BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

AZƏRBAYCAN DİLİNİN

AZƏRBAYCANIN QƏRBİNDƏ YERLƏŞƏN

QƏRİB LƏHCƏSİ

 

O tor­paq­lar ki onun adam­la­rı, adam­la­rı­nın və­tən di­li, mə­həb­bət­lə ya­şat­dıq­la­rı ana di­li haq­qın­da da­nı­şa­cağ­ıq, qə­dim Azər­bay­ca­nın qərb qur­ta­rac­ağ­ı­dır. Aka­de­mik Z.Bün­ya­do­vun qeyd et­diyi ki­mi, Şimal­dan cə­nu­ba doğ­ru Nax­çı­van, Or­du­bad, Mə­rənd, Tə­b­riz, Marağa, Ər­bil, Kər­kük şə­hər­lə­ri bir xətt üzrə yer­lə­şib və Nax­çı­van­la Kər­kü­kün ara­sı 500 km-dən də az­dır. Cə­nub-qər­bi Azər­bayc­an­la Kərkükün, Ər­bi­lin ara­sı da­ha ya­xın­dır və cə­mi bir ne­çə sa­at­lıq yoldur.­ Ur­miya gölünün ət­ra­fı - cə­nub, qərb və şərq hən­də­və­ri türklə­rin qə­dim mə­s­kə­ni­dir. Şu­mer­lər ye­­­ni tor­paq və ot­laq­lar ax­ta­rı­şı ilə İki­çay­a­ra­sı­na bu yer­lər­dən en­miş, e.ə.VI mi­nil­lik­də cə­nu­bi İkiçay­ara­sın­da mə­s­kun­la­şa­raq tə­d­ric­ən mi­sil­siz tə­rəq­qiyə na­il olmuş­lar. (1;115) 3-cü mi­nil­liy­in axır­la­rın­da - e.ə.XXII əsrdə ak­kad­lar Me­so­po­ta­miy­a­nı işğ­al edə­rək şər­qə doğ­ru irə­li­lə­miş və o vaxt­dan türk mən­şə­li əha­li ərəb­lər­lə bi­rgə ya­şay­ı­şa uyğ­un­laş­mış, şərq­dən daim Qər­bi Azər­bayc­an­la bir­lik­də ol­muş­dur. Lul­lu­bi, Ku­ti, Man­na, Ma­day, At­ro­pa­te­na, Ata­bəy­lər, Qa­ra­qoy­un­lu­lar, Ağ­­qoy­un­lu­lar, Səfə­vi­lər döv­lət­lə­ri gə­lib-ge­dib, Əhə­mə­ni, Par­fi­ya, Sa­sa­ni, ərəb, mon­qol is­ti­la­la­rı baş ve­rib, la­kin bu yer­lə­rin əha­li­si öz yur­dun­da möh­kəm du­rub, öz yur­du­nu baş­qa yur­da də­yiş­məy­ib.

Ta­rix­çi­lər İraq əra­zi­sin­də türk-tay­fa­la­rı­nın var­lı­ğı­nı bu əra­ziyə so­nra­lar köçüb gə­lən­lər­lə əla­qə­lən­di­rir­lər. Fi­lo­lo­gi­ya­mız­da İraq-türkman mə­də­niyy­ə­ti və fol­k­lo­ru ilə 40 ilə ya­xın bir müddət­də ardıcıl mə­şğ­ul olan pro­fes­sor Qə­zən­fər Pa­şay­ev ta­rix­çi­lə­rin de­dik­lə­ri­ni nə­zər­dən ke­çi­rə­rək ya­zır: «İraq türkman­la­rı­nın nə za­man və hara­dan kö­çə­rək bu tor­paq­la­rı və­tən et­dik­lə­ri­nə da­ir bə­zi ta­ri­xi mənbə­lə­rə rast gə­li­rik. Ta­rix­çi­lə­rin böyük ək­sə­riyy­ə­ti on­la­rın Azər­bay­can­­dan gəl­dik­lə­ri fi­k­ri­ni söy­lə­mək­də­dir». (2,21) Q.Pa­şay­ev bu ta­ri­xin hic­rə­tin 32 və ya 54-cü ilin­dən ba­ş­la­dığ­ı­nı qeyd edən­lə­rin fikir­lə­ri­ni ön pla­na çə­kə­rək ke­çən 1400 ilin müd­də­tin­də za­man-zaman bu əra­ziyə azə­ri türklə­ri­nin da­xil ol­duğ­u­nu gö­s­tə­rən fi­kir­lə­ri aşağ­ı­da­kı ki­mi xüla­sə et­miş­dir: «Ərəb ta­rix­çi­si Tə­bə­ri türklə­rin İra­qa ilk gəl­mə ta­ri­xi­nin hic­ri ta­ri­xin 54-cü ili­nə tə­sadüf et­di­yi­ni ya­zır. Türk ali­mi prof.S.Bu­luç bu mə­sə­ləyə to­xu­na­raq «Hic­rə­tin ilk yüzil­lik­lə­rin­də Azər­bayc­an türklə­ri Təb­riz­dən - Sul­ta­niyy­ə­dən ke­çib Kərkük ət­ra­fın­da yer­ləş­miş­lər» dey­ir. Kərküklü araş­dı­rıcı Şa­kir Sabir türk­man­la­rın İraq­da VII yüzil­lik­də göründüyünü və mi­la­di 745-də Bağ­dad­da türkman mə­həl­lə­lə­ri­nin ol­duğ­u­nu ya­zır. Ünlü iraq­lı araş­dı­rıcı Mu­s­ta­fa Ca­vad «İraq­da­kı türklə­rin ta­ri­xi» ki­ta­bın­da türklə­rin İra­qa ilk gə­li­ş­lə­ri­ni hic­ri 32-ci il­lə əla­qə­lən­di­rir və bu gə­li­şi 7 mər­hə­ləyə bölür...» (2;24) Doç.Dr.Ma­hir Na­kip Qə­zən­fər Paşa­y­e­vin İs­tan­bul­da çap olun­muş «İrak-Türkmen Folk­lo­ru» mono­qra­fi­ya­sı­na ön sözündə türklə­rin, türk döv­lət­çi­liy­i­nin ta­ri­xi­ni bir qə­dər də uzat­mağa ça­lı­şa­raq yaz­mış­dır: «Mi­lat­tan ta­k­ri­ben 220 yıl önce ilk Türk dev­le­ti­ni ku­ran Hun­lar'dan bu ya­na Türkler hiç bir za­man cid­di ma­na­da dev­let­siz kal­ma­mış­lar­dır». (2; 9) Be­lə­lik­lə, ic­ti­mai elm­lər alə­min­də məş­hur olan köksüz bir nə­zə­riyyə - türklə­rin hun dövrün­dən mey­da­na çıx­ma­sı nə­zə­riyy­ə­si İraq-türkman mə­də­niyy­ət ta­ri­xi ilə mə­şğ­ul olan­la­ra da si­ray­ət et­miş­dir. Yu­xa­rı­da si­tat ver­dik­lə­ri­mi­zin heç bi­rin­də dey­il­mir ki, qeyd et­dik­lə­ri dö­v­rə qə­dər bu əra­zi­lər­də türk tay­fa­la­rı ol­ma­mış­dır. Müşa­hi­də et­dik­lə­ri «ilk köç» bir hal­da hicri ta­ri­xin 54, baş­qa hal­da 32-ci ili­nə aid edi­lir. Mi­la­di ta­ri­xin 745-ci ilin­də Bağ­dad­da türkman mə­həl­lə­lə­ri­nin ol­duğu müşa­hi­də edi­lib və s. Əg­ər bu dövr­də Bağ­dad­da türkman mə­həl­lə­lə­ri var­sa, de­mə­li, onla­rın ta­ri­xi da­ha qə­dim­dir. Bu tip­li müşa­hi­də­lər qey­də alın­mış olsa idi, mi­lad­dan ne­çə min il əv­vəl də türklər bu əra­zi­də müşa­hi­də olu­nar­dı.

Böyük Füzu­li­nin tay­fa­sı­nın da bir vaxt­lar Yu­xa­rı Azər­bayc­a­nın Ərəş ma­ha­lın­dan köçüb gəl­diy­i­ni gös­tə­rir­lər: «Təd­qi­qat­çı­la­rın fi­k­rincə, ai­lə­si fe­o­dal çə­kiş­mə­lə­ri nə­tic­ə­sin­də bir his­sə­si Azər­bayc­an­dan İra­qa köçmüş Bay­at tay­fa­sı­na mən­sub ol­muş­dur». (3;14.) Hə­mid Aras­lı VII əsrdən so­nra, xüsu­si­lə Ab­ba­si­lər döv­ründə azər­bayc­an­lı­la­rın Bağ­dad ət­ra­fı­na köçürülmə­si­ni və bu köçürmə­nin sə­bəb­lə­ri­ni be­lə izah edir: «Bu za­man Ab­ba­si xə­li­fə­lə­ri hər han­sı bir ərəb süla­lə­si­nin, ya­xud ərəb qə­bi­lə­si­nin qal­dı­ra bi­ləc­əyi üsyan­dan müha­fi­zə olun­maq məq­sə­di­lə Azər­bayc­a­nın müxtə­lif yer­lə­rin­dən, xüsu­sən şi­mal əy­a­lət­lə­rin­dən bir çox qə­bi­lə­lə­ri bu­raya köçürtdülər. Bağ­da­da köçürülmüş olan bu qə­bi­lə­lər Bağ­dad ət­ra­fın­da yer­ləş­di­ril­di və pay­tax­tı müda­fiə edə bil­mək üçün bir növ qa­ro­vul və­zi­fə­si­ni gör­məyə ba­ş­la­dı­lar». (4;77) Bu­ra­da düşündürücü cə­hət­lər var­dır: ərəb Ab­ba­si süla­lə­si nə üçün azə­ri türklə­ri­nə eti­bar edir? Əg­ər azə­ri türklə­ri VII yüzil­liy­in or­ta­la­rın­dan ilk gə­li­ş­lə­ri­ni nümay­iş et­dir­mi­ş­lər­sə, nə tez ərəb­lə­rin eti­ma­dı­nı qa­zan­mı­ş­lar?

Bu köçürmə­lər hə­qi­qət­də mümkündür və ol­muş­dur. Bir sı­ra ərəb qə­bi­lə­lə­ri də ey­ni vaxt­lar­da Yu­xa­rı Azər­bayc­an əra­zi­lə­ri­nə köçürül­müş­dür. La­kin azə­ri türklə­ri­nə bu mü­na­si­bət, öz­lə­ri­ni öz­lə­rin­dən onla­rın va­si­tə­si­lə qo­ru­maq üsu­lu gö­s­tə­rir ki, ərəb­lər­lə türklər 20-30 ilin dey­il, mi­nil­lik­lə­rin qon­şu­su­dur - ərəb­lər İki­çay­a­ra­sı­nı işğ­al etdik­lə­ri dövr­dən türklə­rə bə­ləd­dir və on­la­rın mərd­lik key­fiyy­ət­lə­ri­nə inan­mı­ş­lar.

1258-ci il­də Hüla­ki­lər son Ab­ba­si xə­li­fə­si­ni edam edib xi­la­fə­tə son qoy­duq­dan so­nra Bağ­da­dı və ət­raf əra­zi­lə­ri ye­ni­dən Azər­bayc­a­na bir­ləş­di­rir­lər. Adə­tən, iş­ğal­çı­lar əv­vəl­ki işğ­al­çı­la­rın səhv in­zi­ba­ti qu­rum­la­rı­nı qay­daya sal­mağa ça­lış­mı­ş­lar. Qə­dim türk tor­paq­la­rı olduğu üçün Hüla­ki­lər bu cür bö­lgü apar­mı­ş­lar. Bu hal Qa­ra­qoy­un­lu­lar, Ağ­qoy­un­lu­lar dövründə də ol­muş, Bağ­dad və ət­ra­fı Azər­bayca­nın tə­bii əy­a­lət­lə­ri sı­ra­sı­na da­xil edil­miş­dir. Şah İs­ma­yıl da 1508-ci il­də ey­ni işi gör­­müş, Bağ­da­dı Azər­bayc­a­na bir­ləş­dir­miş­dir. Vax­ta­şı­rı ərəb­lər irə­li­lə­miş və türklər öz müstə­qil­lik­lə­ri­ni ye­ni­dən bər­pa et­mə­li ol­mu­ş­lar. Ke­ç­miş ta­ri­xi­mi­zin öy­rə­nil­mə­sin­də na­qis­lik və zə­i­f­lik­dir ki, H.Aras­lı Bağ­dad və ət­raf əra­zi­lər­də ya­şay­an azər­bayc­an­lı­la­rı «əsl və­tən tor­pağ­ın­da ya­şa­may­an» azər­bayc­an­lı­lar ki­mi tə­səv­vür edir­di: «... Bağ­dad ət­ra­fın­da ya­şayan azər­bayc­an­lı­lar ilə əsl və­tən tor­pağ­ın­da ya­şay­an azər­bayc­an­lı­lar uzun ta­rix boyu siy­a­si-iq­ti­sa­di və mə­də­ni əla­qə­də olub, get­dik­cə bu əla­qə­ni ar­tır­mış və möhkəm­lən­dir­mi­ş­lər. Tə­sa­düfi dey­il­dir ki, Şah İs­may­ıl öz şeir­lə­rin­dən bi­ri­n­də dey­ir:

 

Get­dikcə tükə­nir ərə­bin kuhü mə­s­kə­ni,

Bağ­dad için­də hər necə kim türkman qo­par.

 

Bu şeir­dən ay­dın ol­duğu ki­mi, Sə­fə­vi­lər Bağ­da­dın yer­li əha­li­si olan ərəb­lə­ri get­dikcə sı­xış­dır­maq və ora­nı azər­bayc­an­lıl­aş­dır­maq siy­a­sə­ti yürüdürdülər». (4;79) Er­mə­ni öz mur­dar ay­ağı dəy­məy­ən yer­lə­ri də öz yur­du say­ır, bi­zim bəd­bəxt­liy­i­miz ora­da­dır ki, öz yur­du­mu­zu öz­gə­nin yur­du he­sab edi­rik. Ta­rix yax­şı öy­rə­nil­miş ol­sa idi, ay­dın olar­dı ki, «Bağ­da­dın yer­li əha­li­si» ərəb­lər de­yil, ba­ba­la­rı­mız türklər­dir. İn­di bu yer­lə­rin id­di­a­sı­na eh­ti­yac ol­ma­sa da, ta­ri­xi hə­qi­qə­ti dan­mağa da eh­tiy­ac yox­dur. Şah İs­may­ıl ta­ri­xi biz­dən da­ha yaxşı bil­miş­dir. Ona gö­rə də ərəb­lə­ri sı­xış­dır­ma­mış, türklə­ri öz yur­dun­da oturt­mağa ça­lış­mış­dır.

Ye­nə dey­i­rik: ta­rix­çi­lə­rin de­dik­lə­rin­də hə­qi­qət də var - za­man-za­man ye­ni türk tay­fa­la­rı­nın bu əra­ziyə, öz qo­hum­la­rı­nın ya­nı­na axın­la­rı olub, ar­tıb-ço­xa­lıb­lar, am­ma il­kin kök­lə­ri­ni sax­lay­ıb­lar. Q.Pa­şay­ev hə­lə ta­ri­xi­mi­zin da­ha du­man­lı ol­duğu So­vet dövründə bu hə­qi­qə­ti müəyy­ən də­rəcə düşünmüş və yaz­mış­dır: «Füzu­li ya­ra­dıc­ı­lığ­ı­na qol-qa­nad ve­rən, onu azər­bayc­anca öl­məz əsər­lər yaz­mağa sövq edən, ona söz sə­nə­ti­nin şəf­faf çeş­mə­sin­dən su içi­rən, Füzu­li­ni da­hi edən bu ela­tın folk­lo­ru­nun zə­ng­in­liyi mə­ni hey­rə­tə gə­tir­di... Təd­qi­qat­lar apar­dım. Bə­zi ki­tab­la­rın tə­si­ri ilə az qal­mış­dı hə­qi­qət­dən yan ke­çim. Xoş­bəxt­lik­dən, baş­qa­la­rı­nın səh­vi bə­zən hə­qi­qə­ti da­ha tez üzə çı­xar­mağa kö­mək edir. O. Ge­ra­si­mo­vun «Sinc­ar dağ­la­rın­dan Rub-əl-Xa­li səh­ra­sı­na­dək» ki­ta­bın­da (s.256) de­diyi: «Kərkük bir də ona gö­rə məş­hur­dur ki, bu­ra­da böyük bir türkmən ko­lo­niy­a­sı ya­şay­ır. On­lar türkdil­li xal­q­la­rın ya­şa­dığı yer­lər­dən min ki­lo­metr­lər­lə uzaq olan bu yer­lər­də necə mə­s­kən sal­mı­ş­lar?» söz­lə­ri, elə bil, mə­ni yu­xu­dan oy­at­dı. Xə­ri­təyə nə­zər sal­dım. Böyük ing­i­lis ya­zı­çı­sı C.Ol­d­ric­in «ikiyə bö­lün­müş bir ürək» ad­lan­dır­dığı So­vet Azər­bay­ca­nı ilə Cə­nu­bi Azər­bayc­a­nı... sər­həd ad­lan­dı­rı­lan Araz çayı böl­düyü ki­mi, Cə­nu­bi Azər­bayc­an­la İraq­da azər­bayc­an­lı­la­rın qə­dim­dən ya­şa­mış ol­duq­la­rı və in­di də ya­şa­dıq­la­rı əra­zi­ni be­ləcə bir sər­həd bölür». (5;55-56) Q.Pa­şay­ev son nə­ti­cə­də əsas mə­sə­lə­ni düzgün qeyd et­miş­dir: «Hə­qi­qət bu­dur ki, Qu­zey Azər­bayc­an­la Güney Azər­bayc­a­nı bir-bi­rin­dən ay­ı­ran Araz çay­ı­na bən­zər bir xətt də Gü­ney Azər­bayc­an­la İraq türkman­la­rı­nın əs­ki­dən bə­ri ya­şa­dığı tor­paq­la­rı bir-bi­rin­dən ayırır». (6;21) Elə bu­na gö­rə də müəl­lif İraq-türkman soy­u­nu səlc­uq­lar­la bağ­la­mağa ça­lı­şan­la­ra eti­raz edir, bu­ra­da­kı türk əha­li­nin səlc­uq­lar­dan çox-çox əv­vəl bu­ra­da ol­duq­la­rı­nı, on­la­rın oğ­uz qə­bi­lə­lə­ri ilə bağ­lı ol­duğ­u­nu, İç Oğ­uz­la Dış Oğ­u­zun ta­rixi­nin isə çox qə­dim ol­duğu­nu gö­s­tə­rir. Təkcə bay­at qə­bi­lə­si ilə bağ­lı 64 kən­­din ol­ma­sı da bu əra­zi­lə­rin qə­dim­dən oğ­uz­la­rın yur­du ol­duğ­u­nu tə­s­diq edir.

Şah İs­may­ıl xey­li müddət bu yer­lə­rin əha­li­si­ni on­la­rın öz doğ­ma eli­nə qa­tıb, Aşağı Azər­bayc­an­la bir­ləş­di­rib. La­kin so­nra­kı qə­ti sər­həd­lər on­la­rı Azər­bayc­an tor­pağ­ın­dan ay­rı sa­lıb, XVIII əs­rin or­ta­la­rın­dan (1746) Azər­bayc­an­la əla­qə­lə­ri da­ha çox kə­si­lib.

Ta­ri­xi sax­ta­laş­dı­ran­lar gənc­liyi, gənc nəs­li da­im al­dat­maq­la məş­ğ­ul­dur, ona öz ke­ç­miş sər­həd­lə­ri­ni gös­tər­mək­də ac­iz­dir. İraq əra­zi­sin­də­ki türklə­rin ki­min­sə tə­rə­fin­dən bu­ra köçürüldüyünü, gəl­­mə olduq­la­rı­nı fəhm edən­lər ta­rix­çi­lə­ri­miz tə­rə­fin­dən ya­ra­dıl­mış yan­lış tə­səvvürün me­xa­ni­ki da­şıy­ıc­ı­la­rı­dır. Ta­rix ki­tab­la­rı­mı­zın el­mi oby­ek­tiv­lik­dən uzaq ol­ma­sı nə­ti­cə­si­dir ki, in­san­la­rın öz ta­ri­xi ba­rə­də təsəvvürlə­ri də yan­lış­dır. İra­qın türk əha­li­sin­dən da­nı­şar­kən elə bilir­lər ki, on­lar qürbət­də­dir. Düşünmürlər və möv­cud ta­rix ki­tab­la­rı düşünməyə im­kan ver­mir ki, on­lar qür­bət­də dey­il, öz və­tən­lə­rin­də­dir. Kök ora­dır, ta­rix ilk türklə­ri - tu­ruk­ki­lə­ri, su­la­rı, lul­lu­la­rı, ku­ti­lə­ri Ur­miya gölü ət­ra­fın­da tə­s­vir edir (7; 60-86). Türkman­la­rın əcdad­la­rı bu yer­lə­rin çox qə­dim sa­kin­lə­ri­dir. Əg­ər bir möcüzə ilə on­la­rın 7 min il əv­vəl­ki ba­ba­la­rı­nı müəyy­ən­ləş­dir­mək mümkün ol­sa idi, biz on­la­rın ara­sın­da qa­ra­pa­paq­la­rı gö­rə bi­lər­dik. On­lar böyük rəşa­dət­lə o yer­lər­də ne­çə min il du­ruş gə­ti­rə bil­miş, və­tən­lə­ri­ni tərk et­mə­mi­ş­lər. On­la­rın ta­ri­xi bi­zim ta­ri­xi­miz­dir. Biz ta­ri­xi­mi­zi on­la­rın he­sa­bı­na də­rin­ləş­di­rə bi­li­rik. On­la­rın ba­ba­la­rı hə­lə e.ə.XXVIII əsrdə Arat­ta­nı ya­rat­mı­ş­lar, qo­hum şu­mer­lər­lə əla­qə­də da­s­tan­lar mey­­da­na gə­tir­mi­ş­lər. Qə­dim «En­mer­kar və Arat­ta ka­hi­ni» on­la­rın və on­la­rın va­si­tə­si­lə bi­zim ba­ba­la­rı­mız haq­qın­da ya­ran­mış əf­sa­nə­vi və şi­rin bir da­s­tan­dır.

 

***

Türkman­la­rın zə­ng­in fol­k­lo­ru var­dır. Nağ­ıl­lar, das­tan­lar, ata­lar söz­lə­ri, mə­səl­lər, lə­ti­fə­lər, xoy­rat­lar on­la­rın ta­ri­xi­nə da­ir qeyd et­di­yi­­miz hə­qi­qət­lə­ri bə­dii sə­nət nümu­nə­lə­ri­nin di­li ilə əks et­di­rir. Folk­lor nümu­nə­lə­rin­də kərküklü qürbət­dən dey­il, ay­rı­lıq­dan şi­ka­yət­lə­nir, və­tə­nin böyük əra­zi­lə­ri ilə əla­qə­lə­ri­nin kə­sil­mə­lə­ri­ni öz­lə­ri­nə dərd bi­lir­lər. Bu­na gö­rə də da­im kö­mək göz­ləy­ib, bir­ləş­mək ar­zu­su ilə çır­pı­nıb­lar:

 

Qu­rut göz ya­şın, Kərkük,

Al­tun­lu da­şın, Kərkük.

Bir­ləş qar­da­ş­la­rın­la,

Yüksə­lər ba­şın, Kərkük.

Ağ­la­mağı bi­li­rəm,

Öy­rət mə­ni, gülüm mən.

 

Mən o ya­ra qur­ba­nam,

Qoy­ar diz üstə mə­ni. (8;126,136;142)

 

Diz üstə qoy­maq ümum­xalq Azər­bayc­an di­lin­də 'çökdür­mək, oturt­maq' mə­na­sın­da­dır. La­kin bu­ra­da 'qal­dır­maq, aya­ğa dur­quz­maq, dir­çəlt­mək' mə­na­sı­nı ve­rir. Kərküklü üzü­nün gülmə­si­ni, «ya Al­lah» dey­ib di­zi üstə qalx­ma­sı­nı Və­tə­nin bir­liy­in­də görür:

 

Yan­dı Kərkük,

Ata­şa yan­dı Kərkük.

Onun­çun mən ağ­la­ram,

Do­st­lar­dan yan­dı Kərkük.

 

Bir öl­kə vi­ran ol­sun,

Qal­ma­sın yad əlin­də. (8;133)

 

Elə bu­na gö­rə də gündə bir im­pe­riya ası­lı­lığ­ın­da özünü bəd­bəxt say­ır, da­im dərd yükü al­tın­da əzi­lən görür kərküklü:

 

Heç bil­məm hay­an­day­am,

Bir ta­le­siz bən­dəy­əm.

Yu­va­sız bay­quş ki­mi

Gündə bir və­tən­dəy­əm. (8;149)

 

Ta­rix­çi­lə­rin kö­ç­mə­lər, köçürmə­lər ba­rə­də mə­lu­mat­la­rı doğ­ru­dur: şi­mal­lı-cə­nub­lu Azər­bayc­a­nın türk əha­li­si müxtə­lif vaxt­lar­da bu yer­lə­rə, öz qo­hum­la­rı­nın ya­nı­na köç et­mi­ş­lər. Xoy­rat­lar tə­s­diq edir ki, Azər­bay­ca­nın hər ye­rin­dən köçüb gə­lən­lər olub; ye­ni gə­lən­lə­rin içə­ri­sin­də qa­ra­bağ­lı­lar da olub, gənc­ə­li­lər də. Kərkükdə Qa­ra­bağ­lı mə­həl­lə­si ya­ra­dıb­lar. Əla­qə­lər sıx olub. Qə­rib dur­na­lar bir­baş Şi­mal­dan Bağ­da­da, Bağ­dad­dan Şi­ma­li Azər­bayc­a­na üz tu­tub və hər də­fə on­la­rın gə­li­şi­nə müş­taq olub­lar:

 

 

Sə­nə müştaq du­rur Bağ­dad el­lə­ri,

Göz­ləyə-göz­ləyə qa­lıb yol­la­rı.

(M.P.Va­qif)

 

Köçüb gə­lən­lər də öz yurd­la­rı­nı unut­may­ıb, öz baya­tı­la­rı­nı yer­li həm­qə­bi­lə­lə­ri­nin bay­a­tı­la­rı­na qa­tıb­lar:

 

Bağ­dad yo­lu Gənc­ə­di,

Gülü pəncə-pənc­ə­di.

De­mə siz­dən irağ­am,

Bu sev­da ölünc­ə­di.

 

Əs­lim qa­ra­bağ­lı­dı,

Si­nəm çar­paz dağ­lı­dı.

 

Har­da bir qə­rib gör­sən,

Elə bil, gənc­ə­li­di. (8;117, 131;139)

Be­lə­lik­lə, İki­çay­a­ra­sı­nın şər­qi - Ur­miya gölü ət­ra­fı, Aşağı Azər­bayc­a­nın qərb tor­paq­la­rı və in­di­ki İraq əra­zi­si­nin bir his­sə­si türkün qə­dim və il­kin be­şiy­i­dir. İraq-türkman ela­tı Kərkük və Ər­bil ət­ra­fı əra­zi­lə­rin əbə­di sa­kin­lə­ri ol­muş­dur. On­lar qürbət­də de­yil, səd­də­dir, ay­rı­lıq­da­dır, səd­di-İs­kən­də­rin o tay­ın­da­dır, ona gö­rə də bir­lik ar­zu­su ilə çır­pı­nır­lar. Bu xalq era­mı­zın V əs­rin­də tə­şək­kül tap­mış va­hid ümum­xalq Azər­bayc­an di­li­nin səs si­s­te­mi­ni, lek­si­ka­sı­nı, qram­ma­tik qu­ru­lu­şu­nu qo­ru­yub sax­laya bil­miş­dir. İraq-türkman xoy­rat­la­rın­dan bi­rin­də dey­i­lir:

 

Mən­di­lim­nən,

Sil gözün mən­di­lim­nən.

Əs­li­mi in­kar et­məm,

Gü­vən­nəm mən di­lim­nən. (8;144)

 

Mən­dil qa­dın baş örtüyüdür. De­mə­li, bu söz­lər qa­dın sözüdür. Əg­ər qa­dın öz ana di­li­ni bu cür qo­ruy­ur­sa, o dil min il­lər yad dil­lə­rin təzy­iq və tə­si­ri al­tın­da ol­sa da, ona za­val yox­dur. Bu xalq öz di­li ilə fəxr edib, öz di­li­ni heç bir di­lə dəy­iş­məy­ib, öz di­li­nin şi­rin­liy­i­ni heç bir dil­də gör­məy­ib:

 

Nə dey­ir­sə yad de­sin,

Öz di­lim­di şi­rin dil.

 

Di­lim var,

Qo­vun üstə di­lim var.

Əs­lin­də kərküklüy­əm,

Gör nə şi­rin di­lim var.

 

Di­lim­di,

Al­ma di­lim-di­lim­di.

Mə­ni xoş­bəxt ey­ləy­ən

Öz se­vim­li di­lim­di. (8;129, 151)

 

Kərküklü bu­nun­la, bu di­lin şi­rin­liy­i­ni duy­maq­la, öz di­li ilə yax­­şı mə­na­da qürrə­lən­mək­lə ki­fay­ət­lən­məy­ib. Bu dil ərəb və kürd dil­lə­ri əha­tə­sin­də ne­çə min il öz gö­zəl­liy­i­ni, mil­li­liy­i­ni, tə­bii­­liy­i­ni əha­li­nin öz di­li­nə mə­həb­bə­ti və yad tə­sir­lə­ri öz içi­nə bu­rax­ma­ma­sı nə­ticə­sin­də müha­fi­zə edib sax­laya bi­lib. Kərküklü da­im ana di­li­ni qo­ru­maq üçün ca­nın­dan ke­ç­məyə ha­zır olub:

 

Di­lim-di­lim,

Kəs qo­vun di­lim-di­lim.

Mən di­lim­nən vaz ke­ç­məm,

Olur­sam di­lim-di­lim. (8;129)

 

Bun­lar bir kərküklünün dey­il, İraq-türkman ela­tı­nın sözüdür, bütöv bir elin hə­m­rəy­lik ifa­də­si olan fi­k­ri­dir. Ela­tın az-çox qə­ləm tutan ziy­a­lı­la­rı da­im ana di­li­nin ke­şiy­in­də ol­mu­ş­lar. Kərküklü İr­mağ hə­lə 1962-ci il­də «Qar­da­ş­lıq» jur­na­lın­da qeyd edir­di ki, dil və fol­klor ad­lan­dı­rı­lan iki var­lıq var­dır ki, həy­at ya­şa­dıqca ya­şay­ır, xal­qın keçmi­şi haq­da da­nı­şa bi­lən tək­zi­bo­lun­maz ta­ri­xi sə­nə­də çev­ri­lir.

 

 

 

***

Türkman­la­rın qa­pı­la­rı So­vet hö­ku­mə­ti­nin hə­lə güclü çağ­la­rın­da - 60-cı il­lə­rin or­ta­la­rın­da üzümüzə açıl­dı. Q.Pa­şay­e­vin «İraq-türkman fol­k­lo­ru» mo­no­qra­fiy­a­sı­na ön sözündə türk ali­mi Ma­hir Nakip bu xey­ir­xah işin ba­ş­lan­ğıc­ı­nı düzgün iz­lə­miş­dir: «As­lin­da Azar­beyc­an ay­dı­nı (yə­ni Q.Pa­şay­ev - Q.K .) İrak Türkle­ri­ni 1959 yılın­da bir te­sadüf ese­ri Kerkük'ü ziy­a­ret eden Aze­ri şa­ir ve ede­biyyat­çı­lar Re­sul Rza, Bah­tiy­ar Va­hap­za­de ve Ka­sim Ka­sim­za­de ile ta­nı­mı­ş­tır. Ay­rıca 1960'lar­da uzun yıl­lar Ba­kü'de ya­şay­an Kerküklü Si­nan Sa­id'in de bu ta­nış­ma­da büyük ro­lu ol­mu­ş­tur. Ama hiç bi­ri­si­nin Pa­şay­ev'in ça­lış­ma­la­rı ka­dar de­rin iz bı­rak­ma­dığı açık­tır». (2;11)

Qə­zən­fər Pa­şay­e­vin 1962-1966 və 1972-1975-ci il­lər ara­sın­da sə­fir­lik xət­ti ilə İra­qa ezam olun­ma­sı İraq-türkman ela­tı­nın dil və folk­lor qa­pı­la­rı­nı, iraq­lı­lar­la ünsiyy­ət qa­pı­la­rı­nı da­ha ge­niş aç­dı. Qə­zən­fər müəl­lim türkman­la­rın ya­şa­dığı əra­zi­lə­ri qa­rış-qa­rış gə­zə­rək bu yer­lər ilə öl­kə­miz ara­sın­da körpü ya­rat­dı. O vaxt­dan ba­ş­lay­a­raq və­tən­pər­vər alim İraq-türkman ləh­cə­si­ni öy­rən­mək­lə ya­na­şı, İraq azə­ri­lə­ri­nin fol­k­lo­ru­nun to­plan­ma­sı, on­la­rın çap olu­nub Azər­bayc­an­da, Tür­kiy­ə­də, İraq­da və İran­da yay­ıl­ma­sı sa­hə­sin­də böyük iş­lər gördü. Adə­tən, İraq-türkman fol­k­lor və ədə­biyy­a­tı, onun təd­qi­qi və öy­rə­nil­mə­si ilə əla­qə­dar Q.Pa­şay­e­vin çap et­dir­diyi əsə­rlə­ri xro­no­lo­ji ar­dıc­ıl­lıq­la bu cür sı­ra­la­yır­lar: «Kərkük bay­a­tı­la­rı» (R.Rza ilə bir­lik­də, 1968), «Ar­zu-Qən­bər das­­­ta­nı» (1971), «Kərkük mah­nı­la­rı» (1973), «Kər­kük ata­lar söz­lə­ri» (1978), «Kərkük tap­mac­a­la­rı» (1984), «Nə­si­mi­nin İraq di­va­nı» (1985), «Azər­bayc­an folk­lo­ru an­to­lo­g­iy­a­sı. İraq-türkman cil­di» (Ə.Bən­dər­oğ­lu ilə bi­rgə, 1999), «Al­tı il Dəc­lə və Fə­rat sa­hil­lə­rin­də» (1985,1987, Bağ­dad,1995, ərəbcə), «İraq-türkman fol­k­lo­ru» (Ba­­kı,1992, Bağ­dad,1995,İs­tan­bul,1998, türkcə) və s. (9;7)

 

Bu son ki­tab - «İraq-türkman fol­k­lo­ru» mo­no­qra­fiy­a­sı Azər­bayc­an, türk və İraq ədə­biyy­atşünas­lığ­ın­da İraq-türk­man fol­k­lo­ru­nun təd­qi­qi­nə həsr olun­muş qiy­mət­li əsər say­ı­lır. Ə.Bən­dər­oğ­lu ya­zır: «Ağ­la­sığ­may­an yo­rğ­un­luq­la­rın məh­su­lu olan bu mi­sil­siz əsə­ri İraq türk­man­la­rı ara­sın­da fol­k­lor çər­çi­və­sin­də bir şah əsər ki­mi qiy­mət­lən­dir­mək da­ha doğ­ru­dur. Bu gü­nə qə­dər biz­də - İraq türk­man­la­rın­da, Türkiy­ə­də və Azər­bayc­an­da fol­k­lo­ru­mu­zun bu bi­çim­də təd­qi­qi, inc­ə­lən­mə­si və araş­dı­rıl­ma­sı ol­ma­mış­dır.» (6;4) Bu ki­ta­bı Qə­zən­fər Pa­şay­e­vin «ömür ki­ta­bı» ad­lan­dı­rır­lar. (9;7) Bütün bu cə­hət­lə­ri ümu­mi­ləş­di­rə­rək pro­fes­sor Ya­şar Qa­ray­ev yaz­mış­dır: «...Azər­bayc­a­na İraq­dan yay­ı­lan türkman fol­k­lo­ru­nun mətn və janr coğ­ra­fiy­a­sı Ba­kı­da ha­mı­dan çox məhz Qə­zən­fər müəl­li­min el­mi ir­sin­də sa­bit­lik və bütövlük təş­kil edir». (9;165)

«İraq-türkman fol­k­lo­ru» ki­ta­bı türkman­la­ra xüsu­si se­vinc bəxş etmiş­dir. San­ki İraq-türkman ziy­a­lı­la­rı­nın düşüncə­si­ni ümu­mi­ləş­di­rə­rək Ə.Bən­də­roğ­lu ye­nə ya­zır: «Qə­zən­fər Pa­şay­e­vin İraq türkman­la­rı ilə əla­qə­li çap et­dir­diyi qiy­mət­li fol­k­lor ki­tab­la­rı, Oğuz kökündən və soy­un­dan olan azər­bayc­an­lı­lar­la İraq türkman­la­rı­nın nə qə­dər bir-bir­lə­ri­nə dil və fol­k­lor ba­xı­mın­dan bağ­lı ol­duq­la­rı­nı - yüzil­lər boy­unca za­ma­nın qo­part­dığı qan­lı və du­man­lı qa­sı­rğ­a­la­ra bax­may­a­raq, ge­nə də də­də mi­ra­sı­na, Də­də Qor­qu­da, əzab­keş Nə­si­miyə, Kər­ba­la­nın müqəd­dəs tor­pağ­ın­da uy­uy­an böyük Füzu­liyə olan bağ­lı­lıq­la­rı­nı gös­tər­mək üçün ölümsüz bir ta­rix­dir». (6,3) Ürəy­in­dən ol­duğu üçün türkman ziy­a­lı­la­rın­dan Əta Tər­zi­ba­şı da bu söz­lə­ri Qə­zən­fər Pa­şay­ev haq­qın­da mə­qa­lə­si­nə köçürmüş və bu fi­kir­lər­lə tam şə­rik ol­duğ­u­nu bil­dir­miş­dir.(9,63)

Nə­si­mi di­va­nı­nın İraq nüsxə­si, «İraq-türkman folk­lo­ru» və «Azər­bayc­an fol­k­lo­ru an­to­lo­g­iy­a­sı»nın İraq-türkman cil­di, İraq baya­tı­la­rı, İraq-azə­ri ləhc­ə­si­nin və fol­k­lo­ru­nun təd­qi­qi­nə da­ir say­sız elmi və el­mi pub­li­si­s­tik mə­qa­lə­lər, İraq-azə­ri ziy­a­lı­la­rı ilə ta­nı­ş­lıq və görü­şlər ədə­bi-mə­də­ni əla­qə­lə­rin, xal­qı­mı­zın qan yad­da­şı­nın bər­pa­sın­da mi­sil­siz rol oy­na­dı. Xalq şa­i­ri B.Va­hab­za­də hə­lə 1988-ci il­də Qə­zən­fər Pa­şay­e­və üz tu­ta­raq de­miş­dir: «Sən İraq­da 6 il rə­s­mi və­zi­fə ye­ri­nə ye­tir­din. La­kin bu­nun­la ki­fay­ət­lən­mə­din. İçin­də­ki di­g­ər bir və­tən­se­vər­lik his­si sə­ni baş­qa iş­lər də gör­məyə səs­lə­di. Bu bir sə­s­di. Sə­nin da­mar­la­rın­da hay­qı­ran səs. Kər­küklü qar­da­ş­la­rın əsrlər­dən bə­ri qan­la­rın­da mü­ha­fi­zə edib sax­la­dıq­la­rı əc­da­dın, soy­un sə­si­nə uy­du və sə­ni mə­nə­vi borc­u­nu ödə­məyə yö­nəlt­di. Sən mə­nə­vi borc­u­nu şə­rə­f­lə ye­ri­nə ye­tir­din». Bu mə­nə­vi borc da­mar­la­rın­da türk qa­nı olan hər bir şəx­sin borc­u­dur. Əc­dad­lar qə­dim ol­duğ­un­dan biz bu borcu ödə­mək üçün da­ha də­rin­lə­rə baş vur­ma­lıy­ıq.

Q.Pa­şay­ev bu işi tək­ba­şı­na gör­mə­miş, ək­sə­rən İraq-azə­ri ziya­lı­la­rı­nı - Ə.Bən­də­roğ­lu və baş­qa­la­rı­nı da bu elin ya­ra­dıc­ı­lıq nümu­nə­lə­ri­nin xal­qı­mı­za çat­dı­rıl­ma­sın­da iş­ti­ra­ka cəlb et­miş­dir. Bi­zim ça­pa ha­zır­la­dı­ğı­mız bu ki­tab da («İraq-türkman ləhc­ə­si») onun şəx­si əl ya­zı­la­rı­na və il­lər­lə top­lay­ıb çap et­dir­diyi ma­te­ri­al­la­ra əsas­la­nır.

 

***

Ar­tıq 80-ci il­lər­də Q. Pa­şay­e­vin sə­mə­rə­li əməyi sa­yə­sin­də ölkəmiz­də İraq-türkman fol­k­lo­ru­na da­ir zə­ng­in ma­te­ri­al to­plan­mış­dı. «Azər­bayc­an fol­k­lo­ru an­to­lo­gi­ya­sı»nın II cil­di (Ba­kı,1999) bütöv­lük­də İraq-türkman fol­k­lo­ru­na həsr olun­muş­dur. An­to­lo­g­i­ya­nın tər­tib­çi­lə­ri prof.Q.Pa­şay­ev və d-r Ə.Bən­də­roğ­lu­dur. Bu ki­tab və bu­na qə­dər Q.Pa­şay­e­vin çap et­dir­diyi əsər­lər, onun İraq­da rə­s­mi və­zi­fə da­şı­dığı il­lər­də top­la­dığı ma­te­ri­al­lar, öy­rə­nib əl xət­ti ilə yaz­dığı zəng­in dil fakt­la­rı­nı əha­tə edən iri dəf­tər­lər İraq-türkman ləhc­ə­si­nin ət­ra­f­lı öy­rə­nil­mə­si üçün ge­niş im­kan­lar ya­ra­dır­dı. Ona gö­rə də bu ma­te­ri­al­lar hə­lə 90-cı il­lə­rin ikinci ya­rı­sın­da alim­lə­ri­mi­zin diq­qə­ti­ni cəlb et­miş, pro­fes­sor Səyy­a­rə Mol­la­za­də, fi­lo­lo­g­iya elm­lə­ri na­mizəd­­lə­ri Şöv­kət Kə­ri­mov, Se­fi Beh­bu­dov və b. ləhc­ə­nin fo­ne­tik, lek­sik və qram­ma­tik xüsu­siy­yət­lə­ri­nin təd­qi­qi­nə həsr olun­muş bir sıra qiy­mət­li mə­qa­lə­lər çap et­dir­mi­ş­lər. (10)

İraq-türkman ləhc­ə­si­nin mo­no­qra­fik təd­qi­qi­nə böyük eh­tiy­ac duy­u­lur­du. Bu eh­tiy­acı hiss edən Nə­si­mi adı­na Dil­çi­lik in­sti­tu­tu­nun di­rek­to­ru, Əmək­dar elm xa­di­mi, MEA-nın müxbir üzvü Ağ­a­mu­sa Axun­dov be­lə bir təd­qi­qa­tın apa­rıl­ma­sı­nı vax­tı çat­mış bir tə­şəbbüs ki­­mi irə­li sürmüş, in­sti­tu­tun Azər­bayc­an di­a­lek­to­lo­g­iy­a­sı şö­bə­si­nin sa­­biq müdi­ri, mər­hum pro­fes­sor Mu­sa İs­la­mov şö­bə­nin el­mi ya­ra­dıcı­­lığ­ı­nı bu is­ti­qa­mə­tə yö­nəlt­mək­lə son də­rəcə fay­da­lı bir iş görmüşdür.

«İraq-türkman ləhc­ə­si» ad­lı bu əsər qeyd et­diy­i­miz tə­şəbbüsün nə­tic­ə­si­dir. Əsər Azər­bayc­an di­a­lek­to­lo­gi­ya­sı şö­bə­si­nin əmək­daş­­la­rı - S.Beh­bu­dov, K.Qu­liy­e­va, K.İmam­qu­liy­e­va tə­rə­fin­dən ya­zıl­mış­dır. Əsə­rin «Gi­riş» və «Fo­ne­ti­ka» böl­mə­lə­ri bi­la­va­si­tə prof. Q.Paşa­y­e­­vin öz qə­lə­mi­nin məh­su­lu­dur. Müəl­lif gi­riş­də et­no­sun yay­ıl­dığı əra­zi, ləhc­ə­nin müa­sir ədə­bi di­li­miz­lə bir kök­dən ol­duğ­u­nu şərt­lən­di­rən amil­lər, İraq-türkman ləhc­ə­si­nin da­ha çox Azər­bayc­an di­li­nin şərq və cə­nub şi­və­lə­ri ilə səs­ləş­mə­si, et­no­sun adı və bu adın ter­mi­no­lo­ji səc­iyy­ə­si, İraq-türkman ləhc­ə­si­ni müa­sir türk və türkmən dillə­rin­dən fər­q­lən­di­rən fo­ne­tik, lek­sik və qram­ma­tik əla­mət­lər və s. ba­rə­də ma­raq­lı mə­lu­mat ver­miş­dir. Bu mə­lu­mat cid­di el­mi araş­dır­ma­la­ra əsas­la­nır. Türkman­lar İra­qın Kər­kük və Diy­a­la vi­lay­ət­lə­rin­də bir çox qə­za, na­hiyə, kənd və şə­hər­lər­də mə­s­kun­la­şa­raq say etiba­­ri­lə ar­ta­raq üç mily­o­na ya­xın­laş­mı­ş­lar. Əsas­lı­sı da bu­dur ki, ərəb və kürd dil­lə­ri əha­tə­sin­də öz to­po­nim, et­no­nim və an­t­ro­po­nim­lə­ri­ni ək­sə­riyy­ət eti­ba­ri­lə müha­fi­zə edib sax­la­mı­ş­lar. Gi­riş­dən ay­dın olur ki, kərkük­lülər mək­təb­lə­ri, ar­dıc­ıl mət­bu­at­la­rı ol­ma­sa da, Əli Tər­zi­ba­şı, Şa­kir Sa­bir Za­bit, İb­ra­him Da­qu­qi, Ə.Bən­dər­oğ­lu, Rza Də­mir­çi, Si­nan Sə­id, Mə­həm­məd Xur­şid, Süp­hi Sa­at­çı, Ma­hir Nakib, İh­san Və­s­fi, Hə­bib Hür­müzlü, Er­şad Hürmüzlü, Hi­day­ət Ka­mal Bay­at­lı, Ço­ban Xı­dır, Möv­­lud Ta­ha Qay­a­çı ki­mi ziy­a­lı­lar ye­tir­­mi­ş­lər. Ərəb di­lin­də təh­sil al­sa­lar da, on­lar öz dil­lə­ri­nin, ədəbiy­yat­­la­rı­nın, xal­qın mə­də­ni in­ki­şaf yo­lu­nun öy­rə­nil­mə­si ilə məş­­ğul­­dur­lar. Q.Pa­şay­e­vin AMEA-nın N.Gənc­ə­vi adı­na Azər­bayc­an Ədə­biy­ya­tı Mu­zey­in­də ya­rat­dığı «İraq-Türkman Ədə­biyy­a­tı və Mə­də­niyy­ə­ti» ad­lı da­i­mi Ek­s­po­zi­siya za­lın­da bu şəx­slə­ri xal­qı­mı­za da­ha yax­şı ta­nıt­maq üçün gu­şə­lər ay­rıl­mış­dır.

Təd­qi­qa­ta ba­ş­lay­ar­kən şö­bə əmək­da­ş­la­rı­nı bir sı­ra mə­sə­lə­lər düşündürmə­li ol­muş­dur. Ha­zır­kı İraq əraz­isin­də ya­şay­an bu xalq par­ça­la­nıb uzun müddət və­tən­in­dən ay­rı düşmüş, bütövlükdə və­tən­lə əla­qə­lə­ri kə­sil­miş bir xalq­dır. Öz­lə­ri­ni necə ad­lan­dı­rır­lar? Bu elin da­nı­şdığı di­li necə ad­lan­dır­maq düzgün olar? «Türkman» sözü nə demək­dir və ha­zır­kı Türkmə­ni­s­tan Re­s­pub­li­ka­sın­da ya­şay­an türk­mən­lər­lə, ey­ni za­man­da, Os­man­lı türklə­ri ilə əla­qə­lə­ri nec­ə­dir?

Qeyd et­diy­i­miz ki­mi, Azər­bayc­an MEA-nın nə­fis şə­kil­də çap etdiyi Azər­bayc­an fol­k­lo­ru an­to­lo­g­iy­a­sı­nın 2-ci cil­di İraq-türkman fol­k­lo­ru­na həsr edil­miş, «İraq-türkman cil­di» ad­lan­dı­rıl­mış­dır. Heç şüb­hə­­siz, bu ad yer­li ziy­a­lı­la­rın məs­lə­hət və ra­zı­lığı əsa­sın­da­dır. An­to­lo­g­iy­a­nın bir müəl­li­fi ne­çə ye­rə bölünmüş bu xal­qın Yu­xa­rı Azər­bayc­an əra­zi­sin­dən, di­g­ə­ri - Əbdüllə­tif Bən­də­roğ­lu Kər­kükdən­dir. 1987-ci il­də Qə­zən­fər Pa­şay­ev bu əsər­lə­ri az fər­q­lə «Kərkük fol­k­lo­ru an­to­lo­g­iy­a­sı» adı al­tın­da çap et­dir­miş, gi­riş­də bu ela­tın öz­lə­ri­ni də, bi­zi də «türkman» ad­lan­dır­dıq­la­rı­nı qeyd et­miş­dir. Təd­qi­qat­çı­lar türkman sözünü müxtə­lif şə­kil­də izah et­mi­ş­lər (Bu ba­rə­də «Gi­riş»ə bax). On­la­rın fi­kir­lə­ri üzə­rin­də day­an­ma­dan bu sözün, fi­k­ri­mizcə, türk man/mən söz­lə­ri­nə ay­rıl­dı­ğı­nı qeyd et­mək is­tər­dik. Türk - ay­dın­dır; man/mən sözü 'adam' de­mək­dir və ulu dil­dən gə­lən bir söz ki­mi özünü bir sı­ra müa­sir dil­lər­də (ing­i­lis və s.) da­ha iş­lək for­ma­da sax­la­mış­dır. La­kin so­nra­lar man sözü 'ulu, cə­sur, ig­id adam' mə­na­la­rı­nı da qa­zan­mış­dır. Həm də ma­raq­lı­dır ki, on­lar bi­zi də türkman ad­lan­dı­rır­lar. De­mə­li, bu söz ta­ri­xin də­rin­lik­lə­rin­dən gə­lir.

Əla­və­li «İraq-türkman» bir­ləş­mə­sin­də İraq sözü də müa­sir əra­zi bö­lgüsünə əsa­sən ye­rin­də­dir. Bu söz iki cə­hət­dən: həm əha­li­nin yer­ləş­diyi əra­zi­ni gö­s­tər­mək, həm də bu eli Xə­zə­rin cə­nub-şər­qin­də yer­lə­şən türkmən­lər­lə qa­rış­dır­ma­maq ba­xı­mın­dan fay­da­lı­dır. Bi­zim üçün müa­sir dövr­də İraq sözü tə­bii, türkman sözü bir qə­dər qey­ri-tə­bii görünsə də, ela­tın özü haq­qın­da özünü ad­lan­dır­ma­sı­nı nə­zə­rə al­maq ba­xı­mın­dan zə­ru­ri olub, bu əra­zi­nin çox qə­dim türk yur­du ol­duğ­u­nu, bəl­kə də, ilk türk ada­mı bu­ra­da gö­rən­lə­rin bu adı ver­diy­i­ni hifz et­diyi üçün gə­rək­li­dir. Odur ki biz də Azər­bayc­a­nın bu ən qə­dim mə­s­kə­ni­nin əha­li­si­ni «İraq-türkman ela­tı, İraq-türkman xal­qı» ad­lan­dır­mağı müna­sib say­dıq. Par­ça­lan­mış, ikiyə bölünmüş xal­q­lar çox­dur. La­kin Azər­bayc­an xal­qı Aşağı Azər­bayc­a­nı, Yu­xa­rı Azər­bayc­a­nı, İra­qı, Dər­bən­di, Gür­cüsta­nı nə­zə­rə al­dıq­da say­sız par­ça­lan­ma­la­ra mə­ruz qa­lıb ki, İraq türkman­la­rı da bu qol­lar­dan bi­ri­dir.

İraq-türkman ela­tı­nın di­li şi­və fər­q­lə­ri ilə bu­günkü Azər­bay­can di­li­dir. Bu­nu biz tə­əssübke­ş­lik na­mi­nə yox, yer­li əha­li­nin di­li­nin fone­tik, lek­sik və qram­ma­tik xüsu­siyy­ət­lə­ri­nin təd­qi­qi əsa­sın­da deyi­rik. Oxucu «Gi­riş»dən ba­ş­lay­a­raq bütün əsər boyu İraq-türkman ləhc­ə­si ilə Azər­bayc­an di­li ara­sın­da­kı ey­niyy­ət, türkmən və türk dil­lə­ri ilə fər­q­li cə­hət­lər ba­rə­də ge­niş mə­lu­mat ala­caq­dır. Fakt­la­rın təh­li­li əsa­sın­da bu ləhc­ə­nin Azər­bayc­an di­li­nin bir qo­lu ki­mi in­ki­şaf etdiy­i­ni gö­rə­cək­dir. Bu­nun sə­bə­bi yal­nız dil va­ris­liyi ilə dey­il, ic­ti­mai-siy­a­si və ta­ri­xi şə­ra­it, əra­zi müna­si­bət­lə­ri ilə də şərt­lə­nir: son bir ne­çə əsrdə ya­ran­mış cid­di sər­həd­lə­ri nə­zə­rə al­ma­saq, Qər­bi Azər­bayc­an de­dik­də da­im bu əra­zi­lər, bu yer­lə­rin əha­li­si də nə­zər­də tutul­muş, İraq türkman­la­rı ge­niş Azər­bayc­an­la ək­sə­rən bir­lik­də olmu­ş­lar. XX yüzil­liy­in əv­vəl­lə­rin­də İraq­da Os­man­lı ha­ki­miyy­ə­ti ba­şa çat­dıq­dan so­nra Mo­sul pro­ble­mi ilə əla­qə­dar Türkiyə hö­ku­mə­ti İraq türkman əha­li­si­ni türk ki­mi qə­bul et­miş, İng­il­tə­rə hö­ku­mə­ti isə türkman ol­duq­la­rı­nı is­rar et­miş­dir. İng­il­tə­rə hö­ku­mə­ti on­la­rın Osman­lı türkü ol­ma­dığ­ı­nı, azə­ri türkcə­sin­də da­nış­dıq­la­rı­nı, hə­qi­qət­də türkman ol­duq­la­rı­nı və Os­man­lı im­pe­ra­tor­luğ­un­dan da­ha əv­vəl İran­dan qo­pub İraq­da yer­ləş­dik­lə­ri­ni gö­s­tər­mi­ş­lər.(11;93 - 99) Bu­ra­da­kı «İran­dan qo­pub» söz­lə­ri­ni əra­zi ilə bir­lik­də Cə­nu­bi Azər­bay­ca­nın qər­bin­dən qop­maq, ay­rıl­maq ki­mi an­la­maq la­zım­dır.

La­kin tə­bii ki, həm çox qə­dim kök ol­maq eti­ba­ri­lə, həm da­im qohum türk tay­fa­la­rı­nı qə­bul et­dik­lə­ri, çar­paz­laş­ma­lar baş ver­diyi, ar­tıb ço­xal­dıq­la­rı üçün, həm də Yu­xa­rı Azər­bayc­an­la əla­qə­lə­ri son əsr­lər­də da­ha çox zə­i­f­lə­di­yi­nə gö­rə Azər­bayc­an ədə­bi di­lin­dən, Yuxa­rı Azər­bayc­a­nın di­a­lekt və şi­və­lə­rin­dən fər­q­li xüsu­siy­yət­lər ya­ran­mış­dır. O də­rəc­ə­də ki, bun­la­rı şi­və qru­pu və ya di­a­lekt dey­il, ləh­cə ad­lan­dır­maq olar. Odur ki biz əha­li­nin da­nış­dığı di­li «Azər­bayc­an di­li­nin İraq-türkman ləhc­ə­si» ad­lan­dır­mağı da­ha düzgün bil­dik.

İraq-türkman əha­li­si Kərküklə şö­h­rət tap­mış­dır. Bu şə­hər bir növ bu elin baş şə­hə­ri­dir. Q.Pa­şay­ev ilk ta­nı­ş­lıq dövr­lə­ri ilə əla­qə­dar fol­k­lor ma­te­ri­al­la­rı­nı «Kərkük fol­k­lo­ru» ad­lan­dır­mış­dır. Bu onun­la əla­qə­dar idi ki, türkman­la­rın əsas kütlə­si ilk an­lar bu şə­hər­də və onun ət­ra­fın­da gö­zə dəy­miş­di. La­kin so­nra­kı araş­dır­ma­lar əha­li­nin mə­s­kun ol­duğu əra­zi­lə­rin ge­ni­ş­liyi ilə ya­na­şı, fol­k­lor və dil ma­te­ri­al­la­rı­nın rə­ng­a­rə­ng­liy­i­ni də üzə çı­xar­dı. Ona gö­rə də an­to­lo­g­iya «İraq-türkmən fol­k­lo­ru» ki­mi tər­tib edil­miş­dir. Bun­la­ra bax­may­a­raq, bir çox hal­lar­da «Kərkük folk­lo­ru», «Kərkük ləhc­ə­si» ifa­də­lə­ri də ca­iz say­ıl­mış­dır. Hət­ta bə­zən «kərküklə­rin di­li» ifa­­­də­si də qa­çıl­maz olmuş­dur. «Kərküklə­rin di­li» ifa­də­sin­də Kər­kük sözü həm ye­rin, həm də əha­li­nin et­nik adı ki­mi nə­zər­də tu­­tu­lur - man­na­la­rın di­li, ma­day­la­rın di­li ifa­də­lə­rin­də ol­duğu ki­mi.

İraq-türkman ləhc­ə­si həm fo­ne­tik xüsu­siyy­ət­lə­ri, həm lüğət tər­ki­bi, həm də qram­ma­tik qu­ru­lu­şu ilə Azər­bayc­an di­li­nin di­g­ər ləhcə­lə­rin­dən (bax:12; 282 - 295) fərq­li key­fiyy­ət­lə­rə ma­lik­dir.

İra­qa açı­lan pənc­ə­rə ilk növ­bə­də İraq-türkman ləh­cə­si­nin fo­ne­tik xüsu­siyy­ət­lə­ri­nin təd­qi­qin­dən ba­ş­la­dı. Q.M.Pa­şay­ev İraq­da tərcümə­çi iş­ləy­ər­kən top­la­dığı ma­te­ri­al­lar əsa­sın­da 1969-cu il­də «Kərkük dia­­­le­kti­nin fo­ne­ti­ka­sı» möv­zu­sun­da na­mi­zəd­lik dis­ser­ta­siy­a­sı müda­fiə et­di. Q.M.Pa­şay­ev akad.M.Ş.Şi­rə­liy­e­vin rəh­bər­liyi ilə ləhc­ə­nin daha çox se­çi­lən Kərkük di­a­lek­ti­nin fo­ne­tik xüsu­siy­yət­lə­ri­ni üzə çı­xar­mış, sa­it­lər və sa­mit­lər sis­te­mi, müxtə­lif səs əvəz­lən­mə­lə­ri, sə­sar­tı­mı, səs­düşümü hal­la­rı, me­ta­te­za, ahə­ng qa­nu­nu, vu­rğu və s. fo­ne­tik ha­di­sə və qa­nun­lar haq­qın­da si­s­tem­li mə­lu­mat ver­miş­dir. La­kin ça­pa ha­zır­la­dığ­ı­mız bu ki­ta­ba da­xil olan «Fo­ne­ti­ka» böl­mə­si yal­nız Kər­­kük di­a­lek­ti ilə məh­dud­laş­mır. Müəl­lif əsər üzə­rin­də ye­ni­dən iş­lə­miş, di­g­ər şi­və­lə­ri də əha­tə et­miş­dir. Hə­lə o za­man (1969) prof. Ə.Də­­mir­çi­za­də ilə biz müəl­li­fin na­mi­zəd­lik dis­ser­ta­siy­a­sı haq­qın­da yaz­mış­dıq: «Dis­ser­ta­siya yüksək el­mi sə­viyy­ə­də ya­zıl­mış­dır. Əla­qə­dar ədə­biyy­a­ta müəl­li­fin el­mi-tən­qi­di müna­si­bə­ti onun gənc bir alim ki­mi ye­tiş­diy­i­ni gö­s­tə­rir. Əsər­də di­a­lek­to­lo­g­iya mə­sə­lə­lə­ri­nə həsr olun­muş ədə­biyy­at diq­qət­lə nə­zər­dən ke­çi­ril­miş, azə­ri di­li­nin di­g­ər dia­lekt­lə­ri, qo­hum türk dil­lə­ri, türk dil­lə­ri­nin qə­dim ya­zı­lı abi­də­lə­ri ilə ye­ri gəl­dikcə la­zı­mi müqay­i­sə­lər apa­rıl­mış, di­a­lekt­dən götürül­müş fakt­lar bir çox hal­lar­da ta­ri­xi-müqay­i­sə­li izah edil­miş­dir ki, bu da mü­əl­li­fin di­a­lekt fakt­la­rı­nı yal­nız tə­s­vi­ri üsul­la ədə­bi dil ilə mü­qa­y­i­sə­də ver­mək üsu­lun­dan im­kan da­xi­lin­də qaç­dığ­ı­nı gö­s­tə­rir». (9; 66 - 67)

Ləhcə ümum­xalq Azər­bayc­an di­li­nin ədə­bi nor­ma­la­rı­na da malik­­dir. Bu ədə­bi nor­ma­la­rın il­kin təd­qi­qat­çı­la­rı, tə­bii ki, yer­li ziya­lı­lar­dır. Bu sa­hə­də ən qiy­mət­li əsər Əb­düllə­tif Bən­də­roğ­lu­nun «İraq-türkman di­li» əsə­ri­dir. Əsər Bağ­dad­da iki də­fə çap olun­muş­dur. Müəl­lif bu əsər­də kərküklülə­rin və İra­qın di­g­ər əra­zi­lə­rin­də yaşay­an Azər­bayc­an türklə­ri­nin di­li­nin fo­ne­tik və mor­fo­lo­ji xüsu­siyy­ət­lə­ri­ni öy­rən­miş­dir. Əsər ori­ji­nal qu­ru­lu­şu və təd­qi­qat üsu­lu ilə diq­qə­ti cəlb edir. Bən­də­roğ­lu­nun el­mi üslu­bu xüsu­si ma­raq doğ­u­rur. Müəl­lif el­mi-ter­mi­no­lo­ji mə­sə­lə­lə­rin müqay­i­sə­li öy­rə­nil­mə­si üçün zə­ng­in fakt­lar ver­miş­dir. Şö­bə­nin ha­zır­la­dığı bu əsər­də isə müəl­lif­lə­ri ədə­bi nor­ma­lar dey­il, şi­və xüsu­siy­yət­lə­ri, ləhc­ə­ni səc­iyy­ə­lən­di­rən əla­mət­lər da­ha çox ma­raq­lan­dır­mış, ona gö­rə də mo­no­qra­fiy­a­da ədə­bi nor­ma­lar dey­il, na­tu­ral qa­pa­lı tə­sərrüfat­la əla­qə­dar ya­ran­mış, ey­ni za­man­da, qə­dim tay­fa dil­lə­ri­nin qa­lığı ki­mi müha­fi­zə olun­muş spe­si­fik dil xüsu­siyy­ət­lə­ri təd­qiq olun­muş­dur.

İraq-türkman ləhc­ə­si­nin lüğət tər­ki­bi di­li­mi­zin ta­ri­xi­ni öy­rən­mək ba­xı­mın­dan çox ma­raq­lı ma­te­ri­al ve­rir. Bi­zə elə gə­lir ki, bir növ zor­la ədə­bi­ləş­dir­mə mey­li, ləhc­əyə el­mi-nə­zə­ri təzy­iq, sa­bit or­fo­qra­fiya və or­fo­e­piya tə­ləb­lə­ri ol­ma­dığ­ın­dan iraq­lı­la­rın nit­qin­də ma­raq­lı ar­xa­ik for­ma­lar da­ha çox müha­fi­zə olun­muş­dur. Bun­lar in­sa­nı xəy­a­lən era­dan əv­vəl­ki mi­nil­lik­lə­rə çə­kir, qə­dim iz­lər oxuc­u­nu ax­ta­rı­ş­la­ra sövq edir. Hər şey­dən əv­vəl, söz­lər­də­ki me­ta­te­za eti­mo­lo­ji ax­ta­rış üçün fi­kir oya­dır. Kök han­sı­dır - bi­zim iş­lət­diy­i­miz, yox­sa on­la­rın de­diyi? Küncüt - kündic, sa­rım­saq - sa­mır­sağ, ən­nə- nə­nə, çıp­lax - çıl­paq, çi­m­rə­məg - çir­mə­mək, ök­sürmək - öskürmək, xər­bil - xəl­bir, üskək - yüksək və s. Xər­bil sözündə­ki me­ta­te­za onu Ər­bil şə­hər adı­na ox­şa­dır. Görünür, bir çox to­po­nim­lə­rin mən­şəy­i­ni me­ta­te­za­sız araş­dır­maq qey­ri-mümkündür. Bə­ran sözü 'qoç' mə­na­sın­da on­la­rın di­li­nə har­dan dü­şüb? Bəl­kə, ulu dil­dən gə­lir? Bir tə­rəf­dən də qoy­un sözünün «Də­də Qor­qud»da da izi­ni sax­la­mış qo for­ma­sı: qoun . Tu­rac sözünün 'dur­rac' şək­lin­də tə­ləffüzü bu sözün təq­li­di söz­dən ya­ran­dığ­ı­nı gö­s­tər­mir­mi? Bu cə­hə­ti hac­ı­lağ­lağ quş adın­da da gör­mək mümkündür. Bu elat 'kək­lik' əvə­zi­nə kərklük dey­ir. Bəl­kə, Kərkük şə­hər adı­nın bu kök­lə bağ­lı­lığı var? Ümu­mən əsas kütlə­si di­li­mi­zin lüğət tər­ki­bin­də­ki söz­lər­lə struk­tur-se­man­tik cə­hət­dən eyniyy­ət təş­kil edən bu ləhc­ə­də ay­rı­lıq nə­tic­ə­sin­də ya­ran­mış bir sıra ma­raq­lı fər­q­li söz­lər var. Be­lə söz­lə­rin bir qi­s­mi­nin ləhcə­də­ki mə­na­sı­nı ikinci cə­rg­ə­də ve­ri­rik: yaz - yay, teşt - nəl­bə­ki, sub­ay - za­bit, tə­nə­kə - də­mir, cin­gə­nə - əslsiz, atə - bi­bi, bacı - bal­­dız, boğ­uş­maq - mü­ba­hi­sə et­mək, da­laş­maq, xur­da - kə­sək, bi­bi - ana, bay - oğ­lan, bay­an - qız, be­kar - sub­ay, əs­nə­mək - sər­xoş ol­maq, hoq­qa - çə­ki va­hi­di, ci­vil­də­mək - səs sal­maq, gə­bə - ha­mi­lə və s. Qo­hum­luq bil­di­rən söz­lər əsa­sən ədə­bi di­li­miz­də ol­duğu ki­mi­dir: ata - ata, nə­nə - nə­nə, ba­ba - ata, ba­ba və s. La­kin bi­zim el di­lin­də bi­bi, xala, ana, bacı, əmi və s. söz­lər bir-bi­ri­ni əvəz et­diyi ki­mi, İraq ləhc­ə­sin­də də bu cür se­man­tik dəy­iş­mə­lər mövc­ud­dur. Əkə sözü ləhc­ə­nin 'yiyə' mə­na­sın­da iş­lək söz­lə­rin­dən­dir; ada­mə­kə sözü 'adam' mə­na­sın­da­dır və bu­na ya­xın mə­na­da şu­mer di­lin­də də iş­lən­miş­dir. Hoq­qa sözü qə­dim mi­diy­a­lı­lar­da 'qa­nun' mə­na­sın­da iş­lən­miş­dir, söz bu­ra­da qa­nu­ni­lə­şib müəy­yən çə­ki va­hi­di­ni bil­di­rir. Biz boğ­uş­maq, ci­vil­də­mək tip­li söz­lə­ri hey­van­la­­ra, qu­ş­la­ra aid edi­rik, la­kin ləhc­ə­də­ki bir sı­ra söz­lə­rin mə­na­sı da­ha ge­niş­dir və il­kin se­man­ti­ka­da da­ral­ma get­mə­miş­dir. Bir ma­raq­lı söz də ma­da sözüdür - 'sac çö­rəyi'. Di­zə sözü 'küpə, sax­sı qab', paya sözü 'pil­lə' mə­na­sın­da­dır - qə­dim Al­ba­niya əra­zi­sin­də­ki Di­zə­paya yer adı­nı bun­lar­la izah et­mək olar­mı? Al­ban dövründə Ço­la ke­çi­di böyük in­zi­ba­ti ro­la ma­lik olub. Bu şi­və­lər­də ço­la - 'mə­həl­lə' mə­na­sın­da­dır. Al­ban dövrü ad­la­rın­da ol­duğu ki­mi, İraq türkman­la­rı­nın ad­la­rın­da da qə­dim türk ele­men­ti - ay ge­niş iş­lən­mək­də­dir: So­nay, Gü­lay və s.

Hey­van, quş və bə­zi bit­ki ad­la­rı ma­raq­lı fo­ne­tik tər­kib­də tə­ləffüz olu­nur: qı­rğ­ı­lığ - qır­qo­vul, qal­lan­quc - qa­ran­quş, qil­lic - qı­r­ğı, qol­bağa - qur­bağa, qu­çək/qu­çən - küçük, sey­ran - cey­ran, soğ­urc­ağ - so­xulc­an, do­uzan­qur­tağı - do­zan­qur­­du, mi­çək - mil­çək, fə­rik - fərə, çüküntür - qır­mı­zı çu­ğun­dur, ley­mun/li­mi - li­mon, məc­mək - mərc­i­mək, sum­bağ - su­max, bəq­lə - pax­la, çe­virgə - çəy­ir­dək, t urşə­gə - tur­şə­ng və s. Bə­zi baş­qa söz­lər­də də bu cür fər­q­lər var: şoxum - şum, bux­çi - bıç­qı, fey­lə­suf - fi­lo­sof, bö­gü­rək - böy­rək, çə­nə­kə - çə­nə və s. Əşya­la­rın bir qi­s­mi­nin ter­mi­no­lo­ji ad­la­rın­dan fər­q­li pe­ri­fra­s­tik ad­la­rı da var: şat - çay, qız­ba­zı - do­zan­qur­du, keça­man/ko­ç­man - ko­ra­mal, qız­lary­ol­da­şı - kər­tən­kə­lə, ta­rı­de­ve­si - pa­ra­bö­zən, bi­çin qu­şi - bil­dir­çin .

Ləhc­ə­də səs ke­çid­lə­ri çox rə­ng­a­rə­ng­dir. La­kin qə­dim mi­xi ya­zı­lar­da rast gəl­diy­i­miz bir sı­ra səs ke­çid­lə­ri da­ha ma­raq­lı­dır: z-s: (qədim Zi­kir­tu/Sa­qar­ti söz­lə­rin­də ol­du­ğu ki­mi) si­ng­il - ziy­il; s-z: zal­xın - sal­xım; c-z: zağ­al - cığ­al; z-ş: zil­lə - şil­lə; t-d: tay - day­ça, ta­nış­maq - da­nış­maq; q-k: kurt - qurd, ka­par - qa­par və s. Əs­­lin­də, bun­lar ma­hiyy­ətcə səs ke­çid­lə­ri ol­sa da, da­ha qə­dim va­ri­an­tın ləhc­ə­də müha­fi­zə­si ki­mi an­la­şı­lır.

Ləhc­ə­nin lek­si­ka­sı «Ki­ta­bi-Də­də Qor­qud»un lek­si­ka­sı ilə da­ha möh­kəm səs­lə­şir. («Gi­riş»ə bax) Bu hal «Də­də Qor­qud»u ya­ra­dan oğ­uz­la­rın da qə­dim­liy­i­ni sübut edir. İraq-türkman ləhc­ə­si diq­qət­lə öy­rə­ni­lər­sə, «Də­də Qor­qud»da mə­na­sı an­la­şıl­may­an və ya müba­hi­sə­li olan bir sı­ra söz­lər də izah olu­na bi­lər. Mə­sə­lən, ləh­cə­də 'əc­laf' mə­na­sın­da qəv­vad sözü iş­lən­mək­də­dir. Fi­k­ri­mizcə, bu söz da­s­tan­lar­da­kı qa­vat sözüdür: Qa­vat oğ­lu qa­vat. Ya­xud da­s­tan­la­rın 1988-ci il ça­pın­da 'ön', 'qar­şı' mə­na­sın­da ög sözü əsas götürülmüşdür: Sə­nin ögü­nə gə­lər. Bu söz İraq ləhc­ə­sin­də hə­min mə­na­da ög öng şə­kil­lə­rin­də ge­niş iş­lən­mək­də­dir. Ay­dın olur ki, qo­vu­şuq ng səs­lə­rin­dən bi­rinc­i­si ədə­bi di­li­miz­də, ikinc­i­si İraq ləhc­ə­sin­də in­ki­şaf edib. Bu ləhc­ə­də şu­mer­də çox iş­lə­nən və bir sı­ra to­po­nim və an­t­ro­po­nim­lə­rin kökündə qal­mış olan os - 'ağ­ıl', eş/eyş/əy­iş - 'dost, yol­daş, həy­at yol­da­şı' söz­lə­ri də qal­mış­dır. Biz bu şi­və­lər­də dör-dö­şək qo­şa sözünün tər­ki­bin­də iş­lə­di­lən və mə­na­sız söz he­sab et­diy­i­miz dör sözünün 'baş ev, qo­naq otağı' mə­na­sın­da ol­duğ­u­nu öy­rə­ni­rik: Ev sə­nin, eşik sə­nin, Dör­də­ki be­şik sə­nin.

Qa­zax şi­və­sin­də iş­lə­nən tə­ng­il­də­mək sözü bi­zim baş­qa şi­və­lə­ri­miz­də nis­bə­tən az müşa­hi­də olunduğu hal­da, ləh­cə­də tə­q­ri­bən ey­ni mə­na­da­dır: tüngüldə­mək - 'atı­lıb-düş­mək'. Türkman­la­rın söz ya­ra­dıc­ı­lığ­ın­da xal­qı­mı­za məx­sus yu­mor da özünü gö­s­tə­rir: sı­çan oy­nağı - 'ço­pur­luq', vay­vaya yu­mur­ta­sı - 'tez inc­iy­ən' və s. ifa­də­lər əşy­a­nın mühüm bir xü­su­siyy­ə­ti (bi­rinc­i­də ça­la-çö­kək ol­ma­sı, ikinc­i­də tez sın­ma­sı) nə­zə­rə alın­maq­la düzəl­dil­miş­dir. Bə­zi fər­q­li söz­lər­də ərəb di­li flek­siy­a­sı­nın tə­si­ri də var­dır: hüs­küt-hüsküt sözü 'sa­kit-sa­kit' sözünün flek­siy­aya uğ­ra­mış for­ma­sı­dır.

Ləhc­ə­nin mor­fo­lo­ji və sin­tak­tik qu­ru­lu­şu ədə­bi di­li­miz­dən elə də fər­q­lən­mir. Mövc­ud fər­q­lər qa­pa­lı­lığ­ın-ay­rı­lığ­ın doğ­ur­duğu ləhcə fər­q­lə­ri­dir. Əsə­rin «Qram­ma­tik xüsu­siyy­ət­lər» fəs­lin­də bu ba­rə­də ilk də­fə ge­niş mə­lu­mat ve­ri­lir. Bu xüsu­siyy­ət­lər gö­s­tə­rir ki, əla­qə­lə­rin qı­rıl­dığı bir ne­çə yüz il ər­zin­də in­ki­şaf meyil­lə­rin­də ma­ra­qlı dəyiş­mə­lər ola bi­lir. La­kin ək­sər hal­lar­da təd­qi­qat­çı­lar hə­min meyil­lə­rin kök­lə­ri­ni Yu­xa­rı Azər­bayc­a­nın öz əra­zi­si da­xi­lin­də­ki di­a­lekt və şi­və­lər­də də müşa­hi­də et­mi­ş­lər. Bun­lar­dan ay­dın olur ki, ye­ni meyil­lər ümu­mən di­lin öz po­ten­siy­a­sın­da mövcud olan im­kan­lar­dan doğur. Bütün mor­fo­lo­ji ka­te­qo­riy­a­lar ümum­xalq Azər­bayc­an di­lin­də olduğu ki­mi­dir. Ma­raq doğ­u­ran səc­iy­yə­vi fər­q­li cə­hət­lər də var­dır.

Mor­fo­lo­ji gö­s­tə­ric­i­lər da­ha çox hal, mən­su­biyy­ət, xə­bər­lik və şəxs şə­kil­çi­lə­ri­nə aid­dir. İs­min yiy­ə­lik ha­lı - ın,-in,-ün şə­kil­çi­si ilə ya­na­şı, -ıy,-iy,-üy və uzun -u (u:) şə­kil­çi­si ilə də for­ma­la­şır: Sə­niy öm­riy nə qə­dər­di? Sə­nu: ca­ma­lu: gör­dim . Ma­raq­lı­dır ki, hal şə­kil­çi­si ilə ey­ni is­ti­qa­mət­də mən­su­biyy­ət şə­kil­çi­si də dəy­i­şir. İkin­ci misal­da ca­ma­lu: sözündə­ki uzun - u həm mən­su­biyy­ət, həm də təsir­lik hal şə­kil­çi­si­ni əvəz edir. Fel­lər tə­sir­lik hal­da oby­ekt bil­di­rən sözü - ı,-i şə­kil­çi­si ilə ya­na­şı,- yı,-yi,-yui şə­kil­çi­si ilə də ida­rə edir: yı­mır­tayı, suy­ui. III şəxs tə­kin mən­su­biyy­ət şə­kil­çi­si çox rəng­a­rə­ng va­ri­ant­lar­da özünü gö­s­tə­rir: -ı,-n,-v,-ın,-in,-ıy,-iy,-üi,-ıw,-ıv,-iv və s.: boyuwa qur­ban , ye­ri işüwə, sə­niy öm­riy, sür hökmüi, sə­niy ba­bay , qa­şıwın tüki və s. Çox ma­raq­lı­dır ki, tə­sir­lik ha­lın və mən­su­biyy­ət mə­na­sı­nın da­nı­şıq di­lin­də ge­niş yay­ıl­mış -n şə­kil­çi­si ilə bi­rgə ifa­də­si hal­la­rı ləhc­ə­də də fə­al və iş­lək­dir: Mərd qa­pı­sın na­mərd açar. Ki­mi qoş­ma­sı ləhc­ə­də üç və­ziyy­ət­də - ki­mi, ki­min, gi­bi şə­kil­lə­rin­də iş­lə­nir. Bu qoş­ma şu­mer­lə­rin çox iş­lət­diyi ( gi­mi, gim şə­kil­lə­rin­də) qoş­ma­lar­dan­dır: Dər­dim var dağ­lar ki­min . Oxucu İraq-türkman şi­və­lə­rin­də yal­nız bu ləhc­ə­də sax­lan­mış olan ay­na­maq - 'an­la­maq', bay­na­maq - 'ban­la­maq', bin­­məg - 'is­lan­­maq', ki­şi­məg - 'da­zı­maq', ma­vıl­mağ - 'özün­dən get­­mək', say­na­­mağ - 'oxu­maq, öt­mək' ki­mi fel­lə­rə rast gə­ləc­ək­dir. Fel­lə­rə ar­tı­rı­lan -ı,-i,-u,-ü şə­kil­çi­si həm fe­li bağ­la­ma ki­mi iş­lə­nir, həm də in­di­ki və gə­ləc­ək za­man an­lay­ı­ş­la­rı­nın ifa­də­si­nə xid­mət edir: Di­g­ir­lə­ni daş gə­li (Diy­ir­lə­nə­rək daş gə­lir). Hə­pi dərd­lər sağ­a­lı, Sağ­al­maz ba­la dər­di. Bu hal gö­s­tə­rir ki, di­a­lekt və şi­və­lə­ri­miz ara­sın­da Tə­b­riz di­a­lek­ti üçün da­ha səc­iyy­ə­vi olan (12; 220) şə­kil­çi­si bir tə­rəf­dən fe­li bağ­la­ma şə­kil­çi­si ki­mi tam təc­rid olun­may­ıb, di­g­ər tə­rəf­dən də in­di­ki və gə­ləc­ək za­man an­lay­ı­ş­la­rı­nın bi­rgə ifa­də­sin­dən qur­ta­ra bil­məy­ib. III şəx­sin tə­kin­də in­di­ki za­ma­nın ifa­də­si üçün -iri şə­kil­çi­sin­dən (dörd va­ri­ant­da) is­ti­fa­də olu­nur. Təd­qi­qat­çı­lar bu şə­kil­çi­nin so­nun­da­kı -i ünsürünü ol əvəz­liy­i­nin tö­rə­mə­si he­sab edir­lər. Ol sözü an for­ma­sın­dan, an isə şu­mer­də­ki ey­ni və­zi­fə­li anə əvəz­liy­in­dən ya­ran­mış­dır.

 

İraq-turk­man ləhc­ə­sin­də ək­sər ka­te­qo­riy­a­la­rın ifa­də va­si­tə­lə­ri müa­sir ədə­bi dil nor­ma­la­rı­na müva­fiq qu­rul­muş­dur. Qeyd edi­lən spe­si­fik hal­lar tə­bi­i­dir və elə də tə­əccüb doğ­ur­mur. La­kin İraq-türkman ləh­c­ə­sin­də fel­lər­lə bağ­lı elə bir xüsu­siyy­ət mey­da­na çıx­mış­dır ki, tür­ko­loq­la­rın ha­mı­sın­da ma­raq doğ­u­ra bi­lər. Bu, - an­da şə­kil­çi­li fe­li bağ­la­ma­la­rın tə­s­ri­f­lən­mə­si, şəxs şə­kil­çi­lə­ri for­ma­laş­dı­ra­raq iş­lən­mə­si­dir:

 

Mən gə­lən­dəm Biz gə­lən­dəx

Sən gə­lən­dou Siz gə­lən­dəvüz

O gə­lən­də Olar gə­lən­də­lər.

 

Biz hə­lə 1969-cu il­də Q. Pa­şay­e­vin na­mi­zəd­lik dis­ser­ta­siy­a­sın­da görd­ük­də bun­la­rın çox qiy­mət­li fakt­lar ol­duğ­u­nu müəl­li­fə bil­dir­miş­dik. Mə­lum­dur ki, tür­ko­loq­lar fe­li bir­ləş­mə­lə­rin sin­tak­tik funk­siy­a­sına müna­si­bət­də üç böyük qru­pa bölünür. Alim­lə­rin bir qru­pu (A.N.Ko­­no­nov, Ə.M.Də­mir­çi­za­də və b.) bütün fe­li bir­ləş­mə­lə­ri bu­daq cümlə he­sab edir­lər. İkinci qrup (N.Dmit­ri­ev, N.Hac­ıy­e­va, Z.Tağ­ı­za­də və b.) bütün fe­li bir­ləş­mə­lə­ri dey­il, ay­rıca suby­ek­ti (mübtə­da­sı) olan­la­rı bu­daq cümlə qə­bul edir­lər. Dil­çi­lə­rin böyük bir qru­pu (M.Şi­rə­liy­ev, M.Hüseyn­za­də, Ə.Ab­dul­lay­ev, Y.Sey­i­dov, Z.Bu­da­qo­va, N.Ba­s­ka­kov və b.) fe­li bir­ləş­mə­lə­ri cümlə­nin bir mürək­kəb üzvü ki­mi təh­lil et­məyi düzgün he­sab et­mi­ş­lər. 3-cü qru­pun fe­li bir­ləş­mə­lə­ri bu­daq cümlə he­sab et­mə­mək­də əsas də­lil­lə­ri fe­li bağ­la­ma­nın (o cümlə­dən fe­li si­fət və məs­­də­rin) tə­s­ri­f­lən­mə­mə­si, za­ma­na və şəx­sə gö­rə dəy­i­şə bil­mə­mə­si­dir. Bu­dur, İraq-türkman ləhc­ə­si bu bə­ha­nə­ni də kə­sir. La­kin qeyd et­mə­liy­ik ki, bu pro­ses bütün fe­li bağ­la­ma­la­ra aid dey­il­dir və yal­nız - an­da,-ən­də şə­kil­çi­sin­də özünü gö­s­tə­rir. Həm də hə­lə az öy­rə­nil­miş İraq-türkman ləhc­ə­sin­də müşa­hi­də olu­nur.

Ləhc­ə­nin di­g­ər xüsu­siyy­ət­lə­ri ba­rə­də oxucu ay­rı-ay­rı fə­sil­lər­də ət­ra­f­lı mə­lu­mat alac­aq­dır.

Gü­man edi­rik ki, prof.A.Axun­do­vun tə­şəbbüsü, prof. M.İsla­movun rəh­bər­liyi, prof.Q.Pa­şay­e­vin mad­di və mə­nə­vi kö­məyi, Nəsi­­mi adı­na Dil­çi­lik İn­sti­tu­tu­nun Azər­bayc­an di­a­lek­to­lo­g­iy­a­sı şöbə­si­nin əmək­da­ş­la­rı - fi­lo­lo­g­iya elmləri na­mi­zəd­lə­ri S.Beh­bu­dov, K.Qu­­­liye­va və K.İmam­qu­liy­e­va­nın əməyi ilə mey­da­na çı­xan «İraq-türkman ləhc­ə­si» ad­lı bu əsər gə­ləc­ək təd­qi­qat­lar üçün əsas­lı zə­min ya­ra­dacaq, xal­qı­mı­zın bir par­ça­sı olan İraq türkman­la­rı və on­la­rın dil xüsu­siyy­ət­lə­ri ilə ma­raq­la­nan hər bir oxucu üçün fay­da­lı olac­aq­dır.

 

16.07.2002

ƏDƏ­BİYY­AT

 

1. İs­to­riə drevneqo mira. Çastğ1, Moskva, 1985.

2. Prof.Dr.Qazenfer Paşayev. İrak Türkmen Folkloru, İstan­bul, 1998

3. Azərbaycan Sovet Ensiklopediyası. X, Bakı,1987.

4. H.Araslı. Böyük Azərbaycan şairi Füzuli. Bakı,1958.

5. Q.Paşayev.Altı il Dəclə və Fərat sahillərində. Bakı, 1987.

6. İraq Türkman Folkloru. Bakı,1992.

7. Azərbaycan tarixi. Ba­kı,1994.

8. Azərbaycan folkloru antologiyası. İraq-türkman cil­di, II, Bakı, 1999.

9. Bu sevda ölüncədi. Bakı, 2001.

10. Bax: S.M.Mollazadə. Kərkük dilində mənsubiyyət kate­­qori­ya­sı­nın ifa­dəsi. Filoloji araşdırmalar. Bakı, 2000, s.3-8; Ş.Kə­ri­mov . Kərkük folkloru­nun bəzi dil xü­susiyyətləri. Filologiya məsələləri: nəzəriyyə və me­to­dika, III buraxılış, Bakı,1995; yenə onun: Kərkük folk­lo­runda arxaik fellərin mənaca ge­nişlənməsi. Loqos, Ba­kı,1997; Kər­kük folklorunda antonimlər. - Filologiya mə­­sə­lə­ləri: nəzəriyyə və metodika,VII buraxılış, Bakı,1996; Kərkük folk­lo­run­da ismin üslu­bi-semantik təkamülü. Texniki konfransın materialları, Ba­kı,1998; Kərkük folk­lorunda termin səciyyəsi daşımayan sözlər. Elmi axta­rış­lar,1 toplu, Dil, tarix, incəsənət, Bakı, 2000; Fü­zuli dilinin folk­lor qaynağı. (M.Hü­seynovla), Tədqiqlər, Bakı,1998; Kərkük folk­lorunun lüğət tərkibi haq­qında. Filoloji araşdırma­lar. Bakı, 2000; Sefi Behbudov. Kər­kük dialektində felin əmr şəklinin ifadəsi. Tədqiqlər, Bakı,2002,s.95-96 və s.

11. Fazil Hüseyn.Mosul prob­lemi, Bağdad , 1955.

12. E.Əzizov.Azərbaycan di­linin tarixi dialektologiyası. Bakı, 1999.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az