BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / I. DİLİN MƏNŞƏYİ VƏ TARİXİ.DİALEKTOLOGİYA. TÜRKOLOGİYA /

I
DİLİN MƏNŞƏYİ VƏ TARİXİ,
DİALEKTOLOGİYA,
TÜRKOLOGİYA

ULU DİLİN YARANMASI VƏ PROTODİLLƏRƏ PARÇALANMASI
TÜRK PROTODİLİ

İnsanın meydana çıxması, təfəkkür və nitqinin for­ma­laş­ması, ilkin vətəni, əsas inkişaf mərhələləri bir sı­ra elmlərin - paleo­an­tro­­pologiya, morfologiya, geologiya, ar­xe­o­logiya, coğ­­­rafiya, et­no­qrafiya, zoologiya və lin­qvis­ti­ka­nın köməyi ilə öyrənilir. Bəşə­rin təşəkkülü «geoloji döv­r» adlandırılan dördüncü dövrlə bağlı­dır. Bu dövrün 4, son vaxtlar 6 milyon il (11; 5 -7) davam etdiyi mü­əyyən edilmişdir.

Arxeoloqlar bu tarixi daş dövrü, tunc dövrü, dəmir dövrü kimi üç dövrə ayırırlar. Daş dövrü (paleolit) - təqribən 4 - 3,5 milyon il əv­vəl­dən başlayıb e.ə. III minilliyə qədərki dövrü, tunc dövrü - e.ə.III - I minillikləri, dəmir dövrü - e.ə. I minilliyin əvvəlindən bizim eraya qə­dərki dövrü əhatə edir.

Paleolit (yun. paleos - qədim, litos - daş) özü də bir neçə mərhələ­yə: 3,5 milyon il əvvəldən 100-80 min il əvvələ qədərki dövr - il­kin (aşağı) paleolit; 100 - 80 min il əvvəldən 40 - 35 min il əvvə­lə­dək - or­ta paleolit; 40 - 35 min il əvvəldən 14 min il əvvələdək - yuxa­rı və ya son paleolit; 14 - 8-ci minilliklər - mezolit ( mezos - yun. or­ta, litos - daş); 7- 6-cı minilliklər - neolit ( neos - yun. yeni, litos - daş); 6 - 4-cü mi­nilliklər - eneolit ( eneos - lat. mis, litos - yun. daş) (1; 14, 2; 27) mər­hələlərinə bölünür.

 

Hələ XIX əsrdə (1871) Ç.Darvin insanın təkamül nəti­cə­sində insanabənzər meymundan əmələ gəldiyini sübut etdi. 1891-ci ildə Yava adasında pitekantrop (meymun-adam) ske­le­ti, 1907-ci ildə «Heydelberq insanı» deyilən insan çənəsi ta­pıl­dı. Sonralar 40-dan artıq sinantrop skeleti əldə edil­di.

Pi­te­kan­t­rop, si­nan­t­rop, ne­an­der­tal və kra­many­on in­san qa­lıq­la­rı Ç.Darvin nə­zə­riyy­ə­si­nin doğ­ru­luğ­u­nu sübut et­di. Təd­ric­ən mü­əyy­ən edil­di ki, ən qə­dim in­sa­na­bən­zər mey­mun­lar Av­ro­pa­nın müxtə­lif ray­on­la­rın­da, Asiy­a­da, Qaf­qaz­da və Af­ri­ka­nın bir çox yer­lə­rin­də ya­şa­mı­ş­lar. (2; 28-29)

İn­sa­na­bən­zər mey­mun­dan müa­sir in­san ti­pi­nə qə­dər üç bö­yük mər­hə­lə ke­çil­miş­dir: ən qə­dim in­san­lar - ar­xan­t­rop­lar, ib­ti­dai in­san­­lar - pa­le­an­t­rop­lar və nə­hay­ət, müa­sir in­san ti­­­pi. Bu üç mər­hə­lə­də iki böyük sı­ç­ray­ış müəyy­ən­ləş­di­ril­miş­dir: bi­rinci və vac­ib sı­ç­ray­ış - bi­rinci mər­hə­lə­dən ikin­ciyə ke­çid, yə­ni alət düzəl­dil­mə­si­nə ba­ş­lan­ma­sı; ikin­­­­ci sı­ç­ray­ış - qə­dim in­san­dan müa­sir qu­ru­lu­ş­lu in­sa­na ke­çid.(1; 26)

An­t­ro­po­g­e­nez­lə­rin ba­ş­la­nğ­ıc­ın­da av­st­ra­lo­pi­tek növlü mey­mun­lar du­rur. Av­st­ra­lo­pi­tek­lə­rin nəs­li in­di də Cə­nu­bi və Mər­kə­zi Af­ri­ka­da, Cə­nu­bi Asiy­a­da ya­şa­maq­da­dır. La­kin on­la­rın da­ha qə­dim­də yay­ıl­dığı əra­zi­lər Tan­za­niy­a­da Ol­du­vay də­rə­si, Ke­niya və Hə­bə­şi­s­tan he­sab olu­nur.

Ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı alim­lər ar­xan­t­rop­la­rın dü­şə­rg­ə­lə­ri­nə Av­ro­pa­da, Asiy­a­da, Af­ri­ka­da rast gəl­miş­lər. Ar­xan­t­rop­la­rın ən qə­dim nümay­ən­də­si ho­mo ha­bi­lis («ba­­ca­rıq­lı adam») ol­muş­dur. Ar­xan­t­rop­la­rın əsas nüma­yən­­də­si pi­te­kan­t­rop­lar­dır. Hey­del­berq ada­mı və si­nan­trop­lar da ar­xan­t­rop­la­ra da­xil­dir.

Ar­xan­t­rop (pitekantrop) dövrü 100 min il əvvələ qədər da­­vam etmişdir. 100 - 80 min il əvvəldən mustye arxeoloji dövrü baş­la­mış­dır ki, bu dövrün insanları paleantrop­lardır. Bunların qalıqları daha çox tapılmışdır. Qa­lıq­­­lar göstərir ki, paleantroplar Avropa, Asiya və Afri­kanın geniş ərazilərinə yayılmışlar. Neandertal insan pa­leantroplara aiddir. (2;30 - 31) 1968-ci ildə tapılmış Azıx adamı ar­xan­troplardan paleantroplara keçid dövrü­nün adamıdır.

Pa­le­an­t­ro­pun - ne­an­der­tal in­sa­nın Yer üzə­rin­də ge­niş yay­ıl­ma­sı be­lə bir müddə­a­nın ya­ran­ma­sı­na sə­bəb ol­ma­lı idi ki, hə­lə di­lin tə­şəkkül tap­ma­dığı dövr­də ar­xan­t­rop­lar və so­nra da pa­le­an­trop­lar Av­ro­pa, Asiya, Af­ri­ka ki­mi qi­tə­lər­də ge­niş yay­ıl­mış­sa, de­mə­li, so­nra­kı 35-40 min il ər­zin­də­ki tə­şəkkül dövründə müxtə­lif dil­lər ya­ran­ma­lı idi və de­mə­li, bir ulu dil­dən söh­bət ge­də bil­məz­di. Be­lə ol­duq­da xalq­­lar da kök eti­ba­ri­lə fər­q­lən­mə­li və di­ni in­ki­şaf da ta­ma­mi­lə fər­q­­li ol­ma­lı idi. La­kin ta­ri­xi fakt­lar və ar­xe­olo­ji ma­te­ri­al­lar gö­s­tə­rir ki, bütün et­nos­lar, bütün dil­lər, bü­tün din­lər bir kök­dən­dir . Ar­xe­o­lo­ji mə­də­niyy­ət sübut edir ki, ar­xan­t­rop­lar və pa­le­an­t­rop­lar müxtə­lif qi­tə­lər­də yay­ıl­sa­lar da, on­la­rın ha­mı­sı öz in­ki­şa­fı­nı so­na çat­dı­ra bil­mə­miş, müa­sir in­san ti­pi­nə çe­v­ril­mə­miş­dir: «So­vet alim­lə­ri be­lə he­sab edir­lər ki, müxtə­lif ir­q­li müa­sir in­san­lar bir və ya bir-bi­ri­nə çox yaxın olan bir qrup ne­an­der­tal­lar­dan tə­d­ric­ən in­ki­şaf edə­rək dəyiş­mə­lə­ri­nin nə­ti­cə­sin­də for­ma­laş­mış­dır. Ne­an­der­tal­la­ra məx­sus qey­də alın­mış di­g­ər qa­lıq­lar isə sa­dəcə ola­raq öz so­nra­kı in­ki­şa­fı­nı day­an­dır­mış və tə­d­ric­ən məhv ol­muş nö­və aid­dir » (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K .). (2; 32) De­mə­li, ne­an­der­tal in­san Yer üzünün hər ye­rin­də - yay­ıl­dığı bütün əra­zi­lər­də öz in­ki­şa­fı­nı ba­şa çat­dı­ra bil­mə­miş, müa­sir in­san ti­pi­nə çe­v­ril­mə­miş­dir. Müa­sir in­san ti­pi­nin tə­şəkkül pro­se­si Yer kürə­si­nin hər ye­rin­də dey­il, mü­əyy­ən məh­dud əra­zi­də baş ver­miş­dir.

Heç şübhə­siz, ən mühüm mə­sə­lə­lər­dən bi­ri də müa­sir in­san ti­pi­nin ha­ra­da, han­sı əra­zi­də for­ma­laş­ma­sı­dır. Ar­xe­o­lo­ji mə­də­niyy­ət bu su­a­la da ca­vab ve­rir: «Son vaxt­lar­da əl­də edil­miş an­t­ro­po­lo­ji və arxeo­lo­ji ma­te­ri­al­lar eh­ti­mal et­məyə im­kan ve­rir ki, bu pro­ses (son mər­hə­lə­də müa­sir in­san ti­pi­nin ya­ran­ma­sı pro­se­si - Q.K. ) əsa­sən cə­nub-şər­qi Av­ro­pa­da, şi­ma­li Af­ri­ka­da və qər­bi Asiy­a­da baş ver­miş­dir. Bu­ra­dan müa­sir in­ki­şaf et­miş in­san­lar dünya­nın di­g­ər yer-lə­ri­nə yay­ıl­mı­ş­lar » (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K .). (2; 32)

Cə­nub-şər­qi Av­ro­pa, şi­ma­li Af­ri­ka və qər­bi Asiya Ön Asi­ya­nı or­ta­lığa alır və çox ma­raq­lı­dır ki, bi­zə ça­tan ilk böyük si­vi­li­za­siya da bu əra­ziyə məx­su­s­dur. Ame­rika və Avs­tra­liya qi­tə­lə­ri ilk in­sa­nın və­tə­ni ki­mi is­tis­na say­ı­lır.

İn­san mə­s­kən­lə­ri­nin so­nra­lar ge­ni­ş­lən­mə­si ir­qi ay­rı­lığa sə­bəb olmuş, Av­ro­pa­da av­ro­po­id, Af­ri­ka­da ne­qro­id, Asiy­a­da mon­­qo­lo­id irq­lər ya­ran­mış­dır. İr­q­lə­rin ya­ran­ma­sı son pa­le­o­lit­də (35 min il əv­vəl ba­ş­lay­ıb 12 min il əv­vəl qur­tar­dığı qeyd edi­lir) ho­mo sa­pi­en­sin for­ma­laş­ma­sı dövrü ilə bağ­lı izah edi­lir, la­kin on­la­rın bə­zi əla­mət­lə­ri­nin pa­le­an­t­rop­lar­da ol­duğu da gö­s­tə­ri­lir.

 

Av­ro­po­id­lər Av­ro­pa­nın cə­nub-şər­qin­də, ne­qro­id­lər Af­ri­ka­nın şi­ma­lın­da for­ma­la­şa bi­lər­di­lər. Görünür , mon­qo­lo­id­lər da­ha son­ra­lar ya­ran­mı­ş­lar. Fi­k­rimizcə, bu irq­lər il­kin əsas­lı şi­və­lə­rin - so­nra­kı böyük dil ai­lə­lə­ri­nin - hind-avro­pa­lı­la­rın, sa­mi­lə­rin və bü­tün zən­ci­lə­rin və nə­hay­ət, türk, mon­qol, ya­pon, çin tay­fa­la­rı­nın özə­yi­ni təş­kil edən pro­to­dil­lə­ri təm­sil et­mi­ş­lər.

 

 

Azər­bayc­an əra­zi­sin­də bütün dördüncü dövrü əha­tə edən və bə­şə­riyy­ə­tin in­ki­şaf pil­lə­lə­ri­ni əks et­di­rən mad­di mə­də­niyy­ət qa­lıq­la­rı aş­kar edil­miş­dir. Öl­kə­miz­də qə­dim daş dövrünə aid ma­te­ri­al­lar Azıx, Tağ­lar, Daş­sa­lah­lı, Qaz­ma və Bu­zey­ir mağ­a­ra­la­rın­dan əl­də edil­miş­dir. Azıx mağ­a­ra düşə­rg­ə­sin­də qa­lın­lığı 13,5 met­rə bə­ra­bər 10 ar­xe­o­lo­ji tə­bə­qə müəyy­ən edil­miş­dir. Bu tə­bə­qə­lər dünya­nın hə­lə­lik heç bir gu­şə­sin­də müşa­hi­də edil­məy­ən ar­dıc­ıl­lıq­la pa­le­o­li­tin bütün dövr­lə­ri­ni əks et­di­rir. (3; 55,60,61) Mağa­ra­nın 7-10-cu tə­bə­qə­lə­rin­dən əl­də edi­lən mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri Qu­ru­çay mə­də­niyy­ə­ti adı ilə məş­hur­dur (alət­lə­rin düzəl­dil­mə­si üçün da­ş­la­rı ya­xın­lıq­da­kı Qu­ru­çay­dan gə­tir­mi­ş­lər). Qu­ru­çay mə­də­niyy­ə­ti­nin 1,2 mily­on il əv­vəl ba­ş­lay­ıb, 700 min il əv­vəl so­na çat­dığı müəyy­ən edil­miş­dir. Qu­ru­çay mə­də­niyy­ə­tin­dən so­n­ra Aşel mə­də­niyy­ə­ti döv­rüdür. Bu dövrün ən böyük na­i­liyy­ə­ti in­sa­nın in­ki­şa­fın­da mühüm rol oy­na­mış əl ça­pac­aq­la­rı­nın mey­da­na çıx­ma­sı­dır. Azıx mağ­a­ra­sın­da 1968-ci il qa­zın­tı­la­rı za­ma­nı Or­ta Aşel dövrünə aid (5-ci tə­bə­qə) 18-22 ya­ş­lı qa­dı­nın (Azıx­an­t­rop) alt çə­nə­si ta­pıl­mış­dır. Azı­xan­t­rop (Azıx ada­mı) köh­nə SSRİ əra­zi­sin­də ən qə­dim, dünya­da isə 4-cü qə­dim in­san qa­lığ­ı­dır və 350 min il əv­və­lə aid edi­lir. Or­ta Aşel dövründə Azıx mağ­a­ra sa­kin­lə­ri ov­çu­luq­la da­ha çox mə­şğ­ul ol­mu­ş­lar. 5-ci tə­bə­qə­dən 45-ə qə­dər müxtə­lif hey­van və quş qa­lıq­la­rı aş­kar edil­miş­dir.

Son 100 min il­dən 35 min ilə qə­dər­ki dövr ara­sı mustye mə­də­­niyy­ə­ti dövrü he­sab olu­nur (ilk nümu­nə­lər Fran­sa­nın Le-Mustye şə­hə­rin­də ta­pıl­dığı üçün be­lə ad­lan­dı­rıl­mış­dır). Bu dövr­də qə­dim in­san­la­rın bə­dən qu­ru­lu­şun­da, əmək alət­lə­rin­də, həy­at tər­zin­də böyük dəy­i­şik­lik­lər ya­ran­mış, ne­an­der­tal in­san ti­pi for­ma­laş­mış­dır. Ko­bud daş alət­lər­dən iti­uc­lu alət­lə­rə ke­çil­miş, dəfn mə­ra­sim­lə­ri ba­ş­lan­mış­dır. Bu dö­v­rə aid ən zə­ng­in ma­te­ri­al Tağ­lar ma­ğa­ra­sın­dan əl­də edil­miş­dir. «Bütün Za­qaf­qa­ziya və Ya­xın Şərq abi­də­lə­ri içə­ri­sin­də Tağ­lar mustye düşə­rg­ə­si ye­g­a­nə abi­də­dir ki, uzunmüddət­li ol­muş­dur və ta­pı­lan əmək alət­lə­ri zə­ng­in ta­ri­xə ma­lik­dir».(3; 67) Tağ­lar mağ­a­ra­sın­da qə­dim in­san­lar 90 min il əv­vəl­dən 35 min il əv­və­lə qə­dər ya­şa­mı­ş­lar.

35 min il bun­dan əv­vəl mustye mə­də­niyy­ə­ti­ni üst pa­le­o­lit əvəz et­miş­dir. Üst pa­le­o­lit 12-ci mi­nil­liyə qə­dər da­vam et­miş­dir. Bu dövrün adam­la­rı müa­sir in­san for­ma­sın­da (ne­an­trop, kro­man­yon və s.) ol­muş, əmək alət­lə­ri­ni xey­li tək­mil­ləş­dir­miş, mağ­a­ra­lar­da, qaz­ma­lar­da və yerüstü dax­ma­lar­da ya­şa­mı­ş­lar. Mağ­a­ra­lar­da hə­lə bir ne­çə yüz min il əv­vəl od­dan is­ti­fa­də edil­miş­dir. Tə­bi­ət üzə­rin­də ilk qə­lə­bə olan od in­sa­nın həy­a­tın­da və şüu­run­da böyük dəy­i­şik­lik­lər ya­rat­mış­dır. Ar­tıq Aşel dövründə od­dan ar­dıc­ıl is­ti­fa­də edil­miş, süni odal­ma mə­i­şə­tə da­xil ol­muş­dur. (1;37) Son pa­le­o­li­tə məx­sus zə­ng­in qə­bir ava­dan­lıq­la­rı ta­pıl­mış­dır.Ta­rix­çi­lə­rin fi­k­rincə, «300 min il bun­dan əv­vəl say və he­sab­la­ma azı­xan­t­ro­pa mə­lum idi». (3; 94) Hə­lə «mustye dövründə sürü müna­si­bət­lə­ri ar­xa­da qal­mış, ib­ti­dai ic­ma qu­ru­lu­şu (nəs­li cə­miyy­ət) tə­şəkkül tap­mış, kom­mu­na­li­s­tik müna­si­bət­lər qə­rar­laş­mış­dı». Həm də «Gü­man et­mək olar ki, mustye dövrü ye­ni ic­ti­mai təş­ki­la­tın - tay­fa­nın ya­ran­ma­sı» dövrüdür. Mustye ilə son pa­le­o­lit ara­sın­da - 30-35 min il bun­dan əv­vəl müa­sir in­san ti­pi - ho­mo sa­pi­ens («ağıllı in­san») mey­da­na gəl­miş­dir. «Dər­ra­kə­li in­san» bə­zən «ne­an­t­rop» (ye­­ni in­san) ad­lan­dı­rı­lır. (3; 78-79)

Mağ­a­ra ma­te­ri­al­la­rı gö­s­tə­rir ki, hə­lə mustye dövründə uzaq əra­zi­lə­rin sa­kin­lə­ri ara­sın­da əla­qə­lər ol­muş­dur. Son pa­le­o­lit döv­rünə aid cə­nu­bi Qaf­qaz abi­də­lə­rin­də Qır­mı­zı­də­niz mən­şə­li ba­lıq­qu­laq­la­rı və s. də bu­nu tə­s­diq edir. La­kin əsas mi­q­ra­siy­a­lar dövrü me­zo­lit (XIV - VIII mi­nil­lik­lər) he­sab olu­nur. Me­zo­li­ti əvəz edən ne­o­lit dövründə (7-6-cı mi­nil­lik­lər) Cə­nu­bi Azər­bayc­an əra­zi­sin­də - Ur­miya gö­lü höv­zə­sin­də, Za­qros əra­zi­sin­də in­san­lar tam otu­raq həy­a­ta ke­ç­miş, əkin­çi­lik və mal­dar­lıq­la mə­şğ­ul ol­mağa ba­ş­la­mış­lar. Şi­ma­li Azər­bayc­an­da isə ne­o­lit dövrünün tə­sər­rüfat və mə­də­niyy­ət qa­lıq­la­rı Qo­bu­s­tan düşə­rg­ə­lə­rin­dən əl­də edil­miş­dir.(3; 85) Me­zo­lit­dən ne­o­li­tə ke­çi­lən dövrü in­san həy­a­tın­da in­qi­la­bi səc­iyyə da­şıy­an köklü dəy­i­şik­lik­lə­rin baş ver­diyi dövr he­sab edir­lər. Mal­dar­lıq və əkin­çi­lik­lə ya­na­şı, sə­nət­kar­lıq - du­lu­s­çu­luq, to­xuc­u­luq, yun­dan, də­ri­dən müxtə­lif mə­mu­lat­lar ha­zır­lan­ma­sı və s. mey­da­na çı­xır. Tə­sərrüfa­tın özəy­i­ni müəyy­ən əra­zi­də mə­s­kun­la­şan nəs­li ic­ma­lar təş­kil edir. Me­zo­lit və ne­o­lit dövr­lə­rin­də əkin­çi­liy­in, mal­dar­lığ­ın, sə­nət­kar­lığ­ın in­ki­şa­fı məh­sul bol­luğ­u­na sə­bəb ol­maq­la ib­ti­dai ic­ma qu­ru­lu­şu­nun dağ­ıl­ma­sı üçün zə­min ha­zır­lay­ır. Ar­tıq bu dövr­də əha­li­də müəyy­ən di­ni görü­şlər də tə­şəkkül ta­pır.

Ta­rix­çi, ar­xe­o­loq və et­no­qra­f­la­rın təd­qiq və araş­dır­ma­la­rın­dan ay­dın olur ki, mi­lad­dan əv­vəl XII mi­nil­lik Yer kürə­si­nin və in­sa­nın həy­a­tın­da böyük dəy­i­şik­lik­lər mi­nil­liyi ol­muş­dur. Pa­le­o­li­tin (daş dövrünün) son­la­rın­da, iq­li­min dəy­iş­diyi, mülay­im­ləş­diyi, nə­hə­ng buz­laq­la­rın şi­ma­la çə­kil­diyi, müa­sir in­san ti­pi­nin ya­ran­ma­sı­nın ba­şa çat­dığı, ib­ti­dai ic­ma qu­ru­lu­şu­nun il­kin mər­hə­lə­si­nin ya­ran­dığı, sürü ic­ma­sı­nın nəs­li qu­ru­lu­ş­la - qə­bi­lə qu­ru­lu­şu ilə əvəz olun­duğu, oxun və yay­ın mey­da­na çıx­dığı, hey­van­la­rın əh­li­ləş­di­ril­mə­si­nə ba­ş­lan­dığı dövr­də və me­zo­li­tin əv­və­lin­də in­sa­nın bə­dən qu­ru­lu­şun­da, so­si­al-ic­ti­mai həy­a­tın­da, mə­i­şə­tin­də, əmək alət­lə­ri tex­ni­ka­sın­da, di­lin­də, di­nin­də böyük ye­ni­lik­lər əmə­lə gəl­miş­dir.

Alim­lər ilk in­san­la­rın tə­fəkkür və nit­qi­nin in­ki­şa­fı­nı iki mər­hə­ləyə bölürlər: bi­rinci mər­hə­lə ar­xan­t­rop və pa­le­o­an­t­rop mər­hə­lə­si, ikinci mər­hə­lə - ho­mo sa­pi­ens mər­hə­lə­si­dir. Ho­mo sa­pi­ens üst pa­le­o­li­tin ada­mı­dır. Bey­in çə­ki­si 1400 - 1500 sm3 ol­muş­dur. Alim­lər bi­rinci mər­hə­lə­də in­sa­nın yal­nız his­si-əy­a­ni tə­fəkkürə ma­lik ol­duğu­nu, nit­qi­nin üzvlən­mə­diy­i­ni qə­bul edir­lər. Ab­st­rakt tə­fəkkür, üzv­­lə­nən nitq in­sa­nın in­ki­şa­fı­nın ikinci mər­hə­lə­si­nə aid edi­lir. Son pa­le­o­li­tə qə­dər in­sa­nın nit­qi üzvlən­mə­miş­dir. De­mə­li, üzvlə­nən nit­qin tə­şəkkülü e.ə. son 40 - 35 min il ər­zin­də baş ver­miş­dir.

Ən qə­dim in­san­la­rın nit­qi bir­hec­a­lı, dəy­iş­məy­ən və bir-bi­ri ilə bağ­lan­may­an söz­lər­dən iba­rət ol­muş­dur. (1; 34) On­lar ək­sə­rən baş­qa can­lı­lar ki­mi kə­sik-kə­sik qış­qır­tı­lar­la da­nış­mı­ş­lar. Bi­rgə fə­a­­liyy­ət tə­d­ric­ən eşi­di­lən sə­sin ma­hiyy­ə­ti­ni an­la­maq im­ka­nı ya­rat­mış­dır. La­zı­mi mə­na­lar bu cür müəyy­ən səs­lər­lə mə­nim­sə­nil­miş­dir. Baş­qa can­lı­lar­dan fər­q­li ola­raq, in­san rə­ng­a­rə­ng səs­lər tə­ləffüz edə bil­miş və on­la­rın bir­ləş­mə­lə­ri tə­d­ric­ən söz şək­lin­də for­ma­laş­mış­dır. İn­san zə­ru­rət nə­tic­ə­sin­də elə əşya­la­rı ad­lan­dır­ma­lı ol­muş­dur ki, onun­la daim əla­qə­də ol­muş, hə­min əşy­a­lar onun mə­i­şə­ti­nə da­xil ol­muş­dur. Dil tə­d­ric­ən, ya­vaş-ya­vaş in­ki­şaf et­miş­dir. (1;35)

Be­lə­lik­lə, məh­dud coğ­ra­fi əra­zi­də tə­şəkkül ta­pan dil ib­ti­dai in­san də­s­tə­lə­ri­nin il­kin ad­lan­dır­ma və fər­di nitq xüsu­siyy­ət­lə­ri ilə fər­q­lən­sə də, tə­d­ric­ən va­hid dil ki­mi ümu­mi­ləş­mə pro­se­si ke­çir­miş­dir. Biz bu di­li ulu dil ad­lan­dı­rı­rıq.

 

 

35 - 40 min il­lik müddət ər­zin­də ulu dil tam tə­şəkkül tap­mış, mürək­kəb­ləş­mə is­ti­qa­mə­tin­də böyük in­ki­şaf yo­lu ke­ç­miş, so­nra­kı mi­nil­lik­lər­də mi­q­ra­siy­a­la­rın ço­xal­ma­sı ilə par­ça­lan­mağa ba­ş­la­mış, tə­d­ric­ən il­kin for­ma-qu­ru­luş eti­ba­ri­lə bir-bi­rin­dən fər­q­lə­nən və gə­ləc­ək dil ai­lə­lə­ri­nin ba­şın­da du­ran pro­to­dil­lə­ri doğ­ur­muş­dur. Nə­ti­cə­də Yer üzə­rin­də ya­ran­mış ulu dil­də tə­q­ri­bən e.ə.XII mi­nil­lik­də böyük bir mər­hə­lə ba­şa çat­mış, ulu di­lin par­ça­lan­ma­sı, müxtə­lif di­a­lekt­lə­rin, müa­sir dil ai­lə­lə­ri­nin ba­şın­da du­ran pro­to­dil­lə­rin ya­ran­ma­sı pro­se­si so­na yet­miş­dir (müxtə­lif dil­lə­rin bir-bi­rin­dən so­nra­kı təcrid olun­ma­la­rı­nı in­kar et­mi­rik). Dil ai­lə­lə­ri­nin ya­ran­ma­sı bun­dan sonra­kı in­ki­şaf pro­se­si­nin nə­tic­ə­si­dir.

Alim­lə­rin fi­k­ri­nə gö­rə, dil ai­lə­lə­ri­nin ya­ran­ma­sı ib­ti­dai ic­ma qu­ru­lu­şu­nun dağ­ıl­ma­sı dövrünə aid­dir: «Dil ai­lə­lə­ri­nin for­ma­laş­ma­sı... ib­ti­dai cə­miyy­ə­tin dağ­ıl­ma­sı dövründə baş ver­miş­dir». (1; 36) Bu fikir bir da­ha tə­s­diq edir ki, pro­to­dil­lə­rin ya­ran­ma­sı bun­dan bir ne­çə min il əv­və­lə aid ol­ma­lı­dır. Bu müla­hi­zəyə əsa­sən, ta­rix­dən al­dığ­ı­mız tə­əssürat əsa­sın­da deyə bi­lə­rik ki, 14 min il əv­vəl ulu dil ar­tıq par­ça­lan­mış­dı və ha­zır­da Yer üzə­rin­də ya­şayan dil ai­lə­lə­ri­nə aid ilk kök dil­lər, yə­ni pra­hind­av­ro­pa, pro­to­sa­mi, pro­totürk (pratürk) və s. mövc­ud idi. Elə bir dövr idi ki, qə­bi­lə­lər müxtə­lif is­ti­qa­mət­lər­də hə­rə­kət edir, bə­zən ay­rıl­ma və bir­ləş­mə nə­tic­ə­sin­də az-çox ya­xın və ya uzaq qə­bi­lə, tay­fa dil­lə­ri ara­sın­da çar­paz­laş­ma pro­se­si ge­dir, dil­lər kök­sözlü, aqqlüti­na­tiv və flek­tiv dil­lər ki­mi for­ma­laş­ma is­ti­qa­mət­lə­rin­də in­ki­şaf edə­rək bir-bi­rin­dən tə­d­ric­ən da­ha çox ay­rı­lır­dı. Dil­lə­rin qu­ru­luş sis­te­mi ilə ya­na­şı, ulu di­lin pro­to­dil­lə­rə sə­pə­lən­miş lüğət tər­ki­bin­də də dəy­i­şik­lik­lər baş ve­rir­di. Bu­na sə­bəb tə­d­ric­ən pre­fiks, in­fiks, suf­fiks ki­mi dil va­si­tə­lə­ri­nin tö­rə­mə­si, dil­lə­rin tə­d­ric­ən ti­po­lo­ji cə­hət­dən fərq­lən­mə­si, lek­sik-qram­ma­tik va­si­tə­lə­rin in­ki­şa­fı, qram­ma­ti­ka və lek­si­ka­nın qar­şı­lıq­lı şə­kil­də bir-bi­ri­ni zə­ng­in­ləş­dir­mə­si idi.

Biz inam­la be­lə bir fi­kir də söy­lə­mək is­tər­dik ki, ti­po­lo­ji cə­hət­dən fər­q­lə­nən pro­to­dil­lər ulu di­lin da­xi­lin­də güclü di­a­lekt ki­mi fər­q­lən­miş­dir. Bu­ra­dan baş­qa da­ha mühüm bir nə­ticə çı­xar­maq olur: tipo­lo­ji cə­hət­dən fər­q­lə­nən ilk pro­to­dil­lər il­kin təc­ri­dolun­­ma mər­hə­lə­sin­də ey­ni qu­ru­lu­ş­lu bütün dil ai­lə­lə­ri­nin ba­şın­da dur­muş­lar. Yə­ni in­di bir-bi­ri­nə qo­hum he­sab olun­may­an bütün flek­tiv dil­lər bir pro­to­di­lin tö­rə­mə­lə­ri­dir. Bir-bi­ri­nə qo­hum he­sab olun­ma­yan bütün il­ti­sa­qi dil­lər bir pro­to­di­lin tö­rə­mə­lə­ri­dir. Ti­po­lo­ji cə­hət­dən fər­q­lə­nən ilk pro­to­dil­lər ye­ni­dən bölünmək­lə il­ti­sa­qi dil­lər üçün fər­q­li ai­lə­lə­ri ya­ra­da bi­ləc­ək pro­to­dil­lə­rin tə­şəkkülünə (ikinci mər­hə­lə) gə­ti­rib çıxar­mış­dır. Odur ki bütün il­ti­sa­qi dil­lə­ri müqay­i­sə­li- ta­ri­xi me­tod əsa­sın­da qo­hum dil­lər ki­mi öy­rən­mək olar. Kök­sözlü dil­lə­ri (bun­lar il­ti­sa­qi dil­lə­rə da­ha ya­xın­dır), flek­tiv dil­lə­ri də bu cür öy­rən­mək müm­kündür. Bun­lar in­kor­por­la­şan dil­lər is­tis­na ol­maq­la, ti­po­lo­ji cə­hət­dən fər­q­lə­nən üç mühüm pro­to­di­lin bər­pa­sı­na apa­rır. Hə­min üç pro­to­di­lin (ulu di­lin ilk di­a­lekt­lə­ri­nin) bər­pa­sı ilə tə­bii-coğ­ra­fi şə­ra­i­ti də nə­zə­rə al­maq­la üzvlə­nən nit­qə ma­lik olan ilk in­san­la­rın bir sı­ra səc­iyy­ə­vi əla­mət­lə­ri - ya­şa­dığı əra­zi, ir­qi xüsu­siyy­ət­lə­ri, tə­fəkkür tər­zi və s. ba­rə­də də tə­səvvür qa­zan­maq olar.

İn­san nit­qi­nin yüksək sə­viyy­ə­də for­ma­laş­ma­sın­da son­ra­lar mey­da­na çı­xan ya­zı­nın böyük ro­lu ol­muş­dur. Ya­zı xü­su­si in­ki­şaf yo­lu keç­mək­lə tə­fəkkürün və di­lin in­ki­şa­fı­nı da şərt­lən­dir­miş­dir. Ya­zı­nın in­ki­şa­fı bir növ in­san nit­qi­nin in­ki­şaf yo­lu­nu xa­tır­la­dır. İn­san nit­qi­nin in­ki­şaf is­ti­qa­mə­ti aşağ­ı­dan yu­xa­rıya: fo­nem = cümlə - fo­nem = söz (söz bir­ləş­mə­si) - fo­nem = heca - fo­nem = səs şək­lin­də ol­muş­dur. Bu­na müva­fiq ola­raq, ya­zı­nın in­ki­şaf yo­lu da ey­ni is­ti­qa­mət­də ol­muş­dur: qra­fem = cümlə (pik­to­qra­fik ya­zı) - qra­fem = söz (və ya söz bir­ləş­mə­si) (ide­o­qra­fik ya­zı) - qra­fem = heca (sil­la­bo­qra­fik ya­zı) - qra­fem = səs (fo­no­qra­fik ya­zı) . (Cab­bar Məm­­­mə­dov)

Bütün ay­rıl­ma­la­ra, par­ça­lan­ma­la­ra bax­may­a­raq, ulu di­lin lüğət fon­­du­na aid olan söz­lər, ulu di­lin ma­k­ro və mi­k­ro si­s­tem­lə­ri ya­ra­nan hər bir pro­to­dil­də özünə yer elə­miş və bu yol­la dil ai­lə­lə­ri­nə ke­ç­­­miş­dir. Hə­min lüğət və hə­min qu­ru­luş mi­nil­lik­lər boyu tək­mil­ləş­mə, sə­lis­ləş­mə, sa­də­ləş­mə və mürək­kəb­ləş­mə yo­lu ilə in­ki­­şaf et­sə də, bir çox də­yiş­mə­lə­rə mə­ruz qal­sa da, öz əsa­sı­nı dün­­ya dil­lə­rin­də sax­la­mış­dır. Bu ümu­mi in­ki­şaf prin­si­pi­ni nə­zə­rə al­ma­­­­dıq­la­rı üçün bir çox alim­lər qə­dim dil qa­lıq­la­rın­dan, xü­su­si­lə lek­­­sik va­hid­lər­dən da­nı­şar­kən on­la­rın, yan­lış ola­raq, gah bu, gah da baş­qa bir dil ai­lə­si­nə mən­sub ol­duğ­u­nu sü­but et­məyə ça­lış­mı­ş­­­lar...

 

***

Tə­q­ri­bən mi­lad­dan əv­vəl XII mi­nil­lik­dən di­lin in­ki­şa­fın­da ikin­ci böyük mər­hə­lə - pro­to­dil­lə­rin par­ça­lan­ma­sı mər­hə­lə­si baş­­lay­ır və XII - VI mi­nil­lik­lərara­sı dil ai­lə­lə­ri­nin tə­şəkkülü döv­rü he­sab olu­nur.

E. ə. VI mi­nil­liyə qə­dər­ki dövr haq­qın­da yal­nız ar­xeo­lo­ji ma­te­ri­al­lar əsa­sın­da mə­lu­mat al­maq olur. Me­zo­lit­də (XII - VIII mi­nil­­lik­lər) in­sa­nın əmək fə­a­liyy­ə­tin­də, dün­ya­görüşündə, ət­raf alə­mə müna­si­bə­tin­də əmə­lə gə­lən də­yi­şik­lik­lər onun tə­fəkkür və nitq in­ki­şa­fı­na sə­bəb olur. Hə­ya­tın 12 min il əv­vəl ba­ş­la­dığı Qo­bu­s­­­tan mağ­a­ra dü­şə­rg­ə­si ma­te­ri­al­la­rı bu­nun əy­a­ni sübu­tu say­ı­lır. Ne­o­­lit döv­ründə (VI-VI mi­nil­lik­lər) in­sa­nın otu­raq həy­a­ta keç­mə­si, mal­dar­lıq və əkin­çi­lik­lə əsas­lı su­rət­də mə­şğ­ul ol­mağa ba­ş­la­ma­sı onun dər­ket­mə qa­bi­liyy­ə­ti­nin yüksəl­mə­si üçün güclü zə­min ya­ra­dır, ib­ti­dai in­san il­kin incə­sə­nət vər­di­ş­lə­ri əl­də edir. İn­san sürət­lə ar­tır, dil­lər uzaq əra­zi­lər və uzun mi­nil­lik­lər he­sa­bı­na tə­d­ric­ən bir-bi­rin­dən fər­q­li key­fiyy­ət­lər qa­zan­mağa ba­ş­lay­ır: «Ar­tıq ib­ti­dai ta­ri­xin so­nun­da ən iri dil ai­lə­lə­ri, baş­qa söz­lə, qram­ma­tik qu­ru­lu­şu­na və əsas lüğət fon­du­na gö­rə ya­xın olan dil ai­lə­lə­ri mövc­ud idi: Hind-Av­ro­pa (müa­sir slav­yan, bal­tik, ger­man, kelt, ro­man, İran, hind, er­mə­ni, yu­nan və b. dil­lər), sa­mi-ha­mi dil­lə­ri (qə­dim Mi­sir, sa­­mi - ak­kad (ba­bil, as­sur), Fi­ni­kiya, (qə­dim ye­v­rey, ərəb, hə­bəş (am­xar) və b. dil­lər), həm də şu­mer və xur­rit, Al­tay (türk, mon­qol və b. dil­lər), Çin-Ti­bet (Çin xal­q­la­rı­nın dil­lə­ri, Ti­bet, Vyet­nam, Bir­ma), Ural (fin-uqor-sa­mo­diy dil­lə­ri) və s.» (4; 35 - 36)

Bu dövr türk dil­lə­ri ai­lə­si­nin ya­ran­ma­sı, pratürkün par­ça­lan­ma­sı dövrüdür. Pratürkün par­ça­lan­ma­sı da məhz Ön Asiya hüdud­la­rı ilə bağ­lı ol­muş­dur. Prof.Y.B.Yu­si­fov ya­zır: «Çox gü­man ki, pratürk dil bir­liy­i­nin par­ça­lan­ma­sı e.ə. VIII - VII mi­nil­lik­lər­də baş ver­miş və bu dövr­də Hind-Av­ro­pa di­li ilə ünsiyy­ət­də ol­muş­dur. Bu et­nos­la­rın ara­sın­da qar­şı­lıq­lı lek­sik mə­nim­sə­mə­lər pro­totürk­lə­rin ilk və­tə­ni Ön Asiy­a­da (fər­q­lən­dir­mə bi­zim­dir - Q.K. ) baş ver­miş­dir». (5; 83) Müəl­lif Hind-Av­ro­pa di­li ilə ün­siyy­ə­ti ona gö­rə nə­zə­rə çarp­dı­rır ki, hə­lə tam yet­kin­ləş­mə­miş bu dil ai­lə­lə­ri­nin pra­for­ma­la­rın­da lek­sik müva­zi­lik­lər ay­dın se­çi­lir. La­kin bun­lar bu iki di­lin Ön Asiy­a­da kon­tak­tı ilə dey­il, ey­ni kök­dən - va­hid ulu dil­dən ay­rıl­ma­la­rı ilə bağ­lı olmuş­dur. Azər­bayc­an əra­zi­lə­ri pra­türkün və­tə­ni ol­maq­la, onun par­ça­lan­ma sa­hə­si ki­mi mər­kə­zi möv­­qe tu­tur­du.

Pratürkün ha­ra­da ya­ran­ma­sı və par­ça­lan­ma­sı ba­rə­də baş­qa fi­kir­lər də var­dır. Bu­ra­da mə­sə­lə­ni Al­tay nə­zə­riyy­ə­si mürək­kəb­ləş­di­rir. Bu nə­zə­riyy­əyə gö­rə, tun­qus­lar, manc­ur­lar, mon­qol­lar və türklər Al­tay əra­zi­sin­də ya­şay­an əha­li­dən təc­rid olun­mu­ş­lar və ge­ne­o­lo­ji cə­hət­dən qo­hum dil­lər­dir. Məş­hur al­tayşünas N.N.Pop­pe «Al­tay dil­lə­ri­nin müqay­i­sə­li qram­ma­ti­ka­sı» əsə­rin­də yaz­mış­dır: «Bu ki­ta­bın müəl­li­fi­nin şübhə­si yox­dur ki, mon­qol, türk və manc­ur-tun­qus dil ai­lə­lə­ri ara­sın­da söv­ti və mor­fo­lo­ji uyğ­un­luq­lar nə tə­sadüfi­liyə, nə də alın­ma­la­ra əsas­la­nır, ək­si­nə, qə­dim qo­hum­luğa şə­ha­dət edir». (6;3)

Bir fər­ziyy­əyə gö­rə, Pra­al­tay di­li əv­vəlcə ümum­tun­qus və ümum­­mon­qol-türk qol­la­rı­na ay­rıl­mış, so­nra­lar mon­qol-türk qo­lun­dan mon­qol və türk dil­lə­ri təc­rid olun­muş­dur. Q.İ.Ra­m­stedt və B.Y.Vla­di­mir­­sev bu fi­kir­də ol­mu­ş­lar. N.N.Pop­pe­nin fi­k­rincə, Al­tay dil ai­lə­sin­dən pratürk qru­pu da­ha əv­vəl ay­rıl­mış­dır, tun­qus-mon­qol-manc­ur dil­lə­ri xey­li so­nra­lar bir-bi­rin­dən təc­rid olun­mu­ş­lar.(6; 8) Pra­türkün ha­ra­da təc­rid olun­ma­sı ba­rə­də fi­k­ri is­tis­na ol­maq­la, N.N.Pop­pe­nin möv­qeyi da­ha əsas­lı­dır.

Türk, mon­qol və tun­qus-manc­ur dil­lə­ri­nin təc­rid olun­ma za­ma­nı ba­rə­də də fi­kir­lər mövc­ud­dur. Bu cə­hət­dən V.L.Kot­vi­çin aşağ­ı­da­kı müla­hi­zə­si müəl­li­fin şübhə­lə­ri ilə bir­lik­də da­ha ma­raq­lı­dır: «Bütün gö­s­tə­ri­lən hal­lar­da ümu­mi Al­tay di­li mə­sə­lə­si ki, guya müxtə­lif dil ai­lə­lə­ri­nə ay­rıl­mış­dır, şübhə al­tın­da­dır. Hər hal­da bu ümu­mi di­lin mövc­ud­luğ­u­nu mi­lad­dan qa­baq bi­rinci mi­nil­liy­in əv­və­lin­dən gec ol­may­a­raq çox uzaq ke­ç­mi­şə aid et­mək la­zım gə­lər­di. Hun dövründə (e.ə.III-II yüzil­lik­lər­dən baş­la­ya­raq) ar­tıq xüsu­si­ləş­miş türk, mon­qol və tun­qus dil­lə­ri fərq­­li lüğət tər­ki­bi və mor­fo­lo­g­iy­a­sı ilə möv­cud idi, bir-bi­ri ilə yal­nız ti­po­lo­ji cə­hət­dən, baş­qa söz­lə, da­ha çox sin­tak­tik ba­xım­dan ya­xın idi». (7; 351) Miq­ra­siy­a­la­rın e.ə.VIII-V mi­nil­lik­lər­də sürət­lən­diy­i­ni nə­zə­rə al­maq­la V.L.Kot­vi­çin nə­tic­ə­lə­ri­nin doğ­ru­luğ­u­na şübhə et­mə­mək olar.

Mə­sə­lə bu­ra­sın­da­dır ki, Al­tay nə­zə­riyy­ə­si­ni müəyy­ən şərt­lə biz də düzgün he­sab edi­rik: bir hal­da ki, tun­qus, man­cur, mon­qol dil­lə­ri ilə türk dil­lə­ri ara­sın­da, mə­sə­lən, dey­ək ki, türk dil­lə­ri ilə Hind-Av­ro­pa dil­lə­ri ara­sın­da olan ya­xın­lıq­dan da­ha çox ge­ne­tik ya­xın­lıq var­dır, on­da, de­mə­li, bu dil­lər bir pro­to­dil­dən təc­rid olun­mu­ş­lar. La­kin bu, pratürkün il­kin və­tə­ni­nin Ön Asiya ol­duğ­u­nu in­kar edə bil­mir. E.ə.12-ci mi­nil­lik­də sa­mi tay­fa­la­rın­dan, hind­av­ro­pa­lı­lar­dan və başqa­la­rın­dan təc­ri­do­lun­ma pro­se­si­ni əsa­sən ba­şa çat­dır­mış olan pro­totürk əha­li böyük kütlə­lər ha­lın­da mi­q­ra­siy­aya ba­ş­lay­ar­kən bir qismi öz ulu və­tə­nin­də qal­mış, qa­la­nı güclü axın­la münbit şə­ra­it və tor­paq­lar ax­ta­rı­şı ilə səy­a­hə­tə çıx­mış, qərb­də Bal­ka­na, şərq­də ha­zır­kı Çin və ya­pon sər­həd­lə­ri­nə qə­dər irə­li­lə­miş, mi­nil­lik­lər ər­zin­də an­t­ro­po­lo­ji qu­ru­lu­şu­nu tək­mil­ləş­dir­mək­lə ya­na­şı, di­li­ni də dəy­iş­miş, ar­tıb-ço­xal­mış, qo­hum bu­daq­la­ra ay­rıl­mış­dır. Bu­na gö­rə də türk­lə­rin qərb və şərq və­tən­lə­ri ara­sın­da ox­şar rely­ef və çay va­di­lə­ri, dağ ətək­lə­ri, çox­lu to­po­nim­lər var­dır: Türkl­ə­rin, mon­qol­la­rın, tun­qus-manc­ur­la­rın bir kök­dən ol­ma­sı­na bu mə­na­da şübhə yox­dur. La­kin Al­tay türklə­rin be­şi­yi, il­kin və­tə­ni dey­il­dir. Türklə­rin be­şiyi Ön Asiy­a­dır. Hər şey bu­ra­dan ba­ş­la­mış­dır. İlk mi­q­ra­siy­a­la­rın çı­xış nöq­tə­si Ön Asiy­a­dır. Sak­la­rın, kim­mer­lə­rin, ski­f­lə­rin e.ə.VIII-VII əsrlər­də Azər­bayc­a­na gə­li­şi qo­hum tay­fal­arın çox so­nra­kı əks mi­q­ra­siy­a­la­rın­dan­dır.

N.Y.Marr da türklə­rin və­tə­ni­nin Or­ta Asiya ol­ma­sı ba­rə­də fi­kir­lə­rin qey­ri-el­mi və şübhəli ol­duğ­u­nu qeyd et­miş və yaz­mış­dır: «Ancaq on­la­rın kütlə­vi şə­kil­də ora­da ya­şa­dıq­la­rı­nı və ilk ya­zı­lı şə­ha­dət­lə­ri­nin ora­da ol­duğ­u­nu bil­di­­yi­mi­zə gö­rə türklə­rin ilk və­tə­ni­nin Asiya ol­duğu fik­ri­nin el­mi­liyi ilə ra­zı­laş­maq mümkün dey­il­dir». (8; 134-135)

Türklə­rin şər­qə bir­ba­şa il­kin hə­rə­kə­ti, çox gü­man ki, me­zo­li­tə (XII-VIII mi­nil­lik­lər) aid­dir, çünki ən mühüm mi­q­ra­siy­a­lar dövrü me­zo­lit he­sab olu­nur. Me­zo­lit­dən ke­çən mi­nil­lik­lər ər­zin­də (hun dövrünə qə­dər 8 min il) türklər Al­tay­da ar­tıb-ço­xal­mış, tə­d­ric­ən bu kök­dən ti­po­lo­ji cə­hət­dən ey­ni olan tun­qus-manc­ur və mon­qol dil­lə­ri təc­rid olun­muş­dur. Görünür, il­ti­sa­qi türk pro­to­di­li hə­lə miq­­ra­siy­a­nın ba­ş­lan­dığı dövr­də ay­dın şi­və xüsu­siyy­ət­lə­ri ilə fər­q­lə­nir­miş. Ön Asiy­a­da qa­lan türk qo­lun­dan il­ti­sa­qi türk-şu­mer, elam , hur­ri və urar­tu dil­lə­ri, şər­qə üz tu­tan qo­lun­dan mon­qol, tun­qus, manc­ur, ya­pon, ko­reya və bəl­kə də, çin dil­lə­ri tə­şəkkül tap­mış­dır. Qa­rı­şıq şi­və­lər Mər­kə­zi Asiy­a­nın hüdud­suz əra­zi­lə­rin­də hə­lə Al­taya­qə­dər­ki dövr­də qo­hum­luq əla­qə­lə­ri çə­tin se­zi­lən fərq­li key­fiyy­ət­lər qa­zan­mış­dır. Bun­lar­dan be­lə nə­ticə çı­xar­maq olur ki, qə­dim dünya­nın bütün il­ti­sa­qi dil­lə­ri bir kök­dən, bir ümu­mi pro­to­dil­dən ya­ran­mı­ş­lar. Bu cə­hət ti­po­lo­ji cə­hət­dən fər­q­lə­nən di­g­ər dil ai­lə­lə­ri­nə də aid­dir.

Biz bu müla­hi­zə­lər­də türklə­ri ona gö­rə əsas qol he­sab edi­rik ki, Ön və Mər­kə­zi Asiy­a­da da­im böyük kə­miyy­ət üstün­lüklə­ri ilə fər­q­lən­mi­ş­lər. Di­g­ər tə­rəf­dən, çox ay­dın hiss olu­nur ki, şər­qə, qər­bə, şi­ma­la hə­rə­kət edən türklər heç vaxt Ön Asiya ilə əla­qə­lə­ri­ni kə­s­mə­mi­ş­lər. Ta­ri­xi­ni bil­mə­diy­i­miz say­sız əks mi­q­ra­siy­a­lar ol­muş­dur ki, bun­lar­dan bi­zə ça­ta­nı hə­lə­lik sak­la­rın, ski­f­lə­rin, kim­mer­lə­rin ge­ri mi­q­ra­siy­a­sı­dır. Ulu dil­dən təc­rid olun­muş türk pro­to­di­li­ni, o pro­to­dil ki on­dan Ön Asiy­a­da elam, hur­ri, urar­tu, Mər­kə­zi Asiy­a­da mon­qol, manc­ur, tun­qus, Ko­reya dil­lə­ri təc­rid olun­muş­dur, onu baş­qa bir şər­ti ad­la da ad­lan­dır­maq olar­dı. La­kin Ön Asiy­a­da şu­mer-türk üstün­lüyü, Mər­kə­zi Asiy­a­da türkün çox ge­niş are­a­lı hə­min pro­to­dil­də türk di­a­lek­ti­nin apa­rıcı ro­lu­nu gö­s­tər­mək­də­dir.

Müa­sir in­san ti­pi­nin Ön Asiya hüdud­la­rın­da tə­şəkkül tap­dığ­ı­nı və ulu di­lin bu əra­zi­lər­də pro­to­dil­lə­rə təc­rid olun­duğ­u­nu nə­zə­rə al­mayan təd­qi­qat­çı­lar türklə­rin qərb öl­kə­lə­ri­nə və o cümlə­dən Azər­bayc­an əra­zi­lə­ri­nə Or­ta Asiy­a­dan gəl­diy­i­ni gü­man edir­lər. La­kin daha diq­qət­li təd­qi­qat­çı­lar on­la­rın Ön Asiy­a­dan Or­ta və Mər­kə­zi Asi­yaya get­diy­i­ni, so­nra­lar ye­ni qüvvə ilə ge­ri qay­ıt­dıq­la­rı­nı qeyd etmi­ş­lər. (9; 10) Türklər güclü qol ol­duğ­un­dan on­la­rın Qər­bə və Şər­qə yay­ıl­ma are­a­lı da ge­niş ol­muş­dur. Al­tay sözünün özünü də türklər in­di­ki Al­taya Ön Asiy­a­dan - e.ə. III mi­nil­liy­in ba­ş­la­nğ­ıc­ın­da son şüa­la­rı görü­nən və bəl­kə də, ne­çə yüzil­lik ta­ri­xi olan Arat­ta əra­zi adın­dan apar­mı­ş­lar. Bu ad bir qə­dər so­nra (Al­tay­dan çox qa­baq) elə Ön Asiy­a­da da Ala­tey şək­lin­də iş­lən­miş­dir.

VIII-VI mi­nil­lik­lər­də - pratürkün da­ha sürət­lə di­a­lekt və şi­və­lə­rə ay­rıl­dığı dövr­də qə­bi­lə və tay­fa­la­rın müx­tə­lif is­ti­qa­mət­lər­də hə­rə­kə­ti də güc­lən­miş­dir. Türklər Qər­bi Ana­do­luya, Bal­ka­na, Cə­nu­bi Qaf­qa­za yay­ıl­mış­dır. Or­ta Asiy­aya mi­q­ra­siya güc­lən­miş və tə­d­ric­ən qər­bi və şər­qi türk qol­la­rın­da fər­q­lər ço­xal­mağa ba­ş­la­mış­dır.

Bu dövr hə­lə va­hid əra­zi və döv­lət an­lay­ı­ş­la­rı­nın ol­ma­ma­sı ilə şərt­lə­nir, ey­ni za­man­da, di­lin də bu və ya baş­qa bir xal­qa məx­sus dil ki­mi tə­şəkkül tap­mış ol­duğ­u­nu id­dia et­mək ol­maz. Şübhə­siz, Ön Asiya və Qaf­qaz əra­zi­lə­rin­də türk tay­fa­la­rı ilə ya­na­şı, Hind-Av­ro­pa kökünə əsas­la­nan­lar, qaf­qaz­dil­li­lər də mövc­ud idi, ya­na­şı və bi­rgə ya­şa­­yır­dı­lar.

Azər­bayc­an əra­zi­sin­də ene­o­li­tə çox er­kən (VI mi­nil­lik-IV mi­nil­liy­in or­ta­la­rı) ke­çil­miş­di. Ene­o­lit si­ni­f­li cə­­miyy­ə­tin mey­da­na çıx­ma­sı­nı sürət­lən­di­rir­di. Za­qaf­qa­zi­ya­da ene­o­lit dövrünə aid 150-dən ar­tıq ya­şay­ış ye­ri mü­əyy­ən edil­miş­dir ki, bun­la­rın ək­sə­riyy­ə­ti Azər­bayc­a­na aid­dir. Kər­pic ev­lər da­i­rə­vi və ya düzbuc­aq­lı ti­ki­lir­di. Ya­şay­ış mə­s­kən­lə­ri ək­sə­rən 0,5 ha, bə­zən da­ha böyük əra­zi­lə­ri əha­tə edir­di. (10; 95) Tə­d­ric­ən qon­şu öl­kə­lər­lə əla­qə­lər ya­ra­nır və ge­ni­ş­lə­nir­di. «Ar­xe­o­lo­ji ma­te­ri­al­lar gö­s­tə­rir ki, Azər­bayc­an qə­bi­lə­lə­ri ilə Me­so­po­ta­miya qə­bi­lə­lə­ri ara­sın­da əla­qə­lər bütün ne­o­lit dövrü ər­zin­də ol­muş­dur». (10;100) Əha­li da­ha sürət­lə art­mağa baş­la­yır, me­tal alət­lər­dən is­ti­fa­dəyə ke­çi­lir, qo­şa ni­ga­ha əsas­la­nan əha­li ic­ma tor­paq­la­rın­da ça­lı­şır, in­san­lar ümu­mi pay he­sa­bı­na do­la­nır­lar. Qa­dın nəs­li­nin (ana xa­qan­lıq) üstünlüyü di­ni və mi­fo­lo­ji tə­fəkkürün in­ki­şa­fı­nı sü­rət­lən­di­rir. Cə­miyy­ə­ti ic­ma ağ­saq­qal­la­rı şu­ra­sı ida­rə edir.

Qeyd edi­lən dövr­də Azər­bayc­an əra­zi­sin­də iki an­t­ro­po­lo­ji ti­pin - «Kaf­ka­si­on» və «Ara­lıq də­ni­zi» tip­lə­ri­nin mövc­ud ol­duğu və hə­min tip­lə­rin sa­bit­liyi qeyd edi­lir: «Tunc dövründə Azər­bayc­an vi­lay­ət­lə­rin­də mə­s­kun­laş­mış tay­fa­la­rın və tay­fa bir­lik­lə­ri­nin ək­sə­riyy­ə­ti əv­vəl­lər də bu­ra­da mövc­ud ol­muş hə­min iki an­t­ro­po­lo­ji ele­ment­dən tö­rə­miş­dir.» (10; 127)

Ene­o­li­tin so­nun­da, yə­ni e.ə.IV mi­nil­liy­in or­ta­la­rın­da dünya­nın və Ön Asiy­a­nın ən mə­də­ni əra­zi­si Me­so­po­ta­miya, ən mə­də­ni əha­li­si bu əra­zi­nin sa­kin­lə­ri şu­mer­lər idi. Şu­mer­lər həm türk ol­maq eti­ba­ri­lə, həm də Azər­bayc­an tay­fa­la­rı ilə ya­xın qo­hum­luğa, va­ris­lik əla­qə­lə­ri­nə gö­rə da­im bi­zi özünə çə­kir. Yal­nız şu­mer­lə­rin say­ə­sin­də biz öz ta­ri­xi­mi­zin də­rin­lik­lə­ri­nə enə bi­li­rik. On­lar türk pro­to­di­li­nin ən ön­də ge­dən tay­fa­la­rı idi­lər.

15.01.2002

 

ƏDƏ­BİYY­AT

1. D.Q.Re­der, E.A.Çer­ka­so­va. İs­to­riə drevneqo mira. Moskva, pros­­ve­henie,1985.

2. Z.B.Göyüşov, A.İ.Martınov. SSRİ arxeologiyası, 1990.

3. Azərbaycan tarixi (İ.Əliyevin redaktəsi ilə). I c., Bakı, «Elm», 1998.

4. İstoriə drevneqo vostoka. I, Moskva, 1983.

5. Azərbaycan tarixi, I cild, (Z.M.Bünyadov və Y.B.Yu­si­fo­vun redak­tor­luğu ilə). Ali məktəblər üçün dərslik. Azər­bay­can Dövlət Nəşriy­yatı, Bakı, 1994.

6. N.N.Poppe Nikolas.Verglilichende Grammatik die Altaischen spra­hen. Wiecbaden, 1960.

7. W.Kotvicz. Les pronome dans les langues altaique. Memoires de la co­mission orientaliste, 24, Krakov, 1936.

8. İ.M.Dğəkonov. Gpos o Qilğqameş. İzd. AN SSSR, M.-L., 1961.

9. M.İsmayıl. Azərbaycan tarixi. Bakı, 1997.

10. Azərbaycan tarixi (İ.Əliyevin redaktəsi ilə).I c. Bakı, «Elm», 1998.

11 .Ə.Q.Cəfərov. Azərbaycanın ilk sakinləri. Bakı, «Elm», 2004.

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az