BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

NÜVƏDİ YANĞISI

və ya

TOPONİMLƏRİN YENİ ÖMRÜ

 

İn­di haq­qın­da da­nı­şac­ağ­ı­mız tor­paq bir vaxt­lar dünya­nın ən bəx­tə­vər tor­paq­la­rın­dan idi. Üzə­rin­də oğ­uz ig­id­lə­ri at ça­pır, çi­çək­li dağ­la­­rı­na oğ­uz gö­zəl­lə­ri sey­rə çı­xır, bol məh­sul­lu çöl­lə­ri­nə oğ­uz tə­ri qarı­­şır­dı. İn­di bu yer­lər dünya­nın ən bəd­bəxt gu­şə­lə­rin­dən­dir - xey­li vaxt­dır, er­mə­ni tap­dağı al­tın­da in­ləy­ir, cə­hən­nəm əza­bı için­də qo­v­ru­lur.

O tor­paq­lar­da 1929-cu il­də bir­dən-bi­rə «Meğ­ri ray­o­nu» pey­da oldu. So­vet hö­ku­mə­ti­nin rəh­bər­lə­ri Zə­ng­ə­zur əra­zi­lə­ri­ni zor­la er­mə­ni­lə­rə ve­rib re­s­pub­li­ka ya­rat­dıq­la­rı ki­mi, Nax­çı­van­la Azər­bay­c­an ara­­sın­da İra­na çı­xış üçün ba­laca bir dəh­liz də düzəlt­miş, Azər­bay­can­la Nax­çı­va­nın əla­qə­si­ni kə­s­miş­di­lər. Bun­lar Azər­bayc­an üçün gə­ləc­ək fac­iə və fə­la­kət­lə­rin bünö­v­rə­si idi. Üstə­lik, 29-cu il­də min il­lər­lə ulu­la­rı­mı­zın baş da­ş­la­rı­nı müha­fi­zə edən ye­ni tor­paq­lar da Vətən tor­pağ­ı­na mə­həb­bə­tin ol­ma­ma­sı, la­qeyd müna­si­bət, mə­su­liyy­ət­siz­lik, və­zi­fə­pə­rə­st­lik uc­ba­tın­dan düşmə­nə hə­diyyə edil­di: Nüvə­di, Tuğ­ut, Er­nə­zir kənd­lə­ri Zən­gi­lan əra­zi­lə­rin­dən qo­pa­rı­lıb əha­li­nin ira­də­si­nin ək­si­nə ola­raq, zor­la Er­mə­ni­s­ta­na qa­tıl­dı. Səs­­siz-küysüz. Fər­man­sız, fi­lan­sız. Ko­ri­dor böyüdü. Er­mə­­ni­lər üçün əməl­li çı­xış ye­ri və gə­lə­cək hücum­lar üçün day­aq mən­tə­qə­lə­ri ya­ra­dıl­dı. Uzun öz­ba­şı­na­lıq­dan so­nra 7 may 1969-cu il­də Azər­bayc­an SSR Ali So­veti­nin mən­fur fər­ma­nı ilə bu kənd­lə­rin Er­mə­ni­s­ta­na bir­ləş­di­ril­mə­si rə­s­mi­ləş­di­ril­di.

Be­lə­lik­lə, bir sı­ra baş­qa kənd­lər də da­xil ol­maq­la Nax­çı­van­la Qara­bağ ara­sın­da Meğ­ri ray­o­nu ya­ra­dıl­dı. Və­tən­dən zor­la qo­pa­rıl­ma­sı yer­li əha­li­nin ürəy­i­ni par­ça­lay­ır­dı. O də­rəc­ə­də ki, ray­on mər­kə­zi edil­miş doğ­ma kənd­lə­ri və onun «Meğ­ri» adı da gü­nah­kar­mış ki­mi, az qa­la, ni­frət oby­ek­ti­nə çe­v­ril­miş­di.

Am­ma yax­şı bi­lir­di­lər ki, Meğ­ri əra­zi­sin­də ta­ri­xən er­mə­ni ya­şa­may­ıb və bu yer­lər­də er­mə­ni to­po­ni­mi ola bil­məz. Uşaq­dan böyüyə ha­mı bi­lir­di ki, Zə­ng­i­lan­la Or­du­bad ara­sın­da­kı 45 km-lik əra­zi­də bir də­nə er­mə­ni abi­də­si, bir də­nə er­mə­ni to­po­ni­mi yox­dur. Er­mə­ni­lə­rin so­nra­lar məs­kun­laş­dığı bir ne­çə kənd müstəs­na ol­maq­la, bütün kənd ad­la­rı - Al­də­rə, Er­nə­zir, Ma­ral­zə­mi, Tuğ­ut, Nüvə­di və s. türkmən­şə­li­dir. Da­ha yə­qin­lik üçün oxucu bi­zim­lə bir­lik­də bu kənd ad­la­rı­nın eti­mo­lo­ji xüla­sə­si­nə nə­zər sa­la bi­lər.

Al­də­rə to­po­ni­mi el­mi ədə­biyy­at­da 'Alı də­rə­si' (1;119) ki­mi izah olu­nur. Yer­li əha­li­nin fi­k­ri­nə gö­rə, güllü-çi­çək­li ol­duğu üçün al sözü 'qır­mı­zı' mə­na­sın­da­dır. Er­nə­zir sözü, əs­lin­də, 'yer nə­zir'dir - 'nə­zər ye­ri' mə­na­sın­da. Ma­ral­zə­mi to­po­ni­mi ay­dın­dır - ma­ral­la­rın qı­ş­laq ye­ri ol­muş­dur ( zə­min - «yer» sözü ilə). Tuğ­ut sözü qıp­çaq­­la­rın tuğ tay­fa­sı­nın adın­dan və - ut cəm şə­kil­çi­sin­dən iba­rət­dir. (1;391) Nüvə­di to­po­ni­mi­ni B.Bu­da­qov və Q.Qey­bul­lay­ev fars mən­­­şə­li he­sab etmiş, 'Ye­ni­kənd', 'Tə­zə­kənd' mə­na­sın­da izah et­miş­­­­lər.(1;348) Cənub­lu-şi­mal­lı Azər­bayc­an əra­zi­sin­də Nüvə­di kənd­­­lə­ri çox­dur və bu to­po­nim müxtə­lif va­ri­ant­lar­da ( Nüvə­di, Nü­g­ə­di, Nöy­ə­di və s.) iş­lə­nir. Meğ­ri əra­zi­sin­də­ki Nüvə­di kən­di çay va­di­sin­də yer­lə­şir: sıl­dı­rım dağ­lar­dan axıb gə­lən çay­ın hər iki sa­hi­lin­də çaya ya­xın əra­zi­də evlər elə ti­ki­lib ki, kənd və onun ara­sın­dan axıb ge­dən çay ev­lə­rin üs­tündən tökülən suy­un axdığı nov­la­rı xa­tır­la­dır, ona gö­rə də kən­din ya­ş­lı və sa­vad­lı adam­la­rı Nüvə­di sözünü 'nov va­di' (nov şək­lin­də olan va­­di) ki­mi düşü­nürlər. Nüvə­di çox yer­də ol­sa da, ha­mı­sı Azər­bay­c­an əra­zi­sin­də­dir və bu sözün fars mən­şə­li ol­ma­sı inan­dı­rıcı deyil­dir.

Bu kənd­lə­rin əha­li­si­nin ba­şı­na XX əsrdə min müsi­bət açı­lıb. Maral­­zə­mi və Tuğ­ut kənd­lə­ri­nin əha­li­si 1918-ci il­də er­mə­ni­lər tə­rə­fin­dən di­də­rg­in sa­lı­nıb, 1922-ci il­də ge­ri qay­ı­dıb­lar. 1929-cu il­də Tuğ­ut kən­di ləğv olu­nub, əha­li­si er­mə­ni kən­di Şi­va­nid­zo­ra bir­ləş­di­ri­lib. Er­mə­ni­s­tan­da Azər­bayc­an to­po­nim­lə­ri­nə həsr olun­muş yu­xa­rı­da qeyd et­diy­i­miz ki­tab­da nüvə­di­li­lə­rin 1968-ci il­də Nüvə­di­dən qovul­duğu gö­s­tə­ri­lir. La­kin nüvə­di­li­lər Er­mə­ni­s­tan əra­zi­sin­də­ki bütün Azər­bayc­an kənd­lə­ri bo­şal­dıq­dan so­nra - 8 av­qust 91-ci il­də öz doğ­ma kənd­lə­ri­ni tərk et­mə­li ol­mu­ş­lar.

Meğ­ri sözünə gə­lincə, qeyd et­mə­liy­ik ki, er­mə­ni­lə­rin də di­li­nə ya­tan bu söz də xa­lis türk sözüdür, Zə­ng­ə­zu­run qə­dim kənd­lə­rin­dən bi­ri­nin adı­dır.

Mə­lum mən­bə­lər­də Meğ­ri sözü ilk də­fə 1576-cı il­də qey­də alın­mış­dır. Sözün əs­li­ni ta­rix­çi­lər Miğ­ri şək­lin­də bər­pa et­mi­ş­lər. Meğ­ri to­po­ni­mi ilə bağ­lı Meğ­ri əra­zi­sin­də Mi­q­ri­dağ oro­ni­mi də var­dır. Ara­za tökülən Meğ­ri­çay da bu əra­zi­dən ke­çir (XV əs­rə aid bir mən­bə­də bu əra­zi­də fars di­lin­də Me­h­ri çayı qey­də alın­mış­dır - 2;256). Bun­lar bu yer­lə­rə er­mə­ni ay­ağı dəy­mə­diyi ən qə­dim dövr­lə­rin ya­di­g­a­rı­dır.

B.Bu­da­qov və Q.Qey­bul­lay­ev Meğ­ri sözünün mi­qir, mu­kir, mu­xor şə­kil­lə­rin­də 'ya­rğ­an', 'uçu­rum' mə­na­sın­da qə­dim türk sözü ol­du­ğu­nu söy­lə­mi­ş­lər (1;337-338). K.M.Mur­zay­ev də «Kürdüs­tan­­da mon­qol to­po­nim­lə­ri» (3;213) əsə­rin­də bu sözü 'çox­say­lı qo­bu, ya­r­ğan­lı yer` mə­na­sın­da izah et­miş­dir.

Sözün ha­zır­da say­sız türk to­po­nim­lə­rin­də iş­lən­diyi müəyy­ən edil­miş­dir. Bor­ça­lı­da Mi­qar­lı kən­di, Za­qa­ta­la əra­zi­sin­də Mi­kir­li çayı, Qars əy­a­lə­tin­də Me­q­re-Qaz­ma kən­di, Zə­ng­ə­zu­run özündə Böyük Mi­q­ri, Ki­çik Mi­q­ri kənd ad­la­rı­nın müva­fiq kom­po­nen­ti bu söz­lə ey­ni­köklüdür. İmi­ş­li əra­zi­sin­də Mu­xur­tə­pə , XIX əsr Ağc­a­bə­di əra­zi­sin­də Mu­xur oba­sı, Zə­ng­ə­zur qə­za­sın­da dağ adı - Mu­xur­tov­lay­an və s. də bu söz­lə ey­ni­mə­na­lı say­ı­lır. (1;345) Qeyd edi­lən to­po­nim və hi­d­ro­nim­lər sözün köklü qə­dim türk sözü ol­duğ­u­nu bir da­ha təs­diq edir.

Bə­zən Me­q­ri­ni 'Me­h­ri' ki­mi düşünən­lər var. Hət­ta be­lə bir əf­sa­nə də söy­lə­ni­lir ki, Meğ­ri ilə üzbəüz Aşağı Azər­bayc­an tə­rəf­də vax­ti­lə Kürdaş və Du­zal əra­zi­lə­ri­ni bir­ləş­di­rən ki­çik şə­hər döv­lə­ti var imiş, Meğ­ri əra­zi­lə­ri on­la­rın yay­laq ye­ri imiş və ha­ki­min ar­va­dı­nın şə­rə­fi­nə Me­h­ri ad­la­nır­mış. La­kin araş­dır­ma­lar gös­tə­rir ki, Meğ­ri sözünün bu əf­sa­nə ilə və 'gün', 'gü­nəş', 'se­vgi', 'mə­həb­bət' mə­na­la­rın­da fars mən­şə­li mehr sözü ilə heç bir əla­qə­si yox­dur.

Yer­li əha­li­nin bir qi­s­mi­nin di­lin­də Meğ­ri sözü Mır­ğı şək­lin­də iş­lən­miş­dir ( Mığ­rı ilə bu sözün fər­qi me­ta­te­za əsa­sın­da­dır). Qə­dim türk abi­də­lə­rin­də mır 'bal', mır­lığ 'bal­lı' de­mək­dir. (1;345) Mır sözünün kökü mi çin di­lin­dən alın­ma say­ı­lır. La­kin nə­zə­rə al­maq la­zım­dır ki, bal sözü və onun müxtə­lif dil ai­lə­lə­ri­nə məx­sus tə­ləffüz va­ri­ant­la­rı sözün ək­sər dünya dil­lə­rin­də iş­lə­nən no­st­ra­tik söz ol­duğu­nu gö­s­tə­rir: la­tın di­lin­də mel, mel­lis, fran­sızca mi­el, mon­qol di­lin­də bal, rus di­lin­də med, xa­kas di­lin­də mö­öt və s. ey­ni­köklü söz­lər­dir. Sa­it va­ri­ant­la­rı­nı nə­zə­rə al­ma­saq, bu söz­lər yal­nız b>m ke­çi­di ilə fər­q­lə­nir. B>m ke­çi­di türk dil­lə­ri­nin xa­rak­te­rik səs ke­çid­lə­rin­dən­dir. Di­li­miz­də m ək­sə­rən qıp­çaq ele­men­ti ki­mi çı­xış edir. Bəl­kə, Miğ­ri bu söz­dən­dir - mır ( bal) sözündən? Bu ba­rə­də də düşünməyə dəyər. Bu cür ol­duq­da da söz türk dil­lə­ri ba­za­sın­da izah olu­nur. B.Bu­da­qov və Q.Qey­bul­lay­e­vin yu­xa­rı­da­kı izah­la­rı ilə ya­na­şı, bu da düşün­dü­rü­cüdür - hər iki eti­mo­lo­ji izah inan­dı­rıcı de­tal­la­ra ma­lik­dir. Bal və ya arı sözü er­mə­ni di­lin­də də ola bi­lər, la­kin bun­lar sözün er­mə­ni mən­şəy­i­ni tam is­tis­na edir və bu sa­rı­dan eh­ti­yat­lan­maq üçün heç bir əsas yox­dur.

Bi­zim fi­k­ri­mizcə, Meğ­ri sözü baş­qa bir söz­lə bağ­lı­dır: bu əra­zi­nin özündə - Er­nə­zir şi­və­sin­də (və bir çox Azər­bayc­an şi­və­lə­rin­də) mu­xu­ri - 'üstü və yan­la­rı ke­çə ilə örtülü ki­çik ala­çıq' sözü iş­lə­nir. Əs­lin­də, 'ala­çıq' mə­na­sın­da olan bu söz 'ya­rğ­an, qo­bu' mə­na­lı mi­qir, mu­kir söz­lə­ri ilə bir kök­dən­dir. Bir qə­dər diq­qət ye­ti­ril­­sə, ke­çə, dəri və s.-dən düzəl­di­lən ala­çıq qu­ru­luş eti­ba­ri­lə ya­r­ğan tip­li bir ya­şay­ış ye­ri­dir. Söz­lər bir kök­dən ay­rı­lıb, tə­d­ric­ən müs­tə­qil­lə­şib. Və həm də yer­li əha­li­nin tə­səvvürünə gö­rə, mu­xu­ri təm­tə­raq­lı ala­çıq­la­ra dey­il, ağ­ac bu­daq­la­rın­dan, müxtə­lif əşy­a­lar­dan qu­rul­muş ib­ti­dai ka­sıb ala­çıq­la­ra dey­i­lir. Oxucu bi­lir ki, yar­ğ­an ib­ti­dai in­sa­nın mə­s­kə­ni­dir. Lakin ça­dır, ala­çıq kö­çə­ri türk­lə­rin «Də­də Qor­qud»da 'otaq' ad­lan­dır­dıq­la­rı ya­şay­ış ye­ri­dir. Ay­dın­dır ki, Meğ­ri sözünün il­kin for­ma­sı yarğ­an­la dey­il, bu əra­zi­də köç sa­lıb ala­çıq qu­ran türklə­rin mu­xu­ri sözü ilə bağ­lı­dır və bu sözün ifa­də et­diyi mə­na əsa­sın­da ya­ran­mış­dır. Ya­rğ­an və ya bal məf­hum­la­rı ilə ya­şay­ış mə­s­kə­ni­nin adı mu­xu­ri-ala­çıq qə­dər inan­dı­rıcı dey­il. Am­ma o da doğ­ru­dur ki, Meğ­ri­ni se­vən­lər onun güllü-çi­çək­­li bal tə­bi­ə­ti­ni, də­rə­li-tə­pə­li, uca dağ­lar ara­sın­da say­sız ya­r­ğan­lar­la do­lu tə­bi­ə­ti­ni görüb duy­ma­dan se­və bil­məz­di­lər. La­kin Meğ­ri­nin tə­bi­ə­ti­nə ke­ç­məz­dən əv­vəl, bu tor­pağ­ın fə­da­kar övlad­la­rın­dan Əh­mə­də­li müəl­lim­lə ta­nış olaq.

Əh­mə­də­li İs­may­ıl oğ­lu Əliy­ev 1921-ci ilin gö­zəl yaz günlə­rin­dən bi­rin­də - mar­tın 13-də Nüvə­di kən­din­də dünyaya göz açıb. Bü­tün xoş­bəxt sa­at­la­rı da, ağ­rı­lı-ac­ı­lı günlə­ri də Nüvə­di ilə bağ­lı­dır. Or­du­bad­da or­ta təh­si­li­ni ba­şa vu­ra­raq, Nax­çı­van­da iki­il­lik Müəl­lim­lər İns­ti­tu­tu­na da­xil olub. 41-ci il­də Müəl­lim­lər İn­sti­tu­tu­nu bi­ti­rər­kən ar­tıq İkinci Dünya müha­ri­bə­si ba­ş­la­mış­dı. Bir müd­dət Nüvə­di­də dərs his­sə müdi­ri iş­ləy­ib cəb­həyə get­miş, müha­ri­bə­nin ağ­ır nöq­tə­lə­rin­də - Şi­ma­li Qaf­qaz döyü­şlə­rin­də ağ­ır ya­ra və kon­tu­ziya ala­raq tərxis olun­duq­dan so­nra (1943) ye­ni­dən Nüvə­diyə qay­ıt­mış, dil və ədə­biyy­at müəl­li­mi, dərs his­sə müdi­ri və­zi­fə­lə­ri­ni da­vam et­dir­miş­dir. 1957-ci il­də Nüvə­di­də kol­xoz par­tiya təş­ki­la­tı­nın ka­ti­bi se­çil­miş, bir ne­çə il kol­xoz tə­sər­rüfa­tı­na rəh­bər­lik et­miş­dir. Ey­ni za­man­da, təh­si­li­ni da­vam et­di­rə­rək 1955-ci il­də Azər­bayc­an Döv­lət Pe­da­qo­ji İn­sti­tu­tu­nun qiy­a­bi dil-ədə­biy­yat fakültə­si­ni bi­tir­miş­dir. So­nra ömür boyu Nüvə­di­də mü­əl­lim iş­lə­miş, 1968 - 1981-ci il­lər ara­sın­da mək­tə­bin di­rek­to­ru ol­muş­dur.

 

Bir ne­çə gündən so­nra Əh­mə­də­li müəl­li­min 81 ya­şı ta­mam olur, la­kin o, 60 il­dən ar­tıq bir müddət­də mə­şğ­ul ol­duğu se­vim­li müəl­lim­lik pe­şə­sin­dən ay­rıl­ma­mış­dır - ha­zır­da Ba­kı­da Zə­ng­i­lan qaç­qın­lar mək­tə­bi­nin müəl­li­mi­dir. Böyük bir ai­lə­nin baş­çı­sı, ağ­saq­qa­lı­dır. El­min və və­tə­nin qə­d­ri­ni bi­lən öv­lad­lar, nə­və-nə­tic­ə­lər ye­tir­miş­dir.

Əh­mə­də­li ki­şi sa­də kənd müəl­li­mi ol­may­ıb. 1961-ci il­də Azər­bayc­an Mil­li Elm­lər Aka­de­miy­a­sı nəz­din­də Dil­çi­lik in­sti­tu­tu­nun as­pi­ran­tu­ra­sı­na da­xil olub, «Azər­bayc­an di­li­nin Meğ­ri şi­və­lə­ri» möv­zu­sun­da dis­ser­ta­siya üzə­rin­də iş­ləy­ib. İş ha­zır olan­da, tri­bu­naya çıx­maq mə­qa­m­ın­da Əh­mə­də­li müəl­lim bə­zi adam­la­rın soy­uq müna­si­bət­lə­rin­dən xo­ş­lan­may­a­raq müda­fi­ə­dən im­ti­na edib, əsə­ri­ni götürüb Nüvə­diyə qay­ı­dıb.

Ba­xı­ram, əsə­rin üzə­rin­də «1967-ci il» ya­zı­lıb. Sa­ral­mış və­rəq­lər­­dən hiss edi­rəm ki, o vaxt­dan bu əsə­rə əl dəy­məy­ib. Hər şeyi - gi­­ri­şi də, nə­tic­ə­si də, ədə­biyy­a­tı da qay­da­sın­da. De­mək, Əh­məd­ə­li mən na­mi­zəd­lik mü­da­fiə et­diy­im günlər­də mü­da­fiə edə bi­lər­miş, o yadda­ş­la, o dünya­g­örü­şlə, özünə, el­mi­nə o bö­­yük tə­ləb­kar­lıq­la gör­düklə­rin­dən da­ha böyük iş­lər gö­rə bi­lər­miş..

Re­dak­tə üçün mə­nə ve­ril­miş bu əsə­ri («Azər­bayc­an di­li­nin Meğri şi­və­lə­ri») oxuy­ub müəl­li­fi­nin müda­fiə et­mə­diy­i­ni öy­rən­dik­də son də­rəcə tə­əccüb və tə­əssüf et­dim. Ma­ki­na ya­zı­sı ilə 400 sə­hi­fəyə ya­xın olan bu əsər­də Meğ­ri ray­o­nu­na da­xil olan Al­də­rə, Er­nə­zir, Leh­vaz, Ma­ral­zə­mi, Nüvə­di, Tuğ­ut və s. kənd şi­və­lə­ri böyük zəh­mət və mə­həb­bət­lə öy­rə­nil­miş, son də­rəcə zə­ng­in ma­te­ri­a­lın təh­li­li əsa­sın­da qiy­mət­li bir təd­qi­qat əsə­ri or­taya çı­xa­rıl­mış­dır. Dis­ser­ta­siya in­di mə­nim müdir ol­duğ­um Azər­bayc­an di­a­lek­to­lo­g­iy­a­sı şö­bə­sin­də ha­zır­lan­mış ol­duğ­un­dan in­sti­tu­tun ve­te­ran dil­çi­lə­ri bil­dir­di­lər ki, dis­ser­ta­siy­a­nı ma­ki­na­da Əh­mə­də­li müəl­lim özü ya­zıb, şər­ti işa­rə­lər çox ol­duğ­un­dan ma­ki­na­çı­la­ra eti­bar et­məy­ib. Odur ki bütün dis­ser­ta­siya boyu bir hərf səh­vi­nə be­lə rast gəl­mək ol­mur. Düzə­li­ş­lər də yox­dur. Əsə­rin təkcə ya­zı­lı­şı nə qə­dər zəh­mət və diq­qət tə­ləb edib, göz önündə­dir. Əh­mə­də­li müəl­lim müda­fiə et­mə­sə də, bir alim, bir pub­li­sist ki­mi öz sözünü de­yib. Möv­zu ilə bağ­lı ki­fay­ət qə­dər mə­qa­lə çap et­di­rib. Bir pub­li­sist ki­mi, 80-ci il­lər­dən «qar­daş» er­mə­ni­lə­rin ya­ra­maz əməl­lə­ri­nin if­şa­sı ilə mə­şğ­ul olub. Onun pub­li­sist ya­zı­la­rın­dan ke­çən əs­rin ikinci ya­rı­sın­da haq­qın­da da­nı­şı­lan əra­zi­lər­də mil­lət­lə­ra­ra­sı müna­si­bət­lə­rə da­ir da­ha re­al mə­lu­mat­lar al­maq olur.

Əh­mə­də­li İs­may­ıl oğ­lu­nun «Nüvə­di axı­rac­an vu­ruş­du...» (1998) mə­qa­lə­sin­dən ay­dın olur ki, 18 fe­v­ral 1929-cu il­dən bu gü­nə qə­dər, in­di bu üç-dörd ili də üstünə gəl­sək,73 il­dir, Nüvə­di kən­di, onun əha­li­si öz ürəy­in­də əzab­lı, son də­rəcə ağ­ır və dəh­şət­li yük gəz­di­rir. Nüvə­di­li­lər rə­s­mi ola­raq Er­mə­ni­s­ta­na ca­lan­sa­lar da, heç vaxt doğ­ma Azər­bayc­a­nı, min il­lər­lə bir par­ça­sı ol­duq­la­rı Azər­bayc­an tor­paq­la­rı­nı unut­ma­mış, əla­qə­lə­ri­ni kə­s­mə­miş, Azər­bayc­an­la bağ­lı iz­lə­ri itir­mə­mi­ş­lər. 70 ilə qə­dər bir müddət­də er­mə­ni «əra­zi­lə­ri»nə qa­tıl­sa­lar da, mək­təb­lə­rin­də «Azər­bac­an Şu­ra Cümhu­riyy­ə­ti Cə­b­ray­ıl qə­za­sı Zə­ng­i­lan ray­o­nu­nun Nüvə­di kənd ib­ti­dai mək­tə­bi» ya­zıl­mış möhür və ştamp­la iş­lə­mi­ş­lər. Ray­on əra­zi­sin­də­ki Şa­hab­bas kar­van­sa­ra­sı­nı, Sul­tan Sə­lim mə­bə­di­ni, İmam Rza əleyhüssə­la­mın qar­da­şı Sey­id Əh­məd ağa və onun ba­cı­­sı­nın məq­bə­rə və mə­zar­la­rı olan Buğ­a­kar pi­ri­ni Nüvə­di­dən çı­xan gü­nəc­ən qo­ru­mu­ş­lar. Çünki bun­lar - bu dəlil-abi­də­lər er­mə­ni­lə­rin bu yer­lə­rə çox so­nra­lar gəl­mə ol­duğ­u­nu gö­s­tə­rən çox mühüm sübut­lar­dır; er­mə­ni­lə­rin bu əra­zi­lər­də heç bir abi­də­si­nin ol­ma­ma­sı on­la­rın sözünü kə­sən ta­ri­xi fakt­lar­dan­dır. Amma er­mə­ni­lər da­im Nüvə­di eş­qi­lə yan­mış, Nüvə­di­ni er­mə­ni­ləş­dir­mək­dən ötrü yu­xu yat­ma­mı­ş­lar. Oğ­run-oğ­run, bə­zən açıq-aş­kar türk abi­də­lə­ri­nin məh­vi­nə ça­lış­mı­ş­lar. Tən­tə­nə­li 45-ci il bay­ra­mın­da iz­di­ha­mın önündə apa­rı­lan Er­mə­ni­s­tan xə­ri­tə­sin­də «böyük şə­hər» ifa­də­si­nin qar­şı­sı­na Ye­re­van, « bö­yük ray­on» ifa­də­si­nin qar­şı­sı­na Le­ni­na­kan , «böyük kənd» ifa­də­si­nin qar­şı­sı­na özününküləş­dir­mək üçün Nüvə­di yaz­mı­ş­lar. Bu­nun mə­na­sı­nı hə­lə gənc­liy­in­dən an­la­maq­da olan Əh­mə­də­li müəl­lim Nüvə­di­ni bir tə­rəf­dən də er­mə­ni­lər üçün «tə­bii qa­la, sə­ng­ər» he­sab et­miş­dir. La­kin bu qa­laya nüvə­di­li­lə­rin dey­il, qey­rət­siz, və­tən xa­i­ni ya­ra­maz adam­la­rın uc­ba­tın­dan ermə­ni so­xu­la bil­di. Er­mə­ni­lə­ri şöv­qə gə­ti­rən Azər­bay­can hö­ku­mə­ti­nin ba­şın­da otu­ran­la­rın mə­su­liyy­ət­siz­liy­in­dən doğ­an fürsət və Nüvə­di­nin məh­sul­dar tor­paq­la­rı, əkin-bi­çi­ni, mal-qa­ra­sı, mi­sil­siz tə­bi­ə­ti, tə­bii sər­vət­lə­ri idi. Əh­mə­də­li mü­əl­li­min yaz­dıq­la­rın­dan ay­dın olur ki, Nüvə­di kən­di bir il­də er­mə­ni döv­lə­ti­nə (ha­ram­la­rı olac­aq?) 1000 ton nar, 600 ton üzüm, 100 ton ənc­ir, 16 ton yun, 90 ton ət, hər gün 2 ton süd ve­rir­miş. Son vaxt­lar əha­li­ni məh­sul təh­vi­li za­ma­nı inc­i­dir, həm də bu müba­riz ca­ma­at­dan eh­tiy­at edir­mi­ş­lər; nüvə­di­li­lər­dən təh­vil götürdüklə­ri südü «zə­hər­li­dir» deyə öz­lə­ri­nə içir­mə­miş təh­vil al­mır­mı­ş­lar.

 

Hər şeyə əv­vəlc­ə­dən ha­zır­lıq gö­rən ay­ıq və kəmfürsət düşmən kənd mək­tə­bi­nə ve­ril­miş tə­d­ris si­lah­la­rı­nı hə­lə 1981-ci il­də yığ­mış­dır. Bu­na gö­rə də üç il - 1988 -1991-ci il­lər­də nüvə­di­li­lər er­mə­ni­lə­rə qar­şı yal­nız ov tüfə­ng­lə­ri ilə vu­ruş­mu­ş­lar. Er­mə­ni­lər­lə bir­lik­də hər­dən So­vet or­du­su da nüvə­di­li­lə­ri atə­şə tu­tur­muş. Hər yer­dən əli üzülən nüvə­di­li­lə­rə ye­nə Zə­ng­i­lan ca­ma­a­tı ha­va­dar­lıq et­miş, on­la­ra ar­dıc­ıl ola­raq ər­zaq gön­dər­miş, kən­din qo­run­ma­sı­na yar­dım gö­s­tər­miş­dir. 8 av­qust 1991-ci il­də for­mal ola­raq hay-ha­ray edən So­vet ordu­su da bu yer­lər­dən çə­kil­dik­dən so­nra tam tək qa­lan əliy­a­lın nü­və­di­li­lər kən­di tərk et­mə­li olur­lar. Vej­nə­liyə köçürlər.

Əh­mə­də­li müəl­lim çox ma­raq­lı bir de­tal qeyd et­miş­dir: Azər­bayc­an rəh­bər­liyi, ey­ni za­man­da, ha­ki­miyy­ət uğ­run­da aş­kar və giz­li vu­ru­şan­lar be­lə günlər­də nüvə­di­li­lə­rə kö­mək et­mir, on­la­rın kənd­dən çıx­ma­sı­nı is­təy­ir­lər: «Yu­xa­rı­nın gö­s­tə­ri­şi var, Nüvə­di kən­di­nin əhali­si çıx­ma­lı­dır, çünki bir azər­bayc­an­lı kən­di­nin əha­li­si­nin Er­mə­ni­s­tan­da qal­ma­sı Azər­bayc­an Re­s­pub­li­ka­sı üçün müsbət hal dey­il, er­mə­ni­lər Nüvə­di­ni əl­də əsas tu­ta­raq dey­əc­ək­lər ki, biz Er­mə­ni­s­tan­dan azər­bayc­an­lı­la­rı qov­ma­mı­şıq, on­lar öz­lə­ri yer-yurd­la­rın­dan çıxıb­lar». Qu­bad­lı, Zə­ng­i­lan, Cə­b­ray­ıl və Füzu­li ray­on­la­rı da bu «prin­sip» əsa­sın­da er­mə­ni­lə­rə ve­ril­di.

 

Bu günlər­də Əh­mə­də­li müəl­lim­lə ta­nış ol­duq: türkün ta­ri­xi­nə vu­r­ğ­un, Nüvə­di­ni, onun tə­bi­ə­ti­ni - də­rə­lə­ri­ni, dağ­la­rı­nı, çi­çək­li düz­lə­­ri­ni, əkin-bi­çi­ni­ni, Nüvə­di abi­də­lə­ri­ni böyük mə­həb­bət­lə sevən, Nüvə­di ya­nğ­ı­sı ilə qo­v­ru­lan, dər­di­nin dər­ma­nı görünməy­ən, si­nə­sin­də ağ­ır və dəh­şət­li yük gəz­di­rən Əh­mə­də­li müəl­lim!

Nüvə­di­nin dağ­la­rı Nüvə­di abi­də­lə­ri­ni ta­rix boyu iş­ğal­çı­lar­dan müha­fi­zə edib. İn­di bu yer­lər xa­in qon­şu­la­rın və xəy­a­nət­kar in­san­la­rın uc­ba­tın­dan zə­bun olub. O tor­paq­lar öz adam­la­rı­nı is­təy­ir - əl çatmır, ün yet­mir, işıq görünmür.

Əh­mə­də­li müəl­lim ta­ri­xi çox gö­zəl ba­şa düşür, ki­min haq­lı, kimin haq­sız ol­duğ­u­nu, er­mə­ni­lə­rin öz­lə­ri­ni «qə­dim­ləş­dir­məyə» çalış­dıq­la­rı­nı, azər­bayc­an­lı­la­rın öz qə­dim­liy­i­nə la­qeyd və mə­su­liy­yət­siz ya­naş­dıq­la­rı­nı çox yax­şı ana­liz edir. Ona gö­rə də Qa­li­na Sta­ra­voy­to­va­nın - haq­sız er­mə­ni­lə­rin müəyy­ən «haq­la» tə­rə­fi­ni sax­la­yan bu qa­dı­nın aşağ­ı­da­kı söz­lə­ri­ni qiy­mət­lən­di­rə­rək can dəf­tə­ri­nə köçürüb sax­la­mış­dır: Er­mə­ni­lər «öz qə­dim­li­yi­nə gö­rə öz­lə­rin­dən çox, ta­rix­çi­lə­rə min­nət­dar ol­ma­lı­dır­lar». Azər­bayc­an­lı­lar haq­da: «Əf­sus­lar ol­sun ki, ya­zıq bu mil­lə­tə ki, bu cür sübut­lar­la öz ta­ri­xi­ni müda­fiə edə bil­mir. Mən hə­mi­şə bu tən­bəl­liyə mə­ət­təl qal­mı­şam». Am­ma nə­zə­rə al­maq la­zım­dır ki, bu, tən­bəl­lik dey­il, çox ağ­ır söz deməyə im­kan ve­rən bir psi­xo­lo­g­iy­a­dır. Əh­mə­də­li müəl­lim söh­bət za­ma­nı san­ki ha­ray qo­pa­ra­raq dey­ir: Hər şey axıb ge­dir, ba­tır. Er­mə­ni­s­tan əra­zi­sin­də­ki say­sız Azər­bayc­an to­po­nim­lə­ri böyük sürət­lə axan çay­da adi bir ye­şik ki­mi­dir - bir an so­nra da­ha görünməy­əc­ək, da­ha gö­rə bil­məy­əc­ək­si­niz.

Doğ­ru­dur, B.Bu­da­qov və Q.Qey­bul­lay­ev «Er­mə­ni­s­tan­da Azər­­bayc­an mən­şə­li to­po­nim­lə­rin izah­lı lüğə­ti»ndə (1998) böyük miq­dar­da Azər­bayc­an türk to­po­nim­lə­ri­ni əha­tə et­mi­ş­lər. La­kin bu əra­zi­lə­rin hə­qi­qə­tən qə­dim oğ­uz yur­du ol­duğ­u­nu sübut edən on min­lər­lə tə­pə, də­rə, aşı­rım, ya­rğ­an, ke­çid, bu­laq, me­şə... ad­la­rı ba­tıb ge­dir. Bun­la­rı o yer­lə­rə qa­rış-qa­rış bə­ləd olan yer­li qoc­a­lar­dan top­la­maq üçün vaxt az­dır və olan vaxt­dan da is­ti­fa­də olun­mur. Hər hal­da, o tor­paq­lar er­mə­ni tap­dağı al­tın­da­dır, ya­ş­lı­lar da dün­ya­nı tu­tub qal­mır. Onun türk mən­şə­li say­sız to­po­nim­lə­ri, et­no­nim­lə­ri, an­t­ro­po­nim­lə­ri unu­du­lur. Bir tək Əh­mə­də­li müəl­lim Zə­ng­ə­zu­run cə­nub ətək­lə­ri­nə - Nü­və­diyə, ümu­mən Meğ­ri əra­zi­lə­ri­nə öl­məz bir abi­də ya­ra­dıb, çapı­nı ha­zır­la­dığı bu əsər­lə Azər­bayc­a­nın bu qə­dim tor­paq­la­rı­nın kiçik çö­kək­lik­lə­rin­dən uca dağ­la­rı­na qə­dər, ki­çik bu­laq­la­rın­dan iri çay­la­rı­na, ba­laca bir ko­lun­dan böyük me­şə­lə­ri­nə, da­ş­lı-kə­sək­li yarğan­la­rın­dan böyük də­rə­lə­ri­nə, əl­çat­maz ya­mac­la­rın­dan məh­suldar çöl­lə­ri­nə qə­dər bütün var­lığ­ı­nı 40 il bun­dan qa­baq ol­du­ğu kimi, hət­ta ədə­bi­ləş­dir­mə­dən qə­lə­mə alıb, qo­ruy­ub, sax­lay­ıb. Özü bu əsər­lə bir mən­sə­bə ça­ta bil­mə­sə də, Azər­bayc­a­nın Meğ­ri tor­paq­la­rı­na əbə­di həy­at ve­rib, on­la­ra ye­ni ömür bəxş edib.

 

 

Əh­mə­də­li Əliy­ev 1961 - 1967-ci il­lər ara­sın­da Meğ­ri­nin 7 azər­­­bay­can­lı kən­di­ni qa­rış-qa­rış gə­zə­rək, Meğ­ri Azər­bayc­an şi­və­lə­ri­nin fo­ne­tik, lek­sik, mor­fo­lo­ji və sin­tak­tik xüsu­siyy­ət­lə­ri­nə da­ir zəng­in ma­te­ri­al top­la­mış­dır. Ən mühüm mə­sə­lə də bu­dur ki, san­ki Əh­mə­d­ə­li müəl­lim hə­lə 20-30 il so­nra baş ve­rəc­ək fə­la­kət­lə­ri əv­vəlc­ə­dən du­yur­muş, ona gö­rə də dis­se­rta­siya müda­fiə et­mək üçün yox, yer­li to­po­nim, oro­nim, hi­d­ro­nim, et­no­nim­lə­ri əbə­di mü­ha­fi­zə et­mək üçün öy­rən­miş­dir. Əh­mə­də­li müəl­lim So­vet dövründə­ki ar­xay­ın­çı­lığ­ın təəssüra­tı al­tın­da A.B.­Şa­pi­ro­dan mi­sal gə­ti­rə­rək: «...Bir ne­çə on il­lər ke­çən­dən so­nra ar­tıq ədə­bi nitq ilə di­a­lekt nit­qi­nin nə­in­ki qar­şı­laş­dı­rıl­ma­sın­dan, hət­ta bun­la­rın ara­sın­da olan mühüm fər­q­lər­dən be­lə bəhs et­mək mümkün ol­ma­ya­caq­­dır, məhz bu­na gö­rə də di­a­lekt nitqi­ni onun ən müxtə­lif cə­hət­lə­ri ilə, xüsu­sən sin­tak­tik nöq­teyi-nə­zər­dən öy­rən­məyə tə­lə­s­mək la­zım­dır» - deyə, bu ümu­mi pro­ses­lə ermə­ni təh­lükə­si­ni bir­ləş­di­rə­rək, əl­lə­rin­də giz­li xənc­ər tu­tan kəmfürsət qon­şuya bel bağ­la­mağ­ın mümkünsüzlüyünü vax­tın­da dərk et­miş­dir.

Be­lə­lik­lə, möv­zu­nun ak­tu­al­lığı da­ha göz­lə­nil­məz bir ha­di­səyə mə­nə­vi qə­lə­bə üçün əsas ol­muş­dur. Ən əhə­miyy­ət­li­si bir də bu­dur ki, təd­qi­qat pro­se­sin­də bir sa­hə dey­il, di­lin tər­kib his­sə­lə­ri tam əhatə olun­muş, şi­və­lə­rin fo­ne­tik si­s­te­mi, lüğət tər­ki­bi, qram­ma­tik qu­ru­lu­şu si­s­tem­li öy­rə­nil­mək­lə, əra­zi azər­bayc­an­lı­la­rı­nın mə­nə­vi dünya­sı, tə­fəkkür və düşüncə tər­zi, da­nı­şıq və nitq xüsu­siyy­ət­lə­ri, to­po­nim­lər alə­mi, et­no­qra­fik ənə­nə­lə­ri ba­rə­də bit­kin bir əsər ya­ra­dıl­mış­dır. Ona gö­rə də bu əsər­lə diq­qət­lə ta­nış olan hər kəs qə­dim Meğ­ri­ni ad­dım-ad­dım gəz­miş ki­mi olac­aq­dır.

Şi­və­lər içə­ri­sin­də Nüvə­di şi­və­si, bəl­kə də, ana­lo­qu ol­may­an bir şi­və­dir. O qə­dər qə­ri­bə və qə­dim iz­lə­rə ma­lik­dir ki, nüvə­di­li­lə­rin nit­qin­dən şu­mer iyi gə­lir (bəl­kə də, Ta­ri­el Nüvə­di­li­ni şu­me­rə çə­kən bu­dur). Bu cə­hət şi­­və­lə­rin həm fo­ne­ti­ka­sın­da - sa­it­lər və sa­mit­lər sis­te­min­də, həm də lüğət tər­ki­bin­də, qram­ma­tik qu­ru­lu­şun­da müşa­hi­də olu­nur. Əh­mə­də­li müəl­lim son də­rəcə də­qiq trans­krip­siya əsasın­da san­ki nüvə­di­li nit­qi­nin şək­li­ni çək­miş­dir (Kaş çap za­ma­nı bun­la­rı ol­duğu ki­mi sax­la­maq mümkün olay­dı!). Səs əvəz­lən­mə­lə­ri, sa­it və sa­mit va­ri­ant­la­rı, ahə­ng qa­nu­nu və onun po­zul­ma hal­la­rı, səsar­tı­mı, səsdüşümü, me­ta­te­za, səs uy­uş­ma­la­rı ki­mi fo­ne­tik ha­di­sə və qa­nun­lar bir çox hal­lar­da nitq yan­lı­ş­lıq­la­rı ilə de­yil, tay­fa dil­lə­ri ilə bağ­lı olub, qə­dim abi­də­lə­ri ya­da sa­lır. Ümu­mən nüvə­di­li­lə­rin nit­qi qə­dim bir mu­zeyi xa­tır­la­dır.

Əsər­də mor­fo­lo­ji və sin­tak­tik ka­te­qo­riy­a­lar şi­və ma­te­ri­a­lı əsa­sın­da si­s­tem­li şə­kil­də əha­tə olun­muş­dur. Müəl­lif nitq his­sə­lə­ri, söz birləş­mə­lə­ri və cümlə tip­lə­ri­ni ədə­bi nor­ma­lar əsa­sın­da izah etməklə vaxt al­ma­mış, ən zə­ru­ri şi­və ma­te­ri­al­la­rı­nı üzə çı­xar­maq yo­lu ilə irə­li­lə­miş­dir.

Əg­ər bu əsə­rin əv­vəl­ki iki his­sə­si ol­ma­say­dı be­lə, mü­əl­lif ye­nə qa­zan­mış olar­dı - yal­nız lek­si­ka bəh­si yüzlər­lə türk to­po­ni­mi­ni yaşat­maq na­mi­nə qiy­mət­li bir xə­zi­nə­dir. Əs­lin­də, Əh­mə­də­li müəl­li­mi bu əsə­ri çap et­məyə va­dar edən də uzun da­xi­li düşüncə­lər, da­xili tə­latümlər əsa­sın­da Meğ­ri to­po­nim­lə­ri­ni itir­mə­mək, xal­qın yad­da­şın­da hə­lə­lik heç ol­ma­sa ki­tab şək­lin­də əbə­di­ləş­dir­mək ar­zu­su­dur (Vaxt gə­lər, tor­paq­la­ra qay­ı­dış da olar!). Tay­fa, köh­nə əşya, alət, çəki, ölçü ad­la­rı, ai­lə və qo­hum­luq müna­si­bət­lə­ri­ni bil­di­rən söz­lər, köh­nə ve­rgi, si­lah, ay, gün, fə­sil, dağ, də­rə, çay, düz, bu­laq, daş, qaya ad­la­rı, əkin yer­lə­ri, gü­ney, qu­zey, düşər­gə, yay­laq, yurd, qı­ş­laq, gə­dik ad­la­rı, ev şey­lə­ri­nin, bit­ki və tə­rə­vəz məh­sul­la­rı­nın, müxtə­lif hey­van növ­lə­ri­nin, gey­im və bə­zək şey­lə­ri­nin, xö­rək və çö­rək, to­xuc­u­luq alət­lə­ri, na­xış ad­la­rı, ba­ra­ma­çı­lığa aid söz­lər, uşaq oy­un­la­rı, arı­çı­lıq ter­min­lə­ri, müxtə­lif xəs­­tə­­lik­lə­rin, müa­licə ot­la­rı­nın, ət və ət məh­sul­la­rı­nın ad­la­rı... - bütün bun­lar qə­dim və unu­dul­maz və­tən torpağı haq­qın­da bu əsə­ri en­sik­lo­pe­dik bir əsə­rə çe­vir­miş­dir. Odur ki hər bir və­tən­se­vər oxucu bu əsə­ri oxu­duq­dan so­nra qəl­bin­də Əh­məd­ə­li müəl­li­mə böyük min­nət­dar­lıq duyğ­u­la­rı hiss edəc­ək­dir.

Bütün gə­ləc­ək oxuc­u­la­rı ki­mi, biz də Əh­mə­də­li mü­əl­li­mə min­nət­dar­lıq his­si ilə tə­şəkkür edir, deyə bil­mə­dik­lə­ri­ni de­mək üçün sağ­lam­lıq və uzun ömür ar­zu­lay­ı­rıq.

 

Əsə­rin özü get­dikcə ak­tu­al­lığ­ı­nı ar­tır­dığı hal­da, o vaxt­lar ya­zıl­mış sə­hi­fə ya­rım­lıq müqəd­di­mə bir çox cə­hət­dən köh­nəl­diy­in­dən bir ya­na qoy­ub, yal­nız müəl­li­fin aşa­ğı­da­kı söz­lə­ri­ni ol­duğu ki­mi sax­la­mağı la­zım bil­dik:

«Əsə­rin ya­zıl­ma­sın­da dis­ser­tan­ta dəy­ər­li məs­lə­hət­lər ve­rən do­sent A.Hə­sə­no­va, fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zəd­lə­ri M.İs­la­mo­va, Q.Meh­tiy­e­və, K.Ra­ma­za­no­va, B.Tağ­ıy­e­və, T.Həm­zəy­e­və, S.Beh­­bu­­do­va, Azər­bayc­an di­a­lek­to­lo­g­iy­a­sı şö­bə­si­nin bütün iş­çi­lə­ri­nə, həm­­çi­nin di­a­lek­to­lo­ji ma­te­ri­al top­la­maq­da müəl­li­fə kö­mək edən Meğ­ri ray­o­nu ziya­lı­la­rı­na də­rin min­nət­dar­lığ­ı­mı bil­di­ri­rəm».

Əh­mə­də­li müəl­li­min özünü də bu siy­a­hıya da­xil et­mək­lə biz də bu min­nət­dar­lığa qo­şu­lu­ruq.

27.02.2002

 

ƏDƏ­BİYY­AT

 

1. B.Bu­da­qov, Q.Qey­bul­lay­ev. Er­mə­ni­s­tan­da Azərbaycan mən­şəli topo­nim­lə­­­rin izahlı lüğəti. Bakı, «Oğuz eli» nəş­riyyatı, 1998.

2. Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə. Bakı, «Elm», 1998. Tərcümə edə­­ni və şərhlərin müəllifi Rahilə Şükürova.

3. K.M.Murzayev. Kürdüstanda monqol toponimləri. «Toponimi­ka Vos­to­ka», 1964.

4. Drevnetörkskiy slovarğ. İzd-vo «Nauka», Leninqrad, 1969.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az