən­mə­sin­də - sa,-sə şə­kil­çi­si­nin ro­lu­nu da unut­ma­mış­dır. Əsər­də hər bir mə­sə­lə zə­ng­in fakt­lar və nümu­nə­lər­lə əsas­lan­dı­rıl­mış, ye­ri gəl­dikcə qo­hum dil­lər­lə zə­ru­ri müqa­yi­sə­lər apa­rıl­mış­dır.

Di­li­mi­zin ta­ri­xi­nin, müa­sir di­lin qu­ru­lu­şu­nun öyrə­nil­mə­sin­də bu əsə­rin fay­da­lı olac­ağ­ı­na söz yox­dur. Türk dil­lə­ri­nin müqay­i­sə­li qram­ma­ti­ka­sı­nın ya­ra­dıl­ma­sın­da, ix­ti­sas kur­sla­rı və se­mi­nar­la­rı­nın təş­ki­li və tə­d­ri­sin­də də bu əsər­dən ge­niş is­ti­fa­də olu­na bi­lər. Əsə­r müəl­li­fin el­mi mən­bə­lə­rə yax­şı bə­ləd ol­duğ­u­nu gö­s­tə­rir.

***

Gü­la­rə Ab­du­rah­man qı­zı Ab­dul­lay­e­va 1970-ci il­də Şə­ki­nin Qox­­muq kən­din­də doğ­ul­muş­dur. 1987-ci il­də or­ta mək­tə­bi, 1992-ci il­də N.Tu­si adı­na Pe­da­qo­ji Uni­ver­si­te­tin fi­lo­lo­g­iya fakültə­si­ni fərqlənmə diplomu ilə bi­­tir­miş­dir. Təy­i­nat­la Şə­ki­yə qay­ı­dıb or­ta mək­təb­də dil və ədə­biyy­at müəl­li­mi və­zi­fə­sin­də işə ba­ş­la­sa da, fi­lo­lo­g­iya fakültə­si­nin ən nümu­nə­vi mə­zu­nu ki­mi, uni­ver­si­te­ti bi­tir­diyi ilin okty­a­b­rında bu sə­tir­lərin müəl­li­fi tə­rə­fin­dən as­pi­ran­tu­raya də­vət edil­miş, 1992-1995-ci il­lər­də Pe­da­qo­ji Uni­ver­si­te­tin müa­sir Azər­bayc­an dili ka­fe­d­ra­sı­nın as­pi­ran­tı ol­muş­dur. 1995-ci il­dən M.Ə.Rə­sul­za­də adı­na Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin Şə­ki fi­li­a­lın­da baş müəl­lim və­zi­fə­sin­də iş­ləy­ir. Bir sı­ra mə­qa­lə və te­zis­lə­rin müəl­li­fi­dir. «Azər­bayc­an di­lin­də -sa,-sə şə­kil­çi­si, onun qram­ma­tik və üslu­bi xüsu­siyy­ət­lə­ri» ki­ta­bı onun ilk ki­­ta­bı­dır.

Gü­la­rə tə­lə­bə­lə­ri­nin se­vim­­li­si­dir. İna­nı­rıq ki, o, ya­ra­dıc­ı­lığ­ı­nı da­vam et­di­rəc­ək, ye­ni əsər­lə­ri ilə tə­lə­bə­lə­ri­ni se­vin­di­rə­cək­dir.

15.04.2000

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az