BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

DİLÇİ-ETİ­MO­LOQ

 

Prof.Ə.Də­mir­çi­za­də fi­lo­lo­g­iya alə­min­də hər­tə­rə­f­li bi­liyə ma­lik bir alim, bir ye­ni­lik­çi­dir. Dil­çi­liy­i­miz­də bir sı­ra mə­sə­lə­lə­rin il­kin uğur­lu həl­li onun adı ilə bağ­lı­dır. 20-ci il­lə­rin son­la­rın­dan başl­ay­a­raq çap et­dir­di­yi çox­say­lı mə­qa­lə­lə­ri, müa­sir dil, dil ta­ri­xi və dil­çi­liy­i­mi­zin mühüm və müxtə­lif pro­blem­lə­ri­nə həsr et­diyi on­larca mo­no­qra­fik əsər­lə­ri ilə o, di­li­mi­zin çox az to­xu­nul­muş və ya heç to­xu­nul­ma­mış sa­hə­lə­ri­nin təd­qi­qi ilə mə­şğ­ul ol­muş, da­ha çox eh­tiy­ac duy­u­lan hə­də­fi vax­tın­da gö­rə bil­miş­dir. Bu cə­hət­lə­ri nə­zə­rə al­dıq­da, onun eti­mo­lo­g­iya sa­hə­sin­də­ki işi­ni ümu­mi ya­ra­dıcı­lı­ğı­nın tə­bii bir qo­lu ki­mi qiy­mət­lən­dir­mək olar.

Eti­mo­lo­g­iya dil­çi­liy­in çə­tin, la­kin ma­raq­lı sa­hə­lə­rin­dən­dir. Qədim ta­ri­xi və mə­də­niyy­ə­ti olan hər bir xalq öx ta­ri­xi­nin uzaq ke­ç­­miş­dən gə­lən iz­lə­ri­ni, qə­dim adət-ənə­nə­lə­ri­ni, tə­sərrüfat hə­ya­tı­nı, mə­i­şə­ti­ni, qon­şu xalq­lar­la əla­qə və müna­si­bə­ti­ni, mən­sub ol­duğu xal­qın tə­fəkkürünün bə­sit­dən mürək­kə­bə doğ­ru in­ki­şa­fı­nı hər­tə­rə­f­li öy­rən­mək üçün eti­mo­lo­ji araş­dır­ma­lar­dan da bir va­si­tə ki­mi is­ti­fa­də edə bi­lir. Eti­mo­lo­ji təd­qi­qat bir elm ki­mi, xal­qa onun ke­ç­mi­şi­ni, qədim mə­də­niyy­ə­ti­ni, ic­ti­mai həy­a­tı­nı və mə­i­şə­ti­ni öy­rən­mək üçün ge­niş im­kan­lar ya­ra­dır. Elə bu­na gö­rə də bir çox baş­qa xal­q­la­rın gör­kəm­li dil­çi alim­lə­ri in­di bu sa­həyə da­ha çox fi­kir ve­rir­lər.

Prof.Ə.Də­mir­çi­za­də «Azər­bayc­an di­li­nin ta­ri­xi» ad­lı dok­tor­luq dis­ser­ta­siy­a­sı üzə­rin­də iş­ləy­ər­kən yal­nız dil ta­rix­çi­si ki­mi dey­il, həm də, ümu­miyy­ət­lə, bir ta­rix­çi ki­mi, qə­dim yu­nan, ərəb, fars, er­mə­ni, müa­sir rus və Av­ro­pa ta­rix­çi və et­no­qra­f­la­rı­nın əla­qə­dar əsər­ləri­ni diq­qət­lə nə­zər­dən ke­çir­miş, Azər­bayc­an əra­zi­sin­də ya­şay­an qə­dim ba­ba­la­rı­mı­zın - abo­ri­g­en­lə­rin han­sı qə­bi­lə və tay­fa­lar­dan iba­rət olduğ­u­nu, on­la­rın dil qu­ru­lu­şu­nu, hə­min qə­bi­lə və tay­fa dil­lə­ri­nin in­ki­şaf yo­lu­nu, qo­hum və qo­hum ol­may­an dil­lər­lə qar­şı­lıq­lı əla­qə­si­ni, xüsu­sən qon­şu əra­zi­lər­də ya­şay­an qə­dim xalq­­la­rın dil­lə­ri ilə necə tə­ma­s­da ol­duğ­u­nu, Azər­bayc­an di­li­nin necə və nə za­man­dan tə­şəkkül tap­mağa ba­ş­la­dığ­ı­nı, ta­ri­xi sə­nəd­lər, fakt­lar və ma­te­ri­al­lar son də­rəcə az ol­duğ­un­dan, bə­zi mə­sə­lə­lə­ri bir çox çə­tin­lik­lər­lə üzlə­şə­rək öy­rən­məyə, ay­dın­laş­dır­mağa müvəf­fəq ol­muş­dur. Gör­kəm­li alim di­li­mi­zin ta­ri­xi­ni öy­rən­mək üçün əv­vəlcə xal­qı­mı­zın ta­ri­xi­ni öy­rən­mə­li ol­muş və təd­qi­qat pro­se­sin­də bir çox söz­lə­rin tö­rə­niş yo­lu­nu əks et­di­rən qiy­mət­li fakt­lar top­la­mış­dır. Uzaq ke­ç­mi­şi­mi­zin ya­di­g­a­rı olan «Azər­bay­can», «Al­ban», «Mi­diya», «Xə­zər», «Qaf­qaz», «Ağ­van», «Muğ­an» və s. söz­lə­rin ta­ri­xi­nə da­ir ay­rı-ay­rı dəy­ər­li mə­qa­lə­lə­ri uzun ax­ta­rı­ş­la­rın nə­tic­ə­si­dir. Bun­lar elə söz­lər­dir ki, ke­ç­mi­şi öy­rən­mə­dən on­la­rın ba­rə­sin­də heç bir ağ­la­ba­tan fi­kir söy­lə­mək ol­maz­dı.

Prof. Ə.Də­mir­çi­za­də son za­man­lar eti­mo­lo­g­iya sa­hə­sin­də boşluğu da­ha ay­dın hiss edə­rək, bu sa­hə­də ya­ra­dı­cı­lıq işi­ni xey­li ge­ni­ş­lən­dir­miş, uzun il­lər­dən bə­ri apar­dığı müşa­hi­də­lə­rin nə­tic­ə­lə­ri­ni ümu­mi­ləş­dir­miş və bütün bun­la­rı «50 SÖZ» ad­lı ki­ta­bın­da top­la­maq­la bə­zi baş­qa mə­sə­lə­lər­də ol­duğu ki­mi, dil­çi­lə­ri­mi­zi bu mə­sə­lə­də də qa­baq­la­mış­dır.

Əsə­rin «İlk söz» ad­la­nan his­sə­sində eti­mo­lo­ji təd­qi­qat və onun əhə­miyy­ə­ti ba­rə­də yığc­am mə­lu­mat ve­ril­miş­dir. «50 söz» ilk eti­mo­lo­ji təd­qi­qat ki­ta­bı ol­du­ğun­dan müəl­lif müxtə­lif sa­hə­lə­rə da­ir söz­lər nə­zər­dən ke­çir­mə­li ol­muş­dur. Son iki böl­mə­də bə­zi fel­lər və say­lar haq­qın­da ve­ril­miş mə­lu­mat is­tis­na edi­lər­sə, ki­tab­da əsas ye­ri isim­lə­rin təd­qi­qi tu­tur. Doğ­ru­dur, müəl­lif ad bil­di­rən söz­lər sı­ra­sın­da bə­zi qab-qac­aq, alət, quş, bit­ki ad­la­rı­nı, ya­xın­lıq, qo­hum­luq, qa­nun və vergi müna­si­bət­lə­ri bil­di­rən söz­lə­ri də nə­zər­dən ke­çir­miş­dir, la­kin yer və tay­fa ad­la­rı­nın təd­qi­qi­nə həsr edil­miş ilk böl­mə da­ha zə­ng­in və da­ha ma­raq­lı­dır. Pro­fes­sor bu böl­mə­də «Azər­baycan», «Al­ban», «Ağ­van», «Qa­s­pi» («Kas­pi»), «Xə­zər», «Qaf­qaz», «Mi­diya», «Muğ­an» söz­lə­ri­nin eti­mo­lo­ji tə­hlilini ver­miş­dir. Bun­lar elə la­zım­lı və uzun ax­ta­rış tə­ləb edən söz­lər­dir ki, əg­ər so­nra­kı al­tı böl­mə ol­ma­say­dı be­lə, bu söz­lə­rin iza­hı ilə ki­tab qiy­mət­li bir ki­tab ol­a­raq qa­lar­dı. Bu­ra­da, heç şübhə­siz, müəl­li­fin inan­dı­rıcı şər­hi, də­rin mən­ti­qi müha­ki­mə­lə­ri, ay­rı-ay­rı söz­lə­ri zən­g­in fakt­lar fo­nun­da izah et­mə­si əsa­s­dır.

İn­di ədə­bi di­li­miz­də xüsu­si isim­lər ki­mi iş­lə­nən yer ad­la­rı çox­dur. Bun­lar dil­də ay­rı-ay­rı ta­ri­xi dövr­lər­də müxtə­lif yol­lar­la, müx­tə­lif sə­bəb­lər­lə ya­ran­mış­dır. Prof. Ə.Də­mir­çi­za­də be­lə xüsu­si yer adla­rı­nın hə­lə­lik beş qru­pu­nu müəyy­ən­ləş­dir­miş, on­la­rı beş əsa­s­da - coğ­ra­fi-tə­s­vi­ri əsa­s­da («Qa­ra­bağ­lı», «Uzu­no­ba», «Ağ­də­rə», «Çuxury­urd», «Üçtə­pə»…), tay­fa, xalq ad­la­rı əsa­sın­da («Xal­­dan», «Qıp­çaq», «Bay­at», «Çığ­a­tay»…), şəxs və nə­sil ad­­la­rı əsa­sın­da («Mə­lik­kənd», «Sol­tan­lı», «Qa­rğ­ul­lar»…), məh­su­la, tə­sərrüfa­ta gö­rə («Də­və­çi», «Də­mir­çi», «Zəy­lik»…) və nə­hay­ət, mə­kan­la əla­qə­­dar əla­mət­dar bir ha­di­sə və xüsu­siyy­ə­tə gö­rə («Lök­ba­tan», «Ağ­köy­nək», «Qı­zı­lağ­ac», «Qı­lıc­lı», «Sa­rı­baş») qrup­laş­dır­mış­dır.

Di­li­miz­də to­po­nim­lər çox­dur və bun­lar müxtə­lif yol­lar­la əmə­lə gəl­miş­dir. Bun­la­rın bir ço­xu­nun necə for­ma­laş­dığı ək­sə­riyy­ə­tə məlum­dur. La­kin bun­la­rın içə­ri­sin­də elə söz­lər də var ki, hə­min söz­lər xal­qın özünün tə­şəkkül və in­ki­şaf ta­ri­xi ilə bağ­lı olub, uzun yol ke­ç­miş­dir. Müəl­lif ilk növ­bə­də məhz be­lə söz­lə­ri diq­qət mər­kə­zi­nə qoy­muş­dur.

«A z ə r b a y c a n» sözünün tö­rə­niş yo­lu haq­qın­da ke­çən əs­rin or­ta­la­rın­dan ba­ş­lay­a­raq müxtə­lif fi­kir­lər söy­lən­miş­dir. Gör­kəm­li alim A.Ba­kı­xa­nov bu sözün «Azər-Ba­bə­kan» söz­lə­rin­dən ya­ran­dığ­ı­nı, «Ba­bə­kin odu» mə­na­sın­da iş­lə­nən bir söz ol­duğ­u­nu qeyd et­miş­dir. Bu fi­kir Ba­bə­kin qə­h­rə­man­lığ­ın­dan bəhs edi­lən an­lar­da özünə tə­rəf­dar­lar da tap­mış­dır:

 

Alo­vu, atə­şi yal­nız yer­də yox,

Qa­nın­da bəs­ləy­ir bu el, bu mə­kan.

Ba­bək­lər ye­tir­miş Azər­bayc­a­nın

Baş­qa bir adı da AZƏR­BA­BƏ­KAN! (X.Rza)

 

Prof. Ə.Də­mir­çi­za­də bu fi­kir­lə - A.Ba­kı­xa­no­vun fik­ri ilə ra­zı­laş­ma­maq­da haq­lı­dır, çünki hə­lə Ba­bək­dən çox-çox əv­vəl­lər qə­dim yu­nan, er­mə­ni, gürcü, fars mən­bə­lə­rin­də «Azər­bayc­an» sözünə müxtə­lif söv­ti tər­kib­lər­də ( At­ro­pa­te­ne, Atır­pa­ta­kan, Ad­ra­ba­da­qa­ni, Ad­zar­ba­da­g­an, Ad­zər­bay­g­an, Ad­zər­bayc­an, Atır­bay­kan ) rast gəlmək olur. Hə­lə vax­ti­lə He­ro­dot bu sözü «At­ra­pa­ten» şək­lin­də iş­lət­miş­dir. Av­ro­pa ta­rix­çi­lə­ri bu sözü «At­rap» ad­lı bir va­li­nin adı ilə bağ­la­mış, Şərq ta­rix­çi­lə­ri isə bu­nun «od», «atəş» mə­na­sın­da olan «ad­zər» sözü ilə bağ­lı ol­duğ­u­nu söy­lə­mi­ş­lər. Fin-Uqor dil­lə­ri sa­hə­sin­də təd­qi­qat apa­ran A.R.Zi­feldt «Azər­bayc­an» sözünün mən­şəy­i­ni Ural-Al­tay dil­lə­rin­də «ki­şi», «adam», «tay­fa», «xalq» mə­na­la­rın­da olan ad/at, ar/ər söz­lə­ri ilə əla­qə­lən­dir­məyə ça­lışmış­dır. Prof.Ə.Də­mir­çi­za­də bu müla­hi­zə­lə­rin yan­lış ol­duğ­u­nu el­mi də­lil­lər­lə qeyd edə­rək, «Azər­bayc­an» sözünün qə­dim ba­ba­la­rı­mız olan atə­ş­pə­rəst mi­diy­a­lı­la­rın ye­ni döv­lət ya­rat­ma­la­rın­da qa­baqc­ıl olan mağ­la­rın (muğ­la­rın) baş­çı­la­rı­na məx­sus ic­ti­mai bir lə­qəb (ti­tul) bil­di­rən və Mi­diya döv­lə­ti­nin ya­ran­dığı dövr­də ar­tıq mürək­kəb bir söz ki­mi forma­laş­mış olan «a t u r b a t» kəl­mə­si ilə «mə­kan», «öl­kə» mə­na­la­rın­da iş­lə­nən «k a n» sözünün bir­ləş­mə­sin­dən düzəl­miş coğ­ra­fi bir ad ol­duğ­u­nu gö­s­tər­miş­dir.

«Azər­bayc­an» sözü və bu sözün qə­dim for­ma­la­rı olan «At­ra­pa­ta­qan», «At­ra­pa­ten» söz­lə­ri müxtə­lif dövr­lər­də müxtə­lif mə­na­lı söz­lə­rin bir­ləş­mə­sin­dən əmə­lə gəl­miş­dir. Bu sözün «A t a r» his­sə­si Şərq ta­rix­çi­lə­ri­nin gü­man et­diyi ki­mi, «od», «atəş» mə­na­sın­da olan «adzər» sözündən iba­rət dey­il­dir. Prof. Ə.Də­mir­çi­za­də gö­s­tə­rir ki, «A t a r» sözü də iki his­sə­dən - a-tar his­sə­lə­rin­dən iba­rət­dir. Aka­de­mik N.Y.Marr bu söz­də­ki «a» ünsürünü ön şə­kil­çi he­sab edir­di. Prof. Ə.Də­mir­çi­za­də bu qə­bil­dən olan bə­zi baş­qa söz­lə­ri də nə­zər­dən ke­çi­rə­rək, «a» ün­sürünün ön şə­kil­çi dey­il, «Al­lah» mə­­na­sın­da iş­lə­nən bir sözün - «An» sözünün qa­lığı ol­duğ­u­nu müəyy­ən­ləş­dir­miş­dir. Mə­sə­lən, elam mi­xi ya­zı­la­rın­da «Ahu­ra­maz­da» sözü «An­hu­ra­maz­da» şək­lin­də ya­zıl­mış­dır ki, bu­ra­da: «an» - göy al­la­hı, «hur» - günəş, işıq, «maz­da» - Mi­diya eli söz­lə­ri­nin bir­ləş­mə­sin­dən iba­rət olub, «Mi­diya eli­nin göy al­la­hı işıq» mə­na­sı­nı ve­rən mürək­kəb söz­dür. «Ahu­ra­maz­da» sözü da­ha əv­vəl­lər «An­­hu­ra­maz­da» şək­lin­də işlən­diyi ki­mi, Atar­pa­ta­kan sözünün «Atar» his­sə­si də «an­tar» («an-tar») şək­lin­də iki söz­dən iba­rət ol­muş­dur. «An­tar» sözünün ikinci his­sə­si isə «hur» (işıq)>(«tur») ki­mi in­ki­şaf yo­lu ke­ç­miş, «od, işıq al­la­hı» mə­na­sın­da «an­tar» sözü ya­ran­mış­dır. Bu söz­dən isə «odal­lah­lı­lar, atəş­pə­rə­st­lər öl­kə­si» mə­na­sın­da «atar­pat/atur­bat» sözü düzəl­­miş­dir. So­nra­lar Ki­çik Mi­diya adı ilə ye­ni Mi­diya döv­lə­ti­nin ya­ran­ma­sın­da qa­baqc­ıl rol oy­na­mış və atə­ş­pə­rə­st­lə­rin qib­lə­g­a­hın­da mər­kəz­ləş­miş m u q l a r (m a ğ l a r) A t u r v a n (A t u r b a t) lə­qə­bi da­şı­mı­ş­lar. Elə hə­min dövr­də bu sö­zə mə­kan mə­na­sı bil­di­rən «k a n» sözü də bir­ləş­miş, «atə­ş­pə­rə­st­lər yur­du», «atur­pat­lar məs­kə­ni» mə­na­sın­da olan «A t u r p a t k a n» sözü ya­ran­mış­dır. Uzun ta­ri­xi in­ki­şaf pro­se­sin­də səs əvəz­lən­mə­lə­ri nə­tic­ə­si­də «Atur­pat­kan» sözü in­di­ki şək­lə, yə­ni «Azər­bayc­an» şək­li­nə düşmüşdür.

Çox ma­raq­lı ta­ri­xi olan «A l b a n» sözü haq­qın­da pro­fes­sor yazır: «Al­ban» sözü «al-ban» ol­maq üzrə iki söz­dən düzəl­miş­dir. Bu sözün bi­rinci his­sə­si «al» qə­dim dil­lər­dən bə­zi­lə­rin­də, bu cümlə­dən Ural-Al­tay, Xald-Urart və bir sı­ra Qaf­qaz dil­lə­rin­də «yüksək», «yu­xa­rı», «şi­mal», da­ha əv­vəl­lər isə «yüksək yer», «dağ» mə­na­la­rın­da iş­lən­miş bir sözdür».

Bu­ra­da prof. Ə.Də­mir­çi­za­də­nin eti­mo­lo­ji təd­qi­qat sa­hə­sin­də böyük im­kan­la­ra ma­lik ol­duğ­u­nu gö­s­tə­rən çox ma­raq­lı bir cə­hət də onun «Al­ban» əvə­zi­nə, bir sı­ra er­mə­ni mən­bə­lə­rin­də iş­lən­miş «Qar­qar», bə­zi gürcü mən­bə­lə­rin­də iş­lən­miş «He­re­ti», XIV əsr ta­rix­çi­si Xe­tu­mi­nin iş­lət­diyi «Ho­loy­en» söz­lə­ri ilə «Al­ban» sözü ara­sın­da ox­şar­lıq tap­ma­sı­dır. Prof. Ə.Də­mir­çi­za­də mü­əy­yən­ləş­di­rə bil­miş­dir ki, «Al­ban» sözünün «al» his­sə­si da­ha əv­vəl­lər örtülü hec­a­lı ol­muş və son­da­kı so­nor «l» çox vaxt so­nor «r» sa­mi­ti ilə əvəz­lən­miş­dir. Bu­na gö­rə də «Al­ban» əvə­zi­nə iş­lən­miş «Qar­qar», «He­re­ti», «Ho­loy­en» söz­lə­ri­nin «…ilk his­sə­lə­ri­ni təş­kil edən «qar/her/hol» hec­a­la­rı məhz «al» sözünün müxtə­lif qo­hum tay­fa dil­lə­ri­nə məx­sus fo­ne­tik qa­nu­na­uyğ­un qar­şı­lığ­ı­dır». «Al­ban» sözünün ikinci his­sə­si­ni təş­kil edən «b a n» sözü isə «öl­kə», «əy­a­lət», «yer» mə­na­la­rın­da olan bir dil vahi­di­dir ki, bu­nu gürcücə «öl­kə», «şə­hər», «kənd», «mey­dan» mə­na­sın­da iş­lə­di­lən «u b a n i», «da­ba­ni», xaldca «öl­kə» mə­na­sın­da «e l b a n i», er­mə­nicə «ev», «yurd» mə­na­sın­da «ban» , «van» söz­lə­ri və s. də tə­s­diq edir. Ə.Də­mir­çi­za­də bu nə­tic­əyə gə­lir ki, «Al­ban» sözü qə­bi­lə, tay­fa adı ol­ma­mış, «yu­xa­rı öl­kə», «şi­ma­li əy­a­lət», «dağy­e­ri», yə­ni «dağ­ı­s­tan» mə­na­la­rın­da for­ma­laş­mış bir söz ol­muş­dur. «Al­ban» ad­la­nan yer­də - Qaf­qa­zın şi­mal-şər­qin­də çox­lu müxtə­lif tay­fa­lar ya­ran­dığ­ın­dan on­la­rı yal­nız ya­şa­dıq­la­rı ye­rin adı ilə ümu­mi­ləş­di­rib ad­lan­dır­maq la­zım gəl­miş, bu­na gö­rə də hə­min söz bu tay­fa­lar it­ti­fa­qı­nı bir­ləş­di­rən döv­lə­tin adı ki­mi iş­lən­məyə ba­ş­la­mış­dır. «Al­ban» ad­la­nan yer Dağ­ı­s­ta­nın cə­nub­dan bir az his­sə­si­ni, Azər­bayc­a­nın Kürdən şi­ma­la doğ­ru böyük bir sa­hə­si­ni əha­tə et­miş­dir.

Prof. Ə.Də­mir­çi­za­də «Qa­s­pi», «Xə­zər», «Qaf­qaz», «Mu­ğan» söz­lə­ri­nin eti­mo­lo­ji iza­hı­nı da el­mi fakt­lar üzə­rin­də qur­muş­dur. Bəzən ada­ma elə gə­lir ki, «Ka­s­pi» rus, «Xə­zər» isə azə­ri di­lin­də işlə­nən fər­q­li söz­lər­dir. Ə.Də­mir­çi­za­də­nin təd­qi­qa­tı bu cür yan­lış tə­səv­vü­rü ara­dan qal­dı­rır və hər iki sözün ey­ni bir kök­dən - qas/xaz tay­fa adın­dan və bu ad­la­ra cəm­lik an­lay­ı­şı bil­di­rən iki müxtə­lif şə­kil­çi­nin - -pi -ar şə­kil­çi­lə­ri­nin bir­ləş­mə­sin­dən əmə­lə gəl­diy­i­ni aydın­laş­dı­rır. «Qaf­qaz» sözü ilk la­tın mən­bə­lə­rin­də «kav­ka­sos» şək­lin­də ya­zıl­mış, bə­zi yu­nan ta­rix­çi­lə­ri bu sözün əvə­zi­nə, bu mə­na­da «Qa­si­os» sözü iş­lət­mi­ş­lər. Bə­zən bu sözün «qaf» his­sə­si­ni slavy­an dil­lə­rin­də «döy­mək» mə­na­sın­da iş­lə­nən «ko­vatğ» fe­li ilə əla­qə­lən­dir­miş və «Qaf­qaz» sözünü «qas­la­rın me­tal döy­ən dağ öl­kə­si» mə­na­sın­da izah et­mi­ş­lər. Bu sözü «ağ qar­lı» mə­na­sın­da izah edən­lər də ol­muş­dur. Ə.Də­mir­çi­za­də A.Ba­kı­xa­no­vun bu ba­rə­də müla­hi­zə­si­ni da­ha düzgün say­mış, də­qiq fakt­lar əsa­sın­da hə­min sözün tay­fa adı bil­di­rən «qas» sözü ilə qə­dim fars di­lin­də dağ mə­na­sın­da iş­lə­nən «qa­u­fa» sözü əsa­sın­da ya­ran­mış bir söz ol­duğ­u­nu gö­s­tər­miş­dir. «Ki­ta­bi-Də­də Qor­qud»da iş­lən­miş «Qaz­lıq dağı» söz­lə­ri hə­min sözün Azər­bayc­an di­li­nə tərcümə­si olub, bu fi­k­ri bir da­ha tə­s­diq edir.

Prof. Ə.Də­mir­çi­za­də­nin eti­mo­lo­g­iya mə­sə­lə­lə­ri­nə həsr olun­muş əsər­lə­rin­dən «Mi­diya» sözünün «mağ öl­kə­si» mə­na­sın­da olan «mağ­day» tər­ki­bin­dən, «Muğ­an» sözünün «maq/muğ» tay­fa adı ilə cəm­lik bil­di­rən - an şə­kil­çi­sin­dən tö­rə­miş söz­lər ol­duğ­u­nu da öy­rə­ni­rik.

Pro­fes­so­run təd­qi­qa­tın­da oxuc­u­nu inan­dı­ran mühüm bir cə­hət bu­dur ki, o, ay­rı-ay­rı söz­lə­ri izah edər­kən hə­min sö­zə müva­fiq şə­kil­də for­ma­laş­mış di­g­ər söz­lə­rə də is­ti­nad et­miş, fi­k­ri­ni pa­ra­lel fakt­lar fo­nun­da əsas­lan­dır­mış­dır. Be­lə­lik­lə, oxucu əsas sözün iza­hı pro­se­sin­də bir çox baş­qa söz­lə­rin tö­rə­mə yo­lu haq­qın­da da mə­lu­mat alır. «Azər­bayc­an» sözü ilə əla­qə­dar «Ahu­ra­maz­da», «Mu­ğan­» sözü ilə əla­qə­dar «İran» söz­lə­ri­nin iza­hı be­lə fak­talrdan­dır. Be­lə söz­lə­rin bəzi­lə­ri­nin eti­mo­lo­g­iy­a­sı elm alə­mi­nə mə­lum ol­sa da, əsas söz­lə­rin iza­hı ilə əla­qə­dar bun­la­rın kö­mək­çi va­si­tə­lər ki­mi təd­qi­qa­ta da­xil edil­mə­si müla­hi­zə­ni tə­s­diq edən fakt­lar ki­mi çox qiy­mət­li­dir. Bu qə­bil­dən olan söz­lər sı­ra­sın­da ye­ni dövr­də rus di­lin­dən alın­mış «to­va­riş», «bu­ma­qa» ki­mi söz­lər də ve­ril­miş və bun­la­rın türk mən­şə­li söz­lər ol­duğu gö­s­tə­ril­miş­dir. Bu cür söz­lə­rin say­ı­nı müəl­lif ar­tı­ra bi­lər­di, la­kin qar­şıya be­lə məq­səd qoy­ma­mış, yal­nız əla­qə­dar söz­lə­rin iza­hı pro­se­sin­də zə­ru­ri ola­raq bə­zi söz­lə­rin tö­rə­mə və in­ki­şaf yo­lu­na nə­zər sal­ma­lı ol­muş­dur.

Ay­dın­dır ki, söz­lə­rin eti­m­o­lo­gy­a­sı­nı müəyy­ən­ləş­dir­mək mə­sə­lə­si dil­çi­lik­də nis­bi xa­rak­ter da­şıy­ır. Doğ­ru­dur, elə söz­lər var­dır ki, onla­rın necə və han­sı mə­na­da tə­şəkkül tap­dığı tam tə­fərr­üa­tı ilə də­qiq şə­kil­də müəyy­ən edi­lə bi­lər, la­kin elə söz­lər də möv­cud­dur ki, on­la­rın tər­kib his­sə­lə­ri­nin nə­lər­dən iba­rət ol­duğ­u­nu ay­dın­laş­dır­maq əsa­sən mümkün ol­sa da, ye­nə bir sı­ra məc­hul cə­hət­lər qa­la bi­lir. Mə­sə­lən, «to­va­riş» sözünün mal, ma­li­ka­nə, əşya, hət­ta qa­ra mal məna­la­rın­da iş­lə­nən «to­var/da­var» sözü ilə «qa­rın» sözündən olan «iş» ünsü­ründən düzə­lib, «mal or­tağı» mə­na­sı­nı ve­rən bir dil va­hi­di ol­ma­sı biz­də şübhə ya­rat­mır. Eləcə də V-VI əsrlər­dən qə­dim türk abi­də­lə­rin­də iş­lən­sə də, da­ha əv­vəl­lər for­ma­laş­mış olan «qar­daş» sözünün «qa­rın-da-eş» şək­lin­də, «qa­rın­da or­taq, şə­rik olan şəxs» mə­na­sın­da tə­şəkkür tap­ma­sı da­ha ağ­la­ba­tan və inan­dı­rıc­ı­dır. Eti­mo­lo­ji iş bu­nun­la məh­du­dlaş­mış olur və biz ki­fay­ət­lə­ni­rik, çünki ax­ta­rı­lan məchül cə­hət ar­tıq ta­pıl­mış­dır: bu söz­lər müa­sir türk dil­lə­rin­də iş­lə­di­lən, mə­na­la­rı ha­mı tə­rə­fin­dən ba­şa düşülən «da­var» və «qa­rın» söz­lə­rin­dən əmə­lə gəl­miş­dir. Bu mə­sə­lə­də bir az da irə­li ge­də­rək, «da­var» və «qa­rın» söz­lə­ri­nin necə əmə­lə gəl­diy­i­ni öy­rən­məyə çalış­saq, çə­tin ol­sa da, bu söz­lə­rin tər­kib his­sə­lə­ri­ni müəyy­ən­ləş­di­rə bi­lə­rik, la­kin hə­min tər­kib his­sə­lə­rin necə və nə vaxt ya­ran­ma­sı mə­sə­lə­si ye­nə də məc­hul nöq­tə ki­mi qa­lar. Ya­zı­lı abidələr be­lə bir tədqiq üçün im­kan ver­mə­diy­i­nə gö­rə, bu məq­səd­lə apa­rı­lan ax­ta­rı­ş­lar da nə­tic­ə­siz qa­lar və sə­mə­rə ver­məz. Ona gö­rə sözün eti­mo­lo­giya­­sı­nın öy­rə­nil­mə­si çox vaxt mütləq mə­na­da dey­il, nis­bi mə­na­da ba­şa düşülür. Eti­mo­lo­ji təd­qi­qat in­di­ki şə­ra­it­də, ba­ş­lıca ola­raq, bun­dan iba­rət­dir ki, ya necə və nə za­man, han­sı di­lin ma­te­ri­a­lı əsa­sın­da tə­şəkkül tap­dığı mə­lum ol­may­an söz­lə­rin il­kin mə­na­sı və mən­şəyi müəyy­ən edi­lir, ya­xud da ta­ri­xən tö­rə­mə yol ilə əmə­lə gəl­miş düzəlt­mə və mürək­kəb söz­lər mə­na­lı mor­fem­lə­rə ay­rı­lır və sözün gö­s­tə­ri­lən qay­da ilə tö­rə­miş oluğu əla­və fakt­lar­la (bə­zən əla­və fakt da ol­mur) tə­s­bit edi­lir. Bə­zən də sözün ilk mə­na­sı qə­dim abi­də­lər əsa­sın­da müəyy­ən­ləş­di­ri­lir və müa­sir dil­də hə­min söz­lə­rin qal­mış mə­na iz­lə­ri tu­tuş­du­ru­lur.

Bütün bu cə­hət­lə­ri nə­zə­rə ala­raq, prof Ə.Də­mir­çi­za­də­nin təd­qiq et­diyi söz­lə­ri iki qru­pa ay­ır­maq olar:

1.İl­kin for­maya ma­lik ol­duğu təd­qiq edil­miş söz­lər;

2.Tö­rə­mə yol ilə düzəl­diyi müəyy­ən edil­miş söz­lər.

Bi­rinci qrup söz­lə­rin il­kin for­maya ma­lik ol­ma­sı da şər­ti mə­na­da­dır. Be­lə söz­lər təd­qi­qa­tın baş vu­ra bi­ləc­əyi son həd­də gö­rə il­kin söz he­sab olu­nur. Şübhə­siz, da­ha qə­dim dövr­lə­rə ail mən­bə­lər ol­sa idi, hə­min söz­lə­rin necə ya­ran­mış ol­duğu ba­rə­də da­ha dürüst fi­kir söy­lə­mək olar­dı. Prof. Ə.Də­mir­çi­za­də­nin təd­qi­qa­tın­da bu səp­ki­dən olan aşağ­ı­da­kı söz­lər var­dır: hoq­qa (qə­dim elam di­lin­də «ay­in», «qa­nun» mə­na­la­rın­da olan huq­qu sözündən), ma­nat (qə­dim elam di­lin­də «ve­r­gi», «xə­rac» mə­na­sın­da man­nat sözündən), tum (qə­dim pars di­lin­də çəy­ir­dək və nə­sil mə­na­la­rın­da tu­ma sözündən), beş (türk dil­lə­rin­də «əl» mə­na­sın­da bil/biş/miş söz­lə­rin­dən). Zoğ, pam­bıq, pam­pax, tüfə­ng və s. söz­lə­rin iza­hı da bu sı­ra­dan­dır.

İkinci qru­pa da­xil olan söz­lə­ri də iki nö­və ay­ır­maq olar:

a) düzəlt­mə söz­lər;

b) mürək­kəb söz­lər.

Prof. Ə.Də­mir­çi­za­də yal­nız xüsusi təd­qi­qat əsa­sın­da müəy­yən­ləş­di­ri­lə bi­lən bir sı­ra söz­lə­rin düzəlt­mə ol­du­ğu­nu gö­s­tər­miş və bu söz­lə­ri kök və şə­kil­çi­lə­rə ay­ır­mış­dır. Hə­min kök və şə­kil­çi­lə­rin müəyy­ən dövr­də bu və ya di­g­ər bir dil­də iş­lən­miş ol­duğ­u­nu və öz izlə­ri­ni bu gü­nə qə­dər sax­la­dığ­ı­nı gö­s­tə­rə bi­lən çox qiy­mət­li dil mate­ri­a­lı əsa­sın­da müqay­i­sə­lər apar­mış və bir az əv­vəl qeyd et­diy­i­miz söz­lər­dən əla­və, aşağ­ı­da­kı söz­lə­rin də ta­ri­xən düzəlt­mə ol­duğ­u­nu müəyy­ən­ləş­di­rmişdir: qulp (qə­dim azə­ri tay­fa dil­lə­rin­də «əl» məna­sın­da iş­lə­nən qar/qur/qol/qul sözü ilə cəm­lik bil­di­rən -pi şə­kil­çi­sin­dən), ütü (qə­dim türk dil­lə­rin­də oda tut­maq, qar­sa­la­maq, od­la ha­mar­la­maq mə­na­sın­da «ütmək» fe­li ilə - ük şə­kil­çi­sin­dən, isi­dici, ha­mar­lay­ıcı adı ki­mi), qarp­maq («əl» mə­na­sın­da «qar» sözü ilə cəm­lik bil­di­rən -pi şə­kil­çi­si­nin bir­ləş­mə­­sin­dən, əl­lə­rin fə­al iş­ti­ra­kı ilə baş ve­rən pro­se­si bil­di­rən söz ki­­mi), qa­rış («əl» mə­na­sın­da «qar» sözü ilə -ış şə­kil­çi­sin­dən, «əl uzu­nu» mə­na­sı­nı bil­di­rən ölçü adı ki­mi), qa­şı­maq (qə­dim türk dil­lə­rin­də «bar­maq» və ya «dır­naq» mə­na­sın­da «qaş» sözü il şə­kil­çi­sin­dən), qa­la­maq (mon­qol di­lin­də «od» mə­na­sın­da «qal/ğal» sözü ilə -la şə­kil­çi­sin­dən: qal-la - qal-a) və s.

Ta­ri­xən mürək­kəb, hal-ha­zır­da isə sa­də söz ki­mi ta­nı­nan bir sı­ra söz­lə­rin tər­ki­bin­də ən azı iki müxtə­lif sözün iş­lən­miş ol­duğu müəyyən edil­miş, tər­kib his­sə­lə­rin il­kin mə­na­sı və for­ma­sı im­kan da­xi­lin­də də­qiq­ləş­di­ril­miş­dir. Be­lə söz­lər­dən aşağ­ı­da­kı­la­rı qeyd etmək olar: bac­a­naq (türk dil­lə­rin­də «bacı» və dost, yol­daş, mö­tə­bər şəxs mə­na­sın­da «inaq» sözündən), hoq­qa­baz (qə­dim elam di­lin­də «hüquq», fars di­lin­də oy­un mə­na­sın­da «baz» söz­lə­ri­nin bir­ləş­mə­sin­dən, oy­un­baz mə­na­sın­da), bar­daq (qə­dim türk dil­lə­rin­də üzüm şi­rə­si, mey, şə­rab mə­na­sın­da «bor» sözü ilə qab mə­na­sın­da «daq» sözlə­rin­dən, mey qa­bı mə­na­sın­da), cürdək (er­mə­nicə su mə­na­sın­da «cür» sözü ilə türk dil­lə­rin­də qab mə­na­sın­da «daq» sözündən, su qa­bı mə­na­sın­da), şa­da­ra (udin di­lin­də toz, qum mə­na­la­rın­da «şa» sözü ilə «da­ra­maq» fe­lin­dən), göy­ər­çin (türk dil­lə­rin­də göy rə­ng mə­na­sın­da «göy» sözü ilə quş mə­na­sın­da iş­lə­dil­miş «uç­qan» sözünün «çın/çin» şək­li­nə düşmüş for­ma­sın­dan, göy ça­lar­lı quş mə­na­sın­da), sığ­ır­çın («sığ­ır» sözü ilə «çın» ünsüründən, sığ­ır içə­ri­sin­də olan quş mə­na­sın­da), ba­lıq­çın (türk dil­lə­rin­də «ba­lıq» sözü ilə «çın» ünsüründən, ba­lıq­lar­la do­la­nan quş mə­na­sın­da), bay­ır­çın, da­rax­çın («bay­ır», «daraq» və «çın» ilə), dar­çın (fars di­lin­də dər­man mə­na­sın­da «da­ru» sözü ilə «Çin» söz­lə­rin­dən, Çin dər­ma­nı mə­na­sın­da) və s. Ə.Də­mir­çi­za­də iy­ir­mi, alt­mış, yet­miş say­la­rı­nın da ta­ri­xən mürək­kəb söz şək­lin­də for­ma­laş­mış ol­duğ­u­nu gö­s­tər­miş­dir.

Ə.Də­mir­çi­za­də­nin eti­mo­lo­g­iya sa­hə­sin­də təd­qi­qa­tı bun­lar­la məh­dud­laş­mır. Şübhə­siz, gör­kəm­li ali­min im­kan­la­rı onu gə­ləc­ək­də də bu sa­həyə sövq edəc­ək­dir. Bu gün ya­ra­dıc­ı­lığ­ı­nın bu qo­lun­dan danı­şar­kən, onun təd­qiq et­miş ol­duğu bə­zi söz­lə­rin iza­hı ilə, bə­zi mü­la­hi­zə və fi­kir­lə­ri ilə əla­qə­dar müba­hi­səyə gir­mək, baş­qa cür müla­hi­zə və fi­kir­lər də söy­lə­mək olar­dı, la­kin bu­nun üçün qə­dim yazı abi­də­lə­ri­nə, bir çox ma­te­ri­al­la­ra və sə­nəd­lə­rə, müxtə­lif dil­lə­rin tə­bi­ə­tin­dən doğ­an qa­nu­na­uyğ­un nə­tic­ə­lə­rə, di­li­mi­zin ta­ri­xi­nə və zəng­in dil fakt­la­rı­na onun özü qə­dər də­rin­dən bə­ləd ol­maq, bütün bun­la­ra onun özü qə­dər səbrlə və həs­sas­lıq­la qiy­mət ver­mək, müha­ki­mə yürütmək la­zım­dır.

Onun bu sa­hə­də­ki işi dil­çi­liy­i­miz­də eti­mo­lo­ji təd­qi­qat işi­nin uğur­lu bünö­v­rə da­ş­la­rın­dan­dır.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az