BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / II, DİLİMİZİN QURULUŞU: FONETİKA, ORFOQRAFİYA, ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ /

II

 

DİLİMİZİN QURULUŞU:

FONETİKA, ORFOQRAFİYA,

ORFOEPİYA, LEKSİKA, MORFOLOGİYA, CÜMLƏ VƏ MƏTN PROBLEMLƏRİ

 

ORFOEPİYAMIZ ÖY­RƏ­Nİ­LİR

 

Dil­çi­lik el­mi­mi­zin müxtə­lif sa­hə­lə­ri üzrə təd­qi­qat ya­zı­lı ədə­bi di­lin öy­rən­il­mə­si­nə doğ­ru da­ha çox is­ti­qa­mət­lən­di­ril­miş­dir. Ədə­bi di­lin şi­fa­hi qo­lu ya­zı­lı ədə­bi di­lə nis­bə­tən az təd­qiq edil­miş­dir. Bunu iki kon­kret sa­hə­nin - or­fo­qra­fiya və or­fo­e­piya mə­sə­lə­lə­ri­nin təd­qi­qi ilə əla­qə­dar görülmüş iş­lə­rin müqay­i­sə­si əsas­ın­da da söy­lə­mək mümkündür. So­vet dövründə bir ne­çə də­fə im­la kon­fran­sı çağ­rıl­dığı, ya­zı qay­da­la­rı də­fə­lər­lə ge­niş müza­ki­rə edil­diyi, düzgün, va­hid ya­zı prin­sip və qay­da­la­rı müəyy­ən­ləş­di­ril­diyi, or­fo­qra­fiya lüğət­lə­ri nəşr olun­­duğu hal­da, ədə­bi tə­ləffüzün öy­rə­nil­mə­si sa­hə­sin­də çox az iş görülmüşdür. Azər­bayc­an SSR xalq ar­tis­ti Ka­zım Ziya­nın da­ha çox səh­nə sə­nə­ti ilə bağ­lı olan «Səh­nə di­li haq­qın­da» ki­tab­ça­sı is­tis­na edil­mək­lə, hə­lə­lik prof.Ə.Də­mir­çi­za­də­nin «Ədə­bi tə­ləf­füz (or­fo­e­piya)», fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di Ə.Əfən­di­za­də­nin «Ədə­bi tələffüz ha­qqın­da» mə­qa­lə­lə­ri bu sa­həyə da­ir əsas mən­bə­lər he­sab olu­nur. Ədə­bi tə­ləffüz mə­sə­lə­lə­ri­nə həsr edil­miş müşa­vi­rə və ya konf­rans xa­tır­la­mı­rıq. Doğ­ru­dur, Ə.Də­mir­çi­za­də­nin tə­şəbbüsü ilə tələffüz mə­sə­lə­lə­ri bir müd­dət re­s­pub­li­ka ra­dio ve­ri­li­ş­lə­ri sı­ra­sı­na da­xil edil­miş­di. La­kin bu sa­hə­də söh­bət­lər çox vaxt ali mək­təb audi­to­riy­a­la­rı ilə məh­dud­laş­mış­dır. Bun­la­ra bax­maya­raq, elm və mə­də­niyy­ə­tin in­ki­şa­fı, ya­zı­lı ədə­bi di­lə məx­sus qay­da­la­rın də­qiq öy­rə­nil­mə­si, xal­qın mə­də­ni sə­viy­yə­si­nin da­ha sürət­lə yüksəl­mə­si, ic­ba­ri orta təh­sil, ali təh­si­lin ge­ni­ş­lən­mə­si, qu­rul­tay və kon­frans­lar­da söy­lə­ni­lən nümu­nə­vi nit­qlər və s. ədə­bi tə­ləffüzün for­ma­laş­ma­sı­na, düzgün qay­da­la­rın sa­bit­ləş­mə­si­nə da­ha çox tə­sir gö­s­tər­miş və bu sahə­nin nə­zə­ri şə­kil­də öy­rə­nil­mə­si­ni günün zə­ru­ri pro­blem­lə­ri sı­ra­sı­na çı­xar­mış­dır. Şübhə­siz, Ə.Də­mir­çi­za­də­nin ke­çən il çap­dan çıx­mış «Azər­bayc­an di­li or­fo­e­piy­a­sı­nın əsas­la­rı» (V.İ.Le­nin adı­na APİ nə­ş­riyy­a­tı,1969) ki­ta­bı be­lə bir eh­tiy­ac­ın nə­tic­ə­si­dir.

Ə.Də­mir­çi­za­də bu əsər­də Azər­bayc­an di­li or­fo­e­piya­sı­nın bir sı­ra mə­sə­lə­lə­ri­ni ilk də­fə si­s­tem ha­lın­da, ət­ra­f­lı təd­qiq etmiş­dir.

Ki­tab «Ədə­bi tə­ləffüz» böl­mə­si ilə ba­ş­la­nır. Müəl­lif bu­ra­da tə­ləffüz, or­fo­e­piya, tə­ləffüz üslub­la­rı ki­mi mühüm mə­sə­lə­lə­ri əha­tə et­miş­dir. «Tə­ləffüz» çox ge­niş an­lay­ış­dır. Tə­ləffüz va­si­tə­lə­ri və tə­ləf­füz şə­ra­iti ilə bağ­lı olan vu­rğu, in­to­na­siya, fa­si­lə-du­rğu ki­mi ha­di­sə­lər də müəl­lif tə­rə­fin­dən ge­niş mə­na­da tə­ləffüz an­lay­ı­şı­na da­xil edi­lir. Bun­dan əla­və, tə­ləffüz həm nor­ma­laş­mış di­lə, həm də di­lin qol­­la­rı­na - di­a­lekt və şi­və­lə­rə aid ol­duğ­un­dan an­lay­ı­şı kon­kret­ləş­dir­mək üçün bu və ya di­g­ər bir müəyy­ən­ləş­di­rici sö­zə eh­tiy­ac olur: ədə­­bi tə­ləffüz, mə­həl­li tə­ləffüz və s. Çünki ali­min fi­k­rincə, «…hər­f­­­lə­rin də­qiq ya­zı­lıb-ya­zıl­ma­ma­sı, bir-bi­ri­nə düzgün bi­tiş­di­ri­lib-bi­tiş­di­ril­mə­mə­si, xət­tin ay­dın­lığı və ey­bəc­ər­liyi, söz­lə­rin ay­dın və bi­ti­şik ya­zıl­ma­sı ki­mi hal­lar ya­zı üçün nə­dir­sə, sözün, ifa­də­nin tər­ki­bin­də­ki fo­ne­tik va­hid­lə­rin ümu­mi­ləş­miş nor­ma­la­ra mü­va­fiq tə­ləffüz edilib-edil­mə­mə­si şi­fa­hi nitq üçün ey­ni ma­hiyy­ət­li bir hal­dır».

Müəl­lif, ümu­miyy­ət­lə, tə­ləffüz haq­qın­da mə­lu­mat ver­dik­dən sonra möv­zu ilə da­ha çox bağ­lı olan or­fo­e­pik tə­ləf­füz mə­sə­lə­lə­ri­nə ke­çir və or­fo­e­piy­a­nı ədə­bi di­lin şi­fa­hi qo­lu­nu ümu­mi nor­ma­lar əsa­sın­da for­ma­laş­dı­ran qay­da-qa­nun­la­rın si­s­tem­li məc­mu­su ki­mi şərh edir, or­fo­e­pik tə­ləffüzün di­lin müxtə­lif üslub­la­rı, nit­qin sürə­ti və sai­rə ki­mi amil­lər­lə əla­qə­dar ol­duğ­u­nu, nitq nöq­san­lı­lığ­ı­nın bu­ra da­xil ol­ma­dığ­ı­nı ya­zır. Pro­fes­sor gö­s­tə­rir ki, ünsiyy­ə­tin şə­raiti, tər­zi, məz­mu­nu, da­nı­şıq­da iş­ti­rak edən­lə­rin sayı, ki­min da­nış­ma­sı və ki­mə mürac­i­ət et­mə­si, da­nı­şa­nın və din­ləy­ə­nin yaş xüsu­siy­yət­lə­ri, ix­ti­sa­sı və s. ki­mi cə­hət­lə­rin ha­mı­sı tə­ləffüzə tə­sir edir və dil va­hid­lə­ri­nin tə­ləffüzdə müxtə­lif ça­lar­da for­ma­laş­ma­sı­na, be­lə­lik­lə, müxtə­lif tələffüz üs­lub­la­rı­nın əmə­lə gəl­mə­si­nə sə­bəb olur. «Tə­ləffüz üs­lub­la­rı» həm ge­niş, həm də dar mə­na­da ba­şa düşülür. Di­lin fo­ne­tik im­kan­la­rı­nın hər bir növü, hət­ta vu­rğu, in­to­na­siya, sürət, na­tiq­lik, səh­nə di­li ki­mi mə­sə­lə­lə­rin də ge­niş mə­na­da tə­ləffüz üslu­bu­na da­xil ol­duğu gö­s­tə­ri­lir. «Tə­ləffüz üslub­la­rı» an­lay­ı­şı dar mə­na­da «or­fo­e­pik üslub­lar» ter­mi­ni­nə uyğ­un gə­lir və bu mə­na­da səs­lə­rin məx­rəc­ə­uyğun, ədə­bi dil nor­ma­la­rı­na müva­fiq tə­ləffüzü, qi­s­mən də vu­rğu, ton nə­zər­də tu­tu­lur. Pro­fes­sor bu­ra­daca L.V.Şer­ba, R.İ.Ava­ne­sov və bu sa­hə ilə mə­şğ­ul ol­muş baş­qa alim­lə­rin tə­ləffüz üslu­bla­rı ba­rə­də fi­kir­lə­ri­ni nə­zər­dən ke­çi­rə­rək, hə­min mə­sə­lə­də dil­çi­lər ara­sın­da vahid rəy ol­ma­dığ­ı­nı gö­s­tər­miş və or­fo­e­pik üslu­bu «tam üslub», «sər­bəst üslub» ki­mi iki nö­və ay­ır­mış­dır.

Ki­ta­bın ən ma­raq­lı his­sə­lə­rin­dən bi­ri ədə­bi tə­ləf­fü­zün mən­bə­ləri­nə həsr edil­miş böl­mə­dir. Bizcə, müəl­li­fin qır­xıncı il­lər­dən ba­ş­lay­a­raq qeyd et­diyi bu qə­na­ə­ti ye­g­a­nə doğ­ru qə­na­ət­dir ki, «ədə­­bi dil se­ç­mə və əvə­zet­mə yo­lu ilə for­ma­laş­dı­rıl­dığı ki­mi, onun tə­zahür vasi­­tə­lə­ri­nin, xüsu­sən şi­fa­hi ədə­bi di­lin tə­zahür va­si­tə­si olan tə­ləf­fü­zün nor­ma­la­rı, qay­da-qa­nun­la­rı da məhz se­ç­mə və əvə­zet­mə yo­lu ilə müəyy­ən­ləş­di­ri­lir». Be­lə se­ç­mə və əvə­zet­mə əmə­liyy­a­tı­nın apa­rıl­ma­sı üçün üç mən­bə ol­duğu (şi­və­lər, ya­zı, ənə­nə­vi və əc­nə­bi mən­bə­lər), bu mən­bə­lər­dən isə şi­və­lə­rin da­ha böyük ro­la ma­lik ol­duğu gö­s­tə­ril­miş­dir. Müəl­li­fin bu nöq­tə­də də mən­ti­qi nə­tic­ə­lə­ri heç bir şübhə doğ­ur­mur: ədə­bi dil nor­ma­la­rı ba­xı­mın­dan hər bir şi­və­də düz­gün cə­hət­lər ol­duğu ki­mi, düzgün ol­may­an cə­hət­lər də var­dır; bu­na gö­rə də tək­lik­də heç bir şi­və ədə­bi tə­ləffüz nor­ma­la­rı­nı müəyy­ən­ləş­dir­mək üçün ye­g­a­nə, nümu­nə­vi mən­bə say­ı­la bil­məz. Doğ­ru­dan da, nə qa­zax­lı­la­rın murt­da, gə­le:rəm, göz­dö:r ; nə şə­ki­li­lə­rin gə­lit­di, yi­max, gəlc­ik; nə nax­çı­van­lı­la­rın həy­lə dəy­il, əvə ; nə qu­ba­lı­la­rın udun, gi­də­duğ, gə­lət­di ; nə qa­ra­bağ­lı­la­rın ba­jı, alıf, gə­lə­jəm və nə də ba­kı­lı­la­rın qər­deş, nöş, nödü, diy­an … şək­lin­də tə­ləffüzü ədə­bi tə­ləffüzün əsa­­sın­da du­ra bil­məz. Ədə­bi di­li­mi­zin əsa­sın­da heç bir di­a­lekt ye­g­a­nə nümu­nə­vi va­hid ki­mi əsas ola bil­mə­diyi üçün tək­lik­də heç bir di­a­lekt və ya şi­və or­fo­e­pik tə­ləffüz üçün nümu­nə ola bil­məz.

Ədə­bi tə­ləffüz nor­ma­la­rı­nın müəyy­ən­ləş­di­ril­mə­si üçün bu və ya di­g­ər də­rəcə di­a­lekt və şi­və­lə­ri­mi­zin ha­mı­sı iş­ti­rak edir. Ə.Də­mir­çi­za­də se­ç­mə və əvə­zet­mə əmə­liyy­a­tı əsa­sın­da ədə­bi tə­ləffüz nor­ma­la­rı­nın iki pil­lə­də for­ma­laş­dı­ğı­nı müəyy­ən­ləş­dir­miş­dir. Bi­rinci pil­lə bu və ya di­g­ər ray­on mər­kə­zi olan şə­hə­rin, qə­sə­bə­nin ət­ra­fın­da­kı kənd şi­və­lə­ri­nin ray­on mər­kə­zin­də qo­vuş­ma və mər­kəz­ləş­mə pil­ləsi he­sab olu­nur və bu sa­hə­də Nax­çı­van, Şu­şa, Gən­cə, Qa­zax, Şə­ki, Şama­xı, Ba­kı, Lən­kə­ran ki­mi şə­hər­lə­rin ro­lu xüsusi qeyd edi­lir; ikinci pil­lə isə «… əsa­sən şi­və qrup­la­rı­nın ümu­mi mər­kəz­də - pay­taxt­da qo­vuş­ma və ümu­mi­ləş­mə pil­lə­si­dir». Müəl­lif bu­nu da qeyd edir ki, Ba­kı­da mər­kəz­lə­şən, for­ma­la­şan pay­taxt tə­ləffüzü ilə mə­həl­li Ba­kı tə­ləffüzü, yer­li ba­kı­lı­la­rın şi­və xüsu­siyy­ət­lə­ri baş­qa-baş­qa an­lay­ı­ş­lar­dır. Pay­taxt tə­ləffüzü de­dik­də, qu­rul­tay­lar­da, kon­fran­slar­da, mək­təb və ida­rə­lər­də, audi­to­riy­a­lar­da ümu­mi­ləş­miş tə­ləffüz nəzər­də tu­tulur ki, bu­ra­da re­s­pub­li­ka­mı­zın bütün ray­on­la­rı­nı təm­sil edən ziy­a­lı­ların, fəh­lə və qul­luq­çu­la­rın da­nı­şığı, ifa­də tər­zi əsas rol oy­nay­ır.

Şi­və­lər əsas ol­sa da, ədə­bi tə­ləffüz üçün ye­g­a­nə mən­bə dey­il­dir. Bu sa­hə­də ya­zı­nın, ya­zı­lı ədə­bi di­lin də ro­lu böyükdür. İn­di­ki or­fo­qra­fiya qay­da­la­rı tə­ləffüz nor­ma­la­rı­nın müəyy­ən­ləş­mə­si­nə cid­­di təsir edir. Or­fo­qra­fiya ilə or­fo­e­piya sıx əla­qə­dar ol­duğ­un­dan bir çox söz­lə­rin yazı­lı­şı on­la­rın tə­ləffüzünə əsas­lan­dığı ki­mi, bir çox söz­lə­rin düzgün tələffüzü də ya­zıya əsas­la­nır. Bir sıra alın­ma söz­lə­rin, termin­lə­rin və qısalt­ma­la­rın tə­ləf­füzü isə on­la­rın ya­zı­lı­şı­na uyğ­un­laş­dı­rıl­mış­dır.

Alın­ma­la­rın bir qi­s­mi mən­şə dil­də­ki ki­mi tə­ləf­füz edi­lir. Mü­əl­­lif bu cür söz­lə­ri «ənə­nə­vi və əc­nə­bi mən­­bə­lər» əsa­sın­da tə­ləf­füz edilən söz­lər ad­lan­dır­mış­dır.

Ki­tab­da­kı «Tə­ləffüz şə­ra­i­ti haq­qın­da» ad­lı böl­mə də ma­raq­lı və dil­çi­liy­i­miz üçün ye­ni­dir. Bu böl­mə­dən səs­lə­rin üç şə­ra­it­də - lüğə­vi, qra­fik və qram­ma­tik şə­ra­it­də tə­ləffüzü ba­rə­də mə­lu­mat alı­­rıq. «Lüğə­vi şə­ra­it» de­dik­də müəl­lif sa­it və sa­mit­lə­rin söz da­xi­lin­də­ki ye­ri, mə­qa­mı ilə əla­qə­dar tə­ləffüz qay­da­la­rı­nı; «qra­fik şə­ra­it» de­dik­də müxtə­lif əsa­s­da ya­ran­mış qı­salt­ma söz­lə­rin, «qram­ma­tik şə­ra­it» de­dik­də isə söz­lə­rin mor­fo­lo­ji va­si­tə­lər­lə dəy­iş­mə­si, sin­tak­tik yol ilə bir­ləş­mə­si pro­se­sin­də­ki tə­ləffüzünü nə­zər­də tut­muş­dur.

Tə­ləffüz va­si­tə­lə­ri­nin əsa­sı­nı sa­it­lə­rin və sa­mit­lə­rin tə­ləffüzü təş­kil edir. Ona gö­rə də müəl­lif sa­it­lə­rin və sa­mit­lə­rin lüğə­vi şə­ra­it­də - sözün tər­kib his­sə­si ha­lın­da tə­ləffüzünü da­ha diq­qət­lə öy­rən­miş­dir. Bu his­sə ilə ilk ta­nı­ş­lıq­dan ay­dın olur ki, səs­lə­rin düz­gün tələffüzünü müəyy­ən­ləş­dir­mək üçün çox zə­ng­in lüğət ma­te­ri­a­lı nəzər­dən ke­çi­ril­miş­dir. Sa­it­lə­rin və sa­mit­lə­rin söz­lə­rin tər­ki­bin­də tələffüzü qay­da­la­rı­na aid bu böl­mə, de­mək olar ki, or­fo­e­pik qay­da­lar­dan bəhs edən bu əsə­rin ca­nı, bel sütu­nu­dur.

Ki­ta­bın so­nuncu iki böl­mə­si - qra­fik və qram­ma­tik şə­ra­it­də tə­ləffüz böl­mə­lə­ri təd­qi­qa­tın xa­rak­te­ri­nə gö­rə fər­q­lə­nir. So­nuncu böl­mə­də yal­nız tam üslu­ba aid tə­ləf­füzdən dey­il, pa­ra­lel şə­kil­də sər­bəst üslu­ba məx­sus tə­ləf­füzdən də da­nı­şı­lır. Bu, möv­zu­nun dai­rə­­­si­ni xeyli ge­niş­lən­di­rir. Qra­fik şə­ra­it­də tə­ləffüz qay­da­la­rı­nın iza­­hı dil­çi­liy­i­miz üçün ye­ni ol­duğ­un­dan da­ha çox öy­rə­dici xa­rak­ter da­şıy­ır. Bura­da müxtə­lif əsa­s­da düzəl­dil­miş qı­salt­ma söz­lə­rin əmə­lə­g­əl­mə yol­la­rı və on­la­rın qa­nu­ni ola­raq necə tə­ləffüz edil­mə­lə­ri ba­rə­də qay­da­lar ve­ril­miş­dir. Gö­s­tə­ri­lən qay­da­lar əs­lin­də qı­salt­ma söz­lə­rin öz tə­bi­ətin­dən doğ­ur. Qı­salt­ma­la­rın bə­zi­lə­ri hərf­­­lə­rin ad­la­rı ilə (« BK»-Be­Ka ), bə­zi­lə­ri hər­f­lə­rin ya­rat­dığı heca ilə (« APİ» - A-Pİ) , bə­zi­lə­ri söz­lə­rin ilk his­sə­lə­ri­nin qo­vuş­du­rul­ma­sı əsa­sın­da düzə­lən söz­lər ilə (məs.: « ray­on ko­mi­tə­si » söz­lə­rin­dən « ray­­kom» qı­salt­ma­sı ki­mi), bə­zi­lə­ri isə qa­rı­şıq hal­da, bir ne­çə əsas­­da (mə­sə­lən: UİL­KGİ qı­salt­ma­sı UİL­KA­Gİ şək­lin­də) tə­ləffüz edi­­lir. Ki­tab­da bu tə­ləffüz for­ma­la­rı­nın hər bi­ri­nin müxtə­lif va­ri­ant­la­rı da verilmişdir

Qı­salt­ma­la­rın düzgün tə­ləffüzündə ək­sə­riyy­ət çə­tin­lik çə­kir. Ona gö­rə də qı­salt­ma söz­lə­rin tə­ləffüz qay­da­la­rı­nın tə­d­ri­si­ni ge­niş­­lən­dir­mək, mək­təb qram­ma­ti­ka­sın­da bu mə­sə­ləyə da­ha ge­niş yer ver­mək la­zım­dır.

Söz­lə­rin qram­ma­tik şə­kil­çi­lər qə­bul edər­kən necə tə­ləffüz olun­­­ma­la­rı­na, yə­ni qram­ma­tik şə­ra­it­də tə­ləf­füzə da­ir bu əsər­də ge­niş mə­lu­mat var­dır.

Son vaxt­lar ra­dio ve­ri­li­ş­lə­ri­ni din­ləy­ər­kən, - sı­nız (-si­niz, -su­nuz, -sünüz ) şə­kil­çi­si əvə­zi­nə, guya ədə­bi və düz­gün tə­ləffüz ki­mi, ikinci şəxs cə­mi bil­dir­mək üçün - siz şə­kil­çi­si­nin iş­lən­diy­i­ni mü­şa­hi­də edirik. Şə­kil­çi­nin bu cür tə­ləffüzü hər də­fə diq­qə­tin ya­y­ın­ma­sı­na, məz­mu­nun unu­dul­ma­sı­na və tə­ləffüz haq­qın­da dü­şünməyə sə­bəb olur. Şübhə­siz, pro­fes­sor Ə.Də­mir­çi­za­də­nin ikin­ci şəx­sin cə­mi­ni bil­dir­mək üçün iş­lə­di­lən -siz şə­kil­çi­si­ni (məs.: alır-sız, dey­ir-siz və s.) tam üslu­ba dey­il, sər­bəst üslu­ba aid et­mə­si tam­am­i­lə düzgündür.

Ə.Də­mir­çi­za­də­nin «Azər­bayc­an di­li or­fo­epiy­a­sı­nın əsas­la­rı» kita­bı or­fo­e­pik tə­ləffüz mə­sə­lə­lə­ri­nə həsr edil­miş ilk həcmli çap əsə­ridir. Əha­tə­li ol­ma­sı­na bax­may­a­raq, bu ki­tab­da ədə­bi tə­ləf­füzlə əla­qə­dar hər şeyi ax­tar­maq cəh­di düzgün ol­maz­dı. Ki­tab, əsa­sən, orfo­e­pik tə­ləf­füz qay­da­la­rı­nı, düzgün və nümu­nə­vi tə­ləf­füz prin­sip­lə­ri­ni özündə cəm­ləş­dir­miş­dir. Əsər­də bə­zi qüsur­lar da var­dır. La­kin əmi­nik ki, ədə­bi və mə­də­ni tə­ləf­füz vər­di­ş­lə­ri­nin ya­y­ıl­ma və in­ki­şa­fın­da, düzgün tə­ləf­füz nor­ma­la­rı­nın tə­lim və təd­­ri­sin­də onun mühüm ro­lu olac­aq­dır. Bu ki­tab­dan yal­nız fi­lo­lo­g­iya fa­kültə­lə­ri­nin müəl­lim və tələ­bə­lə­ri dey­il, düzgün tə­ləffüz qay­da­­la­rı­nı öy­rən­mək və öy­rət­mək is­təy­ən hər kəs is­ti­fa­də edə bi­lər.

 

13.09.70

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az