BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

TƏDQİQİ MÜMKÜN OLMAYAN

ŞİVƏLƏRİN TƏDQİQİ

 

Azərbaycan dilinin Çəmbərək və Kar­van­sa­ray

şi­və­lə­ri

 

Ta­ley­in qi­s­mə­ti­dir ki, Şöv­kət müəl­lim o yer­lər­də doğu­lub. Do­ğu­lub və göz açıb o in­san­la­rı, o şi­və­lə­ri göz­ləy­ən təhlükə­ni gö­rüb, kənd-kənd, oba-oba, oy­maq-oy­maq gə­zə­rək gördüklə­ri­ni qə­lə­mə alıb. Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu qayğı gö­s­tə­rib, aka­de­mik M.Ş.Şi­­rə­liy­ev möv­zu­nun dəy­ə­ri­ni qiy­mət­lən­di­rib, rəh­bər­lik və kö­mək edib. Nə­ti­cə­də qiy­mət­li bir əsər mey­da­na çı­xıb - in­di müm­kün­süz olan vax­tın­da mümkün olub.

Şöv­kət müəl­lim əsər­də in­di­ki za­ma­nın di­li ilə da­nı­şır, o yer­lə­rin gördüyü, müşa­hi­də et­diyi qə­dim sa­kin­lə­ri­ni, həm­və­tən­lə­ri­ni, on­la­rın da­nı­şıq tər­zi­ni tə­s­vir edir. La­kin in­di o yer­lər­də nə o in­san­lar var, nə də on­la­rın can­lı və qə­dim oğ­uz ləhc­ə­si­nin sə­da­la­rı eşi­di­lir.

Yal­nız hə­qi­qi və­tən se­vg­i­si on­la­rın doğ­ma sə­si­ni qey­də alıb son­ra­kı nə­sil­lə­rə çat­dır­maq gücünə ma­lik ol­muş­dur.

Təd­qiq olu­nan şi­və­lər xal­qın Çəm­bə­rək və Kar­van­sa­ray, er­mə­ni­lə­rin İc­e­van və Kras­no­se­lo ad­lan­dır­dıq­la­rı ray­on­la­rın əra­zi­lə­rin­də ya­şa­mış in­san­la­rın şi­və­lə­ri­dir. Ötən əs­rin 89-cu ili­nə qə­dər bu in­san­lar ne­çə mi­nil­lik öz də­də-ba­ba yurd­la­rın­da ya­şay­ıb-ya­ra­dır, əkib-bi­çir­di­lər. İn­di o tor­paq­lar mən­hus qon­şu­la­rı­mı­zın tap­dağı­na çe­v­ri­lib, və­tən öv­lad­la­rı­nın üzünə hə­s­rət­dir. Bey­nəl­xalq ir­tic­a­nın zo­ra­kı­lıq qo­lu çox güclüdür.

Şöv­kət Kə­ri­mov ömrünün 60 il­dən ço­xu­nu bu əra­zi­nin ha­va­sında nə­fəs alıb, öy­rən­diyi in­san­lar­la bi­rgə ömür sürüb. Möv­zu üzə­rin­də 60-cı il­lər­də iş­ləy­ib (1972-ci il­də bu möv­zu­da na­mi­zəd­lik dis­ser­ta­siy­a­sı müda­fiə edib), Ünsiy­yə­tə gir­diyi adam­la­rın nitq xüsu­siyy­ət­lə­ri­nə həd­siz də­rə­cə­də bə­ləd ol­duğ­un­dan bir ziy­a­lı, bir alim ki­mi, torpaq­la­rın zəh­mət­se­vər bir öv­la­dı ki­mi, şi­və­lə­ri o qə­dər də­rin­dən və­rəq­ləy­ib ki, elə bil, on­la­rın to­mo­qra­fı­nı çək­məyə ça­lı­şıb. O qə­dər zə­ng­in və ma­raq­lı xüsu­siyy­ət­lər var ki, dü­şü­nürsən ki, yer­li əha­li sonra­lar bu yer­lə­rə ay­aq ba­san er­mə­ni­lə­rin düşüncə­lə­rin­də­ki si­niz­mə bax­may­a­raq, öz də­də-ba­ba nitq üslu­bu­nu ar­xay­ın-ar­xay­ın, heç bir şey­dən pəy­sin­mə­dən qo­ruy­ur­muş. Söz­lər ara­sın­da əla­qə nə­ticə­sin­də ya­ra­nan fo­ne­tik dəy­iş­mə­lər, səsdüşümü, sə­sar­tı­mı, me­ta­te­za, uy­uş­ma hal­la­rı yal­nız şi­və­lər­lə ədə­bi di­lin fərq­lə­ri­ni de­yil, dil­də sözün in­ki­şaf yo­lu­nu, sözün fo­ne­tik qu­ru­lu­şu­nun göz önündə necə dəy­iş­diy­i­ni öy­rən­mək və ümu­mi­ləş­dir­mək üçün də ge­niş ma­te­ri­al ve­rir.

Ş.Kə­ri­mov 1964-1968-ci il­lə­rin Çəm­bə­rəyi, bu il­lə­rin Kar­van­sa­rayı əra­zi­lə­rin­də yer­lə­şən 18 kənd­dən ma­te­ri­al top­la­mış­dır. Bu 18 kən­din şi­və­lə­ri­ni fo­ne­tik, lek­sik və qram­ma­tik xüsu­siyy­ət­lə­ri­nin yax­ın­lığ­ı­na gö­rə ümu­mi­ləş­di­rə­rək Qa­ra­qoy­un­lu, Göy­çə və Ay­rım şivə­lə­ri ki­mi üç qru­pa ay­ır­mış­dır. Əsər­lə ta­nı­ş­lıq gö­s­tə­rir ki, bu ərazi­lər­də ya­şay­an in­san­la­rın nit­qi hə­qi­qi mə­na­da bir sı­ra xüsu­siy­yət­lə­ri ilə fər­q­lən­miş­dir. Qa­ra­qoy­un­lu şi­və­lə­rin­də müşa­hi­də olu­nan di­şa­ra­sı z (d) sə­si, si­fə­tin azalt­ma də­rəc­ə­si­nin - rın­qı (-ırın­qı) şə­kil­çi­si, Göy­çə şi­və­lə­rin­də sağ­ır n -in güclü möv­qeyi, əmr şək­li­nin 2-ci şəxs tə­kin­də qə­dim - ay­ın, -ağ­ın şə­kil­çi­si­nin iş­lən­mə­si, xə­bər şək­li­nin in­di­ki za­ma­nı­nın 2-ci şəxs tək­də -an ( alır-an ) şə­kil­çi­si, Ay­rım şivə­lə­rin­də 1-ci şəxs cəm­də -ax xə­bər­lik şə­kil­çi­si­nin ( alır-ax ), 2-ci şəxs cəm­də -sa­nız şə­kil­çi­si­nin ( alır-sa­nız ) iş­lən­mə­si, nəq­li keç­mi­şin 1-ci və 2-ci şəx­slə­rin tə­kin­də şəxs şə­kil­çi­si­nin qa­pa­lı sa­it­li ol­ma­sı ( al­mış-ım, alıf-­sın )... dil ta­ri­xi üçün ma­raq­lı fakt­lar­dır və əha­li quş ki­mi öz yu­va­sın­dan uçu­rul­sa da, bun­la­rın vax­tın­da qey­də alın­ma­sı gə­ləc­ək təd­qi­qat­lar üçün ge­niş ma­te­ri­al ve­rəc­ək­dir. Tə­bii ki, doğ­ma yur­dun­dan di­də­rg­in düşən və hə­rə­si bir diy­ar­da, bir mühit­də ya­şayan, xüsu­si­lə dağ­ı­nıq şə­hər mühi­tin­də ya­şa­yan in­san­lar­dan bu cür fakt­lar top­la­maq çə­tin olar­dı. Açıq sa­it­lər əvə­zi­nə qa­pa­lı sa­it­lə­rin işlən­mə­si «Də­də Qor­qud»u və da­ha qə­dim dövr­lə­ri ya­da sa­lır. Çox qə­ri­bə­dir ki, qa­pa­lı sa­it­li­lik söz­də hər bir möv­qe­də özünü gö­s­tə­rir: söz əv­və­lin­də - inc­il, ilac, uy­ax, uğ­uz (oğ­uz), uan­da (o yan­da); söz or­ta­sın­da - şi­kil, yi­hər, zinc­ir, zuğ (zoğ), qu­a­la (qo­va­la), yı­xa­la­max (ya­xa­la­maq), cı­van (ca­van), çır­pış­max (çar­pış­maq), yu(v)aş, yu(v)an, Gü­hər (Göv­hər), güər­mək; söz so­nun­da - mığ­mığı, Ağ­a­ba­lı, fa­laq­qı və s. Bun­lar o de­mək­dir ki, bə­zi dil­çi­lə­rin Qu­ba di­a­lek­tin­dən da­nı­şar­kən lə­zgi di­li­nin tə­si­ri ilə bağ­la­mağa ça­lış­dığı bu xüsu­siy­yət lə­zgi di­lin­dən uzaq olan bu əra­zi şi­və­lə­ri­nin təs­diq et­diyi ki­mi, lə­zgi dil əla­mə­ti dey­il, türk dil­lə­ri­nin qə­dim ta­ri­xin­dən gə­lən can­lı iz­lər­dir. Zükut - sükut, zər­raf - sər­raf, zonc­ux­la­max - sonc­ux­la­maq ki­mi səs ke­çid­lə­ri­nin türk tay­fa dil­lə­rin­də ne­çə mi­nil­lik ta­ri­xi var­dır - Man­na dövründə Sa­qar­ti - Zi­kur­tu vi­lay­ət adın­da ol­­duğu ki­mi. D>t tip­li əvəz­lən­mə­lər ( tüşməx, tu­far, tüşüncə, tişi və s.) in­di « ilə ba­ş­la­nan bir çox söz­lər­də «Də­də Qor­qud»da da be­lə­dir. Bağ­man (bağ­ban), ey­məc­ər (ey­bəc­ər), ba­la­man (ba­la­ban) tip­li söz­lər­də b>m ke­çi­di bu xüsu­siy­yə­tin tə­sadüfi ol­ma­dığ­ı­nı, söz­lə­rin or­ta­sın­da da özünü gö­s­tə­rən si­s­tem­li tay­fa dil əla­mət­lə­ri ol­duğ­u­nu sübut edir. Söz­lə­rin or­ta­sı­na heç bir zə­ru­rət ol­ma­dan r, t, l sa­mit­lə­ri­nin ar­tı­mı ( gor­vut - go­bud, mır­tıx - mı­rıx; ulal­max - ula­maq, çəl­pi­nə - çə­pi­nə; baş­qal­tı - ba­şal­tı və s.) gö­s­tə­rir ki, sözün fo­ne­tik quru­lu­şu­nun ge­ni­ş­lən­mə­si bir çox hal­lar­da mə­na­lı mor­fem­lər he­sa­bı­na dey­il, tə­ləffüz vər­di­ş­lə­ri ilə də bağ­lı­dır. Yox­sam, hə­ləm, bəl­kəm, də­fəm tip­li söz­lər­də son m sə­si də bu qə­bil­dən­dir. Ya­nınc­ax, er­mə­nic­əx`, kə­s­dikc­əx` tipli söz­lər­də son x, x`, gəl­dikc­ən, ver­dikcən söz­lə­rin­də son n , xa­hişd, nox­sand söz­lə­rin­də son d sə­si də be­lə­­dir. Hiss olu­nur ki, bun­lar baş­qa səs­lə­rin in­ter­fe­re­siy­a­sı nə­tic­ə­si­dir. Söz­lə­rin ilk səs­lə­ri­nin düşümü - örüx`, ör­məx`, örümçəx`, örgü, oha­la­max; umax, umu­şax, oxa­rı, uxa, ya­xud söz da­xi­lin­də səs düşümü - oxan­tı (ov­xan­tı), qa­çı (qay­çı), qu­rux (quy­ruq), heca düşümü - gət­di (gə­tir­di), qar­da­lı (qa­rğ­ı­da­lı) hal­la­rı bir da­ha tə­s­diq edir ki, va­hid döv­lə­tin ol­ma­dığı, va­hid tə­sər­rü­fat, iq­ti­sa­diyy­at və əla­qə­lə­rin zə­if ol­duğu, mək­tə­bin, maa­ri­fin ha­mıya müyəs­sər ol­ma­dığı min il­lər ər­zin­də di­lin tə­bii, na­tu­ral in­ki­şa­fı pro­se­sin­də söz­lə­rin fo­ne­tik qa­bığ­ı­nın dəy­iş­mə­sin­də fo­ne­tik ha­di­sə­lər çox böyük ro­la ma­lik olur. Al­fa­tın - Əf­la­tun, bay­da - badya, yalnış - yan­lış, zı­pır - zır­pı, dor­­ğa - doğ­ra, arğ­ı­max - ağ­rı­maq, xar­ma­lı - xa­m­ra­lı, yam­şax - yaş­­maq, hə­məcc­ər - mə­həcc­ər, xo­sul­max - so­xul­max, xunc­ur - xurc­un, fə­sa­rət - fə­ra­sət, təl­pəx` - pəl­tək, arc­ıd -ar­dıc, Mə­ha­lət - Mə­la­hət... ki­mi çox­say­­lı söz­lər­də me­ta­te­za­nın ro­lu sözün ta­ri­xi inkişa­fın­da səs­lə­rin yer­dəy­iş­mə­si­nin əhə­miyy­ə­ti­ni xüsu­si qiy­mət­lən­dir­məyi tə­ləb edir.

Şi­və­lər­də yal­nız da­maq ahə­ngi dey­il, do­daq ahə­ngi də güclü olmuş­dur. Vu­rğ­u­nun çox­hec­a­lı söz­lər­də çox za­ma­ni ilk hec­aya düşmə­si də qə­dim­lik, il­kin­lik əla­mət­lə­rin­dən­dir. Bu şi­və­lər­də hət­ta ar­xa sı­ra qa­lın ı sa­i­ti də söz ba­şın­da möh­kəm­dir: ıl­dı­rım, ıl­dız, ışıl­tı, ılıx, ırız­qı (ər­zaq), ıl­xı və s. Bu sözündə b>m əvəz­lən­mə­si ( mu­nun, mu­na, mu­nu, mun­da, mun­nan ) kar­luk tay­fa dil xüsu­siyy­ə­ti ki­mi baş­qa şi­və­lə­ri­miz­də də ge­niş yay­ıl­mış­dır.

Şi­və­lə­rin mor­fo­lo­ji qu­ru­lu­şu­nun təd­qi­qi di­li­mi­zin ta­ri­xi ilə bağ­lı ma­raq­lı xüsu­siyy­ət­lər üzə çı­xa­rır. Qey­ri-qə­ti gə­ləc­ək za­ma­nın in­ka­rı­nın 1-ci şəxs tə­kin­dən da­nı­şar­kən müəllif ya­zır: «Azər­bayc­an di­li di­a­lekt və şi­və­lə­ri­nin təd­qi­qi gö­s­tə­rir ki, - ma­nam, -mə­nəm for­ma­sı hə­lə də müəyy­ən di­a­lekt və şi­və­lə­ri­miz­də iş­lən­mək­də­dir. La­kin Ağbu­laq kən­din­də səc­iyy­ə­vi bir şə­kil­çi ki­mi iş­lə­nən -mam, -məm for­ma­sı hə­lə­lik baş­qa di­a­lekt və şi­və­lə­ri­miz­də müşa­hi­də olun­ma­mış­dır». Əsər­də nitq his­sə­lə­ri­nin hər bi­ri­nin mor­fo­lo­ji qu­ru­lu­şun­dan ay­rıca bəhs edil­miş, sözdüzəl­dic­i­lik va­si­tə­lə­ri, söz­lə­rin mürək­kəb­ləş­mə üsul­la­rı ba­rə­də xüsu­si mə­lu­mat ve­ril­miş­dir. Mü­əyy­ən edi­lən mor­fo­lo­ji gö­s­tə­ric­i­lər - sözdüzəl­dici şə­kil­çi­lər ədə­bi di­li­miz­də­ki şə­kil­çi­lə­rin va­ri­ant­la­rı ilə ya­na­şı, il­kin və ya qə­dim qram­ma­tik se­man­ti­ka­sı ba­rə­də də fi­k­ri­mi­zi ge­niş­lən­di­rir. Ya­ta­lğa (gec­ə­lə­mək ye­ri), qa­ça­lğa (qa­çıb day­an­maq ye­ri), du­ra­lğa (dur­maq ye­ri), dü­şəlyə (gə­lir, mə­da­xil), gö­rəlyə (gə­li­ni gör­mək üçün dü­zəl­dil­miş məc­lis), kö­nəlyə (yığ­ınc­aq) söz­lə­rin­də ək­sə­rən fel­dən isim düzəl­dən -alğa, -əlyə şə­kil­çi­si­nin, dey­ə­sən, ədə­bi di­li­miz­də heç pro­to­ti­pi də yox­dur; -anaq, -ənək şə­kil­çi­si in­di nis­bə­tən o qə­dər də məh­sul­dar dey­il­dir, la­kin qeyd edi­lən şi­və­lər­də­ki bər­kə­nəx` (bərk yer), əkə­nəx` (əkin ye­ri), əsə­nəx` (xə­s­tə­lik adı), gö­rə­nəx` (dəc­əl uşaq) ki­mi söz­lər gö­s­­tə­rir ki, bu cür şə­kil­çi­lə­rin bir vaxt­lar iş­lən­mə im­kan­la­rı ge­niş ol­muş­dur. Ya­xud: tıx­la­mac (çox­lu çö­rək doğ­ran­mış xö­rək), bur­manc (bu­ruq toğ­lu), ad­da­maş (ki­çik körpü), tırt­da­mac (qa­tı xö­rək) söz­lə­rin­də - mac şə­kil­çi­si­nin; əy­di (ağ­ac­dan qa­şıq ha­zır­la­maq üçün alət), düydü (yay­lıq) ki­mi söz­lər­də -dı şə­kil­çi­si­nin; su­at (su götürülən yer), yu­at (sürünü çi­miz­dir­mək üçün göl) ki­mi söz­lər­də -at şə­kil­çi­si­nin fə­al­lığı ma­raq doğ­u­rur. Bu cür şə­kil­çi­lə­rin qey­də alın­ma­sı is­ti­qa­mə­tin­də görülmüş iş­lər çox fay­da­lı­dır.

Ş.Kə­ri­mov sözün qu­ru­lu­şun­dan da­nı­şar­kən ver­diyi nümu­nə-mi­sal­­la­rın öz­lə­ri də şi­və lek­si­ka­sı­nı öy­rən­mək üçün ma­raq­lı ma­te­ri­al­dır: cə­h­rə­pə­ri (ağ­ac növü), qoy­u­ng­özü (na­xış), qoy­un­qu­lağı (ot növü), çi­lix`bur­nu (ot növü), əb­bəx`şor­va­sı (du­ru xö­rək), do­şa­nal­ma­sı (xır­da kol), pi­şix`cıy­nağı (bit­ki), itağ­acı (ağ­ac növü) və s. mürək­­kəb söz­lər ya­naş­ma-uz­laş­ma əla­qə­li bir­ləş­mə mo­de­li­nin mü­rək­kəb söz ya­ra­dıc­ı­lığı üçün şi­və­lər­də ge­niş im­kan­lar ya­rat­dığ­ı­nı gös­tə­rir. Mot­mo­tu (bit­ki), maş­ma­şı (ot növü), mığ­mığı (ağc­a­qa­nad) ki­mi tə­rə­f­lə­ri ay­rı­lıq­da mə­na ver­məy­ən söz­lə­rin necə ya­ran­dığı da düşündürücüdür.

Ay­rım şi­və­lə­rin­də 1 və 2-ci şəx­slə­rin cə­mi­ni bil­di­rən xə­bər­lik şə­kil­çi­lə­ri­nin açıq sa­it­li ol­ma­sı (1-ci şəxs cəm­də -ax,-əx`, -ada­max, in­sa­nax, oy­çuy­ax, tütünçüyəx` ; 2-ci şəxs cəm­də -san,ız, -sən,iz - qon­­şu­san,ız, sə­bir­siz­sə­n,iz) hə­min şi­və­lə­ri təd­qiq olu­nan di­g­ər şivə­lər­dən da­ha çox fər­q­lən­di­rir. İşa­rə əvəz­lik­lə­ri­nin ota­na, bu­ta­na, od­ra­na, bu­d­ra­na, od­ra şə­kil­lə­rin­də iş­lən­mə­si, görünür, cümlə­nin il­kin po­li­pre­di­ka­tiv in­ki­şaf dövrü­nün qa­lıq­la­rı­dır. Azər­bayc­an di­li­nin ədə­bi qo­lun­da çox­dan sı­ra­dan çıx­dığı hal­da, bu şi­və­lər­də hə­lə də kən­di əvəz­liy­i­nə tə­sadüf edil­miş­dir. La­kin yal­nız qoc­a­la­rın di­lin­də müşa­hi­də edil­mə­si bu sözün şi­və­lər­də də məh­dud­laş­dığ­ı­na də­la­lət edir. Hənc­ə­ri, hə­si, nağ­ar­ta­na ki­mi su­al əvəz­lik­lə­ri şi­və­lə­rin ədə­bi dil tə­si­rin­dən uzaq düşdüyünü düşün­məyə əsas ve­rir; «bir kim­sə», «bir adam» mə­na­sın­da kim­sə­nə əvəz­liyi «Də­də Qor­qud»dan bu ya­na xalq di­lin­də, onun şi­və­lə­rin­də ya­şa­maq­da­dır. Da­la­mırt­dan­max (na­­har et­mək), sum­bat­dan­max (yax­şı­laş­maq, gö­zəl­ləş­mək), xü­düx `lən­məx` (meyil­lən­mək), qa­ra­lan­max (fi­kir­ləş­mək), qu­rğ­az­dan­max (azca qu­ru­maq), bo­ğaz­­daş­max (mü­ba­hi­sə apar­maq), əy­ax­laş­max (sağ­al­maq, yax­şı­laş­maq), yol­laş­max (ra­zı­laş­maq) tip­li fel­lə­rin ha­mı­sı tə­bii yol­la - -la+-n, -la+-ş şə­kil­çi­ləri­nin ad­la­ra ar­tı­rıl­ma­sı ilə düzə­lib və hər bi­rin­də il­kin mə­na ilə əla­qə işar­tı­la­rı ye­nə qal­maq­da­dır. Hət­ta bir ço­xu fər­q­li mə­na­lar­da ədə­bi dil­də də iş­lə­nir. Cil­məx` (çal­maq - oğ­ur­la­maq) fe­li nə qə­dər dəy­i­şik­liyə uğ­ra­sa da, ye­nə əs­lin­dən tam uzaq­laş­may­ıb. Qə­ri­bə­dir ki, «oğ­ur­la­maq» mə­na­sın­da cil­məx` fe­li ilə ya­na­şı, şi­və­lər­də ot bi­ç­mək, yay­lıq ilə ba­şı bağ­la­maq, sü­pürmək, ağ­aca mi­s­mar vur­maq və nə­hay­ət, oğ­ur­la­maq mə­na­sın­da çal­maq fe­li də var­dır. Hə­lə də bu şi­və­lər­də qa­ra­la qal­max (qa­ra­la­raq qal­maq), qu­ru­la qal­max (qu­ru­la­raq, ni­zam­la­na­raq qal­maq), səvə­rə yat­max (uza­nıb yat­maq) ki­mi bir­ləş­mə­lə­rin bi­rinci kom­po­nen­tin­də qə­dim -a,-ə fe­li bağ­la­ma şə­kil­çi­si qal­maq­da­dır. «Də­də Qor­qud» ənə­nə­lə­ri ilə üz üzdə­məx`, ot ot­da­max, dən dən­nə­məx`, saf sa­f­la­max (bal­ta, bel sap­la­maq), qar qar­ra­max, yağ yağ­la­max, xot­ma xot­ma­la­max (ki­çik ot tay­a­sı düzəlt­mək) ki­mi say­sız da­xi­li ob­yekt­li fel­lər iş­lən­mək­də­dir; bun­la­rın bi­çin bi­ç­məx`, qo­rux qo­ru­max, əkin ək­məx` ti­pi də var­dır. Əmr şək­li bi­rinci şəxs tə­kin gə­le:m, ge­de:m, gö­rö:m şək­lin­də iş­lən­mə­si bir sı­ra yer­li tay­fa­la­rın qə­dim os­man­lı tay­fa­la­rı ilə bir kök­dən ol­duğ­u­nu gü­man et­məyə əsas ve­rir. Ta­ri­xən o əra­zi­lər­dən bu yer­lə­rə köçürmə­lər ol­muş­dur. Ay­rım şi­və­sin­də və Haq­qıx­lı kən­din­də in­di­ki za­man şə­kil­çi­lə­ri­nin e:r, o:r, ö:r şə­kil­lə­rin­də iş­lən­mə­si də ey­ni iz­lər­lə bağ­lı­dır. Mürək­kəb zər­f­lə­rin sözün tə­k­ra­rı ilə ya­ra­nan for­ma­sı - ko­run-ko­run (az-az), əfil-əfil (tez-tez), qırt-qırt (his­sə-his­sə), mı­s­dır-mı­s­dır (lo­vğa-lo­vğa) və s. kə­miyy­ə­ti, əla­mə­ti ar­tır­mağ­ın, ço­xalt­mağ­ın çox qə­dim üsu­lu­dur. Şi­və­lər­də sə­ciyy­ə­vi kö­mək­çi nitq his­sə­lə­ri var­dır. Mə­sə­lən, nümu­nə­lər­dən ay­dın olur ki, hə­ngi sözü «ki­mi» qoş­ma­sı mə­qa­mın­da ( Əh­məd hə­ngi, Tel­li hə­ngi, mən hən­gi) iş­lək ol­muş­dur. Hət­ta bu şi­və­lər­də ki bağlayı­cı­sı kın, kin, kun, kün şək­lin­də ahə­ngə də uyğ­un­la­şır­mış. Bu bağlay­ıc­ı­nın kı­na, ki­nə, ku­na, künə for­ma­sı da diq­qə­ti cəlb edir. Şi­və­lər­də ma­raq­lı bir ədat - qa əda­tı mü­şa­hi­də edil­miş­dir - müəl­li­fin fi­k­rincə, -mı əda­tı­nın si­no­ni­mi­dir və ki­nayə məq­sə­di­lə iş­lə­di­lir: Hər af­doya ot gə­ti­məə onca ma­nat ver­diş­qa? (Yə­ni: Hər ma­şi­na ot gə­tir­mək üçün on ma­nat ver­din­mi - ver­mə­li ol­dun­mu?) Fik­ri­mizcə, bu qa so­nra­kı dövr­də­ki əda­tı­dır, çox qə­dim for­ma­dır, hə­lə Füzu­li döv­ründə­ki for­ma­sı­nı sax­la­mış­dır. Oruc bi­çib­bi ta­xı­lı? - cümlə­sin­dən göründüyü ki­mi, di­lin in­ki­şa­fın­da əks pro­ses­lər baş ve­rə bi­lir: adə­tən, b sa­mi­ti m- ə keç­diyi hal­dı, bu­ra­da m>b ke­çi­di var­dır.

Ş.Kə­ri­mov söz­lə­rin can­lı şi­və nit­qin­də necə bir­ləş­diy­i­ni şər­ti işa­rə­lə­rin kö­məyi ilə us­ta­lıq­la əks et­di­rə bil­miş­dir: yağ­an­nığ ol­duğ­u­nö:rə, qoy­un sağ­ma­ğe:t­di­lər, bö:ynnə­ri, ge­dir­dix` kö­me:lə­məyə, bi­zə:ldi. Sürət­li nitq pro­se­sin­də söz­lər bir­lə­şər­kən müxtə­lif səs­lə­rin düşümü ta­ri­xən eti­mo­lo­ji iza­hı çə­tin olan çox­hec­a­lı söz­lə­rin ya­ran­ma mən­bəyi ol­muş­dur. Min il­lər pro­ses bu cür get­miş­­dir.

Şi­və­lər çox qə­dim sin­tak­tik əla­qə for­ma­la­rı­nı da sax­la­mış­dır. Bir sı­ra fel­lə­rin yer­lik hal əvə­zi­nə yönlük ha­lı ( Ke­çən ilin ya­zı­na get­dix ` ), tə­sir­lik hal əvə­zi­nə yön­lük ha­lı ( Ci­ji­mə çağ­ır­dım kin …), yerlik hal əvə­zi­nə tə­sir­lik ha­lı ( Pay­ı­zı dır­ma­dı­rış yığ­ı­rax ) tə­ləb etmə­si­nin ne­çə min il­lik ta­ri­xi var­dır. Təy­i­nin təy­in­lə­nən­dən son­ra iş­lən­mə­si hal­la­rı da ( Hürü ya­zıx, Əli ye­kəl­mə­miş ) Hind­-Av­ro­pa dil­lə­ri üçün səc­iyy­ə­vi say­ıl­sa da, ke­çən əsr­lə­rə qə­dər di­li­miz­də fə­al ol­muş­dur. İl on iki ay­da (ilin on iki ay­ın­da) tip­li bir­ləş­mə­lər­dən görünür ki, bu şi­və­lər ən qə­dim ana­li­tik for­ma­la­rı da müha­fi­zə et­miş­dir. Aş­kar üçüncü növ is­mi bir­ləş­mə ki­mi tə­səvvür olu­nan bir­ləş­mə­lə­rin bi­rinci tə­rə­fi­nin şə­kil­çi­siz iş­lən­mə­si əv­vəl­kin­dən bir qə­dər sin­te­tik­dir: Qoy­un­nar be­şi də doğ­uf. Uşax­lar üçü də bi­zə:ldi. Ya - ya bağ­lay­ıc­ı­sı bu şi­və­lər­də ye - ye şək­li­nə düşür: Sa­na ye mən kö­me:liyə­jəm, ye Ha­sa­na­lı. Gah bağ­lay­ıc­ı­sı mə­qa­mın­da ara sözünün iş­lən­mə­si: Ara çən ye­rə çökür, ara gün düşür… Mürək­kəb cümlə kom­po­nent­lə­ri­nin da­ha çox in­to­na­siya ilə əla­qə­lən­mə­si, şərt bu­daq cümlə­si­nin asin­de­tik ti­pi­nin iş­lək­liyi - bü­tün bun­lar ey­ni mən­bə ilə - qə­dim­lik və xalq di­li ilə bağ­lı­dır.

Ş.Kə­ri­mov lek­si­ka mə­sə­lə­lə­ri­ni şi­və­lə­rin lüğət tər­ki­bi­nə da­xil olan na­dir söz­lə­rin tə­s­vi­ri ilə məh­dud­laş­dır­ma­mış, tay­fa ad­la­rı, köhnə çə­ki, ölçü, za­man məf­hum­la­rı, köh­nə ve­rgi, və­zi­fə və rütbə bil­di­rən söz­lər, ter­min səc­iyy­ə­li söz­lər, kənd tə­sərrüfa­tı alət­lə­ri və on­la­rın his­sə­lə­ri­nin ad­la­rı, mal­dar­lıq ter­min­lə­ri, arı­çı­lıq, to­xu­cu­­luq, xö­rək, çö­rək növ­lə­ri, gey­im və bə­zək şey­lə­ri, xə­s­tə­lik növ­lə­ri, quş, it, ağ­ac, mey­və, ev əşy­a­la­rı ad­la­rı və s. ki­mi müxtə­lif qrup­la­ra ay­ır­mış, bu qrup­lar haq­qın­da mə­lu­mat ver­miş və şi­və lek­si­ka­sı­nın in­di ar­tıq unu­dul­maq­da olan böyük bir lay­ı­nı müha­fi­zə edib sax­laya bilmiş­dir. Müəl­li­fin top­la­dığı ma­te­ri­al­dan ay­dın olur ki, ti­rə, coyğa, son, to­xum, ba­sa­lax, kəryə, ələ­mə (tö­rə­mə), bal­­dır­bayı (öv­lad) söz­lə­rin­dən tay­fa, nə­sil, tö­rə­mə bil­dir­mək üçün ge­niş is­ti­fa­də edən Çən­bə­rək və Kar­van­sa­ray əha­li­si kənd­lə­rin da­xi­li ti­rə­lə­ri­ni də da­im hesa­ba al­mı­ş­lar. Təkcə Göl­kənd kən­din­də Cı­vıx­lı, Gö­dəl­li, Zey­nal­lı, Pi­ri­lər, Pəm­bəx`li, Mal­xar­rı, Tağ­lar, Qıc­ır­rı, Qo­ja­lar, Pe­rən­ni, Zəry­ar­rı, Və­lən­ni, Noy­ruz­lu, Nağ­lar, Zağ­ar­rı, Pon­tal­lar, Avış­dı, Qa­h­rı­lar, Ka­zım­lı, Fış­qar­rı, Qə­şə­dər­ri ki­mi ti­rə ad­la­rı bir kök­dən olan əha­li­nin təd­ri­cən ti­rə­lər­lə necə par­ça­lan­dığ­ı­nı, ar­tıb ço­xal­dı­ğı­nı tə­səvvür et­məyə im­kan ve­rir. Türk el­lə­ri ta­ri­xən bu cür ço­xal­mış­dır. Tay­fa ad­la­rı içə­ri­sin­də Qa­ra­man­nı, Ay­rım­lar, Qə­lən­dər­ri, Mancan­nı, Ko­ruş­du, Ozan­nı, Kə­ləş­di, Qo­tur­ru, Gir­di­van və s. qə­dim tay­fa və yer ad­la­rı ilə bağ­lı to­po­nim­lər var­dır.

Biz əsər­də şi­və­lər­də­ki səc­iyy­ə­vi qa­dın və ki­şi ad­la­rı­nın ti­pik nümu­nə­lə­ri ilə də ta­nış olu­ruq. Bu şi­və­lər­də Şə­mən, Aşa, Na­rın, Qu­tu, Tu­lum, Oty­ığ­an, Co­muş­sa­ğan, Yol­çu, Mal­çı, Dölçü, Bi­nə­çi, Aran­çı, Da­na­çı, İl­xı­çı, Yığ­an, Qay­ta­ran, Oy­na­qan, Ana­sı, Qa­ra­sı, Ma­ma­sı, Vəl­çə, Alaş­qa, Çay­lar, Xuv­lar, Ov­lar ki­mi çox ma­raq­lı insan ad­la­rı var­dır. Müəl­lif bun­la­rın lə­qəb ol­ma­dığ­ı­nı gö­s­tə­rir, la­kin hiss olu­nur ki, bun­la­rın ço­xu lə­qəb­lər əsa­sın­da əmə­lə gəl­miş­dir. Azər­bayc­a­nın baş­qa kənd­lə­ri ki­mi, bu kənd­lə­rin ca­ma­a­tı da qə­ri­bə ay­a­ma­lar qoy­maq­dan ləz­zət alır­mış: Ölü Qur­van, Qırt-qırt Ta­mam, Dı­dı Şəm­şi, Dın­dı­lı Xa­s­məm­mət, Zağ­ar Sə­mət, Manty­or Qa­ra, Qarağ­at Yedy­ar, Pi­şix` Av­dıl­la, Bə­ki Alı, Do­şan İr­va­hım, Pa­s­doy Müba­riz, Ama­noy Nə­sif...

Ha­zır­kı gənc nəs­lin bil­mə­diyi, əha­li­nin əsrlər boyu iş­lət­diyi: bat­­man (8 kq), gir­vən­kə (400 qr.), tağ­ar (25 pud), ça­nax (8 kq.), uruf (200 qr.), xal­var (25 pud), mis­qal (4 qr.), is­dil (300 qr.), çə­rəx` (2 kq.), pud (16 kq.), tu­tam (bir qa­rış) çə­ki, ölçü ad­la­rı; quy­rux doğan ay, qo­ra bi­şi­rən ay, ma­ral bö­yürən ay, el­ba­şı qay­ı­dan ay, oylax qı­ran ay, co­muş qı­ran ay, döl ayı və s. ki­mi et­no­qra­fik za­man ad­la­rı in­san­la­rın hər şeyi necə mis­qal-mis­qal, za­ma­nı əkin-bi­çi­nə, mal­dar­lığa uyğ­un şə­kil­də necə də­qiq böldüyünə hey­rət doğ­u­rur. Kotan, xış və on­la­rın his­sə­lə­ri­nin ad­la­rı, xır­man və xır­man­la bağ­lı söz­lər, ara­ba, boy­un­du­ruq, tə­kər və on­la­rın his­sə­lə­ri­nin ad­la­rı, əkin sa­hə­lə­ri ilə bağ­lı söz­lər, tütün­çü­lük lek­si­ka­sı, zən­g­in mal­dar­lıq, bağ­çı­lıq, arı­çı­lıq, to­xu­cu­luq ter­min­lə­ri… - bütün bun­lar müəl­li­fin o vaxt­kı zəh­mə­ti­nin bə­h­rə­si olub şi­və əha­li­si­nin et­no­qra­fik lek­si­ka­sı­nın unu­dul­maq­da olan qat­la­rı­nı əha­tə edir. Keç­mi­şi öy­rən­mək istəyən gə­ləc­ək nəs­lə bun­la­rın böyük kö­məyi olac­aq­dır.

Əsər­də sözün se­man­tik cə­hə­ti - şi­və lek­si­ka­sı­nın si­no­nim, omonim və an­to­nim­liyi haq­qın­da mə­lu­mat ve­ril­miş, şi­və söz­lə­ri­nin omo­nim­liyi lüğət­də xüsu­si əks olun­muş­dur.

Ş. Kə­ri­mov zəh­mə­tə qat­la­şa­raq, xey­li fol­k­lor ma­te­ri­alı - ata­lar söz­lə­ri, tap­mac­a­lar, nağ­ıl­lar, bay­a­tı­lar, söh­bət­lər, uşaq mah­nı­la­rı top­la­mış­dır. Bun­lar müəl­li­fin ümu­mi­ləş­dir­diyi və nə­ticə çı­xar­dığı fi­kir­lə­ri əsas­lan­dır­maq üçün eti­bar­lı mən­bə­dir.

Əsər şi­və­lər­də iş­lə­nən səc­iyy­ə­vi söz­lə­rin lüğə­ti ilə ta­mam­la­nır. Hər bir söz nümu­nə-cümlə içə­ri­sin­də ve­ril­miş­dir. Bun­lar sö­zün mənşəy­i­ni və mə­na­sı­nı da­ha düzgün ba­şa düşməyə im­kan ya­ra­dır. Məsə­lən, ağ­art­maq sözü ədə­bi di­li­miz­də­ki açıb-ağ­art­maq ifa­də­sin­dən fər­q­li ola­raq, heç bir mən­fi ça­la­ra ma­lik ol­ma­dan bi­la­va­si­tə «bil­dir­mək», «söy­lə­mək» mə­na­sı­nı ifa­də edir; ajı­max (acı­maq) adə­tən bi­ri­nin ha­lı­na ac­ı­maq, ya­zığı gəl­mək mə­na­sı­nı bil­di­rir, şi­və­lər­də «ac­ığı tut­maq» mə­na­sın­da­dır; at­ma­ca­la­max - at­mac­a­lı söz­lər de­mək­dir, şi­və­lər­də «dağ­ıt­maq», «pal­ta­rı­nı yırt­maq» mə­na­sın­da­dır. Eləcə də: bo­zar­maq - böyü­mək, boz­da­max - qor­xut­maq, vas­qı­la­max - özünü sə­li­qəyə sal­maq, vı­jı­max - cəld get­mək, qı­mıl­max - giz­licə qa­ç­maq, qon­qu­max - otur­maq, day­lax­la­max - qa­ç­maq, əv­di­məx` - ye­mək, yab­ban - al­çaq, yonc­u­max - yal­var­maq, gi­lif - baca, mej­din - fər­siz, mu­zu - xə­sis, on,al­max - sağ­al­maq, yax­şı­laş­maq, ön,ür - ya­xa, sar­ma - gər­mə, te­jan­na­max - böyü­mək, ge­nəl­mək, çöz - bağ­ır­saq, çözüməx` - əri­mək, cürüm - bir par­ça, şöh­lə­məx` - kə­s­mək… mə­na­la­rın­da­dır. Bu­ra­da hər mən­bə­dən hər cür söz var­dır və bun­la­rın ha­mı­sı­nı izah et­mək müm­kündür: boz­da­max - «Də­də Qor­qud»dan gə­lən sözdür: ağ­la­maq, boz­la­maq mə­na­sın­da; söz qə­fil ha­ray-hə­şir sal­maq­la qar­şı­da­kı­nı qor­xut­maq mə­na­sı qa­zan­mış­dır; vas­qı­la­maq - rus di­lin­dən alın­mış vak­sa (çək­mə yağı) sözündən­dir: çək­mə­si­ni sil­mək, tə­miz­lə­mək, yağ­la­maq mə­na­sın­dan bütöv­lük­də özünü sə­li­qəyə sal­maq mə­na­sı­na ke­ç­miş­dir; vı­jı­max - təq­li­di söz­dən­dir, vı­jıl­tı ilə get­mək, qa­ç­maq mə­na­sın­da­dır; qı­mıl­max - çox yavaş tər­pən­mək mə­na­sın­da qı­mıl­da­maq sözü ilə bir kök­dən­dir; qon­qu­maq - «Də­də Qor­qud»da­kı «qon­maq» (otur­maq, sa­kin ol­maq) sö­zündən­dir; day­lax­la­max - də­və ba­la­sı ki­mi götürülmək, qa­ç­maq; əv­di­məx` - bir-bir yığ­maq mə­na­sın­da­dır, şi­və­də ye­məy­in ha­mı­sı­nı bir-bir ye­mək mə­na­sı ve­rir; yab­ban - ar­xa­ik «ya­ban» sözüdür («Də­­də Qor­qud»da­kı «ya­zı­da, ya­ban­da» söz­lə­ri); yonc­u­max - yön çe­vir­mək, ac­i­za­nə mürac­i­ət et­mək (Qur­ba­ni­də); kağ­an - koğ (əy­ri) sözü ilə bağ­lı ol­ma­lı­dır; gi­lif - ki/qu sözündən­dir, çu­xur yer, qu­yu de­mək­dir; mej­din - məc­nun sözüdür, də­li, ava­ra; mu­zu - mı­­zı, xır­da­çı məna­sın­da­dır; on, al­max - « Də­də Qor­qud»da­kı on,maq, on, əl­mək (yax­şı­laş­maq, sağ­al­maq) sözü­dür; ön,ür - ön, ya­xa sözündən­dir; sar­ma - sər­mək fe­lin­dən sə­ri­lən, qu­ru­du­lan de­mək­dir; te­jan­na­max - ge­nəl­mək de­mək­dir, qoy­un qar­nın­dan olan və asan­lıq­la ge­nə­lən yağ, pen­dir, mo­tal qab­la­rı ilə müqay­i­sə əsa­sın­da ya­ran­mış­dır; çöz sözü acı bağ­ır­sağ­ın çözülmə­si ilə bağ­lı­dır, çözüməx sözü də ey­ni kök­dən olub çözülüb qur­tar­maq, əri­mək mə­na­sı al­mış­dır; cürüm (Qa­ra­bağ şi­və­lə­rin­də cı­rım ) «cır­maq» fe­lin­dən­dir, cı­rıl­mış, kə­sil­miş ki­çik bir par­ça; şöh­lə­mək - şax­la­maq, şax-bu­dağı doğ­ra­maq mə­na­sın­da­dır.

Bu söz­lər sı­ra­sın­da Kar­van­sa­ray Çəm­bə­rəx` to­po­nim­lə­ri­ni də araş­dır­maq olar. Kar­van­sa­ray sözünün mə­na­sı məl­um­dur: «karvan sax­la­nan yer, bi­na, ti­ki­li» de­mək­dir. Çəm­bə­rəx` sözünün müxtə­lif yo­zum­la­rı var­dır. B.Bu­da­qov və Q.Qey­bul­lay­ev «dağ döşündə ha­mar yer» mə­na­sın­da ( çəm­bə­rə şək­lin­də) izah et­mi­ş­lər. (1;420) La­kin heç şübhə­siz, şi­və­lə­rin özündə iş­lə­nən çəm­bə­rə sözü ilə bağ­lı­dır. Müəl­li­fin öz lüğə­tin­də bu sö­zə iki də­fə rast gəl­mək olur: çəm­bə­rə - içə­ri­si­nə qa­tıq yı­ğı­lan tu­luğ­un ağ­zı­na ti­ki­lən da­i­rə­vi çubuq; kağ­an - boy­un­du­ruğu ara­baya bağ­la­maq üçün gön­dən ha­zır­lan­mış çəm­bə­rə . Çəm­bər (çən­bər) sözü klas­sik ədə­biy­ya­tı­mız­da fars di­lin­də­ki çərx sözü ilə bir­lik­də çər­xi-çən­bə­ri şək­lin­də, «da­i­rə­vi sə­ma» mə­na­sın­da iş­lən­miş­dir. Şi­və­lər­dən ver­diy­i­miz mi­sal­lar da gö­s­tə­rir ki, çəm­bə­rə da­i­rə­vi­lik bil­di­rən ad­dır. Müəl­li­fin de­diy­i­nə görə, Çəm­bə­rək əra­zi­si qöv­sva­rı yer­ləş­mə­si ilə se­çi­lən bir əra­zi­dir.

Bəl­kə də, du­ma­nın, çə­nin da­ha tez bürüdüyü yer, çən bə­rə­si­dir bu yer­lər. Sözün so­nun­da­kı x` bu şi­və­lə­rin səc­iyy­ə­vi sə­sar­tı­mı hal­la­rın­dan­dır.

Kənd ad­la­rı­na diq­qət ye­ti­rək: Göy­çə, Şorca, Tox­luca, Cil, Ayı­bu­lax (Göy­çə şi­və­lə­ri); Qa­ra­qoy­un­lu, Cı­vıx­lı, Göl­kənd, Çay­kənd, Qa­ra­qaya, Ya­nıx­pəyə (Qa­ra­qoy­un­lu şi­və­lə­ri); Po­lad, Ala­çıq­qaya, Haq­qıx­lı (Ay­rım şi­və­lə­ri) və s. Bu to­po­nim­lə­rin türk mən­şə­li olduğu­nu izah et­məyə eh­tiy­ac yox­dur. Bun­lar ək­sə­riyy­ət eti­ba­ri­lə eti­mo­lo­g­iy­a­sı göz önün­də olan kənd ad­la­rı­dır. Et­no­qra­fik cə­hət­dən öy­rən­mək olar ki, nə müna­si­bət­lə ya­ran­mı­ş­lar, la­kin dil­çi­lik ba­xı­mın­dan ax­ta­rı­ş­la­ra o qə­dər də güc tə­ləb olun­mur. Bir qə­dər Göy­çə da­i­rə­sin­də­ki Ar­da­nış, Qa­ra­qoy­un­lu əra­zi­sin­də­ki Əmir­xey­ir, Bəry­a­bad, Sa­lah, Ay­rım da­i­rə­sin­də Ağ­kil­sə kənd ad­la­rı ba­rə­də düşünmək olar. Sa­lah - xü­su­si ad­dır və bu ad­la öl­kə­mi­zin əra­zi­sin­də Sa­lah­lı kənd­lə­ri var. To­po­ni­min qa­zax türk tay­fa­sı­na məx­sus sa­lah­lı et­no­ni­min­dən ya­ran­dığı qeyd edi­lir.(2;505) Əmir­xey­ir to­po­ni­mi­nin də birinci kom­po­nen­ti Əmir xü­su­si ad­dan iba­rət­dir; ikinci kom­po­nent isə türkcə «va­di­nin su­va­rı­lan his­sə­si» mə­na­sın­da ka­ir sözü ilə əla­qə­lən­di­ri­lir. (1;253) Baş­qa bir fik­rə gö­rə, ikinci kom­po­nent­də «sıl­dı­rım qaya» mə­na­sın­da kay­ır, ka­ir kökü var­dır. (2;316)

Hər hal­da, sıl­dı­rım qaya yox, Əmi­rə su­va­rı­lan sa­hə məx­­sus olar­dı. Ağ­kil­sə xri­s­ti­an­lığ­ın Er­mə­ni­s­tan və Gür­cüstan­dan da­ha tez yay­ıl­dığı Al­ba­niya əra­zi­sin­də­ki kil­sə ət­ra­fın­da sa­lın­mış kən­din adı­dır və bu­nun ka­to­lik er­mə­ni kil­sə­si ilə heç bir əla­qə­si yox­dur.

Kənd ad­la­rı içə­ri­sin­də Ar­da­nış to­po­ni­mi da­ha ma­raq­lı­dır. 1728-ci ilə aid mən­bə­də Ar­da­niç ki­mi qey­də alın­mış­­dır.(3;17, 1;126) Eti­mo­lo­g­iy­a­sı haq­qın­da müxtə­lif fi­kir­lər var­dır. Bir fi­k­rə gö­rə, «dağ», «dağ­lıq», «dağ kən­di» mə­na­sın­da art sözündən, mə­kan bil­di­rən -an və sözdü­zəl­di­ci -ış şə­kil­çi­sin­dən iba­rət­dir.(2,73) B.Bu­da­qov və Q.Qey­bul­lay­ev isə əha­li ilə bir­lik­də Tür­kiyə əra­zi­sin­dən gə­ti­ril­mə ad ol­duğ­u­nu (Ərz­rum və Ba­tum əy­a­lət­lə­rin­də də Ar­da­nuç ad­lı kənd­lər var­dır) qeyd et­miş, mə­na­sı­nı də­qiq­ləş­dir­mək mümkün ol­ma­sa da, iki fər­ziyyə söy­lə­mi­ş­lər. Bir fər­ziyy­əyə gö­rə, İran dil­lə­rin­də­ki ar­ta­/ar­­da - «mü­qəd­dəs» sözü ilə bağ­lı ola bi­lər. Ar­ta/ar­da sözü «po­zul­maq», «pis­ləş­mək» mə­na­sın­da qə­dim türk lüğə­tin­də də var­dır.(4;56)

Fi­k­ri­mizcə, müəl­li­f­lə­rin so­nra­kı yo­zu­mu da­ha ağ­la­ba­tan­dır: art - türk dil­lə­rin­də «dağ», «dağ ke­çi­di», «aşı­rım», anış - «eniş» sö­züdür (1;126) - ümu­mi mə­na­sı «dağ eni­şi», «dağ ətəyi» de­mək­dir.

Cı­vıx­lı to­po­ni­mi­nin əs­li ci­bik­li (baş­qa adı Çi­nar­lu ) he­sab olu­nur və ci­bik­li türk tay­fa adı­nı ya­şat­dığı gös­tə­ri­lir. (1;431-433) Çu­­bux­lu et­no­ni­mi­nin şi­və va­ri­an­tı he­sab olu­nur.(2; 635-636)

Göl­kənd sözünü yer­li əha­li kən­din əra­zi­sin­də göl­lə­rin çox­luğu ilə izah edir. To­po­nim qə­dim qul tay­fa adı ilə də əla­qə­lən­di­ril­miş­dir (Qul­kənd). (1; 323) İrə­van əya­lə­ti­nin No­vo­bay­a­zid və Şi­ra­kel nahiyə­lə­rin­də Göl­kənd ad­lı kənd­lə­rin ol­ma­sı da bu fi­k­rin ağ­la­ba­tan ol­duğ­u­nu gö­s­tə­rir.

Göy­çə to­po­ni­mi, şübhə­siz, Göy­çə gölünün adın­dan­dır. Göy­çə gölünə isə bu ad suy­u­nun ma­vi rə­ngə çal­ma­sı ilə əla­qə­dar ve­ril­miş­dir. Şorca to­po­ni­mi «şor yer» mə­na­sın­da­dır. Ağ­bu­laq sözü «iç­məyə ya­rar­lı su» mə­na­sın­da sözü ilə bu­laq sözündən­dir. (1;104; 2,27)

Tox­luca kənd adı­nın əs­li Tuk­luca he­sab olu­nur və qıp­çaq­la­rın tuk tay­fa­sı­nın adı­nı ya­şat­dığı gö­s­tə­ri­lir. (1;390)

Qa­ra­qoy­un­lu to­po­ni­mi­nin Qa­ra­qoy­un­lu türk tay­fa bir­ləş­­mə­si­nin və bir­ləş­mə­nin ya­rat­dığı döv­lə­tin (1410-1468) adı­nı əks et­dir­diy­i­nə heç bir şübhə yox­dur. Bəry­a­bad to­po­ni­mi­ni isə B.Bu­da­qov və Q.Qey­bul­lay­ev mon­qolca bay­ri - «düşə­rgə» və abad - «kənd» sözlə­ri­nə ay­ır­mı­ş­lar.(1;156)

Qa­ra­qaya - « böyük, hündür» mə­na­sın­da qa­ra sözü ilə qaya sö­zünün bir­ləş­mə­sin­dən əmə­lə gəl­miş­dir.

Ay­rım kənd adı ay­rım (ay­rum) tay­fa­sı­nın adı­nı da­şı­yır. Əha­li­nin Əmir Tey­mur tə­rə­fin­dən Türkiy­ə­dən bu yer­lə­rə köçürüldüyü və sözün El-Rum sözünün tə­h­ri­fi ola bi­ləc­əyi gü­man edi­lir. (1;115)

Po­lad kən­di­nin əha­li­si Ay­rım­la­rın bir qo­lu olub, Po­lad­çayı ət­ra­fın­da mə­s­kun­la­şan­lar­dır. Ala­çıq­qaya to­po­ni­mi­nin bi­rinci kom­po­nen­ti Alac­i­ki dağ adı­nın tə­h­ri­fi he­sab olu­nur. Alac­i­ki - ala ci­ki sözlə­rin­dən «ala dağ də­rə­si» mə­na­sı­nı ve­rir.(1;119)

Haq­qıx­lı to­po­ni­mi isə haq­qıx­lı et­no­ni­min­dən ya­ran­mış et­no­to­po­nim say­ı­lır. (2;124)

Ha­mı­sı əsil­li-köklü Azər­bayc­an kənd­lə­ri­nin ən qə­dim sa­kin­lə­ri olan be­lə bir xal­qın öz yur­du­nu məc­bu­ri şə­kil­də tərk et­mə­si, doğ­ma tor­paq­la­rın doğ­ma in­san­la­rın nə­fə­si­nə hə­s­rət qal­ma­sı ba­rə­də düşündükcə da­xi­lin­də sə­ni mən­hus bir bo­ş­luğa sürükləy­ən, adı­na «in­san» dey­i­lən qon­şu­la­rı­mı­zın ya­ra­maz­lığ­ı­na qə­zəb doğ­u­ran his­slər baş qal­dırır.

 

Be­lə­lik­lə, biz ke­çən əs­rin 60-cı il­lə­ri­nin el­mi tə­la­ba­tı əsa­sın­da ya­ran­mış bu əsə­ri diq­qət­lə nə­zər­dən ke­çir­dik və onun böyük zəh­mə­tin bə­h­rə­si ol­duğ­u­nu, ir­tica se­li­nin qur­ba­nı olan və bun­dan son­ra tədqi­qi mümkün ol­may­an şi­və­lə­rin fakt­la­rı ilə zə­ng­in­liy­i­ni nə­zə­rə ala­raq çap olun­ma­sı­nı fay­da­lı və zə­ru­ri bil­dik.

Qeyd et­diy­i­miz ki­mi, Şöv­kət Ma­naf oğ­lu Kə­ri­mov bu alə­­min öz ye­tir­mə­si­dir, Göl­kənd kən­din­də ana­dan ol­muş­dur. Qa­zax müəl­lim­lər in­sti­tu­tu­nu (1951-1952), Zər­da­bi adı­na Gəncə Döv­lət Pe­da­qo­ji İn­sti­tu­tu­nun dil və ədə­biyy­at fakültə­si­ni (1953-1957) bi­tir­miş­dir. Gölkənd or­ta mək­tə­bin­də müəl­lim, tə­d­ris iş­lə­ri üzrə di­rek­tor müa­vi­ni, di­rek­tor, Kar­van­sa­ray Ma­a­rif Şö­bə­sin­də in­spek­tor, Ye­re­van Döv­lət Pe­da­qo­ji İn­sti­tu­tun­da müəl­lim və­zi­fə­lə­rin­də iş­lə­miş­dir. 1989-cu il­dən Azər­bayc­an Tex­ni­ki Uni­ver­si­te­ti­nin do­sen­ti­dir. 1972-ci il­də dis­ser­ta­siya müda­fiə edə­rək fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di alim­lik dərəc­ə­si al­mış­dır. 50-dən ar­tıq el­mi mə­qa­lə­nin, bir sı­ra me­to­di­ki ədə­biyy­a­tın müəl­li­fi­dir.

Göl­kənd böyük ziy­a­lı­lar or­du­su ye­tir­miş­dir. Ona gö­rə də vax­ti­lə «ki­çik aka­de­miya» ad­lan­dı­rıl­mış­dır: «Göl­kənd kən­di­nin mə­zun­la­rın­dan 20-dən çox elm­lər dok­to­ru, 100-dən çox elm­lər na­mi­zə­di ye­tiş­miş­dir. Ta­rix elm­lə­ri dok­to­ru Hə­mid Əliy­ev (mə­nim də se­vim­li müəl­li­mim ol­muş­dur - Q.K .), iq­ti­sad elm­lə­ri dok­to­ru Hə­sən Al­lah­ver­diy­ev, kimya elm­lə­ri dok­to­ru Qay­ıb­ver­di İs­kən­də­rov, tibb elm­lə­ri dok­to­ru Sa­bir Əliy­ev, kimya elm­lə­ri dok­to­ru Fir­do­vsi Sey­i­dov Göl­kənd or­ta mək­tə­bi­nin ye­tir­mə­lə­rin­dən­dir. Göl­kənd or­­ta mək­tə­bi Şöv­kət Kə­ri­mo­vun rəh­bər­lik et­diyi dövr­də (1964 -1988), xüsu­si­lə böyük müvəf­fə­qiy­yət­lər əl­də et­miş­dir». (5)

Bu söz­lər Şöv­kət müəl­li­min bir alim, bir təd­qi­qat­çı, hə­qi­qi bir pe­da­qoq ol­maq­la ya­na­şı, bac­a­rıq­lı təş­ki­lat­çı, və­tən­se­vər bir in­san ol­duğ­u­nu bir da­ha tə­s­diq edir.

 

 

İn­di Şöv­kət müəl­lim ömrünün müdrik çağ­la­rı­nı ya­şay­ır. Bir il son­ra 75-ə ça­tac­aq. Biz bu ki­ta­bı ça­pa onun 75 il­liy­i­nə hə­diyyə ki­mi ha­zır­la­dıq, ona can­sağ­lığı və da­ha do­lğun ya­ra­dıc­ı­lıq ar­zu­la­dıq.

 

11.02.2004

 

 

ƏDƏ­BİYY­AT

 

1. B.Ə.Bu­da­qov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli to­po­nimlərin izahlı lüğəti. Bakı, «Oğuz eli», 1998.

2. İ.Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, «Elm», 2002.

3. Başbakanlık Arşivi. Qapu tahrir defterleri 808. 1728-ye tari­hi. Re­van eya­leti Defteri.

4. Drevnetörkskiy slovarğ. Leninqrad, «Nauka»,1969.

5. «Xalq qəzeti»,11 mart 1998-ci il.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az