BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

ERKƏN ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN

XALQININ VƏ DİLİNİN

TƏ­ŞƏKKÜLÜ

 

Bir sı­ra alim­lə­rin fi­k­ri­nə gö­rə, türkün be­şiyi Al­tay ol­muş, era­mı­zın əv­vəl­lə­rin­dən ba­ş­lay­a­raq, on­lar şər­qə, qər­bə, şi­ma­la və cə­nu­ba ora­dan yay­ıl­mı­ş­lar. Bu cür alim­lə­rin ti­pik nümay­ən­də­si ki­mi, Mu­rad Aci ya­zır: «...Gün gəl­di ki, Al­tay­da sıx­lıq ya­ran­dı: Həd­siz əha­li ya­şay­ır­dı or­da, tor­paq ha­mı­nı ye­dir­də bil­mir­di. Uzaq­la­ra nə­zər sal­mağı tə­ləb edən çə­tin an­lar ba­ş­la­dı.

Al­tay­dan yol dünya­nın dörd tə­rə­fi­nə apa­rır­dı. Han­sı ilə get­mək? Han­sı­nı se­ç­mək?

Al­tay I əsrdə əc­dad­lar üçün bütöv bir dünya idi. Bu həm Və­tən idi, həm Cə­nu­bi Si­bir dağ­la­rı idi, həm də Bay­kal (Bay­-kul)... Al­tayı həm də «Ten­q­ri-tau» (türkcə «Ta­n­rı da­ğı»), ya­xud «Edem» («Ulu­la­rın tor­pağı») ad­lan­dı­rır­dı­lar. Türklər bu­ra­dan dünyaya ilk ad­dım­la­rı­nı at­dı­lar, bu­ra­dan bi­zim coğ­ra­fiy­a­nın axın nöq­tə­si ba­ş­lan­dı». (35;19)

Bu­ra­da­kı fi­kir­lər müəyy­ən cə­hət­lə­ri­nə gö­rə doğ­ru ol­sa da, bü­töv­lükdə son də­rəcə bə­sit və ib­ti­dai olub, bə­şə­rin in­ki­şaf yo­lu­nu nəzə­rə al­mır.

Mu­rad Ac­i­nin de­dik­lə­rin­dən be­lə çı­xır ki, türklər era­mı­zın I əs­ri­nə qə­dər bir tay­fa ki­mi Al­tay­da yu­va sal­mış, on­la­rın il­kin be­şiyi Altay ol­muş­dur. Tə­d­ric­ən bu­ra­da ar­tıb-ço­xal­mış və öz be­şik­lə­ri­nin dar ol­duğ­u­nu, be­şik­lə­ri­nə sığ­ma­dıq­la­rı­nı hiss edə­rək era­mı­zın I əs­rin­dən bu­ra­dan Yer üzünə yay­ıl­mı­ş­lar.

«Adə­tən, türk dil­lə­ri­nin Ural-Al­tay dil ai­lə­si­nə, yə­ni uqor-fin və mon­qol-manc­ur kök dil­lə­ri­nə ya­xın ol­duğ­u­nu söy­ləy­ir­di­lər. So­nra türk dil­lə­ri­ni Al­tay dil ai­lə­si­nə aid edib türklə­ri Al­tay­dan çıx­ma he­sab et­di­lər. La­kin təd­qi­qat­çı­lar türk-Al­tay dil qo­hum­lu­ğu­nu sübu­ta ye­tir­mə­miş, ox­şar lek­si­ka­nın ünsiyy­ət va­si­tə­si­lə mə­nim­sə­nil­diy­i­ni söy­lə­mi­ş­lər». (2; 232)

Türk və Al­tay dil­lə­rin­də ox­şar lek­si­ka­nın kon­takt yo­lu ilə mə­nim­sə­nil­mə­si fi­k­ri el­mi ba­xım­dan yan­lış ol­sa da, mövc­ud müla­hi­zə­nin - «Al­tay­dan çıx­ma» kon­sep­siy­a­sı­nın düzgün ol­ma­dığ­ı­nı gös­­tər­di.

 

Bu so­nra­kı mən­bə­də ye­nə oxuy­u­ruq: «Pro­totürklə­rin bir qi­s­mi e.ə. IV mi­nil­liy­in so­nu - III mi­nil­liy­in əv­və­lin­də şu­mer­lər­lə ya­xın ünsiyy­ə­tə gir­miş və şu­mer di­li­nə tə­sir gö­s­tər­miş­dir. İlk şu­mer­lər Azər­bayc­an əha­li­si (Arat­ta «dağ» sözünü iş­lə­dən et­nos­lar) ilə si­ya­­si, iq­ti­sa­di və mə­də­ni əla­qə­lər ya­rat­mı­ş­lar. E.ə. III-II mi­nil­lik­lər ən qədim türk tay­fa­la­rı­nın ge­niş əra­zi­də yay­ıl­ma­sı dövrü he­sab olu­na bi­lər. E.ə. III - I mi­nil­lik­lər­də Azər­bayc­an­da ar­tıq türk et­nos­la­rı ya­şay­ır­dı. Bu dövr­də Azər­bayc­an əra­zi­sin­də türk et­nos­la­rı­nın di­li­nə məx­sus to­po­nim­lər (yer ad­la­rı) və şəxs ad­la­rı mey­da­na gəl­miş­di. Bu onu gös­tə­rir ki, qə­dim Azər­bayc­an­da pro­totürk et­nos­la­rı ya­şa­mış və ümumtürk lek­si­ka­sı əsa­sın­da an­t­ro­po­nim və to­po­nim­lər mey­da­na gəl­miş­dir». (2; 232) Türk et­nos­la­rı­nın Azər­bay­can əra­zi­sin­də - şu­mer­lə­rin qon­şu­luğ­un­da ya­şa­ma­sı zə­ng­in to­po­nim və an­t­ro­po­nim­lər əsa­sın­da bir fakt ki­mi tə­s­diq olu­nur. La­kin on­la­rın di­li ilə şu­mer­lə­rin di­li ara­sın­da­kı ya­xın­lığ­ın kon­takt­la əla­qə­lən­di­ril­mə­si fi­k­ri dil­çi­lik təd­qi­qa­tı­nın in­di­ki mər­hə­lə­sin­də ar­tıq öz əhə­miyy­ə­ti­ni itir­miş­dir: fo­ne­tik, lek­sik və qram­ma­tik fak­tor­lar gö­s­tə­rir ki, bun­lar (şu­mer və türk əla­qə­lə­ri) kon­takt nə­tic­ə­si deyil, qo­hum­luq əla­qə­lə­ri­dir.(bax: 61,52 - 150) Türk et­nos­la­rı­nın hin­da­v­ro­pa­lı­lar­la kon­takt-ünsiyy­ət­də ol­ma­la­rı əsa­sın­da türk lek­si­ka­sı­nın hə­min dil­lər­də iz bu­rax­ma­sı­na gəl­dik­də, bu mə­sə­lə da­ha əsas­lı şə­kil­də baş­qa cür izah olu­nur. Tə­bii ki, bu dil­lər ara­sın­da kon­takt nə­ti­cə­sin­də mey­da­na çı­xan söz­lər də var­dı, la­kin bun­lar si­s­tem şək­lin­də (ən qə­dim lek­sik layı nə­zə­rə al­dıq­da) kök dil­dən, ulu dil­dən gə­lən və dünya dil­lə­ri­nin mən­şə bir­liy­in­dən doğ­an va­si­tə­lər ol­muş­dur.

Türklə­rin Azər­bayc­an əra­zi­sin­də - Şu­mer­lə­rin qon­şu­luğ­un­da ya­şa­ma­sı, e.ə.III - II mi­nil­lik­lər­də Azər­bayc­an əra­zi­sin­də to­po­nim, etno­nim və an­t­ro­po­nim­lər­də ge­niş iz qoy­ma­sı «Al­tay­dan çıx­ma» nə­zə­riyy­ə­si­ni əsas­lı şə­kil­də tək­zib edir. Hə­lə hun­lar­dan çox əv­vəl türk tay­fa­la­rı­nın Azər­bayc­an əra­zi­lə­ri­nə axı­nı ol­muş­dur (e.ə.VIII-VII əsr­lər). Şərq­dən qər­bə qey­də alın­mış ilk böyük türk axı­nı kim­mer-skit-sak tay­fa­la­rı­nın axı­nı­dır. Türklə­ri Azər­bayc­an əra­zi­sin­də şu­mer­lə­rin ya­şı­dı say­an­lar çox­dur. Bi­zim fi­k­ri­miz isə baş­qa­dır: in­san­dan türk qo­lu Ön Asiy­a­da ay­rıl­mış­dır. Bun­lar «Al­tay­dan çıx­ma» nə­zə­riyy­ə­si­nin heç bir əsa­sı ol­ma­dığ­ı­nı sübut edir.

 

 

Man­na və Ma­da­nın türk mən­şə­li abo­ri­g­en əha­li­si haq­qın­da söhbət da­ha əsas­lı və da­ha ma­raq­lı­dır. Al­tay­da hə­lə şər­qə, qər­bə miq­ra­siya ba­ş­la­ma­mış, şu­mer­lə­rin qon­şu­luğ­un­da bu türklər ha­ra­dan­dır? E.ə.III mi­nil­lik­də İta­liy­a­nın şi­ma­lın­da mi­nil­lik çar­lıq ya­rat­mış et­ru­s­k­lar - tur­sa­ka­lar o yer­lə­rə ha­ra­dan gəl­mi­ş­lər? Üzdən ba­xan­da bun­lar çox müəm­ma­lı­dır. La­kin ta­ri­xi öy­rə­nib, ta­ri­xin hifz et­diyi mate­ri­al­la­rı düzgün və qə­rəz­siz nə­zər­dən ke­çir­dik­də hə­qi­qə­ti an­la­maq heç bir çə­tin­lik tö­rət­mir.

Stra­bon bir sı­ra qə­dim türk tay­fa­la­rı, o cümlə­dən qar­qar­lar haq­qın­da ya­zır: «...ama­zon­ka­lar Qaf­qaz dağ­la­rı­nın Ke­ra­vi ad­la­nan şi­mal ətək­lə­rin­də qar­qar­lar­la qon­şu­luq­da ya­şay­ır­lar». (36;19) Stra­bo­nun bu mə­lu­ma­tı gös­tə­rir ki, qar­qar­lar Ara­nın qə­dim tay­fa­la­rın­dan­dır. Stra­bon ki­mi, Böyük Pli­ni də (23; 79) qə­dim Azər­bayc­an əra­zi­sin­də ya­şay­an türklər haq­qın­da mə­lu­mat ver­miş­dir. He­ro­dot­da yirk türre­ket (Stra­bon­da ürk ) ad­la­nan et­nos­lar Pli­ni­də və Pom­po­ni Me­la­da (e.ə. I əsr) türklər (Turcae) ki­mi (c = k) yad edi­lir.(8; 86,121) Bu mə­lu­mat Di­o­ni­si Pe­ri­e­g­e­tin aşa­ğı­da­kı söz­lə­ri ilə ay­dın şə­kil­də səs­lə­şir: «Ka­s­pi də­ni­zi mən­sə­bi­nə ya­xın ski­f­lər, so­nra hun­lar, on­lar­dan so­nra ka­s­pi­lər, da­ha so­nra isə dö­yüş­kən al­ban­lar və ka­du­si­lər... yer­ləş­miş­dir». (56; 185 - 186) Bu­ra­da qeyd edi­lən tay­fa­la­rın ha­mı­sı türk tay­fa­la­rı ol­muş­dur. Bun­lar ha­mı­sı Al­tay­da qeyd edi­lən «sıx­lıq»dan çox-çox əv­vəl» bu­ra­da­dır.

Yer üzündə­ki ilk kök di­lin müxtə­lif ləhc­ə­lə­rə, dia­lekt­lə­rə par­ça­lan­ma­sı­nı, in­di­ki dil ai­lə­lə­ri üçün pro­to­dil­lə­rin ya­ran­ma­sı­nı alim­lər 14 min il əv­və­lə (e.ə.XII mi­nil­liyə) aid edir­lər. Heç şüb­hə­siz, in­sa­nın ha­ra­da mey­da­na çıx­dığ­ı­nı, ulu di­lin ha­ra­da tə­şəkkül tap­dığ­ı­nı və ha­ra­da di­a­lekt par­ça­lan­ma­la­rı­nın baş ver­diy­i­ni - pro­to­dil­lə­rin ya­ran­dığ­ı­nı nə­zə­rə al­ma­dan bir sı­ra prob­lem­lə­ri, o cüm­lə­dən türklə­rin ilkin be­şiyi və il­kin miq­ra­siy­a­la­rı­nın is­ti­qa­mə­ti pro­blem­lə­ri­ni düzgün həll et­mək qey­ri-mümkündür. Təd­qi­qat­çı­lar ona gö­rə yan­lış mül­ahi­zə­lər söy­lə­mi­ş­lər ki, da­im əv­vəl­dən yox, or­ta­dan ba­ş­la­mı­ş­lar. Bu­na gö­rə də Al­tay­da türklər ar­tıb-ço­xa­lıb bö­yük Mər­kə­zi Asiy­a­nı bürüdüyü dövr­dən ne­çə min il əv­vəl Ön Asiy­a­nın ar­tıq türk mə­s­kə­ni ol­duğ­u­nu nə­zə­rə al­ma­mı­ş­lar.

Son mə­qam­da müa­sir in­san ti­pi­nin tə­şəkkül mə­ka­nı bütöv Yer kürə­si və ya Yer kürə­si­nin ək­sər əra­zi­lə­ri dey­il, kon­kret bir əra­zi­si­dir: Av­ro­pa­nın cə­nu­bu, Asiy­a­nın cə­nub-qər­bi, Af­ri­ka­nın şi­ma­lı. (bax: 61; 9 - 51) Ümu­mi­ləş­miş şə­kil­də de­sək, Ön Asiya. Ulu di­lin tə­şəkkülü və il­kin di­a­lekt par­ça­lan­ma­sı da bu əra­ziyə məx­su­s­dur. Bütün il­kin mi­q­ra­siy­a­lar bu­ra­dan ba­ş­la­mış­dır. Mi­q­ra­siya­la­rın e.ə.VIII - VII mi­nil­lik­lər (me­zo­lit­də) da­ha ge­niş vüsət al­dığı da məlum­dur. Bun­lar - el­mi şə­kil­də sübut olun­muş bu müddə­a­lar gös­­tə­rir ki, türklə­rin Al­tay­da ar­tıb-ço­xa­lıb qər­bə hə­rə­kət et­mə­si çox sonra­kı ha­di­sə­lər­dən­dir və Al­tay türklə­rin il­kin be­şiyi dey­il, so­n­ra­kı əl­ve­riş­li be­şik­lə­rin­dən bi­ri­dir. Bütün dil ai­lə­lə­ri­nin il­kin struk­tu­ru Ön Asiy­a­da tə­şəkkül tap­mış­dır.

Bu müddəa bir sı­ra prin­si­pi­al mə­sə­lə­lə­rə ay­dın­lıq gə­ti­rir. De­mə­li, Azər­bayc­an əra­zi­si ək­sər ta­rix­çi və dil­çi­lə­ri­mi­zin cə­sa­rət edib dediyi e.ə.III mi­nil­lik­dən dey­il, da­ha qə­dim dövr­lər­dən türk­lə­rin beşiy­i­dir. İlk və böyük si­vi­li­za­siy­a­nın müəl­li­f­lə­ri olan şu­mer­lər VI mi­nil­li­yin or­ta­la­rın­da Azər­bayc­an əra­zi­sin­dən İki­çay­ara­sı­na en­miş və da­im Azər­bayc­an­la əla­qə sax­la­mı­ş­lar. De­mə­li, eti­raf edil­mə­li­dir ki, şu­mer­lər il­kin türklər­dən­dir və şu­mer-türk əla­qə­lə­ri kon­takt yox, pro­to­dil bir­liy­i­nə əsas­la­nan qo­hum­luq­dur. Ak­kad­la­rın sı­xış­dır­masından so­nra şu­mer­lə­rin mühüm bir qi­s­mi­nin ye­ni­dən öz dağ əra­zi­lə­ri­nə - Azər­bayc­an tor­paq­la­rı­na qay­ıt­ma­sı ilə şərt­lə­nən va­ris­lik­dir.

İn­sa­nın il­kin be­şiy­i­ni, ulu di­lin tə­şəkkül mə­ka­nı­nı və di­a­lekt par­ça­lan­ma­sı­nı nə­zə­rə al­may­an bir çox alim­lər də ta­rix­dən al­dıq­la­rı söv­qi-tə­bii tə­əssürat əsa­sın­da düzgün fi­kir söy­lə­mi­ş­lər. Mə­sə­lən, MEA-nın müxbir üzvü M.İs­may­ıl gö­s­tə­rir ki, «...türkdil­li soy­la­rın ulu nə­sil­lə­ri­nin ilk mə­s­kə­ni Ön Asiya ol­muş, ora­da, onun qərb tor­paq­la­rın­da mə­s­kun olan şu­mer­lər­lə qon­şu ol­mu­ş­lar. ...Son­­ra­kı yüzil­lik­lər­də Ön Asiy­a­da ya­şa­mış bir çox soy­lar, xüsu­sən türkdil­li­lər şər­qə, Or­ta Asiya tor­paq­la­rı­na hə­rə­kət et­miş, bir ne­çə yüzil­lik­dən so­nra isə on­la­rın əks mi­q­ra­siya pro­se­si ba­ş­la­mış, on­lar ye­ni­dən Ya­xın və Ön Asiy­aya, həm­çi­nin Azər­bayc­an tor­paq­la­rı­na gəl­mi­ş­lər». (5;72 - 73) Bu fi­k­rin doğ­ru­luğu üçün «yüzil­lik­ləri» «mi­nil­lik­lərlə» əvəz et­mək ki­fay­ət­dir.

Be­lə­lik­lə, çox qə­dim dövr­lər­dən Azər­bayc­a­nın yer­li əha­li­si türklər­dən iba­rət ol­muş­dur. Qərb­dən (Ön Asi­ya­dan) şər­qə ən qə­dim mi­q­ra­siy­a­lar unu­dul­muş, ya­xın mi­nil­lik­lər­də türklə­rin şərq­dən qər­bə bir ne­çə axı­nı qey­də alın­mış və da­ha qə­dim dövr­lə­rə nə­zər sa­lın­ma­dığı üçün yan­lış nə­tic­ə­lər çı­xa­rıl­mış­dır.

«Xal­q­la­rın böyük köçünə sə­bəb ol­muş Hun­la­rın şərq­dən qər­bə axı­nı» ta­rix­də çox so­nra­kı ha­di­sə­dir və elə güclü iz bu­rax­mış­dır ki, bir çox alim­lər xal­q­la­rın Yer üzü­nün müəyy­ən əra­zi­lə­rin­də əbə­di mə­s­kun­laş­ma­sı­nı hun­la­rın hə­min axı­nı ilə izah etmiş və əla­qə­lən­dir­mi­ş­lər.

Şübhə­siz, hun­la­rın qər­bə hə­rə­kə­ti güclü türk dal­ğa­la­rın­dan bi­ri ol­muş­dur. La­kin onun da ta­ri­xi­ni era­mı­zın əv­və­lin­dən ba­ş­la­maq­la məh­dud­laş­dır­mış olur­lar. Qay­naq­lar­da hə­lə era­dan dörd əsr əv­vəl İskən­də­rin ağ hun­la­rı qar­qar­lar­la bir­lik­də Al­ba­niya əra­zi­si­nə köçü­r­­­mə­si ba­rə­də rə­vay­ət­lər qal­mış­dır. Y.B.Yu­si­fo­vun fik­­rincə, türklə­rin Yer üzə­rin­də ge­niş yay­ıl­ma dövrü çox qə­dim­dir və e.ə. III-II mi­nil­lik­lə­rə aid­dir: «E.ə.III-II mi­nil­lik­lər ən qə­dim türk tay­fa­la­rı­nın ge­niş əra­zi­də ya­yıl­ma­sı dövrü he­sab olu­na bi­lər». (2; 232) Ola bi­lər ki, ar­xe­o­lo­ji ma­te­ri­al­lar bu­ra­da gö­s­tə­ri­lən dö­v­rə aid miq­ra­siy­a­la­rı tə­s­diq edir, la­kin bu, me­zo­lit mi­q­ra­siy­a­la­rı­nı in­kar edə bil­məz. Yer üzündə müa­sir in­san ti­pi­nin yay­ıl­ma­sı 14 min il əv­vəl­dən ba­ş­la­dığı üçün güclü qol olan türklə­rin hə­rə­ka­tı­nı 4-5 min il əv­və­lə aid et­mək­lə məh­dud­laş­dır­maq ol­maz. La­kin Y.B.Yu­si­fo­vun hə­min qeyd­lə­ri də Azər­bayc­an əra­zi­sin­də türklə­rin ta­ri­xi­ni hun­lar­dan üç min il əv­və­lə apa­rır və bir sı­ra nə­tic­ə­lə­rə gəl­məyə sə­bəb olur:

1) türklə­rin ən qə­dim (il­kin) mə­s­kən­lə­ri Al­tay dey­il, Ön Asi­ya­­dır; 2) ilk mi­q­ra­siy­a­lar şərq­dən qər­bə dey­il, qərb­dən şər­qə ol­muş­dur; 3) türklər Azər­bayc­a­nın ən qə­dim və əzə­li sa­kin­lə­ridir.

Be­lə­lik­lə, Azər­bayc­an əra­zi­sin­də ya­şay­an abo­ri­g­en əha­li­nin di­li ən qə­dim dövr­lər­dən il­ti­sa­qi türk dil qu­ru­lu­şu is­ti­qa­mə­tin­də in­­ki­şaf pro­se­si ke­çir­miş­dir. E.ə. VIII-VII əsrlər­də kim­mer-skif-sak tay­fa­la­rı­nın gə­li­şi qo­hum əha­li­ni da­ha da güc­lən­dir­miş­dir. Bö­yük və güclü bir da­lğa isə hun­lar­la bağ­lı­dır. Hun tay­fa­la­rı­nın gə­li­şi kon­kret bir zaman­la bağ­lı ol­may­ıb, era­dan əv­vəl ba­ş­la­mış, V əs­rin son­la­rı­na­dək güclü ol­muş, so­nra­lar da da­vam et­miş­dir.

Bu cür düşüncə­lər­lə Azər­bayc­an əra­zi­sin­də qə­dim türk var­lığı­nı gəl­mə­lə­ri də nə­zə­rə al­maq­la aşağ­ı­da­kı ki­mi ümu­mi­ləş­dir­mək olar:

1. Ku­ti, lul­lu­bi, tu­ruk­ki, su, kas, uti, mağ, al­ban, qar­qar və b. türk et­nos­la­rı­nın cəm­ləş­diyi Man­na, Ma­day, At­ro­pa­te­na və Al­ba­niy­a­nın qə­dim yer­li (abo­ri­g­en) tay­fa­la­rı;

2. E.ə.VIII - VII əsrlər­də ge­ri qay­ı­dan kim­mer, skif və saklar;

 

3. E.ə. I mi­nil­liy­in so­nu, e.I mi­nil­liy­in­də (da­ha çox I ya­rı­sı) Qafqa­zın şi­ma­lın­dan və qi­s­mən İra­nın şər­qin­dən ke­çib gə­lən hun­lar, kan­qar­lar, pe­çe­neq­lər, qıp­çaq­lar, bol­qar­lar, sa­var­lar, oran­lar, çol­lar, qər­bi türk xa­qan­lığı tay­fa­la­rı, xə­zər­lər və baş­qa­la­rı;

4.XI - XIII əsrlər­də şərq­dən gə­lən səlc­uq oğ­uz­la­rı, şi­mal­dan gə­lən qıp­çaq­lar.

Bu qeyd­lər­dən so­nra bi­zi da­ha çox ma­raq­lan­dı­ran Azər­bayc­an xal­qı­nın və di­li­nin tə­şəkkülü mə­sə­lə­lə­ri­nə ke­çək.

Et­no­g­e­nez və di­li­mi­zin mən­şəyi mə­sə­lə­si ha­zır­kı dövr­də mürtəce kon­sep­siy­a­nın üstün möv­qeyi, hə­qi­qi el­mi kon­sep­siy­a­nın küncə qı­sıl­mış və­ziyy­ə­ti ilə son də­rəcə mürək­kəb­ləş­di­ril­miş­dir. Xal­qın et­nik ta­ri­xi yan­lış və zə­rər­li bir kon­sep­siya əsa­sın­da izah edi­lir. Bu kon­sep­siya ar­tıq özünün qey­ri-el­mi­liyi, mürtəc­e­liyi ilə ək­sər təd­qi­qat­çı­la­rın diq­qə­ti­ni çək­mək­də­dir. (bax: 59) Mə­sə­lən, ya­xın vaxt­lar­da prof.N.Cə­fə­rov kon­kret bir nümu­nə gə­ti­rə­rək bu kon­sep­siy­a­nı us­ta­lıq­la if­şa et­miş­dir. Müəl­lif aka­de­mik «Azər­bay­can ta­ri­xi»­nin 1-ci cil­din­də (1998) Azər­bayc­an xal­qı­nın et­nik tər­ki­bi, di­li­nin mən­şəyi və in­ki­şaf yo­lu ba­rə­də fi­k­rin mürtəce ma­hiy­­y­ə­ti­ni düzgün müşa­hi­də et­miş­dir. Aka­de­mik ta­rix­də dey­i­lir: «Azər­­bayc­an xal­qı­nın tə­şəkkü­lün­də Man­na, At­ro­pa­te­na və Qaf­qaz Al­ba­niy­a­sın­da mə­s­kun­laş­mış müx­tə­lif, o cümlə­dən Qaf­qaz və İran dil­lə­rin­də da­nı­şan qə­dim dövr və or­ta əsrlə­rin tay­fa və xal­q­la­rı - man­na­lı­lar, ka­s­pi­lər, At­ro­pa­te­na ma­da­lı­la­rı, al­ban­lar, azə­ri­lər və bir sı­ra di­g­ər­lə­ri əsas rol oy­na­mı­ş­lar. Azər­bayc­an xal­qı­nın, di­li­nin for­ma­laş­ma­sı et­no­g­e­ne­zin son mər­hə­lə­sin­də - or­ta əsrlər­də da­vam et­miş­dir». (1;34) N.Cə­fə­rov bu si­ta­tı ve­rə­rək ya­zır: «Gö­rün­düyü ki­mi, bu «kon­sep­siya» Azər­bayc­an xal­qı­nın mən­şəyi ba­rə­də hər cür voly­un­ta­rist nə­zə­riyy­ə­nin or­taya çıx­ma­sı üçün münbit me­to­do­lo­ji şə­ra­it ya­ra­dır. Və bu «kon­sep­siya» yal­nız səhv dey­il, həm də mürtəc­e­dir, xal­qa öz ke­ç­mi­şi­ni, et­nik mən­şəy­i­ni unut­dur­maq «eh­tiy­acın­dan» irə­li gəl­miş­dir». (44;16) Hə­lə bun­dan bir ne­çə il əv­vəl aka­de­mik nə­ş­rin tən­qi­di­nə həsr et­di­yi­miz sil­si­lə mə­qa­lə­lər­də bi­rinci cild­də Azər­bayc­an et­no­g­e­ne­zi­nə yan­lış və qeyri-el­mi, zə­rər­li möv­qeyə kə­s­kin müna­si­bə­ti­mi­zi bil­dir­mi­şik (bax: 59 və bu ki­tab­da­kı 1-ci mə­qa­lə). N.Cə­fə­ro­vun müna­si­bə­tin­də bi­zə xoş gələn odur ki, re­al­lıq get­dikcə dərk olun­maq­da­dır. Çünki bu, son dərəcə cid­di mə­sə­lə­dir - «Xal­qa öz ta­ri­xi­ni unut­dur­maq eh­tiy­acı baş­qa şə­kil­də dey­il­miş ol­sa, əs­lin­də, düşmən­çi­lik­dir».

Söh­bət et­no­g­e­nez­dən ge­dir. «Ta­rix­çi» ad­la­na­nın ək­si­nə ola­raq, xal­qın di­li­ni, mə­də­niyy­ət və so­si­al ta­ri­xi­ni heç bir mə­na­fe güdmə­dən düzgün düşünən dil­çi ya­zır:

«III-V əsrlər­də Azər­bayc­an di­li for­ma­la­şır, - bu pro­ses türk tay­fa dil­lə­ri­nin (bi­rinci növ­bə­də fol­k­lor di­li­nin) mər­kəz­ləş­mə­si he­sa­bı­na ge­dir; VII-XI əsrlər­də Azər­bayc­a­na gə­lən türk tay­fa­la­rı ar­tıq müxtə­lif tay­fa­lar­la (ya­xud tay­fa bir­lik­lə­ri ilə) dey­il, müəy­yən­ləş­miş xalq mövc­ud­luğu (və onun di­li) ilə qar­şı­la­şır - gəl­mə mə­də­niyy­ə­tin qo­hum yer­li mə­də­niyy­ət­lə eh­ti­va­sı tə­d­ric­ən ge­dir». (44; 16 - 17)

Bu­ra­da fi­kir ay­dın söy­lən­miş­dir: III-V əsrlər­də Azər­bayc­an xal­qı və ümum­xalq Azər­bayc­an di­li for­ma­laş­mış­dır. Və ye­nə çox ay­dın dey­il­miş­dir: bu dövr­dən, yə­ni V əsrdən so­nra gə­lən türklər Azər­bayc­an əra­zi­sin­də tay­fa­lar­la və ya tay­fa dil­lə­ri ilə dey­il, ha­zır xal­q­la və onun ar­tıq tə­şəkkül tap­mış di­li ilə qar­şı­laş­mı­ş­lar. Və bu­ra­dan o da ha­sil olur ki, XI-XIII əsrlər­də gə­lən səlc­uq oğ­uz­la­rı Azər­bayc­an­da Azər­bayc­an di­li for­ma­laş­dır­may­ıb. On­lar gə­lən­də ar­tıq bu xalq və onun di­li var­dı. On­lar yal­nız bu ha­zı­ra ha­va­dar ola bi­lər­di­lər. Və, bəl­kə, bu­na heç eh­tiy­ac da yox idi. Be­lə­lik­lə, bu fi­kir XI-XIII əsrlər­də gə­lən səlc­uq­lar tə­rə­fin­dən Azər­bayc­an di­li­nin for­ma­laş­dı­rıl­ma­sı ba­rə­də kökündən yan­lış olan zə­rər­li kon­sep­siy­a­nın put ağ­acı­nı dar­tıb qo­par­maq­da bi­zə kö­mək et­miş olur. Çünki biz «Azər­baycan di­li­nin ta­ri­xi» əsə­rin­də bu fi­k­rin hər­tə­rə­f­li əsas­lan­dı­rıl­ma­sı ilə mə­ş­ğul ol­mu­şuq. (bax: 61, 408-425).

Bu fi­kir tə­zə dey­il. 60-cı­lar hə­rə­ka­tı­nın nümay­ən­də­lə­ri bu cür düşünmüş və bu cür yaz­mı­ş­lar. Biz də da­im bu fi­kir­də ol­mu­şuq. (57,155; 58, 298; 59 və s.) N.Cə­fə­rov da son vaxt­lar be­lə bir qə­naətə gəl­miş­dir. Şübhə­siz, tə­d­ric­ən hə­qi­qət öz ye­ri­ni tap­ır.

La­kin bu nöq­tə­də baş­qa çox mühüm bir mə­sə­lə də var­dır. Mə­sə­lə bu­ra­sın­da­dır ki, bir qə­dər uzağa ge­dən dil­çi­lə­ri­miz Azər­bayc­an­da türklə­rin görünmə­si­ni hun­lar­la (və ya hun­lar­dan qa­baq nə­zə­ri cəlb et­məy­ən türk tay­fa­la­rı ilə) - I-V əsrlər­də hun­la­rın gə­­li­şi ilə əla­qə­lən­di­rir və III-V əsrlər ara­sın­da türk mən­şə­li ümum­xalq di­li­nin təşək­külünü qeyd edir­lər. Tə­şəkkül dövrü doğ­ru­dur, la­kin tə­bii ki, iki-üç əs­rin müddə­tin­də gəl­mə türklər abo­ri­g­en­lə­ri türkləş­di­rib ye­ni dil ya­ra­da bil­məz­di­lər. Əg­ər hun-qıp­çaq­la­rın gə­li­şi­ni I əsrdən dey­il, lap e.ə.III-II əsr­lər­­dən götürsək be­lə, bu, mümkün dey­il­di. Bu, bir də onun­la ağ­la bat­mır ki, di­li­miz­də sub­st­rat əla­mət­lə­ri də yox­dur. Bütün bun­lar mən­ti­qi şə­kil­də gö­s­tə­rir ki, türk mən­şə­li ümum­xalq Azər­bayc­an di­li gəl­mə hun-qıp­çaq­la­rın məh­su­lu dey­il, çox qə­dim­dən bu əra­zi­də sa­kin olan yer­li türk tay­fa­la­rı­nın he­sa­bı­na­dır və hunqıp­çaq­lar on­la­ra yal­nız qüvvə ver­mi­ş­lər. Bu­nun iza­hı üçün mət­ləb­dən kə­na­ra çıx­maq la­zım gəl­mir. Çünki biz «Azər­bayc­an di­li­nin ta­ri­xi» əsə­rin­də ge­niş şə­kil­də bu pro­se­sin iza­hı ilə mə­şğ­ul ol­mu­şuq. İn­di tə­səvvür üçün bir qə­dər də abo­ri­g­en türklə­rə gə­lən ye­ni qüvvə­lə­ri nə­zər­dən ke­çir­mə­liy­ik. Bu pro­se­s­də ye­nə əks kon­sep­siy­a­nın bəsit düşün­cə­lə­ri ilə qar­şı­laş­ırıq.

Ame­ri­ka ali­mi P.Qol­den 1980-ci il­də Va­şinq­ton­da çap et­dir­di­yi «Türk xal­q­la­rı və Qaf­qaz» mə­qa­lə­sin­də hun tay­fa­la­rı­nın 363, 370, 395-ci il­lər­də Azər­bayc­a­na yürüş etdiklərini qeyd et­miş­dir. Ə.S.Sum­­­bat­za­də bu­nu Azər­bayc­a­na türklə­rin ümu­mən ilk gə­li­şi ki­mi qiy­mət­lən­di­rə­rək qeyd edir ki, bu, «...ta­rix el­min­də türkdil­li qəbi­lə­lə­rin Azər­bayc­a­na ilk gə­li­şi ba­rə­də qə­bul edil­miş fi­k­rə bü­töv­lükdə uyğ­un­dur». (10; 81) Bu kon­sep­siy­a­nın tə­rəf­dar­la­rı Azər­bay­c­an­da abo­ri­g­en türk tə­səvvür et­mir, türklə­rin Azər­bayc­an­da ilk görünmə ta­ri­xi­ni isə bu vaxt­dan qə­bul edir­lər. Yu­xa­rı­da­kı söz­lə­ri, bəl­kə də, tə­sadüfi say­maq olar­dı, la­kin müəl­lif bir qə­dər son­ra fi­k­ri­ni bir az da qə­ti­ləş­di­rə­rək yaz­mış­dır: «Be­lə he­sab et­mək tam tə­bi­i­dir ki, Azər­bayc­a­na şi­mal­dan da­xil ol­muş ilk türkdil­li tay­fa­lar olan hun­lar, ey­ni za­man­da, bu­ra­da türk di­li­nin əsa­sı­nı qoy­muş ilk et­nos­lar idi­lər». (10; 82) Bu cür fi­kir­lər­lə ta­nış ol­duqca ta­rix­çi­nin öz xal­qı­nın ta­ri­xi­nə nə qə­dər bə­sit ya­naş­dığ­ı­na, fakt­la­rı tə­h­rif edə­rək düşmən dəy­ir­ma­nı­nı nə qə­dər sürət­lə iş­lət­diy­i­nə tə­əccüb et­mə­mək ol­mur. Biz köklü qə­dim tay­fa­la­rı, e.ə.VIII-VII əsrlər­də gə­lən kim­mer, skif, sak tay­fa­la­rı­nı nə­zə­rə al­ma­dan hun­la­rın öz­lə­ri­nin də bu qeyd edi­lən ta­rix­dən çox-çox əv­vəl Azər­bayc­an­da ol­duğ­u­nu di­lin ta­ri­xi­nə aid ki­tab­da ətra­f­lı gö­s­tər­mi­şik. Hun­la­rın Al­ba­niya əra­zi­sin­də ol­ma­sı haq­qın­da ilk mə­lu­ma­tı Pe­ri­e­g­et (II əsr) və Pto­le­mey (II əsr) ver­miş­dir. Bə­zi ta­rix­çi­lər on­la­rın da­ha əv­vəl­lər gəl­miş ol­duq­la­rı­nı söy­lə­mi­ş­lər. İn­di on­la­rı bir da­ha tə­k­rar et­mə­dən irə­li get­mək is­tər­dik.

452-ci il­də Ro­ma şə­hə­ri Hun im­pe­ra­to­ru At­ti­la­dan ası­lı və­ziyy­ə­tə düşür. Hun­la­rın tər­ki­bin­də oğ­uz­la­rın Azər­bayc­a­na kütlə­vi axı­nı da bu dö­v­rə aid­dir. V əsr er­mə­ni qay­naq­la­rı­nın mə­lu­ma­tı­na gö­rə, bu vaxt kə­ng­ər­lər Nax­çı­van və Er­mə­ni­s­tan zo­na­sın­da böyük bir əra­zi­ni tu­ta­raq «Kə­ng­ər­lər vi­lay­ə­ti (qa­varn Kan­qa­ras)» ya­rat­mış­dı­lar. (13; 19)

Su­riya ta­rix­çi­si Za­xa­riya Mi­ti­len­ski­nin mə­lu­ma­tı­na gö­rə, 490-515-ci il­lər­də Dər­bənd ya­xın­lığ­ın­da sa­var­lar, avar­lar, xə­zər­lər, bul­qar­lar və baş­qa­la­rın­dan iba­rət 13 türk tay­fa­sı yer­ləş­miş­di və bun­­la­rın bir ço­xu hun­la­rın ar­dınca Azər­bayc­a­na da­xil olur, ora­da məskən sa­lır­dı­lar. (37; 16) Bi­zans ta­rix­çi­lə­ri və gürcü sal­na­mə­lə­ri xə­bər ve­rir ki, 576-cı il­də Gəncə vi­lay­ə­tin­də böyük hun-sa­bir kütlə­si yer­ləş­di­ril­miş və be­lə­lik­lə, Araz­la Kür ara­sı hun öl­kə­si­nə çe­v­ril­miş­di. Ərəb müəl­li­f­lə­ri bun­la­rı ‘tar­xan­lar' ad­lan­dı­rır­dı­lar. V əsr­də türk adı ilə böyük bir hun tay­fa­sı Muğ­an­da yer­ləş­miş­di.

VII əs­rə qə­dər hun adı ilə Azər­bayc­a­na gə­lən­lər sa­var, ono­qur, bul­qar, abar/avar, xə­zər, si­ru­qur, ba­q­ra­sik, ku­las, ab­del, ef­ta­lit və b.-dan iba­rət idi.(10; 87) İbn Asam əl-Ku­fi­nin mə­lu­ma­tı­na gö­rə, Araz va­di­sin­də, Bey­lə­qan və Var­sa­na zo­na­la­rın­da türk di­li ge­niş yayıl­mış­dı. (38; 179-181) Əv­vəl­lər türkləş­mə pro­se­si­nə ma­ne olmağa çalışan ərəb­lər so­nra­lar öz­lə­ri türklə­rin ara­sın­da as­si­mil­ya­siyaya uğ­ray­ır. Bütün bun­la­rı ümu­mi­ləş­di­rə­rək Z.Bünya­dov yaz­mış­dır: «Be­lə­lik­lə, Azər­bayc­a­nın və Ara­nın türk­ləş­mə­si ərəb­lə­rin siy­a­si are­naya çıx­ma­sın­dan çox-çox əv­vəl Sa­sa­ni im­pe­riy­a­sı tər­ki­bin­də ba­ş­la­mış­dı. Ərəb­lə­rin Azər­bayc­an­da görünmə­si və müstəm­lə­kə­çi­liyi əv­vəl­lər bu pro­se­si lə­ng­i­dir­di, la­kin tez­lik­lə ərəb­lə­rin türklər tə­rə­fin­dən as­si­mily­a­siy­aya uğ­ra­dıl­ma­sı onu sürət­lən­dir­di və hər han­sı yüz il­dən so­nra o, ge­niş vüsət al­dı». (38; 182) Z.Bünya­dov ye­nə ya­zır: «Bir sı­ra təd­qi­qat­çı­la­rın et­diyi ki­mi, türkləş­mə­nin XI-XII əsrlər­də baş ver­diy­i­ni qə­bul et­mək səhv olar­dı. Azər­bayc­an əra­zi­si­nə türklə­ri gəl­mə, yad xalq he­sab et­mək də inan­dı­rıcı dey­il, çünki bu hal­da böyük kom­pakt yer­li türk tay­fa təş­ki­lat­la­rı in­kar edil­miş olur». (38; 179)

Z.Bünya­dov VII-IX əsrlər­lə mə­şğ­ul ol­muş və hə­qi­qət na­mi­nə türk tay­fa­la­rı­nın Azər­bayc­an­da bu dövr­dən çox-çox əv­vəl ge­niş vüsət al­dığ­ı­nı eti­raf et­miş­dir. Abo­ri­g­en qə­dim türk tay­fa­la­rı­nın var­lığ­ı­nı qə­bul et­sə də, şu­mer­lə­rin ya­şı­dı olan da­ha qə­dim abo­ri­g­en türklə­ri gö­rə bil­mə­miş­dir.

Er­kən or­ta əsrlər­də türk tay­fa­la­rı ümu­mi «hun» adı ilə ta­nın­mı­ş­lar. VI əs­rin or­ta­la­rın­dan «türk» adı ümu­mi­ləş­di­rici ad-et­no­nim ki­mi iş­lən­məyə ba­ş­la­mış­dır: Göytürk xa­qan­lığı «türk» sözünü ilk də­fə rəs­­mi döv­lət adı ola­raq qə­bul et­miş, boy və baş­çı­la­rı­nın adı ilə anılan bütün türklə­rə ad ver­mə şə­rə­fi­ni qa­zan­mış­dır.

Göytürk döv­lə­ti tez­lik­lə öz sər­həd­lə­ri­ni ge­ni­ş­lən­dir­miş­dir. «Sa­sa­ni­lər «böyük ipək yo­lu»nun türklə­rin əlin­də ol­ma­sı­nı is­tə­mir­di­lər. İs­tə­mi xa­qan Bi­zan­sla Sa­sa­ni­lə­rə qar­şı müqa­vi­lə bağ­la­yır, türklər şərq­dən, Bi­zans qərb­dən Sa­sa­ni­lə­rin üzə­ri­nə hücu­ma ke­çir. İs­tə­mi xa­qan Xa­rəz­mi və di­g­ər on bö­lg­ə­ni tu­ta­raq Azər­bayc­an tor­paq­la­rı­na gi­rir. (39; 93) 701-ci il­də II Göytürk im­pe­ra­tor­luğ­u­nun or­du­la­rı ye­ni­dən Də­mir qa­pı ağ­zın­da görünürlər.

Bu dövr­də Azər­bayc­an türk di­li son də­rəcə ge­niş­lə­nə­rək qon­şu xal­q­la­rın dil­lə­ri­ni də öz tə­si­ri al­tı­na al­mış­dır. Azər­bayc­an türk di­li qon­şu xal­q­la­rın dil­lə­ri­nə yal­nız alın­ma­lar ver­mək­lə məh­dud­laş­ma­mış, hə­min dil­lə­rin struk­tu­ru­na da tə­sir gö­s­tər­miş­dir. Türk di­li er­məni di­li­ni şə­kil­çi­li di­lə çe­vir­miş­dir. Bu­nu ilk də­fə XIX əs­rin 70-ci il­lə­rin­də dok­tor Mord­man an­la­mış və er­mə­ni di­li­nə həsr et­diyi mə­qa­lə­də yaz­mış­dır: «Mə­lum­dur ki, er­mə­ni­lər Hind-Av­ro­pa mən­şə­li xalq­dır, am­ma on­la­rın di­li Tu­ran (türk - red.) di­li­nin güclü tə­si­ri­nə mə­ruz qal­mış­dır. Mən hə­min ifa­də ilə heç də çox­əsrlik kon­takt nə­tic­ə­sin­də os­man­lı türkcə­sin­dən alın­mış söz­lə­ri nə­zər­də tut­mu­ram. Söh­bət IV, V, VI və VII əsrlər­də er­mə­ni ədə­bi di­li­nə ke­ç­miş Tu­ran ele­ment­lə­rin­dən ge­dir. Bu elə bir dövr idi ki, dünya­da hə­lə nə səlcuq­lar, nə os­man­lı­lar... var idi».(13; 80) (Müəl­lif IV əsrdə er­mə­ni ədə­bi di­lin­dən da­nı­şır, am­ma bi­zim ta­rix­çi və dil­çi­lər bu dövr­də ümum­xalq Azər­bayc­an di­li­nin tə­şəkkül tap­mış ol­duğ­u­nu eti­raf etməyə də eh­tiy­at edir­lər).

Hun­la­rın Azər­bayc­a­na bu axın­la­rı­nı qeyd et­mə­mək də olar­dı. Çünki çox qə­dim dövr­lər­dən Azər­bayc­a­nın əsas yer­li əha­li­si türklər­dən iba­rət ol­muş­dur. Qo­hum tay­fa­la­rın Azər­bayc­a­na axı­nı ümum­xalq Azər­bayc­an (türk) di­li­nin tə­şəkkülü işi­nə ma­ne­ə­lə­ri ara­dan qaldır­mış, bo­ş­luq­la­rı dol­dur­muş­dur. Ar­tıq il­kin feo­da­lizm dövrün­də ümum­xalq di­li­nin tə­şəkkülü üçün hər cür zə­min var idi. Bu­nu böyük ta­ri­xi duy­um­la hə­lə vax­ti­lə Ə.Də­mir­çi­za­də an­la­mış­dı. Şu­mer-türk müna­si­bət­lə­ri in­san­la­rı tə­zəcə düşündürməyə ba­ş­la­dığı, abo­ri­g­en türklə­rin çox qə­dim ta­ri­xi nə­zə­rə alın­ma­dığı dövr­də ümum­xalq Azər­bayc­an di­li­nin VI-VIII əsrlər­də tə­şəkkül tap­dığ­ı­nı qeyd et­mə­yin özü də böyük cə­sa­rə­tin nə­tic­ə­si idi. Ədə­bi di­li­mi­zin ta­ri­xi­nin misil­siz təd­qi­qat­çı­sı prof.Ə.Də­mir­çi­za­də məhz be­lə düşünmüş və be­ləcə də yaz­mış­dır: «Mə­lum ol­du­ğu üz­rə, VI-VIII əsr­lər­də va­hid Azər­bayc­an xal­qı for­ma­laş­dığı ki­mi, bu xal­qın ha­mı­sı­nın ünsiyy­ət va­si­tə­si va­hid ümum­xalq Azər­bay­can di­li də ar­tıq mövc­ud idi və ge­niş da­i­rə­də iş­lə­nir­di».(40; 71)

 

Azər­bayc­an ta­rix­çi, dil­çi və et­no­qra­f­la­rı­nın əl­də et­diyi ye­ni ma­te­­ri­al­lar gö­s­tə­rir ki, ümum­xalq Azər­bayc­an di­li VI-VIII əsr­lər­də de­y­il, III - V əsrlər­də tə­şəkkül tap­mış­dır. Ar­tıq bu za­man, yəni «...V yüz­­il­liy­in son­la­rı, VI yüzil­liy­in əv­vəl­lə­rin­də Azər­bay­ca­nın, de­mək olar ki, hər ye­rin­də dil­lə­ri bi­zim Azər­bayc­an di­li­nin kökündə day­a­nan soy­lar ya­şay­ır­dı­lar... Gə­tir­di­yi­miz külli miq­dar ma­te­ri­al­lar və müla­hi­zə­lər gö­s­tə­rir ki, ilk or­ta yüzil­lik­lər­də is­lam di­ni­nin bu əra­zi­də yay­ıl­ma­sın­dan qa­baq, ola bil­sin ki, da­ha çox qa­baq Azər­bayc­an əra­zi­si əha­li­si­nin böyük ək­sə­riyy­ə­ti ar­tıq türkdil­li idi». (5; 95 - 96)

Bu fi­k­ri yal­nız ek­s­t­ra­linq­vi­s­tik amil­lə­rin təd­qi­qi əsa­sın­da de­yil, to­po­nim, et­no­nim, an­t­ro­po­nim, hi­d­ro­nim, oro­nim və sa­i­rin, el­mi əsər­lə­rə yol ta­pıb hə­min əsər­lər­də müha­fi­zə olun­muş lek­si­ka­nın araş­dı­rıl­ma­sı əsa­sın­da di­g­ər alim­lə­rin gəl­diyi nə­tic­ə­lər də təs­diq edir. Bu dövr Azər­bayc­an əra­zi­sin­də sa­vir­lə­rin, kə­ng­ər­lə­rin, xə­zər­lə­rin, bul­qar­la­rın, oğ­uz­la­rın, qıp­çaq­la­rın və baş­qa hun tay­fa­la­rı­nın kütlə­vi şə­kil­də mə­s­kun­laş­dığı dövr idi. Bu dövr Azər­bay­can xal­qı­nın və ümum­xalq Azər­bayc­an di­li­nin for­ma­laş­ma­sı­nın ba­şa çat­dığı dövr idi. Dok­tor Mord­ma­nın de­diyi ki­mi, bu elə bir dövr idi ki, hə­lə nə səlc­uq­lar var idi, nə də os­man­lı­lar.

Azər­bayc­an xal­qı­nın və onun di­li­nin tə­şəkkülünün V əsrdə ba­şa çat­dığ­ı­nı şərt­lən­di­rən bir sı­ra amil­lər ol­muş­dur.

Ümum­xalq Azər­bayc­an di­li­nin tə­şəkkülünü gö­s­tə­rən mü­hüm də­lil­lər­dən bi­ri V əsrdə va­hid Al­ban ya­zı­sı­nın ol­ma­sı və hə­min ya­zı­nın ye­ni­dən tək­mil­ləş­di­ril­mə­si­dir. «Al­ba­niya ta­ri­xi»nin XVI fəs­li­nin baş­lığ­ın­da dey­i­lən: «Me­s­ro­bun Al­ba­niya ça­rı Ar­sva­g­e­nin ya­nı­na gəl­mə­si, bu­ra­da əlif­ba­nı tək­mil et­mə­si, mək­təb­lə­ri ye­ni­dən aç­ma­sı, ölkə­də qal­mış bütpə­rəst məz­həb­lə­rin kökünün kə­sil­mə­si və Al­ba­niy­a­da xaç­pə­rə­st­liy­in möh­kəm­lən­mə­si» (7,32) söz­lə­ri gö­s­tə­rir ki, Me­s­rob ye­ni əlif­ba düzəlt­məy­ib, mövc­ud əlif­ba­nı tək­mil­ləş­di­rib, yeni mək­təb aç­may­ıb, köh­nə mək­təb­lər bər­pa olu­nub. Xri­s­ti­an­lığ­ın tam qə­lə­bə­si də xal­qın tə­şəkkülü de­mək­dir.

 

 

Azər­bayc­an əra­zi­sin­də ya­şay­an apa­rıcı tay­fa­lar 5 min il əv­vəl də öz za­ma­nın­da mövc­ud olan ya­zı for­ma­sın­dan (qay­a­lar, da­ş­lar, gil löv­hə­lər, baş da­ş­la­rı, an­nal­lar üzə­rin­də mi­xi ya­zı­lar) is­ti­fa­də et­mi­ş­lər. Han­sı əra­zi­də da­ha çox ya­zı­lıb­sa, han­sı döv­lət da­ha əzə­mət­li abi­də­lər qoy­ub­sa, tə­sadüflər nəyi qo­ruy­ub­sa, on­lar da qa­lıb. Bu o demək dey­il­dir ki, mə­sə­lən, şu­mer və ak­kad­la­rı məğ­lub et­miş, on­la­rın üzə­rin­də 125 il hök­mran­lıq et­miş ku­ti­lə­rin - qə­dim türkdil­li baba­la­rı­mı­zın abi­də­lə­ri, ya­zı­la­rı ol­ma­mış­dır. Bu o de­mək dey­il­dir ki, man­na­lı­la­rın, ma­day­la­rın, at­ro­pa­ten­lə­rin ya­zı mə­də­niyy­ə­ti ol­ma­mış­dır. Yüz il­lər­lə hökm sürmüş, ta­rix­də böyük iz­lər bu­rax­mış döv­lət­lər, şübhə­siz, xüsu­si ya­zı mə­də­niyy­ə­ti­nə də ma­lik ol­mu­ş­lar. Biz Arat­ta dövründən era­mı­zın X əs­ri­nə qə­dər­ki 4000 il­lik yo­lun mə­də­ni, el­mi in­ki­şa­fı­nı ar­dıc­ıl iz­ləyə bil­mə­sək də, mən­bə­lə­rin az­lığı bu­na im­kan ver­mə­sə də, da­im tor­paq­la­rı­mı­zın abo­ri­g­en əha­li­si­nin böyük mə­də­niyy­ət sa­hi­bi ol­duğ­u­nu ta­ri­xi iz­lər­dən öy­rə­nə bil­mi­şik. Xal­qın, ümum­xalq di­li­nin tə­şəkkül tap­dığı dövr­də (V əsr) onun ya­zı­sı­nın tək­mil­ləş­di­ril­mə­si ba­rə­də ta­ri­xin qo­ruy­ub sax­la­dığı mə­lu­mat mər­hə­lə­li ink­işa­fın yük­sək pil­lə­lə­rin­dən bi­ri­nin tə­bii ya­di­ga­rı­dır (bax: 16; 100 - 116).

Şi­mal­lı-cə­nub­lu Azər­bayc­a­nın bir xalq ki­mi tə­şək­kül tap­ma­sı hər iki əra­zi­də abo­ri­g­en qə­dim türk tay­fa­la­rı­nın za­ma­nın ge­di­şin­də tədric­ən zə­ru­ri şə­kil­də bir xalq ki­mi tə­mərküzləş­mə­si yo­lu ilə baş ver­miş­dir. Qə­dim türk tay­fa­la­rı Azər­bayc­an əra­zi­sin­də mə­s­kun­laş­maq­la era­dan əv­vəl­ki bir ne­çə mi­nil­lik ər­zin­də et­no­dil ümu­mi­liyi çər­çi­və­sin­də yer­li key­fiyy­ət­lə­rin, əra­zi to­po­nim­lə­ri­nin tə­şəkkülü ənə­nə­si­ni da­vam et­dir­mi­ş­lər. Öl­kə­mi­zin əra­zi­si­nə qo­hum türk tay­fa­la­rı­nın mər­hə­lə­li axı­nı və on­la­rın dil­lə­ri­nin yer­li et­nos­la­rın dil­lə­ri ilə kon­so­li­da­siy­a­sı da böyük gücə ma­lik ol­muş­dur. Bir sı­ra türk tay­fa­la­rı­nın (ku­ti­lə­rin, uti­lə­rin, al­ban­la­rın, ka­s­pi­lə­rin və s.) yay­ıl­ma are­a­lı­nın ge­niş ol­ma­sı, öl­kə­nin həm şi­mal, həm də cə­nub bö­lg­ə­lə­rin­də mə­s­kun­laş­ma­la­rı türk tay­fa dil­lə­ri­nin ümu­mi­ləş­mə­si işi­ni asan­laş­dır­mış­dır.

Qeyd et­mə­liy­ik ki, era­mı­zın əv­vəl­lə­rin­də şər­qi və qər­bi türk dil­lə­ri az-çox fər­q­lən­sə də, in­di­ki qə­dər əsas­lı dil fər­q­lə­ri ya­ran­ma­mış­dı. Fər­q­lər şi­və fər­q­lə­ri sə­viyy­ə­sin­də idi, ona gö­rə də ümum­ünsiyyət va­hi­di­nin tə­şəkkülü qar­şı­sın­da heç bir ma­neə ya­ra­da bil­mir­di. Yer­li tay­fa­lar bir-bi­ri­nə qo­hum ol­duğu ki­mi, gəl­mə he­sab olu­nan­lar da vax­ti­lə bu yer­lər­dən ay­rı­lan­lar idi. Şi­mal­la cə­nub ara­sın­da möh­kəm sər­həd­lə­rin ol­ma­ma­sı, ey­ni tay­fa da­şıy­ıc­ı­la­rı­nın müxtə­lif əra­zi­lər­də mə­s­kun­la­şa bil­mə im­kan­la­rı da tay­fa dil­lə­ri­nin xalq di­li ki­mi ümu­mi­ləş­mə­si xey­ri­nə idi.

Tay­fa dil­lə­ri­nin ümum­xalq di­li şək­lin­də for­ma­laş­ma­sın­da ek­s­t­ra­linq­vi­s­tik amil­lə­rin ro­lu böyük idi. Ta­rix elə gə­tir­miş­di ki, Azər­­­bay­ca­­nın şi­mal və cə­nub əra­zi­lə­ri era­dan əv­vəl­ki son yüzil­lik­lər­də və era­mı­zın əv­vəl­lə­rin­də - il­kin or­ta əsrlər­də da­im bir­lik­də ol­muş­dur.

E.ə. IV əs­rin II ya­rı­sın­dan Ma­ke­do­niy­a­lı İs­kən­də­rin ya­rat­dığı im­pe­riya da­xi­lin­də şi­ma­lın və cə­nu­bun əla­qə­lə­ri art­mış­dı. Ta­ri­xi fakt­lar gö­s­tə­rir ki, hə­lə İs­kən­də­rin işğ­a­lın­dan əv­vəl də şi­mal­la cə­nub bir­lik­də ol­muş­dur. At­ro­pa­tın rəh­bər­liyi ilə al­ban­la­rın İran qo­şun­la­rı tər­ki­bin­də İs­kən­də­rə qar­şı müha­ri­bə­si də bu­nu tə­s­diq edir. İs­kən­də­rə qar­şı vu­ru­şan or­du­da mi­di­ya­lı­lar­la ya­na­şı, al­ban­lar, sa­ka­sin­lər, kadu­si­lər də iş­ti­rak edir­di­lər. (2; 136) At­ro­pa­tın süla­lə­si, tə­bii ki, bu bir­li­yi xey­li müddət da­vam et­dir­miş­dir.

So­nra­kı dövr­də Par­fiya döv­lə­ti (e.ə.250-e.226) tər­ki­bin­də Azərbayc­an və Al­ba­niy­a­nın bir ca­ni­şin­lik­də bir­ləş­di­ril­mə­si va­hid Azər­bayc­an xal­qı­nın tə­şəkkülünü sürət­lən­dir­miş­dir. Sa­sa­ni­lər imperiy­a­sı dövründə də (III-VII əsrlər) şi­mal ilə cə­nub va­hid ca­ni­şin­lik­də bir­ləş­di­ril­miş, so­nra­lar ərəb­lər də bu struk­tu­ru sax­la­mış, pozma­­mı­ş­lar. Sa­sa­ni im­pe­riy­a­sı­nın süqu­tu dövründə - Xi­la­fə­tin mey­­da­na çıx­dığı ərə­fə­də va­hid Azər­bayc­an xal­qı­nın və va­hid Azər­bayc­an di­li­nin tə­şəkkülü ar­tıq ba­şa çat­mış­dı. Bu­nu e.ə.II - era­mı­zın VI əsrlə­rin­də tə­şəkkül tap­mış, VI - VIII əsrlər­də ci­la­lan­mış «Ki­ta­bi-Də­də Qor­qud» da­s­tan­la­rı və bu da­s­tan­la­rın mi­sil­siz dil ma­te­ri­a­lı da tə­s­diq edir.

Azər­bayc­an­da hər tə­rə­fi bürüyən türk co­şğ­un­luğ­u­nu gör­­mək əvə­zi­nə, At­ro­pa­te­na əra­zi­sin­də ya­şay­an əha­li­nin di­li­nin Əhə­mə­ni­lər dövründən iran­lı­laş­dı­rıl­mış ol­duğ­u­nu id­dia edən­lər də var­dır. (1;259 - 271) Bu mə­qam­da Ə.S. Sum­bat­za­də hə­qi­qə­tə sa­diq qa­la­­raq, At­ro­pa­te­na dövrü Azər­bayc­an əha­li­si­nin et­nik tər­ki­bi və di­li haq­qın­da araş­dır­ma­la­rın çə­tin­liy­i­ni qeyd et­sə də, Par­fiya ası­lı­lığı dövründə yer­li əha­li­nin di­li­nin iran­lı­laş­dı­rıl­ma­dı­ğı­nı xüsu­si nə­zə­rə çarp­dı­rır: «At­ro­pa­te­na əha­li­si­nin di­li­nin xa­rak­te­ri və mən­su­biyy­ə­ti ba­rə­də suala ca­vab ver­mək ol­duqca çə­tin­dir. Heç bir şübhə yox­dur ki, İran Par­fiya döv­lə­tin­dən ası­lı və­ziyy­ə­tə sa­lın­mış At­ro­pa­te­na­da da öl­kə əha­li­si­nin tər­ki­bi­nin və di­li­nin iran­lı­laş­ma pro­se­si­nə qar­şı ye­ni­dən güc top­la­ma­sı qa­çıl­maz ol­muş­dur. La­kin tay­fa qrup­la­rı­nın və ki­çik xal­q­la­rın et­nik müx­tə­li­f­liy­i­nin tə­s­vi­ri Par­fiya ha­ki­miyy­ə­ti dövründə At­ro­pa­te­na əha­li­si­nin tər­ki­bi­nin və di­li­nin iran­lı­laş­dı­rıl­dığ­ı­nı düşünməyə əsas ver­mir». (10; 47) Müəl­lif bu­nu da əla­və et­miş­dir ki, par­fiy­a­lı­lar yal­nız ha­kim­lə­rin təy­i­ni ilə mə­şğ­ul ol­muş və At­ro­pa­te­na əra­zi­si­nə iran­dil­li əha­li köçürmə­mi­ş­lər. Ə.S.Sum­bat­za­də çox mühüm bir mə­sə­ləyə də to­xu­na­raq ya­zır: «Be­lə­lik­lə, tə­bii coğ­ra­fi fak­tor - Araz çayı o uzaq dövr­də də bu çay­dan cə­nub­da ol­duğu ki­mi, şi­mal­da da ya­şay­an Azər­bayc­an əha­li­si­nin et­nik yekc­in­sliy­i­ni po­za bil­mə­miş­dir...» (10; 47) Bu cə­hət zə­ru­ri bir fak­tor ol­maq­la e.ə. IV əsrdən ba­ş­lay­a­raq At­ro­pa­te­na və Al­ba­niya əha­li­si­nin di­li­nin xalq dili şək­lin­də ümu­mi­ləş­mə­si pro­se­si­nin sürət­lən­mə­si üçün zə­ru­ri şərt­lər­dən ol­muş­dur. Bir sı­ra ta­rix­çi­lər yer­li əha­li­nin iran­lı­laş­dı­rıl­ma­sı­nı o qə­dər asan bir pro­ses ki­mi tə­səvvür et­miş və yaz­mı­ş­lar ki, müəl­lif bu­nu da əla­və et­mə­li ol­muş­dur ki, hət­ta güclü Sa­sa­ni­lər im­pe­riy­a­sı döv­rün­də də yer­li dil­lə­ri iran­lı­laş­dır­maq mümkün ol­ma­mış­dır. (10; 58)

Köh­nə era­nın ba­şa çat­dığı, ye­ni era­nın ba­ş­lan­dığı dövr­də «xalq­­la­rın böyük köçü»nə sə­bəb olan hun­la­rın qər­bə hə­rə­kə­ti şi­mal­lı-cənub­lu Azər­bayc­a­nın bir­də­fə­lik Yer kürə­sin­də türk yur­du, türk və­tə­ni ki­mi bər­qə­rar ol­ma­sı­na zə­min ya­rat­mış­dır. Baş­qa söz­lə, o əra­zi­lər­də ki türk tay­fa­la­rı yer­ləş­miş­di­lər, qo­hum tay­fa­lar gə­lən­də on­lar yer­lə­ri­ni dəy­iş­mə­li ol­ma­mış, yal­nız ye­ni gə­lən­lər­lə sıx­laş­mış, zə­n­gin­­ləş­mi­ş­lər. İran və qaf­qaz­dil­li­lər bu əra­zi­lər­də ge­niş yay­ı­la bilməmi­ş­lər.

Türk tay­fa­la­rı­nın hun it­ti­fa­qı Azər­bayc­a­nın şi­ma­lı ilə cə­nu­bu ara­sın­da əla­qə­lə­ri da­ha da sıx­laş­dır­dı. Əv­vəl­lər Adər­bay­qan (At­ro­pa­te­na) öl­kə adı cə­nu­bi, Al­ba­niya isə Şi­ma­li Azər­bayc­a­na şa­mil edi­lir­di. Ar­tıq «... er­kən or­ta əsrlər­də Şi­ma­li Azər­bayc­a­nın da əra­zi­si Adər­bay­qan (Atur­pa­ta­kan) an­lay­ı­şı al­tın­da bir­ləş­di­ri­lir­di». (2; 136, 215) Əra­zi bir­liyi, et­nik bir­lik, dil bir­liyi, ic­ti­mai-siy­a­si və iq­ti­sa­di həy­at bir­liyi xal­qın və xalq di­li­nin tə­şəkkülü üçün əsas ol­muş­dur.

Tə­bii ki, oxuc­u­nu bir mə­sə­lə da­ha çox düşündürür: Azər­bay­can əra­zi­sin­də qə­dim­dən bə­ri lul­lu­lar, ku­ti­lər, tu­ruk­ki­lər, kas­lar, ka­s­pi­lər, mağ­lar (man­na­lı­lar, ma­day­lar), al­ban­lar, qar­qar­lar, e.ə. VIII-VII əsrlər­də ge­ri qay­ı­dan kim­mer­lər, ski­f­lər, sak­lar, hun dövründə sa­var­lar, pe­çe­ne­qlər, qıp­çaq­lar, bir qə­dər so­nra xə­zər­lər və s. say­sız türk tay­fa­la­rı əsa­sın­da oğ­uz qru­pu türk dil­lə­ri­nə da­xil olan ümum­xalq Azər­bayc­an di­li necə for­ma­laş­dı, necə tə­şəkkül tap­dı? Bu qə­dər tay­fa içə­ri­sin­də koy­ne nə­dən iba­rət ol­muş­dur?

Əv­və­lən, ha­zır­kı dövr­də Azər­bayc­an di­li­nin cə­nub, qərb və şi­mal-şərq ləhc­ə­lə­ri­nə ay­rıl­ma­sı tay­fa dil­lə­ri­nə dey­il, mə­həl­li-əra­zi prin­­sip­lə­ri­nə əsas­lan­sa da (45; 282 - 295), bu bö­lgü tay­fa dil əla­mət­lə­ri­ni də müha­fi­zə edir. Azər­bayc­an di­li­nin ke­çid şi­və­lə­ri ilə ya­na­şı, rə­ng­a­rə­ng və bir-bi­rin­dən ki­fay­ət qə­dər fər­q­lə­nən şi­və­lə­ri də var­dır. Kər­kükdən Dər­bən­də qə­dər ge­niş əra­zi­lər­də məs­kun­laş­mış 50 mil­yon­luq Azər­bayc­an türklə­ri­ni tam tə­səv­vür et­mək la­zım­dır. Bun­lar gö­s­tə­rir ki, müxtə­lif tay­fa dil­lə­ri iz­siz yox ol­ma­mış­dır. İn­di ta­ri­xi dia­lek­to­lo­giy­a­nın əsas və­zi­fə­si məhz qə­dim Azər­bayc­an əra­zi­lə­rin­də­ki tay­fa dil­lə­ri­nin mümkün abi­də­lər, dil ma­te­ri­al­la­rı əsa­sın­da dia­lekt fakt­la­rı­nı hə­min fakt­la­rın bir vaxt­kı da­şı­yıc­ı­la­rı olan tay­fa dil­lə­ri­nə doğ­­ru təd­qiq edib öy­rən­mək­dir. Nə­zə­rə alın­ma­lı baş­qa çox mühüm bir mə­sə­lə də Azər­bayc­an di­li­nin gəl­mə türk tay­fa dil­lə­ri əsa­sın­da de­­yil, qə­dim abo­ri­g­en türklə­rin di­li əsa­sın­da tə­şək­kü­lüdür. Bu mə­qam­­da həm də nə­zə­rə alın­ma­lı­dır ki, əv­və­lən, Azər­bayc­a­na gə­lən türk tay­fa­la­rı, müha­fi­zə olun­muş fakt­lar­dan göründüyü üzrə, vax­ti­lə bu əra­zi­­lər­dən get­miş qo­hum tay­fa­lar­dan iba­rət ol­muş­dur, di­g­ər tə­rəf­dən, hət­ta az-çox fər­q­li xüsu­siyy­ət­lə­ri ilə se­çi­lən tay­fa­lar gəl­miş­sə be­lə, on­lar da yer­li tay­fa­lar­la asan­lıq­la çar­paz­la­şa bil­mi­ş­lər. Hər iki hal­da yer­li tay­fa dil­lə­ri üstünlüyü sax­la­mış­dır. Be­lə bir cə­hə­ti də qeyd et­mə­liy­ik ki, bu gün türk dil­lə­ri­ni dil dey­il, ləhcə ad­lan­dı­ran­lar bu dil­lə­rin bir-bi­ri­nə çox ya­xın ol­duğ­u­nu əsas götürürlər. Mi­lad­dan əv­­vəl­ki mi­nil­liy­in son­la­rın­da isə türk dil­lə­ri ar­tıq çox­dan şərq və qərb qol­la­rı­na ay­rıl­mış ol­sa da, on­la­rın ara­sın­da­kı lek­sik, fo­ne­tik və qram­ma­tik fərq bu­günkündən müqay­i­sə edil­məz də­rəc­ə­də az olmuşdur.

Bütün bun­lar­la ya­na­şı, han­sı­sa da­ha köklü bir tay­fa di­li­nin üstünlüyü ol­ma­mış dey­il­dir və təd­qi­qat­çı­la­rın araş­dır­ma­la­rı ona yö­nəl­miş­dir ki, da­im ümum­xalq Azər­bayc­an di­li oğ­uz qru­pu dil­lə­rin­dən he­sab olu­nur. Fakt be­lə­dir ki, dil­çi­lər oğ­uz və qıp­çaq tay­fa dil­lə­ri üzə­rin­də da­ha möh­kəm day­an­mı­ş­lar. Ə.Də­mir­çi­za­də Azər­bay­can di­lin­də «oğ­uz və qıp­çaq li­sa­ni ünsürlə­r»inin təd­qi­qi» ilə mə­şğ­ul ol­muş­dur. (36; 3-14) Əg­ər Azər­bayc­an di­li oğ­uz və qıp­çaq tay­fa dil­lə­ri əsa­sın­da tə­şəkkül tap­mış­sa, on­da «li­sa­ni ün­sürlər» nə de­mək­dir? «Li­sa­ni ünsür» di­lin ma­hiyy­ə­ti­ni əha­tə et­mir, onun üzdə olan çox na­zik qat­la­rı­na işa­rə edir: de­mə­li, bu dil kök eti­ba­ri­lə baş­qa­dır, la­kin onun tər­ki­bin­də oğ­uz və qıp­çaq tay­fa dil­lə­ri­nə məx­sus ün­sürlər qaba­rıq­dır. Bizcə, pro­fes­sor düz düşünüb - bu dil ma­hiyy­ət eti­ba­ri­lə türk di­li­dir, la­kin onun ümu­mi fo­nun­da oğ­uz və qıp­çaq tay­fa dil­lə­ri­nə məx­sus ça­lar­lar da­ha ay­dın se­çi­lir. Be­lə ol­duq­da bu­ra­da iki variant görünür: ya oğ­uz­lar çox qə­dim (hun dövrü yox, da­ha qə­dim) dövrün tay­fa­la­rı­dır, ya­xud da qə­dim (e.ə.III - II mi­nil­lik­lə­rin) türk di­li­nə oğ­uz və so­nra­lar müəyy­ən də­rəcə qıp­çaq ele­ment­lə­ri çöküb. Bi­zim fi­k­ri­mizcə, oğ­uz­la­rın öz­lə­ri Ön Asiy­a­nın ən qə­dim tay­fa­la­rın­dan­dır və on­la­rın bir sı­ra bölüm­lə­ri Ön Asiy­a­dan ay­rı­la­raq ha­ra­la­rı do­lan­sa da, so­nra­lar ye­nə Ön Asiya yurd­la­rı­na qay­ıt­mı­ş­lar.

Oğ­uz­la­rın Ön Asiy­a­nın çox qə­dim tay­fa­la­rı ol­duğ­u­na ta­rix ki­tab­la­rın­da ay­dın işa­rə­lər də var­dır. E.ə.III mi­nil­lik­də Ön Asiy­a­dan ayrı­lıb Mər­kə­zi Asiy­aya hə­rə­kət edən to­xar­la­rın bir bölümü türkdil­li oğuz­lar he­sab olu­nur (T.Qam­kre­lid­ze,V.İva­nov): «Ey­ni za­man­da, tükər/to­xar adı qə­dim oğ­uz et­nik bölümlə­ri­ni də bil­di­rir­di. Adı çə­ki­lən təd­qi­qat­çı­lar to­xar­la­ra şa­mil edil­miş türk mən­şə­li tu­k­ri adı­nı Diya­la çay­ı­nın yu­xa­rı axa­rın­da yer­ləş­di­ri­lən Tu­k­riş öl­kə adı ilə ey­ni­ləş­di­rir­di­lər. Bu­na ox­şar Ti­k­riş şə­hər adı Man­na­nın əra­zi­sin­də də yad edil­miş­dir. E.ə.III mi­nil­liy­in so­nun­da Tuk­riş­də Ari­sen ad­lı hökm­dar ha­ki­miyy­ət­də ol­muş­dur. Türk dil­lə­ri ba­xı­mın­dan Ari­sen «cə­sur adam», ya­xud «nəc­ib adam» mə­na­sı­nı ve­rir». (2; 81 - 82)

Diq­qət­lə araş­dır­ma­lar apar­dıq­da ha­di­sə­lər mən­ti­qi şə­kil­də əla­qə­lə­nir. Ə.Də­mir­çi­za­də Azər­bayc­an di­li­nin ma­hiyy­ə­tin­də nə ay­rıca oğ­uz, nə də qıp­çaq görür, ümu­mi­ləş­miş şə­kil­də «türk» görür. Türk sözü e.ə. III mi­nil­lik­dən özünü gö­s­tər­mək­də­dir, «Tükər» sözü şübhə­li­dir­sə, «Tu­ruk­ki» sözü var. Bütün türk xal­q­la­rı ara­sın­da ye­g­a­nə Azər­bay­can di­li bi­zim zə­ma­nə­mi­zə qə­dər «türk di­li» adı­nı qo­ruy­ub sax­lay­ıb. Oğ­uz­lar Mər­kə­zi Asiy­aya bu­ra­dan yay­ı­lıb. Gə­lən­lər ye­nə bu­ra gə­lib. Ad­la­rı aş­qu­zay, iş­qu­zay şək­lin­də, skuz, skif, sko­lot şə­kil­lə­rin­də tə­ləffüz edi­lən türk tay­fa­la­rı­nın oğ­uz­lar ol­duğu ar­tıq təd­qi­qat­çı­lar tə­rə­fin­dən üzə çı­xa­rıl­mış­dır: Z.Hə­sə­nov Azər­bayc­an­da çar­lıq ya­rat­mış ski­f­lə­ri ət­ra­f­lı təd­qiq edə­rək yaz­mış­dır: «Skif et­no­ni­mi «oğ­uz» şək­lin­də eti­mo­lo­g­iy­a­laş­dı­rı­la bi­lər».(46; 54) Ət­ra­f­lı və sə­mə­rə­li təd­qi­qat­dan be­lə bir qə­na­ə­tə gə­lən müəl­lif ye­nə ya­zır: «Qeyd edək ki, quz-oğ­uz et­nik an­lay­ı­şı­nı in­di türk dil­lə­ri­nin oğ­uz qru­pu­na da­xil olan türklə­rin əc­da­dı tə­səvvürü ilə qə­ti şə­kil­də ey­ni­ləş­dir­mək ol­maz. Qə­dim dövrün quz­la­rı-oğ­uz­la­rı (He­ro­dot və Rə­şid-əd Di­nin tə­s­vir et­dik­lə­ri) bə­ra­bər şə­kil­də bütün müa­sir türklə­rin əc­da­dı olmuş­­lar. Ta­ri­xi mə­lu­ma­ta əsa­sən, Oğuz xa­nın tay­fa it­ti­fa­qı­nın tər­ki­bin­də qıp­çaq­lar, kar­luk­lar, uyğ­ur­lar və baş­qa türk et­nos­la­rı bir­ləş­miş­di». (46, 117) V.V.Bar­­told qeyd edir ki, geniş Qıp­çaq çölü X əsrdə Quz çölü ad­la­nır­dı. (47; 87)

N.A.Ba­s­ka­kov gö­s­tə­rir ki, M.Ka­şğ­a­ri da­im öz lüğə­tin­də qıp­çaq­lar­la oğ­uz­la­rı ya­xın­laş­dır­mış, on­la­rı uyğ­ur­la­ra qar­şı qoy­muş­dur. Mə­sə­lən, M.Ka­şğ­a­ri­nin qeyd­lə­rin­dən ay­dın olur ki, oğ­uz və qıp­çaq­lar­da söz ba­şın­da «y» sə­si uyğ­ur­lar­da düşür: yı­lığ suv (oğ­uz, qıp­çaq) - ilığ suğ (uyğ­ur). Oğ­uz və qıp­çaq­lar­da «m» sə­si uy­ğ­ur­­lar­da «b» sə­si­nə ke­çir: men ber­dim (oğ­uz, qıp­çaq) - ben ber­­­dim (uyğ­ur) və s. Müəl­lif fi­k­ri­ni ümu­mi­ləş­di­rə­rək ya­zır: «Mah­­mud Ka­şğ­a­ri­nin oğ­uz və qıp­çaq dil­lə­ri­ni uyğ­ur di­li ilə qar­şı­laş­dır­ma­sı gö­s­tə­rir ki, ke­ç­miş dövr­lər­də, məhz Hun dövründə bu dil­lər (oğ­uz və qıp­çaq dil­lə­ri - Q.K .) hə­lə di­fe­ren­si­a­siy­aya uğ­ra­ma­mış­dı və va­hid oğ­uz-kar­luk-qıp­çaq ünsiyy­ə­ti­ni təş­kil et­miş­dir ki, o da so­nra­lar bir tə­rəf­dən, kar­luk (uy­ğur), di­g­ər tə­rəf­dən, oğ­uz-qıp­çaq dil­lə­ri­nə par­ça­lan­mış, so­nra­kı­lar isə oğ­uz və qıp­çaq dil­lə­ri ki­mi iki­­ləş­miş­dir.» (27; 156 - 157)

Be­lə­lik­lə, türk tay­fa­la­rı za­man keç­dikcə qay­nay­ıb-qa­rış­mış, Azər­­bayc­an xal­qı­nın, müa­sir Azər­bayc­an di­li­nin tə­şəkkülünə gə­ti­rib çı­xar­mış­dır: Bir sı­ra şi­və fər­q­lə­ri­nə bax­may­a­raq, er­kən or­ta əsr­lər­də Azər­bayc­an­da yer­li və gəl­mə türk et­nos­la­rı­nın va­hid xalq ki­mi bir­ləş­mə­si pro­se­si ba­şa çat­mış­dır.

Ümum­xalq Azər­bayc­an di­li­nin tə­şəkkülü ilə Qə­dim Azər­bayc­an di­li mər­hə­lə­si so­na ye­tir və yeni Azərbaycan dili mər­hə­lə­si ba­ş­layır. Biz bu so­nra­kı mər­hə­lə­ni iki dö­v­rə ay­ı­rı­rıq:

1. Azər­bayc­an ədə­bi di­li­nin ümum­xalq di­li əsa­sın­da tə­şəkkülü və in­ki­şa­fı dövrü (V-XV əsrlər);

2. Azər­bayc­an mil­li ədə­bi di­li­nin tə­şəkkülü və in­ki­şa­fı dö­v­ru (XVI-XXI əsrlər).

Bi­rinci dövrün özü də iki mər­hə­ləyə ay­rı­lır:

a) ədə­bi di­lin tə­şəkkül dövrü (VI-XII əsrlər);

b) ədə­bi di­lin in­ki­şaf dövrü (XIII-XV əsrlər).

Bi­rinci dövrün bi­rinci mər­hə­lə­si də:

a) şi­fa­hi ədə­bi di­lin tə­şəkkülü (VI - VIII əsrlər) və b) ya­zı­lı ədə­bi di­lin tə­şəkkülü (IX - XII əsrlər) mər­hə­lə­lə­ri­nə ay­rı­lır.

ƏDƏBİYYAT

 

1. Azərbaycan tarixi. EA-nın nəşri, I cild, «Elm»,1998.

2. Azərbaycan tarixi. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1994.

3. N.F.Katanov. Alfavitnıy ukazatelğ sobstvennıx imen, vstre­ça­öhix­sə vo vtorom tome, obrazüı narodnoy literaturı tör­kskix plemen, sobrannıx V.V.Radlovım. SPb., 1888.

4. Azərbaycan tarixi üzrə qaynaqlar. Azərbaycan Univer­siteti Nəşriyyatı, Bakı, 1989.

5. Mahmud İsmayıl.Azərbaycan tarixi. «Azərbaycan en­siklope­di­yası» nəşriyyat-poliqrafiya birliyi, Bakı, 1997.

6. Qiyasəddin Qeybullayev.Azərbaycan türklərinin təşək­külü tarixindən. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994.

7. Moisey Kalankatuklu.Albaniya tarixi. (Müqəddimə, qeyd, tərcümə və şərhlər akad.Z.Bünyadovundur), Bakı, «Elm», 1993.

8. Kemal Aliev. Antiçnıe istoçniki po istorii Azerbaydjana. Ba­ku , «Glm», 1987.

9. Q.A.Qeybullaev. K gtnoqenezu azerbaydjanüev. Baku , «Glm», 1991.

10. A.S.Sumbatzade. Azerbaydjanüı - gtnoqenez i formirovanie na­ro­da. Baku , «Glm»,1990.

11. Ahmed Zeki Velidi Togan. Ümumi türk tarihine gi­riş.c I, İstanbul, 1946.

12. Ə.Dəmirçizadə. 50 söz. Bakı, «Gənclik», 1968.

13. Q.Voroşil. Qafqaz Albaniyası. Bakı, «Öyrətmən», 1993.

14. V.V.Bartolğd.Soçinenie,t.II.

15. Bahaəddin Ögəl. Böyük hun imperiyası. I, Bakı, «Azər­nəşr», 1992.

16. T.M.Mamedov. Kavkazskaə Albaniə. Baku , «Maarif», 1993.

17. Azərbaycan tarixi. Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər, EA nəşri, 1993.

18. A.Q.Abramən. Deşifrovka nadpisey Kavkazskix Aqvan. Ere­van , 1964.

19. A.Şanidze. Novootkrıtıy alfavit kavkazskix albanüev - v kn. İ.Abuladze. K otkrıtiö alfavita kavkazskix albanüev, Tbilisi , 1938.

20. Dokladı AN Azerb. SSR, 9, 1948,

21. Drevnetörkskiy slovarğ. Leninqrad, «Nauka»,1969.

22. K.Q.Aliev. O nazvanii reka Kura . DAN Azerb.SSR,1959,

23. N.Ə.Merpert. Drevneyşie bolqarskie plemena v Priçer­nomorğe. V kn.: Oçerki istorii SSSR, III-IX vv., Moskva,1958

24. S.S.Aliərov. Ob gtnoqeneze azerbaydjanskoqo naroda. V sb.: K prob­­le­me gtnoqeneze azerbaydjanskoqo naroda, Baku ,1984.

35. Murad Adji.Evropa, törki, Velikaə Stepğ.Moskva, Mıslğ, 1998.

36. Ə.Dəmirçizadə. Azərbaycan dilindəki oğuz-qıpçaq lisani ünsürləri. Azərb.SSR EA Dilçilik institutunun əsər­ləri, 1-ci cild,1947,s.3-14.

37. M.İ.Artamanov. İstoriə xazar. Leninqrad,1962.

38. Z.M.Buniatov.Azerbaydjan v VII-IX vv. Baku ,1065.

39. Rəfik Özdək. Türkün qızıl kitabı. Bakı,1992.

40. Ə.Dəmirçizadə.Azərbaycan ədəbi dili tarixi. I, Bakı, «Maa­rif»,1979.

41. Ç.Qaraşarlı. Qafqaz albanları türk idilər. «Məqa­lələr top­lusu», IV, Azərbaycan Dövlət Dillər İnstitutu, Ba­kı, 2000.

42. Z.Budaqova,T.Hacıyev. Azərbaycan dili. Bakı,1992.

43. İ.Aliev. Oçerk istorii Atropatenı. Azerbaydjan­skoe Qosu­dar­­stven­­­noe İzdatelğstvo, Baku , 1989.

44. N.Cəfərov.Azərbaycanşünaslığa giriş. Bakı, AzAtaM, 2002.

45. E. Əzizov.Azərbaycan dilinin tarixi dialektologi­yası. Bakı Universiteti Nəşriyyatı, 1999.

46. Zaur Qasanov. Üarskie skifı. Liberty New York , 2002.

47. V.V.Bartolğd. Törki. Alma-Atı,1998.

48. F.Məmmədova. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1993.

49. F.Mamedova. K voprosu ob albanskom (Kavkazskom) gtnose. Azərb. SSR EA-nın Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 3.,1989.

50. K.Əliyev, F.Əliyeva. Azərbaycan antik dövrdə. Azər­baycan Dövlət Nəşriyyatı, Bakı, 1997.

51. K.Q.Aliev. K voprosı o qarqarax i territorii ix ras­seleniə, DAN Azerb. SSR, 1981, ¹ 1.

52. L.N.Qumilev. Otkrıtıe xazarii. Moskva, 1966.

53. R.Q.Kuzeev. Proisxojdenie başkirskoqo naroda. M., 1974.

54. Çingiz Qaraşarlı. Əfsanənin izi ilə. «Ulduz», 2.,1989, ¹ 5.

55. Ə.Tanrıverdi. «Kitabi-Dədə Qorqud»da şəxs adları. Bakı, «Elm», 1999.

56. İzvestiə drevnix pisateley. T..I. Per. V.V.Latışeva. SPb., 1893, s.185 - 186.

57. Q.Kazımov. Qurbani və poetikası. APİ nəşri, Bakı,1996.

58. Q.Kazımov. Sənət düşüncələri. Azərbaycan Dövlət Kitab Palatası, Ba­kı, 1997.

59. Q.Kazımov. Azərbaycan tarixi - 1. «Təzadlar» qəzeti, iyul-avqust 2001, ¹ 23, 24, 25, 26, 27, 28, 29, 30. Qədim Azərbay­can dili dövrü. - «İki sahil», 2 fevral 2002, 5 fevral 2002, 6 fevral 2002; Ədəbi dilimizin təşəkkül yolu. «Paritet» qəzeti, 14-16 iyun 2003 və s.

60. K.Ş.Şaniəzov. K gtniçeskoy istorii uzbekskoqo naroda. Taş­kent, 1974.

61. Q.Kazımov. «Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)», Bakı, «Təhsil» nəşriyyatı, 2003.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az