BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

Kİ-SİKİL, yoxsa QIZOĞUL

və ya

QƏDİM ABİDƏNİN DİLİNİN TƏD­Qİ­Qİ

 

Oxuy­ub təh­lil et­dikcə alim­lə­ri­miz dey­ir­di­lər ki, İz­zəd­din Şeyx Hə­sə­noğ­lu­nun «Apar­dı könlümü bir xoş qə­mər yüz, can­fə­za dil­bər» mi­s­ra­sı ilə ba­ş­lay­an qə­zə­li lüğət tər­ki­bi, mor­fo­lo­ji və sin­tak­tik qu­ru­lu­şu, po­etik sə­viy­yə­si­nin yüksək­liyi eti­ba­ri­lə elə bir ka­mil bə­dii sənət nümu­nə­si­dir ki, Azər­bayc­an ya­zı­lı ədə­bi di­li­nin bi­zə gə­lib ça­tan ilk və ye­g­a­nə nümu­nə­si ola bil­məz, gec-tez dövrün baş­qa sə­nət abi­də­lə­ri də inci pa­rıl­tı­sı üzə­ri­ni örtmüş qa­lın toz­dan tə­miz­lən­mə­li və uzaq ke­ç­mi­şin qa­ran­lıq­la­rı içə­ri­sin­dən işıq sa­ç­ma­lı­dır. Çox ke­ç­mə­di, Hə­sə­noğ­lu­nun baş­qa şeir­lə­ri də ta­pıl­dı. Çox ke­ç­mə­di, «Da­s­ta­ni-Əh­məd Hə­ra­mi» ki­mi xalq di­li­nin tə­bi­i­lik və şi­rin­liy­i­ni özündə cəm­lə­miş gö­zəl bir məs­nə­vi mey­da­na çıx­dı.

Mütə­xəs­sis ol­may­an bir çox­la­rı di­lin ta­ri­xi ilə bağ­lı bir sı­ra ter­min­lə­ri ey­ni sə­viyy­ə­li an­lay­ı­ş­la­rın ifa­də­çi­si ki­mi qə­bul edir­lər. «Ümum­xalq Azər­bayc­an di­li», «Azər­bayc­an şi­fa­hi ədə­bi di­li», «Azər­bayc­an ya­zı­lı ədə­bi di­li» ter­min­lə­ri di­lin bi­ri di­g­ə­ri­nin içə­ri­sin­də ye­ti­şən müxtə­lif in­ki­şaf mər­hə­lə və sə­viyy­ə­lə­ri­ni əks et­di­rir və tə­bii ki, bu in­ki­şaf qeyd et­diy­i­miz ter­min ar­dı­cıl­lığı ilə­dir: əv­vəl ümum­xalq di­li, so­nra şi­fa­hi ədə­bi dil, da­ha so­nra ya­zı­lı ədə­bi dil təşəkkül ta­pır. Ümum­xalq di­li for­ma­laş­ma­dan şi­fa­hi ədə­bi dil ya­ra­na bil­məz. Şi­fa­hi ədə­bi dil ol­ma­dan ya­zı­lı ədə­bi dil ya­ran­maz. Həm də bun­lar­dan hər bi­ri özündən əv­vəl­ki­nin içə­ri­sin­də, əv­vəl­ki­nin zə­mi­nin­də nor­ma­la­şır. Bu, di­lin xəl­qi-tə­bii in­ki­şaf yo­lu­dur, de­mo­kra­tik yol­dur. Baş­qa hal­lar da var. Mə­sə­lən, türk ali­mi Ziya Göy­alp ha­zır­kı türk di­li­nin ya­zı­lı və şi­fa­hi qol­la­rı haq­qın­da ya­zır: «Türkiy­e­nin mil­li li­sa­nı İs­tan­bul türkce­si­dir; bu­na şüphe yok! Fa­kat, İs­tan­bul­da iki türkce var: bi­ri ko­nu­şu­lup da ya­zıl­mıyan İs­tan­bul lehc­e­si, di­g­e­ri yazı­lıp da ko­nu­şıl­mıy­an Os­man­lı li­sa­nı­dır. Ac­a­ba, mil­li li­sa­nı­mız bun­lar­dan ha­ng­ı­sı olac­ak­tır?» (1;72) Ziya Göy­alp bu tə­zad­lı ha­lı düzgün mü­ha­ki­mə edə­rək be­lə qə­ra­ra gə­lir ki, «bu iki­lik li­sa­nı bir ha­s­ta­lık­tır», «İs­tan­bul­da ya­zı­lan li­san ta­bii bir dil de­gil, Es­pe­ran­to ki­bi süni bir dil­dir», bu­na gö­rə də ya ya­zı di­li­ni «ko­nuş­ma di­li ha­li­ne ge­tir­mek, ya­hut ko­nuş­ma di­li­ni ay­nı za­man­da ya­zı di­li ha­li­ne koy­mak». Müəl­lif çox düzgün qə­rar çı­xa­rır, süni di­li böyük bir xal­qa zor­la necə sı­rı­maq olar: «İs­tan­bul aha­li­si bu ac­a­ip ya­zı di­liy­le ko­nuş­maya ba­ş­la­mış ol­say­dı bi­le, yi­ne bu ya­zı di­li, ger­çek­ten mil­li li­san ola­maz­dı. Çünkü onu ko­nuş­ma di­li ola­rak yal­nız İs­tan­bu­lun de­g­il, bütün Türküye­nin ka­bul et­me­si la­zım ge­lir­di. Bu ka­dar büyük bir ce­miy­e­te ise zor­la hiç bir şey ka­bul et­ti­ri­le­mez­di». (1;73)

Hə­min söz­lə­ri və türk di­li­nin bu və­ziyy­ə­ti­ni qeyd et­mək­də məq­sə­di­miz odur ki, di­lə süni müda­xi­lə, onu xalq­dan, onun tə­bii ifa­də va­si­tə­lə­rin­dən ay­ır­maq, Es­pe­ran­to ki­mi süni bir ədə­bi dil ya­rat­maq gec-tez öz zə­rər­li bə­h­rə­si­ni ver­mə­li­dir. Azər­bayc­an di­li­nin xoş­bəxt­liyi ora­sın­da­dır ki, da­im tə­bii in­ki­şaf yo­lun­da olub, pu­rizm tə­sir­lə­ri­ni öz içə­ri­lə­ri­nə bu­rax­may­ıb - zor­la öz yo­lun­dan sap­dı­rıl­may­ıb. Am­ma xa­rici tə­sir­lər al­tın­da in­lə­diyi vaxt­lar çox olub: ərəb, fars söz və tər­kib­lə­ri ilə yüklən­diyi yüzil­lik­lər var; la­kin o da var ki, tə­d­ric­ən sil­kə­lə­nib on­la­rın bü­tün ya­rar­sız­la­rı­nı, la­zım­sız­la­rı­nı on­la­rın öz mül­kü­nə sə­pə­ləy­ib, özünə la­zım olan­la­rı sax­lay­ıb. Am­ma ona di­van tu­tul­duğu, onun ağ­lar qal­dığı çağ­lar da olub: işğ­al­çı­lar - ərəb­lər, farslar, ələlxüsus bi­zim əbə­di düşmə­ni­miz er­mə­ni­lər onun qə­lə­mə alın­mış abi­də­lə­ri­ni şə­lə-şə­lə çay­la­ra töküb, oda qa­laq edib. Ona görə də o zə­ng­in xə­zi­nə­dən qı­rağa dü­şüb od tu­tub yan­may­an «Da­s­ta­ni-Əh­məd Hə­ra­mi»yə, Hə­sə­noğ­lu­nun ya­rım­çıq di­va­nı­na rast gəl­dikcə gözü­mü­zə işıq gə­lir. Məc­bur olub or­dan-bur­dan işıq sa­çan bir qrup an­t­ro­po­nim, to­po­nim və et­no­nim əsa­sın­da, ta­ri­xin ümu­mi ge­di­şi əsa­sın­da, mən­ti­qin gücü ilə di­li­mi­zin ta­ri­xi­ni öy­rə­ni­rik. Ta­ri­xi pro­se­sin özü ar­tıq V əsrdə ümum­xalq Azər­bayc­an di­li­nin mövc­ud ol­duğ­u­nu sübut edir. Yax­şı ki, «Də­də Qor­qud»u tə­bi­ət müha­fi­zə edib sax­layıb, yox­sa heç sübut edə bil­məz­dik ki, ar­tıq VI-VIII əsrlər­də şi­fa­hi ədə­bi di­li­­miz var idi. Ni­za­mi özü de­sə də ki, şah ona «Ley­li və Məc­nun» ki­­mi məs­nə­vi­ni türkcə (azər­bayc­anca) qə­lə­mə al­mağı məs­lə­hət gör­mə­yib və bu­ra­dan ay­dın mən­tiq­lə XII əsrdə türk-Azər­bayc­an di­lin­də «Ley­li və Məc­nun» ki­mi nə­hə­ng bir da­s­tan ya­zıl­ma­sı müm­kün­lü­yü or­taya çıx­sa da, biz hə­lə XII yüzil­lik­də də ya­zı­lı ədə­bi di­li­mi­zin tam təşəkkülündən eh­tiy­at­la da­nı­şı­rıq. Am­ma er­mə­ni­lə­rin 1-ci mi­nil­liy­in or­ta­la­rı­na aid on­larca ki­tab­la­rı var. Hal­bu­ki Azər­bayc­an döv­lət­çi­lik ta­ri­xi­nin 4700, er­mə­ni­lə­­­rin 2400 il ta­ri­xi mə­lum­dur.

Xüla­sə, in­di gə­lib bu «Da­s­ta­ni-Əh­məd Hə­ra­mi» ça­tıb əli­mi­zə. La­kin bu gü­nə qə­dər hə­min əsə­ri də ki­fay­ət qə­dər öy­rən­mə­mi­şik. Mütə­xəs­sis­lər bi­lir­lər ki, hə­lə də bu əsə­rin di­li­mi­zin ta­ri­xin­də ro­lu­na da­ir san­bal­lı bir əsər ya­zıl­may­ıb, onun el­mi, ədə­bi, es­te­tik və xüsu­si­lə linq­vis­tik qiy­mə­ti ki­fay­ət qə­dər aş­kar­lan­may­ıb.

Vax­ti­lə türk ali­mi Tə­lət Onay tə­rə­fin­dən ta­pı­lıb 40-cı il­lər­də iki də­fə çap olun­muş bu əsə­ri Azər­bayc­an oxu­cu­la­rı­na Azər­bay­can Mil­li Elm­lər Aka­de­miy­a­sı­nın müx­bir üzvü, fi­lo­lo­g­iya elm­lə­ri dok­to­ru, pro­fes­sor Əly­ar Sə­fər­li çat­dır­mış­dır. Müəl­lif əsə­rə də­yər­­li bir ön söz ya­za­raq onu 1978-ci il­də çap et­dir­miş­dir. Əsə­rin adın­da­kı da­s­tan sözü janr bil­dir­mir, 'əh­va­lat', 'nağ­ıl', 'qis­sə' mə­na­sın­da ba­şa düşülür və tə­sadüfi dey­il­dir ki, T.Onay əsə­ri «Da­s­ta­ni-Ah­met Ha­ra­mi na­kı­lı» ad­lan­dır­mış­dır.

Tə­lət Onay «Da­s­ta­ni-Əh­məd Hə­ra­mi»nin Azər­bayc­an di­lin­də ya­zıl­dığ­ı­nı xüsu­si qeyd et­miş­dir: «Ese­rin li­sa­nı umu­miyy­et iti­ba­riy­le Oğ­uz Türkce­si, Aze­ri lehc­e­si­dir». (3;10) Bu fi­kir re­al dil ma­te­ri­a­lın­dan doğ­muş­dur. Tə­lət Onay ay­dın Azər­bayc­an di­li fakt­la­rı əsa­sın­da «Aze­ri li­sa­nın­da­dır» de­miş, hə­qi­qə­ti heç bir mil­li his­sə qa­pıl­ma­dan düzgün söy­lə­miş­dir. Bu fakt di­li­mi­zin ta­ri­xi ilə bağ­lı yer­siz bir müba­hi­səyə son qoy­maq üçün çox əhə­miyy­ət­li­dir (bu ba­rə­də bir qə­dər sonra da­nı­şac­ağ­ıq). La­kin T.Onay Azər­bayc­an di­li­nə, görünür, az bə­ləd ol­duğu üçün «Ön söz»də­ki bir sı­ra qeyd­lə­rin­də yan­lı­ş­lığa yol ver­miş, XIII yüzil­liy­in ay­rıc­ın­da mey­da­na çı­xan fər­q­li cə­hət­lə­ri mü­asir Azər­bayc­an ədə­bi di­li əsa­sın­da de­yil, türk ədə­bi di­li ba­xı­mın­dan izah etmiş­dir.

T.Onay ya­zır: «Eser­de he­men her ke­li­me müel­li­fin key­fi­ne gö­re ma­na al­mış ki­bi­dir. Bu­günkü ma­nayı ve­rir­sek, mü­el­li­fin Türkceyi iyi bil­me­di­g­i­ne hükmo­lu­na­bi­lir; o mıs­­ra­lar­dan dürüst bir ma­na çık­maz. Çık­sa da, çar­pık dü­şer. Fa­kat şa­i­rin o za­man­kı Türkceyi iyi bil­di­gi, ke­li­me­le­ri yer­li ye­rin­de kul­lan­dığı, hat­ta Fars­caya da tam vu­ku­fu ol­duğu söy­le­ne­bi­lir.» (3;13) Müəl­lif bu zid­diyy­ət­li söz­lə­ri söy­ləy­ə­rək da­s­ta­nın di­lin­də­ki bir sı­ra söz və ifa­də­lə­rin iza­hı­na ça­lış­mış­dır.

 

Türk ali­mi di­lin müa­sir sə­viyy­ə­si üçün tə­bii say­ma­dı­ğına görə da­s­ta­nın di­lin­də kö­mək­çi fel­lər əvə­zi­nə, bir sı­ra hal­lar­da «ədat» (şə­kil­çi) iş­lən­diy­i­ni ('kan­de ol­duğu' əvə­zi­nə 'kan­de­liği' şək­lin­də) qeyd et­miş­dir. Müəl­lif bu­nu türk di­li ba­xı­mın­dan tə­əccüb doğ­ur­duğu üçün söy­lə­miş­dir. Azər­bayc­an can­lı da­nı­şıq di­lin­də, xüsu­sən məi­şət ünsiyy­ə­tin­də «O ha­ra­da­dır?» su­a­lı­nın ca­va­bın­da, haq­qın­da da­nı­şı­la­na mən­fi müna­si­bət mə­qa­mın­da «Onun ha­ra­da ol­duğu mə­ni ma­raq­lan­dır­mır» yox (bu, ədə­bi for­ma­dır), «Onun har­da­lığı mə­ni ma­raq­lan­dır­mır» dey­i­lir. Bu cür ifa­də tər­zi azər­bayc­an­lı nit­qi­nin tə­bii və bir qə­dər mə­həl­li ifa­də for­ma­la­rın­dan­dır.

Müəl­li­fi tə­əccüblən­di­rən baş­qa fakt­lar da var­dır: «mü­ba­liğ­ə­ni - ço­xalt­ma də­rəc­ə­si­ni» ya­rat­maq üçün si­fət­lə­rin so­nu­na -rak,-rək ar­tı­rıl­mış­dır: büyükrek. Mə­lum­dur ki, XX əs­rə qə­dər bu şə­kil­çi Azər­bayc­an di­lin­də ən iş­lək şə­kil­çi­lər­dən ol­muş­dur. Müəl­li­fin fik­­rincə, bə­zi ifa­də­lər, mə­sə­lən, 'ac­ıq elə­mək' fars di­lin­dən tərcümə­dir. Əs­lin­də isə bu cür ifa­də­lər Azər­bayc­an di­li­nin ru­hi ifa­də­lə­rin­dən­dir, qa­nın­da, ca­nın­da­dır. Bir sı­ra mürək­kəb fel­lə­rin ha­zır­kı for­ma­sı­nı da türk ədə­bi di­lin­də ax­tar­maq­la mürək­kəb fel ya­ra­dıc­ı­lığ­ı­nın da müa­sir dil­dən fər­q­lən­diy­i­ni gö­s­tə­rən müəl­lif: 'söy­leyi get­mək', 'köşk ey­lə­mək', 'pər­də götürmək', 'tu­ru get­mək' fel­lə­ri­nin əs­li­ni 'söy­ley­ip dur­mak', 'köşk yap­maq', 'per­deyi kal­dır­maq', 'ay­ağa kalk­mak' şə­kil­lə­rin­də düşünür. Bi­rinci qrup ifa­də­lər­də ar­xa­ik ele­ment­lər ol­sa da, on­lar Azər­bayc­an di­li­nin ru­hu­na da­ha ya­xın­dır. 'Söy­leyi', 'tu­ru' söz­lə­ri «Də­də Qor­qud»da çox iş­lə­nən fe­li bağ­la­ma for­ma­sı­dır; türk di­lin­dən fər­q­li ola­raq, Azər­bayc­an di­lin­də 'yap­maq' sözü məh­dud şə­kil­də ('çö­rək yap­maq', 'tə­zək yap­maq' ki­mi bir sı­ra ifa­də­lər­də) iş­lə­nir; 'pər­də götürmək' - 'ara­nı aç­maq' mə­na­sın­da ən çox iş­lət­diy­i­miz ifa­də­dir; 'du­rub get­mək' ay­rı şey­dir, 'ay­ağa qalx­maq' ay­rı - ay­ağa qal­xıb get­mə­mək də olar. Bun­lar gö­s­tə­rir ki, şa­ir lek­sik ma­te­ri­a­lı se­çər­kən «key­fi­nə gö­rə» se­ç­mə­miş, can­lı Azər­bayc­an xalq di­li ma­te­ri­alı­na əsas­lan­mış­dır.

T.Onay­ın əl­də et­diyi əly­az­ma­sı, tə­bii ki, ərəb əlif­ba­sı ilə idi, ona gö­rə də o, əlif­ba­nın oxu­nu­şu, im­la­sı ilə bağ­lı bə­zi qeyd­lər et­miş­dir. Qeyd­lər pro­se­sin­də də bir sı­ra söz­lə­ri türk tə­ləffüzünə müva­fiq izah et­miş­dir.

Söz önündə (an­la­ut­da) iş­lə­nən «x» sə­si, bir qay­da ola­raq, türk tə­ləffüzünə müva­fiq şə­kil­də «h» ilə əvəz edil­miş­dir: xa­tu­nu - 'ha­tu­nu', xoca - 'hoce'; tə­bii ola­raq, türk tə­ləf­füz­ü ilə «ə» sə­si­ni bil­di­rən işa­rə­lə­ri də «e» və «a» ilə ve­rmiş­dir: get­mək əvə­zi­nə 'git­mek', zəhm əvə­zi­nə 'zahm' və s. ki­mi.

Azər­bayc­an di­lin­də «a», türk di­lin­də «e» ilə tə­ləffüz edi­lən səs­lər «əlif»lə ya­zıl­dığı hal­da, müəl­lif türk tə­ləffüzü ilə «e» hər­fi­nə üstünlük ver­miş, söz­lə­rin 'söy­le­ye­lüm', 'ey­ley­elüm', 'edelüm' ki­mi ya­zı­lı­şı­nı bir növ tə­əc­cüblə qar­şı­la­mış­dır. Mə­sə­lə bu­ra­sın­da­dır ki, bu cür söz­lər­də «lam» hər­fin­dən əv­vəl «əlif» ya­zıl­mış­dır, ona gö­rə də «a» və ya «ə» ki­mi («al», «əl» şək­lin­də) oxun­ma­lı­dır, la­kin müəl­lif «lam» hər­fin­dən əv­vəl­ki «əlif»in «e» ki­mi («el» şək­lin­də) oxu­nu­şun­da is­rar­lı­dır. Ona gö­rə də bu söz­lə­rin heç bi­ri­ni düzgün oxuya bil­mə­miş­dir. Bu söz­lər azər­bayc­anca ya­zıl­mış­dır və bu gün də ( -alım, -əlim şə­kil­çi­si­nin ar­xa­ik­ləş­mə­si is­tis­na ol­maq­la) 'söy­liy­ə­lim', 'ey­li­yə­lim', 'edə­lim' (qə­dim ya­zı­lı­şı ilə 'söy­liy­əlüm', 'ey­li­yəlüm', 'edəlüm') ki­mi tə­ləffüz olu­nur. «Əlif»in həm də «ə» ye­rin­də «kul­lan­dığ­ı­nı» qeyd edə-edə, nə əc­əb sözünü 'na­ceb' (ne­ac­ep), di­lərüm sözünü 'di­lerüm', döv­lət­li sözünü 'dev­letlü' şək­lin­də oxu­muş­dur. Bu min­val­la müəl­lif azər­bayc­anca «əlif» və «lam»la ya­zıl­mış yo­la sözünü «es­ki im­la­mı­za mü­ha­lif» he­sab edə­rək 'yo­le' şək­lin­də trans­krip­siya et­miş­dir. Əsə­rin ye­ni­dən tər­ti­bi za­ma­nı Ə.Sə­fər­li bun­la­rı ək­sə­riyy­ət eti­ba­ri­lə düzəlt­mişdir.

Da­s­ta­nın di­lin­də «ü» bağ­lay­ıc­ı­sı «və»nin və­zi­fə­si­ni ye­ri­nə ye­tir­miş­dir. Məs.: İraqü İs­fa­han, No­v­ruzü Şah­naz Edər­di bir-bi­ri­nə iki şah naz . Ü bağ­lay­ıc­ı­sı bə­zən həm­cins­lər ara­sın­da tə­k­rar olun­muş­dur: Do­lu rey­hanü nə­s­rinü çə­mən­lər, Bi­tib­dir dürlü nər­g­iz­lər, sə­mən­lər. Qo­şul­duğu söz sa­it­lə qur­tar­dıq­da «v» bi­tiş­di­ric­i­sin­dən is­ti­fa­də edil­miş, bağ­lay­ıcı şək­li­nə düşmüşdür: Ta­ma­şavü dü­gün söh­bət­lər ol­du; Bu­nu de­divü xa­dim dur­du get­di . bağ­lay­ıc­ı­sı ilə pa­ra­lel iş­lən­miş­dir: Gö­zət­mə­di sa­ğı­nı və so­lu­nu ; Və bir tər gül so­lub tor­pağa düşdü .

T.Onay ma­raq­lı bir xüsu­siyy­ət müşa­hi­də et­miş­dir. Ya­zır ki, iki ərəb, ya­xud iki fars və ya bir ərəb, bir fars kəl­mə­si həmc­in­sləş­di­ril­dik­də «vav» («v») hər­fin­dən, yə­ni «və» bağ­lay­ıc­ı­sın­dan is­ti­fa­də edil­miş­dir; la­kin iki türk sözü bu cür həmc­in­sləş­di­ril­dik­də «ya» hər­fi ( «ı» ) iş­lən­miş­dir: tur­mağ-ı git­mek . Görünür, bu­ra­da həm də köklü bir şey duy­duğu üçün əla­və et­miş­dir: «Her hal­de, qra­mer nok­ta­sın­dan dik­ka­te de­g­er». (3;12) Bu, hə­qi­qə­tən, köklü mə­sə­lə­dir. Mə­sə­lə bu­ra­sın­da­dır ki, bi­zim dil­çi­lər «və» bağ­lay­ıc­ı­sı­nı da, «ü» bağ­lay­ıc­ı­sı­nı da alın­ma he­sab edir­lər və ərəb di­lin­dən alın­dığı­nı gö­s­tə­rir­lər. Ərəb­lə­rin isə bi­zim­lə sıx əla­qə­si ən te­zi VII əsrdən he­sab olu­nur. Bəs nə cür olur ki, alın­ma kəl­mə­lər­də «və», xa­lis türk söz­lə­rin­də «ü» bağ­lay­ıc­ı­sı iş­lə­nir? «Və» də, «ü» də ərəb mən­şə­li si­no­nim bağ­la­y­ıcı­lar say­ı­lır (bax: 4; 603;633). Bun­la­rın Azər­bayc­an di­lin­də iş­lən­mə tari­xi bu vax­ta qə­dər diq­qət­lə araş­dı­rıl­may­ıb. «Və» bağ­lay­ıc­ı­sı, gü­man ki, hə­qi­qə­tən is­lam di­ni­nin yay­ıl­mağa ba­ş­la­dığı dövr­dən ya­zı­lı ədə­bi di­li­miz­də yer elə­məyə ba­ş­lay­ıb. Am­ma onun si­no­ni­mi olan «ü» bağ­lay­ıc­ı­sı­nın ta­ri­xi çox qə­dim­dir. Biz bu bağ­lay­ıc­ıya hə­lə e.ə. III mi­nil­liy­in son­la­rın­da şu­mer və ak­kad ya­zı­la­rın­da rast gə­li­rik. Şu­mer­lə­rin isə bi­la­va­si­tə va­ri­si Azər­bayc­an türklə­ri say­ı­lır. Be­lə­lik­lə, bu bağ­lay­ıc­ı­nın di­li­miz­də 1500 il­lik yox, azı 4000 il­lik ta­ri­xi var­dır və müa­sir ədə­biyy­a­tı­mız­da sı­ra­dan çıx­sa da, uzun müddət Azər­bay­can di­li da­şıy­ıc­ı­la­rı bu bağ­layı­cı­nı özününki ki­mi iş­lət­miş­dir. Onun xa­lis Azər­bay­can-türk söz­lə­ri ara­sın­da özünə yer elə­mə­si də bu­nun­la bağ­lı­dır. Ona gö­rə da­s­ta­nın di­lin­də hət­ta va­ri­ant­laş­mış­dır da:

 

Qo­va-qo­va könül dünyaya ir­di,

Ömür keç­di, sa­qal-ı saç ağ­ar­dı.

Cə­bə cöv­şən si­la­hı gey­di an­lar,

Qə­za yo­lu­na qoy­ub baş-ı can­lar.

 

Po­ema­nın di­lin­də müva­fiq nümu­nə­lər­də elə be­lə də iş­lən­miş­dir ('sa­qal-ü saç' yox, 'sa­qal-ı saç' ki­mi, 'baş-ü can' yox, 'baş-ı can' ki­mi).

T.Onay bir sı­ra söz­lə­rin mə­na­sı­na da diq­qət ye­tir­miş və hə­min söz­lə­ri müa­sir türk lek­si­ka­sı ilə müqay­i­sə edə­rək yaz­mış­dır: «Bir çoq ke­li­me­ler bu­günkü ma­na­dan baş­ka bir ma­na ta­şı­mak­ta­dır. İn­san­lar doğ­ar, ya­şar, ne­sil bı­ra­kar, ölürler, Ke­li­me­ler de böy­le­dir. Doğ­ar­lar, ya­şar­lar, ürer­ler, bir­çok ma­na alır­lar, ölürler. Ya­hut bir-iki ma­na ile ebe­di ka­lır­lar.» (3;13) Müəl­lif «Ulu­la­ra geyürdi xəl'­ət-i ton» mi­s­ra­sın­da 'xəl'ət' sözünü 'hil'at' ki­mi yaz­maq­la ya­na­şı, 'ton' (don) sözünün müa­sir türkcə­də «iç pan­ta­lo­nu» mə­na­sın­da iş­lən­diy­i­ni, la­kin əsər­də «iç ca­ma­şı­rı» mə­na­­sın­da ol­duğ­u­nu qeyd et­miş­dir. Ümu­mən 'pal­tar' mə­na­sın­da olan 'don' sözü ha­zır­da bi­zim di­li­miz­də qa­dın üst ge­yi­mi­nin bir növünü bil­di­rir. Da­s­tan­da­kı mə­na­sı ta­ri­xən di­li­miz­də iş­lən­miş mə­na­sı­na tam müva­fiq­dir.

Mi­sal­lar­dan ay­dın olur ki, T.Onay əsə­rin aş­kar şə­kil­də Azər­bay­can di­lin­də ya­zıl­dığ­ı­nı görüb eti­raf et­sə də, bir sı­ra söz və ifa­də­lə­rin müa­sir dil­dən fər­qi­ni türk di­li əsa­sın­da izah et­mək­lə yan­lı­ş­lığa yol ver­miş­dir. La­kin bi­zi bu­ra­da ma­raq­lan­dı­ran bu bir ne­çə tər­tib qüsu­ru dey­il­dir. Bi­zi ma­raq­lan­dı­ran, bir az əv­vəl qeyd et­di­yi­miz ki­mi, mühüm bir prin­si­pi­al mə­sə­lə­dir: Azər­bayc­an ta­rix­çi, dil­çi və ədə­biyy­atşünas­la­rı­nın bir ço­xu id­dia edir­lər ki, Azər­bay­can və türk dil­lə­ri XII-XIII əsrlər­də bir kök­dən ay­rıl­mış­dır və hət­ta XVI əs­rə qə­dər fər­q­lən­mə­miş, yal­nız XVI əsrdən bu dil­lər­də di­fe­ren­si­a­siya ba­ş­la­mış­dır. Biz bu fi­k­rə da­im eti­raz et­mi­şik. Mə­sə­lən, Yu­nus Əm­rə­nin «Gülde­s­te» (An­ka­ra,1990) ki­ta­bı­na ön söz­də Se­vgi və Ay­vaz Gö­g­də­mir­lə­rin ey­ni səc­iyy­ə­li fi­k­ri­nə po­le­mik qeyd­lə­ri­miz bu­na mi­sal ola bi­lər: «Ərəb əlif­ba­sı Yu­nus Əm­rə­ni bütün is­lam türklə­ri üçün «türkcə­ləş­dir­sə» də, Yu­nu­sun di­li «or­tak» mə­də­niyy­ət di­li­nin bir çox ele­ment­lə­ri­ni özündə cəm­ləş­dir­sə də, türk və Azər­bayc­an dil­lə­ri­nin hər bi­ri­nin müstə­qil in­ki­şaf yo­lun­da ol­du­ğu­nu ay­dın şə­kil­də əks et­di­rəc­ək də­rəc­ə­də türk mil­li di­li­dir.» Gö­g­də­mir­lə­rin düşündüyü ki­mi düşünən­lər çox­dur. Dok­tor Ca­vad Hey­ət ya­zır: «Bil­diy­i­miz ki­mi, Azər­bayc­an və İra­nın di­g­ər yer­lə­rin­də, hət­ta Ana­do­lu­da da­ha çox Oğ­uz türklə­ri yer­ləş­dik­lə­ri üçün bu­ra­lar­da Oğ­uz türkcə­si yay­ıl­mış və 13-cü mi­la­di əs­rin­dən so­nra azə­ri və Ana­do­lu ləhc­ə­lə­ri və ya türkcə­lə­ri zühur et­miş­dir. Bu iki türk ləh­cə­lə­ri əs­lin­də bir dil­dən nə­şət etdik­lə­ri hal­da, son­ra­lar iki müstə­qil di­lə çe­v­ri­lib, iki müstə­qil ədə­biyy­a­ta sa­hib ol­mu­ş­lar» (7;16).

Bu­ra­da söy­lə­ni­lən fi­kir Ana­do­lu türklə­ri üçün müəyy­ən mə­na­da məq­bul ola bi­lər. Cə­nu­bi və Şi­ma­li Azər­bayc­an əra­zi­lə­rin­də Azər­bayc­an di­li­nin for­ma­laş­ma və in­ki­şa­fı­nı bu yer­lə­rə XIII əsrdən oğuz­la­rın gə­li­şi ilə bağ­la­maq ol­maz. Azər­bayc­an əra­zi­sin­də türk tay­fa­la­rı çox qə­dim­dən mövc­ud ol­muş, türk mən­şə­li ümum­xalq Azər­baycan di­li hə­lə oğ­uz­lar­dan çox-çox əv­vəl for­ma­laş­mış­dır». (5; 16)

Tə­lət Onay əsə­rin di­lin­də­ki bir sı­ra lek­sik va­hid­lə­rin ek­vi­va­lent­lə­ri­ni də ax­tar­ma­lı ol­muş­dur: yügürmək, qaq­maq (qax­maq), düşmək, yan, toy, ağa, buy­ruq, daş, ər, öz, ulu, yax­şı, ya­man, yaş, ya­zı, et­mək, yu­maq və s. Bun­lar Azər­bayc­an di­li­nin ən iş­lək lek­sik va­hid­lə­rin­dən­dir.

Qeyd edi­lən­lər da­s­ta­nın ya­ran­dığı XIII əsrdə türk və Azər­baycan dil­lə­ri­nin fər­q­li və müstə­qil in­ki­şaf yo­lun­da ol­duğ­u­nu sü­but edir.

Ümu­mi­ş­lək, ter­mi­no­lo­ji, mə­həl­li və ar­xa­ik söz­lə­rin, alın­ma­la­rın, mor­fo­lo­ji və üslu­bi-sin­tak­tik xüsu­siy­yət­lə­rin si­s­tem­li təh­li­li da­s­ta­nın di­li­nin «Ki­ta­bi-Də­də Qor­qud»un di­li­nə ya­xın ol­maq­la ya­na­şı, ar­tıq ya­zı­lı tə­şək­külünü ba­şa çat­dır­mış, müstə­qil in­ki­şaf yo­lun­da olan bir ədə­bi di­lin qiy­mət­li bə­dii nümu­nə­si ol­duğ­u­nu təs­diq edir.

Ruh eti­ba­ri­lə «Də­də Qor­qud»a ya­xın olan «Əh­məd Hə­ra­mi» «Də­də Qor­qud»la müqay­i­sə üçün ge­niş im­kan­lar ve­rir. Əsər­də elə nitq de­tal­la­rı müha­fi­zə olun­muş­dur ki, ol­du­ğu ki­mi bu gün də bi­zim şi­və­lə­ri­miz­də iş­lən­mək­də­dir. Lüğət tər­ki­bin­də­ki söz­lə­rin əsas kütlə­si ümum­xalq di­lin­də, ədə­bi di­li­miz­də sa­bit­ləş­miş söz­lər­dir.

 

Məs­nə­vi­də elə dil fakt­la­rı da var­dır ki, onun di­li­ni özündən üç min-dörd min il əv­və­lə - Şu­me­rə bağ­lay­ır, yan­lış bir idey­a­nın ənənə­­vi və kor­tə­bii da­va­mı ki­mi, bir çox­la­rı tə­rə­fin­dən eti­raz­la qar­şı­la­nan da­ha böyük bir pro­ble­mə işıq sa­lır. Görünür, şu­merşünas türko­loq­la­rın Azər­bayc­an türklə­ri­nin di­li­nin şu­me­rin va­ri­si ol­duğu ba­rə­də fi­kir­lə­ri get­dikcə da­ha inan­dı­rıcı dil fakt­la­rı ilə tə­s­diq oluna­caq­­dır. İşi do­laş­dı­ran ən mü­hüm çə­tin­lik ora­sın­da­dır ki, bütün şu­mer təd­qi­qat­çı­la­rı qeyd edir­lər ki, Şu­mer di­li­nin oxun­muş mətnlə­rin­də söz­lə­rin necə tə­ləffüz edil­diy­i­ni müəyy­ən­ləş­dir­mək hə­lə­lik mümkün ol­ma­mış­dır. Şu­mer söz­lə­ri Ak­kad tə­ləffüzü əsa­sın­da müəyy­ən­ləş­di­ril­miş­dir. Baş­qa söz­lə de­sək, Şu­mer di­li­nin sa­mit­lər si­s­te­mi qə­na­ət­bəxş şə­kil­də müəyy­ən edil­miş ol­sa da, sa­it­lə­rin tə­ləffüzündə böyük tə­q­ri­bi­lik qal­maq­da­dır. Bu mə­sə­lə­nin üzə­rin­də uzun day­an­ma­dan kon­kret bir mi­sal­la ki­fay­ət­lə­nəc­əy­ik.

Şu­mer di­lin­də «Kİ-Sİ­KİL» sözü var­dır və bu söz çox iş­lə­nən mürək­kəb söz­lər­dən­dir. Mə­na­sı 'qız' de­mək­dir. İ.M.Dya­ko­nov bu sözü vu­rğ­u­su ilk hec­aya düşən mürək­kəb söz­lər sı­ra­sın­da ver­miş və mə­na­sı­nı 'çi­s­toe me­s­to', 'de­vuş­ka' şək­lin­də izah et­miş­dir. (6,53) Təkcə bu mi­sal­dan ba­şa düşmək olur ki, mi­xi ya­zı­la­rı oxuy­an­lar - gör­kəm­li şu­merşünas­lar çox za­man sözün mə­na­sı­nı cümlə­nin ümu­mi məz­mu­nu əsa­sın­da də­qiq­ləş­dir­mi­ş­lər. Çox ma­raq­lı­dır: 'tə­miz yer' bir­ləş­mə­si­nin ifa­də et­diyi mə­na ilə 'qız' sö­zünün nə əla­qə­si ola bi­lər­di? Əs­lin­də, in­sa­nın il­kin dün­ya­g­örüşünü, bə­sit tə­fəkkürünü düşündükdə əla­qə mümkün­dür: tə­miz yer - 'to­xu­nul­ma­mış, ba­ki­rə' mə­na­sın­da­dır. Bu mə­na­nı 'ki-si­kil' sözü ilə necə müəyy­ən et­mi­ş­lər? Adi mən­tiq­lə: ki - yer de­mək­dir, in­di di­li­miz­də iş­lət­diy­i­miz 'kir' (çirk, pas, tor­paq) sözü də bu­ra­dan­dır və əs­lin­də k>y ke­çi­di ilə 'yer' sözü də bu­ra­dan­dır; si­kil sözü isə şu­mercə 'tə­miz' de­mək­dir. Mətn im­kan ve­rib ki, 'tə­miz yer' söz­lə­ri 'ba­ki­rə' mə­na­sı­nı ifa­də et­sin. 'Qız' sözü də me­ta­fo­rik yol­la bu əsas­da düşünülüb: 'ba­ki­rə' - qız olar.

Bi­zim fi­k­ri­mizcə, sözün bu cür iza­hı uy­dur­ma­dır. Söz düzgün mə­na­lan­dı­rıl­mış­dır, hə­qi­qə­tən mə­na­sı 'ba­ki­rə' de­mək­dir, la­kin ki si­kil söz­lə­ri əsa­sın­da izah düz dey­il. Sa­mit­lər düzgün müəy­yən­ləş­di­ri­lib, hət­ta oğ­uz tə­ləf­fü­zünə gö­rə vu­rğ­u­nun bi­rinci hec­aya düşmə­si də düz müəyy­ən edi­lib, la­kin söz mürək­kəb söz ki­mi doğ­ru bölünməy­ib və baş­lıc­a­sı, sa­it səs­lər düzgün müəyy­ən edil­məy­ib. Sözün tə­ləffüz şək­li­ni müəyy­ən et­mək üçün «Da­s­ta­ni-Əh­məd Hə­ra­mi» bi­zə fakt ve­rir. Da­s­tan­da iki də­fə qı­zoğ­lan­lar sözü iş­­lən­miş­dir (bu sö­zə kı­zoğ­ul şək­lin­də türk dil­lə­ri­nin qə­dim abi­də­lə­rin­də də rast gəl­mək olur; bax: «Qə­dim türk abi­də­lə­ri­nin sözlüyü», s.65):

Də­xi al­dı qı­zoğ­lan­lar xə­lay­iq,

Hu­ri sa­nır gö­rən bun­la­rı bay­ıq.(2;28)

Ye­di də­xi qı­zoğ­lan­lar ay üzlü,

Di­şi inci ki­bi, gül şəhd sözlü . (2; 31)

 

Mə­lum­dur ki, -an cəm şə­kil­çi­si­dir. Sözün əsa­sı qı­zoğ­ul 'dur. Şumer­də 'ki-si­kil' sözü 'ba­ki­rə', 'qız' mə­na­sın­da iş­lən­diyi ki­mi, bu söz də məs­nə­vi­də 'ba­ki­rə', 'qız' mə­na­sın­da­dır. Əsə­rin ilk na­şi­ri T.Onay sözü 'kı­zo­g­lan' şək­lin­də ver­miş və 'ba­kir', 'düşi­ze' ( düşi­ze - her­soq qı­zı, var­lı qı­zı) şək­lin­də izah et­miş­dir (3;108) Abi­də­lə­rin di­lin­də də 'kı­zoğ­ul' ey­ni mə­na­da­dır.

Söz­lə­rin sa­mit­lər si­s­te­mi­nə diq­qət ye­ti­rək:

 

K i - S i K i L K ı Z-o Ğ u L

 

Ümu­miyy­ət­lə, dünya dil­lə­rin­də «S» və «Z» di­lönü sa­mit­lər ki­mi bir-bi­ri­ni da­im əvəz et­mək­də­dir. «K(a)», «Q», «Ğ» sa­mit­lə­ri də ya­xın mə­x­rəc­li ol­maq­la part­lay­an sa­mit­dən sürtünən-nov­lu sa­mi­tə doğru in­ki­şaf yo­lu ke­ç­miş­dir və bu sa­mit­lər­dən so­nra­kı­la­rın əv­vəl­ki­lə­ri əvəz et­mə­sin­də qey­ri-re­al heç bir şey yox­dur. Be­lə ol­duq­da, 'qızoğ­ul' (da­ha qə­dim abi­də­də­ki 'kı­zoğ­ul') sözünün sa­it­lə­ri­ni 'ki-si­kil' sözünə köçürək:

Kı­So­KuL

 

Bu, elə bi­zim hə­min qı­zoğ­ul sözüdür və sözün tə­ləf­fü­zünün nə qə­dər tə­h­rif edil­diy­i­ni və ey­ni za­man­da, mə­na­sı düz ol­sa da, yan­lış ola­raq, ta­ma­mi­lə baş­qa söz kök­lə­rin­də ax­ta­rıl­dığ­ı­nı çox ay­dın gö­s­tə­rən tu­tar­lı bir də­lil­dir.

Şu­mer - türk va­ris­liy­i­nin təd­qi­qi üçün bu cür fakt­la­ra böyük eh­tiy­ac var­dır.

«Da­s­ta­ni-Əh­məd Hə­ra­mi» bir məs­nə­vi ol­maq eti­ba­ri­lə Hə­sən­oğ­lu­dan so­nra­kı dövr­də mey­da­na çı­xan klas­sik ədə­biy­yat nümu­nə­lərinə bən­zə­mir. Da­s­ta­nın di­li­nin mühüm bir key­fiyy­ə­ti onun di­li­ni təkcə hə­min dövr­də ya­ran­mış əsər­lə­rin di­lin­dən dey­il, son­ra­kı dövrdə mey­da­na çı­xan əsər­lər­dən də fər­q­lən­di­rir. Da­s­ta­nın müəl­li­fi klas­sik məs­nə­vi ja­n­rın­da əsər yaz­sa da, onun əsə­ri­nin di­li xalq şe­ri­nin di­li qə­dər xalq di­li­nə ya­xın­dır. Bu elə bir xəl­qi ölçüdə ya­zıl­mış əsər­dir ki, so­nra­kı dövr­lər­də Nə­si­mi­nin, Füzu­li­nin ya­ra­dıc­ı­lığ­ın­da rast gəl­diy­i­miz bol-bol iza­fət tər­kib­lə­ri­nə, qə­liz alın­ma­la­ra bu­ra­da rast gəl­mi­rik. Əsər elə bir dövr­də qə­lə­mə alın­mış­dır ki, hə­lə ərəb, fars dil­lə­ri ana­dil­li ədə­biyy­a­tı tam şə­kil­də öz təz­yi­qi, tə­si­ri al­tı­na ala bil­mə­miş, əsir et­mə­miş­dir. Heç şüb­hə­siz, da­s­tan müəl­li­fi­nin de­mo­k­ra­tiz­mi­nin, xalq ruh­lu bir şəxs ol­ma­sı­nın, ana di­li­nə mə­həb­bə­ti­nin, mil­li mü­ba­riz­liy­i­nin də bu sa­hə­də mühüm ro­lu ol­muş­dur. Məs­nə­vi­nin di­li «Də­də Qor­qud»un di­li­nə da­ha ya­xın­dır. «Də­də Qor­qud»un di­lin­də­ki sa­f­lıq, xəl­qi­lik ey­ni də­rəc­ə­də bu əsə­­rin di­lin­də də müşa­hi­də olu­nur. De­mə­li, bu elə bir dövr­dür ki, ərəb, fars dil­lə­ri­nə ge­niş yer ver­mək «böyük­lük», «də­rin­lik», «sa­vad­lı­lıq» əla­mə­ti ki­mi beyin­lər­də yer tap­ma­yıb, hə­lə ərəb və fars dil­lə­ri­nə meyil edən­lər xalq po­eziy­a­sı­nın haq­qı­­nı əlin­dən ala bil­məy­ib və heç ona hə­lə cəhd elə­mir də, «yad olan­la» «özününkü» ay­dın se­çi­lən çağ­lar­dır. Vaxt gələc­ək, «alın­ma­­lar» axı­nı­nın qar­şı­sı­nı al­maq mümkün ol­may­ac­aq. O za­man Bürha­nəd­di­nin, Nə­si­mi­nin, Füzu­li­nin əsər­lə­ri ya­ra­nac­aq. La­kin ye­­nə vaxt gə­ləc­ək, özünə­qay­ı­dış olac­aq, Qur­ba­ni­nin, Xə­ta­i­nin, Va­­qi­fin, Vi­da­di­nin, Za­ki­rin si­ma­sın­da xalq di­li ədə­biyy­at­da öz im­­kan­la­rı, öz da­xi­li ener­ji­si ilə çı­xış edə­cək­dir və in­ka­rı in­kar ki­mi ədə­biyy­a­tın di­li ye­nə də özü­nə, özününkünə qay­ı­dac­aq­dır.

«Da­s­ta­ni-Əh­məd Hə­ra­mi» də, Hə­sə­noğ­lu­nun qə­zəl­lə­ri də ka­mil bir ədə­bi di­lin bə­dii nümu­nə­lə­ri­dir. Ona gö­rə də bun­la­rı Azər­bayc­an ya­zı­lı ədə­bi di­li­nin tə­şəkkül döv­rünün nümu­nə­lə­ri he­sab et­mi­rik. Bu əsər­lər­də iş­lə­di­lən dil tə­şəkkül mər­hə­lə­si­ni çox­dan ke­çib. Bun­la­rı Azər­bay­can xalq di­li və şi­fa­hi ədə­bi dil əsa­sın­da tə­şəkkül tap­mış ya­zı­lı ədə­bi di­li­mi­zin il­kin in­ki­şaf mər­hə­lə­si­nin abi­də­lə­ri say­ı­rıq.

«Da­s­ta­ni-Əh­məd Hə­ra­mi» Azər­bayc­an ya­zı­lı ədə­bi di­li­nin il­kin in­ki­şaf mər­hə­lə­si­nin dil və üslub mən­zə­rə­si­ni təd­qiq edib öy­rən­mək ba­xı­mın­dan ona gö­rə da­ha qiy­mət­li­dir ki, bu əsər di­lin struk­tur xüsu­siyy­ət­lə­ri­ni ge­niş əha­tə et­mək­lə öz dil ma­te­ri­a­lı­nın zə­ng­in­liyi ilə da­ha ət­ra­f­lı təd­qi­qa­ta im­kan ve­rir.

«Da­s­tan»ın dil və üslub xüsu­siyy­ət­lə­ri müxtə­lif za­man­lar­da müxtə­lif alim­lər tə­rə­fin­dən bu və ya di­g­ər məq­səd­lə, ək­sə­rən ka­te­qo­ri­al təd­qi­qat pro­se­sin­də əsər­dən nümu­nə­lər ve­ril­mək­lə araş­dı­rıl­mış­dır. Məs­nə­vi­nin fo­ne­tik, lek­sik, mor­fo­lo­ji və sin­tak­tik-üslu­bi xüsu­siyy­ət­lə­ri ilk də­fə Vüqar İk­ram oğ­lu Məm­mə­do­vun « Da­s­ta­ni-Əh­məd Hə­ra­mi» po­ema­sı­nın di­li və üslu­bu» ad­lı mo­no­qra­fiya­sın­da xüsu­si təd­qi­qat oby­ek­ti­nə çe­v­ril­miş­dir.

Tə­bii ki, hər han­sı bir əsə­rin ya­ran­dığı ta­ri­xi şə­ra­iti, ümu­mi dil mühi­ti­ni nə­zə­rə al­ma­dan onun bə­dii-lin­qvis­tik qiy­mə­ti­ni ver­mək qey­ri-mümkündür. Ona gö­rə də V.İ.Məm­mə­dov hər­tə­rə­f­li araş­dır­ma­lar apar­mış, «Das­tan»ın dil ma­te­ri­a­lı­nı ədə­bi di­li­mi­zin il­kin in­ki­şaf mər­hə­lə­si­nin ta­ri­xi-ədə­bi səc­iyy­ə­si fo­nun­da təd­qiq edib öy­rən­miş­dir.

«Da­s­ta­ni-Əh­məd Hə­ra­mi»nin ya­ran­dığı dövr ya­zı­lı ədə­bi di­li­mi­zin ge­niş fə­a­liyy­ə­tə ba­ş­la­dığı dövrün ərə­fə­si­dir. V.Məm­mə­dov, yaran­ma ta­ri­xi qə­dim ol­sa da, el­mi-kütlə­vi are­naya çıx­ma ta­ri­xi nis­bə­tən gənc olan bu əsər haq­qın­da fay­da­lı təd­qi­qat əsə­ri mey­da­na çıxar­mış, əsə­rin dil xüsu­siyy­ət­lə­ri­nin ta­ri­xi-linq­vi­s­tik təh­li­li ilə bir sı­ra mühüm mə­sə­lə­lə­rə ay­dın­lıq gə­tir­miş­dir.

Təd­qi­qa­tın nə­tic­ə­lə­rin­dən bir da­ha be­lə bir ay­dın qə­na­ətə gəl­mək olur ki, Azər­bayc­an ədə­bi di­li, ta­ri­xə çox sət­hi ya­na­şan bir sı­ra alim­lə­rin cə­fə­ng id­di­a­la­rı­nın ək­si­nə ola­raq, hə­lə o dövr­də qə­dim tari­xi olan bit­kin və biş­kin bir dil­dir, uy­dur­ma kon­sep­siy­a­da dey­i­lən şə­kil­də Oğ­uz­la­rın XI əsr gə­li­şi ilə bir­dən-bi­rə tə­şəkkül ta­pan dil dey­il; bu, ye­ni gə­lən­lə­rin bir sı­ra dil ele­ment­lə­ri­ni də özünə çək­miş yer­li abo­ri­g­en türklə­rin qə­dim di­lid­ir. Bu cə­hət fo­ne­tik si­s­tem­də, lüğət tər­ki­bi və qram­ma­tik qu­ru­luş­da özünü sa­bit şə­kil­də gö­s­tə­rir. Əsə­rin di­li­nin «Də­də Qor­qud» di­li­nə ya­xın­lığı, əsər­­də­ki lek­sik və mor­fo­lo­ji müva­zi­lik­lər də bu­nun­la bağ­lı­dır. Təd­qi­qa­tın mü­əl­li­fi­ni müqay­i­sə­lər pro­se­sin­də «Də­də Qor­qud»a da­ha çox çə­kən də bu cəhət­dir. La­kin müəl­lif bu­nun­la ki­fay­ət­lən­mə­yib, bir çox ka­te­qo­riya­la­rın XIII əsrdən so­nra­kı ta­leyi ilə də ma­raq­la­nıb, da­s­ta­nın dil xüsu­siyy­ət­lə­ri­ni ədə­bi di­­li­mi­zin tək­mil­ləş­mə, zə­ng­in­ləş­mə is­ti­qa­­mə­tin­də so­nra­kı in­ki­şaf mər­­hə­lə­lə­ri ilə əla­qə­li iz­lə­yib. Araş­dır­ma­la­rın bu is­ti­qa­mə­ti mü­əl­li­fi ədə­bi di­li­mi­zin təd­qi­qi­nə həsr olun­muş əsər­lər­də­ki fi­kir və müla­hi­zə­lər­lə po­le­mi­kaya apa­rıb, əla­qə­dar Azər­bayc­an, rus və xa­rici dil­çi­lik ədə­biyy­a­tı­nı diq­qət­lə öy­rən­məyə sövq edib. Bun­la­rın nə­tic­ə­si­dir ki, müəl­lif təd­qi­qat pro­se­sin­də düzgün yol tut­muş, dil­çi­liy­i­mi­zin son na­i­liy­yət­lə­ri əsa­sın­da oby­ek­tiv meyil və müna­si­bət­lə­rə is­ti­nad edə­rək fakt­lar­dan düzgün nə­tic­ə­lər çı­xa­ra bil­miş­dir.

Yə­qin ki, vaxt gə­ləc­ək, biz ədə­bi di­li­mi­zin bi­rinci mi­nil­liyə da­ir ya­zı­lı nümu­nə­lə­ri ilə də ta­nış olac­ağ­ıq. O za­man uzun müddət ya­zı­lı ədə­bi di­li­mi­zi Hə­sə­noğ­lu­dan baş­­la­mağ­ı­mı­za tə­əccüb edə­cə­y­ik. Bu­nu «Əh­məd Hə­ra­mi» də, elə Hə­sə­no­ğ­lu­nun öz qə­zəl­lə­ri də is­rar­la bi­zə dey­ir. Gənc təd­qi­qat­çı­nın «Da­s­ta­ni-Əh­məd Hə­ra­mi»­nin di­li və üs­lu­bu» ad­lı bu əsə­rin­də gəl­diyi nə­tic­ə­lər də biz­də bu ina­mı güc­lən­di­rir.

Əmi­nik ki, Vüqar Məm­mə­do­vun bu əsə­ri ədə­bi di­li­mi­zin uzaq ke­ç­mi­şi ba­rə­də tə­səvvürlə­ri ge­ni­ş­lən­di­rəc­ək və zə­ng­in­ləş­di­rəc­ək­dir.

 

2001

 

ƏDƏ­BİYY­AT

 

1. Ziya Gögalp. Türkçülügün esasları. Ankara caddesi, İstanbul, İkinci bası­lış, 1955.

2. Dastani-Əhməd Hərami. Bakı, «Gənclik», 1978.

3. Dastani-Ahmet Harami, İstanbul, 1946.

4. Drevnetörkskiy slovarğ, Leninqrad, «Nauka», 1969.

5. Q.Kazımov. Qurbani və poetikası. Bakı, APİ nəşri,1996.

6. İ.M.Dğəkonov. Əzıki drevney peredney Azii. Moskva, 1967.

7. C.Heyət. Azər­bayc­an şi­fa­hi xalq ədə­biyy­a­tı, 1990.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az