BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

MƏTN DİLÇİLİYİNİN AKTUAL

PRO­BLEM­LƏ­Rİ

 

Qə­ni­rə Mu­sa qı­zı Bəy­za­də qə­f­lə­tən özünün iki cild­lik «Mətn sin­tak­si­si­nin pro­blem­lə­ri­nə bir nə­zər» (Ba­kı, Pa­tro­nat, 1999,1264 səh.) əsə­ri ilə dil­çi­lik alə­min­də pey­da ol­du. «Qə­f­lə­tən» dey­ən­də hə­lə bu ki­tab­la­rı gör­mə­miş, bir ne­çə il əv­vəl te­le­vi­ziya, ra­dio və mət­bu­at vasi­tə­si­lə bir dil­çi xa­nı­mın 400 müəl­lif və­rə­qi həc­min­də 5 cild­lik əsə­ri ol­duğu ba­rə­də tə­əccüb və hey­rət­lə mə­lu­mat al­mış­dıq. Kim­dir bu xa­nım? Dil­çi­lik alə­min­də ta­nın­may­an bir şəxs bir­dən-bi­rə bu qədər əsə­ri necə ya­za bi­lib?

Yal­nız bu ya­xın­lar­da müəl­lif və onun iki cild­lik əsə­ri ilə ta­nış ola bil­dik və işin ma­hiyy­ə­tin­dən xə­bər tut­duq.

Mə­lum ol­du ki, Q.Bəy­za­də 400 müəl­lif və­rə­qi həc­min­də 5 ki­ta­bı (de­mə­li, hər bi­ri 80 m.v.) ix­ti­sar edib və bi­rin­ci­si 50, ikinc­i­si 20 müəl­lif və­rə­qi həc­min­də olan iki ki­ta­ba sığ­ış­dır­ma­lı olub.

Ki­tab­la­rın həc­mi böyük ola bi­lər­di. Çün­ki müəl­li­fin təd­qi­qat oby­ek­ti səs, söz, söz bir­ləş­mə­si de­yil, hət­ta cümlə, mürək­kəb cümlə də dey­il, mətndir. Mət­nin struk­tur-sin­tak­tik xüsu­siyy­ət­lə­ri­ni öy­rən­mək üçün iri nü­mu­nə­lə­rə eh­tiy­ac olur, həm də hər bir kon­kret məsə­lə­nin iza­hı üçün çox və rə­ng­a­rə­ng nümu­nə­lər ver­mək la­zım gə­lir. La­kin ki­tab­lar­la ta­nı­ş­lıq nə­tic­ə­sin­də ay­dın ol­du ki, əsər yax­şı re­dak­tə olun­say­dı, bi­rinci ki­ta­bın özünü 25-30 m.v. həc­min­də oxun­ma­lı, fay­da­lı və məz­mun­lu bir ki­ta­ba çe­vir­mək olar­dı.

Av­ro­pa və rus dil­çi­liy­in­də mətn sin­tak­si­si ilə ke­çən əsrdən mə­ş­ğ­ul olur­lar. Bi­zim dil­çi­lik­də isə bu sa­hə çox ca­van­dır. Hə­lə də ali və or­ta mək­təb dər­slik­lə­ri­miz­də bu sa­hə ilə bağ­lı mə­lu­mat cüzi­dir və ya yox də­rəc­ə­sin­də­dir. Dil­çi­liy­i­miz­də mətn sin­tak­si­si ilə az-çox Ə.Xə­li­lov, K.Ab­dul­lay­ev, K.Və­liy­ev, F.Əli­za­də və bi­zim iki as­pi­ran­tı­mız - Ə. Ab­dul­lay­ev və N.No­v­ru­zo­va məş­ğul ol­mu­ş­lar. La­­kin Qə­ni­rə Mu­sa qı­zı bun­la­rın ha­mı­sın­dan fər­q­li ola­raq, pro­ble­mi bütün əha­tə da­i­rə­si ilə bi­rgə ağ­ır və zəhm­li bir iş ki­mi or­taya çı­xar­mağa ça­lış­mış­dır.

I ki­ta­bın ilk fəs­li «Mətnda­xi­li va­hid­lər və mət­nin mə­na növ­lə­ri pro­ble­mi» ad­la­nır. Müəl­lif mə­sə­lə­ni düz qo­yur - bu­ra­dan ba­ş­la­maq la­zım idi - mətn, onun qu­ru­lu­şu, da­xi­li va­hid­lə­ri, mə­na­sı, mə­na növlə­ri pro­blem­lə­ri­ni araş­dır­ma­dan di­g­ər mə­sə­lə­lə­ri ni­za­ma sal­maq qey­ri-müm­kün olar­dı. Ona gö­rə də müəl­lif ki­ta­bın böyük bir his­sə­si­ni (ön söz­lə bir­lik­də 120 sə­hi­fə) bu mə­sə­ləyə həsr et­miş­dir.

Müəl­lif ilk növ­bə­də sin­tak­tik bütövü ona ya­xın olan dil ha­di­sə­lə­rin­dən fər­q­lən­dir­məyə ça­lış­mış­dır. Bu cə­hət­dən sin­tak­tik bütöv­lə pe­ri­o­dun əla­qə­si ma­raq­lı­dır. Təd­qi­qat­dan be­lə bir qə­na­ət ha­sil olur ki, sin­tak­tik bü­töv­­lər pe­ri­o­du da öz da­xi­li­nə ala bi­lir; bun­lar ma­hiy­yət eti­ba­ri­lə ya­xın­dır, la­kin pe­ri­od da­i­rə­vi qa­pan­ma ilə sin­tak­tik bütöv­lər­dən fər­q­lə­nir, be­lə ki sin­tak­tik bütöv «yal­nız bir uc­dan düyün nöq­tə­si vur­maq­la di­g­ər uc nöq­tə­dən açıq şə­kil­də mətn kom­po­nent­lə­ri ilə əla­qə­lə­nir.»

Onu da qeyd edək ki, ye­ni sa­hə ol­duğu üçün bi­zim dil­çi­lik­də mətn sin­tak­si­si ilə bağ­lı bir sı­ra ter­min­lər hə­lə də də­qiq­ləş­di­ril­mə­miş­dir. «Sin­tak­tik bütöv­lər», «mü­rək­­kəb sin­tak­tik bütöv­lər» və s. kimi si­no­nim ter­min­lər­dən is­ti­fa­də olu­nur. Cümlə var - mürək­kəb cümlə var. Bu­na mü­va­fiq ola­raq, sin­tak­tik bütöv var və mürək­kəb sin­tak­tik bü­töv var - bu so­nuncu bir ne­çə sin­tak­tik bütövü eh­ti­va edir. Q.Bəy­za­də mətn va­hi­di ki­mi ək­sə­rən «sin­tak­tik bütöv» ter­mi­nin­dən is­ti­fa­də et­mək­lə düzgün möv­qe tut­muş­dur.

Müəl­li­fin fi­k­rincə, mətn va­hid­lə­rin­dən say­ı­lan fra­za­föv­qi va­hid­lə­rin va­hid və sa­bit qu­ru­lu­şu yox­dur; «Fra­za­föv­qi va­hid dil ya­ru­su­nun bütöv qat­la­rı­nın ifa­də va­si­tə­si ol­maq­la «gə­zə­rgi va­hid» du­ru­mu ilə mətn­da­xi­li va­hid sə­viyy­ə­sin­də çı­xı­şı mütləq­dir və eks­­t­ra­linq­vi­s­tik va­hid­lə­ri də eh­ti­va et­mə­si­nə gö­rə di­g­ər v­a­hid­lər fövqündə dur­maq qa­bi­liyy­ə­tin­də­dir». Müəl­lif əmin­dir ki, o, fra­za­föv­qi va­hid­lə­ri ta­ma­mi­lə ye­ni key­fiy­yət­li va­hid ki­mi ilk də­fə qey­diyy­at­dan ke­çi­rir. Ona gö­rə bu va­hi­di «gə­zər­gi va­hid» ad­lan­dı­rır ki, bu­nun sa­bit nitq va­hi­di for­ma­sı yox­dur; fo­nem şək­lin­də də çı­xış edə bi­lər, mor­fem, lek­sem, söz bir­ləş­mə­si, cümlə, hət­ta sin­tak­tik bütöv şək­lin­də də. Anla­şıl­maz­lıq da elə bu­ra­dan irə­li gə­lir. Dey­ə­sən, bu­ra­da nə­sə qa­rı­şır. Fra­za­föv­qi va­hid di­g­ər va­hid­lər fövqündə dur­maq­la ha­mı­sın­dan fər­q­lən­mə­li­dir. Bu, ar­tıq mət­nin qu­rul­ma tex­ni­ka­sı dey­il, mən­ti­qi vur­ğu və se­man­tik yüksə­li­ş­lə bağ­lı mə­sə­lə­dir, mət­nin se­man­tik özəyi mətn pro­qres­siy­a­sı­na im­kan ya­ra­dan se­man­tik gücdür, ener­ji­dir. Odur ki bu­nu mət­nin da­xi­li va­hid­lə­ri sı­ra­sı­na da­xil et­mək şübhə doğ­u­rur. Bir fo­nem­dən, bir mor­fem və ya lek­sem­dən iba­rət va­hi­di mətn va­hi­di ad­lan­dır­maq nə də­rəcə doğ­ru olar? Müəl­li­fin bu sa­hə­də­ki izah­la­rı mü­cər­rəd­dir.

«Mətn sin­tak­si­si­nin hər­tə­rə­f­li təd­qi­qi tə­ləb edir ki, mət­nin mə­na növ­lə­ri­nin araş­dı­rıl­ma­sı re­al fakt­lar­la əsas­lan­dı­rıl­mış ol­sun». Ta­ma­mi­lə doğ­ru fi­kir­dir. Odur ki mü­əl­lif mət­nin da­xi­li mə­na növ­lə­ri­ni araş­dır­mış və 26 müxtə­lif mə­na növü müəyy­ən­ləş­dir­miş­dir. Fi­kir­lə­ri­miz, düşüncə­lə­ri­miz qə­dər rə­ng­a­rə­ng və al-əl­van olan mətnlər, o cümlə­dən bə­dii mətnlər be­lə bir dar təs­ni­fat çər­çi­və­si­nə sığ­a­sı deyil. Baş­qa bö­lgü­lə­rin­dən fər­q­li ola­raq, müəl­lif bu­ra­da heç «və s.» sözünü də iş­lət­mə­miş­dir. Ve­ril­miş mətn növ­lə­ri­nin bir ne­çə­si­nə diq­qət ye­ti­rək: müqəd­di­mə mətnlər, ri­to­rik mətnlər, təs­vi­ri mətn­lər, nə­ticə mətnlər, bö­lgülü mətn­lər, şəx­si mətnlər və s. Böl­­gü­də vahid prin­sip yox­dur. Müqəd­di­mə mətnlər mət­nin nə məq­səd­lə qu­rul­ma­sı, rito­rik mətnlər mət­nin han­sı üsul­la qu­rul­ma­sı, «şəx­si mətnlər» isə mət­nin tər­kib ele­ment­lə­ri ilə bağ­lı­dır və bö­lgü­də va­hid prin­sip yox­dur.

Müəl­lif ya­zır: «Fra­za­föv­qi va­hi­din tə­zahürü fo­nem­dən tut­muş ta mürək­kəb mət­nə qə­dər baş alıb ge­dir, da­ha doğ­ru­su, bu o de­mək­dir ki, bu va­hid dil ya­ru­su­nun bütün qat­la­rı­nın alt qa­tı­nı təş­kil et­mək­lə dil­çi­lik təd­qi­qa­tı­nın hər­tə­rə­f­li­liy­i­ni tə­min et­mək niyy­ə­ti­ni güdür». Mü­əl­lif öz sö­zünü ay­dın dey­ir: de­mə­li, fra­za­föv­qi va­hid­lər bü­tün dil ya­rus­la­rı­na aid­dir, la­kin bi­la­va­si­tə on­la­rın özünə, görü­nən tə­rə­fi­nə dey­il, «alt qa­tı­na» aid­dir. Bu o de­mək­dir ki, fra­za­föv­qi va­hid­lər fi­kir özəyi, fi­kir nüvə­si­dir və mətn bun­la­rın üzə­rin­də, bun­la­rın əsa­sın­da qu­ru­lur. De­mə­li, fra­za­föv­qi va­hid mət­nin se­man­tik təş­ki­lin­də əsas amil­dir, yə­ni mətn bu­na əsa­sən qu­ru­lur. Müəl­lif özü də de­yir: «Və onu da əla­və et­məyi la­zım bi­li­rik ki, biz fra­za­föv­qi va­hi­din «təş­ki­le­dic­i­lik» ki­mi bir funk­siya­sı­nı qa­bar­da­raq özünü mətn ya­ra­dıc­ı­sı ki­mi, hət­ta si­s­tem ya­ra­dıc­ı­sı ki­mi təq­dim et­mək­dən çə­kin­mə­məyi qar­şı­mı­za məq­səd qoy­mu­şuq».

De­mək, fra­za­föv­qi va­hid ay­ı­rar­kən müəl­lif mət­nin se­man­tik özəy­i­ni nə­zər­də tu­tur. V.S.Yur­çen­ko­nun de­diyi bir fi­k­ri xa­tır­la­saq - «Tə­fəkkür va­hi­di hökm, dil va­hi­di cüm­lə, nitq va­hi­di isə mə­lum­dur ki, fra­za ad­la­nır», - on­da mə­sə­ləyə ay­dın­lıq gə­tir­mək olar: nitq vahi­di fra­za­dır. Fra­za bir sə­s­dən, mor­fem­dən, bir lek­sem­dən, sin­taqm­dan, söy­ləm­dən də iba­rət ola bi­lər. Da­ha bu fra­za tək­lik­də sin­tak­tik bütöv­dən iba­rət ola bil­məz. Əs­lin­də, ola bi­lər. Am­ma bun­lar sa­dəcə fra­za­lar yığ­ı­nı olar, fra­za­föv­qi va­hid ol­maz. «Fra­za­föv­qi» sözünün isə ilk an­la­şı­lan mə­na­sı o de­mək­dir ki, o, se­man­tik tu­tu­mu­na gö­rə mətndə olan bütün fra­za­la­rın fövqündə ol­ma­lı­dır. Pe­ri­od, sin­tak­tik bütöv, bütöv mətn bu cür bütün fra­za­la­rın fövqündə daya­nan fra­za­lar­dan iba­rət ola bil­məz. Bəl­kə də, ola bi­lər, la­kin o, bir fra­za­föv­qi va­hid­dən yox, fra­za­föv­qi va­hid­lər sil­si­lə­sin­dən, top­lu­sun­dan iba­rət ola bi­lər.

Ki­ta­bın III fəs­li «Mətn kom­po­nent­lə­ri» ad­la­nır. Prin­sip eti­ba­ri­lə fəs­lin qoy­u­lu­şu doğ­ru­dur. Müəl­lif əv­vəlcə mətn və onun da­xi­li va­hid­­lə­rin­dən, mət­nin se­man­tik növ­lə­rin­dən ba­ş­la­mış, so­nra mət­nin qu­rul­­ma­sın­da mühüm se­man­tik gücə ma­lik olan fra­za­föv­qi va­hid­lər­dən (II fəsil) bəhs et­miş və nə­hay­ət, mət­nin kom­po­nent­lə­ri ba­rə­də araş­dır­ma­lar apar­mış­dır.

Biz adə­tən «kom­po­nent» de­dik­də bir va­hi­din iki qüt­bü­nü, iki tə­rə­fi­ni nə­zər­də tu­tu­ruq: söz bir­ləş­mə­si­nin kom­po­nent­lə­ri, mü­rək­kəb cümlə­nin kom­po­nent­lə­ri. Am­ma bu da var ki, mürək­kəb cümlə iki­dən ar­tıq kom­po­nent­dən də iba­rət ola bi­lir. Mətn dil­çi­liy­in­də isə mət­nin bit­kin fa­si­lə ilə ay­rı­lan da­xi­li tər­kib his­sə­lə­ri - cümlə (söy­ləm­lər) onun kom­po­nent­lə­ri say­ı­lır.

Mə­lum­dur ki, mətn kom­po­nen­ti olan hər bir cümlə ay­rı­lıq­da da müəyy­ən mə­na ifa­də edir. La­kin mətn da­xi­lin­də cümlə­nin mə­na­sı da­ha do­lğun, da­ha ay­dın və kon­kret olur. Cümlə­nin av­to­se­man­tik və sin­se­man­tik xüsu­siyy­ət­lə­ri var­dır ki, bun­lar­dan ikinc­i­si onu mət­nin di­g­ər cümlə­lə­ri ilə əla­qə­lən­di­rir. Sin­se­man­tik xüsu­siyy­ət o de­mək­dir ki, cümlə­nin mə­na­sı kon­tek­s­tin kö­məyi ilə açı­lır. Cümlə fo­nem­dən ba­ş­la­mış mət­nə qə­dər bütün dil si­s­te­mi­nə xid­mət edir.

Mət­nin kom­po­nent­lə­ri cümlə­lər­dir və cümlə­lər mətn da­xi­lin­də bir-bi­ri ilə müxtə­lif cə­hət­dən bağ­lı olur. Söz, söz bir­ləş­mə­si cümlə üçün, cümlə isə mətn üçün ti­kin­ti ma­te­ri­al­ıdır. La­kin mət­nin cümlə­lə­ri də ey­ni­mə­na­lı ol­mur. Mət­nin əv­vəlində gə­lən cüm­lə ilə mətn da­xi­lin­də olan cümlə­lər fər­q­li sə­ciyy­əyə ma­lik olur. Mət­nin əv­və­lin­də gə­lən cümlə­lər mətn da­xi­lin­dəki cümlə­lər­dən xey­li müstə­qil olur. Bi­rin­ci­lə­rin mətndən ası­lı­lığı bir­tə­rə­f­li­dir.

Müəl­lif bu nöq­tə­də söy­lə­mə də müna­si­bət bil­di­rir, in­to­­na­siya və si­tu­a­siy­a­nın söy­lə­min for­ma­laş­ma­sın­da mü­hüm ro­lu ol­duğ­u­nu gö­s­tə­rir, cümlə­nin söy­ləm şək­lin­də kon­­kret məz­mun, də­qiq mə­na al­dığ­ı­nı qeyd edir.

Əsə­rin bu fəs­lin­də cümlə mət­­nin mə­na­sı­nın açıl­ma­sın­da ro­lu­na gö­rə bi­rinci və ikinci də­rəc­ə­li ol­maq­la iki qru­pa ay­rıl­mış­dır. Bi­rinci də­rə­cə­li cümlə­lər «baş cümlə» və «apa­rıcı cümlə» şək­lin­də, ikinci də­rəc­ə­li cüm­lə­lər isə «əla­qə­lən­di­rici cümlə­lər» və «yar­dım­çı cüm­lə­lər» şək­lin­də fər­q­lən­di­ril­miş­dir.

«Baş cümlə» o cümlə­dir ki, mətn mütləq onun­la baş­lan­dığı ki­mi, onun­la da bi­tir, «baş cümlə mətn boyu dö­nə-dö­nə göz önü­nə gə­ti­ri­lir», «..deyə bi­lə­rik ki, ak­tu­al üzvlən­mə­də apa­rıcı söz ol­duğu ki­mi, mətndə də «apa­rıcı» cümlə­lər olur. Apa­rıcı cümlə o cümlə­dir ki, mətn boyu ya onun özünün, ya da ay­rı-ay­rı üzvlə­ri­nin iza­hı əsas mə­sə­lə­dir» (333). Apa­rıcı cümlə­nin baş cümlə­dən fər­qi on­­dan iba­rət­dir ki, mətn onun­la ba­ş­lay­ıb qur­tar­maya da bi­lər və «baş» cümlə­nin özünün də iza­hı «apa­rıcı» cümlə­dən ası­lı olur. (333) «...ak­tu­al üzvlən­­­mə­də mən­ti­qi vu­rğu əsas rol oy­na­dığı ki­mi, mətn kom­po­nent­lə­ri­nin fər­q­lən­mə­sin­də də se­çi­lən mən­ti­qi pa­u­za (in­to­na­siya) əsas rol oy­nay­ır». (338)

Müəl­lif cümlə­dən mətn kom­po­nen­ti ki­mi da­nı­şar­kən is­tər-is­tə­məz «mürək­kəb cümlə» pro­ble­mi­nə də to­xun­ma­lı ol­muş, ta­be­siz mürək­kəb cümlə­lə­ri mürək­kəb cümlə ­sin­tak­si­si­nə dey­il, mətn sintak­si­si­nə da­xil et­məyi la­zım bil­miş­dir: «Əg­ər cümlə­nin bit­mə­si üçün pre­di­ka­tiv­liy­in ol­ma­sı vac­ib­dir­sə və bun­dan is­ti­fa­də edib hə­min cüm­lə­nin sər­hə­di­ni müəy­yən­ləş­di­ri­rik­sə, o za­man bir ne­çə cüm­lə­nin ta­be­siz mürək­kəb cümlə adı al­tın­da öy­rə­nil­mə­si­ni əsas­sız say­maq lazım­dır».(677) Be­lə çı­xır ki, ta­be­siz mü­rək­kəb cümlə­lə­rin kom­po­nent­lə­ri tam müstə­qil cümlə­lər­dir.

Ta­be­siz mürək­kəb cümlə­lər mürək­kəb cümlə ti­pi­nin il­kin, la­kin ta­be­liyə nis­bə­tən zə­if ti­pi­dir. Müəl­li­fin: «...ta­be­siz mürək­kəb cümlə­nin var­lı­ğı­nın ol­ma­dığ­ı­nı və onun sin­tak­tik bütöv və mət­nin mən­tiq­siz ay­rıl­mış bir his­sə­si ki­mi ol­duğ­u­nu mütləq sübut et­mək la­zım­dır» (679) fi­k­rin­də zo­ra­kı­lıq var­dır (Bu fi­k­rin tən­qi­di ba­rə­də «Mətn dil­çi­liyi pro­blem­lə­ri» mə­qa­lə­si­nə bax­maq olar).

Ki­tab­da cümlə­nin «və s.» ilə 22 növü ve­ril­miş­dir. Bun­la­rın - bu bö­lgünün də prin­si­pi yox­dur. Mə­sə­lən: işa­rə­ləy­ici, tə­s­diq­ləyi­ci, ar­zu məz­mun­lu cümlə­lər baş­qa şey, ya­rım­çıq, qo­vu­şuq, cə­rg­ə­li, sil­si­lə cümlə­lər baş­qa şey­dir. Müəl­lif mürək­kəb cümlə­nin mü­rək­kəb cümlə, mo­dal cümlə və sil­si­lə mürək­kəb cümlə ki­mi üç növünü gös­­tə­rir. Bu bö­lgünün də mən­tiq­siz­liyi göz qa­ba­ğın­da­dır.

IV fə­sil - «Mətn kom­po­nent­lə­ri­nin əla­qə­lən­mə üsul­la­rı» ad­lan­dı­rıl­­mış­dır. Baş­qa bir yer­də (s.682) bu fəs­lin adı «Mətn kom­po­nent­lə­ri­nin əla­qə­lən­mə növ­lə­ri» şək­­lin­də ve­ril­miş­dir. Bizcə, bun­ların heç bi­ri doğ­ru dey­il. Müəl­lif va­si­tə ilə üsul­la­rı fər­q­lən­dir­mə­li idi. Fak­tik ola­raq, bu fə­sil­də mətn kom­po­nent­lə­ri ara­sın­da əla­qə­lən­di­rici va­si­tə­lər­dən danı­şı­lır. Əsər­də ilk növ­bə­də mətn kom­po­nent­lə­ri ara­sın­da «sin­tak­­tik əla­qə­lən­mə» ilə «mən­ti­qi əla­qə­lən­mə» fər­q­lən­di­ril­miş­dir. Mətn kom­po­nent­lə­ri­nin sin­tak­tik cə­hət­dən əla­qə­lən­mə­si üçün tək­rar­la­rın, əvəz­lik­lə­rin, söz sı­ra­sı­nın, bağ­lay­ıcı­la­rın, mo­dal söz­lə­rin ro­lu xüsu­si təd­qiq edil­miş­dir. Bun­lar mətn kom­po­nent­lə­ri­ni əla­qə­lən­di­rən va­si­tə­lər­dir.

Mətn kom­po­nent­lə­ri ara­sın­da əla­qə­nin ikinci növü - mən­ti­qi əla­qə üç şə­kil­də - «zənc­ir­va­rı əla­qə­lən­mə», «pa­ra­lel əla­qə­lən­mə» və «qa­rı­şıq əla­qə­lən­mə» şə­kil­lə­rin­də özünü gö­s­tə­rir. Bu­ra­da ar­tıq va­sitə­dən dey­il, kom­po­nent­lə­rin əla­qə­lən­mə üsul­la­rın­dan da­nı­şı­lır və ona gö­rə də IV fə­sil «Mətn kom­po­nent­lə­ri­ni əla­qə­lən­di­rən va­si­tə və üsul­lar» ad­lan­dı­rıl­ma­lı idi.

Mətn kom­po­nent­lə­ri­nin əla­qə­lən­mə­sin­də söz sı­ra­sı çox mühüm va­si­tə­dir. Söz sı­ra­sın­dan söz düşən­də ak­tu­al üzv­lən­mə ya­da düşür. Ak­tual üzvlən­mə, hər şey­dən əv­vəl, söy­lə­min söz və bir­ləş­mə­lə­ri­nin sı­ra­sın­dan ası­lı­dır. O da mə­lum­dur ki, qram­ma­tik üzv­lən­mə cümlə­nin in­for­ma­tiv yü­kü­nü aça bil­mir. Cümlə­nin in­for­ma­tiv yükünün açı­lı­şı əsas ka­te­qo­riy­a­la­rı te­ma və re­ma­dan iba­rət olan aktual üzv­lən­mə əsa­sın­da mümkündür. Bu sa­həyə ki­tab­da o qə­dər də yer ve­ril­mə­miş­dir.

Di­g­ər va­si­tə­lə­ri (bağ­lay­ıc­ı­lar, ara söz­lər və s.) yığ­cam şə­kil­də nə­zər­dən ke­çi­rən müəl­lif mətn kom­po­nent­lə­ri ara­sın­da zənc­ir­va­rı əla­qə üsu­lu üzə­rin­də xüsu­si da­yan­mış və bu üsu­lu üç nö­və ayır­mış­dır. Zənc­ir­va­rı əla­qə cüm­lə­lə­rin ar­dıc­ıl əla­qə­si­nə əsas­la­nır. Müəl­lif bu əla­qə­nin bir ti­pi­ni «de­ter­mi­nant ti­pi» ad­lan­dır­mış­dır.

İkinci əla­qə mətn kom­po­nent­lə­ri ara­sın­da pa­ra­lel əla­qə­dir. Bu üsulün xət­ti, sil­si­lə, sim­me­t­rik, cüt qütblü, çar­paz şə­bə­kə­li, xi­azm, sil­­si­lə xi­azm, sim­me­t­rik xi­azm, fra­za­föv­qi va­hid­li pa­ra­le­lizm, şə­bə­kə­li xi­azm, çar­paz xi­azm və s. növ­lə­ri ol­duğu qeyd edil­miş­dir. Çar­paz əlaqə­lən­mə ilə pa­ra­lel əla­qə­lən­mə­ni­n fər­q­lə­ri­ni müəl­lif be­lə izah etmiş­dir. «Əg­ər zənc­ir­va­rı bir­ləş­mə­lər suby­ekt-pre­di­kat, ya­xud na­mə­lum-mə­lu­mun zən­cir­va­rı şə­kil­də bir-bi­ri ilə ar­dıc­ıl əla­qə­lə­nən kom­po­nent­lər çox­luğ­u­dur­sa, pa­ra­lel bir­ləş­mə­lə­rin kom­po­­nent­lə­ri ya bir-bi­ri­nə bəra­bər olur, ya or­taq üzvlə bir­lə­şir, ya da xi­azm tip­li bir­ləş­mə­­də olur­lar» (470 ) ( xi­azm de­dik­də ək­si­nə qu­rul­muş bir­ləş­mə və cüm­lə­lər nəzər­də tu­tu­lur: Dəry­a­lar olur­du cümlə sə­h­ra, Sə­h­ra­lar olur­­du cümlə dərya. Füzu­li). Ay­dın­dır ki, pa­ra­le­lizm tam və ya­rım­çıq ola bi­lər. Müəl­­lif el­lip­tik cümlə­lə­ri ya­rım­çıq he­sab et­mə­yin əley­hi­nə­dir.

Heç şübhə­siz, da­im dil­çi­lik təd­qi­qa­tın­da ya­zı­çı­nın təh­kiyə di­li bu və ya di­g­ər şə­kil­də mo­no­lo­ji, di­a­lo­ji nitq­­dən, dram di­lin­dən fər­q­lən­di­ri­lib. Ona gö­rə də Q.Bəy­za­də doğ­ru ola­raq son fəs­li mo­no­lo­ji, dia­lo­ji nit­­qin möv­zu ilə bağ­lı mə­sə­lə­lə­ri­nin təd­qi­qi­nə həsr et­miş­dir. Bu, onun beş ki­ta­bı­nın so­nunc­u­su və de­mə­li, ki­ta­bı­nın son fəs­li­dir. Bu­ra­da xey­li bö­lgü ve­ril­miş­dir. Mə­sə­lən, re­mar­ka­lar tə­zahür hal­la­rı­na gö­rə «və s.» ilə bir­lik­də 12 nö­və ay­rıl­mış­dır: ix­ti­sa­re­dici re­mar­ka, ye­kun­laş­dı­rı­cı, tə­əccüb əla­mət­li, iç-içə gey­di­ril­miş, qo­vu­şuq, ikinci də­rəc­ə­li re­mar­­ka və s. Bun­la­rın bir qi­s­mi məz­mu­na, bir qi­s­mi qu­ru­lu­şa gö­rə bö­lgüdür. Müəl­lif re­mar­ka­la­rın əhə­miyyə­tin­dən da­ha çox da­nış­mış, on­la­rı «da­xi­li», «xa­rici» və «ikinci də­rəc­ə­li» ol­maq­la fərq­lən­dir­miş­dir. Di­a­loq nit­qin­də fra­za­föv­qi va­hid­lə­rin he­sa­ba alın­ma­sı da vac­ib say­ıl­ma­lı­dır.

Ki­ta­bın I cil­din­də ve­ril­miş mə­sə­lə­lə­ri müəl­lif yığ­cam şə­kil­də II cil­ddə də əha­tə et­miş­dir. II cild beş kit­abın bir növ nə­zə­ri te­zis­lə­ri­dir, mi­sal­la­ra is­ti­nad et­mə­dən ve­ril­miş kons­­pekt­lə­ri­dir və bu ki­tab­dan da müəyy­ən fay­da al­maq müm­kündür.

Nə­ticə ola­raq qeyd edə bi­lə­rik ki, Qə­ni­rə Mu­sa qı­zı Bəy­­za­də çox bö­yük zəh­mət çək­miş, möv­zu ilə bağ­lı say­sız əsər­lər nə­zər­dən ke­çir­miş, bu əsər­lər­dən bol-bol is­ti­fa­də et­miş, öz fi­kir­lə­ri­ni rus, Av­ropa və Azər­bay­c­an dil­çi­lə­ri­nin fi­kir­lə­ri ilə əsas­lan­dır­ma­ğa ça­lış­mış­dır. Müəl­li­fin say­sız el­mi ədə­biyy­a­ta mürac­i­ə­ti onun zəh­mət­li ax­ta­rı­ş­lar et­diy­i­ni, el­­mi ədə­­­biyy­a­tı səbr və təm­kin­lə öy­rən­diy­i­ni gös­tə­rir. Seç­di­yi zə­ng­in nü­mu­nə-mətn­lər ək­sə­riyy­ət eti­ba­ri­lə uğ­ur­lu və müna­sib­dir. Əsə­rin (I ki­ta­bın) so­nun­da nə­­tic­ə­lər, ing­i­lis və rus dil­lə­rin­də xüla­sə­lər ve­ril­mə­si də fay­da­lı­dır.

Bütün bun­la­rı söy­lə­mək­lə, tə­əssüf his­si ilə onu da qeyd edi­rik ki, Q.Bəy­za­dəyə kö­mək edən, is­ti­qa­mət ve­rən ol­ma­mış­dır. Əs­lin­də, özü öz qüvvə­si ilə is­ti­qa­mə­ti düz gö­tür­sə də, mə­sə­lə­lə­rin həl­lin­də zid­diy­yət­­­li fi­kir və nə­tic­ə­lər mövc­ud­dur. Tex­ni­ki qüsur­lar, üslub səhvlə­ri, tə­k­­rar­lar, ar­tıq təh­lil və izah­lar müəl­lif fi­k­ri­nin an­la­şıl­ma­sı­na ma­ne olur. Diq­qət­li və mə­sul re­dak­tə ilə dil­çi­liy­in ye­ni sa­hə­si üçün ilk san­bal­­lı çap­lar olan bu əsər­lə­ri hə­qi­qi ma­raq­lı mo­no­qra­fiy­a­la­ra çe­vir­mək müm­kün idi.

04.07.1999

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az