BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

«AZƏRBAYCAN TARİXİ» - I:

DÖVLƏT, ETNOGENEZ VƏ DİLİMİZİN

MƏNŞƏYİ MƏ­SƏ­LƏ­LƏ­Rİ

 

Qə­zən­fər Şi­rin oğ­lu Ka­zı­mov (1937) 1960-cı il­də V.İ.­Le­nin adı­­na Azər­bayc­an Döv­lət Pe­da­qo­ji İn­sti­tu­tu­nun (AD­PU-nun) tarix-fi­lo­lo­g­iya fakültə­si­ni bi­tir­miş­dir. 1962-ci il­dən hə­min in­sti­tu­­tun as­pi­ran­tı, müəl­li­mi, baş müəl­li­mi, do­sen­ti ol­muş, 1989-1997-ci il­lər­də fi­lo­lo­g­iya fakültə­si­nin de­ka­nı və­zi­fə­sin­də iş­lə­miş­dir. Fi­lo­lo­g­iya elm­lə­ri dok­to­ru (1988), pro­fes­sor­dur (1989). Respub­li­ka müəl­lim­lə­ri­nin və el­mi kadr­la­rın ha­zır­lan­ma­sın­da böyük xid­mət­lə­ri var­dır.

Q.Ş.Ka­zı­mov 300-ə qə­dər el­mi və el­mi-pub­li­sist mə­qa­lə­nin, «Ya­zı­çı və dil » , «Ko­mik-bə­dii va­si­tə­lər » , «Bə­dii ədə­­­biy­yat­da komizm üsul­la­rı » , «Qur­ba­ni » , «Qur­ba­ni və poe­ti­ka­sı » , «Sə­nət düşüncə­lə­ri » , «Di­li­miz - ta­ri­xi­miz » və b. ki­tab­la­rın, rus mək­tə­bi­nin 3-cü, Azər­bayc­an mək­təb­lə­ri­nin 7 - 8-ci si­ni­f­lə­ri üçün «Azərbay­can di­li » , ali mək­təb­lər üçün «Müa­sir Azər­bay­c­an di­li (sin­tak­sis) » dər­slik­lə­ri­nin, bir sı­ra pro­qram­la­rın müəl­li­fi­dir.

Re­s­pub­li­ka Pre­zi­den­ti ya­nın­da AAK-nın, Təh­sil Na­zir­liyi nəz­din­də el­mi-me­to­di­ki şu­ra­nın üzvü, müda­fiə şu­ra­sı­nın sədr müa­vi­ni ol­muş­dur. Ya­zı­çı­lar və Jur­na­li­st­lər bir­lik­lə­ri­nin, Bö­yük Bri­ta­niya və Şi­ma­li İr­lan­diya Asiya Kral Cə­miyy­ə­ti­nin üz­vüdür. İn­gil­tə­rə­də Kem­bric Bey­nəl­mi­ləl Düha­lar Mər­kə­zin­­də, Ame­ri­ka Bio­q­ra­fiya İn­sti­tu­tun­da qey­də alın­mış­dır.

Prof.Q.Ş.Ka­zı­mov ha­zır­da Nə­si­mi adı­na Dil­çi­lik İns­­­­ti­tu­tu­nun apa­rıcı el­mi iş­çi­si­dir. Dil ta­ri­xi prob­lem­lə­ri üzə­rin­də iş­ləy­ir.

Qə­ze­ti­mi­zin bu­günkü say­ın­dan ba­ş­lay­a­raq, Q.Ka­zı­mo­vun Re­s­­pub­li­ka Pre­zi­den­ti­nin döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­­di­ril­mə­si haq­qın­da Fər­ma­nın­dan irə­li gə­lən və­zi­fə­lər əsa­sın­­da xalqı­mı­zın döv­lət­çi­lik ta­ri­xi, et­nik tər­ki­bi və di­li­mi­zin mən­­şəyi mə­sə­lə­lə­ri və hə­min mə­sə­lə­lə­rin EA Ta­rix İn­sti­tu­tu­nun ha­zır­la­dığı «Azər­bay­can ta­ri­xi»nin I cil­din­də (1998) qo­yu­­­­­lu­şu ilə bağ­lı mə­qa­lə­si­ni dərc edi­rik.

 

HÖR­MƏT­Lİ RE­DAK­TOR!

Bu günlər­də mər­kə­zi mət­bu­at­da «Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si haq­qın­da Azər­bayc­an Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fər­ma­nı» dərc olun­muş­dur. Bu fər­man di­li­mi­zin ta­ri­xi­nə, onun bu­günkü və­ziyy­ə­ti­nə hə­qi­qi mə­na­da işıq sa­lır. Fər­man­da xal­qı­mı­zın və di­li­mi­zin ta­ri­xi ilə bağ­lı bu gü­nə qə­dər rəs­­mi da­i­rə­lər­də söy­lən­mə­miş zə­ru­ri el­mi fi­kir­lər söy­lən­miş­dir. Fər­man­da dey­i­lir: «Azər­bayc­an di­li­nin bu­günkü in­ki­şaf sə­viyy­ə­si gö­s­tə­rir ki, Azər­bayc­an xal­qı dünya­nın ən qə­dim xal­q­la­rın­dan­dır... Ne­çə-ne­çə böyük mə­də­niyy­ə­tin ya­ra­dıc­ı­sı olan xal­qı­mı­zın ta­ri­xi qə­dər onun di­li­nin tə­şəkkül ta­ri­xi də ol­duqca qə­dim­dir. Azər­bayc­an di­li türk mən­şə­li ümum­xalq can­lı da­nı­şıq di­li zə­mi­nin­də əmə­lə gə­lib şi­fa­hi ədə­bi di­lə çe­v­ri­lə­nə­dək və son­ra­dan bu əsa­s­da Azər­bay­c­an ədə­bi di­li­nin ya­zı­lı qo­lu tə­şək­kül ta­pa­na qə­dər yüz il­lər boy­unca mü­rək­kəb bir yol keç­miş­dir » . Fər­man­da ye­nə dey­i­lir: «Di­li­mi­zin özə­y­i­ni ta qə­dim­lər­dən Azər­bayc­an tor­paq­la­rın­da­kı türk əsil­li boyla­­rın və soy­la­rın di­li təş­kil et­miş­dir. Azər­bayc­an di­li dia­lekt və şivə­lə­­ri­nin ge­niş Av­ra­siya mə­ka­nı­na yay­ı­lan türk xal­q­la­rı­nın az qa­la bütün dil xüsu­siyy­ət­lə­ri­ni əks et­di­rə­cək qə­dər rən­ga­rə­ng olma­sı­nın da ba­ş­lıca sə­bə­bi ta qə­dim­lər­dən bu tor­paq­lar­da et­nik ba­xım­dan ey­ni köklü türk et­nos­la­rı­nın möv­cud ol­ma­sı­dır » . Fər­man­da Azər­bayc­an di­li­nin IV-V əsrlər­də ar­tıq ümum­xalq di­li şək­lin­də mövc­ud ol­du­ğu tə­s­bit edi­lir. Bütün bu müddə­a­la­rın hər bi­ri obye­k­tiv el­mi hə­qi­qə­tə əsas­la­nır, dil­çi, ta­rix­çi və et­no­qra­f­la­rı­mız­dan xal­qı­mı­zın, di­li­mi­zin, döv­lət­çi­lik ənə­nə­lə­ri­mi­zin ta­ri­xi­nə son də­rəcə mə­su­liyy­ət­lə, həm də ta­ma­mi­lə ye­ni­dən nə­zər sal­mağı tə­ləb edir. Fər­man bir çox­la­rı ki­mi, mə­ni də çox­dan düşündürən bir mə­sə­ləyə - «Azər­bayc­an ta­ri­xi»nin son aka­de­­mik nə­ş­rin­də (Ba­kı, «Elm», 1998, I c.; mə­sul re­dak­tor İ.H.Əli­y­ev) döv­lət, et­nik tər­kib və di­li­mi­zin mən­şəyi mə­sə­lə­lə­ri­nin qoy­u­lu­şu ba­rə­də uy­dur­ma kon­sep­siy­aya müna­si­bət bil­dir­mə tə­lə­ba­tı­nı or­taya çı­xar­dı. Bu ki­tab Azər­bayc­an əra­zi­sin­də döv­lə­tin ya­ran­ma­sı, et­nik tər­kib və dil mə­sə­lə­lə­ri üzrə ta­ma­mi­lə ta­ri­xin tə­h­ri­fin­dən iba­rət­dir. Tə­əc­cüb doğ­u­ran da odur ki, nə üçün ziya­­­lı­lar, o ziy­a­lı­lar ki, di­li­mi­zin ne­çə min il­lik ta­ri­xi kök­lə­ri­nin tə­h­ri­fi yox, adı üstündə böyük müba­hi­sə və müba­ri­zə apa­rır­dı­lar, on­lar səs­lə­ri­ni çı­xar­mır, xal­qın mən­şəy­i­nin uy­dur­ma iza­hın­dan iba­rət olan bu ki­ta­ba müna­si­bət­lə­ri­ni bildir­mir­lər.

 

Ki­ta­bın əv­və­lin­də­ki «İn­sti­tut­dan» ba­ş­lıq­lı bir sə­hi­fə­lik ya­zı­da dey­i­lir ki, 7 cild­liy­in 5 cil­di 1990-cı il­də ar­tıq ha­zır idi, la­kin «döv­rün siy­a­si kony­unk­tu­ra­sın­dan azad dey­il­di», ona gö­rə də oxuc­u­la­ra təq­dim edi­lən bu ki­tab 90-cı il­lər­də «əhə­miyy­ət­li də­rəc­ə­də ye­ni­dən iş­lə­nib düzəl­dil­miş­dir».(1; 5) La­kin ki­tab­la bütövlükdə ta­nış­lıq gö­s­tə­rir ki, «dövrün kony­unk­tu­ra­sı» ən mühüm mə­sə­lə­də bir qə­dər də kə­s­kin­ləş­di­ril­miş şə­kil­də sax­lan­mış və bu sa­hə­də heç bir dəy­i­şik­lik edil­mə­miş­dir. Bi­rinci cild bi­zə, hər şey­dən əv­vəl, et­no­g­e­nez və dil mə­sə­lə­lə­ri­ni ay­dın­laş­dır­ma­lı idi. La­kin mə­lum olur ki, bu sa­hə­də fi­kir nə­in­ki 60-cı il­lər­dən irə­li get­məy­ib, əs­lin­də, so­vet dövrünün ən qa­tı çağ­la­rı­nın idey­a­la­rı üzə­rin­də da­ha möh­kəm kök­lə­nib. Baş­qa söz­lə, müəl­lif ta­ri­xi tə­h­rif­dən iba­rət olan keç­­miş qey­ri-el­mi, süni və sax­ta kon­sep­siy­a­nı san­ki qə­s­dən da­ha da kə­s­kin­ləş­di­rib.

Bu­dur, ki­tab boyu döv­lət, et­nik tər­kib və dil mə­sə­lə­lə­ri­nin müəl­li­fi İq­rar Əliy­ev 40 sə­hi­fə­lik «Gi­riş»də Azər­­bayc­an xal­qı­nın və dilinin han­sı et­nos­lar və han­sı et­nos­la­rın di­li əsa­sın­da tə­şəkkül tap­dığ­ı­nı be­lə ümu­mi­ləş­dir­miş­dir: «...bir sı­ra qey­ri-müəyy­ən­lik­lə­rə, çətin­lik­lə­rə bax­may­a­raq, Azər­bayc­an xal­qı­nın et­no­g­e­ne­zi kon­sep­siya­sı müəyy­ən də­rəc­ə­də, ü m u m i ş ə k i l d ə ta­rix el­mi­miz­də iş­lən­miş və özünün ini­ka­sı­nı san­bal­lı «Azər­bayc­an ta­ri­xi»nin 1-ci cil­din­də (Ba­kı, 1958), «So­vet ta­rix en­sik­lo­pe­diy­a­sı»nda (1, M., 1961), «Bö­yük so­vet en­si­klo­pe­diy­a­sı»nda (3-cü nəşr,1, M., 1969), «Qaf­qaz xal­q­la­rı» (2, M., 1981), «Dünya xal­q­la­rı» (M., 1968), on iki cild­lik «Ümumdünya ta­ri­xi» (M., 1955 - 1979) ki­tab­la­rın­da və bir sı­ra di­gər əsər­lər­də tap­mış­dır. Bu kon­sep­siy­aya gö­rə, Azər­baycan xal­qı­nın tə­şəkkülündə Man­na, At­ro­pa­te­na və Qaf­qaz Al­ba­niy­a­sın­da mə­s­kun­laş­mış müxtə­lif, o cümlə­dən Qaf­qaz və İran dil­lə­rin­də da­nı­şan (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K .) qə­dim dövr və or­ta əsrlə­rin tay­fa və xalq­la­rı - man­na­lı­lar, ka­s­pi­lər, At­ro­pa­te­na ma­da­lı­la­rı, al­ban­lar, azə­ri­lər və bir sı­ra di­g­ər­lə­ri əsas rol oy­na­mı­ş­lar».(1; 33) Göründüyü ki­mi, bu­ra­da et­no­g­e­nez və dil mə­sə­lə­lə­ri­ni «də­qiq­ləş­dir­mək» na­mi­nə müəl­li­fin is­ti­fa­də et­diyi, 70-ci il­lər­dən bu ya­na ke­çən, müstə­qil­lik im­kan­la­rı­na əsas­la­nan bir ədə­biyy­at da yox­dur. Qeyd edi­lən bu kitab­la­rın ha­mı­sın­da köh­nə, an­titürk kon­sep­siya əsas yer tu­tur. Müəl­lif Man­na, At­ro­pa­te­na, Al­ba­niya döv­lət­lə­ri tər­ki­bin­də bir­lə­şən tay­fa­lar içə­ri­sin­də bir nə­fər də türk görmür. De­mə­li, xal­qın və ümum­xalq di­li­nin tə­şəkkül tap­dığı dövr­də Azər­bayc­an əra­zi­sin­də yal­nız iran­dil­li və qaf­qaz­dil­li tay­fa­lar ya­şa­mış­dır. Bir qə­dər so­nra gö­rəc­əy­ik ki, qey­ri-türkdil­li tay­fa­lar bi­zim era­nın bi­rinci mi­nil­liyi­nin son­la­rı­na ki­mi apa­rıcı qüvvə ol­muş və yal­nız II mi­nil­liy­in əv­və­lin­də bir­dən-bi­rə «türk­ləş­miş»lər.

«Əsrlər boyu Azər­bayc­a­na gəl­miş müxtə­lif dil­li tay­fa və xal­q­lar (ski­f­lər, sak­lar, alan­lar, hun­lar, sa­bir­lər, xə­zər­lər, oğ­uz­lar və b.) da Azər­bayc­an xal­qı­nın et­no­g­e­ne­zin­də böyük rol oy­na­mı­ş­lar. Azər­bayc­an xal­qı­nın, di­li­nin for­ma­laş­ma­sı et­no­g­e­nezin son mər­hə­lə­lə­rin­də - or­ta əsr­lər­də da­vam et­miş­dir».(1; 34)

Əg­ər Man­na, At­ro­pa­te­na və Qaf­qaz Al­ba­niy­a­sın­da ya­şa­yan əsas əha­li Qaf­qaz və iran­dil­li­lər ol­mu­ş­lar­sa, on­da «əsrlər boyu» gə­­lən ski­f­lər, sak­lar, alan­lar, hun­lar, sa­bir­lər, xə­zər­lər, oğ­uz­lar nə vaxt gəl­mi­ş­lər və nəyə la­zım ol­muşlar? So­nra­kı izah­lar­dan gö­rə­cəy­ik ki, bun­lar era­mı­zın III-IV əsrlə­rin­dən gəl­məyə ba­ş­la­mı­ş­lar və bun­la­rın da ək­sə­riyy­ə­ti (ski­f­lər, sak­lar, alan­lar və bəl­kə, lap elə hun­lar da) müəl­lif düşüncə­si­nə gö­rə iran­dil­li­lər ol­mu­ş­lar. Et­no­g­e­nez haq­qın­da hökm ve­ri­lən hə­min si­tat­dan ay­dın olur ki, Azər­bayc­an xal­qı­nın və onun di­li­nin for­ma­laş­ma­sı «or­ta əsrlər­də da­vam et­miş­dir». Oxucu diq­qət ye­tir­mə­li­dir: hət­ta «il­kin or­ta əsrlər» də dey­il­mir. Hət­ta «or­ta əsrlər­də ba­şa çat­mış­dır» da dey­il­mir, «da­vam et­miş­dir»- dey­i­lir («İl­kin or­ta əsrlər» era­mı­zın 3-cü əs­rin­dən ba­ş­lay­ır və «or­ta əsrlər» de­dik­də ka­pi­ta­liz­mə qə­dər­ki dövr nə­zər­də tu­tu­lur - bəs on­da bu xalq nə vaxt for­ma­la­şıb, bu dil nə vaxt tə­şəkkül ta­pıb?).

Xüsu­si­ləş­miş «müxtə­lif, o cümlə­dən Qaf­qaz və İran dil­lə­rin­də da­nı­şan qə­dim dövr və or­ta əsrlə­rin tay­fa və xal­q­la­rı» ifa­də­si­nə ba­xaq. Adə­tən, əsa­sı dey­ib, so­nra ikin­ci də­rəc­ə­li­ni qeyd edər­lər. Bu cümlə­də isə əsas «müx­tə­lif» sözü ilə pər­də­lə­nir, ikinci də­rəcə­li­lər bi­rinci də­rəc­ə­li ki­mi xüsu­si­ləş­di­ri­lir. Əsas kütlə­nin kim­lər­dən iba­rət ol­duğu «müxtə­lif» sözü ilə örtülür, İran və qaf­qaz­dil­li­lər qa­ba­rıq şə­kil­də nə­zə­rə çarp­dı­rı­lır. Əg­ər, doğ­ru­dan da, qaf­qaz­dil­li­lər bu öl­kə­də apa­rıcı qüv­və ol­mu­ş­lar­sa, nə üçün on­la­rın Azər­bayc­an əra­zi­sin­də bir də­fə əməl­li bir qu­ru­mu­na rast gəl­mək ol­mur? İran­dil­li­lə­rin İran yay­la­sı­na e.ə. VIII-VII əsrlər­də gəl­dik­lə­ri­ni ta­rix­çi­lər də­fə­lər­lə qeyd et­mi­ş­lər. Bəs o vax­ta qə­dər Azər­bayc­an əha­li­si kim­lər­dən iba­rət idi? Bəl­kə, əra­zi boş imiş? Ki­ta­bın özündə dey­i­lir ki, «İlk tunc dövründə (e.ə.IV mi­nil­liy­in or­ta­la­rın­dan III mi­nil­liy­in son rübünə­dək - Q.K. ) az qa­la bütün Azər­bayc­an və Za­qaf­qa­ziya əra­zi­si­nin düzən və dağ­lıq ray­on­la­rı əkin­çi-mal­dar qə­bi­lə­lər tə­rə­fin­dən tu­tul­muş, mə­nim­sə­nil­miş­dir». (1; 104) Hət­ta me­mar­lıq, in­şa­at sa­hə­sin­də də abo­ri­g­en əha­li­nin va­ris­lik iş­lə­ri ar­xe­o­lo­ji ma­te­ri­al­lar­la tə­s­diq olu­nur. Bəs bu tay­fa­lar kim­lər­dən iba­rət ol­muş­dur? Ba­şa düşmək ol­mur ki, İ.H.Əliy­ev nə üçün Azər­bayc­an əra­zi­sin­də iran­dil­li­lə­rin da­ha qə­dim­dən göründüklə­ri­ni id­dia edən­lə­rə bu qə­dər şad­la­nır. Bu­dur, «Gi­riş»də oxuy­u­ruq: «Müəl­li­fin (E.A.Qran­tov­ski­nin - Q.K .) Şi­mal-qər­bi İran vi­lay­ət­lə­rin­də (Qər­bi Azər­bayc­an - Ur­miy­ay­a­nı sa­hə­lər nə­zər­də tu­tu­lur, am­ma «Şi­mal-qər­bi İran» dey­i­lir - Q.K .) iran­dil­li tay­fa­la­rın əv­vəl­lər­də düşünüldüyündən da­ha qa­baq mey­da­na çıx­dığ­ı­nı id­dia etməyə im­kan ve­rən əsas­lan­dı­rıl­mış fi­k­ri çox böyük əhə­miyy­ə­tə ma­lik­dir». (1;28) Mü­­­əl­lif 1977-ci il­də Mosk­va­da bu­ra­xıl­mış «İran ta­ri­xi» ki­ta­bı­nı da ey­ni şə­kil­də al­qı­ş­layır:»...bö­lg­ə­də (Man­na əra­zi­sin­də - Q.K .) iran­dil­li tay­fa­la­rın mə­s­kun­­­laş­ma­sı­nın və i.a. nə­zər­dən ke­çi­ril­diyi II fə­sil­də köh­nə prob­lem­lə­rə ye­ni şə­kil­də ba­xıl­ma­sı­na im­kan ve­rən xey­li ma­raq­lı və mühüm fi­kir­lər irə­li sü­rülmüşdür. Bu, (yə­ni «ma­raq­lı və mühüm fi­kir­lər» - Q.K .) xüsu­sən iran­dil­li tay­fa­la­rın mən­şəyi, on­la­rın İran yay­la­sı əra­zi­sin­də, o cümlə­dən Ur­miy­ay­a­nı ray­on­da mə­s­kun­laş­ma­sı... mə­sə­lə­lə­ri­nə aid­dir».(1;28) Oxucu görür ki, müəl­li­fi ruh­lan­­­dı­ran əsas mə­sə­lə iran­dil­li əha­li­nin Ur­miy­ay­a­nı əra­zi­lər­də təd­qi­qat­çı­lar tə­rə­fin­dən zor­la er­kən mə­s­kun­laş­dı­rıl­ma­sı­dır. «Son za­man­lar bir sı­ra alim­lər iran­dil­li miq­rant­la­rın Za­qros zo­na­sın­da, o cümlə­dən Cə­nu­bi Azər­bay­can əra­zi­sin­də mə­s­kun­laş­ma­sı­nın ar­xe­o­lo­ji cə­hət­dən əsas­lan­dı­rıl­ma­sı­na böyük diq­qət ye­ti­rir».(1;29) Və s. Bütün bun­lar İran ta­rix­çi­si üçün ma­raq­lı­dır. İ.H.Əliy­ev isə Ur­miy­ay­a­nı əra­zi­lə­rə, Za­qros zo­na­sı­na ona gö­rə be­lə ar­tıq «diq­qət ye­ti­rir» ki, hə­lə e.ə.III mi­nil­lik­də bu əra­zi­lər­də türk tay­fa bir­lik­lə­ri­nin ya­rat­dığı qə­dim Azər­bayc­an döv­lət­lə­ri ba­rə­də ta­rix­çi­lə­rin araş­dır­ma­la­rı və tu­tar­lı ya­zı­la­rı var və bütün bu fi­kir­lər su­al­tı axın­la hə­min təd­qi­qat əsər­lə­ri­nin əley­hi­nə­dir. Bəl­kə, adi oxucu bil­mir, am­ma «Giriş»in müəl­li­fi çox yax­şı bi­lir ki, köh­nə ide­o­lo­g­iy­a­nın al­dığı ən böyük zər­bə bu nöq­tə­dən - Za­qros və Ur­miy­ay­a­nı əra­zi­lər­də ən qə­dim türk tay­fa­la­rı­nın və on­la­rın döv­lə­ti­nin üzə çı­xa­rıl­ma­sın­dan ba­ş­lay­ır.

Be­lə­lik­lə, İ.H.Əliy­ev bu qə­na­ət­də­dir ki, qə­dim Azər­bayc­an əha­li­si İran və qaf­qaz­dil­li tay­fa­lar­dan iba­rət ol­muş­dur. Be­lə ol­duq­da, İ.H.Əliy­e­vin özünün far­slar­dan - fars ta­rix­çi­lə­rin­dən nə ilə fər­q­lən­diy­i­ni və aşağ­ı­da onun özündən si­tat ver­diy­i­miz söz­lər­lə nə de­mək is­tə­diy­i­ni an­la­maq ol­mur: «İran müəl­li­f­lə­ri­nin əsər­lə­ri­nin böyük bir his­sə­si­nin ən mühüm nöq­sa­nı on­la­rın pa­ni­ranst xa­rak­ter da­şı­ma­sı­dır. Bu əsər­lə­rin müəl­li­f­lə­rin­dən ço­xu üçün «Azər­bayc­an ta­ri­xi» məf­hu­mu yox­dur, bütün müddəa­lar bir do­mi­nant - «İran ta­ri­xi» nöq­teyi-nə­zə­rin­dən ve­ri­lir. Ad­la­rı çə­ki­lən müəl­li­f­lə­rin ço­xu üçün azər­bay­can­lı­lar so­nra­dan türk di­li­nə ke­ç­miş far­slar­dır (məhz far­slar­dır!). Aş­kar görü­nə­nin ək­si­nə ola­raq id­dia edi­lir ki, Azər­bayc­a­nın qə­dim əha­li­si­nin di­li fars di­li və ya «fars di­li­nin xüsu­si ləhc­ə­si» ol­muş­dur və i.a.» (1;31)

«Aş­kar görü­nən» nə­dir? Böyük bir in­sti­tut zəh­mət­lə «Azər­bay­­can ta­ri­xi» ya­zıb. Öz­lə­ri əsas­lan­dır­mağa ça­lı­şır­lar ki (əs­lin­də, bu «əsas­lan­dır­ma­da» İq­rar Əliy­ev­dən baş­qa, heç ki­min «xid­mə­ti» yox­dur), Azər­bayc­a­nın qə­dim əha­li­si iran­dil­li­lər­dən iba­rət ol­muş­dur. İran alim­lə­ri niyə bun­dan da­ha bəd­tə­ri­ni de­mə­mə­li­dir? Türklə­rin Azər­bayc­an əra­zi­si­nin il­kin və əzə­li əha­li­si - abo­ri­gen­lə­ri ol­duğ­u­nu di­şi ilə, dır­nağı ilə sübut edən­lə­rin ya­zıla­rı­nın ha­mı­sı bir tə­rə­fə atı­lıb, xal­qın ta­ri­xi­nə, di­li­nə hə­qa­rət­lə ba­xan­lar ön pla­na çə­ki­lən­də nə cür ol­ma­lı­dır? Və həm də bil­mək ol­mur ki, müəl­lif bu söz­lə­ri de­mək­lə do­layı yol­la öz idey­a­sı­nı əsas­lan­dı­rır, yox­sa müa­sir far­sla­ra de­mək is­təy­ir ki, mən də si­zin ki­mi Azər­bayc­an­da İran ta­ri­xi yaz­mı­şam, so­nra si­zin də bu fi­kir­də ol­du­ğu­nu­zu bil­dir­mi­şəm.

Ki­tab­la ta­nış olan hər bir şəxs gö­rə bi­lər ki, bu ki­tab döv­lət, et­no­g­e­nez və dil mə­sə­lə­lə­ri­nə müna­si­bət­də ta­ma­mi­lə İran möv­qe­yin­dən ya­zı­lıb. Müəl­lif İran alim­lə­ri­nin azər­bayc­an­lı­la­rın far­slar­dan dön­mə və tö­rə­mə ol­duq­la­rı­nı gö­s­tə­rən fi­k­ri­nə ona gö­rə «eti­raz edir» ki, o bu qə­na­ət­də­dir ki, azər­bayc­an­lı­lar bi­la­va­si­tə far­slar­dan yox, di­li­ni və et­nik mən­su­biyy­ə­ti­ni itir­mək­lə iran­dil­li baş­qa bir tay­fa­dan tö­rə­mi­ş­lər. Xal­qı və onun di­li­nin mən­şəy­i­ni far­sla­rın idey­a­la­rın­dan bu cür «qo­ru­maq» onu oy­u­na qoy­maq­dır. Tə­səvvür edin ki, sıy­ıq bir şey­in üzə­rin­dən ara­ba tə­kə­ri ke­çir və onu iki ye­rə bölür. İ.H. Əli­yev dey­ir ki, sol­da­kı yox, sağ­da­kı­dır. Əs­lin­də, elə fars­lar da be­lə dey­ir­lər - «fars di­li» yox, «fars di­li­nin xüsu­si ləhcə­si». İ.H.Əliy­ev çox yax­şı ba­şa düşür ki, bun­la­rın fər­qi yox­­dur...

***

Be­lə he­sab olu­nur ki, me­zo­lit dövründə (e.ə. XII - VIII mi­nil­lik­lər) Yer üzərində asan əl­də olu­nan tə­bii sər­vət­lə­rin tə­d­ric­ən tükən­mə­si tə­sərrüfat for­ma­sı­nın dəy­iş­mə­si­nə - mal­dar­lıq və əkin­çi­liy­in in­ki­şa­fı­na sə­bəb ol­muş­dur. Elə bu­na gö­rə də bu dövr­də ye­ni ot­laq­lar, əkin sa­hə­lə­ri, mal­dar­lıq­la əla­qə­dar əl­ve­ri­ş­li əra­zi­lər əl­də et­mər üçün əha­li­nin mi­q­ra­siy­a­sı sürət­lə­nir və ge­ni­ş­lə­nir. Miq­­ra­siy­a­la­ra bax­may­a­raq, e.ə. VIII-VII mi­nil­lik­lər­də Za­qros əra­­zi­sin­də əha­li otu­raq həy­a­ta ke­çir, bu­ra­da əkin­çi­lik və mal­dar­lıq tə­sərrüfa­tı üstün yer tu­tur. Odur ki Cə­nu­bi Azər­bayc­a­nın böyük bir əra­zi­si hə­lə 10 min il əv­vəl­dən mal­dar­la­rın və əkin­çi­lə­rin mə­s­kə­ni he­sab olu­nur. Əkin­çi­lik isə otu­raq həy­at de­mək­dir. Bu­na gö­rə də be­lə tə­səv­vür edi­lir ki, mə­sə­lən, Qo­bu­s­tan­da me­zo­lit-ne­o­lit mə­də­niy­yə­ti­nin ya­ra­dıc­ı­la­rı yer­li Azər­bayc­an qə­bi­lə­lə­ri və qə­bi­lə qrup­la­rı ol­muş­dur.

Me­zo­li­ti əvəz edən ne­o­lit dövrü (e.ə.VIII mi­nil­liy­in so­nu, VI mi­nil­liy­in bi­rinci ya­rı­sı) «in­san həy­a­tın­da in­qi­la­bi səc­iyyə da­şıy­an və cə­miyy­ət­də də­rin ic­ti­mai nə­ticə­lə­rə gə­ti­rib çı­xa­ran köklü dəyi­şik­lik­lər»in baş ver­diyi dövrdür. «Ne­o­lit in­qi­la­bı­nın» ma­hiyy­ə­ti yal­nız təsərrü­fa­tın in­ki­şa­fın­dan iba­rət ol­may­ıb, cə­miyy­ət­də ya­ra­nan sı­ç­rayı­ş­la bağ­lı qiy­mət­lən­di­ri­lir: «Me­zo­lit-ne­o­lit cə­miy­yə­ti­nin də­rin­lik­lə­rin­də baş ve­rən əkin­çi­lik və mal­dar­lığa ke­çid pro­se­si müntə­zəm izafi məh­sul ya­rat­dı ki, bu da bə­şə­riyy­ət qar­şı­sın­da ib­ti­dai ic­ma qu­ru­lu­şu­nun məh­vi­nə yol aç­dı».(1;88)

Ar­tıq ene­o­lit dövründə (e.ə.VI mi­nil­lik­dən IV mi­nil­liy­in or­ta­la­rı­na qə­dər) mal­dar­lığ­ın və əkin­çi­liy­in da­ha da ge­ni­ş­lən­mə­si, tə­sərrüfa­tın in­ki­şa­fı, iza­fi sər­vət to­plan­ma­sı ilə əla­qə­dar «...qə­dim Şər­qin bə­zi ray­on­la­rın­da si­ni­f­lə­rin və döv­lə­tin mey­da­na gəl­mə­si üçün zə­min ya­ra­nır».(1;92)

Bütün bun­lar ta­ri­xin tə­bii ge­di­şi­dir ki, ki­tab­da da öz ifa­də­si­ni düzgün tap­mış­dır; la­kin Azər­bayc­an əra­zi­sin­də si­ni­f­lə­rin və döv­lə­tin əmə­lə gəl­mə­si­nə, et­nos­la­ra və on­la­rın dil­lə­ri­nə müna­si­bət­də və­ziyyət ta­ma­mi­lə baş­qa­dır. Bu­ra qə­dər­ki ar­xe­o­lo­ji ma­te­ri­al­la­rın iza­hı, fik­ri­mizcə, zə­ng­in və qiy­mət­li­dir. La­kin so­si­al-ic­ti­mai mü­na­si­bət­lə­rə gəl­dik­də, elə bil, hər şey daş al­tın­dan çı­xır.

Si­ni­f­li cə­miyy­ə­tin, tay­fa­lar it­ti­fa­qı­nın ya­ran­ma­sı haq­qın­da əsas mə­lu­mat «Or­ta tunc dövrü» ad­la­nan V fə­sil­də­dir. Azər­bay­can­da və ona ya­xın öl­kə­lər­də ye­ni mər­hə­lə­nin e.ə. III mi­nil­liy­in son rübündən ba­ş­la­dığı gö­s­tə­ri­lir. La­kin mə­lum­dur ki, Azər­bayca­na, xüsu­si­lə Za­qros zo­na­sı­na həm­sər­həd olan əra­zi­lər­də - Şu­mer­də ye­ni mər­hə­lə III mi­nil­liy­in son rübündə dey­il, mi­nil­liy­in ən geci əv­və­lin­də (e.ə.XXVIII əsrdə) ba­ş­la­mış­dı və Şu­mer şə­hər döv­lət­lə­ri haq­qın­da zə­ng­in mə­lu­mat elm alə­mi­nə çox­dan ta­nış­dır.Tə­d­ric­ən bütün Şu­me­ri əha­tə edən va­hid döv­lə­tin ya­ran­dığı və so­nra da öl­kə­nin ak­kad­lar tə­rə­fin­dən işğ­al olun­duğu bu ne­çə yüzil­­lik müddət­də şi­mal-şərq­dən ona bi­ti­şik olan Azər­bayc­an­da, müəl­li­fin fik­rincə, hə­lə döv­lət söh­bə­ti yox­dur, yal­nız ora-bu­ra «so­xu­lan» tay­fa­­lar, tay­fa it­ti­faq­la­rı var; Azər­bayc­an­da döv­lət Man­na ilə baş­­lay­ac­aq, - e.ə.1-ci mi­nil­liy­in əv­vəl­lə­rin­də; bu vax­ta qə­dər yal­nız nəs­li-qə­bi­lə qu­ru­lu­şun­dan, bir sı­ra tay­fa­lar­dan da­nış­maq olar və s.

Elə bu­na gö­rə də aka­de­mik ta­ri­xin 120-122-ci sə­hi­fə­lə­rin­də Azər­bayc­a­nın abo­ri­g­en tay­fa­la­rı ku­ti­lər, lul­lu­bi­lər, kas­sit­lər və hu­r­ri­lər haq­qın­da yal­nız ab­zor mə­lu­mat ve­ril­miş və so­nra et­no­g­e­nez və dil mə­sə­lə­lə­ri­nə ke­çil­miş­dir. Bu so­nuncu (et­no­g­e­nez və dil mə­sə­lə­lə­ri) necə izah edi­lib, bir az so­nra da­nı­şa­rıq. Çünki ku­ti­lər, lul­lu­bi­lər və kas­sit­lər haq­qın­da mə­lu­ma­tın özü də ma­raq­lı­dır.

Əv­və­lən, oxucu bil­mə­li­dir ki, e.ə. XXIII əsrdir və aka­de­mik tari­xə gö­rə, de­diy­i­miz ki­mi, bu dö­v­rə qə­dər və bu dövr­də Azər­bayc­an­da döv­lət an­lay­ı­şın­dan da­nış­maq ol­maz. Cə­nu­bi Azər­bay­ca­nın qərb his­sə­si­nin mühüm et­nos­la­rın­dan olan ku­ti­lər də, müəl­li­fin yaz­dığ­ı­na gö­rə, si­ya­si cə­hət­dən kor və vəh­şi tay­fa­lar­dan iba­rət­dir. Tə­q­ri­bən 0,75 sə­hi­fə­lik, yə­ni bir sə­hi­fə­dən də az mə­lu­mat­da müəl­li­fin ku­ti­lər haq­qın­da de­dik­lə­ri­nin özəy­i­ni bu­ra köçü­rürəm: « Ak­kad hökmda­rı Na­ram­sin (Na­ram-Su­en) ar­tıq e.ə. XXIII əs­rin son rübündə Me­so­po­ta­miy­aya so­xul­muş ku­ti­lər­lə toq­quş­ma­lı ol­muş­du. Ku­ti­lə­rin baş­çı­sı En­ri­da­va­zir Ak­kad qo­şun­la­rı­nı məğ­lub et­miş, Cə­nu­bi Me­so­po­ta­miyaya gə­lib çat­mış, ora­da özünü «dünya­nın dörd öl­kə­si­nin hökmda­rı» elan et­miş, bu­na da­ir iri ki­ta­bə yaz­dır­mış­dı. Ku­ti­lər Me­so­po­ta­miy­a­da soyğun­çu­luq və zo­ra­kı­lıq ida­rə üsu­lu tət­biq et­miş­di­lər. On­lar şə­hər­lə­ri dağı­dır, çox­lu in­san qı­rır­dı­lar. Qə­dim ya­zı ku­ti­lə­ri « Şu­mer çar­lığ­ı­nı dağ­la­ra apa­ran, Şu­me­rə düşmən­çi­lik gə­ti­rən, ar­va­dı ərin­dən, uşaq­la­rı va­li­deyn­lə­rin­dən mə­h­rum edən dağ əj­da­ha­la­rı» ad­lan­dı­rır». «Siy­a­si ba­xım­dan ka­mil ol­may­an gəl­mə tay­fa­lar zəbt olun­muş öl­kə­də döv­lət apa­ra­tı­nın mühüm sa­hə­lə­ri­nin ida­rə edil­mə­si­ni yer­li za­də­gan­la­ra hə­va­lə edir və be­lə­lik­lə, öz möv­qe­lə­ri­ni zə­if­lə­dir­di­lər». «Ku­ti­lə­rin Me­so­po­ta­miy­a­da təx­mi­nən bir əsr­lik ağ­a­lığı on­lar ara­sın­da nə­sil-tay­fa müna­si­bət­lə­ri­nin dağ­ıl­ma­sı pro­se­si­ni sürət­lən­dir­mə­li idi». (1; 119-120)

Ba­şa düşmək ol­mur ki, bu nə cür ta­rix­çi­lik­dir. Ku­ti­lər kim­dir və müəl­lif ki­min tə­rə­fin­də­dir? Ku­ti­lər­dən ona gö­rə da­nı­şı­lır ki, bun­lar bi­zim və­tə­ni­mi­zin ən qə­dim sa­kin­lə­ri, bi­zim əc­dad­la­rı­mız­dır. İn­sa­nın öz əc­dad­la­rı­na mə­həb­bə­ti ol­ma­lı­dır. Hə­lə on­la­rın «siy­a­si ba­xım­dan ka­mil ol­ma­ma­la­rı» bir ya­na, «so­xul­maq» nə de­mək­dir? Adam da öz əc­da­dı haq­qın­da bu cür söz iş­lə­dər­mi? Mosk­va­nın çap etdiyi bir ki­tab­da ol­duğu ki­mi, bir və­tən öv­la­dı­nın öz ba­ba­la­rı haq­qın­da ya­ra­maz bir sözü (lap mən­bə be­lə de­sə də) tə­k­rar et­mə­si nə qə­dər ca­iz­dir? İkinci bir tə­rəf­dən, ku­ti­lər siy­a­si cə­hət­dən ka­mil ol­ma­sa idi­lər, Şu­mer ki­mi si­vil öl­kə­ni necə işğ­al edə bi­lər­di­lər? Bu böyüklükdə Sovet im­pe­riy­a­sı özünü yüz il qo­ruy­ub sax­laya bil­mə­di, si­vil bir əra­zi­ni bir əsr ida­rə et­mək si­zə za­ra­fat gə­lir? Hə­lə bir nöq­san da tu­tur­su­nuz ki, ida­rə­çi­liyi yer­li za­də­g­an­la­ra tap­şı­rır­dı­lar. Han­sı işğ­al­çı bu cür et­məy­ib? İs­kən­dər At­ro­pa­te­na­nı (İran­la bir­lik­də) iş­ğal et­dik­dən so­nra ida­rə­çi­liyi At­ro­pat əvə­zi­nə, baş­qa bir fars əy­a­nı­na - Ok­si­da­ta və so­nra da Ar­sa­ka tap­şır­ma­dı­mı və on­la­rın bac­a­rıq­sız­lığ­ı­nı görüb iki il so­nra ye­ni­dən At­ro­pa­tı öz və­zi­fə­si­nə qay­tar­ma­dı­mı? İs­kən­dər də siy­a­si cə­hət­dən ka­mil dey­il­di? Hə­lə bir dey­ir­si­niz ki, son ku­ti hökmda­rı Ti­ri­kan cə­mi 40 gün ha­ki­miyy­ət­də qa­la bil­di və «XXII əs­rin so­nun­da ku­ti­lər Me­so­po­ta­miy­a­dan qo­vul­du­lar». «Qo­vul­du­lar» sözünü Me­so­po­ta­miy­a­nın öz ta­rix­çi­si deyə bi­lər, biz de­mə­mə­liy­ik. Han­sı iş­ğal­çı işğ­al et­diyi əra­zi­də axı­ra qə­dər du­ruş gə­ti­rə bi­lib? Dey­i­­lir ki, ku­ti­lər Şu­mer şə­hər­lə­ri­ni dağ­ı­dır, ar­va­dı ərin­dən ayı­rır­dı. Bəs baş­qa bir öl­kə­ni işğ­al edər­kən han­sı or­du bu cür dağ­ın­tı­sız ke­çib-ge­dib? « Şu­mer çar­lığ­ı­nı dağ­la­ra apa­ran» söz­lə­ri­nə nə üçün fi­kir ver­mir­si­niz? Bu gö­s­tər­mir­mi ki, ha­ki­miyy­ə­tin mər­kə­zi dağ­lar­da - Za­qros zo­na­sın­da, Azər­bayc­an əra­zi­sin­də­dir və Şu­me­ri ku­ti­lər yer­li ca­ni­şi­nin rəh­bər­liyi ilə ida­rə edir? Bun­dan böyük döv­lət ola bi­lər? Ku­ti hökmda­rı En-Ri­da­va­zir sözündə en 'ka­hin, hökmdar' de­mək dey­il­mi? Axı bu­nu siz yax­şı bi­lir­si­niz. Ku­ti hökmda­rı özünü dörd səm­tin hökmda­rı ad­lan­dı­rır, bi­ri öz öl­kə­si, bi­ri Şu­mer, niyə ax­tar­mır­sı­nız ki, iki­si ha­ra­dır? Və çox dəh­şət­li bir şey ya­zır­sı­nız. Ya­zır­sı­nız ki, Şu­mer üzə­rin­də­ki yüzil­lik ha­ki­miyy­ət ku­ti­lə­rin in­ki­şa­fı­na sə­bəb ol­ma­lı, on­la­rın ara­sın­da «nəs­li-tay­fa mü­na­si­bət­lə­ri­nin dağ­ıl­ma­sı­nı sürət­lən­dir­mə­li idi». Val­lah, adam hey­rət­də qa­lır. Mən­bə si­zə yüksək döv­lət nü­mu­nə­si təq­dim edir, siz hə­lə me­zo­lit dövrünün nəs­li-tay­fa qu­ru­lu­şun­dan da­nı­şır­sı­nız. Hökmdar o böyüklükdə əra­zi­lə­ri qa­tıb öz öl­kə­si­nə, özünü dörd öl­kə­nin hökmda­rı say­ır, siz bu­na qul­dur ki­mi ba­xır­sı­nız...

Be­lə «adi» tay­fa­lar­dan bi­ri say­dığ­ı­nız lul­lu­bi­lər­dən da­nı­şır­sı­nız: «Lul­lu­bi ha­kim­lə­ri­nin öz­lə­ri­nin il­kin ya­zı­lı abi­də­lə­ri e.ə. XXIII əs­rə aid­dir. On­la­rın içə­ri­sin­də ilk növ­bə­də Sa­rı­pul­da (Zö­hab şə­hə­ri yaxın­lı­ğın­da) qay­a­da həkk olun­muş «çar» Anu­ba­ni­niyə məx­sus olan rely­e­f­li ki­ta­bə­ni qeyd et­mək la­zım­dır. Anu­ba­ni­ninin ki­ta­bə­si­nə is­ti­na­dən gö­s­tər­mək olar ki, ona ta­be olan əra­zi çox ge­niş idi. Eh­ti­mal etmək olar ki, bu əra­zi Ur­miya gö­lündən İran kör­fə­zi­nə qə­dər uza­nır­dı. Vax­ti­lə ku­ti­lə­rə məx­sus ol­muş əra­zi­nin xey­li his­sə­si so­nra­lar lul­lu­bi­lə­rin əli­nə ke­ç­miş­di. Ar­tıq e.ə. III mi­nil­liy­in 2-ci ya­rı­sınd­a lul­lu­bi­lər nə­in­ki Azər­bayc­an və İra­nın, ha­be­lə Me­­so­po­ta­miy­a­nın ta­ri­xin­də əhə­miyy­ət­li rol oy­nay­ır­dı­lar». (1; 120-121) Əra­zi­si Ur­miya gölündən Fars kör­fə­zi­nə qə­dər uza­nan, qə­lə­bə­lə­ri­ni daş ki­ta­bə­lə­rə yaz­dı­ran lul­lu­bi­lər də hə­lə döv­lət sa­hi­bi dey­il, fi­k­ri­nizcə, adi iş­ğal­çı tay­fa­lar­dır.

Be­lə­lik­lə, ku­ti­lə­rin, lul­lu­bi­lə­rin ya­rat­dığı döv­lət döv­lət ki­mi qə­bul olun­mur və on­lar hə­lə nəs­li-qə­bi­lə qu­ru­lu­şu­nu da­vam et­di­rən, hər­bi de­mo­kra­tiya dövrünü ya­şay­an tay­fa­lar he­sab olu­nur. Bu mə­sə­ləyə bir da­ha qayı­dac­ağ­ıq, müəl­li­fin et­nik tər­kib və dil mə­sə­lə­lə­ri­nə da­ir görü­şlə­ri­nə diq­qət ye­ti­rək.

Son tunc və er­kən də­mir dövrünə (e.ə. 2-ci mi­nil­liy­in 2-ci ya­rı­sı, e.ə. 1-ci mi­nil­liy­in ba­ş­la­nğ­ıcı) aid et­nik tər­kib və dil mə­sə­lə­lə­rin­dən bəhs edi­lər­kən dey­i­lir: «Bi­zi ma­raq­lan­dı­ran za­ma­nın et­no-dil mən­zə­rə­sin­dən da­nı­şar­kən gö­s­tər­mək la­zım­dır ki, hə­min mən­zə­rə, əl­bət­tə, əv­vəl­ki dövrün şə­ra­i­tin­dən bir qə­dər fər­q­lə­nir­di. ...bu dövr­də bu­ra­da et­nik, mə­də­ni və dil ba­xı­mın­dan ke­ç­miş dövr­lə­rin nə­sil­lə­ri - Kav­ka­si­on və Ara­lıq də­ni­zi an­tro­po­lo­ji tip­lə­ri­nə aid olan, Şi­mal-şər­qi Qaf­qaz ai­lə­si­nin di­a­lekt­lə­rin­də (şi­mal­da), hur­ri, lul­lu­bi və di­g­ər dil­lər­də, di­a­lekt­lər­də (cə­nub­da) da­nı­şan­la­rın nümay­ən­də­lə­ri ilə bağ­lı olan av­to­xton əha­li ya­şay­ır­dı». (1;145 - 146) «Şi­ma­li Azər­bayc­an vi­lay­ət­lə­rin­də əsas əha­li­nin Şi­mal-şər­qi Qaf­qaz ai­lə­si dil­lə­rin­də da­nı­şan tay­fa­lar­dan və tay­fa bir­lik­lə­rin­dən iba­rət ol­duğu şübhə­siz­dir... Deyi­lən­lər, şübhə­siz, Şi­mal-şər­qi dil ai­lə­si da­şıy­ıcı­la­rı­nın bir qi­s­mi­nin əsa­sın­da tə­d­ricən pro­to­al­ban tay­fa it­ti­fa­qı­nın tə­şəkkül tap­ma­sın­dan xə­bər ve­rir». (1; 147) «Gü­man et­mək olar ki, tu­ruk­ki­lər və ni­kim­xi­lər hur­ri tay­fa­la­rın­dan idi­lər. Mən­bə­lər­də da­nı­şı­lan uru­at­ri­lə­rin də hur­ri­lə­rə ya­xın ol­ma­sı gü­man edi­lir». (1; 147)

Müəl­li­fin et­nik tər­kib və dil mə­sə­lə­lə­ri­nə müna­si­bə­ti be­lə­dir. La­kin fi­k­ri­ni da­ha da möh­kəm­lən­dir­mək üçün bu mə­sə­ləyə xüsu­si fə­sil (VII) həsr et­miş­dir. Oxucu «Azər­bayc­a­nı bürümüş» Qaf­qaz və iran­dil­li tay­fa­la­ra ina­nır-inan­mır, özü bi­lər, am­ma bu mə­qam­da - də­mir dövrünün ba­ş­la­nğ­ıc­ın­da Azər­bayc­an əha­li­si­nin əsas kütlə­si­nin də­yiş­mə­diyi, abo­ri­g­en­lər­dən iba­rət ol­duğu ba­rə­də mü­əl­li­fin fi­k­ri hə­qi­qət ki­mi qə­bul olun­ma­lı­dır: «...bu əra­zi­də yer­li tay­­fa­lar ba­ş­lıca, üstün et­nik mas­siv ola­raq qal­maq­da idi­lər». (1,166) Öy­rə­ni­lə bi­lər ki, bu tay­fa­lar ki­tab müəl­li­fi­nin bə­zən mü­la­hi­zə, bə­zən qə­ti şə­kil­də söy­lə­diyi ki­mi anc­aq İran və qaf­qaz­dil­li­lər­dən iba­rət dey­il­miş, on­da Azər­bayc­an əha­li­si­nin et­nik mən­zə­rə­si ta­ma­mi­lə də­yi­şə bi­lər. Am­ma hə­lə­lik 1-ci cild­də bu ba­rə­də heç bir işa­rə yox­dur və hət­ta aş­kar ümid bəs­lə­ni­lə bi­lən tu­ruk­ki­lər də hur­ri­lə­rə qo­hum he­sab olu­nur. Hur­ri-ari ya­xın­lığı isə inam­la qeyd olu­nan «fakt» say­ı­lır. Bə­zən əv­vəl­ki böl­mə­də gü­man­la söy­lə­ni­lən­lər bu fə­sil­də da­ha inam­la «tə­s­bit edi­lir» və bir ye­ni­lik də bu­dur ki, Azər­bayc­an əra­zi­sin­də «Si­pir­me­na öl­kə­si» dey­i­lən öl­­kə var­mış və əha­li­si «qa­dın­lar ki­mi mır­tıl­day­ır­mış». (1;168) 8 sə­hi­fəyə ya­xın olan bu fə­sil­də ən böyük «ye­ni­lik» ta­ma­mi­lə baş­qa­dır: müəl­lif - İ.H.Əliy­ev bütün gücünü və ar­xe­o­lo­ji ma­te­ri­al­la­rı top­lay­a­raq e.ə.II mi­nil­liy­in so­nu - I mi­nil­liy­in əv­və­lin­də iran­dil­li tay­fa­la­rın Azər­bayc­a­na axı­nı­nı sübu­ta ça­lış­mış­dır: «Mi­xi ya­zı­lar­da ay­dın İran eti­mo­lo­g­iya­sı­na ma­lik olan on­lar­la an­t­ro­po­nim və to­po­ni­mə tə­sadüf edi­lir. Bi­zi ma­raq­lan­dı­ran əra­zi­də açıq şə­kil­də ifa­də olun­muş bir çox iran­dil­li ic­ti­mai, di­ni, mə­də­ni-ta­ri­xi an­layış­lar və s. mə­lum­dur».(1;169) Həm də iran­dil­li­lər o qə­dər sürət­lə ic­ti­mai-siy­a­si üstünlük qa­za­nır­lar ki, on­la­rın ro­lu «...qə­dim Azər­bayc­an (Ma­da - At­ro­pa­te­na) xal­qı­nın et­no­g­e­ne­zin­də də öz ək­si­ni ta­pır». (1;169) Müəl­li­fin fi­k­rincə, iran­dil­li tay­fa­lar Cə­nu­bi Ru­siya çöl­lə­rin­dən Qaf­qa­zı aşa­raq gəl­mi­ş­lər; on­la­rın xey­li qi­s­mi öz və­tən­lə­rin­də qal­maq­da idi və bir qə­dər so­nra on­lar da gəl­di­lər. On­lar «kim­mer­lər, skif, sak tay­fa­la­rı və baş­qa­la­rı idi­lər».(1;169) De­mə­li, bir söz­lə, kim­mer, skif, sak tay­fa­la­rı da iran­dil­li tay­fa­lar ol­mu­ş­lar. Mü­əl­lif lap ay­dın ya­zır: «İran dil ai­lə­si bir çox ölü və can­lı dil­lə­ri bir­ləş­di­rir. Ma­da, qə­dim fars, bir çox skif, sar­mat, sak tay­fa dil­lə­ri, ave­s­ta di­li, or­ta fars, Par­fiya, Soqd, Xa­rəzm, alan dil­lə­ri və baş­qa­la­rı ölü İran dil­lə­ri sı­ra­sı­na... aid­dir».(1,169) Gəl­mə tay­fa­la­rın iran­dil­li ol­duğu Azər­bayc­an əra­zi­sin­də hə­min dö­v­rə aid da­ha çox at kur­qan­la­rı­nın ol­ma­sı, atə­ş­pə­rə­st­lik, maz­da­izm və s. ilə əla­qə­lən­di­ril­miş­dir. Görünür, türklər ümu­mən at min­mir­miş və atə­ş­pə­rə­st­liy­in Azər­bayc­a­nın abo­ri­g­en əha­li­si­nə dəx­li yox imiş. Bütün bun­lar­la ya­na­şı, bir cə­hət lap fan­ta­s­­tik­dir: e.ə.1-ci mi­nil­li­yin əv­və­lin­də sürət­lə İran yay­la­sı­na və Azər­bayc­a­na da­xil olan iran­dil­li­lər sürət­lə də abo­ri­g­en əha­li­ni as­si­mily­a­siy­aya uğ­rat­mağa ba­ş­lay­ır­lar: «Yer­li və gəl­mə et­nik ele­ment­lə­rin uzun­müd­dət­­li (?) bi­rg­əy­a­şay­ı­şı ümu­miyy­ət­lə və bütövlükdə av­to­xton qrup­la­rın iran­dil­li əha­li tə­rə­fin­dən as­si­mily­a­siy­aya uğ­ra­dıl­ma­sı ilə müşay­i­ət edi­lir­di». (1;172) «...İran­dil­li xalq­lar əsa­sən as­si­mil­ya­si­yaya uğ­ra­mış av­to­xton əha­li­nin nə­sil­lə­rin­dən iba­rət idi».(1;173) (E.ə.II mi­nil­liy­in so­nu - I mi­nil­liy­in əv­və­lin­dən da­nı­şı­lır). So­nra­kı dö­v­rə (era­mı­zın XI - XII əsr­lə­ri­nə) aid müla­hi­zə­lə­ri də nə­zə­rə al­dıq­da be­lə nə­tic­əyə gəl­mək olur ki, Azər­bayc­an əra­zi­sin­də ya­şay­an yer­li əha­li bir ne­çə də­fə et­nik si­ma­sı­nı və di­li­ni dəy­iş­miş­dir - əv­vəl iran­lı­laş­mı­ş­lar, so­nra türk­ləş­mi­ş­lər.

Aka­de­mik nəşrdə əsas idey­a­lar bun­lar­dan iba­rət­dir. Oxucu görür ki, ku­ti­lə­rin fə­a­liyy­ə­ti bir tay­fa işi dey­il, böyük bir döv­lət işi­dir. Am­ma ki­ta­bın bu fə­sil­lə­rin­də or­ta tunc dövründə də (e.ə.III mi­nil­liy­in son rübündən baş­lay­ır) döv­lə­tin mövc­ud­luğu qə­bul olun­mur. Hət­ta ta­ri­xin aş­kar şə­kil­də müha­fi­zə edib sax­la­dığı çar sözü də ki­nayə ilə dır­naq ara­sı­na alın­mış­dır. Cə­mi iki-üç sə­hi­fə­lik mə­lu­mat­da ab­zor şək­lin­də «Azər­bayc­a­nın qə­dim əha­li­si. Öl­kə əra­zi­sin­də ilk tay­fa it­ti­faq­la­rı...» ba­ş­lığı al­tın­da mal­dar və əkin­çi tay­fa­lar­dan da­nı­şıl­mış­dır. Tunc dövrünün ba­ş­la­nğ­ıc­ın­da Şərq­də şə­hər döv­lət­lə­ri­nin ya­ran­ma­sı ge­niş vüsət al­dığı hal­da, hə­lə or­ta tunc dövründə də Azər­bayc­an­da əha­li­nin mal­dar tay­fa­lar­dan irə­li get­mə­diyi gö­s­tə­ri­lir və ta­ri­xin qoyub get­diyi aş­kar fakt­la­rın əhə­miyy­ə­ti he­çə en­di­ri­lir.

 

İn­di Azər­bayc­an Re­s­pub­li­ka­sı Təh­sil Na­zir­liyi tə­rə­fin­dən 1994-cü il­də Z.M.Bünya­dov və Y.B.Yu­si­fo­vun re­dak­tə­si ilə ali mək­­­təb­lər üçün dər­slik ki­mi çap olun­muş «Azər­bayc­an ta­ri­xi»nin 1-ci cil­di­nə ba­xaq. Bu­ra­da «İlk döv­lət qu­ru­mu Arat­ta» ba­ş­lığı al­tın­da Azər­baycan əra­zi­sin­də Arat­ta öl­kə­si, Arat­ta döv­lə­ti haq­qın­da aka­de­mik nəşrdə ku­ti­lər, lul­lu­bi­lər və kas­sit­lər haq­qın­da bi­rgə mə­lu­mat­dan da­ha ge­niş mə­lu­mat ve­ril­miş­dir - həm də e.ə.1-ci mi­nil­liy­in əvvə­li­nə dey­il, III mi­nil­liy­in bi­rinci ya­rı­sı­na aid: «Arat­ta Cə­nu­bi Azər­bayc­an­da e.ə.III mi­nil­liy­in bi­rinci ya­rı­sın­da mey­da­na gəl­miş ilk döv­lət qu­ru­mu idi.» (2; 62) «E.ə. III mi­nil­liy­in bi­rinci ya­rı­sın­da (e.ə.XXVIII əsr­də) Arat­ta­da ar­tıq döv­lə­tə məx­sus ida­rə or­qan­la­rı və və­zi­fə­li şəx­slər mey­da­na gəl­miş­di». (2; 62) Müəl­lif - pro­fes­sor Yusif Yu­si­fov Arat­ta haq­qın­da mə­lu­ma­tı Şu­mer da­s­tan və po­ema­la­rın­dan götürmüşdür. İd­dia olu­na bi­lər ki, da­s­tan ta­rix dey­il­dir. Da­stan ta­rix ol­ma­sa da, ta­ri­xi qo­ruy­ub sax­lay­an mühüm sə­nəd­dir. Müəl­lif Arat­ta­nın döv­lət qu­ru­lu­şu, di­ni görü­şlə­ri, si­ya­si və iq­ti­sa­di əla­qə­lə­ri, əha­li­si­nin mə­şğ­u­liyy­ə­ti, əra­zi­si ba­rə­də ma­raq­lı və ge­niş mə­lu­mat ver­miş­dir. Ən xoş tə­əssürat da bun­dan iba­rət­dir ki, Arat­ta döv­lə­ti Şu­mer şə­hər döv­lət­lə­ri­nə bə­ra­bər sə­viyy­ə­li bir döv­lət­dir, Uruk şə­hər ha­ki­mi En-Mer­kar­la do­st­luq müna­si­bət­lə­ri sax­lay­ır, iq­ti­sa­di əla­qə­lər ya­ra­dıb, mi­xi ya­zı­lar­dan is­ti­fa­də edir, bə­zən ara­la­rın­da rə­qa­bət ya­ran­sa da, bi­ri di­gə­ri­ni özündən ası­lı et­məyə ça­lış­sa­lar da, dost­dur­lar və ak­kad­la­ra qar­şı müba­ri­zə­də dər­hal bir­lə­şir­lər, Arat­ta hökmda­rı özünü En-Mer­kar­la bir ata­nın öv­la­dı say­ır və s. (Arat­ta və Şu­mer əla­qə­lə­ri­nə da­ir ABŞ-da dis­ser­ta­siya müda­fiə edil­miş­dir).

«E.ə.XXIII əsrdə Ur­miya gölünün cə­nu­bun­da lul­lu­bi tay­fa­la­rı döv­lə­ti ya­ran­dı. Lul­lu­bum (lul­lu­bi) döv­lə­ti cə­nu­bi Azər­bayc­a­nın əra­zi­sin­də ya­ran­mış ikinci er­kən döv­lət qu­ru­lu­şu idi». (2; 67) Y.Yu­si­fov Lul­lu­bi döv­lə­ti haq­qın­da ət­ra­f­lı mə­lu­mat­la ya­na­şı, Lul­lu­bi hökmdar­la­rı­nın ha­ki­miyy­ət süla­lə­si­nin də­qiq­ləş­di­ril­miş xro­no­lo­giya­sı­nı da ver­miş­dir: Sa­tu­ni - e.ə.2230-2200, İm­maş­qun-e.ə. 2200-2170, Anu­ba­ni­ni - e.ə.2170 - 2150. Hə­lə İm­maş­qu­nun vax­tın­da xır­da ha­kim­lər mər­kə­zi Lul­lu­bi döv­lə­ti­nə ta­be edi­lir və o, «Lul­lu(bum) öl­kə­si­nin pad­şah­lar pad­şa­hı» ad­la­nır. Anu­ba­ni­ni­nin dövründə öl­kə da­ha da güc­lə­nir. O, daş pli­tə üzə­rin­də abi­də və ya­zı qoy­ub get­miş­dir: «Be­lə­lik­lə, e.ə.XXIII əsrdə Ur­miya gö­lünün cə­nu­bun­da İki­çay­ara­sı Ak­kad döv­lə­ti ilə rə­qa­bət apa­ran güclü Lul­lu­bum döv­lə­ti ya­ra­nıb» və bu döv­lə­tin iq­ti­sa­di-siy­a­si əla­qə­lə­ri, tə­sərrüfa­tı, di­ni görü­şlə­ri ba­rə­də xey­li mə­lu­ma­tı­mız var.

E.ə.III mi­nil­liy­in ikinci ya­rı­sın­da Ur­miya gölünün qərb və cə­nub-qərb tor­paq­la­rın­da (Qər­bi Azər­bayc­an) Ku­ti­um döv­lə­ti mey­da­na gəl­miş­dir. «Ku­ti­lər İki­çay­a­ra­sı­nı zəbt et­mə­miş­dən əv­vəl döv­lət qu­ru­mu ya­rat­mış­dı­lar». (2;70) Y.Yu­si­fov ay­dın və sər­rast şə­kil­də söy­lə­diyi bu söz­lər­lə ya­na­şı, ku­ti süla­lə hökmdar­la­rı­nın ta­ri­xi­ni də ver­miş­dir: En­ri­da­va­zir - e.ə. 2225 - 2205, İm­ta - e.ə.2204 - 2197, İn­qe­­şa­uş - e.ə.2197 - 2192, Sar­laq - e.ə.2191-2185, Yar­la­qaş - e.ə.2185 - 2178, Elu­lu­meş - e.ə.2177 - 2171. Ku­ti­lər İki­çay­ara­sın­da Elu­lu­me­şin vax­tın­da - e.ə. 2175-ci il­də ha­ki­miy­yə­ti ələ al­mış və Şu­me­ri 100 ilə qə­dər ida­rə et­miş­lər. Qeyd edi­lən çar süla­lə­si on­la­rın Şu­me­ri ida­rə et­mə­­lə­rin­dən əv­və­lə aid­dir. De­mə­li, hə­lə Şu­me­ri öz­lə­ri­nə ta­be et­mə­lə­­rin­dən əv­vəl ta­rix ku­ti­lə­rin 50 il­lik döv­lət qu­ru­lu­şu haq­qın­da mə­lu­mat müha­fi­zə et­miş­dir. «İki­çay­ara­sı­nın Şu­mer şə­hər­lə­ri ku­ti hökm­dar­­­la­rı­nın şə­rə­fi­nə ya­zı­lar tər­tib edir­di­lər. Ku­ti hökmda­rı La­ha­ra­bın (e.ə.2135 - 2133-cü il­lər) Sip­par şə­hə­rin­də ak­kad di­lin­də ya­zı­sı aş­kar edil­miş­dir. Ku­ti hökmdar­la­rı Yar­la­qan­da (e.ə.2120 - 2113-cü il­­lər) və Si­u­mun (e.ə.2112 - 2105-ci il­lər) şə­rə­fi­nə Um­ma şə­hə­rin­­də ya­zı tər­tib olun­muş­dur. Ku­ti hökmda­rı Pu­zur-Su­e­nin (e.ə.2127 - 2120-ci il­lər) möhürü üzə­rin­də Ur şə­hə­ri­nin adı gö­s­tə­ril­­miş­dir. Ku­ti­lə­rin ha­ki­miyy­ə­ti bü­tün Ur şə­hə­ri­ni bürümüş, Nip­pur , Sip­par , Um­ma, Ur ki­mi şə­hər­lər isə on­la­rın day­aq mən­tə­qə­lə­ri­nə çe­v­ril­miş­di» (2; 70 - 71) və s.

Ku­ti­lər haq­qın­da yu­xa­rı­da­kı söz­lər mə­nim öz söz­lə­rim idi. Bu mə­lu­mat­la­rı isə pro­fes­sor Yu­sif Yu­si­fov ver­miş­dir. Niyə aka­de­mik nəşrdə bun­lar yox­dur? Ku­ti­lər bi­zim xal­qın əc­dad­la­rı sı­ra­sı­na da­xil dey­il­sə, ve­ril­miş ab­zor nə üçündür, da­xil­dir­sə, nə üçün mən hə­lə yüzdə bi­ri­ni qeyd et­mə­diy­im bu ki­tab­da­kı mə­lu­mat o ki­tab­da yox­dur? Əs­lin­də, ək­si­nə ol­ma­lı idi: bu, dər­slik­dir, o bi­ri­si aka­de­mik nəşr. Heç kəs inan­maz və mən də inan­mı­ram ki, aka­de­mik ta­ri­xin müəl­li­fi­nin bun­lar­dan xə­bə­ri yox­dur. Am­ma ən ağ­rı­lı­sı da odur ki, bi­lə-bi­lə, şüur­lu şə­kil­də xal­qın ta­ri­xi­ni tə­h­rif et­miş­dir.

Son ku­ti hök­mda­rı Ti­ri­ka­na qar­şı qiy­am et­miş Utu­hen­qa­lın ki­ta­bə­sin­də ku­ti­lər əley­hi­nə dey­i­lən ya­ra­maz söz­lər, görünür, aka­de­mik ta­rix müəl­li­fi­nin xo­şu­na gə­lib və bu­na gö­rə də onun şər­hi­nə ki­tab­da ge­niş yer ve­rib. Am­ma on­la­rı Y.Yu­si­fov da qeyd edib və ya­zıb: «Utu­hen­qa­lın adı­na çı­xı­lan ki­ta­bə­də ku­ti­lə­rin ünva­nı­na mən­fi ifa­də­lər iş­lə­dil­miş­dir. La­kin ku­ti­lə­rin ünva­nı­na de­yil­miş it­ti­ham­la­rı tə­s­diq edən heç bir əla­və ta­ri­xi sə­nəd qal­ma­mış­dır. Ək­si­nə, ku­ti­lə­rin ha­ki­miyy­ə­ti il­lə­rin­də Şu­mer­də mə­bəd ti­kin­ti­si və bər­pa­sı da­vam edir... Ku­ti­lə­rin ha­ki­miyy­ə­ti il­lə­rin­də Yu­xa­rı də­niz­dən (Ur­miya gölü) Aşa­ğı də­ni­zə ( Fars kör­fə­zi) ki­mi uza­nan ti­ca­­rət yol­la­rın­da əmin-aman­lıq bər­pa olun­muş, İki­çay­a­ra­sı­na xa­rici müda­xi­lə­lə­rin ara­sı kə­sil­miş və Ur­miya gölü höv­zə­si ilə dinc əla­qə­lər ya­ra­dıl­mış­dı... Utu­hen­qa­lın adın­dan ya­zıl­mış ki­ta­bə ku­ti süla­lə­si ha­ki­miyy­ə­ti­nin ləğv olun­ma­sı­na bə­ra­ət qa­zan­dır­maq (fəp­qlən­dir­mə mə­nim­dir - Q.K .) məq­sə­di­ni güdürdü».(2;71 - 72) Və­tən se­vg­i­si, xalq se­vg­i­si, əc­dad se­vg­i­si be­lə olar. Həm də bun­lar yal­nız se­vgi əla­mət­lə­ri dey­il, həd­siz də­rəc­ə­də mən­ti­qi və ob­yek­tiv­dir. Bir sübut da bu­dur ki, ku­ti­lər Şu­mer­də güclü or­du sax­la­mır­mış, bu­na gö­rə də 40 günlük ha­ki­miyy­ət­dən so­nra qəfil üs­yan za­ma­nı Ti­ri­kan əsir düşmüş, la­kin mə­nə­vi cə­hət­dən al­çal­dıl­sa da, öldürülmə­miş, öz öl­kə­si­nə gön­də­ril­miş­dir.

Bütün bun­lar e.ə.III mi­nil­liyə aid­dir. Aka­de­mik nəşrdə isə «Azər­bayc­an əra­zi­sin­də il­kin siy­a­si qu­rum­lar» e.ə. bi­rinci mi­nil­lik­də Man­na döv­lə­ti ilə ba­ş­la­nır. Ay­dın olur ki, bu­ra­da­kı «təd­qi­qata» əsa­sən hət­ta e.ə. II mi­nil­liy­i­miz də döv­lət sa­rı­dan boş imiş.

Aka­de­mik nəşrdə e.ə.II mi­nil­liy­in so­nu, I mi­nil­liy­in baş­la­nğ­ıcı «ib­ti­dai ic­ma qu­ru­lu­şu­nun in­ten­siv su­rət­də dağ­ıl­ma­sı, er­kən si­ni­f­li qu­rum­la­ra ke­çid dövrü» sayı­lır.(1;142) «Tez­lik­lə cə­miyy­ə­tin siy­a­si cə­hət­dən təş­ki­li­nin ye­ni for­ma­sı olan döv­lət də mey­da­na gəl­di... Bu ar­tıq də­mir dövrü idi». (VI fə­sil,144) «O dövr­də (e.ə. II mi­nil­liy­in so­nu, I mi­nil­liy­in əv­və­lin­də - Q.K .) Azər­bayc­an­da qul­la­rın ol­ma­sı­nı Do­vşan­lı­da, Ax­ma­xı­da, Bor­sun­lu və Xan­lar­da apa­rı­lan təd­qi­qat­la­rın nə­tic­ə­si tə­s­diq edir». (1;156) De­mə­li, Azər­bayc­an əra­zi­sin­də yal­nız bu dövr­də (1-ci mi­nil­liy­in əv­və­lin­də) ib­ti­dai ic­ma qu­ru­lu­şu­nun dağıl­­mağa ba­ş­la­ma­sı ilə qul­dar­lıq nümu­nə­lə­ri görünməyə ba­ş­lay­ır və yal­nız bu dövr­də Ur­miy­a­boyu - Zaq­ro­s­boyu zo­na­da «ilk ki­çik döv­lət qu­rum­la­rı, ilk şə­hər-döv­lət­lər» gö­zə çar­pır. Və, doğru­dur, As­sur mən­bə­lə­ri bu siy­a­si qu­rum­la­rı «öl­­kə­lər» ad­lan­dır­mış­dır, hə­min öl­kə­lər­də baş şə­hər-qa­la­la­ra «qüv­vət­li şə­hər», «çar şə­hə­ri» de­mi­ş­lər, hət­­ta bu öl­kə­lə­rin ba­şın­da «çar­lar» du­rub, am­ma bütün bun­lar, müəlli­fin fi­k­ri­nə gö­rə, ilk şə­hər-döv­lət qu­ru­mun­dan baş­qa bir şey ol­may­ıb.

E.ə.III mi­nil­liy­in bi­rinci ya­rı­sı ha­ra, 1-ci mi­nil­li­yin əvvə­li ha­ra? Am­ma bir­dən müəl­lif özü məc­bur olub yaz­ma­lı olur ki: «Gü­man olu­nur ki, e.ə.II mi­nil­liy­in əv­vəl­lə­rin­də Aş­şur (As­su­ri) tax­tı­na lul­lu­bi­lər süla­lə­si sa­hib ol­muş­du». (1;125) Kas­sit­lə­rin Ba­bil­də 500 il­lik ha­ki­miyy­ə­ti (e.ə.1595 - 1155) isə bütün elm alə­mi­nə mə­lum­dur və s.

***

Çi­ka­qo uni­ver­si­te­ti­nin pro­fes­so­ru A.Leo Op­pen­heym «Qə­dim Me­so­po­ta­miya» (Mosk­va, 1980) əsə­rin­də Qər­bi Asiya si­vi­li­za­siya sər­həd­lə­ri­ni aşağ­ı­da­kı ki­mi müəyy­ən­ləş­dir­mişdir: «Cə­nub-qər­bi Asiya böyük rə­ng­a­rə­ng­liyə ma­lik coğ­ra­fi və eko­lo­ji şə­ra­it­lə xa­rak­te­ri­zə olu­nur... Bu sa­hə­nin bir ne­çə tə­bii və eti­bar­lı sər­hə­di var: Pa­mi­rin qərb qol­la­rı, Qaf­qaz dağ­la­rı və Hind oke­a­nı ge­ni­ş­liyi. Qa­ra, Eg­ey və Ara­lıq də­niz­lə­ri­nin da­ha əl­ve­ri­ş­li su­lu mas­siv­lə­ri - bax­may­a­raq ki, on­lar da şi­mal və qər­b­lə ki­fay­ət qə­dər ef­fek­tiv izoly­a­siy­a­nı tə­min edir». (3;34) «...biz oxuc­u­nun diq­qə­ti­ni ona cəlb et­mək is­təy­i­rik ki, Me­so­po­ta­miy­a­da mey­da­na çı­xan mə­də­niyy­ət təc­rid olun­muş ha­di­sə dey­il­di və onu əha­tə edən aləm­dən ay­rıl­maz idi». (3; 36)

Azər­bayc­an et­no­g­e­ne­zi və di­li­nə müna­si­bə­ti is­tis­na ol­maq­la, bir alim ki­mi qiy­mət­li olan İ.M.Dya­ko­no­vun gör­kəm­li tə­lə­bə­lə­rin­dən M.A.Dan­da­may­ev A.Leo Op­pen­heym haq­qın­da ya­zır: «Op­pen­hey­min oxu­duğu qə­dər mi­xi mətnlər oxuy­an adam, ümu­miyy­ət­lə, çə­tin ta­pı­lar». M.A.Dan­da­may­ev gös­tə­rir ki, o (Op­pen­heym) bi­rinci də­rəc­ə­li fi­lo­loq ol­muş­dur, la­kin özünü an­t­ro­po­lo­giya mə­də­niyy­ə­ti sa­hə­sin­də mütə­xəs­sis say­ır­dı. 21 cild­lik ak­kad en­sik­lo­pe­dik lüğə­ti­nin 12 cil­di bi­la­va­si­tə onun fə­al iş­ti­ra­kı ilə ha­zır­la­nıb çap olun­muş­dur. A.Leo Op­pen­heym 20 il üzə­rin­də iş­lə­diyi «Qə­dim Me­so­po­ta­miya» əsə­rin­də ən azı qə­dim Ba­bil Amo­ri süla­lə­si dövrünü (e.ə.1894 - 1595) nə­zə­rə ala­raq ya­zır: «Dağ­lı­lar ar­dıc­ıl ola­raq düzən­liy­in əha­li­si­nə təz­yiq edir­di­lər. So­nunc­u­lar dəf edir­di­lər, la­kin on­la­rın müqa­vi­mə­ti siy­a­si və iq­ti­sa­di şə­ra­it­dən ası­lı idi. Dağ­lı­lar düzən­liyə gah iş­çi və ya muz­dur ki­mi, gah da işğ­al­çı ki­mi gi­rir­di­lər. Bə­zən on­lar şə­hər­lə­ri, bütöv döv­lə­ti öz­lə­ri­nə ta­be və ida­rə et­mək üçün kütlə­vi hücum­lar təş­kil edir­di­lər. Bu təhlükəyə Ba­bi­li­s­tan və As­su­riya ey­ni cür yanaş­mır­dı­lar. Ba­bil­li­lər Şu­mer ənə­nə­lə­ri­ni da­vam et­di­rə­rək (o öz ifa­də­si­ni En­mer­ka­rın ta­ri­xin­də tap­mış­dı) mə­də­ni tə­sir gö­s­tər­məyə ça­lı­şır­dı­lar (ça­lı­şır­dı­lar ki, kon­takt zo­na­sın­da hi­b­rid bu­fer döv­lət sə­vi­y­yə­si sti­mul­laş­dı­rıl­sın)...». (3; 38)

«Düzən­lik əha­li­si» de­dik­də İki­çay­a­ra­sı, «dağ­lı­lar» de­dik­də qər­bi Azər­bayc­an - Za­qros dağ­la­rı­nın əha­li­si - lul­lu­bi­lər, ku­ti­lər nə­zər­də tu­tu­lur. Mə­də­ni in­ki­şaf az-çox ey­ni də­rəc­ə­də ol­ma­sa, dağ əha­li­si İki­çay­a­ra­sı və As­sur döv­lət­lə­ri­ni bu qə­dər təzy­iq al­tın­da sax­laya bil­məz­di. Op­pen­heym bu­ra­da aş­kar şə­kil­də «bu­fer döv­lət»dən, ey­ni səviyy­ə­li mə­də­ni-si­vil in­ki­şaf­dan da­nı­şır, həm də ba­bil­li­lə­rin Şu­mer Uruk ha­ki­mi En­mer­kar­la arat­ta­lı­lar ara­sın­da­kı ne­çə yüz il əv­vəl­ki tari­xi əla­qə­ni, do­st­luq müna­si­bət­lə­ri­ni xa­tır­la­dır. Aka­de­mik ta­ri­xin müəl­li­fi isə Eng­el­sdən uzun-uza­dı si­tat gə­ti­rə­rək (144) (bu si­tat doğ­ru­dur öz dövrü üçün) e.ə.II mi­nil­liy­in son rübünə­dək Azər­bayc­an­da nəs­li-qə­bi­lə qu­ru­lu­şu­nun, hər­bi de­mo­k­ra­tiy­a­nın da­vam et­diy­i­ni və bu vax­tdan tə­d­ric­ən dağ­ıl­mağa ba­ş­la­dığ­ı­nı ar­xe­o­lo­ji ma­te­ri­al­la sübu­ta ça­lı­şır. Op­pen­hey­min qeyd et­diyi in­ki­şa­fı Y.Yu­si­fov da qeyd etmiş­dir: «Qey­ri-bə­ra­bər in­ki­şaf nə­tic­ə­sin­də Cə­nu­bi Azər­ba­ycan­da, xüsu­si­lə onun qərb tor­paq­la­rın­da si­ni­f­li cə­miyy­ə­tin ya­ran­ma­sı pro­se­si e.ə.IV mi­nil­liy­in so­nu - III mi­nil­liy­in əv­və­lin­də ba­ş­la­mış­dı. Cənu­bi Azər­bayc­a­nın qərb tor­paq­la­rı İki­çay­a­ra­sı­nın qul­dar cə­miyyə­ti­nə ya­xın ol­muş və ora­da baş ve­rən iq­ti­sa­di-ic­ti­mai dəy­i­şik­lik­lər bu­raya da tə­sir gö­s­tər­miş­di. Ar­tıq e.ə.III mi­nil­lik­də Cə­nu­bi Azər­­baycan­da er­kən döv­lət qu­rum­la­rı təş­kil olun­muş­du». (2;60)

Bütün bun­lar gö­s­tə­rir ki, aka­de­mik nəşrdə Azər­bayc­an əra­zi­sin­də döv­lə­tin ya­ran­ma ta­ri­xi ən azı 2 min ilə ya­xın bir müddət­də ge­ri atıl­mış­dır. Am­ma məq­səd nə­dir, bu cür ta­rix ki­min xey­ri­nə­dir və ki­mə xid­mət edir, bi­lin­mir. Bir o bi­li­nir ki, Azər­bayc­a­nın qə­dim ta­ri­xi köklü şə­kil­də tə­h­rif edi­lir, ba­ba­la­rı­mı­zın in­ki­şaf sə­viyy­ə­si üzə­ri­nə qa­ra pər­də çə­ki­lir və hət­ta bə­zən ünvan­la­rı­na na­lay­iq söz­lər söy­lə­ni­lir.

İn­di ke­çək et­nik tər­kib və dil mə­sə­lə­lə­ri­nə.

Qeyd et­diy­i­miz ki­mi, aka­de­mik nəşrdə Azər­bayc­an tay­fa­la­rı haq­qın­da il­kin mə­lu­ma­tın or­ta tunc dövrünə, e.ə.XXIII əs­rə aid ol­duğu, ku­ti­lər, lul­lu­bi­lər, hur­ri­lər, kas­sit­lər və b. haq­qın­da ilk də­fə Şu­mer-Ak­kad mən­bə­lə­rin­də mə­lu­mat ve­ril­diyi gö­s­tə­ri­lir. Bir də tə­q­ri­bən min il so­nra - son tunc və er­kən də­mir dövrü (e.ə.II mi­nil­liy­in so­nu - I mi­nil­liy­in əv­və­li) tay­fa­la­rın­dan da­nı­şı­lar­kən Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də ku­ti, kas­sit, lul­lu­bi, hur­ri, me­h­ran, ni­kim­xi, tu­ruk­ki, uru­at­ri (144-147) tay­fa­la­rı­nın adı çə­ki­lir, on­la­rın et­nik mən­su­biyy­ə­ti və di­li ba­rə­də müla­hi­zə­lər söy­lə­ni­lir. Müəl­li­f­lə­rin (is­tis­na ola­raq bu fəsil­də İ.Nə­ri­ma­no­vun da adı var­dır) müla­hi­zə­lə­ri be­lə­dir: «Gü­man et­mək olar ki, lul­lu­bi di­li elam di­li­nə qo­hum­dur. La­kin bu gü­ma­na qə­ti inam yox­dur. Ku­ti di­li­nin Qaf­qaz dil­lə­ri ai­lə­si­nə aid ol­duğ­u­nu is­tis­na et­mək ol­maz».(1; 122) Çı­xış yo­lu qoy­ul­sa da ('inam yox­dur', 'is­tis­na dey­il' və s.), bun­lar müəl­li­f­lə­rin əsas fi­k­ri­dir: lul­lu­bi di­li elam , ku­ti di­li Qaf­qaz mən­şə­li he­sab edi­lir. Bir da­ha tə­k­rar edir­lər: «Ku­ti di­li­ni bu dil­lər ai­lə­si­nə (Şi­mal-şər­qi Qaf­qaz dil­lə­ri ai­lə­si­nə - Q.K .) aid et­məyə müəyy­ən əsas­lar var­dır.» Bu fi­k­rin bir qə­dər də əsas­lan­dı­rıl­ma­sı üçün dey­i­lir: «Be­lə bir müla­hi­zə söy­lə­nil­miş­dir ki, «udi» - (Qaf­qaz Al­ba­niy­a­sı­nın əsas əha­li­si ol­muş uti­lə­rin et­no­ni­mi. Müa­sir udi­lər on­la­rın qa­lıq­la­rı­dır) 'ku­ti' adı­nın re­flek­si­dir. Ma­raq­lı­dır ki, Qaf­qaz dağ­lı­la­rı ara­sın­da Qu­tiy­ev/Ku­tiy­ev fa­mi­liy­a­la­rı­na tə­sadüf olu­nur».(1;124) Hur­ri­lə­rin di­li haq­qın­da müəl­lif­­lə­rin fi­k­ri da­ha qə­ti­dir: «Qə­tiyy­ət­lə de­mək olar ki, hur­ri di­li Hind-Av­ro­pa dil­lə­ri­nə aid dey­il. Ar­tıq müəyy­ən edil­miş­dir ki, bu dil Urar­tu di­li­nə qo­hum­dur». (1;123) Urar­tu di­li isə Qaf­qaz dil­lə­ri­nə aid edi­lir: «Son dövr­də hur­ri (eləcə də Urar­tu) di­li­ni Şi­mal-şər­qi Qaf­qaz dil­lə­ri ailə­si ilə bağ­lay­ır­lar».(1;123) «Bağ­lay­ır­lar» dey­i­lir və mü­əl­li­f­lə­rin bu­nun­la ra­zı ol­duq­la­rı bi­li­nir. Bütövlükdə Şi­ma­li Azər­bayc­an əra­zi­si­nə gəl­dik­də, etnoslar ba­rə­də mə­lu­mat ol­ma­sa da, müəl­li­f­lər bu əra­zi­də ya­şay­an əha­li­nin qaf­qaz­dil­li ol­ma­sı­na heç bir şübhə et­mir­lər: «...bu re­g­i­on­da (Şi­ma­li Azər­bayc­an əra­zi­sin­də - Q.K. ) Şi­mal-şər­qi Qaf­qaz dil­lə­ri­nə qə­dər hər han­sı bir baş­qa dil ünsürlə­ri­nin yay­ıl­ma­sı­nı söy­lə­mək üçün əsas yox­dur». (1;123) Nə­hay­ət, əha­li­nin qə­dim və əsas kütlə­si­ni təş­kil edən kas­sit­lə­rin Za­qro-Elam, Qaf­qaz, Hind-Av­ro­pa dil ailə­lə­ri­nə aid ola bil­mə­si haq­qın­da fi­kir­lə­ri xa­tır­la­da­raq müəl­li­f­lər on­la­rı ari tə­si­ri­nə mə­ruz qal­mış tay­fa­lar say­ma­lı ol­mu­ş­lar.(1; 127) Be­lə­lik­lə, qı­sa de­sək, lul­lu­lar elam dil qru­pu­na, ku­ti­lər, hur­ri­lər və Şi­ma­li Azər­bayc­an tay­fa­la­rı Qaf­qaz, kas­sit­lər (kas­si­lər) isə ari (Hind-Av­ro­pa) dil ai­lə­si­nə da­xil edil­miş­dir.

Müəl­li­f­lər hət­ta bir qə­dər də uzaq­la­ra ge­də­rək İta­liya əra­zi­sin­də ya­şa­mış qə­dim et­ru­s­k­la­rın (tur­sa­ka­la­rın) di­li­ni də Qaf­qaz mən­şə­li he­sab et­mi­ş­lər: «Gü­man et­mək olar ki, bu­raya (Şi­mal-şər­qi Qaf­qaz dil­lə­ri ai­lə­si­nə - Q.K .) et­rusk di­li­ni də da­xil et­mək müm­kündür». (1;24)

Göründüyü ki­mi, bütün bun­lar qə­dim Azər­bayc­a­nın abo­ri­g­en əha­­li­si içə­ri­sin­də türk tay­fa­la­rı­na yer qoy­mur. La­kin bu­dur, 1994-cü il­də, aka­de­mik nəşrdən 4 il əv­vəl çap olun­muş «Azər­bayc­an ta­ri­xi»ndə oxuy­u­ruq: «Azər­bayc­a­nın er­kən döv­lət­lə­ri­ni türk mən­şə­li süla­lə­lər ida­rə edir­di­lər».(2;72) Və bu söz­lər­dən so­nra Y.Yu­si­fov bu­ra köçürə bil­məy­əc­əy­i­miz say­sız to­po­nim və an­t­ra­po­nim­lə­rin eti­mo­lo­ji təh­li­li əsa­sın­da abo­ri­g­en et­nos­la­rın mən­şə­yi­ni ta­ma­mi­lə fərq­­li şə­kil­də müəyy­ən­ləş­dir­miş­dir. Q.Qey­bul­lay­ev «Azər­bayc­an türk­lə­ri­nin tə­şəkkülü ta­ri­xin­dən» (1994) əsə­rin­də bu dö­v­rə aid yüzlər­lə to­po­nim və an­t­ro­po­ni­min iza­hı əsa­sın­da çox böyük zəh­mət ba­ha­sı­na Azər­bay­can əra­zi­sin­də­ki ək­sər tay­fa­la­rın türk mən­şə­li ol­duğ­u­nu üzə çı­xar­mış­dır.

İlk Azər­bayc­an döv­lə­ti­nin adı­nın - Arat­ta sözünün türk mən­şə­li ol­duğu inan­dı­rıcı şə­kil­də sübut edil­miş­dir. Şu­mer-Ak­kad mək­təb lüğə­tin­də arat­tu, ara­tu söz­lə­ri «dağ» mə­na­sın­da­dır (Arat­ta dağ öl­kə­si idi). Bu sözün r>l ke­çi­di ilə türk dil­lə­rin­də ge­niş iş­lə­nən Ala­tay, Al­tay, Ala­tey, Ala­tu söz­lə­ri ilə bir kök­dən ol­duğu öy­­rə­nil­miş­dir.(2;78) Man­na dövründə sözün Ala­teye for­ma­sı iş­lən­miş­dir.

Arat­ta tor­paq­la­rı­nın qər­bin­də yer­lə­şən lul­lu­bi­lər bir tay­fa­dan dey­il, tay­fa it­ti­fa­qın­dan iba­rət ol­muş, su tu­ruk­ki tay­fa­la­rı­nı da özündə bir­ləş­dir­miş­dir. E.ə.II mi­nil­liy­in əv­və­lin­də Ur­miya gölü höv­zə­sin­də yer­lə­şən tu­ruk­ki (tu­ru­ki) və su tay­fa­la­rı əv­vəl­ki dövr­də Arat­ta döv­lə­ti tər­ki­bin­də ol­muş­dur. Arat­ta öz möv­qey­i­ni itir­dik­dən so­nra tu­ruk­ki­lər gah lul­lu­bi­lər və ku­ti­lər­lə bir­lik­də, gah da müstə­qil siy­a­sət ye­rit­mi­ş­lər. On­lar As­sur döv­lə­ti sər­həd­lə­rin­də təhlükə­lər ya­ra­dır­dı­lar. As­sur hökmda­rı I Şam­şi-Adad (e.ə.1813-1781) tu­ruk­ki­lə­rə qar­şı yürüş təş­kil et­sə də, on­la­rın qar­şı­sı­nı ala bil­mə­miş­dir. As­sur hökmda­rı I İş­me-Da­qan (e.ə.1781-1757) isə tu­ruk­ki­lər­lə bağ­lı ha­di­sə­lə­ri be­lə tə­s­vir edir: «O ki qal­dı Şu­şar­ra öl­kə­si­nə (tu­ruk­ki­lər bu ölkəyə ma­raq­lı və id­di­a­lı idi­lər - Q.K .), siz mə­nə ya­zır­sı­nız ki, bu ölkə həy­əc­an için­də­dir və biz onu sax­laya bil­mə­rik. Qoy İşar-Lim (qa­sid) si­zə (və­ziyy­ə­ti) izah et­sin. Tu­ruk­ki­li Li­daya və bu öl­kə­də onun­la bir­lik­də olan tu­ruk­ki­lər... iki ya­şay­ış mən­tə­qə­si­ni dağ­ıt­mı­ş­lar. Mən oraya əla­və qo­şun gə­tir­dim, on­lar dağ­la­ra çə­kil­di­lər. Mən əha­li­dən so­ruş­dum və bu qə­ra­ra gəl­dim ki, bu öl­kə nə­za­rə­tə alı­na bil­məz».(2;73-74) İş­me-Da­qan tu­ruk­ki­lər­lə müqa­vi­lə bağ­la­ma­lı olur və tu­ruk­ki­lə­ri sa­kit­ləş­dir­mək üçün on­la­rın baş­çı­la­rın­dan bi­ri­nin qı­zı­nı öz oğ­lu­na alır. E.ə.1755-ci il­də Ba­bil pad­şa­hı Ham­mu­ra­pi də turuk­ki və su tay­fa­la­rı ilə üz­ləş­mə­li, on­la­rı dəf et­mə­li ol­muş­dur.

Tu­ruk­ki­lər haq­qın­da mə­lu­mat qeyd et­dik­lə­ri­miz­dən da­ha ge­niş­dir. Biz bu qı­sa mə­lu­ma­tı ona gö­rə tə­k­rar edi­rik ki, oxucu bil­sin ki, qə­dim qay­naq­lar­da tu­ruk­ki­lə­rin yal­nız tə­sadüfi adı çə­kil­mir, güclü bir tay­fa ki­mi ge­niş fə­a­liyy­ə­ti qeyd olu­nur. La­kin aka­de­mik nə­ş­rin müəl­li­fi III mi­nil­lik­də Azər­bayc­an əra­zi­sin­də tu­ruk­ki və su tay­fa­la­rı­nı gör­məz­liyə sal­sa da və ya bir qə­dər so­nra tu­ruk­ki­lə­ri zor­la hur­ri tay­fa­la­rı­na da­xil et­mək is­tə­sə də, bu et­no­nim ne­çə min il­dir, «türk» sözünü ya­şat­maq­da­dır: «... bu et­no­nim «türk» tay­fa adı­nın er­kən for­ma­sı ol­muş­dur». Dər­slik­də türk et­no­ni­mi­nin qə­dim for­ma­sı­nın «tu­ruk», «tu­ru­ku» ki­mi bər­pa edil­diyi» gö­s­tə­ri­lir. (2; 78)

 

Q.Qey­bul­lay­ev «Azər­bayc­an türklə­ri­nin tə­şəkkülü ta­ri­xin­dən» (1994) ki­ta­bın­da say­sız dil fakt­la­rı ilə bütün bu tay­fa­la­rın türk mən­şə­li ol­duğ­u­na şübhə ye­ri qoy­ma­mış­dır. O ya­zır: «Qə­dim türklər haqqın­da in­di­ki ba­xış­lar el­mi oby­ek­tiv­lik­dən kə­nar müla­hi­zə­lər­dir. Hə­qi­qət bu­dur ki, era­dan əv­vəl­ki mi­nil­lik­lər­də ya­şa­mış şu­mer­lər, ku­ti­lər, lul­lu­bi­lər, kas­lar, man­na­lar, ma­day­lar, kas­pi­lər, al­ban­lar, kəmər­lər, iş­kuz­lar, sak­lar, mas­sa­g­et­lər, sar­mat­lar, qu­qar­lar və b. türk­mən­şə­li et­nos­lar idi­lər». (4;36) V.Hə­bi­boğ­lu «Qə­dim türklə­rin dünya­g­örüşü» (1996) əsə­rin­də ümu­mi­ləş­di­rici türk et­no­ni­mi­nin e.ə.III mi­nil­lik­də tay­fa adı ki­mi mey­da­na çıx­ma­sın­dan çox-çox əv­vəl Azər­bayc­an əra­zi­sin­də türklə­rin müxtə­lif ad­lar al­tın­da mövc­ud ol­duğ­u­nu qeyd edə­rək yaz­mış­dır: «Qə­dim qay­naq­lar­da pro­totürklər, yə­ni qə­dim türklə­rin ulu əc­dad­la­rı müxtə­lif ad­lar­la gö­s­tə­ril­miş­dir. Ku­ti, lul­lu­bi, su, tu­ruk­ki, kim­mer, skit, mas­sa­g­et, sak, skif, sar­mat, hun və baş­qa ad­lar al­tın­da ya­şa­yan qə­dim türklər dünya ta­ri­xi­nin şə­rə­f­li sə­hi­fə­lə­ri­nin ya­zıl­ma­sın­da böyük rol oy­na­mış­lar». (5;41)

Ək­sər ta­rix­çi­lər bu fi­kir­də­dir ki, lul­lu­bi (lul­lu­me) adı bu tay­faya qon­şu­lar tə­rə­fin­dən ve­ril­miş­dir, əha­li­nin öz adı dey­il. Y.B.Yu­si­fov bu sözün yam­sı­la­ma yo­lu ilə düzəl­miş ol­duğ­u­nu gü­man edir. Biz bu fi­k­rin doğ­ru ol­duğ­u­na şübhə et­mi­rik, çünki lul­lu­bi­lə­rin şu­mer­lər­lə ya­xın əla­qə­si, do­st­luq və qar­da­ş­lıq müna­si­bət­lə­ri, şu­mer­lə­rin məhz Za­qros zo­na­sın­dan - lul­lu­bi­lər ya­şay­an əra­zi­dən düzən­liyə - İki­çay­a­ra­sı­na en­mə­lə­ri on­la­rın bir kök­dən ol­duğ­u­nu və ya ən azı ya­xın qohum ol­duğ­u­nu və hər iki dil­də çox iş­lə­nən lu - 'adam', lu­lu - 'adam­lar' sözünün qon­şu­la­ra yam­sı­la­ma va­si­tə­si ki­mi yer­li əha­li­ni bu ad­la ad­lan­dır­mağa im­kan ver­diy­i­ni düşünmək üçün əsas ola bi­lər. Hər hal­da, Y.Yu­si­fov da bu qə­na­ət­də ol­muş­dur ki, «...lul­lu­bi Azər­bay­ca­nın pro­totürk əha­li­si­nə ve­ril­miş kə­nar ad ol­muş­dur» - ay­dın dey­i­­lir: pro­totürk əha­li­si­nə. Lul­­lu­la­rın et­nik mən­su­biyy­ə­ti və di­li ba­rə­də müxtə­lif fər­ziyy­ə­lər irə­li sürülmüşdür. Lul­lu di­li­nin kas­si və elam , o cümlə­dən Qaf­qaz dil­­lə­ri ilə qo­hum ol­ma­sı mü­la­hi­zə­si or­taya atıl­mış, la­kin bu­nu sü­but edən də­lil­lər gə­ti­ril­mə­miş­dir. «Bu müla­hi­zə­lə­ri irə­li sürən bə­zi keç­miş qərb alim­lə­ri qə­dim dövr­də türk ami­li­nin var­lı­ğı­na bi­gə­nə ya­naş­mı­ş­lar». (2;79) Müəl­li­fin fi­k­rincə, lul­lu tay­fa it­ti­fa­qı bi­ri di­g­ə­ri ilə dil və et­nik cə­hət­dən qo­hum olan pro­totürk et­nos­la­rı bir­ləş­dir­miş­dir.

 

 

 

Dər­slik­də aka­de­mik nə­ş­rin üstündən keç­diyi su tay­fa­sı haq­qın­da da ge­niş mə­lu­mat ve­ril­miş­dir. Su­lar Za­qros dağ­la­rın­da və Ur­miya gölünün cə­nu­bun­da ya­şa­mı­ş­lar. Et­no­ni­min il­kin for­ma­sı­nın sub/suv ol­duğu gö­s­tə­ri­lir ki, bu da xa­lis türk sözüdür. Ta­rix­çi­lər su tay­fa­sı­nı İki­çay­a­ra­sı­nın şi­ma­lın­da ya­şay­an Sub­ir/Cubar , ey­ni za­man­da, so­nra­lar ge­niş fə­a­liyy­ət mey­da­nı­na çı­xan sa­bir/su­var tay­fa ad­la­rı ilə eyniləş­dirir­lər. Çox qə­ri­bə­dir ki, lul­lu­lar ki­mi, su­lar da həm ad­la­rı­na, həm də xoş müna­si­bət­lə­ri­nə gö­rə şu­mer­lə­rə çox ya­xın ol­mu­ş­lar ( şu­mer - su­ber - su­mer - sub­ir.. .) Su­lar da tu­ruk­ki və lul­lu tay­fa it­ti­faq­la­rı­na da­xil idi.

Azər­bayc­a­nın qə­dim güclü et­nos­la­rın­dan bi­ri­nin ku­ti­lər (ya­xud qu­ti­lər ) ol­duğ­u­nu bil­dik. E.ə.III - II mi­nil­lik­lər­də ku­ti­lər Ur­miya gölünün cə­nub və qərb re­g­io­nla­rın­da ya­şa­mı­ş­lar. Ku­ti­lər tu­ruk­ki­lər, lul­lu­bi­lər və su­lar­la ya­xın müna­si­bət­də ol­mu­ş­lar. Ke­ç­miş SSRİ-də məş­hur elamşünas alim ki­mi ta­nı­nan Y.Yu­si­fov gös­tə­rir ki, ku­ti di­li­nin elam di­li­nə və ümu­mən Qaf­qaz dil­lə­ri­nə aid ol­ma­sı ba­rə­də müla­hi­zə heç bir fakt­la sübut olun­ma­mış­dır. Ku­ti sözünün so­nra­lar k sa­mi­­ti­nin düşmə­si ilə (Z.Yam­pol­ski) Azər­bayc­an əra­zi­sin­də mey­da­na çı­xan uti tay­fa adı ilə əla­qə­si də özünü doğ­rult­mur. V.Land­sber­qer ku­ti­lə­rin türk ol­duğ­u­nu qeyd et­miş­dir. Ka­mal Bal­kan ku­ti hökmdar ad­la­rı­nın türk mən­şə­li ol­du­ğu­nu izah et­miş­dir. Y.Yu­si­fov mi­xi ya­zı­lar­da ku­ti sözünün ku şək­lin­də ya­zıl­dığ­ı­nı, ku sözünün türk dil­lə­rin­də 'ağ­bə­niz, ağ­ım­tıl' mə­na­sın­da iş­lən­diy­i­ni, - ti şə­kil­çi­si­nin qə­dim türk dil­lə­rin­də cəm­lik bil­dir­diy­i­ni müəyy­ən­ləş­dir­miş­dir. (2;82)

Y.B.Yu­si­fov araş­dır­ma­la­rı­nı ümu­mi­ləş­di­rə­rək ya­zır: «Be­lə­lik­lə, Azər­bayc­a­nın ən qə­dim sa­kin­lə­rin­dən bi­ri pro­totürklər ol­muş və on­lar hə­lə bi­ri di­g­ə­rin­dən fo­ne­tik cə­hət­dən fər­di­ləş­mə­miş ümumtürk di­lin­də da­nış­mı­ş­lar. La­kin bu dövr­də qərb və şərq türk dil­lə­ri­ni səciyy­ə­lən­di­rən bir sı­ra fo­ne­tik əvəz­lən­mə­lər ar­tıq ya­ran­mış­dı. Fərz et­mək olar ki, pro­totürklər bu za­man nə­in­ki qə­dim Azər­bayc­a­nın, eləcə də Ana­do­lu ya­rı­ma­da­sı­nın və Or­ta Asiy­a­nın sa­kin­lə­ri ol­muş və tə­d­ric­ən şi­ma­la doğ­ru hə­rə­kət et­mi­ş­lər».(2,78)

 

Türk tay­fa­la­rı era­dan 3 min il əv­vəl in­di­ki yu­nan tor­paq­la­rın­da - yu­nan­lar hə­lə o yer­lə­rə gəl­mə­diyi dövr­də - mi­nil­lik bir döv­lət ya­rat­mış (e.ə.III - II mi­nil­lik­lər ara­sı), e.ə.2000-ci il da­i­rə­sin­də yu­nan­lar gəl­dik­dən so­nra bir qə­dər on­lar­la ya­şay­ıb, İta­liy­aya, Egey ada­la­rı­na, qər­bi Ana­do­luya ke­ç­mi­ş­lər. «Etrüsklar (tur­sa­ka­lar) türk idi­lər» (Anka­ra, 1992) ki­ta­bı­nın müəl­li­fi Adi­le Ay­da gö­s­tə­rir ki, İta­liya əra­zi­sin­də (e.ə.XX əsr hüdud­la­rın­da) iki türk tay­fa­sı - tur­lar (Tu­ran sözü də bu­ra­dan­dır) və sa­ka­lar bir­lə­şə­rək tur­sa­ka­la­rı - et­ru­s­k­la­rı ( TRSK - sa­mit kökü həm tur­sa­ka , həm də et­rusk ki­mi oxu­nur) mey­da­na gə­tir­miş­dir: «Tur­lar ile Sa­ka­lar bir­le­şir, «Tur­sa­ka­lar» ad­lı tek mil­let ha­li­ne gel­dik­ten so­nra, Türk ge­le­nek­le­ri­ne uyg­un ola­rak 12 ka­bi­le­den olu­şan bir Dev­let kur­mu­ş­lar­dır. Et­ra­fı de­niz­le çe­v­ri­li bir bölge­de hüküm sürme­ge baş­lay­an bu Dev­let, çok ke­ç­me­den güclü bir do­nan­ma mey­da­na ge­ti­re­rek Yu­nan­lı­lar­la Fe­ni­ke­li­le­ri ti­t­ret­me­ge ba­ş­la­mı­ş­tır». (6;7) Müəl­lif et­rusk di­li­nin fo­ne­tik, lek­sik, mor­fo­lo­ji və sin­tak­tik xüsu­siyy­ət­lə­ri­ni, əlif­ba­la­rı­nı və ey­ni za­man­da, et­ru­s­k­la­rın di­ni görü­şlə­ri­ni türklə­rin di­li, qə­dim əlif­ba­sı və di­ni görü­şlə­ri ilə müqay­i­sə­li öy­rə­nə­rək, et­ru­s­k­la­rın türk ol­duğu qə­na­ə­ti­nə gəl­miş­dir. Ümu­miyy­ət­lə, Tu­ran türk söz­lə­ri bir kök­dən ol­duğu üçün tu­ruk­ki­lər­lə et­ru­s­k­la­rın qo­hum­luq əla­qə­si də düşünülə bi­lər. İ.Əliy­ev bu cə­hə­ti bil­diyi üçün möv­zu­su­na bi­la­va­si­tə dəx­li ol­ma­dığı hal­da, baltası­nı uza­da­raq uzaq­da­kı o türk bu­dağ­ı­nı da kə­s­mək is­tə­miş­dir.

İ.Əliy­ev İran mən­şə­li əha­li­nin Azər­bayc­an və İran əra­zi­si­nə yayıl­ma­sın­dan böyük hə­vəs­lə da­nı­şa­raq, e.ə.VIII əsrdə İran yay­la­sı­na gə­lən bu tay­fa­nı bə­zən II mi­nil­liy­in so­nu­na, bə­zən də II mi­nil­liyin lap əv­və­li­nə çə­kir: «Təx­mi­nən e.ə. II mi­nil­liy­in so­nu, ya­xud I mi­nil­liy­in ba­ş­lan­ğıc­ın­da Cə­nu­bi Ru­siya çöl­lə­rin­dən çıx­mış iran­dil­li tayfa­lar İran yay­la­sı vi­lay­ət­lə­rin­də yer­ləş­məyə ba­ş­la­mış­dı­lar». (1; 129) Baş­qa bir sə­hi­fə­də isə iran­dil­li­lə­rin mi­q­ra­siy­a­sı­nı da­ha əv­və­lə çək­məyə ça­lış­mış­dır: «Ön Asiya vi­lay­ət­lə­ri­nə hə­lə e.ə. II mi­nil­liy­in birinci rübü­nün son­la­rın­da müəyy­ən Hind-İran mən­şə­li əha­li kütləsi­nin gəl­mə­si mə­sə­lə­si heç bir şübhə doğ­ur­mur».(1;125) Ey­ni mə­s­ə­lə ba­rə­sin­də bir-bi­ri­nə zidd ne­çə fi­kir söy­lə­mək olar?

Görün, bu mə­sə­lə­ni heç bir cə­hə­tə qıs­qanc­lıq gö­s­tər­mə­dən Y.B.Yu­si­fov necə oby­ek­tiv izah et­miş­dir: «Son təd­qi­qat­la­ra əsa­sən be­lə bir müddəa irə­li sürülmüşdür ki, Şər­qi Ana­do­lu, Ön Qaf­qaz və Şi­ma­li İki­çay­a­ra­sı Hind-Av­ro­pa tay­fa­la­rı­nın ilk və­tə­ni ol­muş­dur. E.ə.V - IV mi­nil­lik­lər­də bu­ra­da ümum­hind-Av­ro­pa (pra­hind-Av­ro­pa) di­li mövc­ud ol­muş, e.ə.IV - III mi­nil­lik­lər hüdu­dun­da bu dil dia­lekt­lə­rə (ləhc­ə­lə­rə) par­ça­lan­mış və di­a­lekt­lər­də da­nı­şan hin­da­v­ro­pa­lı­lar tə­d­ric­ən qər­bə, şi­ma­la və şər­qə doğ­ru hə­rə­kət et­mi­ş­lər. E.ə.III mi­nil­lik­də ümum­hind-Av­ro­pa di­lin­dən ari (Hind-İran) dil bir­liyi ayrıl­mış və e.ə. II mi­nil­liy­in so­nun­da bu dil bir­liyi də hind və İran dil­lə­ri­nə təc­rid olun­muş­dur... Təd­qi­qat­lar gö­s­tə­rir ki, Ön Asiy­a­da Hind-Av­ro­pa dil bir­liy­i­nin par­ça­lan­ma­sı za­ma­nı bu­ra­da (Ön Asiy­a­da - Q.K .) pro­totürk (ya­xud pratürk) et­no­su ya­şay­ır­dı. Bu­nu, xüsu­si­lə qə­dim Azər­bay­ca­nın əra­zi­si ilə əla­qə­dar müəyy­ən edil­miş pro­totürk ünsürlə­ri və şu­mer di­li­nə ke­ç­miş pro­totürk lek­si­ka­sı ay­dın gö­s­tə­rir. Çox gü­man ki, pratürk dil bir­liy­i­nin par­ça­lan­ma­sı e.ə.VIII-VII min­il­­lik­lər­də baş ver­miş və bu dövr­də Hind-Av­ro­pa di­li ilə ünsiyy­ət­də ol­muş­dur. Bu et­nos­la­rın ara­sın­da qar­şı­lıq­lı lek­sik mə­nim­sə­mə­lər pro­totürklə­rin ilk və­tə­ni Ön Asiy­a­da baş ver­miş­dir». (2;83) Bu mə­lu­ma­ta və bir sı­ra baş­qa əsər­lər­dən al­dığ­ı­mız tə­əssüra­ta əsa­sən qeyd edə bi­lə­rik ki, Hind-Av­ro­pa, türk, se­mit, Qaf­qaz və baş­qa dil ailə­lə­ri əs­lin­də Ön Asiya əra­zi­lə­rin­də bir-bi­rin­dən təc­rid olun­mu­ş­lar.

Aka­de­mik nə­ş­rin üçüncü böl­mə­si (VIII, IX, X, XI fə­sil­lər) Azər­bayc­an­da «ilk döv­lət qu­ru­mu» Man­na döv­lə­ti­nə, Cə­nu­bi Azər­bayc­an əra­zi­lə­ri­nin kim­mer-skit-sak pad­şah­lığ­ı­nın, Ma­da döv­lə­ti və Əhə­mə­ni fars ha­ki­miyy­ə­ti­nin al­tı­na düşmə­si­nə həsr olun­muş­dur. Da­ha bu fə­sil­lər­də dil və et­no­g­e­nez mə­sə­lə­lə­ri ilə bağ­lı elə bir «çə­tin­lik» yox­dur, çünki ata­lar da dey­ib ki, yükü tə­pəyə yığ­an­dan so­nra ar­xay­ın­laş­maq olar. Ar­tıq bu­ra qə­dər aka­de­mik nəşrdə Azər­bayc­an tay­fa­la­rı da mə­lum­dur, on­la­rın dil­lə­ri də. Ona gö­rə də tə­zə bir şey de­məyə elə bir eh­tiy­ac yox­dur. Am­ma necə ol­sa, cə­miyy­ət in­ki­şaf­da­dır.

Man­na döv­lə­ti­nin «ilk bir döv­lət qu­ru­mu» ki­mi mey­da­na çıx­ma­sı ilk də­mir, ya­xud son ke­ra­mi­ka dövrünə - e.ə.I mi­nil­liy­in əv­və­li­nə tə­sadüf edir. Et­nik tər­kib­də əv­vəl­ki dövr­lər­dən fər­q­li elə bir dəy­i­şik­lik yox­dur: «Man­na e.ə.III - II mi­nil­lik­lər­də bu re­g­i­on­da mövc­ud ol­muş ku­ti, lul­lu­bi, hur­ri tay­f­ala­rı­nın, di­g­ər tay­fa­la­rın və tay­fa it­ti­faq­la­rı­nın bi­la­va­si­tə va­ri­si idi».(1,181 - 182) Man­na ski­f­lər, kim­mer­lər və ma­da­lı­lar­la it­ti­faq­da idi: «Hə­lə e.ə. VII əsrdə (bəl­kə də, VIII əsrdə) skif tay­f­ala­rın­dan bi­ri, Za­ka­s­pi­nin sak əha­li­si­nin - sak-ti­q­ra­ha­u­da­la­rın (şiş­pa­paq sak­la­rın) müəyy­ən qrup­la­rı di­g­ər skif tay­fa­la­rı ilə bir­lik­də Cə­nub-şər­qi Qaf­qa­za və Cə­nu­bi Azər­bayc­an vi­lay­ət­lə­ri­nə so­xul­mu­ş­lar. On­lar Qaf­qa­zın ono­ma­s­ti­ka­sın­da da iz qoy­mu­ş­lar. Bu iz­lər ən əv­vəl «Sa­ka­se­na» (Şa­ka­şen), «Şə­ki», «Kam­bi­se­na» adla­rı və di­g­ər ad­lar­dır». (1;214) Skif-sak tay­fa­la­rın­dan əv­vəl kim­mer­lər də Azər­bay­can­da ol­mu­ş­lar.

E.ə.VII əs­rin 70-ci il­lə­rin­də as­sur­lu­lar­la müba­ri­zə apa­ran ma­da­lı­lar on­la­rı qo­vub öl­kə­dən çı­xa­ra bil­mi­ş­lər və bu dövr­də Ma­da çarlığı yüksəl­miş­dir. Be­lə­lik­lə, təq­ri­bən ey­ni vaxt­da Azər­bayc­an əra­zi­sin­də Man­na, Skif-sak və Ma­da çar­lıq­la­rı fə­a­liyy­ət gö­s­tə­rir. Qeyd et­diy­i­miz ki­mi, tay­fa­lar və on­la­rın dil­lə­ri haq­qın­da əv­vəlcə­dən müəl­li­fin (İ.H.Əliy­e­vin) fi­k­ri mə­lum ol­duğu üçün Man­na döv­lə­ti ilə bağ­lı etno­g­e­nez və dil mə­sə­lə­lə­ri­nə az yer ve­ril­miş­dir. Gö­s­tə­ri­lir ki, Kür çayı sa­hi­lin­də şi­mal­dan Sa­ka­se­naya Kam­bi­se­na ad­lı bir vi­lay­ət bi­ti­şik idi və bu­ra­da İran tay­fa­sı olan kam­buc­iy­a­lı­lar ya­şay­ır­dı. Mü­əl­li­fin fər­ziyy­ə­si­nə gö­rə, on­lar bu­raya sak­lar­la bir­lik­də gəl­miş­di­lər. Sak­lar ski­f­lə­rin bir tay­fa­sı­dır və bun­la­rın ha­mı­sı, müəl­li­fin fi­k­ri­nə gö­rə, iran­dil­li­dir: «Skif çar­lığ­ı­nın ta­ri­xi mü­qəd­də­ra­tı iran­dil­li mühacir­lə­rin böyük kütlə­lə­ri­nin Ön Asiya vi­lay­ət­lə­ri­nə gəl­mə­si... ilə bi­la­va­si­tə bağ­lı­dır». (1;220) Bu­ra­da hər­dən «İran mən­şə­li» Azər­bayc­an ad­la­rı ba­rə­də fi­kir­lər də söy­lən­miş­­dir: «Elə bu­ra­da qə­dim top­­la­nış ye­rin­də Ma­da­nın pay­tax­tı Hanq­ma­ta­na (yu­nanca: Ak­ba­ta­na və ya Ek­ba­ta­na) sa­lın­mış­dı ki, bu da qə­dim İran sözü olub «yığ­ınc­aq yeri» de­mək­dir. Ka­ş­ta­ri­ti adı­nın özü (Xşa­t­ri­ta) İran sözüdür, «ix­tiy­ar sa­hi­bi», «hökmdar» de­mək­dir».(1;219) Bu­ra­dan və əv­vəl­ki xüla­sə­lər­dən göründüyü ki­mi, Man­na əra­zi­sin­də yer­li­lər də, gəl­mə tay­fa­lar da iran­dil­li­lər­dir və bu­ra­da türk tə­səvvürü yox­dur.

«Azər­bayc­an ta­ri­xi» dər­sliy­in­də isə oxuy­u­ruq: «Be­lə­lik­lə, Man­­na­da əha­li­nin ba­ş­lıca di­li ən qə­dim türk di­li ol­muş­dur. Yer ad­la­rın­da təm­sil olun­muş söz­lər ümumtürk lek­si­ka­sı­na mən­sub idi. E.ə.III - II mi­nil­lik­lər­də Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də türk dil­lə­rin­də da­nı­şan et­nos­lar (yer­li əha­li) ya­şay­ır­dı­lar və on­lar ha­kim türk süla­lə­lə­ri­nin əsa­sı­nı qoy­muş­du­lar. Man­na hökmdar­la­rı­nın ad­la­rı da türk dil­lə­rin­də izah olu­nur». (2;117) Dərsl­ik­də nümu­nə üçün bir sı­ra Man­na hökmdar və şəxs ad­la­rı­nın - Ata, Ul­lu­su­nu, Eri­si­ni, Te­lu­si­ni, Ah­şe­ri, Ual­li, İran­zu və baş­qa­la­rı­nın inan­dı­rıcı türk eti­mo­lo­g­iy­a­sı ve­ril­miş­dir. Y.Yu­si­fov kim­mer­lər haq­qın­da ya­zır: «Kim­mer­lə­rin türk mən­şə­li tay­fa­la­ra mən­sub ol­ma­sı ba­rə­də er­kən or­ta əsr Bi­zans qay­naq­la­rı mə­lu­mat ve­rir. Pro­ko­piyə gö­rə, hun­lar qə­dim­də «kim­mer» və «mas­sa­g­et» ad­la­nır­dı­lar. Hun tay­fa­la­rı isə əsa­sən türk mən­şə­li olmu­ş­lar». (2, 118)

Skiflər və sak­lar haq­qın­da oxuy­u­ruq: «Skif­lər et­nik tər­ki­bi­nə gö­rə müxtə­lif ol­muş­dur. On­la­rın içə­ri­sin­də türk, İran mən­şə­li et­nos­lar var idi. Sak, mas­sa­g­et, sar­mat türk tay­fa­la­rı qay­naq­lar­da bə­zən skit an­lay­ı­şı al­tın­da bir­ləş­di­ri­lir­di. Fe­o­fan Si­mo­kat­ta türklə­ri skit xal­qı ki­mi qə­lə­mə ver­miş­di. Stra­bon mə­lu­mat ve­rir ki, skit­lə­ri həm də sak ad­lan­dı­rır­dı­lar. Sak adı, yə­qin ki, qə­dim türk saq «sağ­maq» fe­li­nin isim for­ma­sın­dan əmə­lə gəl­miş­dir və il­kin mə­na­sı (mady­an) «sağ­an» ol­muş­dur. Sak­lar əsa­sən türk mən­şə­li et­nos­lar idi. Me­nan­d­rın de­diyi­nə gö­rə, türklər qə­dim­də sak ad­la­nır­dı. Be­lə­lik­lə, e.ə.VIII əs­rin so­nu - VII əs­rin əv­və­lin­də Azər­bay­ca­na şi­mal­dan gəl­miş bu tay­fa­lar ara­sın­da əsa­sən türk mən­şə­li et­nos­lar təm­sil olun­muş­du­lar».(2;118)

Y.B.Yu­si­fov bir cə­hə­ti də əsas­lı şə­kil­də qeyd edir ki, adə­tən mi­q­­­ra­siya za­ma­nı qo­hum tay­fa­lar bir-bi­ri­nin ya­nı­na köç edir­lər. Bu cə­hət­dən kim­mer, skit, sak tay­fa­la­rı Azər­bayc­an türklə­ri­nin ya­nı­na kə­nar­dan gə­lən ilk qo­hum tay­fa­lar idi.

Aka­de­mitk nə­ş­rin IX fəs­lin­də çox mühüm bir mə­sə­lə­nin bünö­v­rə­si qoy­ul­muş, X fə­sil­də in­ki­şaf et­di­ril­miş­dir - Ma­da qə­dim İran döv­lə­ti­dir: «Ma­da tay­fa it­ti­fa­qı əsa­sən Cə­nu­bi Azər­bayc­an­dan şərq­də və cə­nub-şərq­də yer­lə­şən vi­lay­ət­lər­də tə­şəkkül tap­mış­dı». (1;217) Qeyd et­mə­liy­ik ki, o za­man­lar «Cə­nu­bi Azər­bay­can» an­layı­şı yox idi. Bu an­lay­ış so­nra­lar ya­ran­mış­dır və biz «Cə­nu­bi Azər­baycan» de­dik­də, tə­bii ki, bütün mə­lum əra­zi­ni nə­zər­də tu­tu­ruq. Ona gö­rə də müəl­li­fin de­diyi «Cə­nu­bi Azər­bayc­an­dan şərq­də və cə­nub-şərq­də» söz­lə­ri­ni hə­qi­qi mə­na­da an­la­saq, on­da ma­da­lı­la­rın ya­şa­dığı əra­zi Azər­bayc­an əra­zi­si dey­il və ma­da­lı­lar da bi­zim əc­dad­la­rı­mız dey­il­lər. Bəl­kə, tex­ni­ki səhvdir? So­nra­kı fəs­lə - «Cə­nu­bi Azər­bayca­nın mi­diy­a­lı­lar (ma­da­lı­lar) tə­rə­fin­dən işğa­lı. Man­na çar­lığ­ı­nın sü­qu­tu» fəs­li­nə (X) ba­xaq. Fəs­lin elə adı da gö­s­tə­rir ki, Ma­da Cə­nu­bi Azər­bayc­an­dan ay­rı tə­səvvür edi­lir. «E.ə. VII əs­rin so­nun­da - VI əs­rin ba­ş­lan­ğıc­ın­da ma­da­lı­lar Man­na­nı, Urar­tu­nu və Skif çar­lığı­nı öz­lə­ri­nə ta­be et­di­lər... Ma­da Cə­nu­bi Azər­bayc­a­nın, Urar­tu­nun və Skif çar­lığ­ı­nın tor­paq­la­rı­nın tam ha­ki­miyy­ə­tə ma­lik olan sa­hi­bi­nə çe­v­ril­di».(1;228) Əg­ər ma­da­lı­lar Cə­nu­bi Azər­bayc­an əra­zi­si­nin bir hissəsin­də yer­ləş­mi­ş­lər­sə, on­da Man­na­nın, baş­qa vi­lay­ət­lə­rin iş­ğa­lın­dan söh­bət ge­də bi­lər, da­ha Ma­da özü özünü necə işğ­al edə bi­lər? Bütövlükdə Cə­nu­bi Azər­bayc­an əra­zi­si­nin işğ­a­lın­dan söh­bət ge­dir­sə, on­da ma­da­lı­lar bu əra­zi­də dey­il­lər. «Ma­da döv­lə­ti... İran alə­mi­nin mə­də­ni və di­ni mər­kə­zi­nə çe­v­ril­miş­di».(1;231) Bu fi­kir tə­sadüfi dey­il və ey­ni şə­kil­də 233-cü sə­hi­fə­də də tə­k­rar edil­miş­dir. Ma­da İran döv­lə­ti idi­sə, ki­tab­da ona bu qə­dər yer ver­məy­in nə mə­na­sı var­dı? Bəs be­lə­dir­sə, on­da Man­na nə üçün so­nra­lar Ki­çik Ma­da, ya­xud At­ro­pat Ma­da­sı ad­lan­dı­rı­lıb?

Ma­da im­pe­riy­a­sı­na müna­si­bət­də ta­rix­çi­lə­ri­miz əv­vəl­ki fi­kir­lə­rin­dən im­ti­na et­mək­də­dir­lər. 1958-ci il­də çap olun­muş «Azər­­bayc­an tari­xi»ndə (1-ci cild) Mi­diya Azər­bayc­an döv­lə­ti ki­mi ve­ril­diyi hal­da (bax: Azər­bayc­an əra­zi­sin­də tay­fa it­ti­faq­la­rı və qə­dim döv­lət­lər, s.41 - 51 və s.), 90-cı il­lə­rin ta­rix ki­tab­la­rın­da şərh­lər­də ay­dın tərəddüddər var, bu döv­lət İran döv­lə­ti ki­mi ve­ri­lir.

Man­na ilə ya­na­şı, Ma­da­nın adı qay­naq­lar­da e.ə.IX əsr­dən qeyd edil­miş­dir. Far­slar isə İran əra­zi­si­nə VIII əsr­də gəl­mi­ş­lər. Par­sua xey­­li müddət bir sa­t­rap­lıq ki­mi Ma­da­nın ta­be­liy­in­də ol­muş, e.ə.550-ci il­də far­sla­rın üsya­nı nə­tic­ə­sin­də Ku­ruş (Kir) ha­ki­miyy­ə­tə gəl­miş, ma­da­lı­lar far­slar­dan ası­lı və­ziyy­ə­tə düşmüşlər. Be­lə de­mək olar ki, hə­min vax­ta qə­dər həm Cə­nu­bi Azər­bayc­a­nın, həm də in­di­ki İra­nın müəyy­ən əra­zi­lə­ri Ma­da­nın tər­ki­bin­də ol­muş­dur. Bu tər­kib­də olan Azər­bayc­an əra­zi­lə­ri son­ra­lar At­ro­pa­tın ida­rə et­diyi ke­ç­miş Man­na əra­zi­lə­ri ilə bir­lik­də hüdud­lan­mış və Ki­çik Ma­da, At­ro­pat Ma­da­sı ad­­lan­mış­dır. Qa­lan his­sə­si İran əra­zi­si­nin bir par­ça­sı ki­mi qal­mış­dır. Ona gö­rə də Ma­da im­pe­riya­sın­dan məx­su­si İran im­pe­riy­a­sı ki­mi da­nış­maq düzgün dey­il­dir. Man­na ilə Ma­da tay­fa­la­rı çox ya­xın ol­mu­ş­lar. Bu öl­kə­lə­rin ad­la­rı da bir kök­dən­dir: MA - qə­dim 'bağ' sözü­dür. Bu söz 'qə­bi­lə baş­çı­sı, ka­hin və al­lah' mə­na­la­rın­da iş­lən­miş­dir. Mağ sözü də bu söz­lə bağ­lı­dır və həm Man­na­nın şi­ma­lın­da - Araz sa­hi­lin­də ya­şay­an müklər, həm də bir qə­dər ara­lı­da tə­s­vir edi­lən mağ­lar ey­ni kök­dən­dir. Man­na, Ma­da söz­lə­ri­nin so­nun­da­kı -na, -da 'yer, mə­kan, öl­kə' məna­sın­da­dır və Urar­tu-Bi­ayn lüğə­tin­də mü­ha­fi­zə olun­muş­dur. Hər iki söz bağ­lar öl­kə­si, ka­hin­lər yur­du, al­lah­lar yur­du mə­na­sın­da­dır. Səs ke­çi­di ilə (b>m) mağ, muğ, müq, Muğ­an sözlə­ri də ey­ni kök­dən­dir. Bağ sözünün da­ha qə­dim ol­duğ­u­nu Azər­bay­can əra­zi­sin­də­ki Bağ­ı­s­tan qaya­la­rı və qə­dim Bağ­ı­s­tan vi­lay­ə­ti də tə­s­diq edir. Ma­ke­do­ni­ya­lı İs­kən­də­rin Azər­bayc­an əra­zi­sin­də Ba­ğı­s­tan vi­la­yə­ti­nə gəl­diyi də mə­lum­dur. Be­lə­lik­lə, bağ, Bağ­ı­s­tan (dağ və vi­lay­ət adı), mağ, muğ, Muğ­an söz­lə­ri ma­da­lı­la­rı Azər­bayc­an­la bağ­lay­ır və ma­da­lı­la­rın böyük bir qi­s­mi Cə­nu­bi Azər­bayc­an abo­ri­gen­lə­ri­dir. Bu döv­lət Azər­bayc­an döv­lə­ti ki­mi izah olun­ma­lı­dır. Ola bi­lər ki, İran si­ya­si­lə­ri Cə­nu­bi Azər­bayc­a­nı ha­zır­da öz də­də-ba­ba yur­du say­dığı ki­mi, Ma­da­nı da İran döv­lə­ti ki­mi izah et­sin; biz öz ta­ri­xi­mi­zi yaz­ma­lıy­ıq. La­kin aka­de­mik ta­rix­də oby­ek­tiv­lik na­mi­nə bir dam­la da Azər­bayc­an tə­əssübke­ş­liyi duy­ul­mur. Müəl­lif bir çox mə­sə­lə­lə­ri üstüörtülü şə­kil­də far­sla­rın xey­ri­nə izah et­miş, ruh eti­ba­ri­lə Ma­da im­pe­riy­a­sı­nı fars im­pe­riy­a­sı ki­mi şərh et­miş­dir. Bütün fakt­lar gö­s­tə­rir ki, ma­da­lı­lar­la far­slar ara­sın­da müna­si­bət pis ol­muş, ma­da­lı­lar far­slar­la çox vaxt ba­rış­ma­mı­ş­lar. Bu ba­rə­də ta­ri­xin hifz et­diyi xey­li fakt­lar var­dır. II Kir e.ə.550-ci il­də Ma­da­nı ası­lı və­ziyy­ə­tə sal­dıq­dan so­nra ma­da­lı­lar öz ha­ki­miyy­ət­lə­ri­ni də­fə­lər­lə bər­paya ça­lış­mı­ş­lar. E.ə. 522-ci il­də ma­da­lı ka­hin Qa­u­mat (Qa­u­ma­ta) İran hökmda­rı Kam­bi­sin (Kam­bi­zin) Mi­sir­də ol­ma­sın­dan is­ti­fa­də edə­rək ha­ki­miyy­ə­ti ələ al­mış (He­ro­do­tun mə­lu­ma­tı­na gö­rə, Ki­rin oğ­lu Kam­bis öz qar­da­şı Smer­di­si giz­li şə­kil­də öldürtmüşdü, la­kin bu­nu çox az adam bi­lir­di, ona gö­rə də Qa­u­mat Smer­di­sin adı ilə ha­ki­miyyə­ti ələ al­mış­dı) və 7 aya qə­dər sax­laya bil­miş­di. Sui-qəsd nə­ticə­sin­də ha­ki­miyy­ə­tə gə­lən I Da­ra (e.ə.522 - 486) Qa­u­ma­tı və onun ya­xın adam­la­rı­nı Ma­da­nın Ni­sayya vi­lay­ə­tin­də öldürtmüş, pay­aya ke­çirt­miş­dir. Qa­u­ma­tın xalq ara­sın­da hör­mə­ti böyük idi. O, əha­li­ni üç il ve­rg­i­dən və or­du­da xid­mət­dən azad et­miş, bir sı­ra is­la­hat­lar ke­çir­miş­di. Ona gö­rə də Qa­u­mat öldü­rü­lər­kən «Asiy­a­da ha­mı tə­əssüf edir, bir far­slar­dan baş­qa».(7;355) Am­ma aka­de­mik ta­ri­xi oxuy­an­da da­ha çox tə­əccüb et­mə­li olur­san: «Qə­dim ya­zı­çı­la­rın ək­sə­riyy­ə­ti, ha­be­lə hökmdar Da­ra Qa­u­ma­ta­nın çı­xı­şı­nı far­sla­rın ha­ki­miy­yə­ti­nə - Ha­xa­ma­ni­şi­lə­rə qar­şı çe­v­ril­miş Ma­da ir­tic­a­sı (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K.) ol­duğ­u­nu yax­şı bi­lir­di­lər».(1;241) Sən öz xal­qı­nın, öz vətə­ni­nin müstə­qil­liyi uğ­run­da, kö­lə­lik əley­hi­nə müba­ri­zə apa­ra­san, sə­nin 2500 il so­nra­kı nəs­lin bu­nu «ir­tica» ad­lan­dı­ra. Özü də bi­lə-bi­lə ki, «Qa­u­ma­ta ma­da­lı­la­rın hök­mran­lığ­ı­nı bər­pa et­mək niyy­ə­tin­də idi» və həm də bi­lə-bi­lə ki, bu hə­rə­kat «...hök­mran fars süla­lə­si­nin və onun­la bağ­lı olan yer­li nəs­li əsil­za­də­lə­rin zülmünə qar­şı çe­v­ril­miş xalq hə­rə­ka­tı, eti­ra­zı ilə bir­ləş­miş­di». (1;242) Mən Qa­u­ma­ta hey­kəl düşünürəm, ta­rix­çi də bu cür düşünür.

 

E.ə.521-ci il­də Fra­var­tiş ad­lı bir baş­qa­sı Ma­da ha­ki­miyy­ə­ti­nin bər­pa­sı üçün üsyan et­miş, la­kin Da­ra tə­rə­fin­dən ağ­ır işg­əncə ilə öldürülmüşdür: bur­nu, qu­laq­la­rı, di­li kə­sil­miş, göz­lə­ri çı­xa­rıl­mış və Ek­ba­tan şə­hə­rin­də pay­aya ke­çi­ril­miş­dir. Özünü Ki­ak­sa­rın nəs­lin­dən he­sab edən Çis­sa­tax­ma da ey­ni şə­kil­də üsyan et­miş və ey­ni cə­za­lar­la öldürülmüşdür. So­nra­lar da Ma­da üsyan­la­rı da­vam et­miş­dir.

Mən şəx­sən düşünürəm ki, Ma­da tay­fa­la­rın­dan bi­ri olan mağ­lar şi­mal­lı-cə­nub­lu Azər­bayc­a­nın, şi­mal­lı-cə­nub­lu Muğ­a­nın əha­li­si­dir (müklər on­la­rın bir qo­lu­dur) və bun­lar - mağ ka­hin­lə­ri çox qə­dim ta­ri­xə ma­lik ol­maq­la, ilk sə­ma­vi al­lah­la­rın ya­ra­dıc­ı­la­rı­dır, Za­qros dağ­la­rın­dan İki­çay­a­ra­sı­na enən şu­mer­lər də on­la­rın şa­g­ird­lə­ri­dir. Man­na da, Ma­da da on­la­rın adı ilə bağ­lı­dır. On­lar da­im müstə­qil­liyə can atmış, öz yüksək ağ­lı, ka­hin qüdrəti ilə bu­na ək­sə­rən na­il ol­mu­ş­lar. Mağ sə­nə­ti so­nra­lar müxtə­lif əra­zi­lə­rə yay­ıl­mış­dır. Mağ­la­rı mük­lər­dən ay­ı­rıb Muğ­an­dan təc­rid et­mək bi­zim ən böyük ulu­la­rı­mı­zı öz əli­miz­lə özg­ə­lə­rə bağ­ı­ş­la­mağı­mız­dır. Ək­sər ta­rix­çi­lər Ma­da mağ­la­rı­nı İran mən­şə­li he­sab et­mə­mi­ş­lər.

İn­di Azər­bayc­an çə­tin və­ziyy­ət­də­dir. İki yüz il­dən ar­tıq­dır ki, öl­kə par­ça­lan­mış­dır. Xa­rici və da­xi­li düşmən­lə­rin əli ilə müxtə­lif et­nos­lar qı­zış­dı­rı­lır. Və­tən düşmən əlin­də­dir, Qa­ra­bağ tor­paq­la­rı düşmən tap­dağı al­tın­da­dır. Mə­nə­vi cə­hət­dən sar­sıl­mı­şıq və bu iş­də aş­kar düşmən­lər­lə ya­na­şı, giz­li düşmən­lə­rin də ro­lu böyükdür. La­kin döz­mək və çar­pış­maq la­zım­dır. Vaxt gə­ləc­ək, va­hid Azər­bayc­an qüdrət­li və böyük bir döv­lə­tə çe­v­ri­ləc­ək. On­da As­ti­aq da la­zım ola­caq, As­ti­aq əf­sa­nə­si də, Ave­s­ta da, ulu mağ­lar da. Bun­la­ra sa­hib duran baş­qa bir döv­lət güclüdür deyə, ac­iz­lik gö­s­tər­mə­mə­li, ta­ri­xi­mi­zi heç ki­mə gü­zəşt et­mə­mə­liy­ik.

Aka­de­mik ta­rix­də Ma­da əha­li­si­nin et­nik tər­ki­bi və di­li haq­qın­da fi­kir­lər: «Bu za­man­dan (e.ə.590-cı il­dən - Q.K. ) ba­ş­lay­a­raq in­ten­siv et­nik pro­ses­lə­rin nə­tic­ə­sin­də yer­li tay­fa­lar tə­d­ric­ən Ma­da di­li­nin ləhc­ə­lə­ri­ni qə­bul edə­rək ma­da­laş­mağa, «ma­da­lı­lar» ad­lan­mağa ba­ş­la­dı­lar. Ma­da­nın bir his­sə­si­nə çe­v­ril­miş Man­na­nın özü isə «Ma­da» və ya­xud «Ki­çik Ma­da» ad­lan­mağa ba­ş­la­dı». (1,228) Bu­ra­da əsas mə­sə­lə yer­li tay­fa­la­rın «Ma­da di­li­nin ləh­cə­lə­ri­ni qə­bul edə­rək ma­da­laş­ma­sı»dır. Oxucu unut­ma­ma­lı­dır ki, ma­da di­li müəl­lif tə­rə­fin­dən ölü İran dil­lə­rin­dən he­sab olu­nur. «Yer­li tay­fa­lar» de­dik­də isə Man­na əra­zi­sin­də və baş­qa əra­zi­lər­də ya­şay­an abo­ri­g­en Azər­bayc­an əha­li­si nə­zər­də tu­tu­lur. İran­dil­li gəl­mə­lər, mü­əl­li­fin fi­k­rincə, bir az əv­vəl qeyd et­diy­i­miz iran­lı­laş­dır­ma işi­ni ma­da­lı­la­rın si­ma­sın­da da­ha da sürət­lən­di­rir­lər, nə­tic­ə­də, ye­nə müəl­li­fin fi­k­ri­nə gö­rə, yer­li əha­li­nin an­t­ro­po­lo­ji qu­ru­lu­şu da, di­ni də, di­li də dəy­i­şir: «Cə­nu­bi Azər­baycan əra­zi­sin­də tə­şəkkül tap­maq­da olan xalq öz dil­lə­ri­ni itir­miş, gəl­mə­lər­lə qay­nay­ıb-qa­rış­mış yer­li əha­li­nin nə­sil­lə­rin­dən iba­rət idi. Etno-mə­də­ni sim­bi­oz baş ve­rir­di».(1, 232) İfa­dəyə fi­kir ver­mək la­zım­dır: öz dil­lə­ri­ni itir­miş əha­li­nin so­nra­kı nə­sil­lə­ri. Yə­ni ar­tıq Əhə­mə­ni süla­lə­si­nə qə­dər­ki dövr­də «ye­ni et­nik tö­rə­mə tə­şəkkül tap­mış­dı». Mü­əl­lif «iran­lı­laş­mış» be­lə bir xal­qı «Ma­da-At­ro­pa­te­na xal­qı» ad­lan­dı­rır və nə­tic­ə­də bu baş­dan At­ro­pa­te­na xal­qı­nın di­li və et­no­g­e­ne­zi haq­qın­da da öz hökmünü ver­miş olur.

Man­na e.ə. 590-cı ilə qə­dər müstə­qil­liy­i­ni sax­laya bil­miş­di. Bun­dan so­nra Ma­da­nın qüdrə­ti yüksə­lir, la­kin o qə­dər də uzun sür­mür. E.ə.550-ci il­də Ma­da da süqut edir. 40 il ər­zin­də «fars ləhc­ə­lə­rin­də da­nı­şan» ma­da­lı­lar Man­na­nın türk əha­li­si­nin et­nik tər­ki­bi­ni və di­li­ni heç cür dəy­i­şə bil­məz­di­lər. Hə­lə bu­nu de­mi­rik ki, Ma­da əha­li­si­nin İran ləhc­ə­lə­rin­də da­nış­dığ­ı­nı id­dia et­mək üçün müəl­li­fin heç bir əsası yox­dur. İran tay­fa­la­rı gəl­mə­miş, Ma­da və onun əha­li­si var idi və Man­na ilə Ma­da adaş idi­lər, ya­na­şı ya­şay­ır­dı­lar. Mi­diya to­po­nim­lə­ri­nin və şəxs ad­la­rı­nın öy­rə­nil­mə­si gö­s­tə­rir ki, bu­ra­nın əsas əha­li­si türk tay­fa­la­rı ol­muş­dur: «Mi­diya to­po­nim­lə­ri­nin ço­xu Qər­bi Avropa­nın bir sı­ra iran­şü­na­sla­rı­nın, Azər­bayc­an­da İ.H.Əliy­e­vin, Gür­cüs­­tan­da Q.A.Me­li­kiş­vi­li­nin, Ru­­siy­a­da İ.M.Dya­ko­no­vun və E.A.Qran­­­­tov­­ski­nin əsər­lə­rin­də İran dil­lə­ri əsa­sın­da şərh olun­muş­dur. Ma­day­la­rın İran­mən­şə­li (ari mən­şə­li) et­nos ol­ma­sı və ümu­miy­yət­lə, İran­dil­li tay­fa­la­rın, da­ha doğ­ru­su, guya far­sla­rın əc­dad­la­rı­nın Man­na və Mi­di­ya əra­zi­sin­də hə­lə e.ə. IX əsrdən yay­ıl­ma­sı - Azər­bay­c­an xal­qı­nın qə­dim ta­ri­xi­nin sax­ta­laş­dı­rıl­ma­sı­na sə­bəb ol­muş bu şab­lon ba­xış far­sla­rın cə­nub­da türk azər­bayc­an­lı­lar üzə­rin­də ağ­a­lığ­ı­nın ta­ri­xən qa­nu­ni ol­ma­sı­na xid­mət et­mək­də­dir. Fars ta­rix­çi­lə­ri­nin bu idey­a­nı hər va­si­tə ilə müda­fiə et­mə­lə­ri də bu­nun­la əla­qə­dar­dır. Azər­bayc­an­da Mi­diya ta­ri­xi İq­rar Əliy­e­vin in­hi­sa­rın­da ol­duğ­u­na gö­rə heç kim bu ta­ri­xi əda­lət­siz­liyə qar­şı çı­xa bil­mir­di. Yal­nız son il­lər­də bu nöq­teyi-nə­zə­rə qar­şı eti­raz səs­lə­ri uc­al­mağa ba­ş­la­mış, man­­na­­lı­la­rın və ma­day­la­rın türk mən­şə­li ol­ma­sı fi­k­ri irə­li sürülmüş­dür». (4,88 - 89)

 

İ.H.Əliy­ev Ma­da­nın son pad­şa­hı As­ti­a­qa maq­la­rın ma­raq­lı bir mürac­i­ə­ti­ni ver­miş­dir: «Bi­zim üçün, çar, hər şey­dən vac­ib sə­nin haki­miyy­ə­ti­ni möh­kəm­lən­dir­mək­dir, yox­sa ha­ki­miyy­ət... far­sla­ra keç­diyi təq­dir­də m i d i y a l ı l a r yad adam­lar ki­mi qul edi­lər, farsla­rın ni­frət mən­bə­yi­nə çe­v­ri­lər; ək­si­nə, nə qə­dər ki sən, b i z ­i m h ə m q ə ­b i l ə m i z, çar­lıq edir­sən, biz o müddət­də ha­ki­miyy­ət­də iş­ti­rak borc­u­muz­dan is­ti­fa­də edi­rik və sə­nin he­sa­bı­na bi­zə da­ha çox hör­mət edi­lir...» (sey­rəlt­mə-fər­q­lən­dir­mə İ.Əliy­e­vin­dir). (8;17) Bu­ra­dan bir da­ha ay­dın olur ki, As­ti­aq da iran­lı de­yil, ma­da­lı­lar da. Mada­lı­lar öz tay­fa­la­rın­dan olan As­ti­a­qa bu qə­dər açıq şə­kil­də mürac­i­ət edir­lər. Bir tay­fa öz həmc­in­si və qo­hu­mu əley­hi­nə bu qə­dər nifrət­lə da­nış­maz. Görünür, hə­lə Har­pağ­ın xəya­nə­tin­dən əv­vəl ma­da­lı­lar fars təhlükə­si­ni duy­ur­mu­ş­lar. Bun­lar mağ­lar­dır. Bu gün olduğu ki­mi, o za­man da əha­li­nin et­nik tər­kib eti­ba­ri­lə yer­ləş­mə­si az fər­q­li ola bi­lər­di - türklər öz əra­zi­lə­rin­də, far­slar öz əra­zi­lə­rin­də və mü­əl­li­fin iddia et­diyi iran­laş­ma­dan, fars ləhc­ə­li ma­da­laş­ma­dan heç bir söh­bət ge­də bil­məz­di. He­ro­do­tun ver­diyi bu qə­dər açıq söh­bə­tə bax­may­a­raq, İ.Əliy­ev yu­xa­rı­da­kı mü­rac­i­ət­dən bir ne­çə sə­tir so­nra ye­nə də ya­zır ki, mağ­lar iran­lı­lar idi­lər, iran­dil­li idi­lər: «Heç bir şübhə yox­dur ki, maq­lar mən­şəcə iran­lı­lar­dan iba­rət idi və əl­bət­tə, İran nit­qi­nin da­şıy­ıc­ı­la­rı idi­lər». (8; 17 -18)

 

***

Ki­ta­bın «Azər­bayc­an əra­zi­sin­də döv­lət qu­rum­la­rı hel­li­nizm dövründə» ad­lı IV böl­mə­si Ma­da-At­ro­pa­te­na döv­lə­ti­nə həsr olun­muş­dur. Bu­ra­da ilk növ­bə­də ka­du­si, al­ban, sa­ka­sen, ka­s­pi, pav­sik, pan­ti­mat, da­reyt, uti, skif, ku­ti, lul­lu­bi, hur­ri, man­na­lı və baş­qa tay­fa və xal­q­la­rın adı çə­ki­lir, At­ro­pa­te­na­nın Ki­çik Ma­daya - in­di­ki Cə­nu­bi Azər­bayc­an əra­zi­si­nə (şi­ma­lın da bir sı­ra tor­paq­la­rı da­xil ol­maq­la) uyğ­un gəl­diyi gö­s­tə­ri­lir, - bu, ta­rix­dir.

Dil və et­nos mə­sə­lə­lə­ri­nə diq­qə­ti cəlb edi­rik: «Cə­nu­bi Azər­bayc­an tay­fa­la­rı­nın və xal­q­la­rı­nın - ku­ti, lul­lu­bi, hur­ri, man­na­lı və baş­qa­la­rı­nın ma­da­lı­lar­la qay­na­yıb-qa­rış­ma­sı nə­tic­ə­sin­də ye­ni bir etnos - Hel­li­nizm dövrün­də ma­da­lı­la­rın üstünlük təş­kil et­diyi at­ro­pa­te­na­lı­lar et­no­su tə­şəkkül tap­dı». (1;259) Man­na­nın ma­da­lı­lar tə­rə­fin­dən işğ­a­lı diy­a­rın et­no-dil ta­ley­in­də həl­le­dici rol oy­na­mış­dır - dey­ən müəl­lif bu mə­qam­da müxtə­lif «əsas­lar» gə­ti­rə­rək Ma­da di­li­nin İran dil­lə­ri­nə aid ol­duğ­u­nu bir da­ha sübut et­məyə ça­lış­mış­dır. Mə­sə­lən, müəl­lif «də­lil» gə­ti­rir ki, Da­ra­nın Bisütun ya­zı­la­rın­da­kı: «Par­sa (Far­si­s­tan), Ma­da, ha­be­lə baş­qa dil­li öl­kə­lər»- fra­za­sın­da Par­sa ilə Ma­da­nın bir yer­də sa­da­lan­ma­sı on­la­rın qo­hum dil­lər ol­duğ­u­nu gö­s­tə­rir. Əs­lin­də isə ta­ri­xi abi­də­nin müəl­li­fi bun­la­rı fər­q­li dil­lər ki­mi qeyd et­mək üçün yaz­mış­dır. Müəl­lif möh­kəm inam­la ya­zır: «...ma­da­lı­la­rın iran­dil­li ol­ma­la­rı müa­sir elm­də şübhə do­ğur­mur». (1,260) «...bu di­li (Ma­da di­li­ni - Q.K .) İran dil­lə­ri ai­lə­si­nin şi­mal-qərb qru­pu­na aid edə bi­lə­rik. Bu dil əla­mət­lə­ri­nin məc­mu­su­na gö­rə qə­dim fars di­lin­dən da­ha çox Ave­s­ta di­li­nə ya­xın­dır». (1;260) Ma­da di­li­nin da­şıy­ıc­ı­la­rı, tə­bii ki, Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də yer­ləş­di­ri­lir və gö­s­tə­ri­lir ki, ha­zır­da Ma­da di­a­lekt­lə­ri­nin yay­ıl­ma mən­zə­rə­si po­zul­muş­dur, çünki «...on­la­rın böyük qi­s­mi fars və türk dil­lə­ri tə­rə­fin­dən sı­xış­dı­rı­lıb çı­xa­rıl­mış­dır». (1;260)

Bu böl­mə­də Cə­nu­bi Azər­bayc­an­da və onun­la həmhüdud əra­zi­lər­də Ma­da di­li (di­a­lekt­lə­ri) ilə ya­na­şı, bir sı­ra baş­qa tay­fa­la­rın və tay­fa dil­lə­ri­nin ol­duğu da qeyd edil­miş­dir. Be­lə tay­f­ala­r­dan bi­ri in­di­ki Muğ­an əra­zi­sin­də ya­şa­mış müklər­dir. Müəl­lif on­la­rı mağ­­lar­la eyni­ləş­dir­məy­in əley­hi­nə­dir və «Muğ­an» sözünün məhz müklər­lə bağ­lı ol­duğ­u­nu iq­rar edir. Bu­ra­da həm­çi­nin müəl­lif in­di­ki udin­lə­rin ba­ba­la­rı say­dığı uti­lər, eləcə də kas­pi­lər, maq­lar, «hur­ri» mən­şə­li say­dığı man­ti­a­na­lı­lar, «iran­dil­li» sa­qar­ta­lı­lar, amard­­lar, sa­ke­sin­lər, ka­du­si­lər, sak­lar və baş­qa­la­rı haq­qın­da da mə­lu­mat ver­miş­dir. Ye­nə müəl­li­fin fi­k­rincə, «...Ma­da et­nik ele­ment­lə­ri­nin ge­niş su­rət­də mə­s­kun­laş­ma­sı say­ə­sin­də bu əra­zi­də tə­d­ric­ən ye­ni et­nik bir­liy­in əsas­la­rı tə­şəkkül tap­mağa ba­ş­la­dı. Bu et­nik bir­liyi Ma­da-At­ro­pa­te­na xal­qı ad­lan­dır­maq olar». (14;98,265) Bir az əv­vəl söy­lə­diyi (və bi­zim qeyd et­diy­i­miz) bir fi­k­ri müəl­lif ol­duğu ki­mi bu­ra­da da tə­k­rar edir: «Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də tə­şəkkül tap­maq­da olan xalq ma­hiyy­ətcə öz dil­lə­ri­ni itir­miş, gəl­mə­lər­lə qay­nay­ıb-qa­rış­mış av­to­xton əha­li qrup­la­rı­nın nə­sil­lə­rin­dən iba­rət idi. Et­no-mə­də­ni sim­bi­oz baş ve­rir­di». (1;265) Ma­da-At­ro­pa­te­na di­li­nin nümu­nə­lə­ri əl­də ol­ma­sa da, müəl­lif mə­sə­lə­ni yad­daş­da möh­kəm­lət­mək üçün bir da­ha ya­zır: «...biz tam əsas­la id­dia edə bi­lə­rik ki, At­ro­pa­te­na­nın or­ta Ma­da di­li, şübhə­siz, ge­niş yay­ıl­mış, zə­ng­in ya­zı ənə­nə­si­nə ma­lik ol­muş İran dil­lə­rin­dən bi­ri idi».(1;265-266) Öz «İran dil­lə­ri» idey­a­sı­nı bir da­ha əsas­lan­dır­maq üçün müəl­lif bir qə­dər də irə­li ge­dir, ərəb ta­rix­çi­lə­rin­dən mi­sal­lar gə­ti­rir: «...ərəb müəl­lif­lə­ri­nin mə­lu­mat­la­rı­na gö­rə, bura­da yay­ıl­mış dil­lər İran dil­lə­ri ol­muş­dur. Ərəb müəl­li­f­lə­ri bu dövr­də Cə­nu­bi Azər­bayc­an­da yay­ıl­mış dil­lə­rin və ləhc­ə­lə­rin sı­ra­sın­da azə­ri (ada­ri), pəh­lə­vi (fah­la­vi<pah­la­vi) və fars (furs) dil­lə­ri­ni xatır­la­dır­lar». (1,266) Bəl­kə də, ilk də­fə ərəb­lər tə­rə­fin­dən həy­at səh­nə­si­nə çı­xa­rı­lan azə­ri, əl-azə­ri söz­lə­ri­ni düzgün ola­raq 'azər­bayc­an­lı­lar' mə­na­sın­da ümu­mi­ləş­miş bir söz ki­mi izah edən müəl­lif Cə­nu­bi Azər­bayc­an əha­li­si­nin ək­sə­riyy­ə­ti­nin iş­lət­diyi bu di­lin də (azə­ri di­li­nin) İran dil­lə­rin­dən ol­duğ­u­nu sübu­ta ça­lış­mış və hə­min sözün üzə­rin­də xüsu­si day­a­na­raq, aşağ­ı­da­kı nə­tic­ə­lə­rə gəl­miş­dir:

«Hə­lə or­ta əsrlər­də Azər­bayc­an­da azə­ri di­lin­də da­nı­şır­dı­lar;

Azə­ri di­li­nin İran dil­lə­rin­dən ol­duğu müba­hi­sə­siz­dir;

Azə­ri di­li fars di­li dey­il­dir. Bu dil Şi­mal-qər­bi İran dil­lə­ri qru­pu­na aid­dir. ...və o, şübhə­siz, hə­lə Ma­da di­li­nə xas ol­muş fo­ne­ti­ka­nın ba­ş­lıca xüsu­siyy­ət­lə­ri­ni özündə sax­la­mış ta­lış di­li­nə ya­xın idi » (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K .).(1;267)

İran alim­lə­ri­nin kö­məyi ilə müəl­lif «müəyy­ən­ləş­di­rə bi­lir» ki, Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də ta­lış di­lin­dən baş­qa, ta­ti, xar­za­ni, take­s­ta­ni, xal­xa­li dil­lə­ri də var və bun­lar da «Ma­da di­li­nin di­a­lekt­lə­ri­dir». Bu so­nra­kı ta­pın­tıya adam lap hey­ran qa­lır: «Ma­raq­lı­dır ki, Cə­nu­bi Azər­bayc­a­nın bə­zi kənd­lə­rin­də hal-ha­zır­da da azə­ri di­lin­də da­nı­şır­lar».(1;267) «Ar­tıq in­di iddia et­mək olar ki, ta­lış di­li pro­ble­mi azə­ri di­li ilə, Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də yay­ıl­mış müa­sir di­a­lekt­lər­lə bi­la­va­si­tə bağ­lı­dır» (1;267) və s. İ.H.Əliy­ev B.V.Mil­le­rin, Azər­­bayc­a­na və Azər­bayc­an türk di­li­nə qar­şı son də­rəcə mürtəce möv­qe tu­tan Sey­id Əh­məd Kə­s­rə­vi Tə­b­ri­zi­nin na­lay­iq fi­kir­lə­ri­nə ürək­dən inan­dığ­ı­nı bil­di­rə­rək ya­zır: «Kə­s­rə­vi azə­ri di­li­nə da­ir ma­te­ri­al­la­rı ilk də­fə aş­ka­ra çı­xar­dı, or­ta əsrlər­də Azər­bayc­an­da yay­ıl­mış bu di­lin İran səc­iyy­ə­li ol­duğ­u­nu sübut et­di. La­kin o, dil­çi ol­ma­dığ­ı­na gö­rə... səhv ola­raq azə­ri di­li­ni fars di­li ki­mi müəyy­ən­ləş­di­rir­di». (1;268) İq­rar Əliy­ev Kə­s­rə­vi­dən çox-çox irə­li ge­də­rək, xa­lis bir dil­çi ki­mi, bu di­lin fars di­li yox, baş­qa bir İran di­li ol­duğ­u­nu «müəyyən­ləş­dir­miş» və mə­sə­lə­ni böyük us­ta­lıq­la «də­qiq­ləş­dir­miş­dir». Müəl­lif qeyd edir ki, ta­lış di­li­nə da­ir fi­k­ri (onun Ma­da di­li­nə ya­xın­lığ­ı­nı) ta­ti di­li haq­qın­da da de­mək la­zım idi, la­kin çox tə­əssüf ki, İran təd­qi­qat­çı­la­rı E.Yar­şa­ter, A.Ka­rə­ng, Y.Zo­ka, M.Nəv­va­bi və baş­qa­la­rı qabağa düşüb dey­ib­lər. Müəl­lif bir cə­hə­ti də qeyd edir ki, Ma­da əra­zi­sin­də­ki bütün bu cür tay­fa­lar «et­nik si­ma­sı­nı itir­miş və as­si­mily­a­siy­aya uğ­ra­mış yer­li əha­li­nin nə­sil­lə­rin­dən iba­rət idi». (1;269)

İn­san et­nik si­ma­sı­nı nə qə­dər dəy­i­şər, iti­rər? Bun­lar hə­lə tə­zə­dən türklə­rin təzy­i­qi ilə öz «et­nik si­ma­la­rı­nı itir­mə­li» olac­aq­lar - am­ma çox gec - bi­zim era­nın ikinci mi­nil­liy­i­nin əv­və­lin­də. Bir mil­lət ki iki də­fə öz et­nik si­ma­sı­nı itir­miş ola, onun yer üzündə ya­şa­mağa haq­qı yox­dur və ya ta­rix­çi mil­lə­ti bu cür lə­kə­ləy­ir­sə, ona bu cür böh­tan­lar dey­ir­sə, onu dünya ic­ti­ma­iyy­ə­ti­nə bu cür təq­dim edir­sə... xalq nə etmə­li ol­duğ­u­nu özü bi­lər.

Nə­hay­ət, müəl­lif ma­da­lı­la­rı Azər­bayc­an əra­zi­si­nə gəl­mə və İran­dil­li he­sab et­dik­dən so­nra gö­s­tə­rir ki, müa­sir Azər­bayc­an türk xal­qı fəxr edə bi­lər ki, on­la­rın əc­dad­la­rı ma­da­lı­lar on­la­rı hin­da­v­ro­pa­lı­lar­la bağ­lay­ır. (1;271) İ.H.Əliy­e­vin ir­qi üstünlüyü nə­zər­də tu­tan bu fi­k­ri Azər­bayc­an xal­qı üçün da­ha ağ­ır təh­qir­dir.

İ.H.Əliy­ev Ave­s­taya müna­si­bət­də də ey­ni yol tut­muş, Aves­ta­nın Azər­bayc­an əra­zi­si ilə bağ­lı ya­ran­dığ­ı­nı, kök­lə­ri­nin, bəl­kə, lap 6 - 7 min il əv­və­lə get­diy­i­ni, la­kin əsa­sən e.ə.1-ci mi­nil­liy­in ba­ş­la­nğ­ıc­ın­da tə­şəkkül tap­dığ­ı­nı gö­s­tər­sə də, İran sə­da­qə­ti­ni unut­ma­mış, bütün var­lığı ilə bu əsə­rin də İran tay­fa­la­rı tə­rəfindən ya­ra­dıl­dığ­ı­nı sübu­ta ça­lış­mış­dır: heç bir də­lil «...Azər­bayc­a­nı zərdüşti Ave­s­ta tə­lim­lə­ri­nin və­tə­ni say­mağa im­kan ver­mir». (1;326)

Pah aton­nan! Bu lap ağa qa­ra de­mək­dir. Şübhə­siz, təd­qi­qat­çı­lar baş­qa cür düşünür, Zərdüştün və zərdüşti tə­li­min, oda si­tay­i­şin Azər­bayc­an­la bağ­lı ol­duğ­u­nu gös­tə­rir­lər. Zərdüşti­liyə oda si­tay­iş so­nra­lar əla­və edil­miş və bu tə­lim müxtə­lif et­nos­lar ara­sın­da ya­yıl­mış­dı. Dediy­i­miz ki­mi, ək­sər təd­qi­qat­çı­lar Ma­da mağ­la­rı­nı İran mən­şə­li he­sab et­mə­mi­ş­lər. Oda, atə­şə si­tay­iş isə da­ha çox Azər­bayc­an­la bağ­lı ya­ran­mış­dır. Bu­na gö­rə də Azər­bayc­a­nı bu tə­li­min, xüsu­sən də onun ya­ra­dıc­ı­sı Zərdüştün və­tə­ni he­sab et­mi­ş­lər.

 

***

Ki­ta­bın XIV, XV, XVI fə­sil­lə­ri era­mı­zın III əs­ri­nin so­nu­na qə­dər­ki Al­ban ta­ri­xi­nə həsr olun­muş­dur.

Al­ba­niy­a­da döv­lə­tin ya­ran­ma­sı haq­qın­da müəl­li­fin fi­kir­lə­ri zid­diyy­ət­li­dir: «...mən­bə­lər­də olan cüzi mə­lu­mat be­lə he­sab et­məyə im­kan ve­rir ki, era­mız­dan əv­vəl I əsrdə Al­ba­niy­a­da döv­lət ar­­tıq mövc­ud idi». (1;387) Am­ma mən­bə­lə­rin mə­lu­ma­tı müəl­li­fi baş­qa fikir söy­lə­məyə də va­dar edir: «...Stra­bo­nun «al­ban­lar­da in­di bütün tay­fa­la­rı bir çar ida­rə edir» söz­lə­ri ən geci era­mız­dan əv­vəl III əs­rə aid edil­mə­li­dir». (1;389) Göründüyü ki­mi, Şi­ma­li Azər­bayc­an əra­zi­sin­də döv­lə­tin ya­ran­ma­sı e.ə. 1-ci əs­rə aid edi­lir, la­kin ta­ri­xi fakt­lar, is­tər-is­tə­məz, əv­və­lə çə­kib apa­rır.

Müəl­lif ki­ta­bın XIV fəs­li­nin lap ilk sə­hi­fə­sin­də Al­ba­niya əra­zi­sin­də dil və et­no­g­e­nez mə­sə­lə­lə­ri ba­rə­də öz qə­ti hökmünü ver­miş­dir: « Al­ban­lar or­ta əsrlər­də on­la­rın tor­paq­la­rı­na gə­ti­ril­miş (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K. ) türk di­li­ni qə­bul et­miş və ye­ni türkdil­li xal­qa çe­v­ril­miş müa­sir azər­bayc­an­lı­la­rın bi­la­va­si­tə əc­dad­la­rın­dan bi­ri­dir». (1;328)

Ye­nə dey­i­rik: or­ta əsrlər tə­q­ri­bən era­mı­zın III əs­rin­dən ba­ş­la­y­ır və ka­pi­ta­liz­mə qə­dər­ki dövrü əha­tə edir. La­kin müəl­lif or­ta əsrlə­rin han­­sı yüzil­lik­lə­ri­ni nə­zər­də tut­duğ­u­nu de­mir. Yə­qin ki, bu dövr XI - XII əsrlər­də səlc­uq oğ­uz­lar gə­lən­dən so­nra olac­aq­dır. Yu­xa­rı­da­kı cüm­lə is­te­dad­la ya­zıl­mış çox­mə­na­lı cümlə­dir və bu cümlə­dən çox mə­­na çı­xar­maq olur: De­mə­li, al­ban­lar türk ol­may­ıb­lar, türklə­şib­lər - 1; Al­ba­niya əra­zi­sin­də or­ta əsrlə­rə qə­dər türk ya­şa­may­ıb - 2; hət­ta ilkin or­ta əsrlər də dey­il­mir və be­lə­lik­lə, ha­di­sə­lər ikinci mi­nil­liy­in əv­və­li­nə uza­nır - 3; de­mə­li, Şi­ma­li Azər­bayc­an əha­li­si baş­qa bir xalq­dan dön­mə­dir - 4; de­mə­li, Şi­ma­li Azər­bayc­an əra­zi­si türklə­rin ta­ri­xi-tə­bii və­tə­ni dey­il - 5; de­mə­li, ol­sa-ol­sa bu əra­zi­də türk di­li­nin mi­nil­lik ta­ri­xi var - 6; de­mə­li, türk di­li yer­li dil dey­il, «gə­ti­ril­mə» dil­dir - 7; de­mə­li, bu xalq əv­vəl­ki mə­də­niyy­ə­tin va­ri­si dey­il - 8 və s.

Müəl­lif bu tor­paq­la­ra «türk di­li gə­ti­ri­lə­nə» qə­dər­ki dövr­də bu əra­zi­nin et­no-dil mə­sə­lə­si­ni «çox asan­lıq­la» həll et­miş­dir. Ba­şa düşmək ol­mur nə de­mək is­təy­ir, am­ma çox ay­dın dey­ir: «...ta­ri­xi ənə­nə (və çox vac­ib­dir ki, er­mə­ni ənə­nə­si­nin özü) ha­zır­da yal­nız Qə­bə­lə (ke­ç­miş Qut­qa­şen) bö­lg­ə­sin­də ya­şay­an, qə­dim za­man­lar­da və or­ta əsrlər­də isə Azər­bayc­an əra­zi­sin­də föv­qəla­də də­rəc­ə­də ge­niş yay­ıl­mış müa­sir udi­lə­ri qə­dim al­ban­lar­la ey­ni­ləş­di­rir» (1;331), bir az ay­dın dey­il­sə, yə­ni qə­dim al­ban­lar udi­lər­dən (udin­lər­dən) iba­rət ol­muş­dur. «Er­mə­ni ənə­nə­si»nin kö­məyi ilə bu «əsa­sı» əl­də et­dik­dən so­nra iş asan­la­şır: «Udi di­li­nin Şi­mal-şərq Qaf­qaz dil­lə­ri ai­lə­si­nə mən­sub ol­ma­sı ha­zır­da heç bir şübhə doğ­ur­mur. Bu be­lə­dir­sə, on­da al­ban di­li (və ya di­a­lekt­lə­rin kon­ti­ni­u­mu) də adı çə­kil­miş dil ai­lə­si­nə aid olun­ma­lı­dır... Be­lə­lik­lə, al­ban di­li Şi­mal-şərq Qaf­qaz dil­lə­ri ai­lə­si­nə aid­dir».(1;331) Müəl­li­fin «çox əsas­lı» də­lil­lə­ri də var: bir vaxt­lar udi­lər Pyo­t­ra yaz­mı­ş­lar ki, «biz ağ­va­nıq». Və Mi­ng­ə­çe­vir ya­zı­la­rı­nın da udi di­li­nə mən­sub­luğ­u­na «inam da­ha çox­dur» və s. Müəl­lif Azər­bayc­an əra­zi­sin­də qə­dim dövr­lər­dən çox ge­niş yay­ıl­mış uti­lə­ri udi­lər­lə (in­di­ki udin­lər­lə) ey­ni­ləş­di­rir və bil­di­rir ki, «Uti vi­lay­ə­ti­nin də da­xil ol­duğu Ar­ra­nın ar­ran di­li­nin udi di­li ol­duğ­u­nu de­mək üçün əsas­lar var­dır».(1;333) Al­ba­niya əra­zi­sin­də sav­dey (so­dey), qard­man, her, kel. leq, di­dur (di­doy), çilb (silv), li­pi (lu­pen) tay­fa­la­rı­nın ro­lu­nu xüsu­si qeyd edə­rək bir da­ha ya­zır: «Qaf­qaz Al­ba­niy­a­sı tay­fa­la­rı­nın dil­lə­ri, yu­xa­rı­da de­diy­i­miz ki­mi, Şi­mal-şərq Qaf­qaz dil­lə­ri ailə­si­nə aid­dir». (1;334) Al­ba­niya əra­zi­sin­də qə­bir mə­də­niyy­ə­ti udilər­lə ya­na­şı, baş­qa tay­fa­la­rın da ya­şa­mış ol­duğ­u­nu gö­s­tə­rir və müəl­li­fin fi­k­rincə, be­lə­lə­ri ski­f­lər, sak­lar, sa­ke­sin­lər, sar­mat­lar, mas­sa­g­et­lər və s-dən iba­rət­dir ki, «Müxtə­lif za­man­lar­da Al­ba­niy­aya daxil ol­muş bu dəfn adət­lə­ri­nin da­şı­yı­cı­la­rı əsa­sən iran­dil­li tay­fa­lar idi­lər». (1;336) Be­lə­lik­lə, nə­ticə ay­dın­dır: Al­ba­niy­a­nın əsas əha­li­si qaf­qaz­dil­li­lər­dən iba­rət ol­muş, so­nra­lar bir ne­çə iran­dil­li tay­fa­lar da gəl­miş­dir. Da­ha baş­qa söh­bə­tə yer yox­dur.

Er­kən fe­o­da­lizm dövrünə qə­dər­ki uzun mər­hə­lə­ni əha­tə edən bu əsər­də er­mə­ni­lə­rə xey­li yer ve­ril­miş­dir. Uzun-uza­dı Şi­ma­li Azər­bayc­a­nın qərb­dən şər­qə - Xə­zə­rə qə­dər böyük bir əra­zi­si­nin er­mə­ni tor­pağı ol­ma­dığ­ı­nın sübu­tu­na cəhd edil­miş­dir. E.ə.II - I əsrlər­də Azər­bayc­a­nın bir his­sə­si er­mə­ni işğ­a­lı al­tın­da olub deyə, bu­nun ermə­ni tor­pağı ol­ma­dığ­ı­nın sübu­tu­na ça­lış­maq özü ar­tıq­dır. Ona qalsa, Ma­da və Sə­fə­vi­lər dövründə Azər­bayc­a­nın bir­ləş­dir­diyi tor­paq­lar ne­çə öl­kə­ni Azər­bayc­a­na qat­ma­lı idi. Bun­lar boş söh­bət­lər­dir. Mən baş­qa şey de­mək is­təy­i­rəm. Yə­ni de­mək is­təyi­rəm ki, er­mə­ni­lər ki­mi müzürr, ta­rix boyu xəy­a­nət­kar­lıq­da da­m­ğa­lan­mış et­no­s­dan könül açıq­lığı ilə da­nı­şı­lan 476 sə­hi­fə­lik bu ki­tab­da cə­mi bir yer­də türk sözü iş­lə­nib, bir də cə­mi bu cümlə: «III-IV əsrlər­də er­kən türkdil­li tay­fa­lar Al­ba­ni­yaya da­xil ol­mağa ba­ş­la­dı­lar. So­nra­lar bu tay­fa­lar baş­qa türkdil­li tay­fa­lar­la bir­lik­də öl­kə sa­kin­lə­ri­nin dil gör­kə­mi­nin dəy­i­şil­mə­sin­də həl­le­dici rol oy­na­dı­lar». (1;337) Bir də yu­xa­rı­da ver­diy­i­miz ey­ni ruh­lu cümlə. Vəs­sə­lam. İran ol­sun, Qaf­qaz ol­sun, hur­ri ol­sun, elam ol­sun... - kim olur-ol­sun, yal­nız türk ol­ma­sın! - müəl­­li­fin əsas ide­ya­sı be­lə­dir. Yu­xa­rı­da­kı cümlə­nin özü də mə­na­lı­dır: köklü və qə­dim türk tay­fa­la­rı yox, er­kən - tə­zə ya­ran­mış türk tay­fa­la­rı; hət­ta III-IV əsrlər­də də yox, so­nra­lar yer­li əha­li­nin dil gör­kə­mi­ni dəy­iş­di­lər; həm də baş­qa türkdil­li tay­fa­lar­la bir­lik­də dəyiş­di­lər (bu «baş­qa tay­fa­lar», yə­qin ki, Azər­bayc­an əra­zi­sin­də ola bil­məz­di, so­nra­lar - XI əsr­də gə­lə bi­lər­di); öl­kə əha­li­si­nin dil gör­kə­mi­ni dəy­iş­di­lər, yə­ni yer­li əha­li­ni as­si­mily­a­siy­aya uğ­rat­dı­lar və s.

Al­ba­niya haq­qın­da ilk də­fə Stra­bon, Ar­ri­an və baş­qa­la­rı mə­lu­mat ver­mi­ş­lər. İs­kən­də­rin fəth et­diyi öl­kə­lər sı­ra­sın­da Al­ba­niy­a­nın da adı çə­kil­miş­dir. «İs­kən­də­rin və­fa­tın­dan so­nra (e.ə.322) onun va­ris­lə­ri ara­sın­da ha­ki­miyy­ət uğ­run­da müba­ri­zə ge­dən za­man Al­ba­niy­a­da müstə­qil döv­lət fə­a­liyy­ət gö­s­tə­rir­di. Yə­qin ki, Al­ba­niy­a­da xır­da vi­lay­ət hökmdar­la­rı­nın va­hid mər­kəz­də bir­ləş­di­ril­mə­si­nin ge­di­şi ar­tıq Əhə­mə­ni­lə­rin ha­ki­miyy­ə­ti dövründə baş­la­mış və İs­kən­də­rin im­pe­riy­a­sı dağ­ı­lan za­man ba­şa çat­mış­dı». (2; 151-152) Bu­ra­da heç bir tə­rəddüdə yol ver­mə­dən mövc­ud və­ziyy­ət və ta­ri­xi sə­nəd­lə­rin ver­diyi mə­lu­mat nə­zə­rə alın­maq­la e.ə.IV əsrdən va­hid Al­ba­niya döv­lə­ti­nin mövc­ud ol­duğu dər­slik müəl­li­fi tə­rə­fin­dən qeyd edil­miş­dir - I yox, IV əsrdə.

Al­ban et­nos­la­rı qə­dim Azər­bayc­a­nın yer­li et­nos­la­rı ol­mu­ş­lar. Daim zikr olu­nan əsas mə­sə­lə bun­dan iba­rət­dir ki, Stra­bon al­ban­la­rın 26 müxtə­lif dil­də da­nış­dıq­la­rı­nı qeyd et­miş­dir. Bu fi­k­rə əsa­sən Al­ba­niy­a­nın əha­li­si yekc­ins dey­il­di. Al­ba­niy­a­da ya­şay­an tay­fa­la­rın ad­la­rı da mə­lum­dur: sa­ka­sen, mük, uti, qar­qar, udin, ud, sov­de, ka­s­pi, qel, leq, lu­pe­ni, si­la və s. An­tik müəl­li­f­lər «al­ban» an­la­yı­şı­nı ölkə­nin bütün əha­li­si­nə şa­mil edir­di­lər. Əsas nöq­san on­dan irə­li gəl­miş­dir ki, tay­fa­la­rın Al­ba­niya əra­zi­sin­də yer­ləş­mə­si, yay­ıl­ma­sı məsə­lə­si düzgün izah edil­mə­miş­dir. Y.Yu­si­fov bu cə­hə­ti diq­qət­lə araş­dı­ra­raq ya­zır: «... «26 dil» an­lay­ı­şı­nı Al­ba­niy­a­nın aran və onu bürüyən dağ və dağ­ə­təyi his­sə­lə­ri­nə şa­mil et­mək mümkün dey­il­dir. Ya Stra­bo­nun is­ti­fa­də et­diyi mən­bə­də mə­lu­mat düz­gün qey­də alın­ma­mış, ya da «26 dil» an­lay­ı­şı Al­ba­niy­a­nın şi­ma­lın­da (Cə­nu­bi Dağıs­tan­da) ya­şay­an əha­li­nin dil şə­ra­i­ti­ni nə­zər­də tut­muş­du... Al­ba­niy­a­nın mər­kəz his­sə­sin­də, Kür çay­ı­nın sağ və sol sa­hi­li əra­zi­lə­rin­də yaşay­an əha­li ara­sın­da bu cür dil müxtə­li­f­liyi nə­zə­rə çarp­mır­dı». (2;146)

 

Al­ba­niya əra­zi­si­nin əsas əha­li­si türklər­dən iba­rət idi. Bu­nu yer­li to­po­nim­lər ay­dın gö­s­tə­rir. Təd­qi­qat­çı­lar çox­dan müəyy­ən­ləş­dir­mi­ş­lər ki, «al­ban» sözünün özü türk mən­şə­li­dir və bu­nun qo­hum türk dil­lə­rin­də iz­lə­ri zən­gin­dir: türkmən­lər­də «al­pan», qa­zax­lar­da «alban» ad­lı türk tay­fa­la­rı in­di də mövc­ud­dur - bu­nu Y.Yu­si­fov da, Q.Qey­bul­la­yev də qeyd et­miş­dir; alp, alb - türkcə 'cə­sur, ig­id' mə­na­sın­da­dır, - an isə cəm şə­kil­çi­si­dir. «Al­ba­niy­a­nın mər­kəz və aran rayon­la­rı­nın əha­li­si əsa­sən türk et­nos­la­rı­nın, Da­ğıs­ta­na ya­xın əra­zi­si isə həm də Qaf­qaz-iber­dil­li et­nos­la­rın ya­şa­dığı bö­l­gə­­lər ol­muş­dur... Alba­niy­a­da əsa­sən üstün gə­lən türk di­li ləhc­ə­lə­ri (kan­qar, bul­qar, pe­çe­neq, hep­tal/əb­dəl və s.) qə­dim yer­li türk di­li ilə bir müddət yana­şı öz var­lığ­ı­nı sax­lay­ır­dı, tə­d­ric­ən al­ban (ar­ran) türk di­li­nin yaran­ma­sı­na gə­ti­rib çı­xa­rır­dı. Tə­sadüfi dey­il ki, er­kən or­ta əsr qay­naq­la­rın­da, to­po­ni­miya və an­t­ro­po­ni­miy­a­sın­da türk söz­lə­ri əks olun­muş­dur». (2;150)

Y.Yu­si­fov uti və in­di­ki udin söz­lə­ri ara­sın­da və ey­ni za­man­da, türk mən­şə­li uti­lər­lə Qaf­qaz mən­şə­li udin­lər ara­sın­da heç bir əla­qə­nin ol­ma­dığ­ı­nı gö­s­tə­rir. Uti­lər türk tay­fa­sı ol­muş və Azər­bay­can­da qərb­dən şər­qə böyük bir əra­zi­də yay­ıl­mı­ş­lar: «...türk et­no­su olan uti­lər qə­dim və er­kən or­ta əsrlər­də ge­niş bir əra­zi­də - Şi­ma­li İki­çay­ara­sın­dan və Azər­bayc­an­dan tut­muş ta Şi­ma­li Qaf­qa­za ki­mi ge­niş bir əra­zi­də ya­şa­mış və hə­min əra­zi­də baş ver­miş siy­a­si ha­di­sə­lər­də iş­ti­rak et­mi­ş­lər». (2;149)

Uti­lər və on­la­rın bir his­sə­si olan uti­qur­lar hun-türk tay­fa it­ti­fa­qı­na da­xil idi­lər. Azər­bayc­an türk et­nos­la­rı­na or­ta əsrlər­də udu­lu tay­fa­sı da da­xil idi.

Y.Yu­si­fov bir sı­ra di­g­ər tay­fa­la­rın, o cümlə­dən Azə­r­bayc­an­da ge­niş əra­zi­lər­də mə­s­kən sal­mış ka­s­pi­lə­rin də türk tay­fa­la­rın­dan olduğ­u­nu ay­dın fakt­lar­la izah et­miş­dir. Et­no­ni­min kökü kas sö­zündən iba­rət­dir: «Kas adı­nı Za­qroş dağ­la­rı­nın qə­dim (e.ə. II-I minil­lik­lər) sa­kin­lə­ri kaş­şu-kis­si et­no­su­nun adı ilə ey­ni­ləş­di­rir­di­lər. Çox gü­man ki, kas-kaş et­no­ni­mi Al­ba­niy­a­da (elə­cə də bütün Azə­r­bayc­an­da və cə­nub is­ti­qa­mə­tin­də) ya­şay­an türk et­nos­la­rı­nın di­g­ər adı ol­muş­dur. Son araş­dır­ma­la­ra gö­rə, kas et­no­ni­mi­ni bir sı­ra Or­ta Asiya və Al­tay türk tay­fa­la­rı da­şıy­ır­dı. Qər­bi Si­bir­də­ki Ka­ra-kas («Qa­ra kas­lar») adı­nı da­şıy­an türk et­no­su­nun tər­ki­bi­nə Sa­rıq kaş («Sa­rı­kaş») və kaş et­nik qrup­la­rı da­xil idi. ...qə­dim za­man­lar türkmən­şə­li kas­lar Azər­bayc­an­da və da­ha ge­niş əra­zi­də təm­sil olun­muş­du­lar».(2;150) Y.Yu­si­fov fi­kir­lə­ri­ni ümu­mi­ləş­di­rə­rək yaz­­mış­dır: «Qə­dim Azər­bay­c­an döv­lət­lə­ri (is­tər Al­ba­niya, is­tər Adər­bay­qan) sər­həd­lə­ri müəy­yən et­nik və dil çər­çi­və­sin­də for­ma­laş­mış­dı. Bu döv­lət çər­çi­və­sin­də azsay­lı qey­ri-türk et­nik bir­ləş­mə­lə­ri də təm­sil olun­muş­du. Ey­ni zaman­da, türk et­nos­la­rı qon­şu əra­zi­lər­də (şi­mal­da Dər­bən­də ki­mi, şər­qi Gürcüstan­da, Göy­çə ma­ha­lı və Ağ­rı­dağ va­di­si) mə­s­kun­laş­mış­dı­lar». (2;152)

Yu­xa­rı­da gördük ki, İ.Əliy­e­vin əsas qə­na­ə­ti bun­dan iba­­rət­dir ki, Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də (At­ro­pa­te­na­da) müxtə­lif et­nos­lar bir­lə­şə­rək Ma­da-At­ro­pa­te­na xal­qı­nın tə­şəkkülünə sə­bəb ol­muş­dur və bu xal­qın di­li Şi­mal-qər­bi İran dil­lə­rin­dən bi­ri olub, ta­lış və Ave­s­ta dil­lə­ri­nə ya­xın imiş. Bu­ra­da da­nıl­maz cə­hət tə­s­vir edi­lən dövr­də At­ro­pa­te­na əra­zi­sin­də xal­qın və ümum­xalq di­li­nin tə­şəkkül tap­maq­da ol­ma­sı­dır və baş­qa ta­rix­çi­lə­ri­mi­zin də tə­s­diq et­diyi ki­mi, bu dövr­də Azər­bayc­an (At­ro­pa­te­na-Adər­bay­qan) xal­qı və onun va­hid di­li təşəkkül tap­maq­da idi. La­kin tə­şəkkül pro­­se­si­nin ba­ş­lan­ma­sı baş­­qa şey­dir, tə­şəkkül baş­qa. Ümum­xalq Azər­bayc­an di­li­nin tə­şəkkülü il­kin fe­o­da­lizm dövründə - era­mı­zın III-V əsrlə­rin­də ba­şa çat­mış­dır. La­kin bu pro­se­s­də İ.H.Əli­ye­vin qeyd et­diyi «yer­li et­nos­la­rın öz mil­li si­ma­la­rı­nı itir­mə­si və iran­laş­ma­sı» pro­se­si heç bir el­mi-ta­ri­xi əsa­sı ol­may­an söh­bət­dir. Uzaq ke­ç­miş­dən abo­ri­g­en əha­li ki­mi ya­şa­maq­da da­vam edən türk et­nos­la­rı­nın heç bi­rin­də iran­laş­ma baş ver­mə­miş, ək­si­nə, isg­it, sak, mas­sa­g­et, kim­mer-türk tay­fa­la­rı­nın gə­li­şi ilə türklər Azər­bayc­an əra­zi­lə­rin­də da­im üstünlük qa­zan­mı­ş­lar. Y.Yu­si­fov At­ro­pa­te­na əra­zi­sin­də qeyd edi­lən tay­fa­la­rın türk və ya İran mən­şə­li ol­ma­sı ba­rə­də fi­kir­lə­ri və hə­min dil­lə­rə məx­sus iz­lə­ri nə­zər­dən ke­çi­rə­rək yaz­mış­dır: «...Azər­bay­can­da türk et­nos­la­rı­nın iran­laş­ma­sı baş ver­mə­miş, bir sı­ra hal­lar­da ünsiyy­ət nə­tic­ə­sin­də qar­şı­lıq­lı lek­sik mə­nim­sə­mə­lər şə­ra­i­tin­də türk et­nos­la­rı öz di­li­ni sax­la­mış və Azər­bayc­an türk di­li­nin yet­kin­ləş­mə­si pro­se­si baş ver­miş­dir». (2;133) Aka­de­mik ta­ri­xin müəl­li­fi ona gö­rə yer­li et­nos­la­rı iran­lı­laş­dı­rır ki, «iran­lı­laş­mış» əha­li­ni era­mı­zın bi­rinci mi­nil­liy­i­nin so­nun­­da gə­lən səlc­uq-oğ­uz­la­rın tə­si­ri ilə bir­dən-bi­rə ye­ni­dən türkləş­di­rə bil­sin. Lakin ta­rix gö­s­­­tə­rir ki, heç bir iran­lı­laş­ma baş ver­mə­miş, türklə­rin qə­dim et­nos­la­rı güclü ol­muş və ye­ni gə­lən­lər on­la­rı da­im güc­lən­dir­miş­dir (Qə­dim­dən - Şu­mer­lə­rin İki­çay­a­ra­sın­da mə­s­kun­laş­ma­sın­dan əv­vəl Azər­bayc­an əra­zi­sin­də mə­s­kun­laş­mış abo­ri­g­en türklər­dən baş­qa, ta­rix­çi­lər türk tay­fa­la­rı­nın Azər­bayc­an əra­zi­si­nə mi­q­ra­siy­a­sı­nın üç mühüm dövrünü gö­s­tə­rir­lər: e.ə.VIII-VII əsrlər­də kim­mer, skit və sak­la­rın gə­li­şi; era­mı­zın I-V əsrlə­rin­də (və so­nra­kı dövr­lər­də də) hun tay­fa­la­rı­nın axı­nı; XI-XII əsrlər­də səlc­uq oğ­uz­la­rın gə­li­şi). Səlc­uq oğ­uz­la­rı gə­lə­nə qə­dər ar­tıq ümum­xalq Azər­bayc­an türk di­li (III-V əsrlər) və bu əsa­s­da şi­fa­hi ədə­bi dil (VI-VIII əsrlər) tə­şəkkül tap­mış­dı, xalq min il­lik in­ki­şaf yo­lun­da idi, ya­zı­lı ədə­bi di­lin tə­şəkkülü pro­se­si­ni ke­çi­rir­di.

Ümum­xalq Azər­bayc­an türk di­li­nin er­kən fe­o­da­lizm dövründə for­ma­laş­ma­sı At­ro­pa­te­na di­li an­lay­ı­şı və bu an­lay­ı­şın bir­ləş­di­rici ro­lu ilə bağ­lı­dır. At­ro­pa­te­na sözünün Azər­bayc­an şək­li­nə düşmə­si ilə azə­ri sözü də tə­şəkkül tap­mış və ilk də­fə bu sözü ərəb mən­bə­lə­ri qey­də al­mış­dır. Kə­s­rə­vi­dən be­lə bir çox­la­rı ba­şa düşmür ki, azə­ri di­li bir tay­fa di­li­nin adı yox, in­di­ki Cə­nu­bi Azər­bayc­an­da ya­şay­an xal­qın ümu­mi­ləş­miş di­li­nin adı ol­muş­dur və bu söz tay­fa adı əsa­sın­da dey­il, qeyd et­diy­i­miz ki­mi, At­ro­pa­te­na sözünün Azər­bay­­c­an şək­li al­ma­sı və Azər­bayc­an sözünün azə­ri şək­lin­də ix­ti­sa­rı yo­lu ilə ya­ran­mış­dır. An­tik və il­kin fe­o­da­lizm dövrünə aid bə­zi mən­bə­lər­də (Stra­bon) öl­kə əha­li­si­nin bütövlükdə at­ro­pa­ten­lər, bə­zi­lə­rin­də (Ta­sit) mi­diy­a­lı­lar ad­lan­dı­rıl­ma­sı tə­sadüfi dey­il­dir. Öl­kə əha­li­si­nin bütövlükdə bu cür ad­lan­dı­rıl­ma­sı xal­qın tə­şəkkül tap­dığ­ı­nı sübut edir. Xal­qın tə­şəkkülü isə ümum­xalq di­li­nin tə­şəkkülü de­mək­dir. Ərəb­lər tə­rə­fin­dən qey­də alın­sa da, azə­ri sözü çox uğ­ur­la ta­pıl­mış bir sözdür.

Ərəb­lər Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də far­sla­rın dey­il, türklə­rin ya­şa­ma­sı, bu öl­kə­nin qə­dim­dən türk öl­kə­si ol­ma­sı ba­rə­də fi­kir­lər söy­lə­mi­ş­lər. İ.Əliy­e­vin ək­si­nə ola­raq, bi­zim üçün məhz bu cür fi­kir­lər ma­raq­lı­dır. Əbu­mə­həm­məd Əbdülmə­lik ibn Hi­şa­mın «Himy­ər hökmdar­la­rı ba­rə­də tac­lar ki­ta­bı»nda xə­li­fə I Müa­viyə (661-680) ilə müşa­vi­ri Übeyd ibn Şə­riyyə əl-Cürhu­mi­nin məş­hur söh­bə­ti ta­rix­çi­lə­rə da­ha yax­şı mə­lum­dur. Söh­bət­də dey­i­lir: «Yə­mən pad­şa­hı Ra­iş za­ma­nın­da onun sər­kər­də­lə­rin­dən bi­ri Şimr ibn əl-Qət­taf ibn əl-Müntab... yüz min nə­fər­lik or­du ilə türklər­lə döyü­şə-döyü­şə Azər­bayc­a­na da­xil ol­du. Döyüş nə­tic­ə­sin­də türklər məğ­lub ol­du­lar. Şimr ibn əl-Qət­taf hə­min döyüşün və keç­diyi yol­la­rın key­fiyy­ə­ti­ni iki daş üzə­rin­də yaz­dır­dı. Əl-Cürhu­mi qeyd edir ki, on­la­rın hər iki­si bu gün Azər­bayc­an di­var­la­rın­da sax­la­nıl­maq­da­dır.

Müa­viy­ə­nin Übeyd ibn Şə­riyyə ilə söh­bət­lə­ri bu­raya çat­dıq­da Müa­viyə Übey­də mürac­i­ət edə­rək, Azər­bayc­an haq­qın­da onun fik­ri­ni öy­rən­mək is­təy­ə­rək de­miş­dir:

«Sən al­lah, Azər­bayc­an (haq­qın­da) əla­qə­niz, tə­la­şı­nız və xa­ti­rə­niz nə­dir?»

Übeyd ibn Şə­riyyə be­lə ca­vab ve­rir: « Ora türk tor­pa­ğı­dır. On­lar oraya cəm­lə­şə­rək bir-bi­ri ilə qa­rış­mış və tək­mil­ləş­mi­ş­lər (fərq­lən­dir­mə­lər ərəb di­lin­dən tərc­ümə­çi­nin­dir - Q.K .)». (9; 56-57)

Bu ha­di­sə­ni baş­qa qay­naq­lar da tə­s­diq edir. Tə­bə­ri də ər-Rə­iş ad­lı hökmda­rın Şimr ibn əl-Ət­taf ad­lı qo­şun baş­çı­sı­nın VII yüzil­liyin bi­rinci ya­rı­sın­da Azər­bay­can­da türklər ilə sa­va­şı­nı, türklə­rin ba­sıl­dığ­ı­nı və bu­nun «Azər­bayc­an öl­kə­sin­də bəl­li olan» iki daş üzə­rin­də ya­zıl­ma­sı­nı qeyd et­miş­dir.

Ta­rix­çi və dil­çi­lə­ri­miz bir cə­hə­ti düşünmə­li­dir ki, bu qə­dər türk xal­qı var, nə üçün on­la­rın ha­mı­sı­nın di­li­nin adı var (qa­zax di­li, qı­rğız di­li, qa­qa­uz di­li və s.), am­ma bir Azər­bayc­an əha­li­si­nə türk dey­i­lib, Azər­bayc­an di­li min il­lər boyu türk di­li ad­la­nıb. Şübhə­siz, bu da­ha çox onun­la əla­qə­li ol­ma­lı­dır ki, Azər­bayc­an çox qə­dim­lər­dən türk öl­kə­si­dir, Azər­bayc­an türkün be­şiy­i­dir.

Ar­xe­o­lo­ji ma­te­ri­al­lar sübut edir ki, in­sa­nın mən­şəyi Ön Asiya hüdud­la­rı ilə bağ­lı­dır. Ar­xan­t­rop­lar­dan (ho­mo ha­bi­lis - bac­a­rıq­lı adam) so­nra (təx­mi­nən 100 - 80 min il bun­dan əv­vəl) ba­ş­la­mış mustye dövründə pa­le­an­t­rop­lar ya­şa­mı­ş­lar. Bun­la­rın da­ha çox öy­rə­nil­miş növü ne­an­der­tal in­san­dır. Ho­mo sa­pi­ens (ağ­ıl­lı adam) ad­la­nan ne­an­der­tal in­san müa­sir in­san­la­rın sə­lə­fi say­ı­lır. Bun­lar Yer üzə­rin­də ar­xan­t­rop­lar­dan da­ha ge­niş yay­ıl­mı­ş­lar. La­kin ar­xe­o­lo­ji təd­qi­qat­lar əsa­sın­da alim­lər bu qə­na­ə­tə gəl­mi­ş­lər ki, «...müxtə­lif ir­q­li müa­sir in­san­lar bir və ya bir-bi­ri­nə çox ya­xın olan bir qrup ne­an­der­tal­lar­dan tə­d­ric­ən in­ki­şaf edə­rək dəy­iş­mə­lə­rin nə­tic­ə­sin­də for­ma­laş­mış­dır. Ne­an­der­tal­la­ra məx­sus qey­də alın­mış di­g­ər qa­lıq­lar isə sa­dəcə ola­raq öz so­nra­kı in­ki­şa­fı­nı day­an­dır­mış və tə­d­ric­ən məhv ol­muş nö­və aid­dir... Son vaxt­lar əl­də edil­miş an­t­ro­po­lo­ji və ar­xe­o­lo­ji ma­te­ri­al­lar eh­ti­mal et­məyə im­kan ve­rir ki, bu pro­ses əsa­sən Cə­nub-şər­qi Av­ro­pa­da, Şi­ma­li Af­ri­ka­da və Qər­bi Asiy­a­da (fər­q­lən­dir­mə mə­nim­dir - Q.K. ) baş ver­miş­dir. Bu­ra­dan müa­sir in­ki­şaf et­miş in­san­lar dünya­nın di­g­ər yer­lə­ri­nə yay­ıl­mış­dır.» (11;31 - 32) Və bun­dan so­nra əha­li Yer üzünə yay­ıl­maq­la Av­ro­pa­da av­ro­po­id, Af­ri­ka­da ne­qro­id, Asiy­a­da mon­qo­lo­id­lər ya­ran­mış­dır.

Bu­ra­da bi­zim üçün ən ma­raq­lı mə­sə­lə bu­dur ki, pa­le­an­t­rop­lar Yer üzə­rin­də ge­niş yay­ıl­sa da, on­la­rın müa­sir in­san ti­pi­nə çe­v­ril­mə­si bütün əra­zi­lərdə baş ver­mə­miş, in­san son mə­qam­da «bir və ya bir-bi­ri­nə çox ya­xın bir qrup ne­an­der­tal­lar­dan» for­ma­laş­mış, qa­lan ərazi­lər­də ya­şa­yan­lar məhv ol­muş­dur ki, bu da pro­se­si məh­dud bir əra­zi ilə bağ­lay­ır. Hə­min əra­zi Cə­nu­bi Av­ro­pa, Şi­ma­li Af­ri­ka, Cə­nub-qər­bi Asiya əra­zi­lə­ri he­sab olu­nur. Cə­nubi Av­ro­pa, Şi­ma­li Af­ri­ka, Cə­nub-qər­bi Asiya əra­zi­lə­ri isə Ön Asiy­a­nı or­ta­lığa alır. Bu­ra­lar (Ön Asiya əra­zi­lə­ri) ən münbit və əl­ve­ri­ş­li əra­zi­lər­dir - kör­pə­ni qo­ruy­an be­şik ki­mi­dir. Ən qə­dim və ən yüksək si­vi­li­za­siya da bu­ra­da mey­da­na çıx­mış­dır. Şu­mer­lər də in­sa­nın mən­şəy­i­ni bu yer­lər­lə əla­qə­lən­dir­mi­ş­lər. İlk in­san qeyd edi­lən da­i­rə­də ya­ran­mış və Yer üzə­rin­də ilk ulu dil də onun­la bir­lik­də tə­şəkkül tap­mış­dır. Ya­ran­mış ilk ulu di­lin müx­tə­lif dil ai­lə­lə­ri­nin pro­to­dil­lə­ri­nə par­ça­lan­ma­sı da me­zo­lit­dən əv­vəl (e.ə. XII mi­nil­liy­ə­dək) bu əra­zi­də ba­şa çat­mış­dır - hin­da­v­ro­pa­lı­lar, türklər, se­mi­tlər, qaf­qaz­dil­li­lər və baş­qa­la­rı bu əra­zi­də bir-bi­rin­dən təc­rid olun­muş və müxtə­lif əra­zi­lə­rə sə­pə­lən­mi­ş­lər. Bun­lar bir da­ha gös­­tə­rir ki, bütün et­nos­lar, bütün dil­lər və ey­ni za­man­da, bütün din­lər bir kök­dən­dir. Ona gö­rə də ki­çik və böyüklüyündən ası­lı ol­may­a­raq, hər bir xal­qın, hər bir tay­fa­nın, hər bir ba­laca qə­bi­lə­nin Yer üzə­rin­də - min il­lər­lə ya­şa­dığı əra­zi­də ya­şa­mağa haq­qı var­dır və ki­çik­liy­in­dən, böyüklüyündən ası­lı ol­may­a­raq, heç bir et­nos öz ta­ri­xi­ni öy­rən­mək­də heç bir ma­neə gör­mə­mə­li­dir. Baş­qa­sı­nın ta­ri­xi­ni tə­h­ri­fə yol ve­ril­mə­mə­li­dir. Azər­bayc­a­nın türk əha­­li­si da­im öz öl­kə­sin­də İran və qaf­qaz­dil­li xal­q­lar­la ya­na­şı ya­şay­ıb, me­h­ri­ban ya­şay­ıb. La­kin in­san 6 mily­on il yol gəl­sə də, ağıl­­lan­mır ki, ağ­ıl­lan­mır. Yer kürə­si bütün in­san­la­rı ye­dirt­məyə, ge­yin­­dir­məyə im­kan ver­sə də, in­san­lar ara­sın­da azğ­ın­lıq Yer kürə­si­ni iq­ti­dar­dan sa­lır, sərvət hə­ris­liyi, əra­zi id­di­a­la­rı, di­g­ər mil­lət­lə­rə yu­xa­rı­dan bax­maq ki­mi ya­ra­maz meyil­lər in­sa­nın hə­lə də ca­hil­lik­dən xi­las ol­ma­dığ­ı­nı gö­s­tə­rir...

Azər­bayc­an Ön Asiya ilə sıx bağ­lı ol­duğ­un­dan Yer üzə­rin­də in­san­dan türk qo­lu ay­rı­lar­kən on­dan Azər­bayc­a­nın da pay­ı­na düşüb. Mi­q­ra­siya ba­ş­la­dıq­da türklər da­im ek­va­tor boy­unca irə­li­lə­miş, Şər­qə get­miş, Mər­kə­zi Asiya tay­fa­la­rı­nın ya­ran­ma­sı­na sə­bəb ol­muş­dur; qər­bə hə­rə­kət et­mək­lə qə­dim et­rusk mə­də­niyy­ə­ti­ni ya­rat­mı­ş­lar. On­la­rın so­nra­kı mi­q­ra­siy­a­la­rı müxtə­lif is­ti­qa­mət­lər­də ol­muş­dur. La­kin ilk ay­rıl­ma dövründə və­tən­lə­ri­ni - Ön Asiya­nı tam tərk et­mə­miş, bir qi­s­mi bu əra­zi­də da­i­mi mə­s­kən sal­mış­dır. Azər­bayc­an əra­zi­lə­ri həmin dövr in­san­la­rı­nın ya­şay­ı­şı üçün ən əl­ve­ri­ş­li zo­na­lar­dan idi. İki­çay­ara­sı­na şu­mer­lə­rin bu­ra­dan - Cə­nu­bi Azər­bayc­an­dan, Zaq­ros zo­na­sın­dan en­diyi də mə­lum­dur. Bu­nu baş­qa xal­q­la­rın ta­rix­çi­lə­ri eti­raf edir­lər: «Ye­ni tor­paq və ot­laq­lar ax­ta­rı­şı ilə Za­qros dağ­la­rı­nın əkin­çi-mal­dar tay­fa­la­rı qər­bə hə­rə­kət edib, bütün Yu­xa­rı Me­so­po­ta­miy­aya yay­ıl­dı­lar». (12; 115) Bun­lar şu­mer­lər­dir. Za­qros (bu söz gah Za­qros , gah Za­qroş şək­lin­də ya­zı­lır - Su­mer - Şu­mer söz­lə­ri ki­mi; mi­xi ya­zı­lar­da «s» ilə «ş» hər­f­lə­ri­ni fər­q­lən­dir­mək çə­tin­dir) dağ­la­rın­dan düzən­liyə - İki­çay­a­ra­sı­na enən şu­mer­lər e.ə.IV mi­nil­liy­in orta­la­rın­dan yüksə­li­şə baş­lay­a­raq hey­rə­ta­miz mə­də­niyy­ət ya­rat­mı­ş­lar. E.ə.XXIII əsr­də Me­so­po­ta­miy­a­nın qər­bin­dən gə­lən ak­kad­la­rın İki­çay­a­ra­sın­da ha­ki­miyy­ə­ti ba­ş­lay­ır - sa­mi mən­şə­li. E.ə. XXII əsrdə İki­çay­a­ra­sı­nın şi­ma­lın­da yır­tıcı As­sur döv­lə­ti mey­da­na gə­lir - sa­mi mən­şə­li. E.ə.XIX əs­rin əv­və­lin­dən Ba­bi­li­s­tan Amo­ri süla­lə­si­nin ha­ki­miy­­­y­ə­ti ba­ş­lay­ır - sa­mi mən­şə­li. O dövr­də ol­duğu ki­mi, ye­nə də (3 - 4 min il əv­vəl­də­ki ki­mi) İki­çay­a­ra­sı­nın qər­bin­də əsas xal­q­lar ha­mi-sa­mi mən­şə­li xal­q­lar­dır. İki­çay­a­ra­sı­nın şər­qin­də isə türk mən­şə­li Azər­bayc­an xal­qı ya­şay­ır və şu­mer­lər­lə ya­şıd­dır. Şu­mer­lər on­lar­dan qo­pub Za­qroş dağ­la­rın­dan düzən­liyə enib­lər. Ulu dil qeyd et­diy­i­miz əra­zi­lər­də müxtə­lif dil­lə­rə təc­rid olu­nub. Şu­mer-Ak­kad təd­qi­qat­çı­la­rı ey­ni kök­dən olan ak­kad, ba­bil, as­sur dil­lə­ri­ni sa­mi mən­şə­li müxtə­lif dil­lər ki­mi qeyd et­mək­lə ya­na­şı, hət­ta on­la­rı bə­zən dövr­ləş­di­rir­lər də: qə­dim ak­kad di­li, ye­ni ak­kad di­li, qə­dim ba­bil di­li, ye­ni ba­bil di­li və s. Bəs nə cür olur ki, o dövr­də sa­mi di­li­nin bu qə­dər tö­rə­mə­lə­ri mey­da­na çı­xır və bu dil­lə­rin va­ris­lə­ri küll ha­lın­da qa­lır, am­ma bu ya­zıq şu­mer­lə­rin va­ri­si yox­dur? Nə üçün İki­çay­a­ra­sı­nın qər­bin­dən gə­lən­lə­rin va­ri­si var, şər­qin­dən gə­lən­lə­rin va­ri­si yox­dur və İq­rar Əliy­ev də bu in­ka­rın tə­s­di­qi­nə ça­lı­şır? Gündoğ­an­dan günba­ta­na qə­dər böyük əra­zi­lər­də yay­ıl­mış türklər bir günün içə­ri­sin­də doğ­ub-tö­rə­di və era­mı­zın əv­vəl­lə­rin­də hun şək­lin­də zühur et­di? Yə­ni bu­nu düşün­məyə nə var ki, mə­sə­lən, Hind-Av­ro­pa dil­lə­rin­dən bu qə­dər köklü şə­kil­də fər­q­lə­nən, ey­ni za­man­da, bu qə­dər ge­niş əra­zi­lər­də yay­ıl­mış türklər ən azı 10-12 min il əv­vəl təc­rid olu­nub, şərq və qərb qol­la­rı­na ay­rı­lıb? İq­rar Əli­yev İran dil­lə­ri­ni əsas­lan­dır­maq üçün «İran eti­mo­lo­g­iy­a­sı­na ma­lik olan on­larca söz» gö­s­tər­məy­in müm­kün ol­duğ­u­nu söy­ləy­ir. Bəs nə üçün açıq şə­kil­də öz türk mən­şəyi ilə bağı­ran yüzlərcə sözün sə­si­ni eşit­mək is­tə­mir?

Şu­mer di­li­nin türk di­li ol­duğ­u­nu çox gör­kəm­li alim­lər qeyd et­miş­lər (ing­i­lis alim­lə­ri S.Lloyd, Q.Çayld, al­man alim­lə­ri F.Ho­mel, Q.Vin­k­ler, Fran­sa ali­mi E.Reklü, rus ali­mi D.Re­der və b.- bax: 13;57 - 78). Heç bir qıs­qanc­lığa yol ver­mə­dən bu mə­sə­lə da­ha əsas­­lı şə­kil­də öy­rə­nil­mə­li­dir. Bu­nun üçün yal­nız lek­sik dey­il, həm də ət­ra­f­lı fo­ne­tik, mor­fo­lo­ji və sin­tak­tik araş­dır­ma­lar apa­rıl­ma­lı­dır. Mən bircə fakt söy­lə­mək is­tər­dim. Şu­mer di­lin­də gi, gim, gi­mi söz­lə­ri ( ki­mi qoş­ma­sı) son də­rəcə iş­lək bir qoş­ma­dır və mən hec cür ina­na bil­mə­rəm ki, oğ­uz qru­pu türk dil­lə­rin­də fə­al şə­kil­də iş­lə­nən bu qoş­ma ya şu­mer­də, ya da oğ­uz dil­lə­rin­də alın­ma­dır. İ.M. Dya­ko­nov şu­mer di­li­ni və­rə­sə­siz et­mək üçün şu­mer fel­lə­rin­dən əv­vəl 6 cə­rgə pre­fiks iş­lən­diy­i­ni gös­tər­miş­dir (pre­fiks türk dil­lə­ri­nə yad­dır), on­la­rın bi­ri də pre­fiks dey­il. Göy­də türk ta­n­rı­sı şu­mer­lə­rin ta­pın­dığı di­ng­ir, yer­də şu­mer­lə­rin qoy­ub get­diyi he­sab­sız mi­xi ya­zı­lar...

Cə­nub­da man­na di­li, ma­da di­li və nə­hay­ət, at­ro­pa­te­na di­li , şi­mal­da al­ban (və ya ar­ran ) di­li ifa­də­lə­ri iş­lə­nib. De­dik ki, At­ro­pa­te­na sözünün «Azər­bayc­an» şək­li al­ma­sı ilə azə­ri di­li ifa­də­si for­ma­la­şıb. Azər­bayc­an da­im im­pe­riya­lar tər­ki­bin­də olub: Ma­da im­pe­riy­a­sı, so­nra Əhə­mə­ni­lər, so­nra Bi­zans im­pe­riy­a­sı, son­ra Par­fiya, so­nra Sa­sa­ni­lər və nə­hay­ət, Xi­la­fə­tin ya­rat­dığı im­pe­riya. Bu im­pe­riya­la­rın ək­sə­riyy­ə­tin­də şi­mal və cə­nub bir­lik­də olub. Xüsu­si­lə Par­fiya və Sasa­ni­lər dövründə şi­mal ilə cə­nub bir ca­ni­şin­lik­də bir­ləş­di­ri­lib. Ərəb­lər bu struk­tu­ru poz­may­ıb. Bütün bun­lar­da (xa­rici im­pe­riy­a­lar­da) is­ti­la­çı­­lıq ol­sa da, bun­lar Yu­xa­rı Azər­bay­can­la Aşağı Azər­bay­ca­nın bir xalq ki­mi for­ma­laş­ma­sı­na, di­li­nin ümu­mi­ləş­mə­si­nə sə­bəb olub, xal­qın, xalq di­li­nin tə­şəkkülündə mü­hüm rol oy­nay­ıb. Ona görə də ək­sər ta­rix­çi­lər il­kin feo­da­lizm dövründə ar­tıq Azər­bayc­an xal­qı­nın, Azər­bayc­an ümum­xalq türk di­li­nin tə­şəkkül tap­mış ol­duğu­nu gö­s­tə­rir­lər.

 

Səlc­uq oğ­uz­la­rın XI əsrdə gə­li­şi dövründən min il əv­vəl Azər­bayc­an xal­qı, türk mən­şə­li ümum­xalq Azər­bayc­an di­li var­dı, 500 il əv­vəl Azər­bayc­an şi­fa­hi ədə­bi di­li ar­tıq tə­şəkkül tap­mış­dı (VII əsrdə bir­dən-bi­rə «Də­də Qor­qud» mey­da­na çı­xa bil­məz­di), Azər­bayc­an ya­zı­lı ədə­bi di­li isə 2-ci mi­nil­liy­in ilk əsrlə­rin­də nor­ma­laş­ma pro­se­si­ni ba­şa çat­dır­maq­da idi. Mən de­səm, tə­rə­fg­ir­lik ki­mi ba­şa düşülər, türkün ta­ri­xi­nin təd­qi­qi yo­lun­da hər bir türk­dən da­ha çox iş görmüş Q.Qey­bul­lay­e­vin söz­lə­ri­ni dey­i­rəm: «Oğ­uz­la­rın mən­bə­lər­də qeyd edil­miş 24 tay­fa­sın­dan bə­zi­lə­ri­nin (Əf­şar, Bay­an­dur, Qayı, Bay­at, Ey­mur, Çə­pni, Xə­ləc və b.) ad­la­rı­nı əks et­di­rən to­po­nim­lər Azər­bayc­a­nın hər iki his­sə­sin­də var­dır. La­kin on­lar gəl­dik­də Azər­bay­can xal­qı və onun türk di­li var­dı. Səlc­uq oğ­uz­la­rı Azər­bay­can xal­qı­nın et­no­g­e­ne­zin­də həl­le­dici rol oy­na­ma­mı­ş­lar. Bu rol on­lar­dan qa­baq­kı yer­li türk et­nos­la­rı­na məx­su­s­dur».(4;205) Tə­bii ki, bu­ra­da səlc­uq-oğ­uz­la­rın ro­lu in­kar olun­mur, söh­bət həl­le­dici amil­dən ge­dir.

Min il əv­vəl tə­şəkkül tap­mış bu dil era­mı­zın ilk illərində cə­nub­da At­ro­pa­te­na di­li , şi­mal­da Ar­ran di­li ad­lan­sa da, ərəb­lər şi­ma­­lı da Azər­bayc­an ki­mi qey­də al­mış və yer­li əha­li­ni azə­ri­lər ki­mi ta­nı­mış­lar (Yu­xa­rı Azər­bayc­an, Aşağı Azər­bayc­an ifa­də­lə­ri də bu dövr­də ya­ra­nıb). Qə­dim türk öl­kə­si ol­duğu üçün xal­qın di­li­nə ümu­mi­ləş­miş şə­kil­də türk di­li də dey­i­li­b; uzun müddət azə­ri di­li, türk di­li ifa­də­ləri pa­ra­lel, bə­zən də azə­ri türk­lə­ri­nin di­li şək­lin­də bir­lik­də iş­lə­nib. Sə­fə­vi­lər dövründə Şah İs­may­ıl türk di­li ifa­də­si­nə üs­tün­lük ve­rib. Kə­s­rə­vi­nin dil­çi­lik görü­şlə­ri­nin zə­i­f­liyi bir ya­na, adi bir şeyi də fərqlən­di­rə bil­məy­ib ki, di­lin adı baş­qa şey­dir, ma­hiyy­ə­ti baş­qa, buna gö­rə də id­dia edib ki, guya Şah İs­mayıl zor­la fars azə­ri di­li­ni türk di­li­nə çe­vir­miş­dir. Şah İs­may­ıl heç bir dil dəy­i­şik­liy­i­nə sə­bəb ol­ma­mış­dır və ola da bil­məz­di. Söh­bət di­lin adın­dan ge­dir. Azə­ri di­li ifa­də­si bir qə­dər məh­dud­laş­dı­rıl­sa da, son­ra­kı dövr­də - XVIII, XIX əsrlər­də də iş­lən­miş­dir. XX əs­rin əv­və­lin­də da­ha çox iş­lən­miş­dir. XX əs­rin 60-cı il­lə­rin­də alim­lə­ri­mi­zin «azə­ri di­li» ifa­də­si ilə say­sız ya­zı­la­rı çap olun­muş­dur. La­kin kon­sti­tu­siya qə­bu­lu gün­lə­rin­də (70-ci il­lər­də) hə­min bu ta­rix­çi­lə­ri­miz Kəs­rə­vi sti­lin­də yan­lış mə­lu­mat ve­rə­rək, azə­ri sözünün fars­dil­li bir tay­fa­nın adı ol­duğ­u­nu id­dia et­mək­lə bu sözün sa­bit­ləş­mə­si­nə im­kan ver­mə­di­lər. Yox­sa heç 90-cı il­lər­də türk di­li və ya Azər­bayc­an di­li müba­hi­sə­lə­ri­nə yer qalmaz­dı.

 

Yed­di cild­liy­in bi­rinci cil­din­də əsas fi­kir ay­dın­dır. Ona gö­rə də so­nra­kı cild­lə­ri və­rəq­lə­məyə, döv­lət, et­no­ge­nez və dil mə­sə­lə­lə­ri­nin necə həll olun­duğ­u­nu şərh elə­mək üçün vax­tı itir­məyə eh­tiy­ac yoxdur. Oxucu bu­nu da bil­mə­li­dir ki, hə­min mə­sə­lə­lər ba­rə­də 1-ci cild­də heç bir baş­qa müəl­li­fin bir kəl­mə sözü yox­dur. Bütün fə­sil­lər­də döv­lət, et­no­g­e­nez və dil mə­sə­lə­lə­ri İq­rar Əliy­e­vin şəx­si mo­no­po­liy­a­sın­da­dır. Bö­lgü za­ma­nı nə­zər­də tu­tu­lub ki, əha­li­nin tər­ki­bi­nə heç kim qa­rı­şa bil­məz və qa­rı­şa bil­məy­ib də. Baş­qa­la­rı ar­xe­o­lo­ji ma­te­ri­al­la­rı, mal­dar­lıq, əkin­çi­lik, sə­nət­kar­lıq, ti­kin­ti mə­sə­lə­lə­ri­ni təd­qiq edə bi­lər­di və anc­aq bu is­ti­qa­mət­də iş apa­rıb­lar. Ad­la­rı da in­si­al­la yazı­lıb: Ə.Q.Cə­fə­rov, C.N.Rüstə­mov, İ.H.Nə­ri­ma­nov, S.M.Qaş­qay, K.H.Əliy­ev, İ.Ə.Ba­bay­ev, F.L.Os­ma­nov, R.S.Mə­li­kov. Yal­nız bir ad bütöv və açıq ya­zı­lıb: İq­rar Əliy­ev! Yə­ni bu mə­nəm! Mən be­lə is­təy­i­rəm və xal­qın mən­şəyi­ni bu cür həll edi­rəm: Bu xalq ən azı iki də­fə öz et­nik si­ma­sı­nı itir­miş xalq­dır.

Am­ma bu cür is­tə­mək­lə dey­il. Xalq öz ta­ri­xi­ni ya­zac­aq­dır. Bu cür ki­tab­lar isə xal­qın ta­ri­xi­nə if­ti­ra­dır.

İn­di mən müəl­li­fə üz tut­maq is­tər­dim.

El­mi işin qa­nun­la­rı var. Bir möv­zu­da ya­zar­kən o vax­ta qə­dər ya­zıl­mı­ş­lar mütləq nə­zə­rə alın­ma­lı, saf-çürük edil­mə­li­dir. Tu­taq ki, Şume­rə doğ­ru ilk böyük ad­dım­la­rı atan Ol­jas Süley­me­nov da, Ay­dın Məm­mə­dov da, To­fiq Ha­cı­yev də, Azər­bayc­an və Ya­xın Şərq ta­ri­xi­nə da­ir böyük təd­qi­qat­la­rın müəl­li­fi Yu­sif Yu­si­fov da, Azər­bayc­an et­no­g­e­ne­zi­nə da­ir san­bal­lı ki­tab­la­rın müəl­li­fi, qə­dim to­po­nim, et­no­nim və an­t­ro­po­nim­lə­rin ki­tab-ki­tab türk eti­mo­lo­g­i­ya­­sı­nı ver­miş Qiya­səd­din Qey­bul­lay­ev də, dər­slik və mo­no­qra­fi­ya­­la­rın­da Azər­bayc­a­nı türklə­rin çox qə­dim və­tə­ni say­an Mah­mud İs­may­ı­lov da, çox qə­dim dövr­lər­dən bu gü­nə qə­dər­ki türk sər­kər­də və döv­lət baş­çı­la­rı­na, qə­dim türklə­rin dünya­g­örüşünə mo­no­qra­fi­ya­lar həsr et­miş Və­li Hə­bi­boğ­lu da, şu­mer­dən bu tə­rə­fə türk fol­k­lo­ru, ədə­biyy­a­tı və di­li­nin təd­qi­qat­çı­la­rı El­məd­din Əli­bəy­za­də də, Əj­dər Fər­zə­li də, Azər­bayc­a­nın, xüsu­si­lə Ab­şe­ro­nun, Qo­bu­s­ta­nın hə­lə 10-14 min il əv­vəl­dən türk və­tə­ni ol­duğ­u­nu duy­ub-düşünən Əh­məd Fər­had­oğ­lu da, nor­veç­li­lə­rin Qaf­qaz­dan gəl­diy­i­ni, Nor­veç əf­sa­nə­sin­də­ki Aser adı­nın bi­zim Azə­ri ilə bağ­lı ol­du­ğu­nu gö­s­tə­rən Nor­veç ali­mi Tur Hey­er­dal da, Ame­ri­ka hin­du­la­rı­nın türk ol­duğ­u­nu sübut et­miş Əh­məd Əli Ar­slan da, hə­lə XX əs­rin 20-ci il­lə­rin­də şu­mer ulu­su­nun türk ol­duğ­u­nu söy­ləy­ən Be­sim Ata­lay da, türk ta­rix­çi­si Ca­mal Anadol da, «Et­ru­s­k­lar türk idi­lər» ki­ta­bı­nın müəl­li­fi Adi­le Ay­da da, «Şu­mer­lər - ən ulu türklər­dir» əsə­­ri­nin müəl­li­fi Əli­sa Nic­at da, troya­lı­la­rın yu­nan dey­il, türk ol­du­ğ­u­nu gö­s­tə­rən Bey­tul­la Şah­soy­lu da, hə­lə ilk dövr­də yüz yet­miş­dən ar­tıq şu­mer sözünün türk lek­si­ka­sı ilə or­taq old­uğ­u­nu üzə çı­xa­ran Os­man Nə­dim Tu­na da (in­di bu cür söz­lə­rin sayı 400-dən ar­­­tıq­dır), bu cür qar­şı­laş­dır­ma­lar apar­mış A.S.Amon­jo­lov da, İ.M.Mi­ziy­ev də, türk əha­li­si­nin ne­çə min il­lik ta­ri­xin­dən bəhs edən baş­qa müəl­li­f­lər də səhv edir­lər, yaz­dıq­la­rı heç bir ta­ri­xi sə­nə­də əsas­lan­mır, dil fakt­la­rı­nın iza­hı si­zi qa­ne et­mir. Bəs nə üçün müna­si­bət bil­dir­mir­si­niz? Nə üçün tək­zi­bə ça­lış­mır­sı­nız? Əg­ər si­zin yaz­dıq­la­rı­nız so­si­al-ic­ti­mai əhə­miyy­ə­ti ol­may­an bir mövzuya da­ir bir mo­no­qra­fiy­a­dan iba­rət ol­sa idi, bəl­kə də, ke­ç­mək olar­dı. Am­ma bu, xal­qın ta­ri­xi­dir. Necə ola bi­lər ki, bir onil­lik­də bir xal­qın ta­ri­xi­nə da­ir iki ki­tab çap olu­na (bi­ri EA-nın av­to­ri­tet Ta­rix İns­ti­tu­tu­nun adı ilə, di­g­ə­ri Təh­sil Na­zir­liy­i­nin qri­fi ilə dər­slik ki­mi) və hə­min ki­tab­lar döv­lə­tin əmə­lə gəl­mə­si ta­ri­xi, et­nik tər­kib və di­lin mən­şəyi mə­sə­lə­lə­ri üzrə da­ban-da­ba­na zidd ola? Hə­lə Q.Qey­bul­lay­e­vin bir in­sti­tut həc­min­də araş­dır­ma­la­rı­nı de­mi­rəm. Siz bir kon­sep­siy­a­nı hə­qi­qə­tə uyğ­un bi­lir­si­niz­sə, di­g­ə­ri­ni əsas­lı də­lil­lər­lə, heç bir vul­qar­lığa yol ver­mə­dən tək­zib et­mə­li­si­niz. Si­zin us­ta­dı­nız İ.M. Dya­ko­nov, in­saf na­mi­nə, bir müla­hi­zə­dən xo­şu gəl­mə­dik­də, us­ta­lıq­la tək­zi­bə ça­lı­şıb. Si­zin ki­tab 98-ci il­də çap olu­nub. Yu­sif Yu­si­fov «Qə­dim Şərq ta­ri­xi»ni 93-cü il­də, «Azər­bayc­an ta­ri­xi»ni 94-cü il­də nəşr et­di­rib. Q.Qey­bul­lay­e­vin ki­tab­la­rı da («Azər­bayc­an türklə­ri­nin tə­şək­külü ta­ri­xin­dən» və «Azər­bayc­an­lı­la­rın et­nik ta­ri­xi­nə da­ir») ey­ni il­də (1994) çap olu­nub. 4-5 ilin müddə­tin­də ki­ta­bı «öz dövrünün siy­a­si kon­yunk­tu­ra­sın­dan» tə­miz­ləy­ər­kən bu ki­tab­lar­da prob­le­min qoy­u­lu­şu­na müna­si­bət bil­dir­mə­li idi­niz. Heç bu ki­tab­lar ol­ma­sa idi də, 70-ci il­lər­dən so­nra dil və et­no­ge­nez mə­sə­lə­lə­ri­nə da­ir ye­ni ruh­lu baş­qa ki­tab­lar və say­sız mə­qa­lə­lər çap olu­nub. Yə­ni dey­ir­si­niz, bun­la­rın içə­ri­sin­də hə­qi­qə­tə uyğ­un heç bir şey yox­dur?

Siz 60-cı il­lər­də nə yaz­mı­sı­nız­sa, on­la­rı da çap et­dir­mi­si­niz. Sonra­kı işi­niz türkün Azər­bayc­an əra­zi­sin­də çox qə­dim ta­ri­xi­nə da­ir bütün cücər­ti-təd­qiq­lə­ri ad çək­mə­dən bu­da­maq­dan və im­kan ol­duq­da kökündən bal­ta­la­maq­dan iba­rət olub. 40 sə­hi­fə­lik gi­riş­də Azər­bayc­an ta­ri­xi­nə da­ir ya­rım sə­hi­fə­lik ya­zı­sı olan xa­rici alim­lə­ri də xatır­la­mı­sı­nız, am­ma tunc dövrünün abi­də­lə­ri­ni öy­rə­nə-öy­rə­nə, tunc­dan zi­reh gey­ib bütün müqa­vi­mət­lə­rə qar­şı tunc hey­kəl ki­mi day­a­nan Yu­sif Yu­si­fo­vun adı ki­ta­bı­nız­da yox­dur, məq­bul bil­mə­mi­si­niz. «Ön Asiy­a­nın müx­tə­lif qə­dim öl­kə­lə­rin­də qul­dar­lıq qu­ru­lu­şu­nun mühüm ro­lu­nu so­vet ta­rix­çi­lə­ri İ.M.Dya­ko­nov, V.A.Bely­av­ski, Y.B. Yu­si­fov və baş­qa­la­rı öz əsər­lə­rin­də təd­qiq et­mi­ş­lər» - bu sözlər Mosk­va­nın bu­rax­dığı «İs­to­riə drev­ne­qo mi­ra» (12;105) ki­ta­bın­dan götürülmüşdür və Ön Asiy­a­nın qul­dar döv­lət­lə­ri­nin öy­rə­nil­mə­sin­də SSRİ-də xid­mə­ti olan üç böyük alim­dən bi­ri Yu­sif Yu­si­fov he­sab olun­muş­dur. Özü də İ.M.Dya­ko­nov­la bir­lik­də.

Sözümün so­nun­da de­mək is­təy­i­rəm ki, Siz so­vet mək­tə­bi keç­mi­si­niz (Bu mək­təb böyük mək­təb­dir!). Zəh­mət­keş adam­sı­nız. Al­dığ­ı­nız aka­de­mik adı­na tam lay­iq­si­niz (Si­zi təb­rik edi­rəm). Am­ma zəhmə­ti­ni­zi, bütün yu­xa­rı­da­kı qeyd­lər gö­s­tə­rir ki, düzgün is­ti­qa­mət­lən­dir­mə­mi­si­niz. Bu­na gö­rə də tə­əssüf his­si ilə dey­i­rəm ki, hə­qi­qi «Azər­bayc­an ta­ri­xi»nin ye­ni nə­ş­ri­ni bir da­ha 50 il ge­ri at­dı­nız...

P.S. Stra­bo­nun mə­lu­ma­tı­na gö­rə, Şər­qi Ana­do­lu­da - Van gölü ət­ra­fın­da, Ər­mə­niyə vi­lay­ə­tin­də friq­lə­rin bir qo­lu olan bir tay­fa ya­şay­ır­dı və əra­zi­nin adı ilə qon­şu­lar tə­rə­fin­dən 'ər­mə­ni' ad­lan­dı­rı­lır­dı. Baş­qa tay­fa­la­rın təzy­i­qi ilə era­dan əv­vəl son yüzil­lik­lər­də on­lar Araz çay­ın­dan şi­mal­da yer­lə­şən əra­zi­də - Al­ba­niya ilə qon­şu­luq­da görünməyə ba­ş­lay­ır­lar. Er­mə­ni­lər, tə­bii ki, al­ban­lar­la müqay­i­sə­də az­lıq təş­kil edir­di­lər (in­di­ki ki­mi). Al­ba­niya əra­zi­sin­də xri­s­ti­an­lığı İsa­nın öz hə­va­ri­lə­rin­dən Fad­dey, Ye­li­sey və Var­fo­lo­mey yay­mış­dır - 1-ci əs­rin 50-ci il­lə­rin­də (54-cü il­də). Er­mə­ni­lər xri­s­ti­an­lığı bun­dan 273 il so­nra (327-ci il­də) qə­bul et­mi­ş­lər (Z.Bünya­dov). Hə­va­ri­lər yay­dığı üçün Al­ban kil­sə­si bi­rin­ci hə­va­ri (apo­s­tol) kil­sə­si ol­muş­dur. Bütün bun­la­ra bax­may­a­raq, ərəb­lər Cə­nu­bi Qaf­qa­za gə­lən ki­mi, er­mə­ni­lər ərəb­lə­rin qı­lığ­ı­na gi­rə­rək, Al­ban kil­sə ka­ta­li­ko­su Ba­ku­run (686 - 704) Bi­zan­sla giz­li əla­qə­də ol­duğ­u­nu uy­dur­muş, ka­ta­li­ko­su 704-cü il­də edam et­dir­miş, Al­ban kil­sə­si­ni er­mə­ni kil­sə­si­nə ta­be et­dir­miş, al­ban di­lin­də er­mə­ni­lə­rin mə­na­fey­i­nə uyğ­un ki­tab­la­rı tə­h­rif şə­kil­də - öz mə­na­fe­lə­ri­nə da­ha da uyğ­un­laş­dı­ra­raq er­mə­ni di­li­nə tər­cümə edib sax­la­mış, Al­ban kil­sə­sin­də­ki al­ban mə­də­niyy­ət inc­i­lə­ri­nin ha­mı­sı­nı ərəb­lər­lə bir­lik­də məhv et­miş - yan­dır­mış və ya ye­şik­lə­rə dol­du­rub Tər­tər çay­ı­na bu­rax­mı­ş­lar; ona gö­rə də bi­rinci mi­nil­liy­in or­ta­la­rı­na aid er­mə­ni di­lin­də ne­çə ki­tab var - deyə bil­mi­rəm, am­ma al­ban di­lin­də bir cümlə ta­pa bil­mi­rik ki, tu­tiya ki­mi gözü­müzə sürtək...

O dövr­dən 1500 ilə ya­xın vaxt öt­sə də, bu xalq hə­lə ay­ıl­mayıb: Azər­bayc­an ta­ri­xin­də böyük rol oy­na­mış Si­sa­kan (Zə­ng­ə­zur) ma­ha­lın­dan Ara­rat va­di­si­nə qə­dər böyük bir əra­zi­ni er­mə­ni­lə­rə ba­ğış­layıb, sər­vət və və­zi­fə hə­ris­li­yi, xəy­a­nət və sat­qın­lıq­la Qa­ra­bağı və onun ət­raf ray­on­la­rı­nı er­mə­ni tap­dağ­ı­na çe­vi­rib da­xil­də rüşvət­xor­luq­la, bir-bi­ri­ni di­dib-par­ça­la­maq­la mə­şğ­ul­dur.

Mən ya­zı­nın da­xi­lin­də gə­ləc­ək Azər­bayc­an haq­qın­da işıq­lı söz­lər de­miş­dim. Am­ma bun­la­rı küll ha­lın­da dü­şündükdə Azər­bayc­a­nın gə­ləc­əyi mə­nə du­man­lı və qa­ran­lıq görünür...

Tə­bi­ət da­ha bəd­tə­rin­dən sax­la­sın!..

30 iyun 2001

 

 

ƏDƏBİYYAT

 

1. Azərbaycan tarixi (İ.Əliyevin redaktəsi ilə). I cild, Bakı, «Elm», 1998.

2. Azərbaycan tarixi (Z.M.Bünyadov və Y.B.Yusifovun re­dak­təsi ilə), Ali məktəblər üçün dərslik, Bakı, Azər­bay­can Dövlət Nəşriyyatı, 1994.

3.A.Leo Oppenxeym. Drevnəə Mesopotamiə. Moskva, «Nau­ka», 1980.

4. Q.A.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixin­dən. Bakı, Azər­baycan Dövlət Nəşriyyatı, 1994.

5. V.Həbiboğlu. Qədim türklərin dünyagörüşü. Bakı, 1996.

6. Adile Ayda. Etrüskler (Tursakalar) türk idiler. An­ka­ra, 1992.

7. Xrestomatiə po istorii Drevneqo Vostoka. Moskva, 1963.

8. İ.Aliev. Oçerk istorii Atropatenı. Baku, 1989.

9. Azərbaycan tarixi üzrə qaynaqlar. Azərbaycan Univer­si­teti Nəşriyyatı, Bakı,1989.

10. S.S.Aliərov. Ob gtnoqeneze azerbaydjanskoqo naro­da. V sb.: «K prob­leme gtnoqeneze azerbaydjanskoqo naroda», Baku, 1984.

11. Z.B.Göyüşov, A.İ.Martınov. SSRİ arxeologiyası. Ba­kı, 1990.

12. D.Q.Reder, E.A.Çerkasova. İstoriə drevneqo mira. Çastğ I, izd. tre­tğe, Mo­s­­kva, «Prosvhenie», 1985.

13. E.Əlibəyzadə. Azərbaycan xalqının mənəvi mədəniy­yət tarixi. Ba­kı, «Gənclik», 1998.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az