BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

AŞİNA VƏ AZƏRBAYCAN

 

«Hadisələr arasındakı əlaqəni aşkara çı­xa­ran tarix­çi­nin işi hadisələrin mövcud­lu­ğunu müəy­yən­ləş­dirən filoloq-şərqşüna­sın işinin qur­tar­dığı yer­də başlanır».

Lev Qumilyov

«Qədim türklər», s. 118

 

«Bir də, ümumiyyətlə, xalqın tarixini istis­na­sız şəkil­də onun əleyhdarının mövqeyindən öy­rən­mək olmaz».

Lev Qumilyov

«Qədim türklər», s. 106

 

Bi­zim «Azər­bayc­an di­li­nin ta­ri­xi» (bax:2) əsə­ri­nin mey­­da­na çıx­ma­­sı­nı şərt­lən­di­rən amil­lər­dən bi­ri dünya ta­ri­xi­nin ver­diyi fakt­lar və ar­­xe­o­lo­ji ma­te­ri­al­lar əsa­sın­da in­sa­nın Yer üzə­ri­nə Ön Asiy­a­dan yayıl­­­dığ­ı­nı xa­tır­­lat­maq idi. Bu cə­hə­tin düzgün dərk olun­ma­sı ilə dün­ya ta­ri­xi­nin təd­qi­qi­nə da­ir bir çox yan­lış kon­sep­siy­a­lar tə­bii şəkil­­də öz əhə­miyy­ə­ti­ni itir­miş olur. Biz hə­min ideya əsa­sın­da türk­lə­rin şər­qə, şi­ma­la və qər­bə Ön Asi­ya­dan yay­ıl­dığ­ı­nı bir da­ha fakt­laş­dır­mış ol­duq. Təd­qi­qat­çı­lar ək­sə­riyy­ət eti­ba­ri­lə türk tay­fa­la­rı­nı Or­ta və Mər­kə­zi Asiya ilə bağ­la­mağa ça­lış­mış və bir çox­la­rı baş­qa cür düşün­mə­yi ağ­ıl­la­rı­na be­lə gə­tir­mə­mi­ş­lər. La­kin bə­şər ta­ri­xi aydın şə­kil­də sübut edir ki, mi­q­ra­siy­a­lar me­zo­lit­də Ön Asiy­a­dan və Ara­lıq də­ni­zi hüdud­la­rın­dan ba­ş­la­mış, in­san Yer üzünə Av­ro­pa­nın, Af­ri­ka­nın və Asiy­a­nın qo­vuş­duğu bu əra­zi­dən yay­ıl­mış­dır. So­nra­lar əks mi­q­ra­siy­a­lar da ol­muş­dur. Bun­lar qeyd et­diy­i­miz ki­tab­da bi­zim tə­rəddüdsüz qə­na­ə­ti­miz­dir və bu ba­rə­də ar­tıq söz söy­lə­mək fi­k­rin­də dey­i­lik.

Bu mə­qə­lə­də isə bi­zi bir ne­çə mə­sə­lə ma­raq­lan­dı­rır: Nə üçün bütün türk xal­q­la­rı­nın adı var, la­kin yal­nız bi­zim di­li­miz bütün ke­çən mi­nil­lik ər­zin­də «türk di­li» ad­lan­mış­dır? «Türk» adı ha­ra­da və ta­ri­xin bi­zə mə­lum olan han­sı dövründə mey­da­na çıx­mış­dır? Böyük türk xa­qan­lığ­ı­nın - o xa­qan­lıq ki, çin im­pe­ra­tor­la­rı­nı «cə­nub­da­kı bi­zim uşaq­lar» ad­lan­dı­rır­dı­lar (16;3) - əsa­sı­nı qoy­muş kö­çə­ri Aşi­na tay­fa­sı ilə Azər­bayc­an əla­qə­lə­ri nə­dən iba­rət­dir?

Bu su­al­la­ra ca­vab ver­mək üçün Lev Qu­mily­o­vun «Qə­dim türk­lər» əsə­rin­də­ki fakt­lar tən­qi­di şə­kil­də nə­zər­dən ke­çi­ril­miş­dir.

Hər şey­dən əv­vəl qeyd edək ki, böyük türk xa­qan­lığ­ı­nın əsa­sı­nı qoy­muş «500 ev­lik Aşi­na ai­lə­si» (Bu­mın xa­qa­nın, İs­tə­mi­nin tay­­fa­sı) və bu ai­lə­nin rəh­bər­lik et­diyi, öz ar­xa­sınca apar­dığı türklər Qu­mil­yo­vun əsə­rin­də aşi­na­lı­la­rın o dövr­də ad­lan­dığı ki­mi «türküt» ad­lan­dı­rıl­mış və bu­nun­la Or­ta və Mər­kə­zi Asi­ya­da­kı baş­qa türk tay­fa­la­rın­dan fər­q­lən­di­ril­miş­dir.

Əv­vəlcə, «500 ai­lə­lik» Aşi­na tay­fa­sı­nın öz əc­dad­la­rı ba­rə­də əfsanə­lə­ri­nə diq­qət ye­ti­rək. Şəc­ə­rə­lə­rin öy­rə­nil­mə­si, Qu­mily­o­vun yaz­dığ­ı­na gö­rə, ən qə­dim za­man­lar­dan Mər­kə­zi Asiya xal­q­la­rı üçün səc­iyy­ə­vi ol­muş­dur. Həm də ma­raq­lı­dır ki, hə­min xal­q­lar bu və ya di­g­ər vəh­şi hey­va­nı öz nə­sil­lə­ri­nin ba­ni­si say­mı­ş­lar. Mə­sə­lən, «…ti­bet­li­lər er­kək mey­mu­nu və di­şi rak­şa­sı (me­şə ru­hu), mon­qol­lar boz qur­du və ma­ra­lı, te­le­lər ca­na­va­rı və hun şanyu­y­u­nun qı­zı­nı, türklər isə hun şah­za­də­si­ni və di­şi ca­na­va­rı öz əc­dad­la­rı say­ır­dı­lar».(1;30) Bu­ra­dan ay­dın göründüyü ki­mi, mon­qol­lar, te­le­lər, türkütlər və ümu­mən türklər qur­du (ca­na­va­rı) və ma­ra­lı öz əc­dad­la­rı he­sab et­mi­ş­lər.

Ma­ral so­nra­kı ha­di­sə­dir - Si­bir çöl­lə­ri ilə bağ­lı ol­ma­lı­dır və türklər­də həl­le­dici əhə­miyy­ə­tə ma­lik dey­il­dir. Qə­dim türklə­rin bay­rağ­ın­da da­im qı­zı­lı rə­ng­li qurd ba­şı tə­s­vir edil­miş­dir. Qu­mil­yov se­rıy volk, volk vol­çit­sa söz­lə­ri­ni iş­lət­miş­dir. (1;22) Mon­qol­la­rın, te­le­lə­rin boz qur­da, türklə­rin di­şi ca­na­va­ra ta­pın­ma­sı elə bir fərq ya­rat­mır. De­mə­li, bu xal­q­la­rın əf­sa­nə­vi əc­da­dı bir ol­muş­dur. Bu bir­lik on­la­rın kök bir­liy­in­dən irə­li gə­lir. Türklə­rin və mon­qol­la­rın bir kök­dən ol­duğ­u­na heç kim şübhə et­mir, la­kin on­lar­dan han­sı­nın han­sın­dan ay­rıl­dığı ba­rə­də müba­hi­sə hə­lə də da­vam et­mək­də­dir.

«500 Aşi­na ai­lə­si» Hun­la­rın və syan­bi­lə­rin (mon­qol­la­rın) vax­ti­lə çin­li­lər­dən al­dıq­la­rı Şen­si əy­a­lə­ti­nin qərb his­sə­sin­də mə­s­kun­laş­mış­dı. L.Qu­mil­yo­vun fi­k­rin­cə, bu ai­lə «müxtə­lif tay­fa­la­rın qay­nay­ıb-qa­rış­ma­sın­dan» ya­ran­mış­dı.(1,30) «Tür­kütlər» ad­la­nan bu əha­li­nin «…et­nik mən­şəyi müxtə­lif idi, la­kin öz ara­la­rın­da ha­mı­sı ki­çik tə­ləffüz fər­qi olan ümu­mi türk di­lin­də da­nı­şır­dı­lar. On­lar bir «bu­dun» - xalq təş­kil edir­di­lər, la­kin bu söz «et­nos» dey­il, da­ha çox «de­mos» an­lay­ı­şı­na ya­xın bir mə­na­da iş­lə­nir­di. Çünki «bu­dun» «bəy­lər»ə qar­şı qoyu­lur­du». (1;72) L.Qu­mily­ov bu­nu «türk bəg­lər bu­dun» - «türk bəy­lə­ri­nin xal­qı» ifa­də­si ilə düzgün əsas­lan­dır­mış­dır. Əs­lən türk olan hun­lar və mon­qol­lar öz­lə­ri­ni bir-bi­ri­nə da­ha ya­xın say­maq­la çin­li­lə­rə qar­şı bir­lik­də müba­ri­zə apa­rır­dı­lar.

Qə­dim Çin mən­bə­lə­rin­də to­ba­la­rın (çin­li­lə­rin) Şi­ma­li Çi­nin fət­hi za­ma­nı ta­be et­dik­lə­ri tay­fa­lar içə­ri­sin­də hə­min bu «beş yüz Aşi­na ai­lə­si» də qeyd olun­muş­dur. Şen­si vi­lay­ə­ti­nin qər­bin­də­ki Xe­si­də yer­lə­şən aşi­na­lı­lar hə­min əra­zi­nin işğ­a­lı za­ma­nı to­ba­la­rın tə­bə­əliy­i­ni qə­bul et­mə­miş, köçüb get­mi­ş­lər Al­taya. «Suy­şu»da (Çin mən­bəyi) bu ha­di­sə era­mı­zın 430-cu ili­nə aid edi­lir.

Aşi­na­lı­lar Al­tay­ın mər­kə­zi his­sə­sin­də yer­lə­şə­rək, uzun müddət səs­siz-sə­mir­siz ya­şa­mış, bir qə­dər güc­lən­dik­dən so­nra ju­jan­la­rın vas­sa­lı ol­duq­la­rı­nı elan et­miş­lər. Çin mən­bə­lə­ri on­la­rın bu vax­ta qədər «mağ­a­ra­da» ya­şa­dıq­la­rı­nı qeyd et­miş­dir. «Mağ­a­ra» Al­­tay­ın mər­kə­zin­də yer­ləş­miş­di. Ma­raq­lı­dır ki, adi dağ də­rə­si «Suy­şu»da «mağ­a­ra» ad­lan­dı­rıl­mış­dır. (1;96) Be­lə­lik­lə, Aşi­na­nın «500 ai­lə­si», gə­ləc­ək əy­an­lar V əs­rin əv­vəl­lə­rin­də Or­do­s­dan kö­çüb ar­tıq türkdil­li əha­li­nin ya­şad­ığı Al­tay dağ­la­rı­nın cə­nub ətək­lə­rin­də mə­s­kən sal­ma­lı ol­mu­ş­lar. (1;93)

Qu­mily­o­vun qeyd­lə­ri­nə gö­rə, türküt xal­qı bu dövr­də ye­ni key­fiyy­ət­lər qa­za­nır, Al­tay dağ­la­rı­na qo­vul­duq­dan so­nra da­va­kar kö­çə­ri hey­van­dar­lar­dan azad­lıq­se­vər, otu­raq həy­at ke­çi­rən hey­van­dar­la­ra çe­v­ri­lir­lər. (1;208)

Qu­mily­ov ya­zır: «Hə­min tay­fa bir­ləş­mə­si (müəl­lif aşi­na­lı­la­rı bir ne­çə tay­fa­nın qa­rı­şığı say­ır - Q.K .) il­kin di­li­nin nec­ə­liy­in­dən ası­lı olmay­a­raq, V əsrdə o, ta­rix səh­nə­si­nə qə­dəm qoy­an­da döv­rün tay­fa­la­ra­ra­sı ün­siyy­ət va­si­tə­si olan syan­bi - yə­ni qə­dim mon­qol di­li tay­fa­la­rın ha­mı­sı üçün an­la­şıq­lı idi. Bu, koman­da, ba­zar, dip­lo­ma­tiya dili idi. Bu dil­də Aşi­na nəs­li 430-cu il­də Qo­bi­nin şi­mal hən­də­və­ri­nə köçmüşdü». (1;31)

Göründüyü ki­mi, müəl­lif mon­qol di­li­nin üstünlüyünü, tay­fa­larara­­sı ünsiyy­ət va­si­tə­si ol­duğ­u­nu gö­s­tə­rir. Bu, ağ­la­ba­tan dey­il, aşi­na­lı­la­rın məhz bu dil­də - mon­qol di­lin­də Qo­bi­nin şi­mal hən­də­və­ri­nə köçdüyü ba­rə­də fi­kir el­mi əsa­sı ol­may­an fi­kir­dir. Ola bi­lər ki, be­lə bir dövr­də mon­qol­lar və türklər tə­zə təc­rid olun­duq­la­rı üçün bir-bi­ri­ni asan an­la­mı­ş­lar. La­kin Aşi­na tay­fa­sı­nın mon­qol di­li ilə Qo­bi­nin şi­mal hən­də­və­ri­nə kö­ç­mə­si, 100 il so­nra tə­miz və zə­ng­in türk di­li ilə da­nış­ma­sı, bu dil­də mi­sil­siz abi­də­lər ya­rat­mağa ba­ş­la­ma­sı ba­rə­də fi­kir­lər heç cür ağ­la­ba­tan dey­il və müəl­li­fin da­ha qə­dim­lə­ri gö­rə bil­mə­mə­si ilə bağ­lı­dır. Bütün Şər­qə və Qər­bə yay­ıl­mış türklər­lə çox sey­rək olan syan­bi­lə­ri-mon­qol­la­rı müqay­i­sə edib, türklə­rin mon­qol tay­fa­la­rın­dan təc­rid olun­ma­sı qə­na­ə­ti­nə gəl­mək heç bir mən­ti­qə sığ­mır. İn­sa­nın Ön Asiy­a­dan ya­yıl­­dığ­ı­nı və Ön Asiy­a­da mon­qol iz­lə­ri­nin ol­ma­dığ­ı­nı nə­zə­rə al­dıq­da mon­qol­la­rın Or­ta və Mər­kə­zi Asiy­aya ge­dən türklər­dən ay­rıl­mış ol­duğ­u­na şübhə et­mə­mək olar.

Qu­mily­o­vun mon­qol üstünlüyü, mon­qol bi­rinc­i­liyi ba­rə­də fi­kir­lə­ri da­vam edir: «Çin­li­lər Aşi­na xan­la­rı­nın tə­bə­ə­lə­ri­ni Tu-kyu ad­lan­dı­rır­dı­lar. Bu söz Pelyo tə­rə­fin­dən «türküt» - yə­ni «türklər» ki­mi uğur­lu şə­kil­də açıl­mış­dır. La­kin sözün so­nun­da­kı çox­luq bil­di­rən şə­kil­çi türk dey­il, mon­qol mən­şə­li­dir. Qə­dim türk di­lin­də bütün siy­a­si ter­min­lər mon­qol cəm şə­kil­çi­si ilə ya­ra­nır­dı. Bu isə gü­man et­məyə əsas ve­rir ki, hə­min söz­lər türk dil mühi­ti­nə kə­nar­dan gə­ti­ri­lir­di». (1431)

Qu­mily­o­vun bu fi­k­ri də tam yan­lış­dır. - üt, -at cəm şə­kil­çi­si mon­qol­lar­dan ne­çə min il əv­vəl Ön Asiya xalq­la­rı­nın, o cümlə­dən qə­dim Azər­bayc­an tay­fa­la­rı­nın (ku­ti, kas­sit, lul­lu­bi, tu­ruk­ki və s.) və Man­na, Mi­diya xü­su­si ad­la­rı­nın tər­ki­bin­də iş­lən­miş­dir. Ku­ti sözündə­ki - ti - haq­qın­da da­nı­şı­lan şə­kil­çi­dir - söz «ku­lar» mə­na­sı­nı ifa­də edir. (2; 210) Skol-ot, mas­saq - et söz­lə­rin­də­ki -at, -et də ey­ni şə­kil­çi­dir. Bu şə­kil­çi ulu dil­dən gə­lən bir mor­fem ki­mi bütün il­ti­sa­qi dil­lər­də mövc­ud ol­muş­dur, Ha­mi-Sa­mi dil­lə­rin­də də yayıl­mış­dır. Odur ki Aşi­na tay­fa­sı­nın di­li­nə mon­qol di­lin­dən ke­ç­mə­si ba­rə­də fi­kir doğ­ru ola bil­məz. Ona gö­rə də müəl­lif «Qə­dim türk di­lin­də bütün siy­a­si ter­min­lər mon­qol cəm şə­kil­çi­si ilə ya­ra­nır­dı» söz­lə­rin­də və bu cür söz­lə­rin kə­nar­dan gə­ti­ril­mə ol­ma­sı ba­rə­də fik­­rin­də tam qey­ri-el­mi möv­qe tut­muş­dur. Mon­qol­lar kə­miyy­ət eti­ba­ri­lə türklər­dən da­im qat-qat az ol­mu­ş­lar və mon­qol­la­rın türklər­dən ay­rıl­ma­sı ba­rə­də Pop­pe­nin fi­k­ri tam ağ­la­ba­tan­dır.

Bu­dur, L.Qu­mily­ov fi­k­ri­ni də­rin­ləş­di­rə­rək ye­nə ya­zır: «Aşi­na­nın adı ilə bir­lə­şən hə­min «beş yüz ai­lə», mən­şəy­in­dən ası­lı ol­may­a­raq, hər­bi müvəf­fə­qiyy­ə­tin dəy­iş­kən­liyi on­la­rı Çin­dən Al­taya ata­na qə­dər öz ara­la­rın­da mon­qol di­lin­də da­nı­şır­dı­lar. La­kin türkdil­li mühit­də yüz il qal­ma­la­rı, tə­bi­i­dir ki, da­nı­şıq di­li­nin tez­lik­lə dəy­iş­mə­si­nə gə­ti­rib çı­xar­ma­lı idi. Onu da nə­zə­rə al­maq la­zım­dır ki, « Aşi­na­nın beş yüz ai­lə­si» türk də­ni­zin­də bir dam­la idi (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K .). Gü­man ki, VI əs­rin or­ta­la­rı­na doğ­ru Aşi­na nəs­li­nin üzvlə­ri ta­ma­mi­lə türkləş­miş, mon­qol­dil­li­li­yin əla­mət­lə­ri­ni yal­nız öz­lə­ri ilə gə­tir­dik­lə­ri ti­tul­lar si­s­te­min­də sax­la­mış­dı­lar».(1;34)

Heç kə­si inan­dır­maq ol­maz ki, 100 il ər­zin­də bir tay­fa öz ana di­li­ni unu­dub türk di­li­ni aşi­na­lı­lar qə­dər də­rin­dən mə­nim­sə­miş ol­sun. Ye­nə qeyd edi­rik ki, ara­da yal­nız türk-mon­qol ya­xın­lığı, bir-bi­ri­ni an­la­ma ola bi­lər­di. O böyüklükdə abi­də­lər qoy­ub get­miş xalq baş­qa bir di­lin ye­tir­mə­si ola bil­məz­di, odur ki aşağ­ı­da­kı söz­lər heç bir eti­bar doğ­ur­mur: «İn­di türk dil­lə­ri ad­la­nan dil­lər ən qə­dim za­man­lar­da mey­da­na gəl­miş­di, türküt xal­qı isə V əsr­də». «Gəl­­mə­lə­rin yer­li əha­li ilə qay­nay­ıb-qa­rış­ma­sı o qə­dər güclü ol­muş­dur ki, ar­tıq 100 il sonra - 546-cı il­də on­lar qə­dim türk xal­qı, ya­­xud türküt ad­lan­dı­rı­lan va­hi­də çe­v­ril­miş­di­lər». (1;34) So­nra­kı qeyd­lə­ri­miz də gö­s­tə­rə­cək ki, bun­lar əsas­sız söh­bət­lər­dir.

Qu­mily­o­vun əsə­rin­də Aşi­na­nın ta­ri­xi, di­li və nə üçün da­im «kö­çə­ri­lər» ad­lan­dı­rıl­dığı oby­ek­tiv iza­hı­nı ta­pa bil­mə­miş­dir. Nə vaxt­sa, mon­qol di­li­nin türklər üçün də ümumünsiyy­ət va­si­tə­si ol­ma­sı isə xəy­a­li fi­kir­lər­dən­dir.

 

İn­di biz Aşi­na­nın türk mən­şəyi ba­rə­də əq­li və nəq­li də­lil­lə­ri nə­zər­dən ke­çi­rəc­əy­ik. Gö­rək aşi­na­lı­lar ha­ra­dan gəl­mi­ş­lər, kim­dir­lər və nə üçün da­im türk və mon­qol tay­fa­la­rı ara­sın­da «kö­çə­ri­lər» adı ilə ta­nın­mı­ş­lar.

«Umiy­a­kov eh­ti­mal edir ki, «türk» sözü XII-XIII əsrlər­də türk­lə­rin ümu­mi adın­dan baş­qa, həm də çox eh­ti­mal ki, « bun­dan əv­vəl də ay­rı­lıq­da götürülmüş bir türk tay­fa­sı­nın adı­nı bil­di­rir­di» (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K .). Şüb­hə­siz ki, bu be­lə­dir. Bi­zim tək­lif et­diy­i­miz şər­ti «tür­küt» ter­mi­ni hət­ta E.Şvann ki­mi bir ana­liz nə­hən­gi­nin də qur­ban get­diyi an­lay­ış və kə­na­ra çıx­ma do­la­şıq­lı­ğın­dan xi­las ol­mağa im­kan ve­rir». (1,180) «Türk» sözünün, ey­ni za­man­da, kon­kret bir tay­fa­nın adı ol­ma­sı ba­rə­də fi­kir cid­di və əhə­miyy­ət­li fi­kir­dir. Odur ki Qu­mil­yo­vun bu­ra­da gə­tir­diyi si­tat və öz qə­na­ə­ti doğ­ru­dur.

Qu­mily­ov aşi­na­lı­la­rın mən­şəyi ilə bağ­lı əf­sa­nə­ni nə­zər­dən ke­çi­rə­rək düzgün nə­ticə çı­xar­mış­dır: «…biz bir əf­sa­nə­nin mət­ni da­xi­lin­də iki sü­je­tin kə­siş­mə­si - mi­fo­lo­ji (mən­şəy­i­ni di­şi ca­na­var­dan götürmək) və ta­ri­xi (türkütlə­rin bir his­sə­si­nin əc­dad­la­rı­nın Al­tay­da­kı dağ va­di­lə­ri­nə qa­ç­ma­sı) ilə qar­şı­la­şı­rıq». (1; 96) Mə­lum olan birin­ci mə­sə­lə­dən (di­şi ca­na­var) fər­q­li ola­raq, ikinci mə­sə­lə (türkütlə­rin Al­tay­da­kı dağ va­di­lə­ri­nə qa­ç­ma­sı, da­ha doğ­ru­su, Al­tay əra­zi­lə­ri­nə gəl­mə­si) köklü və ma­raq­lı mə­sə­lə­dir. La­kin qeyd edi­lən qa­çıb-gəl­mə pro­se­si­nin il­kin nöq­tə­si - baş­lan­ğıcı Qu­mil­yov üçün tam şə­kil­də məc­hul və qa­ran­lıq­dır. Müəl­lif ba­ş­la­nğ­ıc­ın Ön Asiya ol­duğ­u­nu qətiyy­ən ağ­lı­na gə­tir­mir.

«Aşi­na Or­do­s­dan qərb­də, Xu­an­xe və Nan­şan çay­la­rı ara­sın­da yer­lə­şən Xe­si­nin ha­ki­mi, hun knya­zı Muğ­a­na ta­be idi. 439-cu il­də to­ba­lar hun­la­ra qa­lib gə­lə­rək Xe­si­ni Vey im­pe­riy­a­sı­na bir­ləş­di­rən­də knyaz Aşi­na «beş yüz ai­lə» ilə ju­jan­la­rın ya­nı­na qaç­dı və Al­tay dağ­la­rı­nın cə­nu­bun­da mə­s­kun­la­şa­raq ju­jan­lar üçün də­mir emal et­məyə baş­la­dı». (1;31, 3;.221) Bu söz­lər­dən ay­dın olur ki, il­kin mə­lu­ma­ta gö­rə, aşi­na­lı­lar V əs­rin əv­vəl­lə­rin­də hun tay­fa­la­rı tər­ki­bin­də ol­muş, çin­li­lər Xe­si əra­zi­lə­ri­ni iş­ğal edər­kən Çin ası­lı­lığ­ın­dan im­ti­na edə­rək V əs­rin or­ta­la­rın­da Al­tay dağ­la­rı­nın cə­nu­bu­na - türk tay­fa­la­rı olan əra­ziyə qa­ç­mış və o dövrün bir qə­dər ir­tic­a­çı sayı­lan türk tay­fa­sı jujan­la­rın ası­lı­lığ­ı­nı qə­bul et­miş, on­lar üçün də­mir is­teh­sal et­məyə ba­ş­la­mış­lar (Bu­nu bir az əv­vəl də de­miş­dik). Qı­sa­sı, ən pis türk ası­lı­lığ­ı­nı Çin əsa­rə­tin­dən üstün tut­muş­lar. Bu­ra­da bi­zim üçün ən qiy­mət­li mə­lu­mat to­ba­la­rın-çin­li­lə­rin işğ­al et­diyi Xe­si­nin hun ha­ki­mi­nin Muğ­an ti­tu­lu da­şı­ma­sı­dır. Aşi­na «Hun knya­zı Muğ­ana ta­be idi» söz­lə­rin­dən ay­dın olur ki, Aşi­na tay­fa­sı­nın da da­xil ol­duğu bu knyaz­lığın ha­kim­lə­ri Muğ­an ti­tu­lu da­şıy­ır­lar. Ma­raq­lı cə­hət bu­dur ki, hə­min knyaz­lıq­dan ay­rıl­dıq­dan so­nra Aşi­na ha­kim­lə­ri də bu ti­tu­lu da­şı­mı­ş­lar. De­mə­li, knyaz Muğ­a­na ta­be olan tay­fa­lar qo­hum tay­fa­lar­dır. Əgər Aşi­na tay­fa­sı Muğ­a­nın knyaz­lığ­ın­da bir sı­ra tay­fa­lar­la tə­sadüfi bir­ləş­miş ol­sa idi, Aşi­na ha­kim­lə­ri Muğ­an ti­tu­lu da­şı­maz­dı­lar. Misal­la­ra diq­qət ye­ti­rək.

552-ci il­də Bu­mın xa­qan öldükdə ye­ri­nə oğ­lu Qa­ra İs­sık xan ke­çir. O da tez ölür və ha­ki­miyy­ə­tə Qa­ra İs­sık xa­nın qar­da­şı (Bu­mı­nın ki­çik oğ­lu) Ku­şu çı­xır. Ku­şu Muğ­an xan ti­tu­lu­nu qə­bul edir: «Bu xa­nın aşağ­ı­da­kı ad­la­rı var­dı: vəh­şi hey­van adı- Tszu­şu (yə­ni Ku­şu - Quş), nə­sil adı - Sı­qin (yə­ni nə­və, qar­daş oğ­lu), lə­qə­bi - Yan­dı (yə­ni qa­lib), ti­tu­lu - Muy­uy, ya­xud Muğ­an. Biz el­mi ədə­biyy­at­da da­ha çox iş­lə­di­lən so­nuncu ad­dan is­ti­fa­də edi­rik».(1,38) «554-cü il knyaz­lığ­ın im­pe­riy­aya çe­v­ril­mə­si ili idi… Mu­ğan xan ar­tıq öz şi­mal sər­həd­lə­ri­ni möh­kəm­lən­dir­miş­di» (1;40) - cümlə­si və əsər boyu qeyd edi­lən bir sı­ra ad­lar da gö­s­tə­rir ki, Muğ­an xan iş­lək ti­tul ol­muş­dur. Aşi­na­nın əv­vəlcə ta­be ol­duğu hun knya­zı da Muğ­an ti­tu­lu­nu da­şıy­ır, Aşi­na ha­kim­lə­ri də. De­mə­li, tək­lik­də Aşi­na dey­il, böyük hun knyaz­lığı bu ti­tu­lun da­şıy­ıc­ı­la­rı ol­mu­ş­lar. Təd­qi­qat­çı­lar bun­la­rı üzə çı­xar­mı­ş­lar, la­kin tə­əccüblü ora­sı­dır ki, bu ti­tu­lun ha­ra­dan ya­ran­dığ­ı­na əs­la fi­kir ver­mə­mi­ş­lər.

Muğ­an sözü necə əmə­lə gəl­miş­dir? Ha­ra­da ya­ran­mış­dır? Muğ­an ha­ra­da­dır? Və nə üçün bu su­al­la­ra ca­vab ax­ta­rıl­mır?

Mə­lum­dur ki, Muğ­an cə­nub­lu-şi­mal­lı Azər­bayc­a­nın ən qə­dim əra­zi­si­dir. Muğ­an müğlə­rin, mağ­la­rın ya­şa­dığı əra­zi­dir. Mağ­lar Azər­bayc­a­nın və dünya­nın ən qə­dim mə­də­ni tay­fa­la­rın­dan­dır - türkdil­li Azər­bayc­an tay­fa­sı­dır. (2; 258 - 272) Aşi­na ha­kim­lə­ri­nin Muğ­an ti­tu­lu da­şı­ma­sı iki çox mühüm mə­sə­lə­ni ay­dın­laş­dır­mağa kömək edir: Mu­ğan ti­tu­lu da­şıy­an­lar hun­lar-türklər­dir, de­mə­li, mağ­lar türk tay­fa­la­rın­dan­dır; ikinc­i­si, mağ­la­rın və­tə­ni Azər­bay­can­dır, demə­li, Muğ­an ti­tu­lu da­şıy­an Xe­si hun­la­rı və o cümlə­dən aşi­na­lı­lar Mər­kə­zi Asiy­aya Ön Asi­ya­dan - Muğ­an­dan gəl­mi­ş­lər.

Bu­ra­da ay­dın­laş­dı­rıl­ma­lı baş­qa mə­sə­lə­lər də var.

Qu­mily­ov ya­zır: «Qaç­qın­la­rın gə­lib çıx­dıq­la­rı Mon­qo­lu­s­tan Al­­tay­ı­nın ətək­lə­ri hun­lar­dan tö­rəy­ən və türk di­lin­də da­nı­şan tay­fa­lar­la mə­s­kun­laş­mış­dı. Knyaz Aşi­­na­nın dru­ji­na­sı da hə­min abo­ri­g­en­lər­lə qay­nay­ıb-qa­rış­dı­lar və on­la­ra «türk», ya­xud «türküt» adı ver­di­lər». (1;33)

Kim ver­di, niyə ver­di­lər bu adı on­la­ra, - bun­lar Qu­mily­ov üçün ay­dın dey­il. Bu ba­rə­də bir qə­dər so­nra da­nı­şac­ağ­ıq. Hə­lə­lik baş­qa bir mə­sə­ləyə diq­qət ye­ti­rək, yu­xa­rı­da ver­diy­i­miz bir cümlə­ni ye­nə xatır­lay­aq: « Aşi­na­nın beş yüz ai­lə­si» türk də­ni­zin­də bir dam­la idi ».(1;34) De­mə­li, Al­tay­ın ətək­lə­ri türk tay­fa­la­rın­dan iba­rət­dir; aşi­na­lı­lar bun­la­ra müna­si­bət­də «qaç­qın» və ya «kö­çə­ri» he­sab olu­nur və nə­hay­ət, aşi­na­lı­lar türk də­ni­zin­də bir dam­la­dır. Görünür, bu mə­sə­lə­lər yax­şı öy­rə­nil­məy­ib, çün­ki di­gər tə­rə­f­dən də L.Qu­mily­ov özü qeyd edir ki, çin­li­lər türkütlə­ri «ağ­ac­ın kökü», qa­lan tay­fa­la­rı isə «yar­paq­lı bu­daq­lar» he­sab edir­di­lər». (1;284) Bu söz­lər gö­s­tə­rir ki, kö­çə­ri­lər (türklər-türkütlər) na­zik və kö­v­rək fi­dan ki­mi o qə­dər də zə­if ol­ma­mış və müxtə­lif bölüklər­dən iba­rət ol­mu­ş­lar.

 

Ay­dın olur ki, Or­ta və Mər­kə­zi Asiya çox­dan türk yur­du­dur, yə­ni Ön Asiy­a­dan bu yer­lə­rə kö­çən türklər, bəl­kə, öz kö­ç­mə ta­rix­lə­ri­ni də unut­mu­ş­lar. La­kin aşi­na­lı­la­rın gəl­mə ta­ri­xi o qə­dər də uzaq dey­il, ona gö­rə də on­lar qaç­qın he­sab olu­nur­lar. Ət­raf ha­mı­sı türk alə­mi­dir və qaç­qın­lar - kö­çə­ri­lər on­la­rın ara­sın­da bir dam­la ki­mi seçi­lir. Bu müəm­ma­da mühüm mə­sə­lə aşi­na­lı­la­rın ha­ra­dan gəl­mə­si mə­sə­lə­si­dir. Ha­ra­dan və nə vaxt gəl­mi­ş­lər? Nə üçün gəl­mi­ş­lər?

Kö­çə­ri həy­a­tı­na ba­ş­lan­ma­sı­nın və bir çox tay­fa­la­rın öz yurd­la­rını dəy­iş­mə­si­nin sə­bəb­lə­ri çox­dur. Bu cə­hə­ti Qu­mily­ov özü də yax­şı izah et­miş­dir: «…örüş və ot­laq­la­rın məh­dud­luğu, ən ba­ş­lıca­sı isə suy­un ça­tış­ma­ma­sı kö­çə­ri­lə­ri öz sürülə­ri­ni böl­məyə məc­bur edir­di. Nə­ticə­də kö­çə­ri həy­at ke­çi­rən ai­lə­lər də bölünmə­li olur­du­lar. Ot­laq­la­rın bölünmə­si və on­la­rın sər­həd­lə­ri­nə cid­di nə­za­rət kö­çə­ri­lə­rin örüş, su­vat və ov yer­lə­ri üçün qal­dır­dıq­la­rı aman­sız qar­daş qı­rğ­ı­nı­nın qar­şı­sı­nı al­maq­dan ötrü ye­g­a­nə va­si­tə idi». (1;87) Düşmən tay­fa­lar­la aman­sız müha­ri­bə­lər də kö­çə­ri­liyə sə­bəb ola bi­lir­di. Tə­bii ki, Aşi­na ai­lə­si­nin Or­ta və ya Mər­kə­zi Asiy­aya gə­li­şi də bu sə­bəb­lər­dən bi­ri ilə bağ­lı­dır, la­kin on­la­rın bu yer­lə­rə nə vaxt gəl­dik­lə­ri ba­rə­də L.Qu­mily­o­vun fi­kir­lə­ri zid­diyy­ət­li­dir.

 

Xa­tır­lay­aq ki, aşi­na­lı­la­rın mən­şəyi haq­qın­da iki əf­sa­nə var­dır. Da­ha ti­pik olan bi­rinci əf­sa­nə­də dey­i­lir: Qon­­şu­lar bu nəs­li qı­rıb-qur­tar­mış, yal­nız 9 ya­ş­lı bir oğ­lan xi­las ol­muş­dur. Düşmən­lər onun əl­lə­ri­ni və ay­aq­la­rı­nı kə­sə­rək bə­də­ni­ni ba­taq­lığa at­mış, bu­ra­da di­şi qurd hə­min oğ­lan­dan ha­mi­lə ol­muş­dur. Di­şi qurd Al­taya qa­çıb ora­da on oğ­ul doğ­muş­dur. On­lar ar­tıb - ço­xal­mış və bir ne­çə nə­sil­dən so­nra Asy­an-şe ad­lı bi­ri­si bütün ay­mağı ilə mağ­a­ra­dan çı­xa­raq özünün Jujan xa­nı­nın vas­sa­lı ol­du­ğu­nu eti­raf et­miş­di.

Qu­mily­ov gö­s­tə­rir ki, əf­sa­nə­lə­rin iki­si üçün də səc­iy­yə­vi cə­hət on­la­rın hər iki­sin­də ta­ri­xi ha­di­səyə - Aşi­na or­da­sı­nın Qan­su­dan köç­mə­si­nə ki­çic­ik bir işa­rə­nin ol­ma­ma­sı­dır. «Ona gö­rə də əf­sa­nə­lə­rin Al­tay­da mey­da­na çıx­dığ­ı­nı, bəl­kə də, gəl­mə­lə­rin müstəs­na­lıq hüqu­qu­nu əsas­lan­dır­maq üçün məx­su­si ola­raq ya­ra­dıl­dığ­ı­nı düşün­mək mümkündür». (1;32) Bu­ra­da­kı son fi­kir ye­nə əsas­sız­dır. Aşi­na or­da­sı­nın Qan­su­dan kö­ç­mə­si­nə da­ir heç bir işa­rə­nin ol­ma­ma­sı tam tə­bi­i­dir. Müəl­li­fin bu­na tə­əccübünə sə­bəb bə­şə­rin in­ki­şaf və yay­ıl­ma is­ti­qa­mə­ti ba­rə­də xə­bər­siz­liy­i­dir. Əf­sa­nə­nin Al­tay­da müəyy­ən məq­səd­lə məx­su­si ya­ra­dıl­ma­sı fi­k­ri də doğ­ru ola bil­məz. Bir yer­dən baş­qa­sı­na kö­ç­mək­lə, həm də o qə­dər uzaq ol­may­an bir mə­sa­fəyə, ye­ni əf­sa­nə ya­ran­maz­dı. Əf­sa­nə, fi­k­ri­mizcə, tam kök­lü əf­sa­nə­dir və tay­fa­nın ha­ra­dan gəl­diy­i­ni də­qiq şə­kil­də bil­dir­mək­də­dir. Elə bi­rinci əf­sa­nə­nin ma­raq­lı cə­hə­ti aşi­na­lı­la­rın əc­dad­la­rı ba­rə­də mə­lu­mat ve­ri­lər­kən on­la­rın « Qərb öl­kə­sin­dən qərb­də ya­şay­an hun­lar evi­nin nəs­li» ki­mi səc­iyy­ə­lən­di­ril­mə­si­dir.(32) Qərb öl­kə­sin­dən qərb­də ya­şay­an hun­lar evi­nin nəs­li... Müəl­lif bu mə­lu­ma­tı bir mə­qam­da At­ti­la ilə əla­qə­lən­dir­məyə ça­lış­mış və V əs­rə aid et­miş­dir. Hal­bu­ki hə­min əs­rin or­ta­la­rın­da aşi­na­lı­la­rın Xe­si­dən Al­taya köçdüklə­ri mə­lum­dur.

Əv­vəlcə mə­ka­nı ay­dın­laş­dı­raq. «Qərb öl­kə­sin­dən qərb­də ya­şa­yan hun­lar» - söz­lə­ri iki­qat qərb an­lay­ı­şı bil­di­rir; bi­rin­ci­si Al­ta­yın qər­bi­dir­sə və bu­ra­da Qər­bi türk xa­qan­lığ­ı­nın yer­ləş­diyi Al­tay­dan Xə­zə­rə­qə­dər­ki əra­zi­lər nə­zər­də tu­tu­lur­sa, ikinc­i­si, bu qər­bin qər­bi­dir. Bu «qər­bin qər­bi» isə ar­tıq Ön Asiya əra­zi­lə­ri­dir.

De­diy­i­miz ki­mi, Qu­mily­ov «qərb hun­la­rı» de­dik­də bir mə­qam­da At­ti­la­nı nə­zər­də tu­tur və çox mən­tiq­siz bir mü­qa­yi­sə apa­ra­raq ya­zır: «Be­lə­lik­lə, bu əf­sa­nəyə gö­rə Al­tay türklə­ri - tuky­u­lar (tür­kütlər) mən­şəcə Qərb hun­la­rın­dan tö­rə­mi­ş­lər». «…nə­zə­rə al­saq ki, Qərb hun­la­rı 468-ci il­də məhv edi­lib, türklər isə xalq ki­mi ar­tıq 545-ci il­də ta­rix səh­nə­si­nə gə­lib­lər, on­la­rın ar­tım sürə­ti­nə və nə­sil­lə­rin bir-bi­ri­ni əvəz­lə­mə­si­nə yal­nız hey­rət­lən­mək olar». (1,32) Aşi­na 430-cu il­də Qo­bi­nin şi­mal hən­də­və­ri­nə kö­çübsə, bu­nun 468-ci il­də məhv edi­lən Qərb türklə­ri - At­ti­la hun­la­rı ilə nə əla­qə­si ola bi­lər? Am­ma Qu­mily­o­vun «qər­bin qər­bi»ni Cə­nu­bi Av­­ro­pa­da, Bi­zans ət­ra­fın­da, Xə­zə­rin şi­mal sa­hil­lə­rin­də, Qa­ra də­niz ət­ra­fı əra­zi­lər­də düşünmə­si onun söv­qi-tə­bii duyğ­u­la­rı­nın üstünlüyünü tə­s­diq edir. Be­lə­lik­lə, bu türk­lər At­ti­la türklə­ri ola bil­məz­di. Bu­nu müəl­li­fin aşa­ğı­da­kı söz­lə­ri də tə­s­diq edir: «Bö­lgə si­s­te­mi­nin pro­to­ti­pi çox gü­man ki, II əsrdə cə­nu­bi hun­lar ara­sın­da mövc­ud ol­muş taxt-tac va­ris­liyi idi: V əsrdə Aşi­na nəs­li knyaz­la­rı­nın əc­dad­la­rı on­lar­la ünsiyy­ət sax­la­mış­dı­lar». (1;73) Yə­ni müəl­lif de­mək is­təy­ir ki, aşi­na­lı­la­rın qu­ru­luş si­s­te­mi II əs­rin cə­nub hun­la­rı­nın qu­ru­luş si­s­te­mi­nə uyğ­un idi. Bu söz­lər də Aşi­na ic­ti­mai qu­ru­lu­şu­nun At­ti­la hun­la­rı ilə əla­qə­si­ni in­kar edir.

Qu­mily­ov qon­şu­lar tə­rə­fin­dən aşi­na­lı­la­rın qı­rıl­ma­sı əh­va­la­tı­nı 93-cü il­də şi­mal hun­la­rı­nın məğ­lu­biyy­ə­ti ilə də əla­qə­lən­dir­miş­dir: «Hə­qi­qət­də də bu ta­ri­xi süjet (tay­fa­nın qı­rıl­ma­sı, 9 ya­ş­lı oğ­la­nın qal­ma­sı və di­şi ca­na­var əh­va­la­tı - Q.K .) müsəl­man müəl­li­f­lə­rin­dən Rə­şi­dəd­di­nin, Xon­də­mi­rin, Əbülqa­zi­nin əsər­lə­rin­də bü­töv şə­kil­də gö­s­tə­ril­miş­dir - Ər­kə­nə kun - yə­ni sərt eniş. Çox gü­man ki, biz bu­ra­da qə­­dim ta­ri­xi ha­di­sə­nin - 93-cü il­də­ki məğ­lu­biyy­ət­dən so­nra şi­mal hun­­­la­rı­nın Tar­ba­qa­tay ke­çi­din­dən get­mə­si­nin və on­la­rın bir his­sə­si­nin dai­­mi ya­şa­maq üçün Al­tay­da qal­ma­sı­nın ək­si ilə qar­şı­la­şı­rıq». (1;97)

Nə­hay­ət, müəl­lif özü də əf­sa­nə­nin gö­s­tə­ri­lən ta­rix­lə­rə uy­ma­dı­ğı­nı qeyd edə­rək ya­zır: «Uyğ­ur­la­rın və Aşi­na or­da­sı­nın sözün hə­qi­qi mə­na­sın­da to­te­mist ol­duq­la­rı­nı id­dia et­mək böyük ris­qə yol vermək de­mək olar­dı. Çünki mən­bə­lər­də on­la­rın ca­na­va­ra xüsu­si müna­si­bət­lə­ri ba­rə­sin­də heç nə dey­il­mir. La­kin biz bu­ra­da hə­min hey­va­na totem si­tay­i­şi­nin qə­dim iz­lə­ri­ni görürük, öy­rən­diy­i­miz dövr­də isə bu ar­tıq əc­dad­la­ra si­tay­i­şə çe­v­ril­miş­dir».

De­mə­li, əc­dad mə­sə­lə­sin­də to­tem əsa­s­dır, la­kin tə­s­vir edi­lən dövr­­də tay­fa­nın di­ni görü­şlə­rin­də to­te­mizm yox­dur. Bu o de­mək­dir ki, to­tem-əc­dad mə­sə­lə­si tə­səvvür edil­diy­in­dən çox-çox qə­dim dövr­lə­­rə aid­dir. «B.X.Kar­mı­şe­va gü­man edir ki, «türklər» Or­ta Asiy­aya gəl­mə türklə­rin nə­sil­lə­ri­nə aid­dir və on­lar eh­ti­mal ki, kar­luk­la­rın əc­dad­la­rın­dan da da­ha əv­vəl gəl­miş­di­lər». Türkütlə­rin Or­ta Asiy­aya gəl­mə türklə­rin qə­dim nə­sil­lə­ri ol­ma­sı ba­rə­də B.X.Kar­mı­şe­va­nın qə­na­ə­ti da­ha əsas­lı­dır.

Bütün də­lil­lər gö­s­tə­rir ki, aşi­na­lı­la­rın Or­ta Asi­yaya gəl­mə ta­ri­xi Al­tay­ın abo­ri­g­en­ləş­miş türklə­rin­dən so­nra­kı dövr­lə­rə aid ol­sa da, era­dan əv­və­lə aid­dir.

 

 

Bu fi­k­rin da­ha ət­ra­f­lı sübu­tu üçün, hər şey­dən əv­vəl, türk sözünün mey­da­na çıx­ma ta­ri­xin­dən ba­ş­la­maq la­zım­dır. Türk sözü ilk də­fə e.ə.XXIV əsrdə As­sur ya­zı­la­rın­da xa­tır­la­nır. Tu­ruk­ki şək­lin­də özünü gö­s­tə­rən bu söz və bu adı da­şıy­an tay­fa Ön Asiya­nın - Azər­bayc­a­nın çox güclü tay­fa­la­rın­dan bi­ri ol­muş­dur. Yır­tıcı as­sur­lar uzun müddət on­lar­la bac­ar­ma­mış, məc­bur olub qo­hum­luq əla­qə­lə­ri­nə əl at­mı­ş­lar. Şu­mer-ak­kad ya­zı­la­rın­da tu­ruk/ türük şə­kil­lə­rin­də də­fə­lər­lə xa­tır­lan­mış­dır:

Aşh-şhum awili mesh Tu-ru-ki-iki …Aşum (məğ­lu­biyyə­tim) ilə­məz Türükü ki… (Ci­nay­ət tö­rət­mək türkə ba­şu­ca­lı­ğı gə­tir­məz ki…) (17; 258) Ya­xud:

um-ma a-na-ku-ma lu Tu-ru-ku-u ki

sha ki-ma-ish-tu ul-la-num i-la-ku-nim

Um­ma una ki ma­lu Türükü ki

Sa­ki ma­istü ula­num ilə künüm

 

(Türkü mal yığ­an he­sab elə­mə, günüm elə ola­nım ilə də xoş­dur) (17; 255 - 256; tərcümə­lər Nüvə­di­li­nin­dir; əla­və mə­lu­mat üçün bax: 2; 88 - 93).

İd­dia et­mək ol­maz ki, tu­ruk­ki­lər məhv ol­muş, di­şi ca­na­var əf­sa­nə­sin­də gö­s­tə­ril­diyi ki­mi, on­la­rın nəs­li to­tem yo­lu ilə - di­şi ca­na­va­rın kö­məyi ilə xi­las ola bil­miş­dir. Ola bi­lər ki, tay­fa­nın bir qo­lu - Xesi­­də knyaz Muğa­nın baş­çı­lıq et­diyi türklər hə­qi­qə­tən qon­şu­lar­dan bi­ri ilə toq­quş­ma­da çox­lu it­ki ver­miş, Or­ta Asiy­aya qa­ça bil­miş­dir və aşi­na­lı­lar da bun­la­rın bir qo­lu­dur. Odur ki, şüb­hə­siz, Muğ­an ti­tu­lu ümu­mi ol­duğu ki­mi, di­şi ca­na­var əf­sa­nə­si də təkcə aşi­na­lı­la­ra dey­il, knyaz Muğ­a­nın bütün türk­lə­ri­nə - hun­la­rı­na aid ol­muş­dur. La­kin bu da mə­lum­dur ki, era­dan əv­vəl­ki III və II min­il­lik­lər boyu tu­ruk­ki­lə­rin (tu­ruk­la­rın) əsas qüvvə­si Azər­bayc­an əra­zi­sin­də - öz və­tə­nin­də ya­şa­mış, Azər­bayc­an döv­lət qu­rum­la­rı­nın tər­ki­bin­də ol­mu­ş­lar. Azər­bayc­an­da da­im türk sözü, türk et­nik adı, bu ad­la ya­şay­an tay­fa üstün ol­muş­dur. Hət­ta o də­rəc­ə­də ki, aşi­na­lı­lar böyük xa­qan­­lıq ya­rat­sa­lar da, so­nra­lar bu adı sax­laya bil­mə­miş, la­kin ke­çən mi­nil­lik­lər ər­zin­də Azər­bayc­an türk xal­qı da­im türk adı ilə ta­nın­mış­dır. Çünki türk bu əra­zi­də kökdür, əsa­s­dır. Or­ta Asiy­a­da isə, nə qə­dər ar­tıb ço­xal­mış ol­sa da, gəl­mə­dir, kö­çə­ri­dir, qaç­qın­dır. Əg­ər bütün tay­fa­lar Or­ta və Mər­kə­zi Asiy­aya Ön Asiy­a­dan köçmüşlər­sə (bu, ar­tıq in­kar­edil­məz ta­ri­xi fakt­dır), aşi­na­lı­la­rın Ön Asiy­a­dan - qər­­­bin qər­bin­dən gə­lən kö­çə­ri və qaç­qın­lar ol­duğ­u­na heç bir şübhə ola bil­məz.

Xə­zə­rin qər­bin­də ya­ran­mış və möh­kəm kök sal­mış bir et­no­ni­min tə­zə­dən Xə­zə­rin şər­qin­də qə­f­lə­tən mey­da­na çıx­ma­sı haq­qın­da fi­kir bil­məz­lik və ya qə­s­dən ta­ri­xi hə­qi­qə­ti gör­məz­liyə sal­maq­dır. Bun­lar gös­tə­rir ki, türk et­nik adı­nın ta­ri­xi çox qə­dim­dir və bu söz aşi­na­lı­la­rın Çin əra­zi­lə­rin­dən Al­tay­ın ətək­lə­ri­nə qa­ç­ma­sı ilə ya­ran­ma­mış, tay­fa ilə bir­lik­də Ön Asiy­a­dan gəl­miş­dir. De­mə­li, Çin mən­bə­lə­ri Xesi əra­zi­sin­də olan hun-türklə­ri öz et­nik adı ilə dey­il, dövrün tay­fa baş­çı­sı­na öz­lə­ri­nin (çin­li­lə­rin) ver­diyi ad­la qey­də al­mı­ş­lar. Bu, mümkün olan tə­bii hal­dır.

Türkütlə­rin Ön Asiya mən­şə­li ol­duq­la­rı­nın tə­s­di­qi üçün yan­dı, ba­qa, irg­en, ten­q­ri söz­lə­ri­ni və bir sı­ra baş­qa fakt­la­rı da nə­zər­dən ke­çir­mək olar.

Yan­dı sözü, yu­xa­rı­da qeyd et­diy­i­miz ki­mi, L.Qu­mily­ov tə­rə­fin­dən «qa­lib» mə­na­sı­nı bil­di­rən bir lə­qəb ki­mi izah edil­miş­dir. Əs­lin­də isə bu söz mən­şə eti­ba­ri­lə e.ə. III mi­nil­lik­də şu­mer di­lin­də­ki ensi sözüdür. En­si - ka­hin-hökmdar de­mək­dir. Mə­sə­lən, e.ə.XXIII əsr­də La­qaş ha­ki­mi Uru­i­nim­ki­na özünü əv­vəlcə en­si (ka­hin-hökmdar), so­nra lu­qal (hökmdar) ad­lan­dır­mış­dır. (2;61) Bu söz isə mən­şə eti­ba­ri­lə En (göy al­la­hı­nın adı) sözü ilə bağ­lı­dır. Şu­mer­lər bu sözü bi­zim mağ­lar­dan al­mı­ş­lar. Mağ­la­rın di­ni ha­ki­mi də en­si ad­la­nır­dı. (2;62 - 63) Söz bu mə­na­nı da­ha əv­vəl­lər yal­nız en şək­lin­də ifa­də et­miş­dir. XXIII əsrdə İki­çay­a­ra­sı­nı işğ­al edən Ku­ti hökmda­rı En-Ri­da­va­zir adın­da En ka­hin-hökmdar de­mək­dir.(157) Söz Man­na türklə­rin­də yan­zi şək­lin­də qey­də alın­mış­dır. Man­na­nın Al­la­b­ria vi­lay­ət ha­ki­mi Yan­zi-Bu­ri­aş adı­nı (e.ə.843) xa­tır­la­maq ki­fay­ət­dir. III Sal­ma­na­sa­rın sal­na­mə­sin­də dey­i­lir: «Mən al­la­b­ri­a­lı Yan­zi-Bu­ri­a­şın möh­kəm­lən­di­ril­miş Şur­di­ra şə­hə­ri­ni…ələ ke­çir­dim» (4;197); z > d ke­çi­di ilə yan­zi sözünü tür­kütlər­də yan­dı ki­mi oxu­mu­ş­lar. Bəl­kə də bu səs qo­vu­şuq dz sə­si­dir - Ad­zar­ba­da­kan sö­zündə ol­duğu ki­mi. Demə­li, söz Or­ta Asi­yaya Azər­bayc­an tay­fa­la­rın­dan ay­rı­lıb ge­dən­lər tə­rə­fin­dən apa­rıl­mış­dır. E.ə.III mi­nil­lik­də en, en­si , I mi­nil­lik­də yan­zı, türkütlər­də isə yan­dı şək­lin­də iş­lən­miş­dir. Türküt­lər­də son for­ma­nın ol­ma­sı gö­s­tə­rir ki, on­lar Ön Asiy­a­dan e.ə.I mi­nil­liy­in ikinci ya­rı­sın­da ay­rıl­mı­ş­lar.

Baq/ba­qa sözü. İliqy­uy­lu Şe Mo­xe Şa­bo­lo-İl Külüq-şad Ba­qa Iş­ba­ra adı­nın tərcümə­si: «Öl­kə­nin şə­rə­f­li şa­dı, ila­hi qüdrət­li xan». (1;57) Və ya: Qa­ra İs­sık xa­nın oğ­lu Şe­tu­nun ha­ki­miyy­ə­ti ələ al­ma­sı və İl-külüq şad Ba­qa Iş­ba­ra xan ti­tu­lu­nu qə­bul et­mə­si. (1;127) Müəl­lif bu adı aşağı­da­kı ki­mi izah et­miş­dir: «Döv­lə­tin (elin) şə­rəf­­li şa­dı, ila­hi (Ba­qa, bəl­kə də, böyük - ma­qa) Iş­ba­ra (qüdrət­li, aman­sız; Çin di­lin­də Şa­bo­lo)». (1;127)

Baq - Azəprbayc­an tay­fa­la­rı­nın di­lin­də ço­xi­ş­lə­nən al­lah adı ol­muş­dur. Ma­da­nın qər­bin­də­ki Mu­sa­sir əra­zi ha­kim­lə­rin­dən Baq­ma­ş­tu, Baq­bar­tu ad­la­rı­nı ya­da sal­maq olar. Sözün kökü - ba (al­lah, bəy, ka­hin, rə­is və s.) qə­dim Azər­bayc­an tay­fa­la­rı­nın ümu­m­iş­­lək söz­lə­rin­dən ol­muş­dur. Azər­bayc­an­da Bağ­ı­s­tan ad­lı vi­lay­ət də ol­muş­dur. Bağ­ı­s­tan ad­lı hə­min mər­kə­zi vi­lay­ə­tə İs­kən­də­rin gəl­diyi də mə­lum­dur. b >m ke­çi­di ilə mağ sözü, Man­na, Ma­da ki­mi əzə­mət­li to­po­nim­lər də bu kök­dən­dir və bun­lar Or­ta Asiya Aşi­na tay­fa ha­ki­mi­nin özünü Ba­qa ad­lan­dır­ma­sı­nın tə­sadüfi ol­ma­dığ­ı­nı, on­la­rın Ön Asiya-Azər­bayc­an mən­şəy­i­ni gü­zgü ki­mi əks et­di­rir. (bax:2;265)

E.ə.I mi­nil­liy­in əv­və­lin­də Man­na, Ma­da to­po­nim­lə­ri ar­tıq iş­lək to­po­nim­lər idi. De­mə­li, b>m ke­çi­di e.ə. azı II mi­nil­liyə aid­dir. Bun­lar gö­s­tə­rir ki, türkütlə­rin Ba­qa lə­qə­bi era­dan əv­və­lin ya­di­ga­rı­dır.

Aşi­na­lı­lar ir­ken sözü iş­lə­dir­di­lər. Qu­mily­ov ya­zır: «A.N.Ko­no­no­vun «ir­ken» ( ir - ər, kin - çox­luq şə­kil­çi­si) ter­­mi­ni ət­ra­fın­da­kı araş­dır­ma­la­rı gö­s­tə­rir ki, «Er­kin-ir­qin» (hər­fi mə­na­da «ki­şi­lər yığ­nağı») müstə­qil an­lay­ış­dır, baş­qa söz­lə de­sək, xa­na, bəyə mü­na­si­bət­də bu­dun ol­maq mümkündür, xalq isə bir et­nos ki­mi «kün» ad­la­nırdı». (1;75) Fi­k­ri­mizcə, A.N.Ko­no­nov sözün mə­na­sı­nı düz­gün açsa da, L.Qu­mily­ov siy­a­si mə­na­sı­nı an­laya bil­mə­miş­dir. «Ki­şi­lər yığ­ın­cağı» qə­dim ali şu­ra­dır, il­kin ic­ti­mai təş­ki­lat­dır. Heç şüb­hə­siz, bu söz şu­mer di­lin­də­ki uq­ken - «xalq yığ­ınc­ağı» sözü­nün va­ri­si­dir. (5;53 - 54)

O.Süley­me­nov da bu sözü mi­sal gə­tir­miş­dir.(6;101) Uqu/uq - nə­sil, ai­lə, ana mə­na­sın­da­dır; uq-ken - «yığ­ınc­aq» de­mək­dir; den-es/gen-eş - Şu­ra, gə­nəş­mək, yığ­ınc­aq mə­na­sı­nı ve­rir.(2,138) Rə­şi­dəd­di­nin əsə­rin­də «kən­keş (gə­nəş) bəy­lə­ri» ifa­də­si də ey­ni mə­na­da - hər­bi de­mo­kra­tiya dövrünün ar­xa­ik siy­a­si qu­ru­mu mə­na­sın­da­dır. Təd­qi­qat­çı­lar bi­zim «Də­də Qor­qud»da da ey­ni təş­ki­la­tın «inaq bəy­lə­ri» adı ilə da­vam et­mək­də ol­duğ­u­nu gö­s­tər­miş­lər. (7;58,263) Bun­lar gö­s­tə­rir ki, ir­kin sözünü aşi­na­lı­lar Ön Asiy­a­dan gə­tir­mi­ş­lər. Uq­ken şək­lin­dən bir qə­dər fər­q­lən­mə­si onun III mi­nil­lik­dən so­nra­kı dö­v­rə aid ol­duğ­u­nu gö­s­tə­rir.

Di­ni görü­şlə­rə diq­qət ye­ti­rək. Türküt xal­qı­nın di­ni görü­şlə­rin­dən «Sə­ma kul­tu - Ten­q­ri Or­xon ki­ta­bə­lə­rin­də də qeyd olun­muş­dur».(1;93) «On­dan ba­ş­la­maq la­zım­dır ki, te­le tay­fa­la­rı da tür­kütlər ki­mi, əc­dad-ca­na­var haq­qın­da əf­sa­nəyə ma­lik idi­lər: bu fi­kir­də idi­lər ki, on­lar ca­van oğ­lan­dan may­a­lan­mış qurd­dan doğ­ub-tö­rəy­ib­lər, uyğ­ur­lar isə ca­na­va­ra təs­lim ol­muş qı­zın nəs­li­nə mən­sub­luq­la­rı­nı zənn edir­di­lər (Qız onun­la əla­qəyə gi­rən ca­na­va­rı Sə­ma­nın tə­cəs­sümü he­sab edir­di). İki pa­ra­lel əf­sa­nə­də ki­şi və qa­dın ba­ş­la­nğ­ıc­la­­rı­nın nis­bə­ti di­a­me­t­ral ək­s­dir və bu tə­sadüfi xa­rak­ter da­şıya bil­məz­di, çünki VIII əs­rin du­a­list dünya­g­örüşündə cins sim­vo­li­ka­sı müəy­yə­ne­dici prin­sip idi. Sə­ma ata, Yer isə ana say­ı­lır­dı və Sə­ma­nı türkütlər ki­mi in­san ( fər­q­lən­dir­mə bi­zim­dir - Q.K .) , ya­xud uyğ­ur­lar ki­mi vəh­şi hey­van say­maq heç də bir-bi­ri­nin ey­ni dey­il­di. Za­hi­ri ox­şar­lıq­la­rı­na bax­may­a­raq, əf­sa­nə­lə­rin pa­ra­lel­liy­i­nin özündə nə­zə­rə çarp­dı­rı­lan bir ək­s­lik var. Çox eh­ti­mal ki, bu, tə­sadüfi dey­il­di, çünki pa­le­an­t­ro­po­lo­g­iya türküt­lə­rin və uyğ­ur­la­rın müxtə­lif­liy­i­ni tə­s­diq edir». (1;215)

Bu söz­lər­də aşi­na­lı­la­rın Ön Asiya kö­çə­ri­lə­ri ol­duğ­u­nu sübut edən iki mühüm də­lil var­dır. Bi­rinc­i­si ten­q­ri sözü ilə bağ­lı­dır. Bi­zim ta­rix­çi­lər bu sözün uzağı e.ə. III əsrdə qey­də alın­dığ­ı­nı gö­s­tər­mi­ş­lər. (8;31) E.ə. 1700-cü il­də Nip­pur şə­hə­rin­də tər­tib edil­miş iki şu­mer ele­g­iy­a­sın­da bu söz «din­qir» şək­lin­də də­fə­lər­lə iş­lən­miş­dir. Bir nümu­nə: 98. din­qir-kur-ke, sud (= KA X SU)-de mu-ra [ah(?)-be(7)] - Bo­qi za­qrob­no­qo mi­ra bu­dut [pro­iz­no­sitğ (?)] mo­lit­vı za te­bə. (9;18; 2,446)

İkinci mə­sə­lə, yə­ni Sə­ma­nın ata (həm də uyğ­ur­lar­dan fər­q­li ola­raq in­san), Ye­rin isə ana sa­yıl­ma­sı ye­nə şu­mer­lə­rin il­kin di­ni görüş­lə­ri ilə bağ­lı­dır. Şu­mer əf­sa­nə­si be­lə­dir:

İlk əv­vəl bütün dünya suya qərq ol­muş­du. Oke­an su­la­rı­nın də­rin­liy­in­də bütün var­lığ­ın «böyük ana­sı» say­ı­lan ila­hə Nam­mu ya­şay­ır­dı. Nam­mu­nun bət­nin­dən ya­rımkürə şək­lin­də dağ qalx­mış­dı. Dağ­ın ba­şın­da «böyük ata» al­lah An , də­niz­də - ya­s­tı­va­rı löv­hə üzə­­rin­də ila­hə Ki ya­şay­ır­mış. On­lar bir-bi­ri­nə bi­ti­şik imiş… Bir gün En­lil (on­la­rın - An ilə Ki­nin oğ­­lu) mis bı­çaq­la göy qübbə­si­nin qı­rağ­ı­nı kə­sir, An za­rıya-za­rıya göyə qal­xır və Ki­dən ara­la­nır, dünya­nın əzə­mət­li qa­lay­dan ya­rımkürə örtüyü ha­va­dan ası­lı qa­lır.(bax: 10;2,144) De­mə­li, Ta­n­rı an­lay­ı­şı da, Sə­ma və Yer al­la­hı mə­sə­lə­si də Or­ta Asi­yaya Ön Asiy­a­dan ke­ç­miş­dir. Aşi­na­lı­la­rın göy al­la­hı­nı ki­şi, Yer al­la­hı­nı qa­dın ki­mi tə­səvvür et­mə­lə­ri həm on­la­rın bi­la­va­si­tə şu­mer­lə­rin bir qo­lu ol­duğ­u­nu tə­s­diq edir, həm də əks əla­qə­ni - şu­mer­lə­rin türk ol­duğ­u­nu əsas­lan­dı­ran bir də­lil ki­mi çı­xış edir.

Tay­fa­nın adı mə­sə­lə­si . «Aşi­na» sözünün mə­na­sı «ca­na­var» de­mək­dir. Xe­si­də (Çi­nin şi­ma­lın­da) olan­da qon­şu­lar Aşi­na xan­la­rı ilə «qurd» sö­zünü si­no­nim ki­mi iş­lə­dir­di­lər: To­ba­la­rın hücum tə­li­ma­tın­da dey­i­lir­di: « Bu təd­bir­lə­ri gör­mək la­zım­dır: kö­çə­ri­lə­rə hücum et­mək və qurd­la­rı qov­maq ».(1;32) Qu­mily­ov qeyd edir ki, türk di­lin­də ca­na­va­ra bu­ri , ya­xud kas­kır , mon­qol di­lin­də isə şo­no/çi­no dey­ir­di­lər; «a» çin di­lin­də hör­mət pre­fik­si­dir. Baş­qa söz­lə, «Aşi­na» - «nəc­ib ca­na­var» de­mək­dir. Sözün çin tə­si­ri­nə mə­ruz qal­ma­yan ərəb va­ri­an­tı «Şa­ne» ki­mi ya­zıya alın­mış­dır. (1,31) Ey­ni əf­sa­nə (ca­na­var­dan doğ­ul­ma) te­le tay­fa­sı haq­qın­da da qal­mış­dır. «Aşi­na or­da­la­rı kimi, bu tay­fa­lar da Xal­xuya Sa­rı çay­ın sa­hil­lə­rin­dən gəl­miş­di­lər. Əg­ər be­lə­dir­sə, on­da ca­na­var-əc­da­da müna­si­bət­də­ki to­te­mi­s­tik ünsürün ey­ni qay­naq­dan gəl­diy­i­ni gü­man et­mək tam tə­bii səs­lə­nir». (1,97) «Be­lə­lik­lə, VII əsrdə Al­tay­da iki di­ni si­s­te­min - Si­bir xal­q­la­rı ilə bağ­lı ani­miz­min, ha­be­lə türk və mon­qol­dil­li kö­çə­ri­lə­rin böyük çölün cə­nub uc­qar­la­rın­dan gə­tir­dik­lə­ri to­te­mi­s­tik ça­lar­lı əc­dad kul­tu­nun möv­cud­luğ­u­nu görürük». Çin mən­bə­lə­rin­də­ki Bu­li - «Bu­ri» demək­dir. Ye­ri gəl­miş­kən, bu adın «Şe­ni» (Şo­no) for­ma­sın­da­kı mon­qol va­ri­an­tı da möv­cud­dur». (1;97)

Nümu­nə­lər­dən ay­dın olur ki, Aşi­na sözünün əsa­sın­da du­ran Şina/Şo­no/Şe­ni/Şa­ne sözünü Qu­mily­ov mon­qol sözü he­sab et­miş­dir. La­kin biz mon­qol lüğət­lə­rin­də bu sözün iz­lə­ri­nə rast gəl­mə­dik. Şübhə doğ­u­ran bir cə­hət də bu­dur ki, sözün əv­və­lin­də­ki a pre­fik­si­nin çin di­li­nə aid ol­duğu gö­s­tə­ri­lir. Mon­qol sözünə çin pre­fik­si nə üçün ar­tı­rı­lır? Türkütlə­rin bu adı da­şı­dığı il­kin əra­zi - Xe­si Şi­ma­li Çin əra­zi­si­dir və əha­li mon­qol­lar­la qa­rı­şıq­dır. Bu ad, şüb­hə­siz, kə­nar ad­dır. Mon­qol di­lin­də şi­ne - «ye­ni» de­mək­dir; şi­ne jil - «ye­ni il». Be­lə ol­duq­da bu söz türk dil­lə­rin­də­ki «ye­ni do­ğul­­muş» mə­na­sın­da ənik sözünə uyğ­un gə­lir. Ərəb di­lin­də şa­ne , rus di­lin­də şe­nok (it ba­la­sı) şək­lin­də iş­lən­mə­si gö­s­tə­rir ki, bu söz kök dil­dən - ulu dil­dən gə­lən bir sözdür. L.Bu­da­qov ənik (gənc hey­van, it ba­la­sı, şir ba­la­sı), ənik­lə­mək (küçüklə­mək) söz­lə­ri­ni iş­lət­miş­dir.(11; I,103) V.V.Rad­lov ənik sözünün Os­man­lı di­lin­də yır­tıcı hey­van ba­la­sı, xüsusən də it, ca­na­var mə­na­sın­da iş­lən­diyi­ni (12; ­I,733 ) qeyd et­miş, anık­maq fe­li­ni «böyü­mək» mə­na­sın­da izah et­miş­dir (12; I,233). Sö­zün kökü ene, ana şə­kil­lə­rin­də bütün türk dil­lə­rin­də yay­ıl­mış­dır. E.Se­vorty­an il­kin for­ma­nı ana he­sab et­miş, ene for­ma­sı­nın nis­bə­tən so­nra­lar ana sözündən ya­ran­dı­ğı­nı qeyd et­miş­dir. (13;279) Enik sözü müxtə­lif türk dil­lə­ri və di­a­lekt­lə­rin­də ayı ba­la­sı, it ba­la­sı, şir ba­la­sı, go­re­şən ba­la­sı, pə­lə­ng ba­la­sı mə­na­la­rın­da­dır, ye­ni sö­zünü isə M.Ka­şğ­a­ri «doğ­maq» mə­na­sın­da izah et­miş­dir. (13;282)

 

 

Bun­lar gö­s­tə­rir ki, şi­na sözü ana sözündən­dir; ana sözündən eni/ye­ni («doğ­maq») və ye­nək/ənik - «doğ­ul­muş, kör­pə, ba­laca» söz­lə­ri ya­ran­mış­dır, ta­tar di­lin­də «uşaq», «kör­pə» mə­na­sı da qal­mış­dır. (13,282) Söz tə­bii ola­raq həm in­sa­na, həm də hey­van­la­ra aid edil­miş­dir. Türklə­ri qurd və be­lə­lik­lə, qurd oğ­lu, qurd ba­la­sı ma­raq­lan­dır­mış­dır. «Çin ta­rix­çi­lə­ri «türk xa­nı» və «qurd» an­la­yı­ş­la­rı­nı si­no­nim say­ırdı­lar». (32) «Aşi­na əs­lən «qurd» idi. Odur ki çox qə­dim əla­qə­nin mövc­ud­luğu şübhə do­ğur­mur». (1,98)

Sözün şi­na/şo­no şək­li da­ha çox çin di­li­nə aid ola bi­lər. Qə­dim türkcə­də sözün əv­və­lin­də sa­mi­tin düşdüyü mə­qam­da çin di­lin­də ş sa­mi­ti iş­lən­miş­dir: türkcə İs­tə­mi xa­qa­nın adı çin di­lin­də Şe­te­mi şək­lin­də qey­də alın­mış­dır.(1;35) m>n ke­çi­di ilə bu söz­lər şu­mer­də­ki ama (ana), amar (əmər, ba­la) söz­lə­ri ilə ey­ni köklüdür. (2;134) Aşi­na sözü abi­də­lər­də yox­dur. Aşi­na - knya­zın adı­dır və to­ba­la­rın (çin­li­lə­rin) ya­zı­sın­da qal­mış­dır. Heç şübhə­siz, knya­zın adı öz di­lin­də be­lə ol­ma­mış­dır. Bu söz sa­dəcə ola­raq çin­li­lə­rin türküt knya­zı­nı öz adı ilə dey­il, qurd mə­na­sı­nı ve­rən bir söz­lə ad­lan­dır­ma­sı­dır.

Qu­mily­o­vun düşüncə­si: «F.Rat­se­lin Mər­kə­zi Asiy­a­da­kı od kul­tu­nun zərdüşti­lik­lə əla­qə­si haq­qın­da eh­ti­ma­lı da hə­qi­qət­dən uzaq­dır. Çünki bu­ra­da yal­nız za­hi­ri bən­zər­lik var. İran­da möbülan-möbüd müqəd­dəs oda ya­xın­la­şar­kən si­fə­ti­nə örtük ta­xır­dı ki, nə­fə­si ilə odu mur­dar­la­ma­sın, türkütlər­də isə od va­si­tə­si­lə bəd ruh­la­rı, yə­ni dünya­da­kı ən şər qüvvə­lə­ri qor­xu­dur­du­lar. Mə­sə­lə bu­ra­sın­da­dır ki, İran­da od di­ni si­tay­iş oby­ek­ti, türküt tay­fa­la­rın­da isə ma­g­iya va­si­tə­si idi, yəni əs­lin­də on­la­rın ara­sın­da heç bir ox­şar­lıq müşa­hi­də olun­mur­du». (1;103) Atə­ş­pə­rə­st­lik Sa­sa­ni­lər İra­nın­da rə­s­mi di­ni dünya­g­örüş idi. Türklər sa­sa­ni­lər­dən çox-çox əv­vəl Ön Asiy­a­dan ay­rı­lıb get­miş­di­lər. İn­di­nin özündə də bi­zim xalq­da oda si­tay­i­ş­lə ya­na­şı, odun va­si­tə­si­lə bəd ruh­la­rı qov­ma düşüncə­si də var­dır. Ma­g­iya isə Azər­bayc­an mağ­la­rı ilə bağ­lı ya­ran­mış, mağ­la­rın ya­rat­dığı ca­du­g­ər­lik nümu­nə­si­dir. Odur ki F.Rat­se­lin fi­k­ri­ni yan­lış he­sab et­mək doğ­ru dey­il­dir və bun­lar aşi­na­lı­la­rın di­ni görü­şlə­ri­nin mən­şə eti­ba­ri­lə Ön Asiya ilə bağ­lı ol­duğ­u­na şöb­hə doğ­ur­mur.

Qu­mily­ov kö­çə­ri­lə­ri, yə­ni so­nra gə­lən bu türklə­ri «yer­li», yə­ni da­ha əv­vəl­lər gə­lən türklər­dən fər­q­lən­di­rər­kən bir mühüm cə­hə­ti də qeyd et­miş­dir. Türkütlər­lə yer­li türklər gey­im­lə­ri­nə gö­rə də fər­q­lən­mi­ş­lər. Müəl­lif qə­birüstü abi­də­lə­ri - bal­bal­la­rın qu­ru­lu­şu­nu nə­zər­dən ke­çi­rə­rək ya­zır: «Bu­ra­da mühüm et­no­qra­fik əla­mət - baş ge­yi­­­­mi həkk olun­muş­dur. Çöl­də ya­şay­an­lar şi­şuc­lu, al­tay­lı­lar isə yas­tı gir­də pa­paq qoy­ur­lar». (1;307) Çöl­də ya­şay­an­lar - aşi­na­lı­lar-kö­çə­ri­lər­dir. Müəl­lif hət­ta də­qiq he­sab­la­ma­lar da apar­mış­dır: «…bi­zim öy­rən­diy­i­miz 486 bal­bal­dan 329-u şi­şuc­lu, 157-si ya­s­tı­ba­ş­lı­dır». (1, 307) Bu çox ma­raq­lı de­tal türkütlə­rin Or­ta Asiya­ya kö­ç­mə ta­ri­xi ilə bağ­lı bə­zi de­tal­la­rı izah et­məyə im­kan ve­rir. E.ə.I mi­nil­liy­in əvvə­lin­də (VIII əsr) Azər­bayc­an əra­zi­lə­ri­nə ay­aq qoy­an kö­çə­ri sak­la­rın bir qi­s­mi şi­ş­pa­paq sak­lar idi: «Mi­ng­ə­çe­vir­də aş­ka­ra çı­xa­rıl­mış üzük-mö­hür­lə­rin üzə­rin­də­ki tə­s­vir­lər də sübut edir ki, tor­paq qə­bir­lər­də dəfn edil­miş fərd­lər sak-ski­f­lər­dir. Üzük-möhürlər­dən bi­ri­nin üzə­rin­də ba­şın­da şiş pa­paq və əy­nin­də səc­iyy­ə­vi sak gey­i­mi olan sak-ti­q­ra­ha­u­da təs­vir edil­miş­dir». (4; 213-214) Ti­q­ra­ha­u­da sözünü qə­dim fars di­lin­də ti­q­ra - iti və ha­u­da - də­bil­qə, də­mir pa­paq söz­lə­ri ilə izah et­mi­ş­lər. Əs­lin­də isə ti­q­rah sözü türkcə «dik­rək» sözüdür: dik-rək, şiş .(2; 323) Ay­dın mən­ti­qi və­ziyy­ət ya­ra­nır: Şi­ş­pa­paq sak­lar e.ə.VIII əsrdə Azər­bayc­an­da ya­şa­mı­ş­lar.V-VIII əsrlər­də isə Or­ta Asiya­da­dır­lar. De­mək, kö­çə­ri­lər Or­ta Asi­yaya e.ə.VIII əsrdən xey­li so­nra get­mi­ş­lər.

Bu cə­hət skif vəh­şi üslu­bu­nun mən­bəy­i­nin Ön Asiya ol­duğ­u­na eti­raz edən­lə­rə də ca­vab­dır.

Türklə­rin Al­tay­da ar­tıb-ço­xal­ma­sı ba­rə­də göz önündə olan fakt­lar doğ­ru­dur, la­kin bütün yu­xa­rı­da­kı fakt­lar türkün be­şiy­i­nin Al­tay he­sab olun­ma­sı ba­rə­də fi­kir­lə­rin tam yan­lış ol­duğ­u­nu sübut edir. Altay­ın türk əha­li­si Ön Asiya mi­q­rant­la­rı ol­maq­la ya­na­şı, Al­tay­ın Altay adı­nın özü də Ön Asiy­a­dan apa­rıl­mış­dır. Türklər şər­qə, şi­ma­la və qər­bə hə­rə­kət edər­kən ək­sə­rən öz se­vim­li to­po­nim­lə­ri­ni də öz­lə­ri ilə apar­mış və ya­şat­­mı­ş­lar. E.ə.III mi­nil­liy­in əv­vəl­lə­rin­də­ki (XXVIII əsr) Arat­ta tay­fa və döv­lət adı Man­na dövründə Azər­bayc­a­nın özündə də Ala­teye şək­­lin­də xa­tır­la­nır (14;67) Bu­ra­dan ay­dın olur ki, Al­tay sözü Man­na e.ə.IX əsrdə ta­rix mey­da­nı­na çıx­dıq­dan so­nra Or­ta Asiy­aya apa­rıl­mış­dır. Ma­raq­lı­dır ki, Amur ça­yı­nın bir qo­lu Kür, di­g­ər qo­lu Ur­mu ad­la­nır. Keç­miş Meğ­ri ray­o­nu əra­zi­sin­də­ki Nüvə­di kən­di ya­xın­lığ­ın­da Sə­lənc çayı, Or­ta Asiy­a­da Se­len­qa çayı var­dır. Or­ta Asiya Ka­şğ­a­rı­nın böyük ada­mı Mah­mud Kaş­ğa­ri­nin vətə­ni olan Ka­şğ­a­rın Ka­şğ­ar adı­nın əsa­sın­da kas (kaş­şu) tay­fa adı du­rur. Man­na­nın Al­la­b­ria vi­layə­­tin­də dağ adı ki­mi xa­tır­la­nan Kaşy­ar sözü y>ğ ke­çi­di ilə Kaş­ğ­ar dağ adı­nın eti­mon for­ma­sı sayı­lır. (15;343) Bu dağ da kas­la­rın adı ilə bağ­lı­dır. Kas­lar isə Ön Asiya - Azər­­­bayc­an əra­zi­lə­rin­də on min il­dən çox ta­ri­xi olan tay­fa­lar­dan­dır. Ka­şğ­a­ri Azıx kən­din­də do­ğ­ul­muş­dur. Azıx ma­ğa­ra­sı - bə­şə­rin 10 bö­yük in­ki­şaf mər­hə­lə­si­ni əks et­di­rən mağ­a­ra bur­da, kənd or­da­dır. Bun­lar gö­s­tə­rir ki, Kaş­ğa­rın əha­li­si ge­niş mə­na­da bi­zim Azıx­dan çıx­mış­dır (bax: 2;189-190). Say­sız Ön Asiya-Mər­kə­zi Asiya ey­ni­köklü et­no­nim­lə­ri­ni də bu­ra əla­və et­mək olar və bun­la­rın ha­mı­sın­da il­kin­lik, qə­dim­lik Azər­bayc­a­na məx­su­s­dur.

 

Bütün bun­lar Or­ta və Mər­kə­zi Asiy­a­da era­mı­zın bi­rin­ci mi­nil­liyi­nin or­ta­la­rın­da böyük xa­qan­lıq ya­rat­mış və nə­hə­ng abi­də­lər qoy­ub get­miş türklə­rin da­ha qə­dim Azə­r­bayc­an türklə­ri­nin öv­lad­la­rı ol­duğu­na şübhə ye­ri qoy­mur.

31.03.2004

 

ƏDƏBİYYAT

 

1. Lev Qumilyov. Qədim türklər. Bakı, «Gənclik»,1993.

2. Q.Ş.Kazımov. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, «Təhsil», 2003.

3.N.Ə.Biçurin.Sobranie svedeniy o narodax, obitavşix v Sredney Azii v drevnie vremena, t.I, M.-L., 1950.

4.Azərbaycan tarixi. I c., Bakı, «Elm», 1998.

5. İ.M.Dəkonov. İstoriə drevney peredney Azii. M., 1967

6. Oljas Süleymenov. Az-Ya. Bakı, 1993.

7. Kitabi-Dədə Qorqud. Bakı, «Yazıçı», 1988.

8. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, Azərbaycan Universiteti Nəş­riyyatı, 1989.

9. S.N.Kramer. Dve şumerskie gleqii. İzd.-vo Vostoçnoy lite­ra­tu­rı, Mos­­­­kva, 1960.

10. Xrestomatiə po istorii Drevneqo Vostoka. M.,1963.

11. L.Budaqov. Sravnitelğnıy slovarğ tureüko-tatar­skix nare­çiy. t.I, SPb., 1869.

12. V.V.Radlov.Opıt slovarə törkskix nareçiy. t.I, 1, SPb., 1898.

13. G.V.Sevortən.Gtimoloqiçeskiy slovarğ törkskix əzıkov. Mos­kva, Na­uka, 1974.

14. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik, Bakı, Azər­baycan Döv­lət Nəşriyyatı, 1994.

15. Y.B.Yusifov. Qədim Şərq tarixi. Bakı Universiteti Nəşriy­yatı, 1993.

16. Əbülfəz Rəcəbli. Qədim türkcə-azərbaycanca lüğət. Bakı, Azər­baycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.

17. Tariyel Vəli Nüvədili. Əcdad. Sietl, BA, ABŞ, 1997.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az