BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

MÜA­SİR AXISQA DİLİNİN TƏD­Qİ­Qİ

 

Ta­ri­xin də­rin­lik­lə­rin­dən zə­ma­nə­mi­zə qə­dər yol gə­lən, et­no­linq­vi­s­tik xüsu­siyy­ət­lə­ri ilə baş­qa türk xal­q­la­rın­dan se­çi­lən, ha­zır­kı Gürcüstan əra­zi­sin­də nə qə­dər ömür sür­düyü bi­lin­məy­ən, in­di o yer­lə­rə əli­u­za­lı qa­lan bir türk xal­qı var - AXIS­QA TÜRKLƏRİ. Qaf­qaz ən qə­dim dövr­lər­dən in­san mə­s­kə­ni ol­duğu ki­mi, həm də ən qə­dim dövr­lər­dən türklə­rin mə­s­kə­ni­dir. İn­san­dan türk qo­lu ay­rıl­ma­ğa ba­şla­dığı gündən türklər Qaf­qa­zın da pay­ı­na düş­müşdür. Axıs­qa­lı­lar tür­kün güclü tay­fa­la­rın­dan ol­muş, ne­çə min il­lik yol gə­lə­rək, ta­ri­xin aman­sız və dəh­şət­li bu­ru­lğ­an­la­rın­dan çı­xa bil­miş­lər. Da­i­mi mə­s­kən­lə­ri cə­nub-qər­bi Gürcüstan əra­zi­si - Me­s­xe­tiya və ya Axıs­qa ad­la­nan bö­lgə ol­muş­dur. «Me­s­xet» də, «Axıs­qa» da to­po­ni­mik ad­lar­dır. Lakin Axıs­qa to­po­ni­mi bu xal­qın ru­hu­na da­ha ya­xın­dır. Bəl­kə, bu ad on­la­rın ay­rıl­dığı tay­fa­nın adı­nı ya­şa­dır özündə? Doğ­ma ol­ma­sa, ruh­la­rın­da, qan­la­rın­da, gen­lə­rin­də ya­şa­ma­sa, bu ad­dan ha­vayı qürur duy­maz­lar.

Axıs­qa­lı­lar son də­rəcə qə­dim ta­ri­xə ma­lik olub azə­ri türklə­ri ilə ya­şıd­dır­lar. Şər­qin­də­ki və qər­bin­də­ki türk xal­q­la­rı­na qa­rış­ma­sa­lar da, da­im hər iki xalq ilə mə­nə­vi əla­qə­də ol­muş, iy­nə­nin gözündən ke­çə­rək öz müstə­qil­lik­lə­ri­ni müha­fi­zə et­mi­ş­lər. Da­ha çox XIX əsr­dən ba­ş­lay­an ta­ri­xi təd­qi­qat ək­sə­riyy­ət eti­ba­ri­lə hind-av­ro­pa­lı­la­rın əlin­də ol­muş, türk xal­q­la­rı­nın ta­ri­xi­nə qıs­qanc­lıq­la ya­naş­mı­ş­lar. Ek­va­tor boyu Yer kürə­si­ni əha­tə edən türk xal­q­la­rı­nın ta­ri­xi ək­sə­rən sax­ta­laş­dı­rıl­mış, on­la­rın əbə­di və da­i­mi mə­s­kən­lə­ri bi­rinci mi­nil­liyin son­la­rın­da­kı is­ti­la­lar­la əla­qə­lən­di­ril­miş­dir. Mir­zə Fə­tə­li demiş­kən, bun­­lar puç və əf­sa­nə söh­bət­lər­dir. Bütün mad­di-mə­də­niyy­ət abi­də­lə­ri, ta­ri­xin beş min il əv­vəl­ki qa­ran­lıq sə­hi­fə­lə­rin­dən xə­bər ve­rən mən­bə­lər, bu mən­bə­lər­də xə­sis­lik­lə qey­də alın­mış to­po­nim, et­no­nim və an­t­ro­po­nim­lər Qaf­qa­zın, Ya­xın və Or­ta Şər­qin çox qədim dövr­lər­dən türklə­rin mə­s­kə­ni ol­duğ­u­nu sübut edir. Ta­ri­xin hə­min qa­ran­lıq sə­hi­fə­lə­rin­dən zə­if bir şüa ki­mi süzülüb gə­lən axıs­qa­lı­lar və on­la­rın ta­ri­xi, bu ta­ri­xin han­sı də­rin­lik­lər­dən keç­di­yi, tayfa-şüa­nın ne­çə də­fə və han­sı ma­ne­ə­lər­lə üzləş­diyi, əy­il­diyi, la­kin qı­rıl­ma­dığı hə­lə də öy­rə­nil­mə­miş­dir. İlk də­fə ola­raq, fi­lo­lo­g­iya elm­lə­ri na­mi­zə­di, Nə­si­mi adı­na Dil­çi­lik İn­sti­tu­tu­nun baş el­mi iş­çi­si İsmay­ıl Ba­baş oğ­lı Ka­zı­mov be­lə bir xey­ir­xah işə qə­dəm qoy­muş, Axıs­qa türklə­ri­nin di­li­ni, bu di­lin fo­ne­tik, lek­sik, mor­fo­lo­ji və sin­tak­tik xüsu­siyy­ət­lə­ri­ni top­lu hal­da öy­rən­məyi qar­şı­sı­na məq­səd qoymuş­dur. Onun be­lə bir möv­zu­nu se­ç­mə­si fi­lo­lo­ji ax­ta­rı­ş­lar və xey­ir­xah­lıq ba­xı­mın­dan fay­da­lı ol­maq­la, böyük əra­zi­lər­də yay­ıl­mış türk xal­q­la­rı­nın di­li­nin, qə­dim abi­də­lə­ri­nin, ta­rix və mə­də­niyy­ə­ti­nin ke­çən əs­rin 90-cı il­lə­rin­də və əs­ri­mi­zin əv­vəl­lə­rin­də öy­rə­nil­mə­si ilə mə­şğ­ul olan rus mi­si­o­ner­lə­ri­nin işi­ni xa­tır­la­dır.

İ.Ka­zı­mov da, ilk növ­bə­də, ta­ri­xin məc­hul və du­man­lı sə­hi­fə­lə­ri­ni araş­dır­maq­la mə­şğ­ul ol­muş, axıs­qa­lı­la­rın min il­lər­lə ya­şa­dığı, lakin ha­zır­da ta­ri­xin gü­nah­la­rı uc­ba­tın­dan ara­lı düş­düklə­ri Me­s­xet-Axıs­qa əra­zi­si­nin qə­dim to­po­nim və et­no­nim­lə­ri­nin təd­qi­qi fo­nun­da də­fə­lər­lə köçkünlüyə mə­ruz qal­mış bu xal­qın ta­ri­xi­ni öy­rən­mək üçün mümkün mən­bə­lə­ri təd­qi­qa­ta cəlb et­miş­dir. 1944-cü il­də uzaq Fər­qa­nəyə sürülmüş bu xalq 1980-ci il­lə­rin son­la­rın­da da öz yurd­la­rı­na top­la­şa bil­mə­di­lər, öz di­li­ni, di­ni­ni itir­mək qor­xu­su ilə rus çöllə­ri­nə sə­pə­lən­di­lər. Gə­lən­lə­rə ye­nə də Azər­bayc­an ar­xa dur­du, Azər­bay­can öz doğ­ma tor­pağ­ın­da yer ver­di. Bu­ra­dan ya­xın­dır - heç olmasa, doğ­ma yurd­la­rı­na boy­la­na bi­lir­lər. Bur­da on­la­ra di­li­ni unut­maq, adı­nı, soy adı­nı və di­ni­ni dəyiş­­mək tə­ləb olun­mur - di­li­ni də qo­ruy­ur, di­ni­ni də və bü­tün ta­ri­xi-mil­li key­fiyy­ət­lə­ri­ni də. Mət­bu­at­la­rı ya­ra­nır, ana di­lin­də təh­sil si­s­te­mi for­ma­la­şır, dərs­lik­lər tər­tib edi­lir. Azər­bayc­an xal­qı hə­mi­şə açıqürək­li olub. Qa­nı it qa­nın­dan olan­lar qa­nı­mı­zı qa­ralt­dığı, müstə­qil­liy­in se­vinc­i­ni be­lə dad­maq im­ka­nı ver­mə­diyi hal­da, qan qar­daş­la­rı­mı­zı bağ­rı­mı­za ba­sı­rıq, əziz­ləyi­rik, özü­müzdən ay­ır­mı­rıq. Kaş azğ­ın və ya­ra­maz qon­şu­la­rı­mız da dünyaya bu cür ba­xa bi­ləy­di­lər. On­da həy­at nə qə­dər gö­zəl olar­dı...

Bu xal­qın təd­qi­qi onun di­li­nin təd­qi­qin­dən ba­ş­la­dı. Bu, uğ­ur­lu ba­ş­la­nğ­ıc­dır, çünki dil xal­qın mil­li var­lı­ğı­nı şərt­lən­di­rən ən əsas amil­dir. Bir də ki bütün poe­ziya, nəsr və pub­li­si­s­ti­ka nümu­nə­lə­rin­dən ay­dın olur ki, Yer üzündə ya­ran­mış can­lı var­lıq öz ba­la­sı­nı sev­diyi, qo­ru­duğu, əziz­lə­diyi ki­mi, bu xalq da han­sı gir­dab­da olur-ol­sun, öz di­li­ni qo­ru­muş, onun üzə­rin­də əs­miş, onu if­lic ol­mağa, yad tə­sir­lər içə­ri­sin­də əriy­ib-it­məyə qoy­ma­mış­dır. Bu xal­qın öz di­li­nə is­təyin­də bir od var, güclü bir hə­ra­rət var, ya­nğı var. Bu yan­ğı o qə­dər güclüdür ki, qız­dır­ma­lı ada­mın ya­nğ­ı­sı­na bən­zəy­ir. Bu hal haq­sız­lıq dün­ya­sı­nın ya­rat­dığı dağ­ıl­maq, yox ol­maq, öz var­lığ­ı­nı itir­mək qor­xu­sun­dan ya­ran­mış­dır.

«Axıs­qa» sözü çox qə­dim ta­ri­xi ya­da sa­lır. Hə­lə era­dan əv­vəl üçüncü mi­nil­lik­də şi­ma­li İta­liy­a­da böyük çar­lıq ya­rat­mış, min ilə qədər ha­ki­miyy­ət sürmüş et­ru­s­k­la­rı - tur­sa­ka­la­rı ya­da sa­lır. Et­rusk-Tur­sa­ka çar­lığı güclü çar­lıq ol­muş, qə­dim la­tın­lar mə­də­niy­yət sir­lə­ri­ni on­lar­dan öy­rən­mi­ş­lər. On­lar hə­min əra­zi­lə­rə Ana­do­lu xət­ti­lə keç­mi­ş­lər. Axıs­qa­lı­lar hə­min sa­ka­la­rın va­ris­lə­rin­dən ol­ma­lı­dır. Axıs­qa­lı­lar in­di «Me­s­xet» sözündən xo­ş­lan­ma­salar da, bi­zim fi­k­ri­mi­zcə, bu söz gürcü mən­şə­li dey­il, türk sözüdür. Mi­lad­dan əv­vəl ikin­ci minil­lik­də Qa­ra də­ni­zin cə­nub-şərq sa­hil­lə­rin­də hökmran­lıq et­miş mos­xlar, Tö­v­rat­da mo­sox və ya mosx şək­lin­də yad edi­lən xalq, qə­dim mi­sir­li­lə­rin müşek de­dik­lə­ri əha­li ey­ni əha­li­dir və çox ma­raq­lı­dır ki, ta­ma­mi­lə bir-bi­rin­dən fər­q­li gö­rünən Axıs­qa və Mo­sox - Mesx söz­lə­ri eyni köklü söz­lər­dir və hər iki­si­nin əsa­sın­da SAK sözü du­rur: mo-SAK, Aq-SAK-a. İn­di az görü­nən bu xalq par­ça­la­nıb, qa­rı­şıb, əriy­ib, aza­lıb. Par­ça­lan­mış ol­sa­lar da, hə­lə bir çox əra­zi­lər­də dil və et­nik uyğ­un­luq­la­rı­nı ol­duğu ki­mi sax­la­mı­ş­lar: «Bu gün doğu Ana­do­lu bö­lg­ə­sin­də (Ər­zu­rum - Ol­tu), Nad­man, Ar­tvin-Şav­şat (Yu­si­fe­li, Ar­da­han, Qars ki­mi şə­hər­lər­də) dağ­ı­nıq ola­raq ya­şay­an Axıs­qa türk­lə­ri­nin da­nış­dığı türkcə vax­ti­lə Gürcüstan sər­həd­lə­ri da­xi­lin­də ya­şa­mış Axıs­qa türklə­ri­nin da­nış­dığı türkcə ilə ey­ni­dir». Müəl­lif bu yer­lə­rə türklə­rin so­nra­kı gə­li­şi­ni era­mı­zın ilk əsrlə­rin­də hun­la­rın gə­li­şi ilə əla­qə­lən­di­rir, VI-VII əsrlər­də sa­vir­lə­rin, ono­ğur­la­rın, VII-VIII əsr­lər­də xə­zər­lə­rin, qıp­çaq­la­rın, oğ­uz­la­rın mə­s­kun­laş­dı­ğı­nı, XI-XII əsrlər­də Kart­li­də türklə­rin üstünlük təş­kil et­diy­i­ni və hələ VII əsrdə Kart­li­də bütün çar­la­rın, bütün ki­şi və qa­dın­la­rın xə­zər di­li­ni bil­diy­i­ni qeyd edir. Şübhə­siz, müəl­li­fin hun­lar­dan ba­ş­la­dığı bu pro­ses hun­lar­dan çox-çox əv­vəl­lə­rə aid­dir. Hər hal­da, hə­lə bi­zim mi­nil­liy­in əv­vəl­lə­rin­də bu yer­lər­də xə­zər­lə­rin di­li gürcü, er­mə­ni, yə­hu­di dil­lə­ri ilə pa­ra­lel iş­lə­nir­miş. Heç şübhə­siz, axıs­qa­lı­la­rın ta­rixi tə­şək­külündə bütün abo­ri­g­en və gəl­mə türklə­rin ro­lu ol­muş­dur. Bu­na gö­rə də müəl­lif Me­s­xet əra­zi­sin­də­ki ta­ri­xi to­po­nim­lə­ri nə­zər­dən ke­çi­rə­rək be­lə bir qə­na­ə­tə gə­lir ki, axıs­qa­lı­la­rın ən qə­dim coğ­ra­fi ad­la­rı­nın ək­sə­riyy­ə­ti et­nik müxtə­li­f­liy­in mövcud ol­duğu bir si­tua­siy­a­da, əsa­sən də, ay­rı-ay­rı et­nos­la­rın (bar­sil, ono­qur, udi, ab­dal, sa­bir, tu­bal, abar, bun, bo­zal, to­los, qan­q­lı və s.) qa­­rış­­ma­sı ilə for­ma­laş­mış­dır: «Qeyd edi­lən tay­fa ad­la­rı­nın axıs­qa­lı­la­rın coğ­ra­fi ad­la­rın­da qo­ru­nub sax­lan­ma­sı hə­min qa­nu­na­uyğ­un pro­se­sin tə­zahürüdür». Səlc­uq­lar dövründə oğ­uz­la­rın Gürcüstan əra­zi­si­nə küt­lə­vi axı­nı və on­la­rın otu­raq həy­ata ke­ç­məyə ba­ş­la­ma­sı bütün Gürcüsta­nın türkləş­mə­si qor­xu­su­nu ya­ra­dır. Mon­qol is­ti­la­sı, Qa­ra­qoy­un­lu­lar və Ağ­qoy­un­lu­lar dövründə də bu yer­lər­də türk tə­sir­lə­ri ge­ni­ş­lə­nir. Bütün bu gə­liş­lə­ri və qa­rış­ma­la­rı nə­zər­dən ke­çi­rən bə­zi təd­qi­qa­tçı­la­rın fi­k­rincə, Axıs­qa türklə­ri­nin ulu ba­ba­la­rı qıp­çaq­lar ol­muş. La­kin on­lar baş­qa tay­fa­lar­la, xüsu­sən oğuz­­lar­la qa­rış­ma­lı, qo­vuş­ma­lı ol­mu­ş­lar. Ona gö­rə də Axıs­qa türklə­ri­nin tə­şəkkül ta­ri­xi bir növ azə­ri türk­lə­ri­nin tə­şəkkül ta­ri­xi­ni xa­tır­la­dır. Fərq bu­ra­sın­da­dır ki, azə­ri­lə­rin tə­şəkkülündə oğuz­­lar da­ha üstün ol­mu­ş­lar. Axıs­qa­lı­lar XV əs­rin son­la­rın­dan xey­li müd­dət os­man­lı im­pe­riy­a­sı­nın ida­rə­si al­tı­na düşmüş, 1828-ci il­dən Gürcüstan­la bir­lik­də rus­ların asılılığında olmuşlar. On­la­rın bi­zə bəl­li olan fac­i­ə­li həy­a­tı da da­ha çox bun­dan so­nra ba­ş­la­mış­dır. Bun­la­rı qeyd et­mək­lə be­lə bir nə­ticə çı­xar­maq olur ki, türklər Qaf­qaz­da nə za­man­dan ol­muş­sa, axıs­qa­lı­lar da o za­man­dan mövcuddur və türklə­rin - türk tay­fa­la­rı­nın şərq­dən və ya qərb­dən Azər­bayc­a­na han­sı gəli­ş­lə­ri ol­muş­sa, Axıs­qa əra­zi­si­nə də ey­ni gə­li­ş­lər ol­muş­dur. Azər­bayc­an di­li­nin tə­şək­kü­lündə han­sı tay­fa­lar apa­rıcı rol oy­na­mış­sa, axıs­qa­lı­lar da ey­ni amil­lər əsa­sın­da tə­şəkkül tap­mış­dır. Azər­bayc­an di­li­nə han­sı ek­s­t­ra­linq­vi­s­tik amil­lər tə­sir et­miş­sə, on­lar ey­ni də­rəc­ə­də axıs­qa­lı­la­rın di­li­nə də tə­sir et­miş­dir. La­kin bir xalq ki­mi az­lığı, məh­dud əra­zi­də mə­s­kun­laş­ma­sı, da­ha çox yad tə­sir­lər əha­tə­sin­də ol­ma­sı, də­fə­lər­lə baş ve­rən təzy­iq və köçürmə­lər, da­im öz müstə­qil­liy­i­ni müha­fi­zə et­mək cəh­di, ya­zı­lı və şi­fa­hi ədə­bi di­li­nin in­ki­şa­fı üçün əl­ve­ri­ş­li zə­min ol­ma­ma­sı axıs­qa­lı­la­rın di­lin­də qə­dim tay­fa dil­lə­rin­dən gə­lən ar­xa­ik for­ma­la­rın qal­ma­sı­na və ümu­mi­lik­də Axıs­qa di­li­nin bir türk di­li ki­mi, Azər­baycan və türk-Os­man­lı dil­lə­rin­dən fər­q­lən­mə­si­nə sə­bəb ol­muş­dur. Ona gö­rə də on­la­rın di­li­ni Azər­bayc­an və ya türk di­li ilə qa­rış­dır­maq və ya hə­min dil­lər­dən bi­ri­nin di­a­lek­ti ki­mi mə­na­lan­dır­maq ol­maz. Axıs­qa­lı­lar müstə­qil bir xalq, Axıs­qa di­li müstə­qil bir türk di­li­dir. Elə bu­na gö­rə də İ.Ka­zı­mov Axıs­qa di­li­ni, doğ­ru ola­raq, müstə­qil bir türk di­li ki­mi təd­qiq et­məyi qar­şı­sı­na məq­səd qoy­muş, bütün dil ya­rus­la­rı­nın təd­qi­qin­də Azər­bayc­an və türk dil­lə­ri ilə müqay­i­sə­lər apar­maq­la Axıs­qa türklə­ri­nin di­lin­də­ki mil­li və ori­ji­nal key­fiyy­ətlə­ri üzə çı­xar­mış­dır.

Mo­no­qra­fiy­a­da Axıs­qa di­li­nin fo­ne­tik xüsu­siyy­ət­lə­ri­­nin təd­qi­qi­nə ge­niş yer ve­ril­miş, müəl­lif di­lin səs si­s­te­mi­nin ay­dın mən­zə­rə­si­ni ya­ra­da bil­miş­dir. Fo­ne­tik si­s­te­min ət­ra­f­lı təd­qi­qi gö­s­tə­rir ki, müxtə­lif qu­ru­luş­lu, müxtə­lif si­s­tem­li dil­lə­rin əha­tə və tə­si­ri al­tın­da ol­ma­sı­na bax­may­a­raq, bu dil mil­li və ori­ji­nal xüsu­siy­yət­lə­ri­ni qo­ru­muş, uzun bir müba­ri­zə yo­lu ke­çə­rək baş­qa dil­lə­rin as­si­mily­a­tiv tə­si­rin­dən özü­nü xi­las edə bil­miş­dir. Ək­sə­riyy­ət eti­ba­ri­lə öz var­lığ­ı­nı qo­ru­maq­la bəzi yad tə­sir­lə­rə də mə­ruz qal­mış­dır. Fo­ne­tik xüsu­siyy­ət­lər bütöv­lük­də di­lin özünə məx­su­s­dur və onu yal­nız Qaf­qaz dil­lə­rin­dən dey­il, şər­qin­də, qər­bin­də və cə­nu­bun­da yer­lə­şən qo­hum türk dil­lə­rin­dən də fər­q­lən­di­rir. Bu dil­də P, G, K, T, Ç səs­lə­rin­dən iba­rət maraq­lı ab­rup­tiv-nə­fəs­li səs­lər var­dır və bun­la­rın mən­şəy­i­nin öy­rə­nil­mə­si ma­raq­lı el­mi nə­tic­ə­lər çı­xar­mağa im­kan ve­rər­di. La­kin, nədən­sə, mü­əl­lif hə­min səs­lə­rin mən­şəy­i­ni, onla­rın ha­ra­dan gəl­diy­i­ni, han­sı pro­ses­lər­lə və ya han­sı tay­fa dil­lə­ri ilə bağ­lı ol­du­ğu­nu araş­dır­mağa fi­kir ver­mə­miş­dir. Fi­zi­ki, fi­zio­lo­ji və et­nik-psi­xo­lo­ji kök­lə­ri izah edil­mə­li olan sa­mit ke­çid­lə­ri: n>v (könül - kövül ), q>x (eşq - aşx ), y>q ( sö­qüt, iq­nə ), s>z ( zar­xoş, zan­ki ), c>j ( ja­na­var, ja­muş ), sa­mit qo­şa­lıq­la­rı ( həp­pi­miz, təq­qət, dox­xuz, aş­şa­qi, ot­tuz və s.), qon­şu türk dil­lə­rin­də ci­n­gil­ti­li d ilə tə­ləffüz edi­lən bir çox söz­lə­rin KDQ-da ol­duğu ki­mi t ilə tə­ləffüzü ( dağ - tağ, daş - taş ), ay­dın nəzə­rə çar­pan h -laş­ma ( ha­çar, harx ), bi­zim üçün ar­xa­ik­ləş­miş olan söz önündə y sə­si ( yi­g­it, yuca, yüz-üz ), bir sı­ra söz­lər­də la­bi­al­laş­ma ( xo­roz, sa­vux, avuç ), oğ­uz qru­pun­da so­nra­lar o -laş­maq­da olan bir çox söz­lər­də əks pro­se­sin - qə­dim for­ma­nın sax­lan­ma­sı ( av, av­çi, ta­vux ), sağ­ır n və qo­vu­şuq nq səs­lə­ri­nin dil­də sa­bit­liyi - bü­tün bünlar di­lin fo­no­se­man­tik si­s­te­mi­nin mü­əy­yən­ləş­mə­sin­də, tə­şəkkülündə fo­ne­tik qa­nun və ha­di­sə­lə­rin həll­edici ro­lu­nu üzə çı­xa­rır. Bu dil­də 10 sa­i­tin ol­ma­sı mə­sə­lə­si­ni müəl­lif bir qə­dər ət­ra­f­lı izah edə bi­lər­di, e g hər­f­lə­ri­nin han­sı səs­lə­ri ifa­də et­diy­i­ni fərq­lən­dir­mək üçün nümu­nə­lər ve­rə bi­lər­di. Söz əv­və­lin­də ğ sə­si­nin bol-bol iş­lən­diyi müşa­hi­də olu­nur ( Ğa­lib, Ğə­ni­mət, Ğa­fil ). Bu­nun tə­sir mən­bəyi, gü­man ki, yal­nız se­mit dil­lə­ri dey­il­dir. Müəl­li­fin, türk di­lin­dən fər­q­li ola­raq, axıs­qa­lı­la­rın dilin­də in­ten­siv şə­kil­də iş­lə­nən x sə­si­ni ( xa­sır, xar­­man, ma­xas, ça­xal ) Qaf­qaz dil­lə­ri­nin təsi­ri nə­tic­ə­si ki­mi izah etmə­si ağ­la­ba­tan dey­il. Əsər­də ahəng qa­nu­nu, as­si­mily­a­siya, dis­si­mily­a­siya, səs­ar­tı­mı, səs­düşü­mü və s. fo­ne­tik ha­di­sə və qa­nun­la­rın tədqiqinə ge­niş yer ve­ril­miş, söz kök­lə­rin­də sa­it­lər ahə­ngi zən­g­in nümu­nə­lər əsa­sın­da nə­zər­dən ke­çi­ril­miş­dir. Bir­va­ri­ant­lı -i, -li, -lux şə­kil­çi­lə­ri ahə­ng qa­nu­nu­nun mor­fo­lo­ji mə­qam­da po­zul­ma­sı­na sə­bəb olur. Müəl­lif bu sa­hə­də axıs­qa­lı­la­rın di­li­nə uy­ğun ol­may­an, la­kin onla­rın xey­li müddət məc­bu­ri is­ti­fa­də et­mə­li ol­duq­la­rı gürcü əlif­ba­sı­nın mü­əyy­ən ro­la ma­lik ol­duğ­u­nu da unut­ma­mış­dır.

İ.Ka­zı­mo­vun Axıs­qa di­li­nin lek­si­ka­sı­na da­ir araş­dır­ma­la­rın­dan be­lə qə­na­ə­tə gəl­mək olur ki, bu di­lin lüğət tər­ki­bi öy­rə­ni­lər­sə, türko­lo­ji dil­çi­lik üçün çox zə­ng­in və ma­raq­lı ma­te­ri­al əl­də olu­na bi­lər. Çünki bu dil bütün tə­sir və təzy­iq­lə­rə bax­may­a­raq, bir çox ar­xa­ik for­ma­la­rı qo­ruy­ub sax­la­mış, yad tə­sir­lə­rə da­im güclü müqa­vi­mət gös­tər­miş­dir. Bu sa­hə­də ilk ad­dım ki­mi, İ.Ka­zı­mov da az iş gör­mə­miş, axıs­qa­lı­la­rın zə­ng­in lüğət eh­tiy­a­tı­nın, de­mək olar ki, bütün layla­rı­nı tər­pə­də, hə­rə­kə­tə gə­ti­rə bil­miş­dir. Ona gö­rə də mo­no­qra­fiy­a­nın bi­rinci fəs­li ki­mi, ikinci fəs­li də ma­raq­la oxu­nur və yax­şı təəs­sürat ya­ra­dır. Mən­bə az­lığ­ı­nın tö­rət­diyi çə­tin­lik­lə­rə bax­may­a­raq, müəl­lif fol­k­lor ma­te­ri­al­la­rın­dan, can­lı da­nı­şıq­dan, el şa­ir­lə­ri­nin əsər­lə­rin­dən, «Və­tən eş­qi» qə­ze­tin­dən böyük zəh­mət­lə ki­fay­ət qə­dər söz top­lay­ıb təd­qi­qa­ta cəlb edə bil­miş­dir. Əkin­çi­lik­lə, kənd tə­sər­rüfa­tı, bağ­çı­lıq, hey­van­dar­lıq­la bağ­lı söz­lər, zən­gin mə­i­şət lek­si­ka­sı, gey­im, xö­rək ad­la­rı, toy mə­ra­sim­lə­ri ilə bağ­lı lek­si­ka, qo­hum­luq an­lay­ı­ş­la­rı­nı, bə­dən üzvlə­ri­nin ad­la­rı­nı bil­di­rən ter­mi­no­lo­ji söz­lər, ay, həf­tə ad­la­rı, xalq tə­ba­bə­ti­nə aid lek­sik va­hid­lər ək­sə­rən türk dil­lə­ri­nə məx­sus ümu­mi kök­dən gə­lən qə­dim lek­sik layı müha­fi­zə edib sax­la­mış­dır. Bütün hal­lar­da lüğə­vi va­hid­lə­rin fo­no­lo­ji qu­ru­lu­şun­da özünə­məx­sus­luq var. Bu ba­rə­də: dir­qəm - ya­ba, tır­pan - dəry­az, cəb - otun yer­də qa­la­nı, nuş oti - otun ar­tığı (muş­qurt), la­zut - qa­r­ğ­ı­­­da­lı, pat­lic­an - po­mi­dor, la­xa­na - kə­ləm, canc­ur - ga­va­lı, avi - ayı, kə­rin­xə - qa­rış­qa, ki­ng­i­lə - ağc­a­qa­nad, çat­xi - şor, yaz­lux - şüşə­­­bənd, kəp­çə - çöm­çə, çö­tal - çə­ng­əl, boy­un­lux - şarf, ur­ba götür­max - pal­tar apar­maq, bonc­uq - munc­uq, küfə - sır­ğa və s. kimi beş-on nümu­nə ilə də ki­fay­ət­lən­mək olar­dı. La­kin müəl­lif hər bir mə­sə­ləyə da­ir ki­fay­ət qə­dər nümu­nə top­lay­ıb ver­miş­dir. Bir qə­dər irə­li get­mək­lə bun­la­rın əsa­sın­da il­kin bir sözlük ya­rat­maq olar­dı. Onlarca al­ma, ar­mud növü, ne­çə cür süd məh­sul­la­rı­nın ad­la­rı, xö­rək ad­la­rı, xalq tə­ba­bə­ti­nə aid söz­lər qey­də alın­mış­dır. Axıs­qa­lı­la­rın ay (zəm­hə­ri, qücük, mart, ap­rel, may­is, ki­rəz, oraq, xar­man, vökrüm, şa­rap, koç, ka­ra­kış) və həf­tə (ba­zar­er­tə­si, sa­li, çer­sam­ba, cu­ma, per­sam­ba, cu­ma­er­tə­si, ba­zar) ad­la­rı da özünə­məx­sus­luğu ilə türk və Azər­­­bayc­an dil­lə­ri­nin ay və həf­tə ad­la­rın­dan fər­q­lə­nir. Müəl­lif Axıs­qa di­li­nin bir sı­ra lüğə­vi va­hid­lə­ri ilə (ev və çöl hey­van­la­rı­nın, tə­sər­rüfat və mə­i­şət əşya­la­rı­nın, gey­im şey­lə­ri və bə­dən üzvlə­ri­nin ad­la­rı) türk və Azər­bayc­an di­li­nin lüğə­vi va­hid­lə­ri­ni müqay­i­sə etmiş, üç di­lin müqay­i­sə­si əsa­sın­da fər­q­li cə­hət­lə­ri əy­a­ni­ləş­di­rə bil­miş­dir. Axıs­qa di­li ilə «Ki­ta­bi-Də­də Qor­qud»un dil əla­qə­lə­ri­nə yığc­am şə­kil­də nə­­zər sa­lın­mış, lek­sik, mor­fo­lo­ji və sin­tak­tik uyğ­un­luq­lar ba­rə­də il­kin mə­lu­mat ve­ril­miş­dir. Bu di­lə məx­sus Ze­qan, Sava­elya, Axal­sıx, Sur-Bo­qa, As­pindz, Axal­kə­lək şi­və­lə­ri­nin ol­duğu və bun­la­rın hə­lə tam qay­­daya sa­lın­ma­mış ədə­bi dil­dən fər­q­lən­diyi gö­s­tə­ri­lir. Müəl­lif bə­zi alim­lə­rin Axıs­qa di­li­ni türk di­li­nin «Me­s­xet di­a­lek­ti» ad­lan­dır­dığ­ı­nı qeyd et­sə də, Axıs­qa di­li­nin fo­ne­tik, lek­sik, mor­fo­lo­ji və sin­tak­tik quru­­­lu­şu­nun el­mi-nə­zə­ri tə­s­vi­ri­ni ver­mək­lə kifayə­t­lən­miş, bu cür id­di­a­la­ra müna­si­bə­ti­ni ət­ra­f­lı bil­dir­mə­miş­dir. Əsər­də alın­ma söz­lə­rə müna­­si­bət də bir qə­dər məh­dud şə­kil­də, da­ha çox mə­i­şət lek­si­ka­sı zəmi­nin­də şərh edil­miş­dir. Bu dil­də tə­bii ola­raq, ərəb. fars, rus dil­lə­rin­dən, türk di­lin­dən, Azər­bayc­an və Qaf­qaz dil­lə­rin­dən alın­ma­lar ol­du­ğu, re­g­i­o­nal tə­sir­lər, kə­na­ra çıx­ma halla­rı da­ha ət­ra­f­lı şərh olu­na bi­lər­di.

Ono­ma­s­tik lek­si­ka­nın təd­qi­qi­nə əsər­də xüsu­si yer ve­ril­miş­dir. Ki­şi və qad­lın ad­la­rı­nın tə­s­vi­rin­dən də gö­rünür ki, bu xalq mil­li ənə­nə­lə­ri­ni hər sa­hə­də qo­ru­muş­dur. Fəz­li, Us­man, Taci, Şa­hi­s­may­ıl, Can­xa­nım, Bağ­daqül, Tə­hər­mir­zə, Şah­və­ləd ki­mi xüsu­si ad­lar xəya­lı ke­ç­miş ta­ri­xə apa­rır. Şübhə­siz, axıs­qa­lı­la­rın ad­la­rı da ha­zır­da müsəl­man­lığ­ın mey­da­na çıx­ma­sın­dan so­nra ge­niş vüsət qa­zan­mış ad­lar­dan iba­rət­dir. La­kin bu dil­də xan, mir­zə, bəy, şah, can, aqa, dar (Təh­min­dar, Bay­raq­dar), x a­nım, qul tər­kib­li ad­lar da­ha çox müşa­hi­də olu­nur və bir səc­iyy­ə­vi key­fiyy­ət ki­mi, ad­ver­mə­ni də mil­li zəmin­lə bağ­lay­ır. Kö­şə­li, Bə­h­ri, Meyy­ar, Və­tən, Qı­na­li, İlim, To­ra­man, Şə­h­ri, Qo­ça­li, Çə­lik, Ba­şad ki­mi spe­si­fik ki­şi ad­la­rı da bu qəna­ə­ti güc­lən­di­rir. Soy-kök­lər ək­sə­riyy­ət eti­ba­ri­lə -lı, -li şə­kil­çi­si və oq­li sözü va­si­tə­si­lə müəyy­ən­ləş­sə də, -i ( Bay­ram Müsli­mi, Əli Sə­b­ri ), -ov, -yev, -za­də, -dze, -şvi­li for­mant­la­rın­dan da is­ti­fa­də olu­nur. Ki­çilt­mə, əziz­lə­mə, qı­salt­ma mə­qam­la­rın­da -oş ( İloş, Xa­doş ), -iş (İbiş, Di­liş), -ir (Ki­bir - Kə­bi­rə, Fi­kir -Fi­k­riyyə), -ik (Sürik - Sü­reyya, Mi­zik - Mi­zayya), -o (Sa­bo - Sə­b­riyyə) ki­mi mor­fo­lo­ji gö­s­tə­ric­i­lər­dən is­ti­fa­də olu­nur.

Əsər­də Axıs­qa to­po­nim­lə­ri­nin si­s­tem­li şə­kil­də gürcüləş­di­ril­mə­si­nə da­ir ve­ri­lən mə­lu­mat haq­sız­lıq dünya­sı­nın əməl­lə­ri­nə nif­rət ya­ra­dır.

Axıs­qa türklə­ri­nin di­li öz mor­fo­lo­ji qu­ru­lu­şu­na gö­rə də qon­şu türk dil­lə­rin­dən fər­q­lə­nir. Əsas və kö­mək­çi nitq his­sə­lə­ri si­s­te­mi, hal, kə­miyy­ət, mən­su­biyy­ət, za­man, şəxs ka­te­qo­riy­a­la­rı dil­lə­rin möv­c­ud­­luq əla­mət­lə­ri­dir, ona gö­rə də bu və ya di­g­ər bir di­li baş­qa­sın­dan fərq­lən­dir­mək üçün bun­la­rın var­lığı və ya yox­luğu deyil, hansı for­ma­da, han­sı va­si­tə­lər­lə re­al­laş­ma­sı əsa­s­dır. Bu cə­hət­dən qon­şu türk dil­lə­ri ilə müqay­i­sə­də Axıs­qa di­lin­də bir sı­ra mor­fo­lo­ji pro­ses­lə­rin «lə­ng­i­mə­si» müşa­hi­də olu­nur. Be­lə ki türk və Azər­bay­can dil­lə­rin­də­ki bir çox dörd­va­ri­ant­lı şə­kil­çi­lər bu dil­də özünü yal­nız bir va­ri­ant­da gö­s­tə­rir. Üçüncü şəx­sin mən­su­biyy­ət şə­kil­çi­si -i (qu­zu­si, ata­si), bi­rinci şəxs cə­min xə­bər­lik şə­kil­çi­si -ux (ada­mux, gə­li­nux), əmr şək­li­nin bi­rinci şəxs tə­ki­nin şə­kil­çi­si - em (şə­kil çə­kem) , xə­bər şək­li bi­rinci şəxs cə­min şə­kil­çi­si -ax (ge­dax, edax), in­di­ki zama­nın şə­kil­çi­si - iy­er (gə­liy­er, ba­xiy­er ), ke­ç­miş za­ma­nın şə­kil­çi­lə­ri -di, miş (bax­diz, yap­dur­mi­şiz) və s. bir­va­ri­ant­lı olub, ahə­ng qa­nu­nu­nun tə­ləbl­əri­nə ca­vab ve­rəc­ək şə­kil­də va­ri­ant­laş­ma­mış­dır.

Bə­zi for­ma­la­rın iki­va­ri­ant­lı­lığı da ey­ni pro­ses­lə izah olu­na bi­lər: isim­lə­rin cəm­lən­mə­sin­də - lar,-lər şə­kil­çi­si ilə ya­na­şı,- lux şə­kilçi­sin­dən is­ti­fa­də ( adam­lux - adam­lar, on­nux - on­lar, gə­lin­nux - gə­lin­lər ), əmr şək­li­nin bi­rin­ci şəxs tə­kin­də -em şə­kil­çi­si ilə ya­na­şı, arxa­ik - əy­im, -ay­ım şə­kil­çi­sin­dən ( va­ray­ım, gə­ti­rəy­im ) is­ti­fa­də, üçün­cü şəx­sin cə­mi­ni bil­di­rən şəxs əvəz­lik­lə­ri ( on­nar/un­nar, on­nux/un­nux ) və s. Mor­fo­lo­ji əla­mət­lə­rin bir ço­xun­da qa­pa­lı sa­it­li­lik: xə­bər­lik şə­kil­çi­lə­ri -ım, -sın ( türküm - türkəm , adam­sın - adam­san), za­man şə­kil­çi­lə­rin­dən so­nra iş­lə­nən şəxs şə­kil­çi­lə­ri -im, -ux, -sin ( qoy­muş-im, ge­diy­er-ux, de­miş-sin ), - ır -ar şə­kil­çi­lə­ri­nin in­di­ki və qey­ri-qə­ti gə­ləc­ək za­man ki­mi sa­bit­ləş­mə­mə­si, bir sı­ra ar­xa­ik mor­fo­lo­ji va­hid­lə­rin (isim­lər­də bi­rg­ə­lik ha­lın, - qa, -gə yönlük hal şəkilçisinin, -ibən, -uban, -übən fe­li bağ­la­ma şə­kil­çi­lə­ri­nin) fə­al möv­qeyi, ulaş­maq (çat­maq), qon­maq (otur­maq, sa­kin ol­maq, düşmək), tütümək (yan­maq, tüstülə­mək) və s. ar­xa­ik fel­lə­rin müa­sir Axıs­qa di­lin­də iş­lək­liyi, sa­it­lə qur­ta­ran qo­hum­luq bil­di­rən bə­zi söz­lə­rə ad­lıq və tə­sir­lik hal­la­rın­da -y, -ay for­mant­la­rı­nın ar­tı­rıl­ma­sı ( Babay ha­ni?, Qa­piy yüzümə bir oğ­lan aç­di) , söz so­nunda i- ləş­mə ( qo­xi, qa­pi ) bu di­lin fərq­lən­di­rici mor­fo­lo­ji əla­mət­lə­rin­dən­dir.

Növ və tə­sir­lik ka­te­qo­ri­ya­la­rı­nın, fe­li bağ­la­ma və fe­li si­fət­lə­rin, zər­f­lə­rin və kö­mək­çi nitq his­sə­lə­ri­nin in­ki­şaf və­ziyy­ə­ti­nə bir qə­dər ət­ra­f­lı nə­zər ye­tir­mək mümkün idi. Xüsu­sən növ və tə­sir­lik şə­kil­çi­lə­ri fe­lin struk­tur-se­man­tik in­ki­şa­fın­da mühüm rol oy­na­maq­la da­im təd­qi­qat üçün ma­raq­lı ma­te­ri­al ve­rir.

Mo­no­qra­fiya Axıs­qa di­li­nin sin­tak­tik qu­ru­lu­şu­nun il­kin təd­qi­qi ilə ta­mam­la­nır. Müəl­lif fol­k­lor nümu­nə­lə­rin­dən, qə­zet ma­te­ri­al­la­rın­dan, el şa­ir­lə­ri­nin əsər­lə­rin­dən top­la­dığı nümu­nə­lər əsa­sın­da fe­li və is­mi bir­­ləş­mə­lər, cümlə­nin məq­sə­də gö­rə növ­lə­ri, cüm­lə üzvlə­ri, on­la­rın əla­və­si, xüsu­si­ləş­mə­si, tək­tər­kib­li və cüt­tər­kib­li, müxtə­sər və ge­niş, büt­öv və ya­rım­çıq cümlə­lər, qram­ma­tik cə­hət­dən cümlə üzvlə­ri ilə bağ­­la­na bil­məy­ən söz­lər və bir­ləş­mə­lər, ta­be­siz mürək­kəb cümlə­lər­də mə­na əla­qə­lə­ri, bu­daq cümlə və onun növ­lə­ri, söz sı­ra­sı və cümlə üzv­­lə­ri­nin ak­tu­al­laş­ma­sı, in­ver­siya və kom­po­nent­lə­rin yer­dəy­iş­mə­si mə­­­sə­­lə­lə­ri­nə da­ir araş­dır­ma­lar apar­mış, bu qə­dim et­no­sun dil si­s­te­min­də sin­tak­tik qu­ru­lu­şun mil­li və ori­ji­nal qa­nun­la­rı­nı üzə çı­xar­maq­la Axıs­qa türk di­li­nin müstə­qil bir dil ki­mi mövc­ud­luğ­u­nu tə­min edən struk­tur xüsu­siyyət­lə­rin ic­ma­lı­nı ver­miş­dir. Aydın hiss olu­nur ki, Axıs­­­qa di­li­nin cümlə sin­tak­si­sin­də nis­bi sər­bə­st­lik var­dır: «İs­tər sa­də, is­tər­sə də mürək­kəb cümlə sin­tak­si­sin­də cümlə üzvlə­ri­nin və mürək­kəb cümlə kom­po­nent­lə­ri­nin yer­ləş­mə­si­nin sər­bə­st­liyi qə­dim türk di­lin­­dən, on­da­kı güclü in­for­ma­siy­a­ve­ric­i­lik­lə bağ­lı olan ana­li­tizmdən irə­li gə­lir».

İ.B.Ka­zı­mov bu əsər üzə­rin­də iş­ləy­ər­kən türko­lo­ji ədə­biyy­a­tı diq­qət­­lə nə­zər­dən ke­çir­miş, zə­ng­in el­mi mən­bə­lə­rə əsas­lan­mış­dır. Təd­qi­qat pro­se­sin­də türk dil­lə­ri­nin qə­dim abi­də­lə­ri­nə, müa­sir türk dil­lə­ri­nə, xüsu­si­lə oğ­uz qru­pu dil­lə­ri­nin ma­te­ri­al­la­rı­na müra­ci­ət edil­miş, ardı­c­ıl ola­raq türk və Azər­bayc­an dil­lə­ri ilə müqayi­sə­lər apa­rıl­mış­dır. Axıs­qa di­li­nin qo­hum və qon­şu dil­lər əha­tə­sin­də mə­ruz qa­la bi­ləc­əyi tə­sir, bu tə­si­rin əha­tə da­i­rə­si təd­qi­qat­çı­nın da­im diq­qət mər­kə­zin­də ol­muş­dur. Şüb­­hə­siz, bir əsər­lə, - o nə cür qiy­mə­tə ma­lik olur-ol­sun, - müəyy­ən bir di­lin təd­qi­qi­nə nöq­tə qoy­maq ol­maz. İ.B.Ka­zı­mo­vun bu əsə­ri Axıs­qa di­li­nin el­mi are­naya çı­xa­rıl­ma­sı, onun fo­ne­tik, lek­sik və qram­ma­tik xü­su­siy­yət­lə­ri­nin si­s­tem­li təd­qi­qi ba­xı­mın­dan qiy­mət­li­dir və biz bu əsər­­­dən al­dı­ğı­mız tə­əssürat əsa­sın­da Oğ­uz dil­lə­ri­nin cə­nub-qərb ya­rım­­qru­pun­dan da­nı­şar­kən Azər­bayc­an, türk, türk­mən, qa­qa­uz, cə­nu­bi Krım ta­tar­la­rı­nın di­lləri ilə ya­na­şı, Axısqa türklərinin dilini də nə­zər­də tu­ta bi­lə­rik.

07.09.99

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az